Neftçala sakini:
"Qəbuluna gedirəm, özü gəlmir, müavinləri köməkçiləri vətəndaşlarla görüşürlər”

"2007-ci ildə atam və nənəm Neftçalanın Heydər Əliyev prospekti 19C ünvanında mənim adıma 138 kvadratmetr torpaq sahəsi alıblar. İllərdir ki, yerli icra hakimiyyəti mənə öz torpağımda obyekt tikməyə icazə vermir”.

TEREF.AZ yazır ki, bunu Meydan TV-yə Neftçala sakini Vasif Məcidzadə deyir.

Onun sözlərinə görə, torpağın bütün sənədləri qaydasında olsa da, bir ildir ki, icra başçısı Mirhəsən Seyidovun qəbuluna düşə bilmir: "Ərazinin çıxarışı var, tikintinin layihəsi də hazırdır. Lakin başçı sərəncam vermir və səbəbini də əsaslandıran yoxdur. Torpağım elə bir yerdədir ki, sağımda da, solumda da obyektlər var. Birinci və sonuncu dəfə 2021-ci ildə icra başçısı Mirhəsən Seyidovun qəbulunda olmuşam. Məni xeyli sorğu-suala tutandan sonra demişdi ki, sənədlərinə baxılacaq, qanunsuz olsa, prokurorluğa verəcəyik. Üzərindən bir həftə keçəndən sonra məktub gəldi ki, torpaq sahəsinə görə dövlətə 15 il ərzində üst-üstə yığılmış 650 manat torpaqpulu borcu var. Borcu ödədim, üzərindən iki il keçib, yenə də sərəncam verilməyib. Üstəlik də, başçının qəbuluna düşə bilmirəm”.

"Həftənin beşinci günləri guya vətəndaşlarla görüş keçirirlər. Ora gedirəm, başçı özü orada olmur. Müavinləri, köməkçiləri vətəndaşlarla görüşürlər. Şikayətlərə də qulaq asıb, yalandan "həll olunacaq” deyirlər. Camaatı yola verirlər. Sonuncu dəfə bu ilin mayında icra hakimiyyətinə getdim, yenə də başçı özü orada yox idi. Necə əsəbləşdimsə, əlimi zərbə ilə divara vurdum, barmağım sındı. Xəstəxanaya getdim, barmağıma gips qoyuldu”, – deyə o bildirib.

Vasif Məcidzadə çıxış yolu tapmadığını və hara müraciət edəcəyini bilmir: "Mənə icra başçısı ilə görüş verilmir. Hamı da bir ağızdan deyir ki, sən orada pulsuz obyekt tikə bilməyəcəksən. Mən dərdimi kimə deməliyəm? Su idarəsinə, yoxsa işıq idarəsinə? Bundan öncəki icra başçısı İsmayıl Vəliyev də məni belə incitdi. Konkret pul istədi, vermədim. Tikə bilmədim. Deyəsən, bu da elə eyni yolla gedir. Eşitmişəm ki, guya icra başçısı tikinti işləri üçün altı min manata yaxın pul istəyir”.

Neftçala Rayon İcra Hakimiyyətinin Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsindən Meydan TV-nin sorğusu cavablandırılmayıb.

Daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə Meydan TV-yə deyir ki, qeyri-yaşayış binasının tikintisi üçün yerli icra hakimiyyətlərinə deyil, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmək lazımdır: "İlk növbədə baxmaq lazımdır ki, vətəndaşın torpağı hansı kateqoriyaya aiddir. Bəzən görürsən ki, vətəndaşlar səhv sala bilir. Ola bilər ki, yolun bir tərəfində olan torpaq sahibkarlıq, qarşı tərəf isə kənd təsərrüfatı təyinatlı ola bilər. İkinci məsələ isə bütün hallarda vətəndaş icra hakimiyyətinə müraciət etməməlidir”.

"Obyektin tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə elektron qaydada da müraciət edilməlidir. Komitədə müraciət əsasında təqdim edilən sənədlərə baxıldıqdan sonra icazə verilir. Əgər icazə verilərsə, bundan sonra yerli icra hakimiyyəti ona dair sərəncam verə bilir”, - deyə o bildirib.

Bölmənin digər xəbərləri

15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?

Dünyapress TV

Xəbər lenti