Ardını oxu...
“Turan Hospital” uzun müddətdir çalışmayan xidməti ilə klinikada müayinəyə gələnləri yola verir.

Tribunainfo.az yazır ki, “Turan Hospital” klinikada analiz verənlərin işini asanlaşdırmaq üçün uzun müdddətdir ki, bir xidmət istifadəyə verib. Belə ki, klinikanın saytında analiz verənlərin cavablarını QR (küar) kod ilə əldə edə bilməsi üçün “müayinə nəticəsini əldə et” pəncərəsi qoyulub. Ancaq xidmət uzun müddətdir ki, işləmir.

Bir neçə aydır çalışmayn xidmətlə bağlı klinikanın verdiyi cavab isə təəcccüb yaradır. Klinikadan bildirilib ki, texniki problem səbəbindən xidmət işləmir. Maraqlıdır ki, uzun müddət keçməsinə baxmayaraq texniki problemi aradan qaldırmaq mümkün deyil.

Klinikanın mövqeyini işıqlandırmağa hazırıq.
 
Ardını oxu...
Oğluna 120 minlik maşın almaqla, bələdiyyə sədri olan baısı oğluna iki vəzifə verdirməklə adından söz etdirən Qazax rayon icra icra başçısının birinci müavini Məmməd Alıyevlə bağlı saytımıza daha bir məlumat və görüntülər daxil olub.
32gun.az-ın redaksiyasına daxil olan məlumata görə, Rəcəb Babaşovun I müavini Qazaxda qaydaları növbət dəfə "çeynəyərək" çay hövzəsində byük bir "obyektr tikdirib. Belə ki, çay hövzəsi və selin qarşısında riskli ərazidə hər hansı bir tiklinin həyata keçirilməsi rəsmi olaraq izn verilmir.

Redaksiyamıza daxil olan məlumata görə, Qazax - Ağstafaçay hövzəsi boyunca Cəfərli kəndinə doğru gedən yolun kənarında meşə zolağının içərisində böyük bir ərazi icra başçısının müavini tərəfindən zəbt edilib.

Heyvandarlıqla məşğul olmaq üçün tikilmiş böyük yataq yeri Hikmət adında I Qarabağ döyüşlərinin iştirikçısının adına rəsmiləşdirilib.

Həmin şəxs də M.Alıyevin şərikdir. Videoda da göstərilən ərazidə M.Alıyevin heyvanlarının saxlanılması üçün tikilib. Sözügedən tikili meşəni və çay kənarını zəbt edib.

Digər zəbt edilən ərazidə isə Məmməd Alıyevə məxsus olan fermanın bir hissəsi yerləşir və orada həmçinin balıq biznesi ilə məşğul olunur.

32gun.az-a daxil olan görüntünü təqdim edirik:

Qarşı tərəfin mövqeyini işıqlandıra bilərik...
 
 
Ardını oxu...
 

Nümayəndəlikdə mühasib olmuş Zərifə Abbasova özünü qismən təqsirli bilir, amma qalan pullar...

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin mühasibi olmuş Zərifə Abbasovanın cinayət işi üzrə məhkəmə prosesi davam edir. Z.Abbasovaya qarşı 1 milyon manata yaxın vəsaitin mənimsənilməsi ittihamı irəli sürülüb. 

Məhkəmədə üzə çıxan faktlar onu deməyə əsas verir ki, Abbasovaya qarşı irəli sürülən ittiham kifayət qədər əsaslı deyil, ittihamı şübhə altına alan tutarlı faktlar var. 

Bəs necə olub ki, 3 nəfərin imzası ilə Azərbaycan Beynəlxalq Bankından çıxan 1 milyon manata yaxın vəsaitə görə təkcə onu məsuliyyətə cəlb ediblər? 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesin gedişatı, ittihamla bağlı Zərifə Abbasovanın fikirlərini öyrənmişik.  

Abbasovanı nədə ittiham edirlər? 

İttihama görə, Zərifə Abbasova 2017-2022-ci illər ərzində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyində mühasib vəzifəsində işləyərkən nümayəndəliyin bank hesabında olan pul vəsaitlərini nağdlaşdırıb, saxta ödəniş tapşırıqları vasitəsilə müxtəlif vaxtlarda vəsaitləri öz əmək haqqı kartına köçürərək təşkilata məxsus 983 min 254 manatı mənimsəyib. İstintaq sənədlərinə görə, qeyd olunan pul vəsaitini Zərifə Abbasova müxtəlif vaxtlarda Beynəlxalq Bankın bankomatlarından çıxarıb. 

Məhkəmədə ittihama münasibət bildirən Zərifə Abbasova özünü qismən təqsirli bilib. Deyib ki, nümayəndəliyə məxsus 46 min 700 manat vəsaiti müalicə xərclərinə sərf edib. 

Zərifə Abbasova Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsini bitirib, 1 may 2008-ci ildən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə mühasib vəzifəsinə təyin edilib. Deyir ki, nümayəndəliyin əvvəlki illərində əksər maliyyə əməliyyatları nağd şəkildə aparılıb. Bu ödəniş üsulu ilə Avropa İttifaqının nümayəndəliyi 2019-cu ilin dekabrına qədər davam edib. Onun sözlərinə görə, Avropa İttifaqının mühasibat sistemi tam online struktura malikdir. Yəni bütün aparılan əməliyyatlar 3 elektron imza ilə (viza) həyata keçirilib. Hər hansı bir əməliyyatı 2 imza olmadan tək imza ilə sistemə salmaq və yaxud təsdiq etmək qeyri-mümkündür: “Mühasib olaraq, hər hansı bir tranzaksiyanı sistemə salmaq və onun ilkin qeydiyyatını aparmaq mənim vəzifəm idi. 2022-ci ilin sentyabrında mən son dəfə Brüsselə ezamiyyətə getmişdim. Və oradan qayıdandan sonra, 7 oktyabr 2022-ci ildə məni təcili işdən uzaqlaşdırdılar və çox qəti surətdə artıq-əskik danışmamaq şərti ilə tezliklə işə qaytaracaqlarına söz verdilər. Lakin  Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlayan sorğulardan anladım ki, məni əsas təqsirləndirilən şəxs qismində göstərib və bütün "aşkar" olunan qeyri-rəsmi əməliyyatların məsuliyyətini üzərimə atıblar. Gözləmədiyim halda aldığım zərbə çox ağır oldu - mən iflic keçirtdim, xəstəxanaya düşdüm, aylarla müalicə aldım. Hələ də sol gözümdə assimetriya hiss olunur. Buna baxmayaraq, halsız vəziyyətdə məhkəmə qarşısına çıxdım və saysız-hesabsız ifadələr verdim. Məhkəmədə də, istintaqda da demişəm ki, çalışdığım nümayəndəlikdə mənə 50 min manata yaxın pul verməlidirlər. Ana olmaq arzusu ilə müalicəm üçün həmin 50 min manatın yazılı surətdə müraciət etməklə mənə verilməsini xahiş etmişdim. Lakin mənə öz pulumu vermədilər. Məcbur olub müalicə xərcləri üçün mənə ödənməli olan məbləğ civarında vəsaiti götürmüşəm. Həmin pulu da mənimsəmək niyyətim olmayıb. Bunu nümayəndəliyin rəhbərliyi də bilirdi.   

Zərifə Abbasova bildirib ki, müalicəsi üçün borc olaraq götürdüyü 46 min 700 manat cəmi vəsaiti müalicələrinə xərcləyib: “Qalan 936 min 554.02 manat məbləğindən xəbərim yoxdur, çünki onu birbaşa rəhbərliyə təhvil vermişəm. Təlimatları birbaşa onlardan almışam. Dediyim kimi, onların sistemdə elektron imzası olmadan mən heç bir maliyyə əməliyyatını sistemdə tamamlaya bilməzdim, bu texniki baxımdan imkansız idi".

“İşçı müdiriyyətə hədə-qorxu gəlib ki, ya buna izahat verin, ya da Brüsselə yazacaq”

Zərifə Abbasova işin bu nöqtəyə gəlməsinin səbəbini də açıqladı: “Əməkdaşlardan biri masamın üzərindən bir sənədi görmüşdü. Həmin sənədi mən və Zoltan Szalai imzalamışdıq. Bütün baş verənlər də əməkdaşın o bank sənədini görməyindən başlandı. Dediyim sənədlər üzərindən həmin işçı müdiriyyətə hədə-qorxu gəlib ki, ya buna izahat verin, ya da Brüsselə yazacaq. Bu məlumatı mən baş mühasib cənab Olivier Klemensatdan öyrəndim. O, mənə demişdi ki, sən niyə sənədləri masanın üstündə unutmusan? Mən cavab verdim ki, onlar Zoltana imzaya verilmişdi, deməli, o, imzadan sonra onları mənim masama geri qoyub. Uzun müzakirələrdən sonra məni işdən müvəqqəti olaraq uzaqlaşdırmaq, bu işi yayındırmaq və yenidən məni işə qaytarmaq qərarı verdilər. Szalai mənə tapşırmışdı ki, artıq-əskik danışma, biz tezliklə bu işi bağlayıb səni işə qaytaracağıq. Mənim idarədən borc götürdüyüm məbləğdən şəxsən baş mühasib cənab Olivier Klenmensatın xəbəri var idi, onlar həmin məbləğ civarında məsuliyyəti üzərimə götürməyi tapşırmışdılar".

Bakıdakı nümayəndəlik yoxlanıbsa, o qədər pul  necə mənimsənilib? 

Ardını oxu...

Zərifə Abbasova bildirib ki, ona ittiham son 5 illik dövr üçün verilib. Guya 5 il ərzində ittihamda qeyd olunan məbləği mənimsəyib. Onun sözlərinə görə, əslində bu mümkünsüzdür: “İşlədiyim dövrdə hər ildə 6 dəfə onlayn yoxlama olub. Yəni Avropa İttifaqının Belçikada olan baş ofisinin Ex-post-kontrol şöbəsi tərəfindən təsadüfi seçim nəticəsində seçilmiş ödənişlərin və onlara aid olan müvafiq sənədlərin birbaşa Avropa İttifaqının baş ofis sistemindən yoxlanılması aparılırdı. Son yoxlama 2022-ci ilin iyul ayında aparılmışdı. Hər 4 ildən bir, Avropa İttifaqının Baş Ofisinin Ex-post-kontrol şöbəsinin inspeksiya bölməsindən, auditorlardan ibarət olan müvafiq qrup Bakıya gəlib yerində həm mənim işlədiyim sistemi, həm mövcud olan bütün sənədlərin yoxlanılmasını aparırdılar. Yoxlamaların nəticələri (yoxlama aktları) Avropa İttifaqının Baş ofisi tərəfindən hazırlanırdı və nümayəndəliyə də bir nüsxəsi göndərilirdi. Son yoxlama 2019-cu ilin fevral ayında aparılmışdı. Hər ilin əvvəlində, Avropa İttifaqının  Belçikada olan baş ofisi tərəfindən, nümayəndəliyin bank hesabı olan Azərbaycan Beynəlxalq Bankına sorğu göndərərək, onlardan nümayəndəliyə məxsus olan bank hesablarındakı keçmiş ilin dekabr ayının 31-nə kimi son balansları təqdim etməyə tələb edirdilər. Son sorğu 2022-ci ilin yanvar ayında göndərilmişdi. Bu yoxlamaların nəticələri haqda Baş Ofisdə məlumatlar var. Əgər 5  il ərzində mənimsəmələrə yol verilsəydi, təbii ki, bu faktlar yoxlamalar zamanı üzə çıxardı". 

“Həqiqətin üzə çıxması mümkünsüz hala gəlib”

Zərifə Abbasova istintaq üçün maraqlı ola biləcək bir məqama da toxunub: “Pandemiya dövründə evdən işlədiyimə görə iş kompüterimdə olan bütün sənədləri ev kompüterimə köçürmüşdüm və işlədiyim müddət ərzində nümayəndəliyin rəhbərliyinə göndərdiyim hesabatları saxlamışdım. Üzləşdiyim haqsız təqibdən sonra  kompüterimdə bu məlumatların olmasını xatırladım. Mənim öz tərəfimdən keçirilən hesablamalara görə, nağdlaşdırılan pullardan cəmi 46 min 700 manat mənim şəxsi müalicə ilə bağlı xərclərimi təşkil edib. Avropa İttifaqının mühasibatlığında mənə məxsus olan 27 min 640 avro və mənim iş otağımda şəxsi dolabımda olan 6 min civarındakı vəsait götürdüyüm pulu tam ödəyir. Lakin bütün bu faktların aşkar olunmasına və mənim hüquqlarımı müdafiə edən vəkil cənab Əlövsət Abasovun yuxarıda göstərilən faktların yenidən yoxlanılması üçün vəsatətlərin Bakı Ağır Cinayətlər Məhkəməsi təmin etdi, lakin səbəbsiz şəkildə icra etmədi. Halbuki, sadəcə, 2 vəsatət üzrə addımlar atılsa, bütün verdiyim ifadələr öz təsdiqini tapacaq.

Həmin vəsatətlər bunlardır:

Azərbaycan Beynəlxalq Bankına Avropa İttifaqına hər il Baş Ofisin müraciətləri əsasında göndərilən hesabatların məhkəmə sorğusu əsasında alınması (Həmin hesabatları almaq üçün vəkilim banka sorğu verdi. Bankdan bildirildi ki, həmin sorğu məhkəmədən göndəriləcəyi təqdirdə verilə bilər).

Bankdan alınan sənədlərlə mənim aşkar etdiyim hesabatların üzərindən yeni yoxlamanın (müstəqil auditin) keçirilməsi. 

Məhkəmə hər iki vəsatəti qəbul etsə də, bunu etmək niyyətində deyil deyə həqiqətin üzə çıxması da mümkünsüz hala gəlib". 

“Mənim iştirakımla yeni bir yoxlamanın keçirilməsi nə qədər çətin bir qərardır?”

Zərifə Abbasova deyir ki, 6 noyabr 2023-cü il tarixində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə rəsmi müraciət göndərib. Müraciətində son illərdə apardığım əlavə hesabatların və iş dolabımda aşkar olunmuş şəxsi pullarının  - 6 min manat civarında pulun kimə verildiyi barəsində məlumat istəyib: “Onların məhkəməyə göndərdiyi cavabda belə bir hesabatların olmaması və mənə məxsus olan pulun mənə geri qaytarılması haqqında yazılıb. Halbuki bu hesabatlar həmişə olub və pulun qaytarılması üçün ən azı təhvil-təslim aktının mövcud olması zəruridir. Mənim üçün daha bir ağır məqam odur ki, məni imza saxtalaşdıraraq bank sənədlərinin hazırlanmasında ittiham ediblər. Halbuki belə bir ağır təqsirləndirmə üçün vacib olan bütün məsuliyyətli şəxslərin imzalarının ekspetizası keçirilməli idi. Bunları nəzərə alaraq, həmin tərtib olunmuş ittiham aktının əsasında məni 10-14 il azadlıqdan məhrum edə bilərlər. Bu səbəbdən, mənim iştirakımla yeni bir yoxlamanın keçirilməsi nə qədər çətin bir qərardır? Azərbaycan vətəndaşı olaraq, belə bir ədalətsiz və birtərəfli yanaşmanı bu səviyyədə olan dövlət qurumundan gözləmirəm. Mən həqiqətin üzə çıxmasını, konkret əməlimə qiymət verilməsi üçün bir daha xahiş edirəm ki, məhkəmə ədalətli qərar verə bilməsi üçün Azərbaycan Beynəlxalq Bankına sorğu verib nümayəndəliyin illik hesabatı və 2017-ci ildən 2022-ci il 31 dekabr tarixlərinə olan maliyyə balansının sonucları barədə Brüsselə göndərilən aktların nüsxələrini alsın. Çünki vəkilim cənab Əlövsət Abasovun eyniməzmunli sorğusuna bankdan cavab verildi ki, məhkəmənin bu haqda sorğusuna cavab verilə bilər. 

“Ədalət naminə, həqiqətin üzə çıxması üçün iştirakımla audit yoxlaması keçirilsin”

Bir daha xahiş edirəm ki, ədalət naminə, həqiqətin üzə çıxması üçün iştirakımla audit yoxlaması keçirilsin. Tərəfimdən tərtib olunan sənədlər tədqiq olunsun. Həmin sənədləri məhkəməyə təqdim etmişik. Məhkəmə sənədləri qəbul edib. Lakin həmin sənədlər üzrə əlavə yoxlama aparılması barədə vəsatət qəbul olunmayıb. 

Mənə sənədlərin saxtalaşdırılması ittihamı verilib. Guya nümayəndəliyin rəhbəri Peter Mixalko və müşaviri Zolotan Szalainin imzaları saxtalaşdırılıb. Lakin imzaların saxta olması barədə ekspertiza rəyi işdə mövcud deyil. Qanunla isə ekspertiza rəyi olmadığı təqdirdə, mənə ittiham verilə bilməzdi. Fakt odur ki, mən 46 min 700 manat cəmi vəsaiti müalicələrimə xərcləmişəm və bunu da inkar etmirəm. Həmin vəsaiti də qaytarmağa hazıram. Qalan 936 min 554.02 manat məbləğindən xəbərim yoxdur. Həmin məbləği kim götürübsə, o şəxslər müəyyən edilsin və onlar məhkəmə qarşısında cavab versinlər". 

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 
 
 

Ardını oxu...
Cəlilabad rayon sakini Məmmədov Fərid Oqtay oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, anasını saxta sənədlərlə aldadıb, torpağını əlindən alıblar:

“Mən, Məmmədov Fərid Oqtay oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Cəlilabad rayonu Qarazəncir, Ocaqlı kənd İnzibati ərazi dairəsi üzrə sabiq nümayəndə Bayramov Məhərrəm Ağabala oğlu, Cəlilabad rayon İcra Hakimiyyətinin Arxitektura Şöbəsi ilə əlbir olaraq, anam Məmmədova Nüşabə Sabir qızına məxsus olan fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,12 ha torpaq sahəsini ələ keçiriblər.

Belə ki, Bayramov Məhərrəm Ağabala oğlu vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, həmin torpaq sahəsini saxta sənədlərlə yeznəsi Ağayev Həbib Ağacəfər oğlunun adına sənədləşdiriblər.

Maraqlı faktlar onan ibarətdir ki, Ağayev Həbib Ağacəfər oğluna saxta sənədləşmələr əsasında verilən sənəd üzərində olan möhür, ştamp, öz zamanına görə 2000-2005-ci il arxivində olmalıdır. Lakin sənəddə 2000-2005-ci ilin möhürü vurulub.

1995-ci il tarixində anama məxsus olan torpaq sahəsini Ağayev Həbib Ağacəfər Oğluna satırlar. Əlimdə əsaslı faktlar olmasına baxmayaraq, Cəlilabad rayon prokuroru Vahid Məmmədov, Cəlilabad rayon Polis Şöbəsi şikayətimə ətraflı baxmayarq, başlarından ediblər. 7 dəfə qeyri -obyektiv araşdırma aparıldığından, həmin qərar rədd edilmişdir.

16.01.2024-cü ildə yenidən araşdırmanın davam etdirilməsi üçün Baş Prokurorluğun yazlı göstərişləri əsasında, 8-ci dəfə Cəlilabad rayon Polis Şöbəsinin istintaqına verilmişdir. Dəfələrlə araşdırma getməsinə baxmayaraq, polis bildirir ki, vəzifə səlahiyyətlərinən sui-istifadə halları var, amma bizim səlahiyyətmiz buna imkan vermir ki, cinayət işi açılsın, bu, Cəlilabad Rayon Prokurorluğunun səlahiyyətlərinə aid məsələdir. Yəni Prokurorluq bu işi başından edir, bizim üstümüzə atır.

Cəlilabad Rayon İcra Hakimiyyəti də saxta sənədləşmələrin ortaya çıxmamasına görə, prokurora, polisə təzyiq göstərir. Sözügedən məsələ ilə bağlı əlimdə əsaslı faktlar var. Səlahiyyətli dövlət orqanlarından xahiş edirəm ki, mənə kömək etsinlər”.
 
Ardını oxu...
Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubovun və sözügedən qurumun şöbə müdiri Taleh Bəşirovun Novxanı çimərliyi yaxınlığındakı “Metallurq” qaçqın düşərgəsini zəbt etməsi məcburi köçkünlər arasında ciddi narazılığa səbəb olub.

Məsələ ilə bağlı redaksiyamıza məlumat verən etibarlı mənbənin sözlərinə görə, məcburi köçkünlər Əmlak Məsələləri Dövlət Xidmətinin harınlamış məmurlarından ölkə başçısına şikayət etməyə hazırlaşır. Məcburi köçkünlər əmindirlər ki, “dərə xəlvət tülkü bəy” prinsipi ilə hərəkət edən məmurların bu özbaşınalığı haqqında məlumat Prezident İlham Əliyevə çatacağı təqdirdə dövlət başçısı dərhal onları cəzalandıracaq, məcburi köçkünlərin ikinci dəfə qaçqın həyatı yaşadanlara lazımı dərs verəcək.

Mənbənin məlumatına görə, ölkə başçısına ediləcək müarciətlə bağlı imzatoplama kampaniyasının həftə sonuna kimi başa çatdırılması nəzərdə tutulub. Bazar ertəsinə kimi Elçin Yusubov və Taleh Bəşirovun əməllərindən narazı olan məcburi köçkünlər imzatoplama kampaniyasını başa çatdıraraq, dövlət başçısına müraciət edəcək.

Xatırladaq ki, bir müdət bundan öncə Bakının Novxanı çimərliyindəki “Sarıqaya” yaşayış massivinin “Metallurq” qaçqın düşərgəsinin bir hissəsi ƏMDX-nin yetkililəri – Elçin Yusubov və Taleh Bəşirov tərəfindən məşhur iş addamlarından birinə satılıb. Ərazini satın alan iş adamı ƏMDX məmurlarının köməyi ilə məcburi köçkünlərə məxsus bəzi ev və yardımçı təsərrüfatları dağıdıb, avtomobil və piyada yolunu bağlayıb. Məcburi köçkünlərin etirazına məhəl qoymayan məmurların məcburi köçlünlərin yaşadığı digər evlərə də əl qoyacağı ehtimal edilir.

Onu da qeyd edək ki, məlum prosesdə xüsusi aktivliyi ilə diqqət çəkən isimlərdən biri olan Taleh Bəşirovun adı ölkə mətbuatında ilk dəfə iş adamlarının birindən “Rance Rover” markalı avtomobil hədiyyə alması ilə gündəmə gəlib. Həmin vaxt yayılan məlumata görə, Taleh Bəşirov dövlət əmlakını dəyər-dəyməzinə iş adamlarından birinə peşkəş etdiyi üçün bu cür bahalı hədiyyəyə layiq görülüb. Onun Türkiyədə də geniş biznes şəbəkəsinə malik olduğu iddia edilir.

Muxalifet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
 
 

Ardını oxu...
Arxitektura və Şəhərsalma komitəsinin nəznində olan Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədri Ramin Abdullayevlə bağlı ağır ittihamların yer aldığı material bir neçə gün əvvəl yerli KİV-də yayılsa da, ortada ciddi tədbirlər müşahidə olunmur. Amma bunun da əsaslı səbəbi var. Məhz bütün ölkə ərazisində növbədənkənar Prezident seçkilərinin keçirilməsi səbəbindən səslənən ittihamlara hüquq müstəvisində reaksiya verilməyib.

ƏVVƏLKİ yazı burada: Şəhərdağıtma məmuru Ramin Abdullayev üçün “qaramaskalı əməliyyatı” hazırlığı… - BU NƏDİ BELƏ?!

Bu barədə dia-az.info-ya danışan mənbə iddia edir ki, Ramin Abdullayevin barəsində mütləq addımlar atılacaq: "Çünki artıq məsələ "yuxarıların" da diqqəini cəlb edib. Və konkret qərarla bağlı vəziyyəttə gəlincə, gələn həftə müəyyən addımlar atılacaq".

Səslənən ittihamlara görə, Ramin Abdullayev ölkə başçısının yaratdığı şəffaf biznes mühitinə kölgə salaraq tikinti biznesinə ciddi zərbə vurur. MTK sahiblərinin ve obyekt tikmək istəyən sahibkarların hamısını zara gətirən Ramin Abdullayev yalnız öz adamları (maklerləri) tərəfindən gələn işləri qabağa salaraq digər MTK sahiblərinin işlərini vurur. Müraciətlər aylarla hətta illərlə Ramin Abdullayevin stolunda qalır və süni maneələr yaradaraq onların tikilməsinə mane olur.
O zaman bu məmur kimə xidmət edir? Dövlətə, prezidentə, islahat gedən ölkəyə bu cür özbaşınalıq edən məmurlar lazımdırmı? Axı hakimiyyətə, ölkə rəhbərliyinə, dövlətə zərbə vurur, xalqda inamsızlıq yaradır, gözdən salır iqtidarı. Yəni bir qanqrena vermiş Mərkəz var, sədri Ramin Abdullayevdir, burada sağalmaz rüşvət xəstəliyi var, onu amputasiya etməkdən başqa müalicə yolu qalmayıb.

Yəni Prezidentin Qarabağda həyata keçirilən quruculuq işlərinə cəlb edildikləri üçün sahibkarlara xüsusi diqqət və qayğı gösttərdiyi bir dönəmdə Ramin Abdullayev kimləri həəmin iş adamlarını məhz dövlətdən, yəni Prezidentdən narazı salmaqdadır. Bu kimi fəaliyyəttlər isə cəzasız qala bilməz...

Əlavə bilgilərimiz olacaq...
 

Ardını oxu...
Göyçay Rayon Mərkəzi Xəstəxanasında əməliyyat edilən 7 yaşlı oğlan ölüb.

Dia-az.info Qafqazinfo-ya istinadən xəbər verir ki, fevralın 5-də rayon sakini, 2017-ci il təvəllüdlü Cəlilli Vasif Anar oğlu yaşadığı evdə aldığı xəsarətlərlə xəstəxanaya gətirilib. Tibb müəssisəsində əməliyyat edilən uşaq fevralın 7-də saat 22:30 radələrində vəfat edib.

Bildirilib ki, vəfat edən azyaşlı anadangəlmə epilepsiya xəstəsi olub. O, evdə ehtiyatsızlıqdan yıxılaraq başından xəsarət alıbmış.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bir neçə gün əvvəl Göyçay Rayon Mərkəzi Xəstəxanasında ayaq barmağından əməliyyat edilən xəstəxananın texniki də vəfat etmişdi.
 
Ardını oxu...
Bakı şəhəri, Sabunçu rayonu, Pirşagı qəsəbəsində Şor tərəf deyə tanınan ünvandan redaksiyamıza şikayət daxil olub.

Sakinlər qaz borularındakı qəzalı vəziyyətdən nigarandırlar. Bildirirlər ki, xətlər vətəndaşların öz şəxsi vəsaitləri hesabına çəkildiyi üçün standartlara uyğun deyil: “Bu səbəbdən də külək vaxti bir-birlərinə dəyir, qaynaq yerindən qopur. Bir neçə yerdən məcbur olub “skoç”la yapışdırmışıq. Amma o da saxlamır, qaz sızması baş verir. Daha bir problem isə xətləri saxlamaq üçün dayaq dirəklərinin olmamasıdır. Bir çox yerlərdə məcbur olub qaz borularını işıq dirəklərinə bağlamışıq. Bu isə təbii olaraq ciddi təhlükə deməkdir”.
Şikayət edən sakinlər “Azəriqaz” İstehsalat Birliyinə üzlərini tutaraq bu təhlükəli vəziyyətdən qurtulmaq istədiklərini deyirlər: “Bu xətlər təhlükə yaratdığı üçün yenilənməsini istəyirik. “Azəriqaz”dan gəlib baxış keçirsinlər, rəy versinlər. Əgər təhlükə görmürlərsə, məsuliyyəti öz üzərlərinə götürsünlər. Varsa da, problemi aradan qaldırsınlar. Burda borular artıq çürüyüb, çünki köhnə sovetdənqalma borulardan istifadə edərək sakinlər özləri çəkiblər xətləri. 2024-cü ildir, qaz şlankla çəkilir. Bunun nə qədər böyük təhlükə olduğunu deməyə ehtiyac yoxdur”.
Məsələ ilə bağlı AFN.az “Azəriqaz” İB-yə sorğu ünvanladıqdan sonra sakinlər yenidən əlaqə saxlayaraq bildirdilər ki, qurumdan vəziyyətlə bağlı yerində baxış keçirilib: “Ölçdülər-biçdilər, dedilər layihələndiriləcək və gələcəkdə kömək ediləcək”.
“Azəriqaz” İB-dən də redaksiyamıza məlumat verilərək bildirildi ki, əraziyə baxış keçirilib, vəziyyət yerində dəyərləndirilib: “Təmir-bərpa işlərinin görülməsinə qərar verilib”.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
biqSabunçu Rayon Məhkəməsində etiraz aksiyası keçiririlib. Bu gün "Sea Breeze" işində hakim Mirheydər Zeynalov son qərarını açıqlamalı idi. Lakin 14.15-ə təyin olunmuş proses qəfildən təxirə salınıb. Məhkəmə iclas katibi iş üzrə müttəhimlərin yaxınlarına bildirib ki, hakimin təzyiqi qalxdığından proses qeyri-müəyyən vaxta təxirə salınıb.

Müttəhimlərin yaxınları isə bu izahatla razılaşmayıb, məhkəmə zalını tərk etməkdən imtina ediblər. Bildiriblər ki, övladları günahsız olduqları halda mühakimə olunur, cinayətin əsas təşkilatçısı Elnur Leysan oğlu Məmmədov azadlıqda gəzir. Belə bir halda iş üzrə 27 məhkəmə prosesi keçirilib, amma bir daha müttəhim kürsüsündə əyləşdirilən övladlarının günahsızlığı üzə çıxıb. Buna baxmayaraq, övladları həbsdə saxlanılır. Məhkəmə zalında olan müttəhimlərin 30-a yaxın qohumları hesab edirlər ki, proses sifarişli şəkildə uzadılır.

Yada salaq ki, müttəhimlər kürsüsünə Elmir İsmayılov, Peyman Vəlizadə, Məhəmməd Həsənzadə və məktəbli M.Ə çıxarılıblar. Zərərçəkən kimi isə Elnur Leysan oğlu Məmmədov və Cavad Muradov tanınıblar. Bu ilin yayında baş verən hadisədən dərhal sonra Elnur Məmmədovun təşəbbüsü ilə Elmir İsmayılov və digər şəxslərlə görüş keçirilib. Həmin görüşdə Elnur Məmmədov baş verənlərə görə hər kəsdən, özəlliklə Elmir İsmayılovdan üzr istəyib, barışıblar. Elnur Məmmədov Elmir İsmayılova deyib ki, içkili vəziyyətdə əzdiyi maşınını da düzəltdirəcək. Növbəti gün isə Elnur Məmmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb və bu gün müttəhimlər kürsüsünə çıxarılan şəxslərlə yanaşı, Elnur Məmmədovun dostu Cavad Muradov da saxlanılıb. “Sea Breeze”də dava saldığını məhkəmədə belə gizlətməyən Elnur Məmmədov isə həbs olunmayıb, azadlıqda gəzir.

Hadisənin təfərrüatına gəlincə, Elnur Məmmədov qohumu Vüqar Tağıyev və dostu Cavad Muradovla “Sea Breeze”də restoranda əyləşiblər. Vüqar Tağıyev qonşu masada olan Elmir İsmayılovu əvvəldən tanıdığından onu özünün olduğu masaya dəvət edib. Vüqar Tağıyevin dəvətini qəbul edən Elmir İsmayılov masaya yaxınlaşıb, süfrə ətrafında olanlarla salamlaşıb. Elnur Məmmədov onun salamına nalayiq söyüşlər işlətməklə cavab verib. Elmir İsmayılov Elnur Məmmədovun içkili olduğunu başa düşdüyündən ona baş qoşmayıb. Vüqar Tağıyev də Elnur Məmmədovun içkili olduğunu, hərəkətlərinə, danışığına nəzarət edə bilmədiyini deməklə Elmir İsmayılovdan üzr istəyib. Bir müddət sonra Elmir İsmayılov restorandan çıxıb. Buna baxmayaraq, Elnur Məmmədov Elmir İsmayılovu təqib edərək söyüşlərini davam etdirib. Sərxoş halda olan Elnur Məmmədov mübahisə zamanı Elmir İsmayılovu gözdən itirib və onu axtararkən qarşısına çıxanlarla da mübahisə etməyə, onlara da yumruq, təpik atmağa başlayıb. Onun bu hərəkətləri “Sea Breeze”dəki nəzarət kameralarına da düşüb və mətbuatda da yayılıb. Mübahisə sakitləşəndən sonra Elmir İsmayılov dayanacağa gedərək özünə məxsus avtomobilə əyləşib və ayıq sürücü maşını dayanacağın çıxışına tərəf sürüb. Həmin vaxt restoranın dayanacağında sıxlıq olduğundan bir qədər ərazidə ləngiyib. Bu zaman Elnur Məmmədov Elmir İsmayılovun maşınının qarşısını kəsib, ərazidən uzaqlaşmağa çalışan Elmir İsmayılovu avtomobildən düşürüb, ona xəsarət yetirib. Elmir İsmayılovun avtomobilinə də zərbələr vurmaqla yarasız hala salıb.

Mübahisənin səhəri gün Elnur Məmmədov spirtli içkinin təsirindən ayılıb və dostu Cavad Muradovla birgə tərəflər görüşüb, barışıblar. Birinci cinayət işində Elnur Məmmədov tərəfindən təhqir edilən, xəsarət yetirilən, avtomobili əzilən Elmir İsmayılov, Peyman Vəlizadə, Məhəmməd Həsənzadə və Sumqayıt məktəblərindən birinin 10-cü sinif şagirdi M.Ə təqsirləndirilən şəxs, davanın səbəbkarı Elnur Leysan oğlu Məmmədov və dostu Cavad Vahid oğlu Muradov zərərçəkən kimi tanınıblar. İkinci cinayət işində isə Elnur Məmmədovun dostu Cavad Muradov və Şamxal Məmmədov təqsirləndirilən şəxslər, Elmir İsmayılov, onun qardaşı Elgün İsmayılov, Peyman Vəlizadə və Məhəmməd Həsənzadə zərərçəkəndirlər. İstintaqda olması iddia edilən üçüncü cinayət işində isə Elnur Leysan oğlu Məmmədov və hazırda axtarışda olan digər şəxslər təqsirləndirilən statusundadırlar. Bu işlə bağlı hər hansı bir rəsmi məlumat, açıqlama, arayış yoxdur. 3-cü cinayət işin olması yalnız şifahi məlumatlara əsaslanır. Elnur Məmmədovun barəsindəki cinayət dosyesi isə hələ ki, məhkəməyə göndərilməyib. O, zərərçəkən kimi tanındığı iş üzrə keçirilən 26 məhkəmə prosesindən 3-nə qatılıb. Hər dəfə məhkəməyə qardaşına məxsus “TT Fight Club”da məşq edən 15 nəfərə yaxın idmançının əhatəsində gəlib. Elnur Məmmədov məhkəmədə də “Sea Breeze”dəki qalmaqallı hərəkətlərini inkar etməyib. Hakimin “o videoda sizi görmürük” sualına Elnur Məmmədov “Necə mən yoxam?! Hamını vuran o köynəksiz mənəm dəə” cavabını verib.
Ətraflı

Yanvarın 31-də hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilmiş prosesdə iş üzrə Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və məktəbli M. Ə.-nin vəkilləri müdafiə nitqi ilə çıxış etmişdilər.

Onlar müdafiə etdikləri şəxslərin təqsirsiz olduqlarını, barələrindəki cinayət işinin əsassız və qanunsuz olduğunu vurğulayıblar. Bildiriblər ki, ittiham aktı sübutlar, şahid ifafələri, təqsirləndirilən şəxslərin telefon anten məlumatları ilə məhkəmə araşdırması zamanı tamamilə təkzib olunub. Vəkillər müvəkkilləri barəsində bəraət hökmü çıxarılmasını xahiş ediblər. Bundan sonra müttəhimlər məhkəmədə son söz deyiblər. Elmir İsmayılov bildirib ki, o, özünü ittiham üzrə günahkar saymır: “Bu iş ilk gündən qərəzli aparılıb. Mənim və burada bərabər olduğum şəxslərin heç bir günahı yoxdur. Hamı, siz də möhtərəm hakim bilirsiniz ki, “Sea Breeze”də davanı salan da, bu gün kənarda qalan da Elnur Məmmədov olub. Biz isə günahımız olmaya-olmaya 8 aydır ki, həbsdəyik. Sizdən ədalətli hökm çıxarılmasını, bizə bəraət vermənizi xahiş edirəm”.

Peyman Vəlizadə də barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi: “Hörmətli hakim, biz “Sea Breeze”də dava olanda orada olmamışıq. Saatlar sonra ora gəlmişik. Bu, məhkəmədə də təsdiqləndi. 8-9 aydır ki, həbsdəyik, ailəmizdən kənardayıq. Buraxın, gedək işimizlə məşğul olaq. Xahiş edirəm ki, bizə bəraət verəsiniz”.

Məhəmməd Həsənzadə son sözündə hakimin dövlət adından çıxaracağı hökmün ədalətli olacağına inandığını dedi: “Möhtərəm hakim, burada günahsızlığım tam aydın oldu. Ona görə də gələcək fəaliyyət istiqamətlərimi dilə gətirirəm. İstəyirəm ki, həm möhtərəm hakim, həm də prokuror 22 yaşlı gənc həmvətənlərinin gələcəyinə biganə qalmasın. Artıq 7 aydan çoxdur ki, həbsdəyəm. Buna görə təhsilim yarımçıq qalıb. Arzum budur ki, iş üzrə mənə bəraət verəsiniz və mən Dövlət İqtisad Universitetinin son kursunu bitirim, hərbi xidmətə gedərək Vətənə olan borcumu ödəyim. Sizdən xahiş edirəm ki, mənə əsassız cəza təyin edərək Vətənə xidmət arzumu gözümdə qoymayın. Çox xahiş edirəm, dövlətimiz adından bəraət hökmü çıxarın. Əmin olun ki, mən aldığım tərbiyə ilə dövlətimizə və vətənimizə o qədər bağlıyam ki, əgər bəraət haqqım olmasaydı, günahım olsaydı, günahımı səmimi etiraf edərək barəmdə humanist qərar verilməsini xahiş edərdim. Lakin bu iş üzrə gedişatdan da göründüyü kimi mənim hər hansı bir günahım yoxdur. Xahiş edirəm ki, bizə ədalətli zəfər bəxş edin. Necə ki, 2-ci Qarabağ savaşında Ali Baş Komandan bizlərə ədalətli zəfər bəxş etdi”.

M.Ə də hakimdən xahiş etdi ki, onun məktəbli olmasını, məktəbi bitirib ali məktəbə daxil olmaq arzusunu, günahsızlığını nəzərə alıb barəsində bəraət hökmü çıxarılsın. Bundan sonra proses fevralın 6-na qədər təxirə salınmışdı. Hakim hökmü elan edəcəyini də açıqlamışdı...

Qeyd edək ki, Elnur Məmmədov oliqarx Leysan Məmmədovun oğludur. O, 2006-2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan Obyektlərin Müdiriyyətində direktor müavini, direktor, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Minatəmizləmə Agentliyində Aparat rəhbəri kimi davam edib. Elnur Məmmədov Leysan Məmmədovun üç övladından biridir. Elnur Məmmədovun qardaşı prokurorluq orqanlarında məsul vəzifədə çalışır, “Sea Breeze”dəki davanın əsas fiqurantı Elnur isə Vergilər Xidmətinin inspektoru olub.

“AzPolitika.info”
Ardını oxu...
Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən binaların sakinləri iddia edirlər ki, “Yeni Ailə” MTK onları aldadır.

Öncə xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli qərarına əsasən, Nəsimi Rayon İcra Hakimiyyəti ilə “Yeni Ailə” MTK (tikinti şirkəti) arasında 23 oktyabr 2017-ci il tarixdə müvafiq müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, tikinti şirkəti Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən binaların pilot layihə çərcivəsində sökülməsini və həmin sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirməyi öz üzərinə götürmüşdür.

Azadlıq prospekti, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən binaların sökülməsinə 2018-ci ildə başlanılıb. 2020-ci ildə isə Şamil Əzizbəyov küçəsi, ev 158 ünvanında yerləşən kooperativ binanın sökülməsinə başlanılıb. Binada yaşayan bütün ailələr mənzillərini təhvil verib və kirayə köçürülüb.

Müqavilə şərtlərinə əsasən, bu ailələr iki il ərzində mənzillə təmin edilməli, yaşamaq üçün köçməliydilər. Lakin neçə il keçməsinə baxmayaraq, yeni inşa edilən binadakı tikinti işləri tamamlanmamışdır. Kirayə haqları belə, aylarla gecikdirilir. Hələ də kirayə pulları 1 ildir verilməyən ailələr vardır.

Evsiz qalmış vətəndaşların dəfələrlə etdikləri müraciətlərdən sonra Nəsimi Rayon İcra Hakimiyyəti onları və “YENİ AİLƏ” MTK-nın rəhbərliyini dəvət edərək, görüş təşkil edib. İcra başçısının müavini cənab Ramiz Quliyev görüşdən sonra vətəndaşlara tikintinin gedişatı ilə bağlı MTK tərəfindən cədvəl tərtib olunaraq təqdim olunacağını və həmin iş qrafikinə İcra Hakimiyyəti tərəfindən nəzarət ediləcəyini bildirib. Vədlərindən iki aya yaxın vaxt keçməsinə baxmayaraq, təəssüf ki, nə İcra Hakimiyyəti, nə də “YENİ AİLƏ” MTK-nın rəhbərliyi tərəfindən heç bir hərəkət olunmayıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Vətəndaşlar bildirirlər ki, icra başçısı onları qəbul etmir, Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyevin qəbuluna yazılmalarına baxmayaraq, qəbula düşə bilmirlər.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Söküntüdən qabaq vətəndaşlar iş icraçısı Rasim Həsənovla razılaşdıqlarını, müqaviləyə isə “Yeni Ailə” MTK rəhbəri kimi Ziya Hacıyevin imza atdıqlarını deyiblər: “Həmin ağsaqqal — Rasim müəllim bizə binanın başa çatması üçün vəsaitin olmadığını və “binanı vəsait olanda başa çatdıracağam” söyləsə də, 2022-ci ildə yeni “Qarant inşaat” MTK adı ilə Nəsimi rayonu, 20 yanvar və Cavadxan küçəsinin kəsişməsində çoxmərtəbəli bina tikintisinə başlayıb. Nəsimi Rayon İcra Hakimiyyəti başçısı isə bizim binanı yarımçıq qoyan həmin Rasim müəllimə öz rayonunda yeni binalar tikmək üçün ərazi ayırıb. Əziyyət çəkən isə 100-ə yaxın ailədir. Odur ki, tamamlama işlərinin surətləndirilməsi, ödənilməmiş kirayə haqlarımızın verilməsi və qısa zamanda mənzillərimizə köçməyimizlə bağlı tədbirlər görülməsi üçün problemimizi işiqlandırmağınızı sizdən xahiş edirik”.

Qeyd edək ki, bəzi mənzillərə təhvil-təslim aktı olmadan sakinlər köçüblər. Onlar həmin mənzilləri öz hesablarına təmir etsələr də, buna görə şirkətdən pul ala bilməyiblər. Bloklarda dəhlizdən mənzillərə elektrik cərəyan ötürən naqillər, elektrik “yuvaları” açıq vəziyyətdədir və insanlara təhlükə vəd edir. Mənzillərin çoxunun daxilində onları otaqlara ayıracaq arakəsmələr hörülməyib, blok pilləkənləri tam işlənməyib, lift şaxtası və dam hissəsi yoxdur.

Habil Tağıyev, Deryaz.az
 

Dünyapress TV

Xəbər lenti