Ardını oxu...
"DogruXeber.az" xəbər verir ki, agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında canlı yayımlanan "Kamalın zamanı" proqramında, ötən həftənin şənbə günü yenə Xocavənd rayon sakinlərinin hələ də davam edən problemləri müzakirə olunub.

Proqram ilə canlı bağlantı yaradan Xocavənd sakini, eyni zamanda müharibə veteranı Eldəniz Məmmədov bildirib ki, "Xocavənd rayon icra hakimiyyəti "sən demə, iş üçün müraciət edən bəzi şəxsləri yerli məşğulluq idarəsinə göndərir və özləri də məşğulluq idarəsinə tapşırıq verirlər ki, yalnız onların göndərdikləri adam işlə təmin olunsun. Təbii ki, bunu da öz maraqları xatirinə həyata keçirirlər".

Ətraflı videoda:

Yeri gəlmişkən, qeyd edək ki, canlı yayım zamanı Xocavənd sakini olduğunu deyən, Mirzağa Nağıyev adlı şəxs, yayımın şərh bölməsində, sözügedən rayonda bəzi dövlət idarələrində işə düzəlmək üçün müxtəlif məbləğlərdə rüşvət tələb olunduğunu yazıb.

Bundan əlavə, icra başçısı Eyvaz Hüseynovun dostu , eyni zamanda müavini Əfsanə Quliyevanın atası olan Ələddin Quliyevin geniş istirahət parkının ərazisini zəbt edib, parkı məhv edərək, orada restoran inşa etdirdiyini də Mirzağa Nağıyev adlı istifadəçi yayımın şərh bölməsində vurğulayıb. Maraqlıdır ki, Mirzağa Nağıyevin yazdığı məlumatları canlı yayımda olan Eldəniz Məmmədov və şərh bölməsində olan digər Xocavənd sakinləri də təsdiqləyib.

Həmçinin, sakinlər istər içməli sudan, istərsə də təsərrüfatlarını suvarmaq üçün sudan əziyyət çəkdiklərini də bildiriblər.

İcra başçısının müavini Azər Süleymanovun geniş taxıl tarlalarının görüntülərini redaksiyamıza göndərən Eldəniz Məmmədov bildirib ki, suvarma zamanı su Azər Süleymanovun və Eyvaz Hüseynovun "səxavət"indən bəhrələnən digər məmurların əkin sahələrinə yönəldildiyi üçün, digər yerli sakinlərin təsərrüfatı susuzluqdan məhv olur.

Bəli, Xocavənd sakinlərinin gileyləri şsizlikdən başlayıb, torpaqsızlıqdan, susuzluqdan, dərman çatışmazlığından, həkim səhlənkarlığından və sair yol keçərək, Eyvaz Hüseynovun "Kanal14"ə çıxanlar və baxanlar barəsində "tədbir görəcəyi" ilə təhdid etməsinə qədər uzanır. Amma, deyəsən hələ bu da son deyil. Əgər, Eyvaz Hüseynov həqiqətən də sakinlərin iddia etdiyi kimi, kanalımıza çıxmalarına görə onları təhdid edibsə, onların barəsində "tədbir görəcəyini" deyibsə, bu o, deməkdir ki, bu rayondan hələ çooox məlumatlar, müraciətlər, şikayətlər olacaq.

Maraqlıdır ki, 32 illik icra başçısı təcrübəsi olan Eyvazov, illərdir ki, israrla tələb etmələrinə rəğmən, onların mövcud problemlərinin aradan qaldırılması barəsində heç bir tədbir görməyib (hər halda sakinlər özü belə deyir), amma kanala çıxanın barəsində tezliklə tədbir görəcəyini deyir?

Burdan da belə çıxır ki, Eyvaz Hüseynov idarəçiliyində olan rayonda baş verən, mövcud olan və narazılıq yaradan bütün problemlərdən xəbərdardır, amma o, problemlərin aradan qaldırılması üçün tədbir görmək yerinə, narazı sakinləri susdurmaq üçün tədbir görəcəyini deyir.

Yoxsa, ölkə başçısının İcra başçılarına "Mən sizi bu vəzifəyə təyin edirəm ki, vətəndaşlara xidmət edəsiniz", "vətəndaşları incitməyin" və digər bu kimi tapşırıqlarına Eyvaz Hüseynov ümumiyyətlə məhəl qoymur?!

Vətəndaşlara deyil, özlərinə və yaxınlarına xidmət edir ki, bu da ən azından "Kanal14"də təqdim olunan torpaq siyahısından bəlli olur. Vətəndaşlara "etdiyi xidmət" də ki, göz qabağında...

Əlqərəz...

Biz sözümüzü burda bitirsək, səbri tükənmiş Xocavənd sakinlərinin nə sözü bitir, nə də problemləri.
Odur ki, mövzuya yenə qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
 
Ardını oxu...
Bu gördüyünüz görüntülər ucqar dağ kəndlərində çəkilməyib. Bura Binəqədi rayon Biləcəri qəsəbəsində, əhalinin sıx və acınacaqlı durumda yaşadığı ərazilərdən biridir.

"Azərbaycan Reallığı"na müraciət edən sakinlər bildirir ki, illərdi onların yol problemi həll olunmur. Hara müraciət etsələr də baxan yoxdur. Onun üçün çıxış yolunu məsələni ictimayiləşdirməkdə görüblər.

Onların sözlərinə görə Bələdiyə sədri olan Cabbarov Etibar adlı şəxsə dəfələrlə müraciət edilməsinə baxmayaraq Etibar müəllim bu işə bir əncam çəkməyib.

Vəzifəsini layiqincə yerinə yetirməyən Etibar müəllim vəzifəsinin mahiyyətini unudub.

Biz isə Etibar müəllimin yadına salmaq isdəyirik ki, Etibar bəy sizin vəzifəniz xalqa xidmət etməkdir, sizin vəzifəniz ərazidə yaşayan millətin problemləri ilə maraqlanıb həll yolunu tapmaqdır.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq
 

Ardını oxu...
“Bu il başlar-başlamaz Naxçıvan “canişin”liyinin qarnına sancı dolub. Səbəb çox sadədir: sən demə, Vasif Talıbov şələ-şüləsini toplayıb ata evinə mürəxxəs olandan sonra, hətta ondan 4 ay əvvəl Azərbaycan Prezidenti Naxçıvanın rəsmi media qurumlarını dövlət orqanları siyahısından çıxarıbmış. Di gəl ki, “xan” həzrətlərinin başı şələ-şüləsini toplamağa elə qarışıb ki, bu önəmli xüsusa fikir verməyib. Zira həmin dövrdə onun özü can dərdində idi”.

Ovqat.com-a bu barədə məlumat Naxçıvandakı etibarlı mənbələrdən daxil olub.

Mənbənin fikrincə, “xan” həzrətləri yerini Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfliyə təhvil verəndə ikincinin də bu köhnə sərəncamdan xəbəri olmaya bilər: “Nədən ki, o, Misir Mərdanovun sehrli şlyapasına ODTÜ tələbəsi kimi girib BDU məzunu kimi çıxan nadir xoşbəxtlərdəndir. Adətən belə nadir şəxsiyyətlərin qanundan-qaydadan çox başları çıxarmaz. Onlara gərək qanunun mahiyyətini yox, konkret hallarını bir-bir başa salasan”.

Mənbəmizin fikrincə, o da mümkündür ki, Fuad Nəcəfliyə bu barədə təfsilatlı məlumat verilib. Sadəcə o, qanunun tələblərinə əhəmiyyət verməyib. “Necə olsa, Naxçıvan Muxtar Respublikadır, bir qəzet nədir ki, möhtərəm Prezident onu mən boyda “canişininə” çox görə”,- deyib xoş xülyalara qapılıb.

Üzərindən ilyarım keçəndən sonra isə bütün paxırlar gün işığına çıxıb. Bakıdan zəng edib “canişin” əfəndinin qulağına pıçıldayıblar ki, ay rəhmətliyin oğlu, sən niyə özünü, adını-sanını heç bir hüquqi əsası olmayan, faktiki ileqal fəaliyyət göstərən qəzetin təzə redaktoru uğrunda fəda edirsən? 100 illik şanlı ömür yaşayan o qəzet sənin və sələfinin çirkli əməllərinə çoxdan qurban gedib. Prezidentin siyahısında o adlı qəzet yoxdur və olmayacaq. İnanmırsan, al, bu da siyahı, özün nəzər sal.

Bakıdan gələn bu şok xəbərdən xeyli pəjmürdə olan canişin həzrətləri “Şərq qapısı” qəzetinə yenicə baş redaktor təyin etdiyi şəxsin yanında rüsvay vəziyyətə düşməmək üçün indi çarə axtarışındadır. İddialara görə, əli çatan bütün kanalları hərəkətə keçirib “Şərq qapısı” qəzetini Prezident siyahısına saldırmaq istəyən “canişin”in bu arzusu heç bir fayda verməyib. İndi də yeni hüquqi əsaslandırmanı işə salmağa başlayıb: ““Şərq qapısı” qəzeti Naxçıvan Ali Məclisinin orqanıdır və bu orqanın xəbər bülleteninin olması qanunazidd deyil”.

Amma məsələ burasındadır ki, Prezident bəzi “canişin”lərin bu təşəbbüsdə buluna biləcəklərini əvvəlcədən nəzərə aldığından, 08 avqust 2022-ci il tarixində imzaladığı “Media haqqında Azərbaycan Respublikasının Qanunu”nda bu bəhanənin də qarşısını öncədən kəsib. Sözügedən qanunun 59-cu maddəsinin 2-ci bəndində deyilir:

“59.2. Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən orqanlar (qurumlar), Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsi istisna olmaqla, digər dövlət orqanları (qurumları) çap mediası subyektinin təsisçisi ola bilməzlər”.

Vəssalam-şüttamam.

Sual oluna bilər: qanunda “Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən orqanlar (qurumlar)” deyiləndə hansı orqanlar nəzərdə tutulur:

Prezidentin “Çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) siyahısı” adlı sənəddə onların adları konkret göstərilir.

Göründüyü kimi bu siyahıda Naxçıvan MR Ali Məclisinin və başqa muxtar qurumun adı çəkilmir. Bu isə o deməkdir ki, “Şərq qapısı” qəzeti dərc olunduqca, Naxçıvan MR-in Azərbaycan Respublikasının yox, Şimali Koreyanın bir hissəsi olması barədə fikirlər həmişəyaşarlığını qoruyucaq.

P.S. Məsələnin hüquqi şərhini almaq üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etməyi düşünürük.

Ardını oxu...
Göyçay rayonu Ləkçıplak kənd sakinləri tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də dia-az.info-ya daxil olan müraciətdə deyilir:
  
"Göyçay rayon icra hakimiyyəti başçısının keçmiş birinci müavini İkram Vəliyev tərəfindən bizə 34 000 manat dəymiş ziyanı ala bilmirik.Hansı ki, İkram Vəliyev bizə 34000 manat ziyan vurmasını təsdiq edən konkret subutlar var və hətta özü də bunu etiraf edir .Ancaq bizə vurduğu ziyanı ödəmək istəmir.
 
Belə ki, biz 3 nəfər şərik 10 noyabr 2023-cü il tarixdə hər biri 12-13 kq olan 3880 yeşik xurma meyvəsini İkram Vəliyevin direktoru olduğu İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən soyducu anbara yığdıq.Razılaşmaya əsasən 2024-cü ilin 15 yanvar tarixinə kimi məhsulumuzun soyuducu anbarda saxlanılması üçün əvvəlcədən 8000 manat pulu ödəmişik.Dekabırın sonuna kimi xurma meyvəsinin müəyyən hissəsini soyuducu anbardan götürüb satdıq.Ancaq 3 yanvar 2024-cü il tarixdə bizə məlum oldu ki, 34000 manat dəyərində meyvə xarab olmuşdur.Bu isə soyuducu anbarda baş vermiş nasazlığa görə olmuşdur.Nəticədə də bizə 34000 manat ziyan dəymişdir.İkram Vəliyev bizə vurduğu ziyanı ödəmək istəmir.Bunuda İsmayıllı Rayon Polis Şöbəsində işləyən oğlu Nicat Vəliyevə arxayın olaraq edir.
Biz həmin xurma meyvələrini sakinlərdən almışdıq ki, satıb gəlir əldə edib onların pulunu ödəyək.İndi isə İkram Vəliyevin özbaşınalğına görə kənd sakinlərinə borclu qalmışıq pulu ödəyə bilmirik hər gün evimizə borc sahibləri gəlir.Artıq həyatımızdan bezmişik.
 


Qeyd edək ki, İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən soyuducu anbar iş adamı milyader Fərhad Əhmədova məxsusdur.Fərhad Əhmədov icra başçısının keçmiş birinci müavini İkram Vəliyevi özünə məxsus balıq gölləri, fermer təsərrüfatı və soyducu anbara müdir vəzifəsinə təyin etmişdir.
İkram Vəliyev köhnə qaydada səhlənkarlıq və özbaşınalıqla işlədiyi üçün bizə 34000 manat ziyan dəymişdir.Qeyd edək ki, İkram Vəliyev bizim yaşadğımız  Ləkçıplak kəndində yaşayır.
 
Biz dia-az.info vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova müraciət ünvanlayıb çox-çox xahiş edirik İsmayıllı rayon polis şöbəsində işləyən zabit oğlu Nicat Vəliyevin vəzifə səlahiyətlərinə arxayın olub bizə 34000 manat ziyan vuran icra başçısının sabiq birinci müavini İkram Vəliyevin barəsində tədbir görüb bizə vurduğu ziyanın ödənilməsinə göstəriş verəsiniz".
 
Ardını oxu...
Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi Guryanov Əfqan Süleyman oğlu ilə icarə müqaviləsi bağlayıb.

Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi Nərimanov rayonu, Aşıq Alı küçəsi 45 ünvanında yerləşən qeyri-yaşayış sahəsini təxminən 10 ay müddətində (09.02.2024-19.11.2024) icarəyə götürüb və icarə haqqı olaraq əmlakın sahibi olan Guryanov Əfqan Süleyman oğluna 216 min 223 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi 2022-ci ilin iyul ayında yaradılıb. Agentliyin Əsasnaməsi bir il sonra – 2023-cü ilin iyul ayında təsdiqlənib.

Qeyd edək ki, icarə müqaviləsi ilə bağlı diqqət çəkən bir sıra şübhəli məqamlar var.

Bunlardan biri odur ki, Dövlət Agentliyi qeyri-yaşayış sahəsini icarəyə götürmək üçün tender müsabiqəsi keçirməyib. Bir mənbədən satınalma metodu tətbiq edilib.

Halbuki, “Dövlət satınalmaları haqqında” Qanunun 49-cu maddəsində açıq şəkildə qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:

– Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;

– Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;

– Satınalma predmetinə təcili tələbat yarandıqda;

– Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;

– Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Qeyri-yaşayış sahəsini icarəyə götürmək üçün yuxarıda göstərilən tələblərdən hansına istinad olunduğu aydın deyil.
Başqa bir məqam isə odur ki, icarə müqaviləsinin bu gün – 9 fevral tarixindən qüvvəyə minəcəyi qeyd olunur. Lakin, Dövlət Agentliyinin sosial şəbəkə hesablarında (https://www.facebook.com/eatdaeduaz/) qurumun ünvanı kimi Nərimanov rayonu, Aşıq Alı küçəsi 45 göstərilir. Eyni zamanda internet axştarış sitemlərində (“google.com/maps”, “earth.google.com” və s.) Aşıq Alı küçəsi 45 ünvanında artıq Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyinin yerləşdiyi qeyd olunub. Bu isə onu deməyə əsas verir ki, Dövlət Agentliyi icarə müqaviləsi imzalamadan qeyri-yaşayış sahəsindən ünvan kimi istifadə edib.

Onu da qeyd edək ki, Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyinin icarəyə götürdüyü binada daha əvvəl “Günay Bank” ASC-nin baş ofisi yerləşib. “Günay Bank” ASC 2023-cü ilin may ayında ləğv olunub.
Xatırladaq ki, ötən ilin oktyabr ayında elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarovanı tutduğu vəzifəsindən azad edərək Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə gətirib.

1986-cı il təvəllüdlü Ülkər Səttarova 2014–2018-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində Strateji planlaşdırma departamentinin müdiri, 2018–2020-ci illərdə strateji inkişaf üzrə prorektor olaraq fəaliyyət göstərib. 2020–2021-ci illərdə elm və təhsil nazirinin müşaviri, 2022–2023-cü illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb. Ülkər Səttarova Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarovun həyat yoldaşıdır.

Mənbə: Yeniavaz.com
 
 
 
Ardını oxu...
Fövqəladə hallar naziri Kəməladdin Heydərovun bacısının adının cinayət əməlində hallandığı bildirilir.

"Criminal.az"ın əldə etdiyi məlumata görə, nazirin bacısı Ayna Heydərova öz həyat yoldaşının köməkçisinin külli miqdarda pulunu mənimsəyib.

Ardını oxu...

A.Heydərova həyat yoldaşı Eynar Məmmədovun İlkin adlı sabiq köməkçisindən 110 min dollar alaraq mənimsəyib.

Sayt məsələ ilə bağlı daha ətraflı məlumatı təqdim edəcəyini qeyd edib.

arqument.az

Ardını oxu...

Ardını oxu...
Oğuzun Calut kəndinin bir qrup sakini bələdiyyə sədrindən şikayətçidir.

Onlar deyirlər ki, illər öncə bələdiyyədən torpaq alıblar və xeyli pul ödəyiblər. Amma bir neçə ildir ki, həmin torpaqlara sənəd verilmir: "Bizə demişdilər ki, torpağın sənədləri 3 aya, ən geci 6 aya sizə təhvil veriləcək. Amma artıq 6 ildən çoxdur ki, bu söz havada qalıb”.

Sakinlər "Arqument.az"a deyiblər ki, 2017-ci ildən bəri həmin torpaqlara görə, 40-a yaxın insandan külli miqdarda pul alınıb və mənimsənilib.

Bələdiyyə sədri Adil Şükürov isə illərdir ki, problem həll olunacaq deyə vəd verir: "Adil Şükürov sənəd tələb edənlərə deyir ki, Nazirlər Kabinetindən satış üçün icazə ala bilmirəm. Gah bizə sənədi təmin edəcəyini deyir, gah da çıxış yolu deyir ki, yığışıb məni məhkəməyə verin. Mən də sizin şikayətlərinizi əlimdə rəhbər tutaraq Nazirlər Kabinetinə müraciət edim, işin ciddiyyətini nəzərə alıb işi sürətləndirsinlər. Bunu da yalandan edir və sonra aradan çıxır".

"Bizdə olan məlumata görə, Adil Şükürov qanunsuz şəkildə, yalan vədlərlə aldığı pulları mənimsəyib, həmin məbləğdən dövlətə aid olan rüsumu ödəməyib, ona görə də torpaq üçün satış icazəsi ala bilmir", - sakinlər belə deyiblər.

Sakinləri isə narahat edən odur ki, Adil Şükürov bu il keçiriləcək bələdiyyə seçkilərindən seçilə bilməyəcək və verdikləri pullar batacaq, çünki yeni sədr məsuliyyəti Adil Şükürovun üstünə ata bilər: "Adil Şükürov seçilməyəcəyi təqdirdə bu qədər insanın taleyi necə olacaq? Pulları da getdi, torpaqsız da qalacaqları qaçılmazdır. Bəs o torpaqların aqibəti necə olacaq? Bəs verilən pullar? Kimə reallığı necə sübut edəcəklər? Kim qarantiya verir ki, illərdir dəridən-qabıqdan çıxıb zülmlə, kreditlərlə torpağını ev etməyə çalışan, hasar çəkmiş bu insanlar sabah haqlı ikən haqsız duruma düşürülməyəcək? Həmin əraziləri qanunsuz şəkildə mənimsəmiş kimi məsuliyyətə cəlb edilməyəcəklər?".

Vəziyyətin ciddiliyindən narahat olan sakinlər onu da qeyd edir ki, onlar hər dəfə sədrdən torpaq sənədi, ən azından bir parça kağız tələb edəndə Adil Şükürov müxtəlif bəhanələr gətirir: "Bizi əmin edir ki, narahat olmayın, siz gedib bünövrə qoyub ev tikin, yaşayın rahat, sizi kimsə oradan çıxara bilməz. Əksinə, nazirlik məcbur qalıb sizin torpaqların satışı üçün proseduru sürətləndirəcək".

Calut bələdiyyəsinin sədri Adil Şükürov isə "Arqument.az"a deyib ki, sakinlərin torpaq problemi ilə bağlı Nazirlər Kabinetinə müraciət edib, bununla bağlı sərəncam da hazırdır, lakin sənədlərin verilməsi gecikdiririlir.

Ardını oxu...
Bələdiyyə sədri Adil Şükürov

"Bu, bizdən asılı məsələ deyil. Nazirlər Kabinetinin qərarı var, nazir də sərəncam imzalayıb. Biz də bütün sənədləri təqdim etmişik və 5 ildir ki, cavab gözləyirik. Bizə bəlli olmayan səbəbdən sənədlərin verilməsi gecikdirilir. Çalışırıq ki, problemi həll edək", - deyə o qeyd edib.

Bələdiyyə sədri sakinlərin ona külli miqdarda pul verdikləri ilə bağlı iddialarını bölüşmür. O deyir ki, bu torpaqlara görə heç kəsdən pul almayıb: "Müraciət ediblər, mən də sənədləri göndərmişəm. Pul almamışam. Belə bir iddia doğru deyil".

Sakinlər isə bələdiyyə sədrinin yalan danışdığını deyirlər və onların əlində pul verdikləri ilə bağlı sübutların olduğunu vurğulayıblar.

Calud kəndində 125 hektar yaşayış, 30 hektar bağ-əkin, 325 hektar isə örüş-meşə sahəsi var.

Oğuz rayonunun Calut kəndinin 2000-ə yaxın sakinindən 47 nəfər ev tikmək məqsədilə bələdiyyəyə müraciət edib.

Torpaq sahəsi almaq istəyən sakinlər müraciətlərindən 5 il keçdiyini, amma heç bir nəticənin olmadığını bildirirlər.

Məsud
Fotolar: "Arqument.az"ındır

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Paytaxda yerləşən “ADA” Universitetinin yeni korpusu üçün tikinti işinin aparılması məqsədi ilə Bakı şəhəri, Nərmanov rayonu, Tələt Şıxaəliyev 18 ünvanında yerləşən evlər kompensasiya qarşılığında vətəndaşlardan alınır. Vətəndaşlara verilən kompensasiya ilə bağlı narazılıqlar yaranıb. Məlumata görə söküntü işinə nəzarət edən Nərmanov rayon icra başçısının keçmiş birinci müavini Şahmar İbadov vətəndaşlara “ADA” Universiteti adından hədə-qorxu gələrək, istdəyi kompensasiyanı ödəyir. Bununla bağlı bir video müraciəti diqqətinizə çatdırırıq.
Bəs kimdir bu Şahmar İbadov? Uzun illər Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş İbadov hazırda Prezident Adminstrasiyasının İşlər İdarəsində sektor müdiri vəzifəsində çalışır. Şahmar İbadov var-dövləti ilə seçilən məmurlardandır. Onun obyektləri və özünə tikdirdiyi villalar buna misal ola bilər. Məsələn qalmaqallarda adı hallanan “Ariva” hotelin, Nərimanov rayonunda “Çanaqqala”, “Pürrəngi”, Nərimanov parkının içində yerləşən obyektlərin onun təsir dairəsində olduğu bildirilir. Onu da qeyd edək ki, cənab İbadov biznes fəaliyyətinə hələ 90-cı ilin əvvəllərində Binəqədidə (“pasyolka kirov”da) başlayıb. Kifayət qədər geniş maddi imkanlara malik olan İbadovun adı ölkədəki FETÖ şəbəkəsi ilə də hallanıb. Bununla bağlı GundemXeber.Az bildirir ki, Şahmar İbadovun Gülənin Azərbaycanda fəaliyyət göstərən “komandasının” rəhbərlərindən birinın olması ilə bağlı hətta türk mətbuatı da geniş məqalə dərc etmişdi. Bundan başqa Şahmar İbadovun Elnur Aslanov və Ceyhun Osmanovla ilişkilərinin olması da artıq sübut olunub.

Parlament sədrinin köməkçisi vəzifəsindən, Nərimanov İcra Hakimiyyətinə şöbə müdiri təyinatı və ən qısa zamanda icra başçısının I müavini təyin olunması, burdan uzaqlaşan kimi isə Prezident Adminstrasiyasında vəzifə alması da onun hansısa qüvvələr tərəfindən himayə olunduğunu düşünməyə əsas verir. Bu imkanlar qalmaqallı məmurun övladlarına təsir edib. Şahmar müəllimin oğlu Elmar İbadov 2017-ci il avqustun 22-də idarə etdiyi “Range Rover” markalı avtomobillə yaşlı qadını vurub. Bir neçə gündən sonra qadın ölüb. Abşeron Rayon Məhkəməsinin hökmü ilə Elmar İbadov 5 il müddətinə azadlıqdan məhrum olunub. Məhkəmə onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edib. Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsi ona tam bəraət alıb. Hakim Məhəmmədəli Rzayevin məhkəmə-hüquq sisteminin tarixinə “qızıl” hərflərlə “imza” atdığı bu qərara Şahmar İbadovun zərərçəkmişin ailəsinə hədiyyə etdiyi təzə avtomobil mühüm rol oynayıb. Şahmar İbadovun o biri Totu ləqəbli oğlunun isə 555 qeydiyyat nişanlı milyon manatlıq avtomobil kolleksiyası var. Bir sözlə, Şahmar İbadov və oğlanları bu məmləkətdə nə lazımdırsa edirlər. Bunlar üçün qayda-qanun-zad kağız üstündədir. Məlumata görə qalmaqallı tarixçəyə malik İbadov rayonların birinə icra başçısı və ya nazir müavini getməyə hazırlaşır.

GundemXeber.Az
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, daha bir uşaq, Astara rayonunun Maşxan kənd sakini, 4 yaşlı Yusif Əliyev qızılcadan dünyasını dəyişib. Valideynləri onu Astara Rayon Mərkəzi Xəstəxanasına aparıb.

Müayinə edən həkim vəziyyətinin yaxşı olduğunu bildirərək ev şəraitində müalicə təyin edib. Bir gün sonra uşağın vəziyyəti daha da pisləşib. Təcili yardım xidməti ilə xəstəxanaya aparılıb və orada vəfat edib.

6 yaşlı uşağın valideynləri övladlarının ölümünə görə həkimləri günahlandırırlar.

Yusif Əliyevin anası Tahirə Əmirova Bizim.Media-ya açıqlamasında övladının vəziyyətinin ağır olduğu halda niyə evə buraxıldığını anlamadığını deyib:

“Bazar günü olduğu üçün Maşxan kənd Tibb məntəqəsinin həkimi İstiqbal Bağırova müraciət etdik. O, uşağa bir sürü resept yazdı. Qızdırmasalıcı dərmanlar verirdik. Uşağımın vəziyyəti pis olanda isə xəstəxanaya apardıq. Əgər vəziyyəti ağır idisə, niyə bildirmədilər, infeksion şöbəyə yönləndirmədilər?!

Uşağımı verib, arxayın saldılar ki, heç nə yoxdur. Həkim yönləndirməli idi. Mənim başım çıxsaydı özüm evdə müalicə edərdim, bəs həkimlər nə üçündür? Uşağıma yaxşıdır deyib, yola salan Elgün həkim indi haradadır, niyə ortalıqda yoxdur?! Həmin həkim xəstəxanada təcili tibbi yardım şöbəsində idi, ilk yardım olundu, iki iynə (qarışıq, smes), bir sistem qoşub evə yolladı”.

Ana övladının qızılcaya qarşı bir yaşında peyvənd olunduğunu, uşağın 6 yaşının isə gələn ay tamamlanacağını qeyd edib.

Xatırladaq ki, qızılcaya qarşı peyvənd əsasən uşaqlıq dövründə (12-15 ay və 6 yaşda) vurulur.

Uşağın ölümü ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə Bizim.Media-ya 6 yaşlı Yusifin peyvənd olunmadığı bildirilib.

6 yaşlı uşağı qəbul edən, iynə vuran, vəziyyətinin yaxşı olduğunu deyib, ev şəraitində müalicə olunmasını tövsiyyə edərək yola salan həkimlə bağlı da araşdırma apardıq.

Məlum olub ki, Elgün Məlikov Astara rayon Mərkəzi Xəstəxanasının Şua Diaqnostikası üzrə həkimidir. 2009-2012-ci illərdə Astara Rayon Mərkəzi Xəstəxanaında Həkim-Rentgenoloq kim, 01.06.2020-ci il tarixdən Astara Rayon Mərkəzi Xəstəxanasın Publik Hüquqi Şəxsində Şua Diaqnostikası şöbəsinin Şua Diaqnostikası üzrə həkimi kimi fəaliyyət göstərir.

4 yaşlı Yusif Əliyevi müayinə edən həkim Elgün Məlikovun vəziyyəti ağır olan uşağı xəstəxanaya niyə yerləşdirməməsi isə sual olaraq qalır.

Həkimlə əlaqə yaratmaq cəhdimiz baş tutmasa da, onun da mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
 
Azərbaycanın mərc bazarında özünü “qanuni mərc operatoru” kimi təqdim edən “Misli”dən şikayətlər artmaqda davam edir…

Görünən odur ki, “Misli” sahib olduğu monopolist mövqeyindən yararlanaraq müşətilərin, mərc həvəskarlarının hüquqlarını pozmaqda davam edir.

Belə hüquq pozuntusu halları ilə bağlı az qala hər həftə redaksiyamıza şikayətlər daxil olur. Oxucularımızdan biri öz müraciətində bildirir ki, “Misli”yə ünvanladıqları şikayətlər zamanı mücərrəd bəhanələrlə rastlaşırlar, mübahisəni bir qədər dərinləşdirib, ətraflı izahat tələb edəndə isə şirkətin operatorları onları bloka atır.
Ardını oxu...
Bir müddət əvvəl idman jurnalisti Ağa Dadaşzadənin sosial şəbəkə hesabı vasitəsiylə yaydığı şikayəti sizə təqdim etmişdik. Görünən odur ki, digərləri kimi onun da şikayətlərini dinləyən tapılmayıb. Bu yaxınlarda idman jurnalisti öz hesabı vasitəsiylə yeni videomüraciət paylaşıb.

Sitat: “Misli”nin tətbiqi son günlər bilavasitə və dolayısı ilə insanların pulunu mənimsəyir. Bu tətbiqdə son günlər ciddi problemlər yaşanır. Şirkət də problemə biganə yanaşaraq, insanların pullarının əldən çıxmasına şərait yaradır, elə edirlər ki, onların pulu əldən çıxsın. “Misli”nin tətbiqi vasitəsiylə canlı oyunlara pul qoyuluşu edərkən oyunların sırası, yeri sürüşür. Bunun da nəticəsində insanlar yanlış təxminə pul qoyurlar, nəticədə də onlar pullarını itirirlər. Üç gündən çox davam edən bu problem hələ də yerində qalır. Özünüz düşünün ki, bu müddət ərzində nə qədər müştəri pulunu uduzur. “Misli” buna cavabdehlik daşımalıdı, şirkət öz ampluasında qalır. İtirilən pulların bədəli verilməlidir. Buna çox təəssüf edirəm. “Misli” insanları göz-görəsi aldadır”.

Mövzuyla bağlı araşdırmalarımızı davam etdirdikcə yeni faktlarla, bitməyən şikayətlərlə rastlaşırıq.

Araşdırmalarımız davam edəcək…

Poliqon.info
 

“Azercell Telecom”un internet xidmətindən şikayətlər bitmir. Abunəçilər “Azercell”i oğurluqda günahlandırır.

Tribunainfo.az xəbər verir ki, sözügedən provayder abunəçisi Elnarə Sultanova “Azercell”i oğurluqda günahlandırır:

“Özü də əməlli-başlı oğurluq edirlər. Bilmirəm nə qələt edirlərsə, 10, 15 manata götürdüyüm internet heç bir həftəni görmür. Youtube filan girmirəm, videoları açmıram, yenə də göz açıb yumunca bitir. Əvvəl belə deyildi, çox yaxşı yadımdadı. Bu oğurluqlarını sübut edib kütləvi şəkildə məhkəməyə verib təzminat almaq lazımdı, yoxsa, düzələn deyil bu oğru yığını. Bizdən oğurladıqları hər manat, hər qəpik haram, haram xoşları olsun inşallah”.
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti