Ramiz Hümmətovun biznes şəbəkəsi...
Ramiz Hümmətov başqasına məxsus avtomobili saxta yolla necə satıb..?
Məşhurlardan biri deyir ki, mən hansı ölkəyə gedirəmsə, orada yaxşı, yaxud pis qanunla maraqlanmıram, məni qanunun işləməsi maraqlandırır.
Bəli, qanun kağız üzərində qalırsa, işləmirsə, obrazlı desək, “ölü qanun”dursa, nə fərqi, yaxşı, ya da pis qanundur. Əsas odur ki, qanun işləsin və...ən əsası HAMIYA şamil olunsun. Biz 33 ildir ki, müstəqillik əldə etmişik, BMT-nin, hətta Avropa Şurasının üzvüyük. Yəni Avropa Şurasına daxil olanda üzərimizə öhdəlik götürmüşük. O öhdəliklərdən biri də QANUNUN ALİLİYİNƏ riayət etməkdir. İndi gəlin görək, Avropa Şurası qarşısında görütdüyümüz öhdəliklərə əməl edirikmi...? Yəni bizim Ali Qanunda- Konstitusiyada məmurların biznes faəliyyəti ilə məşğul olması birmənalı olaraq QADAĞAN OLUNUB. Amma...
Əmması odur ki, bu gün ölkədəki iqtisadiyyatın, biznesin çoxu dövlət məmurlarına məxsusdur. Ən dəhşətlisi odur ki, məmurlar öz səlahiyyətlərindən istifadə edərək, vergidən yayınır, işçilərin hüquqlarını pozur və daha nələr... Amma ən dəhşətlisi odur ki, bəzi dövlət məmurları öz səlahiyyətlərindən sui-istifadə edərək CİNAYƏT ƏMƏLLƏRİNƏ yol verirlər. Belə məmurlardan biri də Binədə yerləşən 31 saylı notariat kontorunun rəhbəri Hümmətov Ramiz Kamran oğludur.
Oxucuya aydın olması üçün qeyd edək ki, Azərbaycanda yaxşı qanunlardan biri də “Notariat haqqında” Azərbaycan Respublikası Qanunudur. Qanunun 7-1-ci maddəsində xüsusi notariusların sahibkarlıq fəaliyyəti ilə məşğul olması və siyasi partiyada fəaliyyəti qadağandır. Əgər belə bir hal olarsa, xüsusi notarius vəzifəsindən uzaqlaşdırılır.
İndi görək, bu qanun ölkəmizdə işləyirmi? Əgər qanunlar işləsəydi, Binədə yerləşən 31 saylı notariat kontorunun rəhbəri Hümmətov Ramiz Kamran oğlu sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzdi. Bu adamın özünə məxsus “R-Petrol” adlı yanacaqdoldurma məntəqəsini, Xırdalan şəhərində vaxtilə dövlət notariusu işlədiyi dönəmdə yığdığı pullar hesabına xüsusi notarius keçməsi ilə əlaqədar kontor kimi inşa etdirdiyi, fəaliyyətini Xırdalandan Binəyə köçürəndən sonra isə icarəyə verdiyi ofis binasını, Xırdalandakı başqa obyektləri, Abşeron rayonunun Məmmədli qəsəbəsində (Məhəmmədi kəndində) tikdirib ayrı-ayrı şəxslərə satdığı 50-yədək fərdi yaşayış evlərini, Abşeronun Badamlıq yaşayış massivindəki evlərini və daha nələri yazaq…. Görəsən, bütün bunlar sahibkarlıq fəaliyyəti deyil..? Nə olsun ki, Ramiz Hümmətov həmin obyektlərin çoxunu yaxın qohumlarının adına sənədləşdirib.
Bəli, Ramiz Hümmətov Məmmədli qəsəbəsində qeyri-qanuni yolla əldə etdiyi geniş torpaq sahəsində saldığı fərdi yaşayış evləri kompleksini qəsəbədə icra nümayəndəsinin müavini vəzifəsində işləyən qardaşı oğlu İlkin Hümmətovun adına rəsmiləşdirib. Hələ bunlar harasıdır ? Ramiz Hümmətovun elə əməlləri var ki, oxuyanda adam dəhşətə gəlir. Bu adam vətəndaşın adına olan qanuni avtomobili onun razılığı və imzası olmadan başqasına satıb. Bu əsl möcüzədir.
Bəli, bu saxtakarlıq əməli 31 saylı notariat kontorunun rəhbəri Ramiz Hümmətovun əli ilə həyata keçirilib. Və 31 saylı notariusda avtomobilin alqı-satqısı baş tutub.
İndi gördünüzmü, Ramiz Hümmətov kimilər üçün Azərbaycan qanunları nədir? Belə ki, Bakı şəhər sakini Mətanət Əliyevaya məxsus ağ mirvari rəngli "Lexus RX 350" markalı, 90 DX 350 nömrə nişanlı minik avtomobili oğurlanıb. Onun yaxın qohumu bildirib ki, avtomobil saxta yolla Bakı şəhərində yerləşən 31 saylı notariat kontorunun rəhbəri Hümmətov Ramiz Kamran oğlunun razılığı ilə Sumqayıt şəhər sakini Rüstəmov Rüstəm İntiqam oğluna Əliyeva Mətanətin İŞTİRAKI və RAZILIĞI OLMADAN alqı-satqı müqaviləsi imzalanaraq satılıb. Görəsən, vətəndaşa məxsus minik avtomobili onun razılığı və imzası olmadan necə satıla bilər? Əlbəttə, ortada böyük rüşvət, saxtakarlıq və CİNAYƏT ƏMƏLİ var.
İndi bütün bunlardan sonra Ramiz Hümmətov bəzi media orqanlarında nə yazdırır: “Ramiz Hümmətov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!” İndi isə keçək mətləbə.
Suliyeva Nabat Azərbaycan Respublikası Bakı şəhəri, Nazim Hikmət küçəsi ev 32, mənzil 2-də yaşayıb.
Suliyeva Nabat öz adına Muğan bankda 100 min manat vəsait qoyub. Xaricdə yaşaması ilə əlaqədar olaraq, Nabat xanım öz adından nəvəsi kimi çox istədiyi bir şəxsə etibarnamə verir. Bu şəxs Nabat xanım üçün həmişə dəyərli və istəkli olaraq qalır. Nabat xanımın həmin şəxsə verdiyi etibarnamə qüvvədə ola-ola nədənsə birdən-birə 31 saylı Notariusun rəisi Ramiz Hümmətov peyda olur. Sonradan necə ola bilər ki, Nabat xanımın başqa bir adama etibarnamə verdiyi bir halda Ramiz Hümmətovun vasitəçiliyi ilə etibarnaməsi olan şəxs axtarılır, Ramiz Hümmətov vəzifəsindən sui istifadə edərək, həmin etibarnaməsi olan şəxsin şəxsi məlumatlarını qeyri-qanuni olaraq, sistemdən əldə edir, hələ bu da azmış kimi həmin şəxslə telefon əlaqəsi yaradaraq, onun başqasına etibarnamə verməsini tələb edir. Gördükdə ki, həmin şəxs bu məsələdən imtina edir, Ramiz Hümmətov işi həmin şəxssiz həyata keçirərək, xarici ölkədə olan Suliyeva Nabatın adından başqa şəxsə etibarnamə yazır. Məsələnin ciddiliyini bax burada nəzərə almaq lazımdır.
09.06.2023-cü ildə gecə saat 23.59-da, Suliyeva Nabatın adından, Hacıyev soyadlı bir şəxsə etibarnamə verilir. Gecə saat 23.59-da, xarici ölkədə yaşayan Suliyeva Nabatın adından verilən etibarnamə, elə həmin saniyə də də sistemə daxil olur, həmin sənəd sistemə daxil olan kimi də təsdiq edilir. Budur, Dövlət Notariusunun rəhbəri Ramiz Hümmətovla Elxan Hüseynovun qanunsuz əməlləri.
Qeyd edək ki, 81 yaşlı hal-hazırda xarici ölkədə yaşayan Suliyeva Nabat heç bir Mobil Notariat Proqramından istifadə edə bilmir, onunla qanunsuz olaraq, Watsapp vasitəsilə əlaqə saxlanılıb. Etibarnaməsi olan şəxs isə etibarnamə əlində qalaraq gözləyir. Yevlax rayon notariusu işləyən Hüseynov Elxan İlyas oğlu da Ramiz Hümmətovla bu işdə birgə saxtakarlıq ediblər. İncə məqamlardan biri də odur ki, 31 saylı notariusun rəisi etibarnaməsi olan şəxsə zəng vuraraq, hətta rüşvət də təklif edib. Ramiz Hümbətovun əlimizdə olan səs yazısı bütün məsələlərə aydınlıq gətirmək üçün sübutdur. Muğan bankdan 100 min manat pulun qeyri-qanuni yolla çıxarılmasında əli olan bütün şəxslərin məsuliyyətə cəlb olunması üçün əlimizdən gələni edəcəyik.
gundelik baki.com