b_400_300_16777215_00_https___gundemxeber.az_uploads_posts_2023-05_medium_1685547344_mg-20230531-wa0010.jpg

   Son bir neçə gündür ki, gundemxeber.az-ın redaksiyasına Balakən Avtovağzalında yaşananlarla bağlı xeyli məlumatlar daxil olmaqda davam edir. Belə ki, daxil olan məlumatlarda vurğulanır ki, direktor Nadir müəllimlə adı çəkilən bu avtovağzalda kassir vəzifəsində çalışan, eyni zamanda 2018-ci ildən indiyə kimi 120 manat əmək haqqı almağa möhtac qalan Mahmalar kənd sakini Sarıyeva Naibə Naib qızı arasında davam edən çəkişmə, artıq “pik nöqtə”yə çatıb. Qeyd edək ki, bir neçə gün bundan öncə bəzi media qurumlarında həm Nadir müəllimin yarıtmaz idarəçiliyi ilə bağlı, həm də Naibə Sarıyevanın və həmin avtovağzalda kassir vəzifəsində çalışan digər xanıma məxsus əmək haqqı kartının 2018-ci ildən rəhbərlikdə olması ilə bağlı tənqidi məqalə yayımlanmışdı. Məsələnin maraqlı tərəfi odur ki, Balakən Avtovağzalına rəhbərlik edən Nadir müəllim tənqidi məqalədən nəticə çıxarmaq, bəzi çatışmazlıqları qaydaya salmaq, ona həvalə olunan vəzifəni günün tələblərinə uyğun həyata keçirmək, 2018-ci ildən özündə saxladığı əmək haqqı kartlarını sahiblərinə qaytarmaq və s. kimi addımlarını atmaq əvəzinə, bu şəxs hal-hazırda daha da aqressivləşməkdə davam edir. O halda ortaya belə bir sual çıxır ki, gündəngünə artmaqda olan aqressivləşmə kimə, hansı tərəfə xeyir gətirəcək? Yəqin ki, heç bir tərəfə?! Məgər, daha yaxşı hal olmazmı ki, Nadir müəllim rəhbərlik etdiyi Avtovağzalda kassir vəzifəsində çalışan hər iki xanımı gözümçıxdıya salmaqdan əl çəksin?. Düşündürücü haldır ki, atdığı addımları ilə öz rəhbərliyinin, hətta ölkə rəhbərinin də verdiyi tapşırıqlara bir növ məhəl qoymayan bu şəxs, hal-hazırda Balakən Avtovağzalında “vorzakon”luq etməklə məşğul olur. Yəni, bir neçə gün bundan öncə rəhbərlik, iş fəaliyyətində heç bir qüsuru olmayan hər iki xanım kassirə “Siz həftənin son günlərində işə gəlməyin” deyir. Əslində belə bir tapşırığın verilməsi, hər iki xanım kassirin daşıdıqları vəzifələrindən uzaqlaşdırılması üçün sonrakı günlərə hesablanmış addımdır. Artıq çıxılmaz durumda qalan hər iki xanım kassir son ümidlərini ölkə rəhbəri cənab İlham Əliyevə, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri cənab Rəşad Nəbiyevə və Balakən Rayon İcra Hakimiyyətinin başçısı cənab İslam Rzayevə müraciət etməkdə görürlər. Çünki, hər iki xanım qeyd edir ki, “Biz müəyyən yaş həddinə çatmışıq və neçə illərdir ki, Balakən Avtovağzalında növbəlilik qaydasında kassir işləyirik. Bundan sonra bir hara getməliyik, harada iş tapıb işləməliyik ki, ailəmizi dolandıra bilək?.” Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra aidiyyəti dövlət qurumlarının rəhbərləri hər iki xanımın üz-üzə qaldıqları problemə diqqət yetirəcəklər və qeyd olunan problem ədalətli şəkildə öz həllini tapacaq.

Mövzu diqqətimizdədir.

 

GundemXeber.Az

 
 
 

Bölmənin digər xəbərləri

16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
16 May 2025 Nərimanov rayonunda ağacları kəsən "Ailə Park"ın rəhbəri Hüseyn Mədətov sakinlərin evlərinə də uçurub VİDEO
15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...

Dünyapress TV

Xəbər lenti