"Şərur İnşaat"ın rəhbərliyindən ŞİKAYƏT -
“Şərur İnşaat” tikinti şirkətinin fırıldaqları barədə KİV-lərə və mətbuata mütəmadi olaraq şikayətlər daxil olmaqdadır. Şirkət rəhbərliyinin binalarda dayaq sütunlarının sökülməsinə göz yumması, bir mənzilin bir neçə vətəndaşa satılması, inşa etdiyi binalarda qeyri-qanuni fəaliyyətlə məşğul olaraq sakinlərdən kommunal xidmət adı altında aylıq külli miqdarda pul yığılması ilə bağlı dələduzluq halları “Şərur İnşaat”ın əsas devizlərindən biridir.

Bir neçə gün bundan əvvəl isə şirkətin Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsindəki binasındakı blokların birində içində sakinlərin də olduğu qəzalı lift 9-cu mərtəbədən boşluğa düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Amma bu məsələ əsəbləri onsuz da tarıma çəkilən sakinləri bir az da özündən çıxarıb.

Bina sakinləri özünü komendant adlandıran və hər bir mənzildən aylıq 55-60 manat yığan Fərman adlı şəxsə müraciət etsələr də, o bildirib ki, liftlərin yeniləri ilə əvəzlənməsi qeyri-mümkündür və İsfəndiyar müəllimin buna imkanı çatmır. Odur ki, bu məsələni sakinlər özləri həll etməlidir. Bəs onda belə bir sual yaranır ki, qeyri-qanuni və heç bir qəbz verilmədən yığılan pullar hara gedir?!

“İrəvan SSR” lift zavodunun istehsalı olan və çoxdandır qəzalı vəziyyətə düşən bu liftlər nə üçün müasir və təhlükəsiz qaldırıcı qurğularla əvəz edilmir?! Axı Azərbaycan dövlətinin əsas prioriteti onun vətəndaşının təhlükəsizliyidir, nədən “Şərur İnşaat” Azərbaycan vətəndaşlarını hər an təhlükə ilə üz-üzə qoyur?

Araşdırmamız deməyə əsas verir ki, bu illər ərzində adıçəkilən inşaat şirkəti binalarda Azərbaycan Respublikasının qanunlarına zidd fəaliyyət göstərib, heç bir vergi ödəməyib. Yanğın və digər təhlükəsizlik qaydalarına məhəl qoymayan “Şərur İnşaat” öz fəaliyyətini keçən əsrin 90-cı illəri aspektində, reket şəklində qurub. Qeyd edək ki, yeni tikilən binalarda sakinlər tərəfindən MMMC-lər yaradılmalıdır. Lakin “Şərur İnşaat” buna imkan vermir.

Bəs MMMC nədir?

MMMC – yəni Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti – çoxmərtəbəli binaların idarə edilməsi üçün bina sakinlərinin (binanın sahə mülkiyyətçilərinin) könüllü birliyidir. MMMC qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək, ya da onu bölüşdürmək deyil. MMMC-lərin fəaliyyəti əsasən Mənzil Məcəlləsi əsasında tənzimlənir. Qanunvericiliyə əsasən, çoxmənzilli bina sakinləri MMMC yaradaraq binanın idarə edilməsi məsuliyyətini birbaşa öz üzərilərinə götürürlər. MMC-lərdən fərqli olaraq MMMC-lər kommersiya fəaliyyəti göstərsələr də, əldə edilən gəlir bölüşdürülmür, ancaq Nizamnamə fəaliyyətinə yönəldilir. MMC-lər Dövlət Vergi Xidmətində, MMMC-lər isə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınır.

Xatırladaq ki, bu yaxınlarda Bakının Nərimanov rayonunda, Ceyhun Hacıbəyli – 24 ünvanında “Şərur İnşaat”a məxsus çoxmərtəbəli binanın sütunlarının kəsilməsi faktı da qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri həmin ünvanda reyd keçirib. Bildirilib ki, sütunlar arasında ara məsafə genişləndirilib. Bu isə qanunsuzdur.

Görəsən, “Şərur İnşaat” Türkiyədə baş verən və on minlərlə insanın həyatına son qoyan zəlzələni gözünün önünə gətirirmi?

KONKRET.az-ın ARAŞDIRMA QRUPU
 

Bölmənin digər xəbərləri

15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?

Dünyapress TV

Xəbər lenti