"Bizim Ev" KİMİN TORPAĞINA GİRİB? - İDDİA
Bu gün Azərbaycanda müxtəlif sferalarda, təhsildə, səhiyyədə, nəqliyyat sahəsində və s problemlər mövcuddur. Amma tikinti sektorundakı problemlər demək olar ki, cəmiyyətin səbr kasasını artıq son həddə çatdırıb. Hansısa məmur xalqdan və dövlətdən oğurladığı milyonların hesabına şəhərin istədiyi yerində uca mərtəbəli binalar tikir, bir mənzili bir neçə nəfərə satır, tikinti qaydalarını pozur və daha nələr. Bütün bunlardan ən dəhşətlisi odur ki, bu Mənzil-Tikinti Kooperativləri tikinti gedən ərazidəki sakinlər üçün dəhşətli problemlər yaradırlar. Axı, ətrafda yaşayan insanların günahı nədir ki, gecə-gündüz, yay-qış dayanmadan səs-küyün içərisəndə ömür sürməli, başına qum-çınqıl-palçıq tökülməlidir. Axı, bu MTK-lara kim icazə verib ki, insanların istirahət, yaşayış hüquqlarını pozsunlar..?
Təsəvvür edirsiniz, MTK-lar məhəllədaxili əraziləri də zəbt edib, insanlar məhəllə daxilində dincəlməyə, nəfəs dərməyə 1 metr yer tapmırlar. Bu hələ harasıdır..?
"Bizim Ev" Tikinti şirkətinin Yasamal rayonu, Zərdabi küçəsində "Məhsul" stadionunun yaxınlığında, fabrikin ərazisinin qeyri-qanuni satıldığı yerdə, aparılan tikintinin qorxusundan valideynlər uşaqlarını həyətə buraxa bilmirlər. Uşaqların həyətdə oynaması ona görə təhlükəlidir ki, tikinti aparılan ərazidə heç bir təhlükəsizlik qaydalarına əməl olunmur.
Sakinlər bildirirlər ki, biz o qədər dəhşətli dərəcədə təhlükə içərisində yaşayırıq ki, tikinti aparılan binanın hansısa bir materialı həyətdə hərəkət edən sakinlərin başına düşsə, bədbəxt hadisənin baş verməsi qaçılmazdır. Onu da bildirək ki, "Bizim Ev" MTK-nın ucaltdığı binanın altında, uşaq bağçasının həyətdə uşaqların oynaması üçün, oyun meydançası quraşdırılıb. Binadan qopan xırda bir əşya uşaqların faciəsi ilə nəticələnəcək hadisəyə səbəb ola bilər.
Axı, ötən yazımızda qeyd etdiyimiz kimi bütün dünyada tikinti şirkətləri fəaliyyət göstərir, amma ölkə qanunları daxilində. Bəs, bizdə niyə bu sahədə dəhşətli xaos, qanunsuzluq, cinayət əməlləri baş alıb gedir. Bəs, Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, Ekologiya Nazirliyi, Arxitektura Komitəsi və s qurumlar hara baxır. Bu MTK-lar hər gün onlarla ağacı, yaşıllıqları məhv edirlər. Hansısa bir iradı bildirəndə, ağızlarını möhkəmdən açaraq deyirlər ki, kimə nə lazımdır vermişik, işimizi də görürük. Lap "Bizim Ev" MTK-nın şəriklərindən biri Həbib müəllimin dediyi kimi. "Bilirsiniz, Fövqaladə Halların, Arxitektura Komitəsinin, İcra Hakimiyyətlərinin bu binada nə qədər payı var? Əşi biz paylamışıq, özümüzə heç nə qalmayıb. 22 mərtəbəyə söz vermişdilər, 12-ci mərtəbədə dayandırdılar. Gedin əlinizi hara istəyirsiniz, ora qoyun. Ölümdə olsa biz işimizi dayandıran deyilik". Amma biz Həbib müəllimə bildirmək istəyirik ki, siz kim olursunuzsa, olun, kimin adamı olursunuzsa, olun, kimin cibini doldurursunuzsa, doldurun, amma unutmayın ki, bu ölkənin vətəndaşlarının hər birinin konstitusiyada nəzərdə tutulmuş hüquqlarını qoruyan Prezidentləri var. Sizin çoxlu pulunuz ola bilər, camaatın hüquqlarını pozmaq üçün vəzifəli adamlarınız ola bilər, amma sizin və sizin "krışa"larınızın səlahiyyətləri Prezidentdən üstün ola bilməz.
“Bizim Ev” MTK Mədəniyyət Nazirliyinin nəzdində olan fabrikin ərazisini hansı yollarlasa əldə edərək, yerində bina tikməsindən əlavə, üstəlik idman stadionunun ərazisini də zəbt edərək qanunsuz ikinci binanı tikir. Hətta sakinlər bildirirlər ki, gör bu "Bizim Ev" MTK-nın sahibi Həbib adlı şəxs kimlərəsə, hansı dərəcədə arxayındırsa bir icazə ilə iki bina tikir. Buna nə ad vermək olar?
Ötən yazımızda qeyd etdiyimiz kimi, bütün dünya, o cümlədən dövlət başçımız idmanın inkişafına çalışır, bu tərəfdən isə "Məhsul" adlı stadionun ərazisini Həbib və Mürşüd adlı şəxslər zəbt edərək bina tikir.
Qısa məlumat üçün qeyd edək ki, vaxtilə adı “Məhsul” olan stadion indi Yasamal rayonu İdman-Sağlamlıq Kompleksi adlanır.
Ən dəhşətlisi odur ki, stadionun qanuni sahibi olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ( sədri, millət vəkili Səttar Möhbalıyevdir ) deyir ki, tikintidən xəbərimiz yoxdur. Axı, söhbət “iynə axtarmaqdan” getmir ee, ərazidə az qala 20 mərtəbəli bina tikilir, stadionun sahibi deyir xəbərimiz yoxdur...
Onu da qeyd edək ki, söhbət konkret olaraq Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 69D ünvanında olan 1,26 hektar ərazidən gedir. Yuxarıda qeyd etdiyimiz kimi, “Bizim Ev” MTK ətrafda yaşayan insanlar üçün dözülməz vəziyyət yaradıb.
Bəli, indi bizə məlum olur ki, tikilən binaya görə, Mədəniyyət Nazirliyinin əməkdaşları həbsə atılıblar. Amma satan bəlli, oğurluq ərazini alan bəlli, zərərçəkən Azərbaycan dövləti amma ortada nəticə yox.
Bəli əziz oxucular, soruşa bilərsiniz ki, artıq o yeri satan həbs olunub. Yeri satan həbs olunsa da, yeri alan da onu geri qaytarmalı, dəymiş zərər, yəni dövlətdən oğurlanaraq, hansısa iş adamına satılan ərazi dövlətə geri qaytarılmalıdır. Hesab edin ki, oğurluq edilir, oğurluq edən həbs olunur, oğurluq vasitəsilə əldə olunan gəlir isə, hamının gözü qarşısında açıq şəkildə oğrular tərəfindən bölünür. İndi isə qayıdaq "Bizim Ev" MTK-nın tikdiyi hündürmərtəbəli bina ilə bağlı sakinlərin çəkdiyi məşəqqətlərə.
Təsəvvür edirsiniz, vətəndaşların keçib getdiyi yolun düz ortasında hündür kran ( 06-BD-200 ) dayanıb, insanlar yolu keçə bilmirlər. Əgər sabah bu kran aşıb insanları məhv eləsə, bunun məsuliyyətini kim daşıyacaq, cənab vəzifə sahibləri..? Ərazidə tikinti materiallarının qalıqları, toz-torpaq, zir-zibil əlindən tərpənmək olmur.
Təsəvvür edin ki, sakinlərin keçdiyi yola xeyli sayda mişar daşları düzülərək yolu hasara alıblar... MTK-nın sahibi isə sakinlərin şikayətini heç vecinə də almır. Hələ üstəlik deyir ki, pulumu vermişəm, yer almışam, icazə almışam, özüm bilərəm necə tikirəm...
Baxın, bu adam kağız üzərində olsa da Mədəniyyət Nazirliyindən oğurlanmış torpağın üzərində 1 binaya icazə alıb, amma hazırda ikinci binanı da tikir.
Biz bir media olaraq Bakı Şəhər İcra Hakimiyyətinə, Yasamal Rayon İcra Hakimiyyətinə, Arxitektura Komitəsinə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizlik Xidmətinə və bütün qurumlara səslənirik. "Bizim Ev" MTK-nın gördüyü qanunsuz işlərə son qoyulsun. //gundelik-baku.com//
 

Bölmənin digər xəbərləri

28 Noyabr 2024 "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
28 Noyabr 2024 Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
28 Noyabr 2024 Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
28 Noyabr 2024 QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
28 Noyabr 2024 “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
28 Noyabr 2024 “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR...
27 Noyabr 2024 Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
27 Noyabr 2024 Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
27 Noyabr 2024 Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
27 Noyabr 2024 ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...

Dünyapress TV

Xəbər lenti