Ardını oxu...
Şamaxı rayonu Priqulu kəndində, rəsədxana yaxınlığında tikilən 5 ulduzlu otellə bağlı qalmaqal yaşanır. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə otelin tikintisində iştirak edən fəhlələr onların zəhməthaqqının verilməməsindən şikayətlənir. Sözügedən tikintidə çalışan Qobustan rayon Bədəlli kənd sakinləri Ağamir Baloğlanov, Fazil Bədəliyev, Cəlal Nuriyev, Qəribağa Baloğlanov, Heybət Hacatov aylarla fasad işləri görsələr də zəhməthaqqılarını almadıqlarını bildiriblər. Fəhlələr onlara 6 min manat borc olduğunu deyir.

Məsələ ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə tikintinin iş icraçısı Əliyev Namiq Firudin oğlu fəhlələrlə rəsmi müqavilə bağlamaqdan imtina edib. Özünü Müdafiə Sənayesi Nazirliyinin rəsmisi kimi təqdim edən bu şəxs rəsmi müqavilə olacağı halda vergi ödənəcəyini bildirərək baş vermiş qanun pozuntusunu əhəmiyyətsiz sayıb:”Kimə istəyirsiniz şikayət edin, bu obyekt elə bir adamındır ki, ona heç kim söz deyə bilməz”.

Etibarlı mənbədən cumhuriyyet.az-a daxil olan məlumata görə qalmaqallı obyekt böyük kapitala sahib bir oliqarxa məxsusdur. Müəyyən dəqiqləşdirmədən sonra şəxs haqqında və bu ərazinin özəlləşdirilməsi, digər mübhəm məqamların Əmlak Komitəsi ilə bağlılığı haqda ətraflı məlumat verəcəyik.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycan Respublikasının Konstitusiyasına və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 15.01.2024-cü il tarixində Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Abuşov Rauf Səfər oğluna 9 sualdan ibarət informasiya sorğusu ünvanlamışam. Nümayəndə Rauf Abuşov mənim sorğuma cavab verməmək üçün əlindən gələni etməklə bərabər həm Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında əsasnamənin tələblərini pozmuş həm də vəzifəsini icra etməkdən yayınmışdır.

Mənim ünvanladığım həmin informasiya sorğusunun ilk sualı belə olub: 2023-cü ildə Kürdəmir şəhər əhalisinin sosial əhəmiyyətli sifarişlərini öyrənərək icra hakimiyyətinin başçısına hansı təklifləri vermisiniz? Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Rauf Abuşov isə 19.01.2024-cü il tarixli 5-56·12/2-07 saylı cavab məktubunda qeyd edib ki: Kürdəmir RİHB-nin şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 2023-cü ildə Kürdəmir şəhər əhalisinin sosial əhəmiyyətli sifarişlərinin öyrənilməsinə dair rayon İcra Hakimiyyəti Başçısına təklif verməmişdir.

Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında əsasnamə:

5. İnzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətləri

5.1.2. əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənərək, yerli icra hakimiyyətinin başçısına təkliflər vermək;

Deməli belə aydın olur ki, Kürdəmir RİHB-nın Kürdəmir şəhər İƏD üzrə nümayəndəsi Rauf Abuşov 2023-cü il ərzində Kürdəmir şəhər əhalisinin sosial əhəmiyyətli sifarişlərinin öyrənilməsi istiqamətində heç bir iş görməyib! Sual yaranır ki, Rauf Abuşov o vəzifəyə Dövlətdən müftə maaş almaq üçünmü təyin edilib? Cənab Prezident çıxışlarında qeyd edir ki, məmurlar xalqa xidmət etməlidir və Rauf Abuşov da deyir ki, Kürdəmir şəhər əhalisinin sosial əhəmiyyətli sifarişlərinin öyrənilməsi istiqamətində heç bir iş görməmişəm. Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı cənab Elxan İbrahimova bu məsələ ilə əlaqədar 22 yanvar 2024-cü il tarixində ərizə ilə müraciət etsəm də heç bir cavab ala bilməmişəm. Görünən odur ki, canab başçı da icra nümayəndəsinin səhvindən xəbərdardır lakin hələ ki, tədbir görmür. Kürdəmir RİHB-nın Kürdəmir şəhər İƏD-i üzrə nümayəndəsi Rauf Abuşov nə məqsədlə o vəzifəyə təyin edilib? Bir halda ki, bu şəxs öz vəzifəsini icra etmirsə o vəzifədə niyə olmalıdır? Çox xahiş edirəm bu sualıma media nümayəndələri cavab tapsın.

Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında əsasnamənin tələblərinə nəyə görə Kürdəmir RİHB-nın Kürdəmir şəhər İƏD-i üzrə nümayəndəsi Rauf Abuşov əməl etmir? Əsasnamənin 5.1.2-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifəsidir ki, əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənərək, yerli icra hakimiyyətinin başçısına təkliflər versin. Lakin Kürdəmir RİHB-nın Kürdəmir şəhər İƏD-i üzrə nümayəndəsi Rauf Abuşov cavabda deyir ki, Kürdəmir şəhər əhalisinin sosial əhəmiyyətli sifarişlərinin öyrənilməsi istiqamətində 2023-cü ildə heç bir iş görməmişəm. Bəlkə bu şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək başqa qanunsuz işlərlə məşğuldur? Bəlkə heç vəzifəsinin nədən ibarət olduğunu hələ də bilmir? Xahiş edirəm aidiyyatı qurumlar bu məsələ ilə əlaqədar ciddi araşdırma aparsın. Əgər icra nümayəndəsi Rauf Abuşov öz vəzifəsini düzgün icra etsəydi, sorğuma cavabda da Kürdəmir şəhər əhalisinin sosial əhəmiyyətli sifarişlərinin öyrənilməsi istiqamətində 2023-cü ildə hansı işləri gördüyünü fəxrlə cavabda qeyd edərdi. Ona görə də hesab edirəm ki, Kürdəmir RİHB-nin Kürdəmir şəhər İƏD-i üzrə nümayəndəsi Rauf Abuşovun fəaliyyəti ciddi şəkildə araşdırılmalı və əgər vəzifəsini icra edə bilmirsə vəzifəsindən azad edilməlidir. Ümüd edirəm ki, müraciətimdən sonra həmin vəzifəyə layiqli, dövlətinə və xalqına düzgün xidmət edən bir şəxs təyin ediləcəkdir.

Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Rauf Abuşovun mənə göndərdiyi 19.01.2024-cü il tarixli 5-56·12/2-07 saylı cavab məktubunu əlavə edirəm və xahiş edirəm ki, həmin məktubu qətiyyən saytlarda paylaşmayasınız. Sadəcə olaraq media nümayəndələrinin mənim yazdıqlarımın həqiqət olmasını bilmələri üçün həmin məktubu müraciətimə əlavə edirəm. Öncədən təşəkkür edirəm.

Asim Əvəz oğlu Əliyev
TEREF: Xocanin Blogu
Səhifəmiz cavab vermək üçün hamının üzünə açıqdır!
 
Ardını oxu...
Bir neçə gün əvvəl Bərdə rayon 53 saylı məktəbinin hərbi rəhbəri ona qarşı olan haqsızlıq və qanunsuzluqlar barədə bildirib. Əmir Aslanovun sözlərinə görə, 2023-cü ildə ona bildiriblər ki, o ixtisara düşüb və daha məktəbdə işləyə bilməyəcək. Nəticədə 21 il iş stajı olan müəllim işsiz qalıb. Başqa məktəblərdə işləmək üçün müxtəlif qurumlara müraciət etsə də, qəribədir ki, bütün müraciətləri cavabsız qalıb.
Ardını oxu...
Və bu yaxınlarda Aslanova təsadüfən məlum olub ki, işdən çıxarıldığına dair sözlərinə baxmayaraq, o, hərbi rəbər kimi reyestrdə qeydiyyatda qalmaqda davam edir və hətta sənədlərlə işinə görə maaş da alır. Burada bir sual yaranır. Əgər Aslanov sənədlərlə işdən azad olunmursa, onun maaşı hara gedir və bu qanunsuzluqların arxasında kimlər dayanır.
Bütün bunları hələ də aydınlaşdırmaq lazımdır, amma bir şey bəllidir. Belə fəaliyyətlər cinayət qanunu ilə cəzandırılır, ona görə də Bərdə rayon rəhbərliyinin xəbəri olmadan kimsənin orada bu cür fəaliyyətə risk etməsi ehtimalı azdır. Və əgər burada yüksək vəzifəli məmurların əli varsa, ola bilər bu yeganə hal deyil ki, ayrı-ayrı şəxslərin adına saxta təyinatlar edirlər və dövlət vəsaitlərini bu şəkildə mənimsəyirlər.
Palitra
 
 
 
Ardını oxu...
Azərbaycanda bir çox sahələrin monopoliyada olması uzun illərdir cəmiyyətin ən çox müzakirə etdiyi məsələlərdəndir. İnhisarlaşma xərçəng xəstəliyi kimi ölkənin həm iqtisadi, həm də elm və təhsil sahəsini sarmaqdadır. Dəhşətli olan isə hökumətin struktur islahatları prosesində yaratdığı yeni qurumlar da monopoliya sisteminə alınır.

Hurriyyet.az AzFakt.com-a istinadən xəbər verir ki, hökumətin apardığı struktur islahatları dalğasında yeni yaranan qurumlardan biri də Elm və Təhsil nazirliyinin nəzdində fəaliyyət gösətərən Təhsil Tələbə Krediti Fondudur.

Təhsil Tələbə Krediti Fondu 2021-ci ildə təsis edilib. Qanunvericiliyə görə Fondun idarəetmə orqanları Himayəçilər Şurası və İdarə Heyətinin sədridir. Hazıda Fondun Himayəçilik Şurasının üzvləri İdris İsayev, Elnur Əliyev, Anar Əliyev, Əliyar Məmmədyarov, Firsənd Qurbanov, Yaqub Piriyev, Fatimə Babayeva, İdarə Heyətinin sədri isə Araz Paşayevdir.

Lakin mediada zaman-zaman dərc edilən xəbərlərin analizləri Təhsil Tələbə Krediti Fondunun idarəetməsinin arxasında "gizli qüvvələrin" olduğunu göstərir. Bu barədə bir az sonra.

İndi isə bir neçə gün öncə yerli mediada Təhsil Tələbə Krediti Fondunun keçirdiyi tenderlər barədə dərc edilən məqaləyə diqqət yetirək. Yeniçağ.az saytı araşdırma yazısında Təhsil Tələbə Krediti Fondunun 2023-cü ilin noyabr ayının 22-də keçirdiyi satınalma barədə yazaraq Fondun “Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti ilə bağlı ictimai sorğunun keçirilməsi xidmətinin satın alınması” lotu üzrə keçirdiyi 53 min 100 manatlıq satınalmada qalib seçilən “PRİMA CONSALTİNG” Məhdud Məsuliyyətli Cəmiyyətinin Təhsil Tələbə Krediti Fondunun sədrinə məxsus olduğunu, Təhsil Tələbə Krediti Fondunun sədrinin vaxtilə özəl sektorda fəaliyyət göstərdiyi zaman bu təşkilatın dövlət satınalmalarında iştirakına və qalib gəlməsinə dəstək verdiyini yazırdı.

Saytımızın araşdırması zamanı məlum oldu ki, doğrudan da Təhsil Tələbə Krediti Fondunun sədri Araz Paşayev bu təyinatından əvvəl özəl sektorda çalışıb.
Ardını oxu...
Araz Paşayev

Belə ki, o 2017-ci ildə dövlət qeydiyyatına alınan "UNİVERSİTAS-İNTERNATİONAL" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçi və direktoru olub.

"UNİVERSİTAS-İNTERNATİONAL" MMC bir çox dövlət qurumlarının dəyəri yüz minlərlə ölçülən tenderlərində zaman-zaman qalib edilib.

Əlbəttə, yeni yaradılan bir təşkilatın qısa zaman kəsiyində dövlət tenderlərində "at oynatması" səbəbsiz ola bilməz.

"UNİVERSİTAS-İNTERNATİONAL" MMC-nin az qala hər ay yüzminlik, hətta konsorsium çərçivəsində milyonluq layihənin qalibi olması bu şirkətin arxasında daha böyük əlaqəyə malik şəxsin və yaxud şəxslərin olmasından xəbər verirdi.

Bəs kim idi fövqəlqüvvə?

"UNİVERSİTAS-İNTERNATİONAL" Məhdud Məsuliyyətli Cəmiyyəti qeydiyyata alınarkən hüquqi ünvanı bu şirkətin arxasında kimlərin dayandığına az da olsa işıq salırdı.

Belə ki, şirkət qeydiyyata alınarkən hüquqi ünvanı MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ev 13A, mənzil 125 göstərilirdi. O zaman medianda bu ünvanın Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin keçmiş müşaviri Rüfət Mahmuda məxsus olduğu yazılmışdı.
Ardını oxu...
Rüfət Mahmud

Qeyd edək ki, Rüfət Mahmud o vaxt həm də Təhsil Nazirliyində Maarifçi Tələbə Kredit Fondunun icraçı direktoru olub.

Bu barədə mediada məlumatlar dərc edildikdən bir müddət sonra "UNİVERSİTAS-İNTERNATİONAL" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı dəyişdirildi.

Bir müddət sonra isə - Maarifçi Tələbə Kredit Fondunun icraçı direktorunun mənzilində ilk hüquqi ünvanı olan "UNİVERSİTAS-İNTERNATİONAL" MMC-nin qanuni təmsilçisi Araz Paşayev 2021-ci il iyunun 17-də dövlət başçısının imzaladığı Fərman əsasında Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılan Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinə sədr gətirildi.

Bu isə hazırda Təhsil Tələbə Krediti Fondunun idarəetməsinin arxasında Təhsil Nazirliyində Maarifçi Tələbə Kredit Fondunun icraçı direktorunun olması ehtimallarını yaradır.

Xatırladaq ki, Fondun yaradılmasında əsas məqsəd Təhsil tələbə krediti sistemini tətbiq etməklə təhsilə əlçatanlığı təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.

Təhsil Tələbə Krediti Fondunun ötən il dövlət büdcəsi hesabına formalaşan resurs zərfi 110 milyon manata çatdırılıb.

Məsələ ilə bağlı Təhsil Tələbə Krediti Fonduna göndərdiyimiz sorğu cavablandırılmadı.
 
Ardını oxu...
Uzun müddətdir müzakirə olunan, vətəndaşları və müvafiq qurumları narahat edən problem, deyəsən, artıq həllini tapır. Söhbət sənədsiz evlərə çıxarışların, müvafiq digər sənədlərin verilməsi məsələsindən gedir. Bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin açıqlaması ictimaiyyətdə böyük ümidlər yaradıb. Amma sözügedən qurumun bu işin öhdəsindən gələ biləcəyini düşünmək çətindir.

Bir zamanlar bu sahədə Kərəm Həsənov kimi odioz oliqarxın tam hökmranlığı olduğu halda indi Mətn Eynullayevin eyni idarəçilik güçünə sahib olduğunu demək olmaz.. Qurum daxilindən cumhuriyyet.az-a daxil olan məlumata görə, burda xidmət rəisindən daha çox digər fiqurlar söz sahibinə çevrilib. Məsələn 2020-ci ilin mayında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilən Yusubov Elçin Mustafa oğlu xidmət daxilində böyük bir şəbəkə yaradıb və yeri gəldikdə cənab Eynullayevə də güc göstərə bilir. Elçin Yusubov iqtisadçıdır, əmək fəaliyyəti dövrünün böyük hissəsini dövlət qulluğunda xidmət edib. Son təyinata qədər Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsində çalışıb, 44 yaşı var. Tutduğu postun imkanlarından istifadə edərək özünə oliqarxlardan ibarət çoxsaylı dost qazanan Elçin Yusubov hesab edir ki, artıq Əmlak Məsələləri Dövlət Xidmətində birinci adam olmağın vaxtıdır və buna onun ağlı da, əlaqələri də imkan verir. Xidmət daxilində bir çox aparıcı mütəxəssisi və şöbə müdirini öz tərəfinə çəkməyə nail olan Elçin Yusubov, Mətin Eynullayevi həm siyasi, həm də pxixoloji baxımdan təkləməyə çalışır. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə , rəis müavininin bu məsələdə ən çox güvəndiyi şəxs isə Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Arif oğlu Bəşirovdur. Elçin Yusubovun himayəsi ilə Taleh Bəşirov da milyonçuya çevrilib. Taleh Bəşirovun dövlət torpaqlarını məmurlara peşkəş etməsi qarşılığında aldığı Range Rover zamanla özü nəhəngliyində problemə çevrilməkdədir. Şöbə müdiri lovğalıq edərək ona tam məxfi ortamda təqdim edilən avtomobillə bağlı yaxın çevrəsinə açıq məlumat verməsi onunla yanaşı, ona həmin avtomobili hədiyyə edən şəxsi də çətin vəziyyətə salıb. Belə ki, Taleh Bəşirova məlum avtomobil general rütbəli məmurlardan birinin qardaşı tərəfindən bağışlanılıb ki, həmin şəxs adının bu məsələdə hallanmasını istəmir. Bu isə o deməkir ki, Taleh Bəşirov fərqinə varmadan özü ilə yanaşı, kölgədəkli milyoneri də çətin vəziyyətə salıb. Taleh Bəşirova avtomobil bağışlayan şəxsin kimliyi bəlli olarsa, o zaman həmin şəxs bu suallara cavab verməli olacaq.

Xidmətdə öz hökmranlığını yaradan digər bir şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin strateji planlaşdırma şöbəsinin rəisi İlqar Həbiyevdir. Bu qurumda çoxdan çalışması səbəbi ilə özünü Əmlak Məsələləri Dövlət Xidmətinin ən qocaman əməkdaşı sayan İlqar Həbiyev hesab edir ki, bu qeyri-rəsmi status onun rəsmi qaydaları pozması, qanunun tələblərinə arxa çevirməsi üçün yetərlidir. Maraqlıdır ki, gecə-gündüz fərdi maraqları üçün çalışan İlqar Həbiyev həm də siyasi intriqa ustası və daha yüksək vəzifələrə hədsiz iddialı şəxs kimi tanınmaqdadır. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, şöbə rəisi hesab edir ki, onun bu qurumdakı “çoxillik zəhmətləri” lazımınca qiymətləndirilməyib, onun “daha ciddi vəzifələrdə təmsil olunmaq haqqı” tapdanıb. Bu səbəbdən də Əmlak Məsələləri Dövlət Xidmətində özü üçün potensial təhlükə hesab etdiyi şəxsləri ləkəmə, gözdən salma kampaniyası həyata keçirən şöbə rəisi, bununla “yüksək vəzifəyə layiq yeganə namizəd” statusu formalaşdırmağa çalışır. Həbiyevin sağ əli isə Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdir müavini, şöbə müdiri vəzifəsini icra edən Eldəniz Qafarovdur. Eldəniz Qafarov haqqında onu deyə bilərik ki, o əslən Şəmkirin Zəhim kəndindəndir, o, nə qədər torpaq sahəsinin məmurlara satılmasına imza atıb və rüşvətlə qazandığı milyonların hesabına oliqarxa çevrilib.

Belə bir mühitdə isə sənədsiz evlərin sənədləşdirilməsi prosesinin şəffaflığı inandırıcı görünmür. Nəzərə alsaq ki, bu məsələ ölkə rəhbərliyinin vətəndaşlara vədlri sırasındadır, demək, Mikayıl Cabbarovun idarəsində prezidentə qarşı sabotaj mafiyası fəaliyyət göstərir.
 
Ardını oxu...
Diasporla İş Üzrə Dövlət Komitəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, Dövlət Komitəsi tenderin qalibi olan “Turrus” MMC-dən (VÖEN – 1007464471) dəyəri 58 min 504 manat 40 qəpik olan hədiyyə tipli suvenirlər (boşqab, xalça, armudu stəkan, kəlağayı və s.) və müvafiq döş nişanları alacaq.
Məlumat üçün bildirək ki, tender müsabiqəsinin qalibi olan “Turrus” MMC 17 fevral 2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Binəqədi rayonu, Cəfər Xəndan, ev 1A, m. 48, məh. 3203-də yerləşən MMC-nin nizamnamə kapitalı 100 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Sahibzadə Xəlqani Ziyafəddin oğludur.
Qeyd edək ki, MMC dövlət qeydiyyatına alınan zaman qanuni təmsilçisi Sahibzadə Xəlqani Ziyafəddin oğlu olub. 2022-ci ilin iyun ayında MMC-nin qanuni təmsilçisi dəyişib və Baxşaliyev Nicat Baxşalı oğlu qanuni təmsilçi olub. Sentyabr ayında isə Sahibzadə Xəlqani Ziyafəddin oğlu yenidən qanuni təmsilçi təyin edilib. Son 2 ildə MMC müxtəlif dövlət qurumları tərəfindən keçirilən çoxsaylı tender müsabiqələrində qalib olub.
“Turrus” MMC bir dövlət qurumuna dəftər-qələm, başqa bir dövlət qurumuna isə unitaz qapağı satıb. AzTV-yə qrim ləvazimatları satan “Turrus” MMC, Neyrocərrahiyyə Xəstəxanası üçün təmir işləri həyata keçirib.
Xatırladaq ki, bu hal “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblərə uyğun deyil. Belə ki, həmin maddənin 23.4.-cü bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin, texniki imkanlarının və maddi-texniki bazasının, həmçinin müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması lazımdır.
Qalib olduğu ilk tender müsabiqəsindən qısa müddət əvvəl yaranan bu şirkətin fərqli qurumlara, fərqli məhsulları satmaq üçün hansı peşəkarlığa, təcrübəyə və işçi qüvvəsinə sahib olacağı da aydın deyil.
“Turrus” MMC-yə məxsus olduğu bildirilən “turrus.az” saytında şirkətin təmir işləri ilə məşğul olmasına dair heç bir məlumat yoxdur. Bunu “Turrus” MMC-dən Yeniavaz.com-a verilən məlumatda da təsdiqləyiblər. Özünü şirkətin satış təmsilçisi adlandıran Vüqar adlı şəxs bildirdi ki, onlar təmir işlərini subpodratçı şirkətlər vasitəsi ilə icra edirlər.
“Turrus.az” saytında diqqət çəkən başqa bir məqam isə odur ki, saytın “Vakansiyalar” bölməsində ölkənin aparacı mağazalar şəbəkəsindən biri olan “OMİD” mağazalarına məxsus elanlar yerləşdirilib. Eyni zamanda “turrus.az” saytında yerləşdirilən keçid vasitəsi ilə “OMİD” mağazalarına məxsus “omid.az” saytına daxil olmaq mümkündür.
“Turrus” MMC-nin rəsmisi isə bildirib ki, onların “OMİD” mağzaları ilə hər hansı bir bağlılıqları yoxdur. Saytda olan elanların saytı hazırlayan şəxslər tərəfindən yanlışlıqla yerləşdirilə biləcəyini qeyd edən şirkət rəsmisi bildirib ki, qısa müddətdə sözügedən texniki xətanı aradan qaldırmağa çalışacaqlar.
 
 
 

Ardını oxu...
Tikinti maqnatı kimi tanınan İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) məxsus “Şərur” Mənzil-Tikinti Kooperativi ilə KODIS MMC arasında qalmaqal yaranıb. Qaynarinfo xəbər verir ki, qalmaqalın kökündə alqı-satqı məsələsi dayanır. Məsələ məhkəməyə qədər uzanıb. KODIS MMC Bakı Kommersiya Məhkəməsində “Şərur” MTK-ya qarşı iddia qaldırıb. Zeynəb Axundova iş üzrə hakim təyin edilib. Məhkəmə prosesinin vaxtı bəlli deyil. KODIS MMC-yə gəlincə, şirkət haqqında məlumatlar məhduddur. MMC-nin adına Azərbaycan Qida Təhlükəsizliyinin istehlaka yararsız müxtəlif növ qida məhsullarının məhv edilməsi ilə bağlı 2022-ci ildə yaydığı məlumatda rast gəlinir. Həmin məlumatda qeyd edilir ki, KODIS MMC-yə məxsus 2800 kiloqram çipsi məhv edilib. Bu məlumat MMC-nin qida məhsullarının satışı ilə məşğul olması barədə ehtimalları artırır.
“Şərurlu İsfəndiyar” ləqəbli tikinti maqnatı İsfəndiyar Axundovun qaranlıq biznes şəbəkəsi ilə bağlı zaman-zaman məlumatlar yayılıb: inşa etdirdiyi yeni tikililərdə bir mənzili beş adama satmaq; fırıldaq yolu ilə insanların milyonlarla pulunu mənimsəmək və s. Bu şəxsin adının qarşısına bütün qeyri-qanuni əməlləri düzmək mümkündür. Amma nə fayda?! Bütün bunlara rəğmən, İsfəndiyar Axundov eyni fəaliyyəti davam etdirməkdə davam edir. “Şərurlu İsfəndiyar”ın keçmiş MTN şefi Eldar Mahmudovla qaranlıq əlaqələrə malik olduğuna dair xəbərlər var. Onun bütün qanunsuz və özbaşına fəaliyyətinin arxasında da məhz E.Mahmudov və onun şəbəkəsinin dayandığı deyilir. Mediada yer alan iddialara əsasən cumhuriyyet.az bildirir ki, “Şərurlu İsfəndiyar” bir çox sahibkarı öz tərəfinə çəkir, onların pullarını mənimsədikdən sonra, qaranlıq əlaqələrindən istifadə edərək, həbs etdirib. “Şərurlu İsfəndiyar”ın qanunsuz yollarla qazandığı pulları ölkədən çıxararaq, xaricə “yatırımlar” etdiyi haqda da iddialar var. Xüsusilə onun İstanbulda tikinti biznesi qurduğuna və bu biznesi Azərbaycanda vətəndaşlarının pulları ilə idarə etdiyi bildirilir.

Bununla yanaşı, İsfəndiyar Axundovun oğlunun Avstraliyada və Afrikada zürafə alveri ilə məşğul olduğu məlumatda əksini tapıb. İş adamının oğlanları Allahverdi və Şahin Axundovlar sosial şəbəkələrdə “200” seriyalı lüks maşınların fotolarını payıaşırlar. Onların içərisində “Lamborghini Aventador”, “Ferrari 458 Speciale”, “Mercedes”, “Maseratti”, “Audi” və qeyd etdiyimiz kimi, “Bentley” var. Bu maşınların start qiyməti 300 mindən başlayır və 800 minə kimi qaldır. Bununla bağlı cumhuriyyet.az bildirir ki, bir neçə il əvvəl “Şərurlu İsfəndiyar”ın oğlu Allahverdi universitetə 650 min dollarlıq “Lamborghini Aventador” ilə getmişdi və bu medianın gündəminə düşmüşdü. O zaman bu hadisəyə “lap elə vertolyotum da var” deyə reaksiya vermişdi. Oxucuların yadına illər öncə baş vermiş bir kriminal hadisəni də salaq: İş adamının oğlu Şahin Axundov 2005-ci ildə Türkiyə səfirliyinin önündə Anar İsmayılovun avtomobilini gülləborana tutmuşdu. Həmin vaxt Prezident İlham Əliyevin məsələyə qarışması ilə Şahin Axundov həbs olundu, 5 il cəza çəkdikdən sonra azadlığa çıxdı. Lakin Şahin Axundovun cəzasını elə azadlıqda çəkdiyinə dair informasiyalar da var idi. Yəni kimlərsə “Şərurlu İsfəndiyar”ın xahişlərini yerə salmamışdı.
“Şərurlu İsfəndiyar”ın tikinti maqnatı olmağına yardım edən şəxslər onun oğlanlarının cinayətlərini də ört-basdır etməyə kömək edir. Həmin şəxslərin kimliyi haqda isə növbəti yazımızda.
 
Ardını oxu...
Elnur Rzayev Xaçmazın icra başçısı postuna heç də özünün fitri idarəçilik istedadı, rəhbər şəxs qabiliyyətinə görə təyin olunmayıb. Bunu geridə qalan zaman təsdiqləyir. Xaçmazın keçmiş başçısı Şəmsəddin Xanbabayev kimi idarə edən Elnur Rzayev gənc məmur etimadını doğrulda bilmədi. Əslində o, bura qədərki iş yerlərində də fəal, bacarıqlı kadr olmayıb. Bununla bağlı cumhuriyyet.az xəbər verir ki, Gəncədə ASAN Xidmətin direktoru, sonra icra başçısı Niyazi Bayramovun müavini olan Rzayev hər iki vəzifədə fərqlənə bilməyib. Gəncədə başçı müavini işləyərkən isə qeyri-rəsmi “qara kassa” rolunu oynayıb. Onun Gəncədən Xaçmaza təyinatı isə bir qədər gözlənilməz oldu. Çünki bir rayonu idarə edəcək potensiala malik deyildi. Rayondan cumhuriyyet.az-a verilən məlumata görə, Xaçmazın rəhbəri kimi onun görüşləri öncədən təlimatlandırılmış şəxslərlə təşkil olunur. Odur ki, rayonda problemlər xirtdəyə qədər, həllini gözləyən məsələlər çox, amma Rzayev əlini ağdan qaraya vurmur. Bütün bu detallar onun vəzifədən gedişini sürətləndirə bilər.

Məlumata görə, seçkidən sonra prezident idarəetmədə mühüm kadr dəyişiklikləri həyata keçirəcək. Bu sırada yerli icra hakimiyyəti rəhbərləri də yer alacaq və Elnur Rzayev də gənc icra başçısı olmasına baxmayaraq, yola salınacaqlar siyahısındadır. Xaçmazdan gələn xəbərlərə görə, Rzayev məhz başçı kimi prezidentin tapşırıqlarını yerinə yetirə bilməyib, əhali ilə işləməyib. Bu da Xaçmazda böyük narazı ordusu, şikayətçilər batalyonu yaradıb. Onu da bildirək ki, icra başçısı 450 min manata “Range Rover” maşını almaqla bir müddət əvvəl gündəmə gəlmişdi. Mətbuatda həmin maşın haqda bildirilmişdi ki, Elnur Rzayev 90-DK-500 dövlət qeydiyyat nişanlı yeni maşını qayınatası Hacıyev Sərdar Mehdi oğlunun adına rəsmiləşdirib. Avtomobili Xaçmaz Rayon İcra Hakimiyyətində baş mütəxəssis – sürücü vəzifəsində çalışan Musayev Anar Sabir oğlu etibarnamə əsasında idarə edir. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Ali Məhkəmənin sədri İnam Kərimovun qohumudur. İnam Kərimov ASAN Xidmət rəhbəri olanda, onu da Gəncə üzrə mərkəzə direktor təyin etmişdi. Elnur Rzayev həm də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Bayandur Rzayevin qardaşıdır. Məsələ ilə bağlı cumhuriyyet.az olaraq əlavə edək ki, Rzayev gündəmə həm də şəhidlərə hörmətsizlik etməkdə ittiham olunmaqla gəlmişdi. Ağ Partiya sədri Tural Abbaslı onu tənqid etmişdi: “Xaçmaz rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev şəhid mərasimlərinə özü getmir, müavinini göndərir. Niyə?? Sənin Xaçmaz rayonunda nə dövlət əhəmiyyətli işin var ki, şəhid yasına getmirsən?!”
 

Ardını oxu...
Son illər ölkədə bankların müflis olaraq, bağlanma tendensiyası xeyli artıb. Bunun obyektiv və subyektiv səbəbləri var ki, onlara toxunmaq istəmirik. Çünki bu çox uzun bir mövzudur və daha geniş araşdırmaya ehtiyac var.
Tribunainfo.az xəbər verir ki, bağlanan banklarda depoziti və əmanəti olan vətəndaşların pullarının geri qaytarılması prosesi demək olar ki, məşəqqətə çevrilib. 2016-cı ildə yaradılan Azərbycan Əmanətlərin Sığortalanma Fondu ayrı-ayrı şəxslərin banklarda qalan pullarını sahiblərinə ödəməsini öz üzərinə götürüb. ​Həmin müddətə qədər isə bu prosesi “Azerbaijan İnternational Consulting Company” MMC həyata keçirib.
Qeyd edək ki, Əmanətlərin Slğortalanma Fondu indiyə qədər açıqladığı hesabatlarında ləğv edilmiş banklar üzrə milyonlarla manat pulun sahibinə ödənildiyini bildirir. Lakin bu pulları hansı şəkildə və necə və ya hansı məbləğlərlə geri verdiyi barədə heç bir bilgi qeyd etmir. Bunu da onunla əsaslandırılar ki, guya, məlumatlat konfedensialdır və şəxslərin adları açıqlana bilər.
Əslində isə durum bir qədər fərqliir. Məsələ belədir ki, Əmanətlərin Sığortalanma Fondu vətəndaşların pulunu qaytarmağa məsul olan qurumdan daha çox bazara çevrilib. Məsələn, hal hazırda 2012-ci ildə ləğv edilmiş “Royalbank” ASC-də depozit və əmanəti olan şəxslər pullarını ala bilməyiblər. Və ya onlara hər iki və ya üç aydan bir 300-500 manat ödəməklə kifayətləniblər.
İndi sual oluna bilər ki, Əmanətlərin Sığortalanma Fondu 12 il ərzində 50-60 min manat depoziti və ya əmanəti niyə ödəmir? Qurumun bununla bağlı əsas bəhanəsi budur ki, yığımlar həyata keçirldikcə, onlar da vətəndaşların pulunu geri qaytarırlar. Bəs, necə ola bilər ki, hər hansı ləğv edilmiş bankın 12 il müddətində pulu tam ödənilə bilməyib? Bu illər ərazində bankın yığımları heç olmayıb ki? Mülkləri, inventarları və sairə olmayıb ki, satılaraq camaatın pulunu bağlasınlar?
İddia edə bilərlər ki, yoxdur. Amma yenə yalana bürünəcəklər. Çünki noyabr ayında “Röyal Bank”a məxsus ofisin 1 milyon manata satılması elə Fond tərəfindən təsdiqlənib. Yəni, qaçacaq yer yoxdur. Amma həmin pulla vətəndaşların depozit və əmanətlərini verməkdə “sancı” çəkirlər.
Axı, vətəndaş etibar edib, inanıb, güvənərək pulunu banka qoyub ki, onun mənfəəttini götürsün. Belə deyək ki, güvənib, heç mənfəət güdmədən pulunu bankda saxlayıb ki, dar günündə, xeyir işində və sair məsələlərdə istifadə eləsin. Amma üzləşdiyi durum isə budur ki, həmin pulu nə ala bilir, nə də bir işinə yarayır.
Tribunainfo.az xəbər verir ki, məsələnin kokündə dayanan əsas amil heç də Əmanətlərin Sığortalanma Fondunun pulunun olmaması və ya yığımları lazımi qaydada həyata keçirə bilməməsi deyil. Söhbət burada Fondun bazara çevrilməsidir.
Belə ki, Fonda çıxışı və ya tanışı olan, o cümlədən tapşırmaq imkanı olanlar pullarını çoxdan alıblar. Təbii ki, qarşılıqsız yox. Bunun üçün bankda olan pullarının ən azı 10-20 faizlərindən keçməli olublar. Yəni, adamı, çıxışı, imkanı olmayanlar Fondda olan pullarını ala bilməyərək, illərlə süründürülürlər. Bir növ bazara döndərilmiş fondda mütləq tanışın, bazarlaşa biləcəyin biri olmalıdır ki, illərlə pulun ilişib, qalmasın.
Maraqlı məqamlardan biri həm də odur ki, ləğv edilmiş bankda depoziti və ya əmanəti olan şəxs başqa bankda olan kredit borcunu bağlamaq üçün müraciətinə də baxılmır. Hətta bəzən bu bankların hər ikisi ləğv olunma prosesində olurlar. Məsələn, vətəndaşın “Muğanbank”da depoziti var, amma “Röyalbank”da krediti mövcuddur. Hər iki bankın ləğvedicisi isə Əmanətlərin Sığortalanma Fondudur. Vətəndaş da həmin kreditin öz pulu ilə bağlanmasını təklif edir ki, bu da Fond tərəfindən rədd edilir. Səbəb kimi, bankların ayrı olması göstərilsə də, bu bəhanədir. Eyini zamanda, məntiqsizdir. Çünki hər iki bankın ləğvedicisi eyni fonddur. Həmçinin hər iki bankın bütün rezvizitləri, əməliyyat aparmaq üçün mexanizmləri Fondun ixtiyarındadır. Yəni, bir bankdan pulu digər banka yönəltmək onlar üçün su içim kimi bir şeydir. Amma etmirlər. Səbəb də budur ki, belə işlərdən qazanc əldə etmək olmur.
Bu əsnada, bəzi məlumatlara görə, Fondda bir biri ilə yola getməyən iki qruplaşma var. Onlardan birinə qadın, digərinə isə kişi rəhbərlik edir. Tərəflər arasında münasibətlər heç də mövqe və məqama görə deyil. Bu savaşın başlıca səbəbi kimi daha çox pul qazana biləcəyidir. Yəni, yuxarıda qeyd etdiyimiz kimi, əmanət və ya depozitin qaytarılmasından 10-20 faiz qazanac əldə etmək uğrundadır.
Lakin belə görünür ki, bu iki qruplaşmanın ömrü uzun sürməyəcək. Çünki Əmanətlərin Sığortalanma Fondunun rəhbərliyi və əsas heyəti yaxın günlərdə dəyişdiriləcək. Bunun üçün ən geci mart ayını gözləməyin lazım olacağı deyilir. Bildirilir ki, Fondun rəhbərliyi və əsas heyəti Mərkəzi Bankın kadrları deyillər. Həmçinin haqlarında xeyli sayda şikayətlər də var.
Bir sözlə, Əmanətlərin Sığortalanma Fondu ölkədə təkcə bank sektoruna güvənsizlik, etibarsızlıq yaratmır. Həm də bazara çevrilib. Adamın varsa, bazarlıq edib pulunu ala bilərsən. Əks təqdirdə, bankda olan pulunu dilənçi payı şəklində hissə-hissə qaytarılmasına dözəcəksən.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Bu günlərdə “Dəryaz” qəzeti redaksiyasına müraciət edən vətəndaş Eyyubova Siranuş Cəbrayıl qızı Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədovanı şikayət edib.

Siranuş Eyyubova bildirir ki, özü Böyük Vətən müharibəsi əlilinin qızıdır. Ailəsi Qarabağ savaşında şəhidlər verib. Böyük qardaşının oğlu I Qarabağ müharibəsinin şəhidi, Milli Qəhrəmandır. Kiçik qardaşının oğlu 44 günlük Vətən müharibəsi şəhidi, bibisi nəvəsi 1 günlük antiterror əməliyyatının şəhididir. Bir sözlə, Siranuş xanımın həmişə gözü ağlar olub, şəhid yaxınlarının qanları, canları bahasına Qalib ölkəyə çevrilən Azərbaycanın alnı açıq, üzü ağ vətəndaşı kimi bu torpağın çörəyini yeməyi haqq edib. Amma şikayətlənir ki, uzun illər kiçik tibb bacısı vəzifəsində işlədiyi Qazax Rayon Mərkəzi Xəstəxanasının direktoru Sevda Məmmədova onu bu bir tikə çörəkdən məhrum edib. Ötən ilin noyabr ayının 17-də Siranuş xanımın pensiya yaşı (65) tamam olan kimi onu yaş senzi ilə əlaqədar çalışdığı İnfeksion xəstəliklər şöbəsindəki işindən kənarlaşdırıb.

Yeri gəlmişkən, Sevda Məmmədovanın özü 69-u haqlayıb, yaşa qalanda Siranuş Eyyubovadan bir neçə bayram böyükdür. Sevda Məmmədova 2019-cu ildən direktorluq etdiyi Qazax RMX-na başqa yerdən gəlməyib, 44 ilə yaxındır ki, Qazax səhiyyə sistemində çalışır. Yəni, elə Siranuş Eyyubova ilə çiyin-çiyinə. Adam bütün sülaləsini rəhbərlik etdiyi müəssisədə işlə təmin edib, yaşı ötmüş qohumlarını da vəzifədə saxlayıb. Belə ki, əri Musa dəri-zöhrəvi həkimi, bir bacısı Gülüş uşaq həkimi, digər bacısı Hüsniyyə diş texniki, bacısı oğlu elektrik vəzifələrindədirlər. Siranuş xanımın sözlərinə görə, Musanın yaşı 75-dir, Gülüş işə çıxmadığı halda maaş almaqdadır, Hüsniyyə isə özü psixi xəstədir. Əgər, Sevda Məmmədova gənc kadrları irəli çəkmək istəyirsə, ilk növbədə özü və əri kreslolarından əl çəkməlidirlər.

Şikayətçi mərkəzi xəstəxanada Sevda Məmmədovanın öz qohumlarından başqa da “əziz-xələflərinin” olduğunu bildirir: “Direktor Doğum Evində yaş senzi ilə əlaqədar işdən çıxardığı sanitarın yerinə həmin şəxsin gəlinini, camaşırxanaya isə qızını işə qəbul edib. Təbii ki, gedən adama bunca böyük diqqətin göstərilməsinin təmənnasız olduğunu düşünmək sadəlövhlük olar. Arzu adlı sanitar adı gecə növbəsinə yazılsa da, heç vaxt gecələr növbəyə çıxmır, ixtisası olmadığı halda xəstələrə iynə vurur. Direktor Arzuya qeyri-rəsmi ixtiyar verib ki, əlinə süpürgə götürməsin, özünü pasientlərə tibb bacısı kimi tanıtsın, tibb bacısı Ülviyyə isə həkim kimi təqdim olunur. İnfeksion xəstəliklər şöbəsinə gecə qəfləti yoxlama göndərilsə, tibb personalından heç kəsin işdə olmadığı, xəstələrin başlı-başına qaldıqları məlum olar”.

Siranuş xanım bildirir ki, direktor onunla əmək müqaviləsinin müddətini uzatmamasının səbəbini yerinə şəhid ailəsini götürmək niyyəti ilə əlaqələndirib. Hərçənd, sonradan məlum olub ki, Siranuş xanımın yerinə işə götürülən şəxsin heç bir güzəştli statusu, imtiyazı yox imiş. Təbii ki, Siranuş Eyyubova işinə bərpa olunmaq üçün səy göstərib. Amma direktor ona deyib ki, TƏBİB sədri Vüqar Bayramov nə vaxt Qazax Xəstəxanasına vakant ştat göndərsə, o vaxt məsələyə baxılacaq. Halbuki, müəssisədaxili kadr siyasəti direktorun öz səlahiyyətindədir. TƏBİB rəhbərliyinə və daha yuxarı instansiyalara şikayət ünvanlayan Siranuş Eyyubova redaksiyamıza da müraciət edərək, məsələnin ictimailəşdirilməsini xahiş etmişdir.

P.S. Deyilən ittihamlarla bağlı Sevda xanım Məmmədovanın mövqeyini öyrənmək üçün ona zəng etdik. O, yekun olaraq bildirdi ki, şikayətçinin dedikləri doğru deyil, siz də nəyazırsınız yazın. Ancaq Sevda xanım doğruların nədən ibarət olduğunu demədən telefona «odboy» verdi. Biz də araşdırmalarımızdan sonra xanım direktorun əmlaklarından, o cümlədən əriklik adlanan ərazidə yerləşən qoşa villalarından və s. barədə oxucularımıza məlumat verəcəyik

Dünyapress TV

Xəbər lenti