Ardını oxu...
DİA.AZ: - Martın 13-də Saatlıda keçirilən susuzluğa qarşı etiraz aksiyasında 20 sutka həbs edilənlərdən biri də Anar Hüseynovdur. DİA.AZ bildirir ki, onun anası Tənzilə Hüseynova yerli məmurları rəsmən ifşa edərək, rayondakı su qıtlığının yaranma səbəblərini də açıqlayır.

“Torpaqlar varlılara satılıb, su ora gedir” deyən narazı vətəndaş daha sonra bildirir:

"Sənə, mənə su yoxdur. Balıq saxlayırlar, ora təmiz su buraxırlar, insanlara üstünü mamır bağlayan su verirlər".

Daha ətraflı aşağıdakı videoda:



Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
DİA.AZ: - "Yazıb sizə bildirirəm ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli tərəfindən işdən çıxarılacağından ciddi şəkildə təşvişə düşüb. Məhz buna görədə Rəşad Əliyev müavini İlham Əhmədovla birlikdə internet resurslarında Sumqayıt Regional Mədəniyyət İdarəsi ilə bağlı olan bir çox neqativ məlumatları sildirməklə məşğuldur". Bu barədə DİA.AZ-a ünvanlanan müraciətdə deyilir.

Müraciət müəllifi daha sonra yazır: "Hörmətli, dia.az, bu hələ harasıdr? Rəşad Əliyev Mədəniyyət Nazirliyindəki havadarları sayəsində Sumqayıt Regional Mədəniyyət İdarəsi haqqında müsbət fikir formalaşdırmaq və bununlada nazir əvəzi Adil Kərimlinin hədəfindən yayınmaq istəyir. Bunun üçün Rəşad Əliyev və müavini internet resurslarında Sumqayıt Regional Mədəniyyət İdarəsi haqqında müsbət xəbərlərin dərc olunmasına start verib. Hətta idarə rəisi işçilərinə tapşırıq verərək, fesbok və instaqram sosial şəbəkələrində Sumqayıt Regional Mədəniyyət İdarəsinin xəbərlərini davamlı paylaşılmasını və bütün işçilərin həmin xəbərləri yaxşı mənada bəyənmələri göstərişini verib.

Bildirim ki, 2022-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən aparılmış yoxlama və xidməti araşdırmaların nəticələrində Ağstafa, İsmayıllı, Şəki, Bərdə, Masallı, Ağdaş, Sumqayıt, Gəncə və Lənkəran Regional Mədəniyyət İdarələrində nöqsanlar aşkar edilmiş və tədbirlər görüşlmüşdür. Mədəniyyət nazirliyi tərəfindən görülmüş tədbirlər nəticəsində hüquq mühafizə orqanlarına göndərilən 11 müraciət və regional idarələrə edilmiş xəbərdarlıqlar “Şiddətli töhmət” siyahısında Sumqayıt Regional Mədəniyyət İdarəsinin adı çıxarıld. Bunun səbəbi isə Rəşad Əliyevin keçmiş nazir Anar Kərimovun komandasındakı himayədarlarının kömək etməsi olub. Məhz sabiq nazirin komandasında olan «himayədarın» köməkliyi ilə Sumqayıt Regional Mədəniyyət İdarəsində aşkarlanan nöqsanlar və bununla bağlı görülmüş tədbirlər gizlədildi, ictimaiətə açıqlanmadı. Ancaq digər Regional idarələrində aşkarlanmış nöqsanlarla bağlı nazirlik hüquq mühavizə orqanlarına müraciət etdi. Qeyd edirəm ki, hazırda Rəşad Əliyevin Mədəniyyət Nazirliyindəki himayədarlarının bir hissəsi hələdə vəzifə başında qalmaqdadırlar. Və bu himayədarlara ümid edən Rəşad Əliyev vəzifəsini qorumaq daha doğrusu nazirlikdə vəzifə sahibinə çevrilmək istəyir. Qeyd edirəm ki, Hesablama Palatası tərəfindən 2023-cü ilin fevral ayında Sumqayıt Regional Mədəniyyət İdarəsində aparılan yoxlama nəticəsində ciddi şəkildə nöqsanlar aşkarlanmış. Məhz Palatanın açıqlayacağı nöqsanlardan sonra vəzifəsini itirmək təhlükəsini görən Rəşad Əliyev himayədarlarının köməkliyi ilə iş yerini dəyişmək istəyir. Ancaq nazir əvəzi Adil Kərimlinin regional idarələrində apardığı islahatların Sumqayıt Regional Mədəniyyət İdarəsinəədə çatacağı gün yaxınlardarı. Və Rəşad Əliyev bunu bildiyi üçün ciddi şəkildə təşvişə düşüb".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Ardını oxu...
Ölkənin ən böyük, yüksək turizm potensiallı rayonlarından olan Lənkərana Naşirlər Assosiasiyasının kitab sərgisinə getmişdik. Hər şey gözəl idi – maraqlı kitablar, təqdimatlar, sərgiyə axın-axın gələn böyüklər, kiçiklər və ətrafda yumşaq bir bahar havası! Amma bu havada adamın burnunu cırmaqlayan xoşagəlməz iydən gizlənmək çətin idi…

Şəkillərə baxmaq kifayətdir ki, o iyi siz də burnunuzda hiss edəsiniz: Lənkəranın mərkəzi küçələrində park, mehmanxana, teatr, restoran, yaşayış evləri və hətta hakim partiya YAP-ın öz qərargahının böyür-başı ilə çirkab suları axır. Bəzi yerlərdə burulub göllənən bu üfunətli mayeyə “su” deyirik, amma onun içində nələrin üzdüyünü təsəvvürünüzə gətirə bilərsiniz. Adamlar burada gəzişir, masa qoyub çay içir, uşaqlar burada oynaşırlar. “Çirkli realizm” janrından belə səhnələr köhnə filmləri xatırladır, ancaq təəssüf ki, kinoya baxmırsan, canlı mənzərəni seyr edirsən. Başqa ölkələrdə muzeylər təmir edən neft və milyonlar səltənətinin xan şəhəri Lənkəranda hətta Xan sarayına (indiki Tarix-diyarşünaslıq muzeyi) girmək üçün üzünü yana tutub, açıq kanalizasiya xəttinin üstündən adlamalısan!

Səbəbini soruşanda eşitdiklərimiz daha təəccüblü idi. Bilirsiniz, burada əksəriyyət əmindir ki, şəhərdə normal kanalizasiya xəttinin olmaması nə maddiyyat, nə də, Allah eləməmiş, pis yerli idarəçilik nəticəsidir. Hamı böyük siyasi səbəb axtarır və tapır.

Nə isə, xan Lənkəranı iydən xilas etmək bizim iqtidarımızda deyildi, sərgidə isə işimizi bitirmişdik. Bir yandan da havanın 20 dərəcəyədək qızacağını deyirdilər, amma mehmanxanadan çıxmazdan əvvəl səhərin sərinliyində, hələ üfunət yayılmamış, bu şəkilləri çəkə bildik.

Press Klub

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına (AHİK) 30 ildir sədrlik edən, bu müddətdə bu təşkilatı ailə qurumuna çevirən, özünü isə “ömürlük sədr” kimi təqdim edən Səttar Möhbalıyevin adını internetin axtarış bölməsinə daxil edəndə maraqlı məqam ortaya çıxdı.

AHİK sədri şəhid və qazi ailələri ilə görüşdü... Bu başlıqla xəbərlər müxtəlif günlərdə, müxtəlif informasiya resurslarına tirajlanıb. Sanki Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri əsas işini məhz şəhid ailələri və qazilərin qayğısına həsr edir. Yaranan təəssürat belədir və məsələnin mahiyyətini bilməyənlər üçün müsbət olaraq da görünür. Gerçəklikdə isə Səttar Möhbalıyevin bu görüşlərinin altında böyük sirlər yatır...

Birincisi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri bununla müsbət imicini formalaşdırmağa çalışır.

İkincisi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 30 ildir həyata keçirdiyi maxinasiyaları "şəhid ailələri və qazilər" adı altında gizlədir.

Üçüncüsü, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əsas işi olan həmkarlara dəstək məsələsini belə ört-basdır edir.

Dördüncüsü, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən şəhid ailələri və qazilərə göstərilən hörmətsizliyi “Səttar Möhbalıyevdən şəhid ailələri və qazilərə qayğı” adı altında yaratdıqları süni görüntülərlə sığortalamağa çalışır...

Bu siyahını kifayət qədər uzada da bilərik, gerçək isə eynidir. Səttar Möhbalıyevi düşündürən şəhid ailələri və qazilərin problemləri yox, öz vəzifəsi, yəni 30 ildir zəbt etdiyi kürsünü necə qorumaqdır.

Təkcə bir fakt Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin bütün təbliğat kampaniyasını alt-üst etməyə yetərlidir. 2021-ci ilin noyabrında bir qrup şəhid ailəsi və qazinin adından mediada şikayət məktubu yayıldı. Şikayətdə bildirilirdi ki, “Möcüzəli Naftalan” sanatoriyasına dincəlmək üçün gedən şəhid ailələri və qazilərə nə normal xidmət göstərilir, nə normal qidalanma var, nə də istirahət. 10 gün nəzərdə tutulan “putyovka” şəhid ailələri və qazilər üçün istirahət yox, əsl cəhənnəm “bileti”dir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nəznində olan bu sanatoriyada nə normal xidmət var, nə də fəaliyyət. Şəhid ailələri və qazilər yumşaq desək, qeyri-insani müansibətlə üzləşirlər.

Belə şikayətlərin yayılmasından sonra hətta Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Möcüzəli Naftalan” sanatoriyasına baxış keçirib və sözün gerçək mənasında dəhşətli mənzərə ilə üzləşmişdi. Həmin zaman AQTA-nın açıqlamasında bildirilirdi ki, “müəssisədə döşəmənin tamlığının pozulduğu, divar və tavanın sanitar norma və qaydalara uyğun olmadığı, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtı-vaxtında aparılmadığı, çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib, eyni zamanda qida məhsullarının saxlanıldığı anbarda mal qonşuluğu prinsipinə əməl olunmadığı, baytarlıq-sanitariya ekspertizasından keçirilməyən ət və ət məhsulları, süd və süd məhsulları, istifadə müddəti bitmiş qida məhsulları aşkarlanıb”.

Bu sanatoriyada günündən asılı olaraq, hər “putyovka”nın qiyməti 700-1500 manat civarındadır.

Bu kimi nöqsanlarla bağlı faktların sayı yetərincədir. Əslində, Səttar Möhbalıyevin “şəhid ailələri və qazilərlər görüşü” də bu kimi faktları ört-basdır etmək, reallıqda hörmət qoymadıqları insanları el gözünə kül üfürmək üçün yada salmaqdır.

Ümumiyyətlə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətini araşdıranda dəhşətli mənzərə ortaya çıxır.

Səttar Möhbalıyev 30 ildir sədrlik etdiyi bu təşkilatda üzvlük haqlarının üzərində biznes impersiyası qurub və vətəndaşların aylıq əmək haqlarından ayrılan vəsaiti şəxsi cibinin pulu kimi xərcləməklə məşğuldur. Hər il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına 50 milyon manatdan çox üzvlük haqqı daxil olur.
Ardını oxu...
Misal üçün, ölkədə fəaliyyət göstərən 200 minə yaxın müəllimin aylıq maaşının 2 faizi həmkarlar üçün tutulur. Bu 10 milyona yaxın vəsait deməkdir. O cümlədən, 85 mindən çox neftçinin də aylıq əmək haqqından 2 faiz həmkarlara ayrılır. Eyni qayda ilə dövlət müəssisələrində çalışan insanlar da həmkarlara aylıq ödənişlər edir. Gerçəklikdə isə bu, Səttar Möhbalıyeva ödənilən aylıq haqqdır. Çünki Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri bütün bu vəsaitləri cibinin pulu kimi xərcləyir, otellər, sanatoriyalar tikir, xaricdə, xüsusilə Türkiyədə biznes qurur və s. Əvəzində isə nə müəllimlərimiz, nə neftçilərimiz, nə də həmkarlara haqq ödəyən digər çalışanlar AHİK-in sanatoriyalarının üzünü belə görə bilmir. Bu yaxınlarda vəfat edən Xalq artisti Ramiz Novruz ömrü boyu həmkarlara aylıq haqq ödəmişdi, amma nə sağlığında bunun faydasını gördü, nə də öləndə. Xalq artisti vəfat edəndə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəsmiləri dəfndə də iştirak etmədi, yas məclisində də.

Səttar Möhbalıyev hesab edir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası onun şəxsi mülkidir və AHİK-in vəsaiti öz mülki kimi də istifadə edir. Səttar Möhbalıyevin “putyovka biznesi” də dillər əzbəridir. “Putyovka”lar 400-500 AZN civarında satılır və həmkarlara aylıq haqq ödəyənlər kənarda qaldığı halda, kim pulunu verirsə, sanatoriyalardan da onlar yararlanır. Hətta, 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərin normal istirahətinin təşkili ilə bağlı da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası nəzərəçarpacaq iş görmədi. Halbuki, həmkarlara aylıq haqq ödəyənlər arasında şəhid ailələri də var, qazilər də.
Ardını oxu...
Təbii ki, bütün bu maxinasiyalara baxmayaraq, Səttar Möhbalıyevin indiyə qədər vəzifəsində necə qaldığı maraqlıdır. Doğrudur, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri “seçki yolu” ilə olur, amma bəllidir ki, Səttar Möhbalıyev qurumda yaratdığı monopoliya ilə 30 ildir “seçilməyə” davam edir. Onun himayəçilərindən biri, həm də əsas şəriki qudası Əli Həsənov olub. Məlumatlara görə, onların quda olmasına səbəb də bu şəriklik olub. Məsələ necə quda olmaları yox, qudaların Azərbaycana vurduğu zərərdir. Vaxtilə Əli Həsənov mediaya ayrılan dövlət vəsaitini oğurlamaqla özünə xeyli sərvət topladı. Vəzifəsindən uzaqlaşdırılsa da, topladığı sərvət hesabına “şahlar kimi” yaşayır. Səttar Möhbalıyev də eyni yolun yolçusudur. Qudası vəzifədə olanda əlində olan media resursları ilə Səttar Möhbalıyevi müdafiə edir, ona qarşı istənilən məsələyə “total hücum”la cavab verirdi.

Vaxtilə Səttar Möhbalıyeva görə, qazinin özünü yandırması hadisəsində də Əli Həsənov əlindəki media rıçaqları ilə qudasının müdafiəsini təşkil edərək, onu "ipdən almışdı". Bəli, Səttar Möhbalıyev həmin Səttar Möhbalıyevdir, qazinin ölümünə səbəb olan şəxs. İndi şəhid ailələri və qazilərlə foto çəkdirmək xatirinə keçirdiyi görüşlər nə onun keçmişini təmizləyə bilər, nə də maxinasiyalarını. Qudası Əli Həsənov vəzifədən çıxarılsa da, Səttar Möhbalıyev hələ də 30 illik kürsüsündən bərk-bərk yapışıb. Lakin artıq bütün sahələrdə olduğu kimi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında da islahatlara, yeniliyə və maxinasiyaların aradan qaldırılmasına, şəffaflığın təmin edilməsinə ehtiyac var. Artıq sıravi müəllim də sanatoriyada istirahət hüququndan istifadə etmək istəyir, mədəniyyət işçiləri də, digərləri də. Onların haqqını yeyən, sıravi vətəndaşların aylıq əmək haqlarından həmkarlara etdiyi ödənişləri çapıb-talayan Səttar Möhbalıyevin qudası Əli Həsənovun yanında göndərilməsinin zamanı çatıb. Düz 10 il öncə Qarabağ veteranı mərhum Zaur Həsənov məhz Səttar Möhbalıyevin yaratdığı haqsızlığın qurbanı olaraq, dünyadan getmişdi, indi vəzifədən getməyə nə var!


Vaqif Hüseynli
Demokrat.az
Ardını oxu...
Lənkəran şəhəri Füzuli küçəsi 7 ünvanında (Lənkəran Nəqliyyat Müəsisəsi “MTS” ərazisi) tikilən 8 mərtəbəli yaşayış binası sözün həqiqi mənasında dövlətə və qanunlara meydan oxuyan qalaya çevrilib. İlk qanunsuzluq bu binanın tikilməsi zamanı böyük bir yaşıllıq zolağının məhv edilməsindən başlayıb. Ekoloji cinayətinə göz yumulan tikinti sahibləri bundan sonra qanunları təməl qazıntısına atıb üstünü betonlayıblar.
Sözügedən tikinti qonşuluqda yaşayan vətəndaşları ciddi narahat edir və müvafiq dövlət qurumlarına, surəti cumhuriyyet.az-a göndərilən məktublarda deyilir: “Bir az yaxın məsafədə Səmədbəy Mehmandarovun və Həzi Aslanovun doguldugu ev və həyət görünür. Qədim tariximizin şahidi olanlar indi sag deyillər. Ancaq biz onların varisləri kimi bu həyətdə ömür sürürük. Biz burada bir neçə nəsil yaşamışdıq, qeyri-adi hadisələrin şahisi olmamışdıq, ancaq keşən il olduq. Keçın il yaşadıgımız evin yarım metrliyində hasardan o tərəfdə, bizi aldadaraq , ag vərəqə imza atdırmış və üç mərtəbəli “Medicana Çentr” adı altında 8 mərtəbəli bina tikiblər. Biz öz həyətimizdə duranda binanın balkonları başımız üstündə çətir kimi durur!”
Maraqlıldır ki, vətəndaşların müraciətinə əlaqədar dövlət təşkilatlarının cavabında da tikintinin qanunsuz olduğu etiraf olunur. Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı öyrəndik ki, Lənkəran Şəhər İcra Hakimiyyəıi başçısının aparatı adından Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Elgün Abdullayev isə bildirib ki, şəhərin Füzuli küçəsi 7 ünvanında Hadızadə Hünər Fəttah oğlunun mülkiyyətində olan 0.06751 ha torpaq sahəsində 3 mərtəbəli, mansardlı fərdi yaşayış evinin tikintisindən ötrü tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi şəhər Icra hakimiyyəti ilə razılaşdırılmışdır: “Lakin H.Hadızadə tərəfindən mansardın yerinə əlavə mərtəbədə tikinti-quraşdırma işləri aparıldığından şəhər lcra hakimiyyətinin müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi tərəfindən 2021-ci ilin 20 avqust tarixində 0521 nömrəli Qərarla tikinti işləri dayandırılmışdır. Buna baxmayaraq tikinti işləri yenidən davam etdirildiyi aşkar olunmuş və Agentlik tərəfindan vətəndaşa 2021-ci ilin 23 sentyabr tarixində inzibati qaydada protokol tərtib edilmişdir”. Vəssalam. İcra Hakimiyyəti bununla işini bitmiş hesab edib. Fövqəladə Hallar NazirliyiDövlət Yanğın Nəzarəti Xidməti Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi bildirib ki, “”ərazidə heç bir tikinti quraşdırma işlərininin aparılmadığı aşkar olundu”. Yeri gəlmişkən, cumhuriyyet.az olaraq icra hakimiyyətinin cavabında tikintinin sahibi kimi adı çəkilən H.Hadızadə ilə bağlı da araşdırma apardıq.
Ardını oxu...
Məlum oldu ki, tikinti prosesinə Hünər Hadıcadə və Hikmət Əsədov rəhbərlik edib. Amma Taleh Qaraşov kimi beş rayonda icra başçısı olmuş şəxsi, FHN kimi qazdan ayıq bir qurumu razı salmaq bu iki şəxsın işinə bənzəmir. İCRA HAKİMİYYƏTİ və FHN 2021 ci ilin sentyabr və oktyabr aylarında dəfələrlə bunlara tikintinin dayandırılması haqqında qərar verib, amma bunlar ötən 10 ay ərzində 8 mərtəbəli binanı tikiblər və bir gün olsun belə tikintini dayandirmayıblar və hal hazırda orda iş gedir!
Tikinti məcəlləsində, bina tikintisi üçün təstiq edilmiş bütün maddələr konud şəkildə pozulmuşdur! Beləki, tikinti üçün ayrilmış Lənkəran şəhər Füzuli küçəsi 7 ünvanında Hünər Hacızadənin mülküyyətində olan 0.06751 ha torpaq sahəsinin, hamısında tikinti aparılmışdır, hətta 1 kv² metr belə istirahət üçün yer saxlanılmamışdır! Binanın çırkab suları axıtmaqa və kanalizaçiya sistemi ümumiyyətlə yoxdur və harasa axıdılası yerdə yoxdu. Bina tikintisində içməli su və yangın üçün su anbarları və nasos sistemi ayrica tikilməlidir, lakin bu arqumentlər nəzərə alınmamışdır. Ətraf qonşu tikililərdə, pozulmuşdur, çunki bina qanuna uygun tikilmədiyinən ara məsafələr nəzərə alınmayıbdır və hətta bəzi evlər binaya bitişikdir!
Hazırki durum isə bundan ibarətdir ki, işbazlar hansısa yolla binaya çıxarış alıb, amma tikiliyə eksprtiza rəyi verilməyib və Şəhərsalma idarəsi binanın tikilməsinə icazə verməyib. Elə maraqlıdı odur ki, ayrı ayrı qurumlar bir birlərini ziddinə, zidd qərarlar verirlər. Bunlar külli pul verib reisterden məsələni həll etsə də bele, amma şəhərsalma razılaşmır bunlarla, səbəb binada olan qanuna ziddiyyətləri. Mikayıl Cabbarovun rəhbərlik etdiyi nazirliyin tabeçiliyində olan Əmlak məsələləri Dövlət Xidmətinin verdiyi çıxarış ciddi şübhələr yaradır və bunu növbəti yazımızda araşdıracayıq. Bunun cavabını kim verecek?
Bu adamlar hansı statusa malikdirlər ki, Azərbaycan Respublikasının Ali Qanunlarını heçə sayırlar, dövlət qurumlarının qərarlarını görməzdən gəlib, istədikləri kimk tikinti aparırlar?! Tikilən binaya Ekspertiza rəyi Vacibdir. Cunki Eksprtiza rəyində binanın tikiıməyi və infrastrukturunun hansı formada olması üçün müdəalar vardir. Amma bu Bınaya eksprtiza rəyi verilməyib! Eksprtiza rəy vermədiyi binanın, Yerli İcra Orqanında çalışan arxitektur hansı səbəbə tikilməsinə göz yuması anlaşılan deyil. Bu insanlar Dövlətdən məgər üstündürlər?
Ardını oxu...
Ağsu rayonunun Bico kəndində baş vermiş bir olayla bağlı cumhuriyyet.az-a məlumat daxil olub. Məlumata görə, fevralın 14-də günorta saatlarında Ağsunun Bico kəndinin ərazisində yerləşən, mal-qaranın suvarılması üçün nəzərdə tutulan gölü su ilə təmin edən böyük diametrli dəmir borunu kəsib aparmaq istəyirlərmiş, lakin təsadüfən həmin ərazidə taxıl sulayan kənd sakini Famil Dadaşov avtogen qaynaqla borunu doğramaq istəyən, adını söyləməyən Ağsu sakininə mane olub. Bu barədə Bico kəndindən cumhuriyyet.az-a daxil olan müraciətdə deyilir. Müraciətdə bildirilir ki, kənd sakininin müdaxiləsini görən həmin şəxs əraziyə özbaşına gəlmədiyini, onu Ağsu Suvarma Sistemləri İdarəsinin müdiri Səfər Məmmədovun oğlanlarının gətirib düşürtdüklərini və borunu doğramağını tapşırdıqlarını söyləyib.
Ardını oxu...
Sakinlərin verdiyi bilgiyə görə, qaynaqçı öz telefonu ilə Ağsu SSİ-nin müdiri Səfər Məmmədovun oğluna zəng edərək, F.Dadaşovla danışdırıb və məmur oğlu kənd sakininin adını soruşandan sonra, hədə şəklində “Orda gözlə, gəlirəm” deyib və telefonu söndürüb. Müraciətdə qeyd edilir ki, F.Dadaşov kənd bələdiyyəsinin sədri Südabə Mikayılovaya və bir neçə kənd sakininə günün günorta çağı olunan “mədəni oğurluq” barədə məlumat verdikdən sonra telefonla çəkiliş aparmağa başlayıb. Çəkilişi görən qaynaqçı Ağsu sakini oksigen balonlarını hadisə yerində qoyaraq, ərazidən uzaqlaşıb.

Sakinlərin cumhuriyyet.az-a göndərdiyi müraciətdə daha sonra bildirilir: “Əvvəlcə hadisə yerinə kənd bələdiyyə sədri gəldi və borunu doğramaq istəyən qaynaqçını, onun ləvazimatlarını və onları ordan aparmağa gələn ön və arxa dövlət nömrə nişanları açılmış “pikap”ı da gördü. Bələdiyyə sədri dedi ki, sürücünü də, yanındakını da tanıdım, su idarəsinin işçiləridir.

Ardını oxu...

Ardınca əraziyə kənd icra nümayəndəsi Bəhlul Mahmudov, müavini, mühasibi və dörd kənd sakini də gəldi. Sonradan gələnlər də dövlət nömrə nişansız ağ rəngli “pikap” maşının ərazidən uzaqlaşdığının şahidi oldular. Kənd sakinləri polisə zəng etməyi məsləhət görsələr də, icra nümayəndəsi B.Mahmudov “Sabah Səfər müəllimlə özüm danışaram” – deyərək, hadisə yerini tərk etdi. Lakin sakinlərlə bir yerdə olan bələdiyyə sədri S.Mikayılova Ağsu RİH-nin Ərazi idarəetmə və yerli özünü idarəetmə şöbəsinin müdiri Sənan Feyzullayevə zəng edib, hadisə ilə bağlı məruzə etdi. S.Feyzullayevsə maraqlanıb, məlumat verəcəyini söylədi. Sonradan bələdiyyə sədrinə “maraqlanma”nın nəticəsi olub-olmaması barədə heç bir məlumat verilməyib. Hazırda həm əlimizdə fotoşəkillər, həm video görüntülər var, həm də borunun düz dibinə qədər getmiş “pikap”ın şum üstündəki izləri durur”.

Kənd sakinlərinin icra nümayəndəsinə istinadən bildirdiyinə görə, sonradan Səfər Məmmədov Bəhlul Mahmudova zəng vurub və onların məsələyə aidiyyatı olmadığını bildirib. Sonda o da qeyd olunur ki, hadisənin qarşısını alan Famil Dadaşova həmin gün ərzində tanımadığı müxtəlif nömrələrdən durmadan zənglər gəlib, lakin tanımadığı üçün zənglərə cavab verməyib.

Kənd bələdiyyəsinin sədri Südabə Mikayılova saytımıza açıqlamasında su borularının kəsilməsinə imkan verilmədiyini bildirib:

“Məlumat gələn kimi dərhal hadisə yerinə getdim və onları sahədən uzaqlaşdırdım. Nömrəsiz maşın idi, bu səbəbdən hələ araşdırma gedir. Su borularını kəsmək istəyən şəxs su-kanal müdiri Səfər Məmmədovun oğlanlarının sifarişi ilə gəldiyini bildiriblər. Mən özüm onların qarşısını kəsdim, sahədə nə üçün gəzdiklərini soruşdum. Dedilər ki, “biz bura öz başına gəlməmişik”. Gələndə özləri ilə su borularını kəsmək üçün qaz balonları gətirmişdilər. Mən onlara yaxınlaşmaq istəyəndə qaçdılar. Kənd icra nümayəndəsi Bəhlul müəllim hadisə yerinə gəldi və telefonla olanları Səfər Məmmədova dedi. Səfər müəllim də hadisədən xəbərsiz olduğunu deyib. Bəhlul müəllimə dedim ki, hadisəni belə qoymaq olmaz, nömrəsiz maşının sahədə nə işi?!.

Məsələ ilə bağlı Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş çöbəsinin müdiri Sənan Feyzullayevə məlumat verilib”.
Ardını oxu...
Bico kənd icra nümayəndəsi Bəhlul Mahmudovla da telefon əlaqəsi saxladıq. O da hadisənin baş verdiyini, hadisə yerində olduğunu təsdiqlədi və demək olar, bələdiyyə sədrinin söylədikləri ilə eyni məzmunda açıqlama verdi. Lakin müraciətdə cavabdeh tərəf kimi adı hallanan Ağsu SSİ-nin müdiri Səfər Məmmədovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Buna baxmayaraq, cavabdeh tərəfin mövqeyini dərc etmək hüququna hörmətlə yanaşırıq.

Hadisə ilə bağlı araşdırılma aparılıb-aparılmadığı barədə hər hansı məlumat əldə edə bilmədik. Maraqlıdır ki, hadisənin şahidi olan rəsmi şəxslər niyə bu barədə polisə məlumat verməyiblər?..
Ardını oxu...
61 nəfər Xoşçobanlı və Murğuzalılı kənd sakinləri Xoşçobanlı Bələdiyyəsinin sədri Vüqar Bağırova müraciət edərək yazıblar: Yazıb sizə məlum edirik ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2014-2015-ci illərdə istifadəyə verilmiş Otuziki, Xoşçobanlı, Muğuzalılı, Mürsəlli, Qaraqaşlı kəndləri arasından keçən kəndarası yollar əsaslı təmir edilərək vətəndaşların istifadəsinə verilmişdir. Yolumuzun əsaslı təmir olunmasına köməklik göstərdiyinə görə cənab Prezidentimizə öz təşəkkürümüzü bildiririk.
Ancaq təəssüflər olsun ki, ağır tonnajlı yük maşınları ( şaqmanlar) əsas magistral yolda qurulan tərəzilərdən gizlənərək yüklərini kəndarası yoldan keçməklə daşıyırlar, bunun nəticəsində kəndarası yollar ağır yüklərə davam gətirməyərək sıradan çıxır və məhv olub gedir. Xahiş edirik ki, bu məsələ barədə aidiyyəti dövlət qurumlarına məlumat verəsiniz və təcili tədbir görəsiniz. Sakinlərin müraciətindən sonra bələdiyyə sədri Vüqar Bağırov icra nümayəndəsinin müavini Asif Əlişovla birgə sakinlərin şikayətini İmişli Rayon Yol Polisi İdarəsinin rəisi Eldəniz İmamyarova çatdırmaq üçün 2 dəfə qəbula getsələr də rəis onları qəbul etməyib. Axırda məcbur olub rayon prokurorunun qəbuluna gediblər. Prokurorun köməkçisi Fərzi müəllim Eldəniz İmamyarova zəng edərək vətəndaşları qəbul etməsini bildirib.
Nəticədə, Eldəniz İmamyarov Vüqar Bağırovla Asif Əlişovu qəbul edərək onlara “Niyə yalan danışırsınız, siz nə vaxt qəbula gəlmisiniz” deyərək onlarla çox kobud davranıb. Vüqar Bağırov rəisə bildirib ki, iki dəfə gəldik bizi içəri buraxmadılar. Rəis Eldəniz İmamyarov yenə bələdiyyə sədrini və kənd icra nümayəndəsinin müavini təhqir etməyə başlayıb. Axırda bələdiyyə sədri seçkili orqanın rəhbəri olduğunu deyərək, əlini uzadaraq “Bura dövlət binasıdır, danışığınıza fikir verin” deyəndə rəisin gül ağzı açılıb və... Və bələdiyyə sədrinə “Əlini burub dalına soxaram...Gedin hara istəyirsiniz şikayət edin..” deyərək bələdiyyə sədri ilə icra nümayəndəsinin müavinini qovub. Bələdiyyə sədri və icra nümayəndəsinin müavini bu rüsvayçılıqdan sonra Daxili İşlər Naziri Vilayət Eyvazova, Baş prokuror Kamran Əliyevə, DTX-nın rəisi Əli Nağıyevə müraciət edərək məsələnin nəzarətə götürülməsini xahiş ediblər.
Bələdiyyə sədri Vüqar Bağırov deyir ki, rəisin məni təhqir etməsi bütün rayona yayılıb, mən seçicilərimin üzünə baxa bilmirəm. Bələdiyyə sədri onu da deyir ki, bir neçə il əvvəl mən Şirvan şəhərində cənab nazir Vilayət Eyvazovun qəbulunda olmuşam, bizmlə elə mədəni, səmimi, mehriban danışdı ki, edəcəyimiz xahişi də unutduq. Mən nazirdən xahiş edirəm ki, belə kadrları başa salsın ki, insanlarla tərbiyəsiz davranmasınlar.
Mən seçicilərimizin, kənd sakinlərinin adından haqqımızı tələb edirəm, rəis isə nəyinsə müqabilində ağırtonnajlı maşınları yolumuza yönəldir, yollar dağılır. Bələdiyyə sədri onu da deyir ki, son günlər akt tərtib edərək bizi tutdurmaq istəyirlər.
Biz bir media olaraq ümid edirik ki, dövlət qurumları yaxın zamanda bu müraciətlərə münasibət bildirəcəklər. //gundelik-baku.com//
 
Ardını oxu...
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin olunandn sonra Rövşən Rüstəmova müəyyən ümidlər var idi. Ona görə yox ki o gələndən sonra dağı dağ üstünə qoyacaqdı və hər kəs bunu inandırıcı qəbul edirdi, ona görə ki. hrə kəs belə bir qənatədə idi: Rövşən Rüstəmov nə qədər pis olmağa çalışsa da əvvəlki sədr Cavid Qurbanovdan daha betər ola bilməyəcək... Amma görünəni odur ki, qənaətlərdə ictimai yanılma var...

DİA.AZ bildirir ki, "Azərbaycan Dəmiryolları QSC-də kadr dəyişikliyindən sonra islahatlar başlayıb" deyə ironik şəkildə reaksiyasını paylaşan tanınmış jurnalist Elçin Rüstəmlinin də diqqətini məhz bu amil cəlb edib.
Ardını oxu...
Qeyd edək ki, E.Rüstəmli yuxarıdakı fotonu təqdim edərək belə yazır: "Əvvəlcə vağzal binasının sonundakı pilləkənləri söküb yenisini tikirlər. Uzun illər əvvəl tikilsə də yaxşı vəziyyətdə idi. Yəqin, mərmərdən olacaq..."

Yəni bu da o deməkdir ki, yeni sədr də elə köhnə sədrin yolu ilə gedir və onun dövründə təmir olunmuş yolu yenidən təmir etdirir...

BAZAR OLSUN...

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
15 yanvar 2016-cı il tarxidən bu günədək Füzuli rayon Təhsil Şöbəsinin müdiri işləyən Ramella Məmmədovanın əməlləri barəsində yazdığımız sonuncu yazı ilə bağlı bir dəqiqləşdirmə aparmaq istəyirik.
Belə ki, redaksiyamız tərəfindən son dəqiqləşdirməyə görə, Ramella Məmmədovanın son 6 illik fəaliyyətini hazırda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, yəni cənab Samir Şərifovun rəhbərlik etdiyi dövlət qurumu yoxlayır.
Deməli, hazırda yoxlama zamanı 81 məktəbin, 81 məktəb direktorunun fəaliyyəti yoxlanılır. Yoxlama zamanı fakültetiv məşğələlər, əlil uşaqlar üçün evdə təhsil və digər məsələlər ciddi yoxlanılır.
Təsəvvür edirsiniz, dövlətin əlil uşaqlar üçün ayırdığı külli miqdarda vəsaitin hesabına müəllimlər evlərdə uşaqlara dərs keçməlidir. Bu dövlətin öz vətəndaşına qayğısıdır. Amma....
Əmması odur ki, yoxlama zamanı bəlli olacaq ki, əlil uşaqlar onlara kağız üzərində dərs deyən, dövlətdən hər ay böyük miqdarda əmək haqqı alan müəllimlərinin üzünü heç bir dəfə də görməyiblər. Heç müəllimlər də öz şagirdlərini tanımır. Bu durum Füzuli məktəblərində uzun illərdir ki, davam edir. Və dövlətin əlil uşaqlar üçün ayırdığı külli miqdarda vəsaiti direktorlar, “zavuç”lar, müəllimlər bölür.
Daha doğrusu, ən böyük məbləğ bu cinayətkar əməllərə imza atan Ramella Məmmədovaya çatır. Biz hələ kağız üzərində 81 məktəbdə olan gözətçiləri, xadimələri demirik. Bunların maaşlarını kim alıb, yoxlama zamanı bəlli olacaq. Bu hələ harasıdır..? Guya məktəblərdə yanacaq kimi istifadə olunan mazut, odun, kömür...alınan sobalar, süpürgə, şampun, istilik avadanlıqları, əl dəsmalı və daha nələr...üçün silinən dövlət vəsaitləri. Məktəblərin istilik təchizatı üçün dövlətin ayırdığı vəsait kimlərin cibinə gedib..? Həmin pulların hesabına guya müasir qızdırıcılar alınıb, amma əslində Füzuli məktəblərində qış aylarında təzək, gərmə yandırılır.
Biz hələ bahalı hissələri satılan, ancaq qabığı-skeleti qalan bahalı kompüterləri demirik. Əslində bunların cüzi hissəsi alınıb, qalanları üçün pullar silinib. Yoxlama zamanı bəlli olacaq ki, məktəbə ayrılan avadanlıqlar, bahalı cihazlar kimlərə satılıb.... Bəlli olacaq ki, müəllimlərin bir çoxu əslində dərsə gəlmir, amma hər ay maaş alırlar.
Daha sonra bəlli olacaq ki, xeyli sayda şagirdin adı Füzuli məktəblərində getsə də, onların üzünü görən olmayıb. Və həmin şagirdlərin valideynləri hər ay məktəb direktorlarına, onlar isə Ramellaya xeyli miqdarda pul verirlər. Bəli, yoxlama zamanı elə faktlar ortaya çıxacaq ki... Yoxlama zamanı bəlli olacaq ki, Füzuli təhsil sektorundakı məktəblərin bir çoxu AİLƏ MƏKTƏBLƏRİ-dir.
Təsəvvür edirsiniz, bir ailənin 3-4 üzvü məktəbin rəhbərliyində, pedoqoji kollektivdə təmsil olunur. Bu özü ən böyük korrupsiya əməlidir. Ramellanın xəbəri yoxdur ki, onun bu əməllərini icra edən, ən yaxın rəfiqəsi artıq bütün faktları lazım olan yerə çatdırıb. Bütün baş verənlərdən təşvişə düşən Ramella Məmmədova qorxusundan 81 məktəb direktoruna deyib ki, həbs olunmaq istəmirsinizsə, pulları gətirin Maliyyə Nazirlriyindən gələn yoxlamanı yola salım. Ramella Məmmədova hətta bəzi məktəb direektorlarını bank müdiri işləyən oğlunun yanına göndərir ki, kredit götürün, pulu vaxtında çatdırın, yoxsa hamımızı həbs edəcəklər. Ramella Məmmədova məktəb direktorlarına deyib ki, maliyyə naziri Samir Şərifova “xod” axtarıram, bir nəfər tapmışam, mənə söz verib...
Ramella Məmmədova məktəb direktorlarına deyir ki, icra başçısı Alı Alıyev mənə söz verib ki, yaş həddi ilə bağlı məni sentyaradək vəzifədə saxlayacaq. Amma Ramella Məmmədova unudur ki, Maliyyə Nazirliyinin yoxlaması onun üçün o biri yoxlamalardan deyil və konkret nəticə olmalıdır. Yəni Ramella Məmmədova və onun şəbəkəsi işdən azad edilməklə canlarını qurtara bilməyəcəklər. Bu dəfə onların kütləvi həbsi qaçılmaz olacaq. Biz əminik ki, yoxlamanın sonunda Füzuli təhsilinə təcrübəli, ləyaqətli, bir pedoqoq olan Camal müəllim rəhbərlik edəcək və Füzuli təhsili Şaumyanın qızı Ramellanın əsarətindən azad olunacaq. //gundelik-baku.com//
 
Ardını oxu...
 

 

 

Bakıda fəaliyyət göstərən uşaq bağçasında xoşagəlməz hadisə baş verib. 

“Ayşənim” uşaq bağçasında tərbiyəçi uşağa yemək yedizdirən zaman şiddət göstərib. 

Valideyn saytımıza bildirib ki, bu barədə rəhbərliyə məlumat verilsə də, heç bir tədbir görülmür. (oxu.az)

Dünyapress TV

Xəbər lenti