AMEA-nın yeməkxanasında tam verən, aramat iyi gələn toyuq ətindən yeməklər bişirilir – VİDEO/FAKT






Son illər ölkə əhalisini ən çox düşündürən məsələlərdən biri, bəlkə də birincisi gündəlik istifadə olunan ərzaq məhsullarının keyfiyyət göstəricisinin lazımi tələblərə cavab verməməsidir. Belə ki, sovet dönəmindən fərqli olaraq, bugünkü gündə ərzaq məhsullarının, bir çox meyvə növlərinin və s. genləri dəyişdirilmiş və belə bir halların varlığı, məhz insan həyatı üçün böyük təhlükə mənbəyinə çevrilmişdir. Düşündürücü hal odur ki, bəzi hallarda ərzaq məhsullarının istehsalı və onlardan istifadə zamanı lazımi tələblərə riayət olunmur. Bu da aidiyyatı dövlət qurumlarının üzərinə böyük məsuliyyət yükü düşməsinə səbəb olur. Çünki, aidiyyatı dövlət qurumları bu sahədə daim nəzarətini tənzimləməli və lazım gəldikdə qanundan kənar addım atanlara qarşı cəza tədbirlərini də tətbiq etməlidirlər.
Düzdür, bu gün ölkəmizdə ərzaq məhsullarının istehsalı ilə məğul olan müəssisələrin daha çoxu özəl sektora aiddir və həmin müəssisələrdən bir çoxu fəaliyyətlərini qanunsuzluqlar çərçivəsində davam etməkdədirlər. Xüsusilə də, çörək, şirniyyat, kolbasa, su və digər növ ərzaq məhsullarının istehsalı ilə məşğul olan müəssisələrdə baş alıb gedən antisanitariyanın, çoxsaylı qanunsuzluq hallarının varlığı və s. bu gün də hər kəsə bəlli olan həqiqətlərdir. Faciə odur ki, illər öncə toyuq ətindən istifadə edən dönərxanaların fəaliyyətlərinin qadağan olunması ilə bağlı aidiyyatı qurumlar tərəfindən müvafiq qərar çıxarılsa da, çıxarılmış qərar elə qərar olaraq da qaldı. Paytaxt Bakı şəhəri ilə bərabər, ətraf şəhər və rayonlardakı “Çudo Peçka”ların, çörək zavodlarının, dönərxanaların və digər növ ərzaq məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin fəaliyyətləri, hal-hazırda da böyük şübhələrə yollar açır. Çünki, bu cür fəaliyyət növü ilə məşğul olan müəssisələrdə çox zaman etibarlılıq müddəti ötmüş məhsullar satısa çıxarılır, yaxud da təkrar istehsal prosesləri həyata keçirilir. Adicə bir faktı qeyd edək ki, üç-dörd gün bundan öncə Azərbaycan Milli Elmlər Akademiyasının yeməkxanasında nahar yeməyi yemək istəyən şəxs, çox keçmir ki, olmazın olayla üz-üzə qalır. Yəni, həmin şəxs ilk əvvəl yeməkxananın kassasına ödəniş edir və toyuq ətindən hazırlanmış yeməyi yeyərkən, yeməkdən qorxunc, qeyri-adi iy-qoxu gəlir. Bir sözlə, heç cür həmin yeməyi yemək mümkün olmur. O halda həmin şəxs yeməxananın məsul əməkdaşını yanına çağırır və ona etirazını bildirir. Düzdür, videodan da görünür ki, yeməkxanananın məsul şəxsi ilk əvvəl masaya yaxınlaşır, yeməyə diqqət yetirir, az sonra toyuq ətini iyləyir və o, “Tam var, aramat, nəsə var” deyir. Bəli, yeməxnananın məsul şəxsi müştərinin narazılığını qəbul edir və toyuq ətindən iy-qoxu gəldiyini də təsdiq edir. O halda ortaya belə bir sual çıxır ki, Azərbaycan Milli Elmlər Akademiyası “düşünən beyinlər”in çalışdığı mərkəz olsa da, nədən, hansı səbəbdən, bu akademiyaya məxsus yeməkxanada da bu cür nəzarətsizlik hökm sürür? Məgər, xarab olmuş toyuq ətlərindən yemək hazırlayıb müştəriyə “sırımaq”, bu yeməkxananı işlədən şəxs(lər)in başını çoxmu uca edəcək? Əsla, yox! Əslində, bu biabırçılıqdır, əməli-başlıca rüsvayçılıqdır! Çünki, bir ölkənin Milli Elmlər Akademiyasına məxsus yeməkxanasında xarab olmuş toyuq ətindən yemək bişirilib müştəriyə satılırsa, vay bizim halımıza! Odur ki, hər kəsə çağırış edib onu bildirmək istəyirik ki, Azərbaycan Milli Elmlər Akademiyasına məxsus yeməkxanada yemək yeyərkən olduqca diqqətli olun! Çünki, bu yeməkxanada tam verən, aramat iyi gələn toyuq ətindən yeməklər bişirilir.

Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Bölmənin digər xəbərləri

16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
16 May 2025 Nərimanov rayonunda ağacları kəsən "Ailə Park"ın rəhbəri Hüseyn Mədətov sakinlərin evlərinə də uçurub VİDEO
15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...

Dünyapress TV

Xəbər lenti