Ardını oxu...
Diasporla iş Üzrə Dövlət Komitəsi sədrinin müavini Valeh Hacıyev Kiprdə şirkət qurub.
Bu barədə AFN.az-a məlumatlı mənbə bildirib. Qeyd edilir ki, sədr müavininin Kiprdə qurduğu işə oğlu Orxan Hacıyev rəhbərlik edir. Belə ki, atanın dəstəyindən yararlanan oğulun rəhbərlik etdiyi “Qarabağlı” şirkəti alkoqollu içkilərin satışını həyata keçirir. Mənbənin bildirdiyinə görə, V.Hacıyev təmsil olunduğu vəzifənin yaratdığı üstünlükdən istifadə edərək, oğlunu Şimali Kipr prezidenti Ersin Tatarla belə görüşdürüb. Görüş zamanı prezident Ersin Tatar Azərbaycanla Şimali Kipr arasında ticarət potensialının
inkişafı üçün yeni layihələrin həyata keçirilməsinin və investisiya mühitinin
yaxşılaşdırılması istiqamətində hər iki ölkənin iş adamlarının qarşılıqlı əməkdaşlığının
təmin edilməsinin vacibliyini qeyd edib.
Rəsmi görüşdə iş adamlarından söhbət getsə də, bu əməkdaşlıq təklifindən nədənsə diaspor sahəsində kifayət qədər yüksək vəzifə daşıyan məmur Valeh Hacıyevin oğlu O.Hacıyev daha çox yararlanıb. Belə ki, O.Hacıyev Kiprdə tək alkoqollu içkilərin satışı ilə məşğul olmur, eyni zamanda onun Kiprdə daşınmaz əmlak və turizm biznesi də var.
Görünür V.Hacıyev özünün köhnə peşəsindən əl çəkmək niyyətində deyil. Necə deyərlər, “Naxırçı övladının könlü naxır əppəyində olar”. Belə ki, AFN.az-ın araşdırması zamanı onun əvvəllər də - 1991-2001-ci illərdə biznes fəaliyyəti ilə məşğul olduğu məlum olub. Biznesdən birbaşa İqtisadi İnkişaf Nazirliyində mütəxəssis vəzifəsinə təyinat alan V.Hacıyev 1 il burada fəaliyyət göstərdikdən sonra 2002-ci ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində idarə rəisi vəzifəsinə gəlib. 2004-cü ilədək bu vəzifədə çalışdıqdan sonra Azərbaycan Respublikasının Prezidentinin 23 fevral 2004-cü il tarixli sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sədrin birinci müavini, 13 iyul 2017-ci il tarixli sərəncamı ilə isə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin olunub.
“Tərəqqi” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, V.Hacıyevin komitə və diaspora daxilindəki fəaliyyəti də kifayət qədər narazılıq yaradır. Bu haqda növbəti yazımızda.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Paytaxtın Nərimanov rayon Əhməd Rəcəbli ünvanda yerləşən "Sahra" restoranı haqqında ictimaiyyətə dəfələrlə məlumat vermişik. Bu restoranın icəradarı Elçin Allahverdiyev restoranı Azərbaycan qanunları ilə yox, sanki Zinbabve qanunları ilə idarə edilir.

Restoran rəhbərinin hərci-mərcliyi, özbaşınalığı, işçilərlə kobud davranma kimi problemlər barədə dəfələrlə oxuculara məlumat vermişik. Ölkə başçısı çıxışında da bildirir ki, harada hansısa neqativ hal qanun pozuntusu gördünüzsə dərhal ictimailəşdirin.

Onu araşdırmaq isə aidiyyəti qurumların üzərinə düşür çünki ictmai qınaq olmadır, fərqi yoxdur istər sahibkar olsun, istər məmur olsun, xalqa xidmət etmək hər kəsin borcudur.

Saytımıza isə sözügedən restoranla bağlı bəzi məlumatlar daxil olub. Adının çəkilməsini istəməyən məlumatlı mənbə bildirir ki, sözügedən məkanda müştəriyə təqdim olunan hesabla yekunda ödənilən hesabın arasında 30 %dən artıq fərq olur.

Qiymət daha yüksək yazılır, hələ üstəlik şou proqram və servis haqqın demirik...

Restoranda ödəniş etmək üçün post-terminal yoxdu, kartla ödəniş etmək istəyəndə hesabı kartdan-karta atmaq məsləhət olur bu da sonda vergidən yayınmaqa gətirir çıxarır.

Restoranda işləyən çoxsaylı işçilərlə əmək müqaviləsi bağlanılmır, müştərilərə təqdim olunan qidaların kefiyyətsizliyindən tez-tez narazlığ yaranır, bundan əlavə restoranda qalmaqallarla davalarla rastlaşmaq olur, sosial şəbəkə və media üzərində axtarış etsək sözü gedən məkanın adını kifayət qədər qalmaqallarda rast gəlmək olar.

Adının açıqlanmasın istəməyə mənbə bildirir ki, təxminən bir neçə ay bundan öncə restoranın ünvanda dəşiklik olunub, Restoran sahibi Elçin Allahverdiyev əvvələr pandemiya qaydaların pozduğu üçün həbsxana həyatı yaşamış kulublar kıralı Dilsuz Dəmirçiyevə sığınıb belə ki ona məxus olan "Elipis" kulubu icarəyə götürərək "Sahra" Restoranı edib.

Elçin Allahverdiyev haqqında qısa araşdırma aparsaq onun barəsində bəzi neqativ düşüncələr söylənilir. Bir neçə gün bundan öncə restoranda şou proqramın ifaçısı ikinci vətən müharibəsinin qazisi ilə aralarında anlaşılmamazlıq olub.

Anlaşılmamazlıqı aradan qaldrmaq üçün qazi ona zəng edib əvəzidə isə gözləmədiyi təhqirləri eşidib analoji hal isə bir neçə gün bundan əvvəl restoranın xanım mügənnilərindən birinin başına gəlmişdi.

"Azərbaycan Reallığı" olaraq bizim hansısa məmurla istər sahibkarla heç bir problemimiz yoxdur.Yuxarda qeyd etdiymiz kimi biz yalnız daxil olaninformasıyaları ictimailəşdiririk. Araşdırıb hər hansı tədbir görmək isə aidiyyəti qurumların səlahiyyətindədir.

"TEREF olaraq adı çəkilən şəxslərin və məkanın mövqeyini dərc etməyə hazırıq
 
Ardını oxu...
Bakının “Gənclik” metrosunun yaxınlığında, Fətəli Xan Xoyski 8 ünvanında yerləşən “The Roof” restoranı ilə bağlı redaksiyamıza şikayət məktubu daxil olub. Nərmin Həsənova tərəfindən cumhuriyyet.az-a daxil olan məktubda deyilir:

“Hömətli redaksiya!

Şikayətim “Gənclik” metrosunun yaxınlığında yerləşən “The Roof” restoranındandır. Restoran görünüş baxımından müasir görünsə də, öz qiymətləri ilə “əl yandırır”. Burada hər şeyin qiyməti digər kafe və restoranlardan əhəmiyyətli dərəcədə bahadır. Qiymətlər o dərəcədə bahadır ki, burada çay içmək üçün alınan pulla digər restoranlarda yemək yemək mümkündür. Lakin bu, yeganə şikaytət doğuran məqam deyil. Restoranla bağlı narazılıq doğuran əsas məqam menyüdə göstərilən qiymətlərlə real qiymət arasında ciddi təzadın olmasıdır. Məsələn, hər hansı bir yemək menyüdə 10 manatdırsa, hesabı ödəyəndə məlum olur ki, sizdən 13-15 manat pul alıblar. Niyə belə olduğunu soruşanda isə fərqli cavablar verirlər. Gah deyirlər ki, qiymət yeni qalxıb, menyü isə dəyişilməyib, gah da deyirlər ki, xidmət haqqı da bura daxil edilib. Bir sözlə, vətəndaşın aldadılmasına müxtəlif cür haqq qazandırmağa çalışırlar.

Xahiş edirəm ki, əlaqədar qurumlar “The Roof”dakı qiymət artımı və vətəndaşların aldadılması fakltı ilə bağlı araşdırma aparsınlar. Bu özbaşınalıqların aradan qaldırılması istiqamətində addımlar atsınlar. Xalqın pulu ilə milyon qazanaraq xalqı aldadanlar başa düşsünlər ki, heç bir fırıldaq cəzasız qalmır”.
 

Ardını oxu...
Naxçıvan şəhəri, Sədərək rayon sakini Qədimov Nurəddin Məhərrəm oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, rəsmi qurumlar ona qarşı haqsızlıq edir:

“Mən, Qədimov Nurəddin Məhərrəm oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Məlumat verim ki, 2011-ci ildə ağciyər xəstəliyi diaqnozu ilə, II qurup üzrə pensiyaya çıxdım. 2021-ci ildə - növbəti komissiyanın vaxtında qəbul şöbəsində olan İlqar həkimin yanında yoxlanıldım. Lakin bu zaman xəstəliyimlə bağlı sənədlərimi vermək üçün məndən 2 min manat pul istədilər.

Keçən ilin mart ayında həmin xəstəxananın baş həkimi Günay xanım məni bir də komissiyaya göndərdi. Yenidən mənim II qrup əlilliyim təsdiqləndi. Komissiyadan keçən zaman bildirdilər ki, get dispanserdən sənəd al, apar Şərur rayon komissiyasına ver. Lakin İlqar həkim və Günay həkimə 2 min manat pul vermədiyim üçün pensiyam kəsildi.

Qeyd edim ki, şəxsən adlarını çəkdiyim şəxslərin özləri məndən o qədər pul istədilər.

İndi hara şikayət edəcəyimi bilmirəm, artıq yorulmuşam. Aidiyyəti qurumlardan xahiş edirəm ki, mənim əlilliyim araşdırılıb, yenidən qiymətləndirilsin. Necə olur ki, 2 min manat pul versəydim əlil olacaqdım, vermədim deyə əlil olmadım?!”
 
Ardını oxu...
Bərdə rayonu, Bahadır Hacıyev küçəsi, ev 16-da yaşayan Hüseynov Natiq Şahməmməd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Milli Məclisin sədri Sahibə Qafarovaya, DTX sədri Əli Nağıyevə və Baş prokuror Kamran Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Prezident!

Bildirmək istəyirəm ki, Bərdə səhər XDS İcraiyyə Komitəsinin 16.06.1986-ci il tarixli, 9 saylı sərəncamı, Bərdə Rayon İcra Hakimiyyəti 07.05.1998-ci il tarixli 20 saylı çıxarışı ilə Ağdam-Bərdə rayonlararası “avtotexxidmət” stansiyası üçün ayrılmış torpaq sahəsində öz şəxsi vəsaitim hesabına tikili tikməyim barədə razılıq verilmişdir. Hətta 14.7 ha torpaq sahəsi mənim adıma keçirilmişdir.

1998-ci ildə mülkiyyətim dövlət qeydiyyatına alınıb, texniki pasport almişam və obyekt tikdirmişəm. Lakin mənə məlum olmayan səbəbdən Bərdə rayon 7 saylı Dövlət Reyestr Xidməti ilə icra başçısı Vidadi İsayev qanunsuz olaraq mənə məxsus torpağa ikinci saxta sənəd verərək, satıblar.

Məhkəmələr icra başçısının təsir və təzyiqi ilə mənim sənədlərimi görməzdən gəldi. Belə ki, sifarişlə cəmi 2 dəqiqəlik məkəmə prosesi keçirildi, torpaqşunaslıq və texniki ekspertiza təyin etməkdən yayınaraq, qorxmadan, çəkinmədən saxta yolla verilmiş ikinci sənədi qüvvədə saxladılar. Məhkəmələr dövlət adından qəbul etdikləri sifarişli qətnamələrlə xalqı, milləti Prezidentdən narazı salmağa çalışırlar. Amma inanırı ki, haqq və ədalət hər zaman qalib olduğundan, mənə qarşı edilən bu haqsızlıq da ört-basdır edilməyəcək.

Cənab Prezident!

Xahiş edirəm ki, əmlakımı saxta sənədlə ələ keçirən vəzifəli şəxslər haqqında müvafiq araşdırma aparılmasına göstəriş verib, mənə məxsus torpağın qaytarılmasına köməklik edəsiniz”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
 
Ardını oxu...
Dövlət Neft Şirkətinin (SOCAR) sosial məsələlər üzrə sabiq vitse-prezidenti Bədəl Bədəlovun şəxsi maraqlara xidmət edən fəaliyyəti mediaya yaxşı məlumdur. Vəzifədə olduğu müddətdə özünə topdağıtmaz səltənət yaradan Bədəl Bədəlovun adı mətbuatda tez-tez büdcə vəsaitini şəxsi maraqları üçün sərf edən məmurlar sırasında çəkilib.

Bədəl Bədəlovun təkcə Bakıda onlarla bahalı əmlakı, Paytaxtın "Varovski” deyilən və varlılar məhəlləsi kimi tanınan ərazidə dəyəri milyonlarla ölçülən bir neçə villası, ticarət obyektləri barədə mediada çoxsaylı məqalələr yayımlanıb. Aydındır ki, yoldaş Bədəlov sadalanan əmlakları əmək haqqı ilə əldə etməyib. Bədəl Bədəlovun müxtəlif şəxslərin adına olan çoxsaylı şirkətlərinin də olduğu bildirilir. Onun vəzifədən çıxarılacağı, hətta əməllərinə görə həbsə atılacağı real ehtimal kimi səsləndirilirdi. Nəhayət, 2023-cü ildə B. Bədəlov yeni siyasi konfiqurasiya ilə uzlaşmayan məmur kimi vəzifəsindən uzaqlaşdırıldı. Onun vəzifədən atılması mediada Prezident İlham Əliyevin siyasətinə zidd olaraq özfəaliyyətlə məşğul olan büdcə vəsaitini şəxsi maraqları üçün sərf edən daha bir məmur yola salındı” kimi başlıqlı yazılarla müşayiət olundu. Lakin görünən odur ki, Bədəlov həbsdən qurtulmağını hələ də doğru- düzgün dəyərləndirə bilməyib. Belə ki, o, bu gün də Bakıda öz şəxsi biznesini genişləndirməklə məşğuldur , lakin bunu leqal yolla deyil, başqalarına problem yaratmaq, qoçu dəstələri ilə özgəsinin əmlakına zərər vurmaq yolu ilə reallaşdırmağa çalışır.

Əldə etdiyimiz məlumata görə B.Bədəlov bir müddət əvvəl Nizami rayonu, Qara Qarayev prospektində yeni bir ticarət obyekti inşa etdirmək üçün torpaq sahəsi əldə edib. Həmin ərazidə Bədəlovun adamları yaşıllığı məhv edib, ağacları kəsiblər. Bu azmış kimi, indi də həmin torpaq sahəsinin ərazisini qanunsuz şəkildə və zorakı üsullarla genişləndirməyə çalışır. Bədəlovun qoçu dəstələri ətrafda başqalarına məxsus olan əmlaka zərər vurur , insanlara narahatlıq yaradırlar. Bunun səbəbini soruşduqda , açıq şəkildə “Bədəl müəllimdən tapşırıq almışıq” deyə, bildirirlər. Maraqlıdır ki, bu qanunsuz davranışlara Nizami rayonu İcra Hakimiyyəti də göz yumur. İcra Hakimiyyətinin təmsilçiləri isə “korluğu” və “ karlığı” belə izah edirlər: “ Yuxarıdan göstəriş belədir”. Lakin “yuxarı” deyilərkən konkret olaraq kimlərin nəzərdə tutulduğunu açıqlamırlar. Belə çıxır ki, məlum olmayan “yuxarılar” Nizami rayonu İcra Hakimiyyətini qanunsuzluğa sövq edir, özgəsinin əmlakına zərər vurmaq kimi cinayət əməlini dəstəkləməyi tapşırırlar. Hər halda İcra Hakimiyyətinin izahından bu qənaət hasil olur. Bizim bildiyimiz bir həqiqət var ki, bu ölkədə mülkiyyət hüququ ən ali səviyyədə qorunur! Bizim tanıdığımız bir “yuxarı” var ki, o da harın məmurun, özbaşınalıq edən sabiq məmurun deyil, vətəndaşın, sahibkarın, vergi ödəyicisinin yanındadır! Özü də bizim tanıdığımız “ yuxarı” hamıdan yuxarıdadır! Gərəkdir ki, Nizami İcra Hakimiyyəti də bu həqiqəti dərk etsin! Onların “yuxarı” dediyi haradır? Kimdir? Bədəl Bədəlov hansı haqla Nizami rayonunda vətəndaşların əmlakına zərər vurur, əlavə ərazi zəbt etməyə çalışır ki, İcra Hakimiyyəti onun qarşısında acizlik nümayiş etdirir? Bədəl Bədəlov kimi korrupsionerlikdə ad çıxarmış sabiq məmurun Nizami İcra Hakimiyyəti üzərindəki hökmranlığı nəyə söykənir? Bütün bu suallara növbəti yazımızda cavab verəcəyik. Yəqin bundan sonra vurulmuş məmurun -hələ də Bakıda, xüsusən Nizami rayonunda at oynatmasından “yuxarılar da” xəbər tutacaq…

Missiya.Az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Göyçay rayon Ləkçılpaq kəndinin bir qrup sakini rayon icra hakimiyyəti başçısının keçmiş birinci müavini İkram Vəliyevin onlara külli miqdarda zərər vurduğunu iddia edirlər.
Yeniavaz.com-a müraciət edən sözügedən şəxslər – Kərimov Afiq Ağamusa oğlu, Kərimov Orxan Əhəd oğlu və Xəlilov Şahid Ziyəddin oğlu bildirirlər ki, onlar şərik olublar və 10 noyabr 2023-cü il tarixində hər biri 12-13 kiloqram olan 3 min 880 yeşik xurmanı İkram Vəliyevin direktoru olduğu İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən soyuducu anbara təhvil veriblər.
“Razılaşmaya əsasən, 2024-cü ilin 15 yanvar tarixinə kimi məhsulumuzun soyuducu anbarda saxlanılması üçün əvvəlcədən 8 min manat pulu ödədik. Dekabırın sonuna kimi meyvənin müəyyən hissəsini soyuducu anbardan götürüb satdıq. Ancaq 2024-cü il yanvarın 3-də bizə məlum oldu ki, 34 min manat dəyərində məhsulumuz soyuducu anbarda baş vermiş nasazlığa görə xarab olub. İkram Vəliyev bizə vurduğu ziyanı ödəmək istəmir. Bunu da İsmayıllı Rayon Polis Şöbəsində işləyən oğlu Nicat Vəliyevə arxayın olaraq edir. Bizi hədələyir. Deyir, istədiyiniz yerə şikayət edin”.
Sakinlər iddia edirlər ki, məsələ ilə bağlı polisə müraciət etsələr də, şikayətlərinə baxan olmayıb.
“Biz həmin meyvələri sakinlərdən almışdıq ki, sataq, gəlir əldə edib onların pulunu ödəyək. İndi isə İkram Vəliyevin özbaşınalığına görə kənd sakinlərinə borclu qalmışıq. Pulu ödəyə bilmirik, hər gün evimizə borc sahibləri gəlir. Artıq həyatımızdan bezmişik”.
İkram Vəliyev isə Yeniavaz.com-a bildirib ki, haqqındakı iddialar həqiqəti əks etdirmir:
“Həmin soyuducu anbar direktoru olduğum “Kənd” MMC-yə məxsusdur. Bu il istifadəyə verilib. Sözügedən şəxslər məhsullarını götürüb Rusiyaya aparıblar. O məhsulun sərhəddən keçməsinə dair müvafiq sənədlər də var. Deyirlər ki, gedib Rusiyada ziyan eləmişik. Mən kiminsə malını Rusiyada satan deyiləm. Hazırda soyuducuda nə qədər yararsız məhsulu varsa dəyərini ödəməyə hazırıq. Onlar iddia edirlər ki, mənimlə tanışdırlar və məhsulu mənimlə razılaşaraq anbara yerləşdiriblər. Amma bu belə deyil. Onlar anbarın müdiri ilə razılaşıb məhsullarını oraya qoyublar, sonra da gəlib götürüblər. Anbarda cəmi 90 yeşik malları qalıb. Müddət də başa çatıb. İndi gəlib götürmürlər ki, guya bizə görə zərər ediblər”.
Ardını oxu...
İkram Vəliyev

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin Şəki regional qrupuna ünvanladığımız sorğuya belə cavab verilib:
“Yanvarın 25-də Afiq Kərimov polisə müraciət edərək 34 min manat dəyərində xurmanı İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən soyuducu anbara yığdığını, qarşılığında Mahmud adlı şəxsə 7 min manat pul verdiyini, ancaq həmin xurmanın anbarda tələf olduğunu bildirərək ona dəymiş maddi ziyanın ödənilməsində köməklik göstərilməsini xahiş edib.
Həmin anbarda işləyən Mahmud Namazov isə izahatında xurma yeşiklərini yanvar ayının 15-nə qədər anbarda saxlamasına dair A.Kərimovla əvvəlcədən razılaşdığını, ancaq sonuncunun anbara yığdığı 3 min 780 yeşik xurmadan 96-nı qeyd olunan tarixdə aparmadığını və sonrakı müddətdə soyuducu işləmədiyi üçün həmin xurmaların tələf olduğunu bildirib.
Hazırda məsələ ilə bağlı araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.
 
 
 
Ardını oxu...
Azərbaycanda 7 fevral tarixində keçirilən Prezident sseçkisindən sonra hökumət yenilənəcək.

Ölkədə formalaşacaq yeni hökumətdə, icraedici orqanlarda rəhbər vəzifələrə dinamik, əhali ilə daim təmasda olan, təşkilatçı şəxslər gətiriləcək.

AzFakt.com saytının əldə etdiyi məlumata görə vəzifələrindən uzaqlaşdırılacaq məmur kateqoriyası əsasən rayon icra hakimiyyətlərinin başçılarını əhatə edəcək.

Uzun illərdir vəzifədə olan, səlahiyyətlərindən istifadə edib özlərinə varidat toplayan, əhali ilə təmas qurmayan, onların qayğı və problemlərini dinləməyən icra hakimiyyəti başçıları vəzifələrindən çıxarılmaları ilə yanaşı, eyni zamanda bu şəxslərə qarşı hüquqi addımlar da atılacaq.

Mötəbər mənbədən əldə etdiyimiz məlumata görə vəzifəsindən çıxarılacaq icra başçılarından biri də Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadədir.

On beş ildir Zaqatalaya rəhbərlik edən Mübariz Əhmədzadənin özünə böyük biznes imperiyası qurduğu barədə mediada faktlarla təqdim olunmuş məlumatlar yer almaqdadır.

Eyni zamanda Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin adı Prezident Administrasiyasına ən çox şikayət ünvanlananan məmurların da siyahısında yer almaqdadır.

Hələ bir müddət öncə Zaqatalanın Bəhmətli kəndində Vətən müharibəsi qazilərinə aid torpağın Mübariz Əhmədzadə tərəfindən satıldığı iddia edilirdi.

Qeyd edək ki, Mübariz Əhmədzadə vəzifədə olduğu illərdə topladığı sərmayələr heç də rayon icra hakimiyyətlərinin başçılarına uyğun deyil. Belə ki, ona aid olan mülklərin siyahısında Birləşmiş Krallıqda xeyli sayda mülklərin olduğu qeyd edilir.

Zaqatalada icra başçısının xeyir-duası ilə torpaq sahələrinin kütləvi şəkildə satıldığı yuxarıda qeyd etdiyimiz fakla yekunlaşmır.

Rayonunun Əliabad kəndinin də ümumi istifadədə və bələdiyyə fondunda olan torpaq sahələrinin 49 illiyinə məmurlara satıldığı bildirilir.

Əldə etdiyimiz məlumata görə daha bir narazılıq dövlət başçısının tapşırığına əsasən Zaqatala rayon icra Hakimiyyətinin başçısının yerlərdə əhali ilə səyyar qəbul keçirməməsidir.

Ötən 2023-cü ilin statistikasına nəzər yetirdikdə Mübariz Əhmədzadənin rayonun 5-6 kəndinə səfər etdiyi görünür. Bu səfərlər isə müəyyən tədbirlərlə əlaqəli olduğundan sakinlərlə səyyar qəbul-görüş keçirilməyib.

Daha acınacaqlı məqam isə ölkənin post-neft dövrünə hazırlaşdığı, qeyri-neft sektorunun, xüsusən də turizmin inkişafını sürətləndirdiyi bir zamanda böyük potesialı olan Zaqatalanın ümumi inkiafdan geri qalmasıdır.

Bu gün Zaqatala rayonu abadlıq və quruculuğa görə dövlət büdcəsindən milyonlarla vəsait ayrılmasına baxmayaraq, sözün əsl mənasında nimdaş gündədir. Rayonun mərkəzi hissəsi istisna olmaqla demək olar ki, hər yerdə yarımçıq, yamaqlı işlər aparılıb.

Dövlət satınalmaları vasitəsilə büdcədən ayrılan vəsaitlərin də rayon İcra Hakimiyyətinin başçısına aid olan MMC-lər tərəfindən silindiyi iddia edilir.

Prezident İlham Əliyev isə iclasların birində bəzi məmurların büdcə vəsaii hesabına görüləcək işləri dəfələrlə şişirtdiklərini, işləri özlərinə yaxın şəxslərin adlarına rəsmiləşdirdikləri şirkətlərə ötürdüklərini vurğulayır, bu cür məmurlara qarşı amansız mübarizə aparılacağını vurğulayırdı.
TEREF: Xocanin Blogu bütün maraqlı tərəflərin fikrini dərc etməyə hazırdır.
 
Ardını oxu...
Dünən saytların birində “Masallı rayonu üzrə təhsil sektoru TƏKZİB EDİR - "Sektor müdiri Qoşqar Hətəmovun barəsində yazılanlar qərəzlidir"” başlıqlı yazını oxudum. Düşündüm ki, buna cavab vermək lazımdır. Cəmiyyətdə zərrə qədər hörməti olmayan belə kəm-kəsir insanlara vaxtında layiq olduqları cavabı verməyəndə, onlar özlərini böyük bir nəsnə hesab edirlər. Odur ki, barəmdə yazılanlara mümkün qədər qısaca cavab verməyə çalışacam.

Bu sözləri müstəqil jurnalist Cavid Şirəliyev özünün Facebook hesabında yazıb:

"Əslində nə baş verir? Deməli, “7GÜN XƏBƏR”in sosial şəbəkə hesablarında “Masallının təhsilindən bixəbər nazir - Emin Əmrullayev gələcəyimizi məhv edir?” başlıqlı material dərc edilib. Həmin materialda Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun müdiri Qoşqar Hətəmov və onun himayə etdiyi Masallı rayon Ərkivan qəsəbə 3 saylı orta məktəbin direktoru Famil İsmayılov tənqid edilib. Bundan sonra Qoşqar Hətəmov açıqlama verib. Onun konstision hüququ var ki, barəsində deyilənlərə münasibət bildirsin, deyilənləri təkzib etsin. Ancaq onun bu açıqlaması özünü “sudan quru çıxartmaq” cəhdidir. O, açıqlamasında özünü “aydan arı, sudan duru” hesab edərək, ictimaiyyəti aldatmağa çalışıb. Halbuki kimin-kim olduğunu hamı yaxşı bilir. Bilavasitə Masallı rayonunda onu yaxşı tanıyırlar, kim olduğunu dəqiq bilirlər. Belə bir adamın mənim barəmdə danışmasına “...karvan keçər” deyib, əhəmiyyət verməyə də bilərdim. Amma, düşündüm ki, olmaz. Cavab verilməlidir.

Qoşqar Hətəmov açıqlamasında nə üçün işin əsl səbəbi barədə bir cümlə olsun belə yazmayıb? O, mövzudan yayınmaq üçün nəzəri mənim direktor müavini olan kürəkənimə və onun həyat yoldaşına, yəni bacıma yönəldib. Bəlkə ona həqiqətləri demək sərf eləməyib, yoxsa buna cəsarəti çatmayıb?! Elə isə mən onun deyə bilmədikləri barədə deyim.

Belə ki, yuxarıda adı qeyd edilən media orqanında "Masallı rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru İlqar Ramizoğlu barəsində bir neçə tənqidi məqalə dərc edilib. Onun rəhbərlik etdiyi tibb ocağındakı problemlərdən yazılıb. Həmin yazıların heç biri sözügedən şəxs tərəfindən təkzib edilməyib. Axı, bunu necə edə bilər? İlqar Ramizoğlu barəsində olan tənqidi yazılara münasibət bildirmək əvəzinə başqa vasitələrə əl atmalı olur. O, bu yazılara görə Masallı rayon Ərkivan qəsəbə 3 saylı orta məktəbin direktoru vəzifəsində işləyən əmisi oğlu vasitəsilə həmin məktəbin kimya-biologiya lobarantı işləyən bacımı hədələyir. Direktor Famil İsmaylov bacıma açıq-aşkar deyib ki, qardaşın əmim oğlu, Masallı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru İlqar Ramizoğlu barəsində olan yazıları silib, ondan üzr istəməsə, burada sənin gününü qara edəcəm. Ondan sonra məktəb direktoru məktəbin bütün problemlərini bir kənara qoyub, başlayır bacıma təzyiq eləməyə. Famil İsmayılov hətta öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bacımın maaşından qanunsuz pul tutur. Bunu heç nə ilə əsaslandıra bilməyən direktor “Yaxşı eləmişəm, get hara istəyirsən şikayət elə. Mənim Prezident Adminstrasiyasında yüksək vəzifədə adamlarım var. Ona görə istədiyim hərəkəti edə bilərəm. Buranın “ağa”sı mənəm” deyərək, bildirib. Bu məsələ ilə bağlı bacım nazir Emin Əmrullayevə və Ombudsman xanım Səbinə Əliyevaya müraciət edib. Hazırda həmin müraciət araşdırılma mərhələsindədir.
Bütün bunlardan sonra mən, “7GÜN XƏBƏR”in redaktoru ilə danışıb, ona "Masallı rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru İlqar Ramizoğlu barəsindəki yazılara görə bacımın təqib və təhdid edildiyini demişəm. Bildiyim qədərilə o şəxs Qoşqar Hətəmovla telefon əlaqəsi saxlayıb. Ona ölkənin qanunlarına riayət etməyi məsləhət bilib.

Bu məsələnin bir hissəsi. Keçim başqa hissəyə...

Özünü təmiz çıxartmağa çalışan Qoşqar Hətəmovun nəzərinə çatdırıram ki, məhz onun Lənkəran-Astara Regioanal Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektoruna müdir təyin edilməsindən sonra rayonun demək olar ki, bütün məktəblərində özbaşınalıq və haqsızlıq, eyni zamanda məktəblərdə kütləvi savadsızlıq, müəllimlərin və şagirdlərin dərslərə davamiyyətinin aşağı düşməsi və sair qanunsuz işlər daha da geniş vüsət alıb. Bütün bunlardan da Qoşqar Hətəmovun məlumatı var. Ancaq o, deyilənləri görməzlikdən gəlir. Maraqlıdır, niyə? Əslində, bu sualın cavabı məlumdur... Yaxşı olardı ki, Qoşqar Hətəmov boşuna özünü tərifləməkdənsə oturduğu posta hörmətlə yanaşsın. Arada-sırada öz otağından çıxıb, məktəblərdəki vəziyyətlə dərindən maraqlansın.

Mən, müstəqil jurnalist olaraq, təxminən on gün (yanvarın 22-dən fevralın 2-nə qədər) Masallı rayonunun bir çox məktəblərində saatlarla müşahidə aparmışam. Xüsusilə, 10 və 11-ci sinif şagirdləri ilə həmsöhbət olmuşam. Şagirdlərlə danışdıqca onların savadsızlığından dəhşətə gəlmişəm. Müşahidələrim zamanı günün ikinci yarısında məktəblərdə dərnəklərin keçirilmədiyi, ümumiyyətlə, məktəblərdə müəllimlərin və şagirdlərin olmadığını da görmüşəm. Bəs niyə bütün bunları siz görmürsüniz? Bəlkə nədənsə görmək istəmirsiniz, cənab Hətəmov?!

Şagirdlər deyirlər ki, məktəbdə kompüterləri yoxdur. Onların hamısı satılıb. Qoşqar Hətəmov, axı sizin də bundan xəbəriniz var.

Nə vaxtsa təhsili bu günə qoyanların öz layiqli cəvəzalarını alacağına əminəm. Bütün bunların günahkarı sən deyilsənmi, Qoşqar Hətəmov?! Mən, aidiyyatı dövlət orqanlarını Masallı rayon məktəbləri ilə bağlı arzuolunmaz vəziyyəti nəzarətə götürməyi tələb edirəm. Bu gedişlə sonumuz hara gedir? Heç bunu düşünmüsünüzmü?!

Qoşqar Hətəmov dünən məktəb direktorlarını tələm-tələsik yanına çağırıb. Onlara özü barədə müsbət fikirlər yazmağı tapşırıb. Direktorlar da öz növbəsində bu tapşırığı müəllimlərə verib. Müəllim adına ləkə olan o tör-tökülentülər barədə də növbəti yazılarımda məlumat verəcəm. Təhsili gəlir mənbəyinə çevirən, şagirdlərin və ya onların valideyinlərinin cibinə girə belə şərəfsizləri tanımağımız önəmlidir.

Sonda onu da qeyd edim ki, Qoşqar Hətəmovun İlqar Ramizoğlunun dəstəyi ilə Lənkəran-Astara Regioanal Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyin edildiyi deyilir. Bu və digər məsələlər barədə növbəti dəfə məlumat verəcəm. Hələlik bu qədər..."-deyə, o, qeyd edib.

Gundemxeber.Az
Ardını oxu...
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qeyri-yaşayış sahəsinin icarəsi üzrə keçirmiş olduğu açıq tenderin nəticələri bir neçə gündür ki, elektron medianın gündəmini zəbt edib. Hamı dövlət qurumuna 320 min manata icarəyə yer verən Emil Vidadi oğlu Orucovu axtarır. Hamı onun hansısa yüksək çinli bir dövlət məmurunun yaxını olduğunu iddia edir. Həqiqətən də, oturduğu yerdə ildə bu qədər qazanc əldə edən şəxs kimdir?

Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qeyri-yaşayış sahəsinin icarəsi üzrə 19.10.2023-cü il tarixdə başladığı açıq tenderə yekun vurub və fiziki şəxs Emil Vidadi Oğlu Orucovla 320.067 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Elektron medida yayılan məlumatlarda Emil Vidadi oğlu Orucov heç bir məlumatın olmadığı bildirilir.

Aktualinfo.org-un dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlar üzərindən apardığı araşdırmada məlum oldu ki, bu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fiziki şəxs Emil Vidadi oğlu Orucovla bağladığı ilk satınalma müqaviləsi deyil.

Belə ki, Agentlik fiziki şəxs Emil Vidadi oğlu Orucovla icarə xidmətinin satın alınması üzrə 14.11.2020-ci ildə 289.872 manat, 20.12.2022-ci ildə 318.622,07 manat məbləğində satınalma müqavilələri bağlayıb. Göründüyü kimi Dövlət Agentliyi son üç il ərzində icarə xidmətinin satınalmasına 928 561 manat dövlət vəsaiti xərcləyib.

Maraqlı burasıdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tenderin şərtlər toplusunda icarəyə götürülən obyektin ünvanını açıq şəkildə göstərməyib. Halbuki, “Dövlət Satınalmaları Haqqında” Qanuna görə bunlar açıq şəkildə qeyd olunmalıdır. Şərtlər toplusunda satınalan təşkilatın ünvanı 2022- 2024-cü illərdə Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət 27, 3-cü mərtəbə, 2020-ci ildə isə Bakı şəhəri, Binəqədi rayonu 6-ci mkr., Mirmahmud Kazımovski küçəsi 134 göstərilir.

Qeyd edək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəsmi portalında Tibbi-Sosial Ekspert Komissiyalarının ayrı ayrı ünvanlarda inzibatı binalarının olduğu göstərilir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin inzibatı binası isə Bakı şəhəri, 6-cı mkr-n, Mirmahmud Kazımovski küç. 134 ünvanda yerləşir və ən müasir tibbi avadanlıqlarla tam təchiz olunub.

Buradan suallar yaranır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə son üç il ərzində bir milyon manat civarında icarəyə yer götürməsi hansı zərurətdən yaranıb? İcarəyə götürülən bu bu yerdə Agentlik əhaliyə nə kimi xidmətlər göstərir? Bu icarə obyekti əhaliyə xidmət üçündürsə nə üçün ünvanı göstərilməyib?

Digər sual isə fiziki şəxs Emil Vidadi oğlu Orucovla bağlıdır. Kimdir bir dövlət qurumundan üç il ərzində bir milyon manata yaxın icarə haqqı alan Emil Orucov?

İnternet axtarış sistemləri üzərində əldə etdiyimiz məlumatlarda Emil Vidadi oğlu Orucovun 2018-ci ildə “Milli ərzaq təhlükəsizliyi sisteminin inkişafının iqtisadi aspektləri” mövzusunda Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunda iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyasının avtoreferatı təqdim olunub. Onun bu elmi adı alıb, almaması, iş yeri barədə əlavə heç bir məlumat yoxdu.

Aktualinfo.org-un əldə etdiyi məlumata görə o, uzun müddətdir təhsil sistemində çalışan, 1997–2016-cı illərdə Bakı Sənaye-Pedaqoji Kollecinin direktoru olmuş, 2016-cı ildən isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin direktoru vəzifəsində çalışan Vidadi Orucovun oğludur.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında Emil Vidadi oğlu Orucovun fiziki şəxs kimi 08.14. 2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında fiziki şəxs Emil Vidadi oğlu Orucovun hüquqi ünvanı BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, RÜSTƏM RÜSTƏMOV, ev 34, mənzil 65 göstərilib.

Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında 25 saylı Nizami II seçki dairəsindəki 29 saylı məntəqənin yerləşdiyi ərazidə, RÜSTƏM RÜSTƏMOV, ev 34 ünvanında Orucov Emil Vidadi oğlunun 1987-ci il təvəllüdlü olduğu göstərilir. Həmin ünvanda, yəni RÜSTƏM RÜSTƏMOV, ev 34-də həm də 1990-cı il təvəllüdlü Orucov Tural Vidadi oğlu və 1956-cı il təvəllüdlü Orucov Vidadi Ömər oğlu da daimi pasport qeydiyyatındadırlar.

Rəsmi dövlət qurumlarının portalından əldə etdiyimiz məlumatlardan da göründüyü kimi Dövlət Agentliyinə son üç il ərzində bir milyon manata yaxın icarəyə yer vermiş fiziki şəxs Emil Vidadi oğlu Orucov dövlət məmuru, Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin direktoru, 1956-cı il təvəllüdlü Vidadi Ömər oğlu Orucovun oğludur.

Bəs Vidadi Orucov ünvanı gizlədilən və yaxud da açıqlanmayan belə bir obyekti hansı vəsaitlər hesabına ərsəyə gətirib çıxarıb? Təbii ki, aylıq maaşla bunu heç kim edə bilməz. Yuxarıda vurğuladığımız kimi Vidadi Orucov uzun müddətdir təhsil sistemində çalışır. Elektron medianın iddia etdiyi kimi o qədər də yüksək çinli məmur deyil, sadə bir Kollec direktorudur. Azı 26 ildir kollec direktoru vəzifəsində oturmuş Vidadi Orucovun yığdığı pullar da təbii ki, qanunsuz şagird qəbullarından, imtahanlardan toplanan rüşvət və dövlət vəsaitlərinin mənimsənilməsi hesabına başa gəlib.

Məlumatlara görə Vidadi Orucov uzun müddət sabiq Baş prokuror Zakir Qaralova arxalanaraq tutduğu vəzifələrdə istədiyini edib. Hazırda 68 yaşı olmasına baxmayaraq Vidadi Orucov Sosial-İqtisadi Kollecin direktoru vəzifəsini əldən vermək istəmir. Necə deyərlər, həm icarəyə verdiyi obyektlərdən, həm də dövlət vəsaitlərini talamaqla qazanır. Kim bilir, onun üzdə olmayan və icarəyə verdiyi belə obyektlərin sayı nə qədərdir?
Aktualinfo.org
 

Dünyapress TV

Xəbər lenti