Fevralın əvvəlindən Tarif Şurasının qərarı ilə ictimai nəqliyyatdan istifadə qiymətləri 33 faiz bahalaşıb. Tarif Şurası gedişin maya dəyərinin baha başa gəlməsini əsas gətirib.
İctimai nəqliyyatdan istifadə üçün sərnişinlərin ödədiyi ümumi məbləğ ötən il təxminən 230 milyon manat təşkil edib.
Bu məbləğin 5%-i yəni təxminən 11,5 milyon manatı “Bakı Kart”a xidmət göstərən “K Group” MMC adlı şirkətin hesabına gedib.
Mətbuat 2 ildir ki, "K Group" MMC-nin Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimliyə aid olduğu barədə yazır. Reyestr məlumatlarından görünür ki, şirkətin hüquqi ünvanında digər şirkət "GMSA" MMC qeydiyyatdan keçib. Vüsal Kərimli GMSA MMC-nin direktoru olub.
Toplum TV-nin sorğusuna cavabda Bakı Nəqliyyat Agentliyi vaxtilə Vüsal Kərimlinin hər iki şirkətin təsisçisi olduğunu təsdiqləyib:
"Bu barədə məlumatı yayanlar əsasən İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrinə istinad edirlər. Lakin elə dövlət reyestrinin məlumatında da qeyd olunduğu kimi MMC 2014-cü ildə təsis edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 yanvar 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin Baş direktoru təyin edildiyi üçün Vüsal Kərimli hər iki MMC-dəki fəaliyyətini dayandırıb".
Qurum bildirib ki, Vüsal Kərimlinin daha o şirkətlərə aidiyyatı yoxdur, Amma agentlik qurum rəhbərinin özəl biznesdən dövlət sektoruna keçərkən şirkəti satıb satmadığı, yaxud kimə ötürdüyü barədə heç bir məlumat vermir. Reyestr məlumatlarına görə, "K Group" MMC-nin hüquqi ünvanı hələ 20 yanvar küçəsi 3 mənzil 13-dür. Müxbirimiz ünvana baş çəkib və elə qapının önündə tapdığı kommunal ödəniş bildirişlərində mənzil sahibinin Kərimli Vüsal Ağaməmməd oğlu yəni BNA sədri olduğunu görüb.
Dövlət Satınalmalar haqqında qanunun 13-cü maddəsi dövlət sifarişçisi ilə podratçı arasında hər hansı asılılıq, qohumluq əlaqəsini qadağan edir. Məsələ bununla bitmir. Vaxtilə özəl şirkətdə çalışmış şəxsin sonra işlədiyi dövlət qurumundan öncəki iş yerinə sifariş verməsi düz 3 il ərzində qadağandır.
Vüsal Kərimlinin rəhbərlik etdiyi K Group isə 2015-ci ildən Bakı Karta ödənişli xidmət həyata keçirir. Bu durum Kərimli 2016-cı ildə BNA-ya rəhbər gələndən sonra da dəyişməyib.
BNA-nın başqa podratçı tapması mümkün idimi? İqtisadçı ekspertlər bu xidməti böyük sərmayə tələb etmədən təminatlı gəliri olan fəaliyyət kimi qiymətləndirir.
İqtisadçı Toğrul Vəliyev deyir ki, 2015-ci ildə "K Group"un Bakı Kart üçün texniki dəstək göstərən şirkət olaraq seçilməsi də qeyri-şəffaf olub.
Toğrul Vəliyev deyir ki, bu sahədə rəqabət üçün başqa şirkətlərə imkan verilməyib. Verilsəydi, ən azı kart ödənişi xidmətində daha ucuz təklifləri nəzərdən keçirmək olardı. Hələliksə, himayəçisi olan, rəqibi olmayan şirkətin aldığı 5 faiz gediş haqqına – yəni vətəndaşın cibinə şərik olur.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı (YTP) ilə "Tronıq” MMC arasında icarə qalmaqalı davam edir. Bu dəfə texnopark Bakı Kommersiya Məhkəməsində "Tronıq” MMC barəsində iddia qaldırıb. İddiada şirkətlə imzalanan müqavilələrin ləğvi, icarə haqqının və maddi zərərin ödənilməsinin təmin olunması xahiş edilir.
DİA.AZ bildirir ki, bu barədə Qaynarinfo-ya texnoparkdan məlumat verilib.
Bundan əvvəl "Tronıq” MMC texnoparkı məhkəməyə verib. Birinci instansiya şirkətin iddiasını qismən təmin edib, YTP prosesi apellyasiya mərhələsində də uduzub. Şirkətin rəhbərliyi texnoparkın baş direktoru Vasif Abbasovu məhkəmə qərarlarının icrasına mane olmaqda ittiham edib.
Texnoparkdan daxil olan məlumatda isə deyilir ki, rezident statusunu alan "Tronıq” MMC-nin direktoru Anar Nəbiyevə fəaliyyətinin həyata keçirilməsi üçün lazımı şəraitin və imtiyazların verilməsinə baxmayaraq, o, bundan sui-istifadə edərək qeyri-qanuni işlərlə məşğul olub: "Anar Nəbiyev ona etibar edilmiş dövlət mülkiyyətində olan binadan və avadanlıqlardan başqa məqsədlər üçün istifadə edib və Texnoparkın saxlanılmasına görə xidmət haqqını, eyni zamanda icarə haqqlarını ödəməyib, həmçinin əraziyə qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirmədən naməlum şəxslərin daxil olmalarına şərait yaradıb. Bu səbəbdən onun qanunsuz işlərinin aparılmasının qarşısı alınması istiqamətində müvafiq tədbirlər görülüb. Həmçinin, "Tronıq” MMC-nin rezident statusuna və bağlanmış icarə müqavilələrə xitam verilib”.
Məlumatda iddia edilir ki, Anar Nəbiyev Texnoparkdakı qanunsuz əməllərinin qarşısını almaq istəyən əməkdaşlara qarşı qeyri-etik davranıb: Ətraflı
"Onları hədələyib, hətta cənab Prezidentin sərəncamı ilə 3 medalla təltif edilən Vətən müharibəsi şəhidinin atası "Yüksək Texnologiyalar Parkı” MMC-nin baş mühəndisi Rahim Heydərovu təhdid edib. Daha sonra da, Texnopark əməkdaşlarının mobil telefon nömrələrinə təhqir məzmunlu mesajlar göndərib.
Bundan əlavə, müəyyən edilib ki, Anar Nəbiyev əmək və vergi qanunvericiliyinin tələblərini kobud surətdə pozaraq, vergilərin və digər məcburi ödəmələrin ödənilməsindən yayınmaq məqsədi ilə heç bir işçisi ilə rəsmi olaraq əmək müqaviləsi bağlamayıb. Anar Nəbiyev də qanunsuz əməllərinə davam edə bilmədiyinə görə mətbuata tamamilə yalan və həqiqətə uyğun olmayan məlumatları təqdim edib”.
Xatırladaq ki, AMEA Yüksək Texnologiyalar Parkı 8 noyabr 2016-cı il tarixdə yaradılıb. Prezidentin 28 iyul 2022-ci il tarixli Fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.
Texnoparkın direktoru Vasif Abbasov 2020-ci ilin avqust ayından AMEA Rəyasət Heyətinin qərarı ilə bu vəzifəyə təyin olunub.
Biz bir media olaraq illərdir ki, Azərbaycanda məhkəmə-hüquq sisteminin dözülməz vəziyyətdə olması ilə bağlı silsilə yazılar dərc edirik. Və möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının məhkəməni nəzərdə tutaraq “Bura ƏDALƏT SARAYI olmalıdır” fikrini də nümunə gətiririk. Amma min təəssüf ki, Azərbaycanda bir çox hakimlər bu ƏDALƏT SARAYINI bərbad günə qoyublar. Hətta Milli Məclisin tribunasından millət vəkilləri “Azərbaycanda məhkəmə-hüquq sistemi fəlakətli vəziyyətdədir” deyiblər. İndi özünüz təsəvvür edin ki, vəziyyət hansı həddə çatıb ki, deputatlar belə kəskin, sərt ifadələr işlədirlər. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə son 10 ildə bir çox sahələrdə ciddi islahatlar həyata keçirilib. Amma məhkəmə-hüquq sistemi bu islahatlardan kənarda qalıb. Bütün məhkəmə instansiyalarında vətəndaşların hüquqları kobud şəkildə pozulur, özbaşınalıq, qanunsuzluq, rüşvət son həddə çatıb. Əgər ölkə mediasını 2-3 gün izləsəniz məhkəmə-hüquq sistemi ilə bağlı onlarla tənqidi materiala rast gələrsiniz. Məlumdur ki, 2019-cu il aprelin 3-də Prezident İlham Əliyev məhkəmə-hüquq sistemindəki neqativ vəziyyətin aradan qaldırılması, islahatların aparılması üçün Fərman imzalayıb. Fərmanın birinci bəndində göstərilir: Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilsin ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər… Ancaq bu FƏRMANA baxmayaraq məhkəmə-hüquq sistemindəki dözülməz vəziyyət daha da ağırlaşıb. Və məhkəmə-hüquq sistemində rüşvət, korrupsiya halları daha da kəskinləşib. Təsəvvür edirsiniz, son illərdə 500-dən artıq hakim barəsində intizam icraatına başlanıb. Bu təsəvvür olunmaz dərəcədə dəhşətli haldır. Nəzərə alsaq ki, hakimlər heç də hər xırda əmələ görə cəza almırlar, gərək, Məhkəmə Hüquq Şurasına, ölkə rəhbərliyinə onlar barəsində çoxsaylı şikayətlər getsin, hakimlərin törətdikləri qanunsuzluqlar ictimailəşsin və s. Digər vacib məqam isə odur ki, bəzi məhkəmə hakimlərinin qərarları Azərbaycan dövlətinin imicinə zərbə vurur. Belə ki, bu gün Avropa hüquq məkanından Avropa İnsan Haqları Məhkəməsinə ən çox şikayət ünvanlanan iki ölkədən biri Azərbaycandır. Hər il Avropa Məhkəməsinə yüzlərlə şikayət gedir və nəticədə bəzi rüşvətxor məhkəmə hakimlərinə görə, Azərbaycan dövləti milyonlarla cərimə ödəməli olur. Yəni söhbət təkcə dövlətimizin imicinə vurulan zərbədən getmir, həm də milyonlarla cərimə ödəyirik. Beləcə, Azərbaycanda aparılan islahatlara kölgə düşür, dövlətin imici ləkələnir, ölkəmiz beynəlxalq hesabatlarda dünyada qanunun aliliyinin olmadığı respublikaları ilə bir sıraya qoyulur. Bu da Azərbaycanı xarici sərmayələrdən, genişlənən əməkdaşlıq imkanlarından məhrum edir. Sözümüzün canı odur ki, məhkəmə-hüquq sistemində təcili ciddi islahatlara başlanılmalıdır. Bəli, məhkəmə-hüquq sistemimizə kölgə salan hakimlərdən biri də Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayevdir. Vəli Abdullayev 1968-ci ildə anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1994 – 1995-ci illərdə Sədərək Rayon Polis Şöbəsində müstəntiq, sahə müvəkkili, 1995 – 2000-ci illərdə Şərur Rayon Ədliyyə Polis Qrupunun böyük inspektoru, 2000 – 2003-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi, 2003 – 2008-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Cinayət və inzibati xətalara dair işlər üzrə Apelyasiya Kollegiyasının sədri, 2008 – 2009-cu illərdə Gəncə Apelyasiya Məhkəməsinin hakimi, 2009 – 2021-ci illərdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin sədri olub. 2021 -ci ildən isə Şirvan Apellyasiya Məhkəməsinin sədridir. Bu adam üçün ədalət, qanun-filan deyilən dəyər yoxdur, ancaq imkanlı və imkansız söhbəti var. Və Vəli Abdullayev ancaq imkanlı şəxslərin sözü ilə qərar qəbul edir. Vəli Abdullayev fəaliyyətindən bircə misal gətirməklə onun əməlinə qiymət vermək olar. Belə ki, Vəli Abdullayev qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin daşınmasında təqsirləndirilən şəxs barəsində BƏRAƏT qərarı verib. Görəsən, Məhkəmə-Hüquq Şurası bunları görmür..? Görə bilər, axı Vəli Abdullayev Vasif Talıbovun ən yaxın adamlarından hesab olunurdu. Növbəti yazıda Vəli Abdullayevin 11 il cəzaya məhkum olunmuş şəxsi ehtiyatsızlıq səbəbi ilə azadlığa buraxmasından bəhs edəcəyik. Bizi izləyin. //gundelik-baku.com//
Qobustan rayonu, Ərəbşahverdi kəndində pasport qeydiyyatında olan və yaşayan fermer Lətifov Becan Gülbala oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir: "Cənab Prezident, yazıb Sizə bildrmək istəyiəm ki, biz aqrar təsəsrrüfat fermerləri həmişə çalışmışıq ki, ölkəmizdə ərzaq bolluğu yaratmaq üçün taxıl istehsalı ilə məşğul olaq. Mənim ailəmə torpaq islahatı zamanı kəndimizin ərazisindən 21 ha sənədlə pay torpaq mülkiyyətimizə verilmişdir. Və hər ili də burada taxıl əkmiş, dövlətdən subsidiya almışıq. Bu il, 2022-ci ilin yazında KTN-yi yanında Aqrar Sığorta Fondunun əməkdaşları sahəmizdə bizə yaxınlaşdılar ki, bəs əkdiyiniz taxılı məcburi sığorta etməlisiniz. Əks təqdirdə, sizə subsidiya yazılmayacaqdır. Biz də digər fermerlər kimi məcbur olub razılaşdıq. Mən 15 ha əkdiyim taxıl üçün sığortaya ödəniş etdim ( Kapital bank vasitəsilə) Lakin Aqrar Sığorta Fondu tərəfindən bizə sonra heç bir sığorta müqaviləsi təqdim etmədi. Çox təəssüflər olsun ki, bu ilin martın axırı, aprelin əvvəlində ümumi sahəmizdə güclü fırtınalar oldu. Nəticədə fırtına toxum qarışıq məhsulu aparmış, sahəni pis günə qoymuşdur. O cümlədən qonşuluqdakı bütün taxıl sahələrinə də təbii fəlakət nəticəsində ziyan dəymişdir. Aqrar Sığorta Fondunun komissiyasının 1-ci dəstəsi aprelin əvvəlində sahələrə baxış keçirdilər və fəlakəti olduğu kimi aktlaşdırdılar. Sonra nə fikirləşdilərsə, 2-ci dəstə komissiya bu ilin may ayında gəlib təzədən sahələrə baxış keçirdilər və yenidən aktlaşdırdılar. Lakin bu dəfə komissiya əvvəlki komisiyadan fərqli olaraq taxılımıza guya quraq nəticəsində ziyan dəyməsini aktlaşdırdılar. ASF-du qonşularımızın şikayətlərindən sonra onların sahələri üçün 100 % sığorta ödənişi etsə də bizə 15 ha-dan cəmi 2 ha ziyan dəyməsini sənədləşdirdilər. Qalan 13 ha bizlik deyil dedilər, quraq aparıb. Biz də 2 ha-ın sığortasını almaqdan imtina etdik. Halbuki, hamı blir ki, mən cəmi sahə olan 15 ha-ın biçilməsi üçün kombayn salmadım. Çünki əhəmiyyətsiz idi. Bunu komisiya da görmüşdü. Həmkəndlilərim isə narazı qalıb prokurorluğa şikayət edən kimi, dərhal sığorta onların hamısının pulunu ödədi.Yəni yerlərinin ölçüsünə görə kimiyə 8000, kimiyə 4000 manat kimiyə də 5200 manat lakin mən məsələni soruşanda cavab verdilər ki, get məhkəməyə müraciət et. Guya fırtına mənim ortalıqda olan taxıl zəmimə "hörmət" əlaməti olaraq "DƏYMƏYİB" , yazığı gəlibmiş. Axı bu fermerlər arasında ayrısekçilikdir. Bununla ASF-rəhbərliyi bizə qarşı korrupsiya əməli törədir., süi-istifadə edib bizə qanunla düşən sığorta haqqını özləri mənimsəyirlər. Sahəmizə ikinci dəfə komissiya göndərib, əvvəl yazdıqları aktı dəyişib sənəd saxtakarlığı edirlər. Sonuncu gələn komissiya da əvvəlkindən fərqli olaraq yazıb ki, guya taxılın bitməməsinə səbəb quraqlıq olubmuş., Quraqlığa görə də Aqrar Sığorta Fondu tərəfindən hansısa fermerə kompensasiya ödənilməsi nəzərədə tutlmur. Bəli, bu qədər etdiyimiz şikayətlərdən sonra KTN-nin Aqrar Sığorta Fondu də dekabrda yazdığı əsassız cavab məktubunda bidirir və izah etməyə çalışır ki, təkcə Becan Lətifovun yerinin cüzi hissəsində fırtına olubmuş, qalan ərazidən yan keçibmiş. ASF-nun bu "mütəxəssislərindən" soruşmaq istəyirəm ki, öz yazdığınız rəsmi cavabın məntiqinə özünüz inanırsınızmı? Belə formal cavabı heç bir özünə 1 manat hörmət edən təşkilat verməz. Qaldı ki, bu fond ciddi maliyyə maxenasiyalarını ört-basdır etmək, verdikləri yalançı maliyyə hesabatlarını və bizə verdikləri saxta və əsassız cavabların düzgünlüyünü sübut etmək üçün çox yersiz çaba göstərirlər. Budur, sonuncu 28 yanvar müraciətimizdən sonra məni KTN-nin Aqrar Sığorta Fondunan zəng edib qəbula dəvət etdilər. İki nəfər rəsmi şxs əni qbul edib yenə köhnə söhətləri izh etməyə çalışdıla ki, bəs sizin yerdə toraq cadar cadar olub bu da quraq əlaməti imiş, ona görə də sizə yalnız 2000 manat öəniş edə biərik Vəssəlam. Mən bu "mütəxəssislri" başa sala bilmədm ki, şiddətli fıtına olan yerdə torpaq üzrində olan hər bir birtki -txum sovrulub apaılır. Və torpaqda olan nəmrütubəti də fizik qanunlarına görə qurudur. Nəticədə torpaq üzərində çatlar əmələ gəlir. Sual verdilər ki, bəs niyə bəzi alaq otları bitib yeinizdə? Cava verdim ki, may aynda baş vermi yağıntıladan sonra burada taxıl yox alaq otları cücərmyə balamışdır. Bu dediyinz fakt da bir dahasübut edir ki, əgər saəmdə uraqlıq olsayı orda heç alaq otları da bitməzdi. Sonra da niyə Qobutan rayonun digər qonşu ərazilərində bu dediyiniz quraqıq özünü biruz vermədi Və fermerlər hər hektardan ən azı 3-4 ton taxıl əldə etdilər. Niyə 15-20 m aralıda olan sahlərə bu quraqlıq təsir etməi? ASF-nun ütəxəsiləri bildirilər ki, biz 1.5 milyon manatsığortalar ödəmişik. Sənə d 2000 manat verək Allahına şükür et və get evinə. Razılamadım. Yəni bu rəsmi adamlarla söbət zamanı mlum olu ki, ASF tərəfindən əldə etdikləri pulların 1.5 milyon manatını tanış bilişləinin adlarına təbii fəlakə adı altında rəsi sənədləşdirb puları iliblər. İdi bizə verəyə ullar qalmadığındanmüxtəlif bəhanlər uyurmaqla baş qatmaq istəyirlər. Biz bu formal cavabla razı deyilik. Və hesab edirik ki, prokurorluq məsələni ciddi araşdırmalı, Maliyyə Nazirliyinin, Hesablama Palatasının və Mərkəzi Bank rəhbərliyinin tapşırığı əsasında Aqrar Sığorta Fondunda baş verən qanunpozuntuları ciddi araşdırılaraq hüquqi qiymətini almalıdırlar ki, gələcəkdə biz fermerlərə qarşı belə çirkin oyunlara bulaşmasınlar, pulu da adam kimi qazanmağa öyrəşsinlər. Bundan sonra beləməcbui sığrtalar qətietiraımızı bildiriri. Və bu məcburetməni soyğnçuluq hesab edrik. Cənab Prezident, cənab nazir İnam Kərimov və cənab Taleh Kazımov! Təkrar olaraq Sizlərdən çox xahiş edirəm ki, ASF tərəfindən fermerlər arasında qoyduqları ayrıseçkiliyə son qoyulsun, maiyyə maxnasiyalrı araşdırılsın, biz müflis vəziyyətinə düşmüş fermerlərin haqqı olan sığorta ödənişinin həyata keçirilməsinə göstəriş verin ki, biz də indiki əkinimizi davam etdirək". İddia olunanlarla bağlı teref.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
DİA.AZ: - Bərdə rayonu, Mirzəxan-Qaraqoyunlu kəndində pasport qeydiyyatında olan və yaşayan sahibkar Musayev Cavid Zahid oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir: "Cənab Prezident, yazıb Sizə bildrmək istəyiəm ki, mən Cavid Musayev uzun müddətdir ki, Bərdə rayonun Mirzəxan-Qaraqoyunlu kəndində yaşamış və sahibkarlıqla məşğul olmuşam.Yəni, kəndin girəcəyində 1.5 sot şəxsi mülkiyyətim olan torpaq sahəmdə çayxana, yeməkxana və bir dükanım vardı. Və onları işlədirdim. 2014-2015-ci illərdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev bizə bildirdi ki, bəs kəndin girəcəyinə "Ala qapı" qoyulmalıdır. Bu bir dövlət tədbiridir. Və ona görə də sizin çayxana və yeməkxana binası sökülməli, yerində bu "Ala qapı"nın tikintisi aparılmalıdır. Naəlac qalıb razılıq verdik. Obyektlərimizin və torpağımıza heç bir kompensasiya verilmədən söküldü. Lakin, "Ala qapı" inşa edilib başa çatandan sonra gördük ki, bu obyektin bizim çayxana və yeməkxana ərazimizə düşməyib. Yəni dəxli olmayıb. Biz o zaman 2015-ci ildə icra başçısı Vidadi müəllimlə görüşüb xahiş etdik ki, tikilən "Ala qapı"nın bizim şəxi mülkiyyətimiz olan yerə düşmədiyini nəzərə alaraq icazə verilsin obyektlərimizi yenidən əvvəlki kimi bərpa edib istifadə edək. Cənab başçı cavab verdi ki, bir az gözləyin ki, Prezident kəndə açılış mərasiminə gəlsin və getsin, o zaman siz də obyektlərinizi yenidən tikər, bərpa edərsiniz. Razılaşdıq. Amma bizim yol kənarı olan hissəyə də 16-17 ədəd şam ağacları da əkmişdilər. Lakin dövlətimizin başçısının rəsmi açılışa gəlib getməsindən sonra dəfələrlə cənab icra başçısının qəbulunda olub bizə şəxsi mülklərimizi bərpa etməyə ( öz hesabımıza) və sahibkarlıq fəaliyyətimizi davam etdirməyə icazə istədik. Başçı əvvəllər hər dəfə bizə bəhanə ilə işimizə icazə vermədi. Sonda isə qəti olaraq eiraz etdi ki, tikililəri bərpa etmək olmaz! Digər tərəfdən də ETSN-nin yerli meşə idarəsindən də dedilər ki, sizin torpaq sahənizdə əkilən ağaclara toxunmaq olmaz. Budur, nəticədə biz 7 ildən çoxdur ki, əvvəlki kimi sahibkarlığımızla məşğul ola bilmirik. Baxmayaraq ki, torpaq da mülklər də rəsmi sənədlərlə mülkiyyətimizdə olub. Hələ bu azmış kimi Kəbəcər rayonundan olan Mehman adlı birisi ortalığ çıxbı və zorkılıqla mənə məxsus, plana düşməyə söküməmi dükanımı və kafe hissəni özbaşıa ənimsyərək ənddə aşayan digər şəxslərə qəsab dükanı və digər şlər üçün icarəyə vermişdir. Bu aamı bşa sala bilirik ki, ay Mhman bu zorakııqla qəsb etdiyin mülkiyyətlər mənimdir və mən vaxtilə bu torpağ da üstündəki oyektləri də pulumu verib almışam. Çox təəssüflər olsun ki, Mehman özünü bir taxta parçası yerinə qoyub və rayon rəhbəliyində kimə arxalaırsa özünü qoçu kimi aparır. Adamn danıığındn belə aşa düşülür ki, mənə məxsus oln mülkləri kiminləsə danışıb alıbış və icrəyəverib pul qazanmaq da onun haqqı imiş. Hesa edirəm ki, yerli hqüquq-mühafizə orqanları nəhayət bu talançılığa, qəsbkarlığa və qoçuluğa hüquqi qiymət verməli və bizə məxsus əmlakardan biz özümüz haqı olara istifdə etməliyik. Axı yaşadığımz indiki dövrdə qoçuluq zəmanəsi çoxdan itmiş olmalıdır. Digər tərəfdən isə çayxana və yeməkxana obyektimizə təzədən texniki pasport almaq üçün ASAN xidmətdə 1500 manat rüsum haqqı ödədikdən sonra indi də DƏDRX-nin 7 saylı Ərazi İdarəsi bizə yenidən torpağın çıxarış üzrə obyektlərə texniki pasport vermir. Şərt qoyur ki, gərək siz əvvəlcə obyektlərinizi olduğu kimi tikin, sonra sənəd verək. Doğrudur, obyektlr dostum Abdullayev Ələsgər Ələkbər oğlunun adına sənədləşdirilsə də, sonradan aramızda alqı-satqı müqaviləsi bağlamışıq. Ki, Obyektlər yenidən bərpa olunacağı təqdirdə birbaşa mənim adıma rəsmiləşsin. Çoxhörmətli Prezident! Siz dəflərlə yerli məmurlara rəsmi çıxışlarınızda xəbərdarlıqlar etmisiniz ki, "...sahibkarların işlərinə qanunsuz müdaxilələr yolverilməzdir, əksinə onlara kömək etmək lazımdır ki, büdcəyə vergi vəsaiti ödəsinlər"... Budur, 7 ildir ki, qanunsuz və əsassız olaraq sökülmüş obyektlərimizi yenidən bərpa edib sahbkarlığımızı davam etdirməyimizə və yerdə qalan əmlaklarımıza sahib çımağımıza imkan verilmir. Ona görə də şəxsən Sizə müraciət etməyə məcbur olur və xahişimiz də budur ki, mülkiyyətimizdə olan 0.15 ha torpağımıza və üzərində olan və hazırda digr şəxs tərəfndən zorakılıqla qəsb edilmiş əlaklarımıza sərəncam verib istifadə edə bilək. Və vaxtilə qanunsuz sökülmüş iki obyektimizi öz hesabımıza bərpa edib yenidən sahibkarlığımızı davam etdirməyimizə köməklik göstərəsiniz. Əvvəlcədən təşəkkürlərimizi bildiririk". İddia olunanlarla bağlı dia.az olara qarşı tərəfi də dinləməyə hazırıq...
Xamisin qanunsuz binaları Xırdalanda hərəkəti iflic edib Məlumdur ki, neçə illərdi Bakı şəhərini tikinti bumu bürüyüb. Paytaxtda bir-birindən əzəmətli göydələnlər, hündürmərtəbəli yaşayış evləri, inzibati binalar inşa edilir, lakin çox vaxt tikinti normaları gözlənilmir. Bəli, neçə illərdir ki, Bakının Baş Planı barədə söhbətlər gedir, amma hələ ortada bir sənəd yoxdur. Adama deyərlər ki, şəhərin Baş planı yoxdursa, bu binalar, göydələnlər, apartmanlar hansı plana uyğun tikilir. Ümumiyyətlə, bizim məmurlar hələ anlamır ki, şəhərsalma müasir elmdir, bu elmin öz qanunları var. Sözün qısası, paytaxmızda baş verən tikinti bumu İradə Gülməmmədovanın dövründə Abşeron rayonunda, onun inzibati mərkəzi olan Xırdalan şəhərində lap pinti, eybəcər formada aparılıb. Məlumdur ki, uzun illər Abşeronun icra başçısı olan İradə Gülməmmədovanın vaxtında Abşeronda “tikinti bandası” var idi, kimlərdənsə küli miqdarda pul alıb qanunsuz tikintilərə icazə verirdilər. Təsəvvür edirsiniz, fərdi yaşayış evlərinin arasında hündürmərtəbəli binalar, restoran, apartman və s. Belə hallar sakinlər arasında ciddi narazılığa səbəb olurdu. İradə Gülməmmədovanın “xeyir-duası” ilə Xırdalanda qanunsuz apartman tikənlərin biri, bəlkə də birincisi Xamis adlı şəxsdir. Bu adam özünü hər yerdə “apartmanlar kralı” adlandırır. Xamis hətta piyadaların yolunun üstündə, nə bilim məktəb yolunda, fərdi yaşayış evlərinin arasında özünə apartmanlar tikib. Və Xırdalan şəhərində dəhşətli “probka”nın yaranmasına səbəb olub. Yəni Xamisin binalarının ucbatından balaca Xırdalan şəhərində hərəkət iflic olub. Sakinlər haqlı olaraq deyir ki, Xamis Xırdalanı zəbt edib, işğal edib. Xamis isə hər yerdə deyir ki, mən vaxtında Xırdalanı İradə Gülməmmədovadan pulla almışam. Bəli, Xamisin apardığı tikintilərə görə, şəhərin yolları daralıb, insanlar küçədə sərbəst hərəkət edə bilmirlər, uşaqlar həyətlərdə oynamağa yer tapmır, sakinlər öz şəxsi avtomobillərini saxlamağa yer axtarır. Xamisin qanunsuz tiknti biznesi ətrafda antisanitariya yaradır, kanalizasiya xətləri sıradan çıxır və s. Görəsən, bu ölkənin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və digər qurumlar hara baxır..? Axı, kağız üzərində qalan qanunvericiliyə əsasən fərdi yaşayış evlərinin yanında hündürmərtəbəli bina tikilə bilməz. Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikililər arasındakı məsafələrin ölçüsü müəyyən edilib. Tikinti standartlarındakı normaya görə tikilən binalar arasındakı məsafə divarın hündürlüyünün ən azı 1/3-dən az olmamalıdır. Amma Xamisin tikdiyi binaların heç birində bu normalara riayət olunmur. Onu da qeyd edək ki, Xamis sakinləri aldadır ki, narahat olmayın 3 mərtəbədən artıq tikməyəcəm, amma sonra məlum olur ki, 9-10 mərtəbəli apartman tikir. Sakinlər bildirir ki, onların rahatlığı pozulub, ərazidə yaşayış həm də təhlükəli olmağa başlayıb. Nəticədə narazı sakinlər dövlət rəhbərliyinə, hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıblar. Yəqin ki, yaxın zamanda Xamisin qanunsuz əməllərinə son qoyulacaq və o həbs olunacaqdır. Gundelik Baki.com/
Paytaxtın Yasamal rayonunda yaşıllıq tikintiyə qurban verilib. Reportyor.info-nin əməkdaşının məlumatına görə, rayon icra başçısı Elşad Həsənovun “xeyir-duası” ilə ağaclar kəsilərək yerində tikinti aparılır. Bu qanunsuzluq “Qəbələ Residence” yaşayış massivinin sol tərəfində qeydə alınıb. Bu ərazi Şərifzadə 144 ünvanıdır və Yasamalın icra başçısı yaşıllıqların məhv edilməsinə şərait yaradıb. Əməkdaşımızın müşahidələrinə görə, ağaclar qırılıb, yerində tikinti gedir. Bununla bağlı heç bir araşdırma aparılmır. Halbuki şəhərdə kimsə bir ağacın budağını belə kəsəndə başının üstünü kəsdirib cərimələyirlər, amma Yasamalda onlarla ağac kəsilir, İH göz yumur.
Naxçıvan şəhər 12 nömrəli məktəbin müəllimlərindən aldığım məlumata görə, "dünən bu təhsil ocağına yeni direktor təyin olunmuş Turan Məmmədli müəllimlərlə ilk iclasını keçirir. "İclasda çıxış edərkən müəllimlərin dərslərini kəsəcəyini bildirir. Etiraz edən müəllimlərə eyri-etik sözlər deyir. Müəllimlər etiraz edib bildirirlər ki, gedəcəyik Təhsil Naziri Rəhman müəllimin yanına. Turan Məmmədli isə onlara cavab verir: nazir kimdir ki, mənə onunla xox gəlirsiniz. Mənim arxamda Fuad Nəcəfli dayanır. Hara istəyirsiz gedin. Daha sonra Xadimə icazə istəyib deyib ki ərim yoxdu, mənə yarım saat icazə verin evə dəyim, uşağım tək qalıb. Direktor isə xadiməyə deyib: "mənim ərim olanda sənin də ərin olacaq.Şərhi sizə buraxırıq". Şikayətçilər həmçinin bildiriblər ki, Ali Məclisdən direktordan niyə Fuad Nəcəflinin adını çəkməsini soruşublar. O isə deyib: "Böyük səhv etmişəm, bağışlayın" Heydər Oğuz Teref.az
Fevralın 2-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov növbəti səyyar qəbulunu Köhnəbazar məktəbində keçirib. DİA.AZ bildirir ki, bu görüşlə bağlı sakinlərin təəssüratı birmənalı olmayıb. Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzinin sədri Lətafət Məlikova da bu vətəndaş qəbuluna maraqlı reaksiya verib.
DİA.AZ RİHMM sədrinin qeydlərini təqdim edir: "Dünən Kürdəmir Rayon içra hakimiyyətinin başcısı Kürdəmir Rayon Köhnəbazar Məktəbində zəhmətkeşləri qəbul edirdi. Görəsən, təmirsiz məktəbi və sinif otağındakı odun peçlərindən cıxan tüstünü gördümü? Vətəndaş kimi mənə maraqlıdır. Məktəbin yeni rəhbərliyi və övladları o məktəbdə oxuyan, hər gün məktəbli cantasında yemək əvəzinə odun qoyan valideynlər məsələni İcra başcısının qarşısında qaldırdımı? İcra başcısından, məktəb direktorundan, kənd sakinlərindən cavab istəyirəm.... Məktəbli uşaqların yarıdan coxu soyuqdan xəstələnib. Dərsə davmiyyət pozulub. Körpələr yazıqdır. Sağlam gəncliyi məhv etməyin. Qeyd edim ki, Köhnəbazar kənd məktəbi Kürdəmirin ən qədim məktəbidir. Onun məzunları dünyanın hər tərəfinə səpələnib. Qürurla mənə yazırlar: "Köhnəbazar məktəbinin məzunlarıyıq..""
Məsələ ilə bağlı teref.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Hökumət Azərbaycanda vaxtilə yüksək vəzifələrdə çalışan məmurların dövlət büdcələrindən müxtəlif vasitələrlə oğurladıqları yüz milyonlarla vəsaitlərin geriyə-büdcəyə qaytarılması prosesinə start verib. Maraqlıdır ki, dövlət büdcəsinin mənimsənilməsində sabiq məmurlar vəzifə səlahiyyətlərindən sui-istifadə edək müxtəlif variantlardan yararlanıblar. Bu variantlardan biri də ölkənin müxtəlif şəhər və rayonlarında, əsasən də paytaxt Bakı və Sumqayıt şəhərlərinin abadlaşdırılması, müasirləşdirilməsi, yeni məktəblərin, bağçaların tikintisi zamanı baş verib.
Bu barədə, yəni dövlət büdcəsinin müxtəlif məmurlar tərəfindən talan edilməsi haqqında Prezident İlham Əliyev cənabları çıxışlarında dəfələrlə vurğulayıb. Cənab Prezident dövlət büdcəsini talan edən məmurları nəzərdə tutaraq bu cür halların araşdırıldığını və bu işə qol qoyan hər bir kəsin sərt cəzalandırılacağını bildirib.
Qeyd edək ki, büdcə vəsaitlərinin talan edilməsi əsasən dövlət satınalmaları ilə həyata keçirilib.
Burada görüləcək işlərin qiymətlərinin-smetalarının dəfələrlə şişirdilməsi, bir çox işlərin sadəcə rəsmi sənədlər üzərində aparılması, tenderlərdə udulan yüz milyonlarla vəsaitlərin "otkad" formasında geriyə-sifarişçi qurumlara qaytarılıb.
Dövlət büdcəsini talan edərək mənimsəyən məmurlar səlahiyyətləri ilə yanaşı, bu prosesdə özəl təşkilatlardan da istifadə ediblər.
AzFakt.com saytının özəl araşdırması zamanı məlum olur ki, dövlət büdcəsinin ən böyük həcmdə talan olunması Bakı şəhərinin sabiq icra başçısı Hacıbala Abutalıbovun dövründə baş verib.
Belə ki, Hacıbala Abutalıbovun, Rəfael Mehrəliyev və Baş nazirin sabiq müavini Abid Şərifovun dövründə büdcədən abadlıq və quruculuq, yeni məktəblərin tikintisi, parkların təmiri adı altında 1 milyard manata yaxın vəsait mənimsənilib.
Araşdırmamız zamanı məlum oldu ki, dövlət büdcəsini qarət edən yuxarıda qeyd etdiyimiz "trio"ya dəstək verən özəl təşkilatlardan biri də "Rəşad Abadlıq" şirkəti olub.
"Rəşad Abadlıq" şirkətinin Bakı şəhər İcra Hakimiyyətinin sifarişçi olduğu çoxsaylı dövlət satınalmalarında qalib elan edilməsi əslində "pul yuma" məqsədi daşıyıb.
Belə ki, bu şirkətdən istifadə edən Bakı Şəhər İcra Hakimiyyətinin sabiq rəhbəri Hacıbala Abutalıbov, Bakı şəhər icra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Bakı Şəhər Mənzil Kommunal Departamentinin rəisi Rəfael Mehrəliyev on milyonlarla manata yaxın vəsaiti büdcədən yayındıraraq mənimsəyiblər.
"Rəşad Abadlıq" şirkətinin 2000-2018-ci illər ərzində satınalma vasitəsilə gördüyü işlərin qiymətlərinin dəfələrlə şişirdildiyi məlumatlar arasında yer alır. Belə ki, təkcə Hüseyn Cavid parkının 2008-ci ildə təmiri zamanı burada istifadə edilən materialların əksəriyyətinin rəsmi sənədlərdə göstərildiyi yox, daha ucuz və keyfiyyətsiz olduğu aşkarlanıb. Ümumilikdə isə bu parkın təmiri zamanı büdcədən ayrılan vəsaitin 40 faizinin xərcləndiyi deyilir.
Əlbəttə ki, büdcə talama prosesində istifadə olunan "Rəşad Abadlıq" şirkəti də öz yağlı payını həmişə alıb.
Araşdırmamız zamanı məlum olur ki, "Rəşad Abadlıq" şirkətinin müdiri Rafiq Məhərrəmov sahib olduğu var-dövlətə görə heç də sabiq icra başçısı Hacıbala Abutalıbovdan, baş nazirin sabiq müavini Abid Şərifovdan heç də geri qalmır.
Rafiq Məhərrəmovun bu illər ərzində dövlət tenderlərindən əldə etdiyi var dövlətin ümumilkdə həcmi yüz milyon manatdan artıqdır.
Novxanı-Sumqayıt şossesində ona məxsus olan müasir dizaynlı "Regnum Baku Otel"-in qiymətinin isə hazırda 20 milyon manata yaxındır. Rafiq Məhərrəmov "Regnum Baku Otel"-i hazırda aylıq 30 min manata kirayə verib.
Əlbəttə ki, "Regnum Baku Otel" Rafiq Məhərrəmovun sahib olduğu yeganə obyekt deyil.