Ardını oxu...
Akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda növbəti kuryoz hadisə baş verib. Dünən institutun direktoru Gülnaz Dadaşova bu vəzifəyə təyin olunmasının 5 illiyini təntənəli şəkildə qeyd edib.
Harda görünüb ki, ciddi bir elm ocağının rəhbəri, özünü professor adlandıran şəxs vəzifə təyinatının ildönümünü (?!) qeyd etsin, çələnglər (bəli, gül dəstələri deyil, məhz çələnglər!), hədiyyələr, zərflər qəbul etsin?!(Sosial şəbəkələrdə bunu əks etdirən video və fotolar yayılıb)
Ölkə rəhbəri öz ad günlərini qeyd etmədiyi, yaxud çox sadə şəkildə, xalqın arasında qeyd etdiyi halda, institut direktorunun vəzifə təyinatını təmtəraqlı şəkildə qeyd etməsini necə başa düşmək olar? Bu, hansı məntiqə sığır?
Özü də bu hadisə nə vaxt baş verir?
Ölkə üçün taleyüklü məsələlərin həll olunduğu, Qarabağda lokal antiterror tədbirlərinin keçirildiyi, Azərbaycanın az qala hər şəhərinə şəhid cənazələrinin göndərildiyi, şəhid analarının gözüyaşlı qaldığı, millətin şəhidləri dəfn etməyə səfərbər olduğu bir vaxtda! Dünyanın əksər güclərinin, beynəlxalq təşkilatların, böyük dövlətlərin Azərbaycanın üzərinə gəldiyi bu günlərdə institut direktorunun, özünü bu millətin ziyalısı sayan şəxsin belə addım atmasına nə deyəsən?
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovanın bu addımı presedenti olmayan, elm aləmində görünməyən bir hadisə, bəlkə də bir “ilk”dir. Yəqin, o, bir alim kimi bu “yeniliyi” ilə Ginnesin “Fəxri Rekordlar Kitabına” düşməyə “layiqdir”!
O da maraqlıdır ki, Gülnaz Dadaşova bu addımı kollektivin böyük əksəriyyətinin iradəsinin ziddinə olaraq atıb. İddialara görə, kollektivin iradı, narazılığı nəzərə alınmayıb. Məhz elə buna görə də “yubiley” tədbirində direktorun yaxın ətrafı – Kardiologiya İnstitutunun baş həkimi, elmi və klinik bölmədə çalışan həkimlər, inzibati şöbənin rəhbərliyi iştirak ediblər. Bir sıra şöbə müdirləri, adlı-sanlı həkimlər isə direktorun “yubileyini” boykot ediblər.
Əldə etdiyimiz məlumata görə, məhz direktorun yarıtmaz idarəçiliyi nəticəsində Kardiologiya İnstitutunun əməkdaşlarının böyük əksəriyyəti ondan narazıdır. Bəlkə direktor təntənəli “yubiley” tədbirini elə onlardan qisas almaq üçün keçirib? Sözün düzü, bu olayın komik, yoxsa tragik olduğunu ayırd etmək çətindir. Ancaq bir məsələ dəqiqdir ki, Kardiologiya İnstitutunun direktoru belə şahşahlı tədbirləri, yubileyləri çox sevir. Əgər belə olmasaydı, o, bu yaxınlarda 44 yaşı tamam olan institutun 45 illik yubileyini keçirməzdi! Elə buna görə institutda deyirlər ki, əgər həyatda olsaydı, yəqin ki, tanınmış müğənni İlhamə Quliyeva belə bu cəhətinə görə Gülnaz Dadaşovaya qibtə edərdi!
Və sonda. Görəsən, hörmətli səhiyyə naziri Teymur Musayev institut direktorunun vəzifəyə təyin olunmasının 5 illiyini qeyd etməsinə, kollektivdən bahalı hədiyyələr qəbul etməsinə necə baxır? Yəqin ki, normal. Çünki o, hələ 44 yaşı tamam olan institutun 45 illik yubileyini keçirəndə institut direktoru barədə ölçü götürməli idi… Nə etmək olar, burası Azərbaycandır və biz hələ deyəsən, uzun müddət səhiyyə sistemində belə anormal hadisələrin şahidi olacağıq…
Məsələ ilə bağlı Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovanın mövqeyini dərc etməyə hazırıq.

www.cumhuriyyet.net
 

Ardını oxu...
     

Patrul.az-a illərdir Lənkəran meşələrinin bir şəxs tərəfindən talanması ilə bağlı məlumat ünvanlanıb.

İddiaçın sözlərinə görə Lerik rayonu Bırkandul kənd sakini Hüseynov İltifat Sərhəng oğlu artıq 20 ildir Lənkəran meşələrini talayır, meşədən topladığı çox saylı taxta materiallarını satır.

"Ekalogiya nazirliyinin, polis əməkdaşlarının, prokurorluq və məhkəmə əməkdaşlarına təhqirlər ünvanlayaraq - heçkim mənə heçnə edə bilməz, mən heç kimdən qorxmuram, qorxsaydım 20 ildir meşədən ağac oğurlamazdım, hər gün tırlarla material satmazdım."

"Yaz səsimi apar ver söydüyüm adamlar, gör onlardan kiminsə hünəri çatır mənə nəsə desin?!"

Hüseynov İltifatın bu kimi ifadələr işlədərək heç kimdən qorxmadığını deyən iddiaçı, təqdim etdiyimiz video görüntünün də ona aid olduğunu deyir:

     

Ardını oxu...

DogruXeber.az: - Şəmkir rayon Su anbar idarəsinin rəisi Vaqif müəllim ekologiyanın qorxulu kabusuna çevrilib. Vaqif Lətif oğlu Məmmədov bu gün bütün var gücü ilə ekologiyanin məhvi üçün əlindən gələni əsirgəmir.

Şəmkir rayon Kür qəsəbəsi Vaqif müəllim sayəsində günü-gündən geri gedir. Vaqif müəllim sözügedən ərazidə yalnız qanunsuz yolla fəaliyyət göstərərək öz cibini doldurmaqla məşğuldur. Əraziyə baxdıqda hər yerde qazıntı işinin aparildigini görürük. İri çaplı maşınlar öz fəaliyyəti ilə diqqət çəkirlər.

Vaqif müəllim kimə və nəyə arxayın olaraq qorxmadan çəkinmədən ekologiyanı məhv edir? Aidiyyatı qurumlar bu qanunsuzluğu heçmi görmürlər? Yoxsa görürlər özləri görməzdən gəlirlər.

Ekologiyanın qorunması üçün daima islahatlar keçirən bir ölkədə bu cür qanunsuzluq etmək çox böyük bir məsələdir. Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Vaqif müəllim və onun etdiyi bu qanunsuz hərəkət araşdırılmalı və ciddi tədbirlər görülməlidir.

Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. //regionxeberlericom.az//

 

 
Ardını oxu...
Sosial şəbəkədə yayılan bu görüntü ikrah hissi oyadıb. Polis serjantı Ramil Şirinov dəfn mərasimi zamanı bir nəfərin gülməsi sosial şəbəkədə reaksiyalara səbəb olub. Əldə etdiyimiz məlumata görə şəhidin dəfn mərasimi zamanı polislərin havaya güllə atmasından diksinib və daha sonra özünə hakim olmayıb “qəşş” edib gülən şəxs Qartal Tikinti Firmasının Direktoru, laçınlı tanınmış iş adamı, xeyriyyəçi Şahin Məmmədovdur. Onun yanında dayanan şəxslər isə Sumqaylt şəhər ucra hakimiyyəti nümayəndələridir. Xatırladaq ki, sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan polis əməkdaşı Ramil Şirinov Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.

Qartal Tikinti Firması ilə bağlı mediada çox az, hətta cüzi informasiyaya rast gələ bildik. Məlumdur ki, ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycanda yüzlərlə, bəlkə də minlərlə tikinti kooperativləri, firmaları açılıb, fəaliyyət göstərib. Bunlardan biri də “Arzu” adlı şirkət olub. Sonradan bu firma adını dəyişərək Qartal Tikinti Firmasına çevrilib. Firmanın adını niyə dəyişməsi başqa bir yazının mövzusudur. Və niyə məhz QARTAL..?
Beləliklə Qartal Tikinti Firmasının fəaliyyəti ilə tanışlıq üçün firmanın https://qartal.az/ adlı saytına daxil oluruq. Və adi bir tikinti firmasının bu boyda sturuktura malik olması təəccübümüzə səbəb olur. Vallahi heç nazirliklərin, komitələrin bu boyda stukturu yoxdur. Firmanın saytında qeyd olunur: Qartal Tikinti Firması Azərbaycanda İnşaat Bazarında hündürlükdə işlər, telekomunnikasiya obyektlərinin tikintisi, xüsusi təyinatlı obyektlərin tikintisi, hərbi obyektlərin tikintisi, radar izləmə sistemlərinin tikintisi, radio-quraşdırma və digər tikinti – quraşdırma işləri ilə məşğul olur.
Deməli, bu firma Azərbaycanda hündür qüllələr tikir, amma o qüllələrdən neçə nəfərin yıxılması və…bağlı mediada bircə xəbər də yoxdur. Bunlar hələ harasdır..?
Qartal Tikinti Firmasının hətta Təlim-Tədris Mərkəzi də var və ona bu icazəni vaxtilə “Qosstandart” deyilən qurum verib.
Deməli Qartal Firması müxtəlif şəxslərə inşaat işləri ilə bağlı sertifikat verə bilər. Görəsən adi bir firmaya bu boyda səlahiyyətləri nə üçün veriblər. Biz hələ hərbi obyektlərin tikintisindən, radar quraşdırılmasından-zaddan danışmırıq.
Məlumat üçün qeyd edək ki, firmanın direktoru Şahin İdris oğlu Məmmədovdur. Firmanın saytından görünür ki, bu adamın xeyli sayda müavini, müşaviri-zadı var. Və ən əsası vəzifəli şəxslərin çoxu öz qonum-əqrəbasıdır. Şübhəniz varsa, buyurun firmanın saytına daxil olub baxın: Firma direktorunun birinci müavini Tural Məmmədovdur, Firma direktorunun digər müavini, BP layihəsi üzrə layihə meneceri Tərlan Məmmədovdur, Firmanın baş mühasibi Anjela Məmmədovadır, Baş mühasibin müavini Dünyaxanım Məmmədovadır.
Bir sözlə, Məmmədovların ailə firması. Bəli, cənab Şahin Məmmədov firmada baş verən bütün maxinasiyaları, tikinti zamanı baş verən qəzaları, xəsarət alanları, hətta ölüm hallarını, vergidən yayınmaları, “obnaliçka”nı, çirkli pulların yuyulmasını və s gizlətmək üçün ətrafına ancaq öz qohumlarını yığıb. Çox maraqlıdır bu boyda firmaya rəhbərlik edən şəxs öz tərcümeyi-halında özü barəsində çox mətləblərə toxunsa da, 1990-1993-cü illərdə Bakı şəhərində Azərbaycan Assosiasiyasının Qartal Firmasının direktoru olmasından bəhs etsə də….keçmiş şəriklərindən , onlara necə atmasından, onların haqqını necə yeməsindən qəti söz açmır. Və demir ki, keçmiş şəriki Oqtay Mustafayev onun üzünə nə deyib, daha dəqiq desək, onun üzünə nə …edib….? Bu adam hətta siyasətə də baş vurur, deyir ki, istədiyim adamı icra başçısı, deputat qoya bilərəm. Amma hökumətin fəaliyyətini bəyənmir.
Görəsən bu adam kimə bu qədər güvənir..? Biz əbəs yerə yazmadıq ki, Şahin Məmmədov firmasının adını niyə dəyişib QARTAL qoydu..? Biz əbəs yerə yazmadıq ki, bu adam hərdən siyasətə də başını soxur. Qardaş Türkiyədə keçirilən sonuncu prezident seçkilərində Ərdoğana deyil, Kılıcdaroğluna dəstək verib…. Bizə elə gəlir ki, hələlik bu qədər yazmağımız Hüquq Mühafizə Orqanlarının, onun barəsində istintaq işinin başlanmasına bəs edər….
 //cumhuriyyet.az//

VİDEO BURADA: https://www.youtube.com/shorts/EVo_RaDmKmE
 
Ardını oxu...
Xatırladım ki, Azəriqaz İB-nə 01 noyabr 2019 cu ildən Ruslan Əliyev baş direktor kimi rəhbərlik edir. Həmin müddətdən milyonlarla istehlakçıların əsasız olaraq Azəriqaz İB tərəfindən Standart Laboratoriya keçməklə Qoyulmuş Sayğaclar kütləvi halda dəyişdirilir və birmənalı şəkildə bütün dəyişən sayğaclarda güya “labarator” qaydada itkinin olduğunu bildirerek yüksek mebləğdə əlavə ödəniş yazılır və dərhalda sistemə otuzdururlar. Səndə qaz istifadəçisi kimi vəsait ödəyən kimi dərhal həmin pul Azəriqaz İB yükləməsinə yönəlir. Bir anlıq Təsəvvür edin Milyonlarla Abuneçi Sayqacı məcburi- daha doğrusu bəhanə ilə dəyişən zaman( 868m, 1276m, 670 m məbləğlərdə və sarə) əksər abunəçi bu cür maddi yüklənsə nəticədə toplanan məbləği düşünmək belə insanın başını gicəlləndirir. Bir onu nəzərə alın kı, Azəriqaz İB abonetnlərinin sayı bir neçə milyondu. Adi altı illik riyazi təhsili olan biri həmin məbləğlərin cəmini hesablamağı kifayət edir (Sayğacı Labaratoryadan keçirib quraşdıran özü, sonradan sayğacın labarator qaydada yoxlayıb itkinin olduğunuda bildiren özü yazıq camahat məttəl qalıb).
Əvəzində nə ilə raslaşırıq Əlahəzrət Ruslan Əliyev öz piyarına babat maya buraxır. Müxtəlif kənd-qəsəbələrdə güya vətəndaşları ayaqüstə dinləyir özünü qayğıkeş rəhbərə bənzədərək ictimayətin gözünə soxub, Öz Piar və Reklamını Sosial şəbəkədə, KİV də yüksək səviyyədə qurmağı bacararaq öz əməllərini tam şəkildə pərdələyir.
Minlərlə şəxsi narazı salmağa heç kəsin haqqı yoxdu. Hörmətli Ruslan müəllim öz reklamına ayırdığı vaxtın 1/10 sayğac oyununa ayırsa məncə daha səmərəli olar..
P.S Azərbaycan Respublikasının Baş Prokurorluğu üçün Araşdırma Materialı…
Araşdırma materialını hazırladı:
Ceyhun Yusifov
 
Ardını oxu...
Azərbaycan mühərrik və sənaye yağlarının istehsalçısı olan "Technoil” MMC daha bir tenderin qalibi olub.

Şirkət Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının "Mersedes-Benz Vito” və "Mercedes-Benz Sprinter” markalı avtomaşınlar üçün mühərrik və transmissiya yağlarının satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 121 982,5 AZN-dir.

Beləliklə, şirkətin cari ildə qalib seçildiyi tenderlərin sayı11-ə çatıb. Bundan əvvəl şirkət, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Samur-Abşeron Kanalının İstismarı İdarəsinin, Təcili Yardım Avtobazasının, "Azəraliminüm” MMC-nin, "Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin, Ağdam Mexaniki Suvarma İdarəsinin, İmişli Suvarma Sistemləri İdarəsinin, Oğuz Suvarma Sistemləri İdarəsinin, Daxili Qoşunlar Baş İdarəsinin və Xocavənd Suvarma Sistemləri İdarəsinin keçirdiyi satınalma müsabiqələrinin qalibi olub.

Bu müsabiqələrin ümumi maliyyə dəyəri 1 964 646, 24 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, MMC 10 mart 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 11 688 495 AZN olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, Sülh küçəsi, məhəllə 76-da yerləşir. MMC-nin qanuni təmsilçisi Zeynalova Rumidə Ağabəy qızıdır.

Şirkətin təsisçilərindən biri fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin oğlu Elvin Hacıyevdir. Elvin Hacıyev müsahibələrinin birində bu faktı gizlətməyib. "Technoil” bizim ailədən gələn layihədir”, deyə o bildirib.

Bəzi iddialara görə, şirkətin tenderlərdə qalib seçilməsində bu amilin mühüm rolu var.

Bu ilin iyun ayında "Technoil” MMC məhkəməyə verilib. Şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati iş başlanıb və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Nəticə barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. \\Qaynarinfo
 
Ardını oxu...
Xatırladaq ki, “Elşad Həsənov Yasamalı səhraya çevirir” və bu yaxınlarda aktualxeber.az saytında “İcra başçısının Ümid adlı qoçusu” başlıqlı məqalələr dərc etmişdik. Məqalələrdə Elşad Həsənovun “xeyir-duası” ilə A.M.Şərifzadə 144 ünvanında “Qəbələ Residence” yaşayış massivinin sol tərəfində ağacların kəsilərək yerində tikinti aparılmasından, Yasamalın icra başçısının yaşıllıqların məhv edilməsinə şərait yaratmasından bəhs edilirdi.
Bundan əlavə qeyd etmişdik ki, redaksiyamıza müraciət edən Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti ev 70 mənzil 12-də yaşayan Hümmətov İlham Heybət oğlu da Yasamal rayon İcra Hakimiyyətindən şikayətçidir. Vətəndaş iddia edir ki, 18.09.2023-cü il tarixdə saat 15:00 radələrində İH-nin Rayon təsərrüfatı şöbəsinin Baş məsləhətçisi Əsgərov Ümid Elxan oğlu özü ilə gətirdiyi işçilərlə birlikdə onun ailəsinə məxsus və bütün sənədləri qaydasında olan A.M.Şərifzadə 140a ünvanında yerləşən “Kanon” Aptekin pilləkənlərini zorla sökmüşdür. Vətəndaşın dediyinə görə Ümid icra başçısı Elşad Həsənovun tapşırığını yerinə yetirdiyini və ona çatacaq məbləği verməsələr göstərişi icra edəcəyini israr edibdi. Ona mane olmağa çalışan qadınları təhqir etməkdən belə çəkinməyən Ü.Əsgərov apteki işlədən Səidə Ağamirzadəyə xəsarət belə yetirilməsinə bais olubdu.
Ardını oxu...
DİA.AZ bildirir ki, şikayətçi yeni məlumatlar və sənədlər təqdim edibdi. Həmin sənədlərdən məlum olur ki, Yasamal RİH-nin dəllal məmurları vətəndaşa məxsus aptekin qarşısını “Mansur” firmasının sahibi İlqar adlı şəxsə qanunsuz olaraq sataraq, hətta oranın özəlləşdirilməsinə belə nail olublar. Bundan xəbər tutan İ.Hümmətov məhkəməyə müraciət edərək həmin yerin çıxarışını ləğv etdirməklə haqlı olduğunu sübuta yetirmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin 02.06.2022-ci il tarixli qərarını 14.02.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, 15.05.2023-cü il tarixdə isə Ali Məhkəmənin İnzibati Kollegiyası qüvvədə saxlamışdır. Buradan belə nəticəyə gəlmək olur ki, Yasamal rayon İcra Hakimiyyətinin başçısı üçün rüşvət məhkəmə qərarından daha üstündür. Belə olmasaydı öz qoçu dəstəsini sahibkarın üstünə göndərərək hədə-qorxu ilə ona məxsus obyektini zorla, dəyər-dəyməzinə İlqara satdırmağa çalışmazdı. Onu da qeyd edək ki, vətəndaş ona qarşı olan haqsızlıqla bağlı dövlət başçısına və hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Ümidvarıq ki, Elşad Həsənov kimi məmurların belə özbaşınalığı yəqin ki, cəzasız qalmayacaqdır.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.
 

 
 
Ardını oxu...
 

Asif Əsgərov idman yarışında erməniyə qalib gəlib bayrağımızı qaldırsaydı, biz onu 3 əlli alqışlayardıq... 
Nəsimi Rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərovun əməllərinə keçməzdən öncə onun ömür yoluna qısa bir nəzər salaq. Əsgərov Asif 1966-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirb. Sonralar idman məktəbində məşqçi, idman klubunun sədri, cüdo üzrə komandanın rəisi olub, sonra İdman Nazirliyində çalışıb və... 
Nəhayət 2006–2009-cu illərdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, 2009–2015-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı olub, 2015-ci ildən isə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyır. Əməkdar Məşqçidir. 
Biz bilirik ki, bütün peşələr cəmiyyət üçün vacibdir, o cümlədən idmançı peşəsi də. İdmançılarımız yarışlarda bayrağımızı qaldıranda hamımız qürur duyuruq. Amma.. 
Əmması odur ki, hər peşənin cəmiyyətdə öz yeri var, bax bu yeri səhv salmaq lazım deyil. Şair Qabil demişkən...Dözülməz oluruq biz, Səhv düşəndə yerimiz... 
Bəli, bizim məqsədimiz hansısa peşəni aşağılamaq deyil. Dahi Nizami deyəndəki...Rütbələr içində seçilir biri, hamıdan ucadır alimin yeri... Məgər Nizami başqa peşələri, sənətləri aşağılayırdı..? Əsla. Amma alimin cəmiyyətdəki yerini göstərirdi. Biz də Asif Əsgərovun İDMANÇI olduğunu deməklə onun sənətini aşağılamırıq. Əgər Asif Əsgərov idman yarışlarında erməniyə qalib gəlib bayrağımızı qaldırsaydı, biz onu 3 əlli alqışlayardıq. Amma Asif Əsgərov məmur, özü də icra başçısı olmağı üstün tutub. Bir anlığa  70 il yaşadığımız sovet dövrünü gözümüzün önünə gətirək. İdman müəllimi nəinki rayonun 1-ci katibi, heç orta məktəb direktoru ola bilmirdi və olmayıbda.
Deməli, idmançının, məşqçinin rayona rəhbərlik etməsi kökündən yanlışdır. İndi nə edək ki, zəlzələdən, ya vəlvələdən Asif Əsgərov 20 ilə yaxındır ki, müxtəlif rayonlara, hətta Bakının ən böyük rayonlarına rəhbərlik edir. Amma necə edir..? 
Yuxarıda qeyd etdik ki, Asif Əsgərov yaxşı MƏŞQÇİ-dir. Və rayonların üzərində də sanki MƏŞQ eləyir, özü də RÜŞVƏT və KORRUPSİYA məşqi... Asif Əsəgrovun Nəsimi rayonu ərazisindəki yaşıllıqları məhv etməsi, əraziləri satması barədə ölkə mediasında kifayət qədər yazılıb. Bu adam icra başçısı olandan sonra Nəsimi rayonu ərazisində torpağın 1 sotunun qiyməti 10-15 dəfə bahalaşıb. Asif Əsgərov təkcə iş adamlarından, biznesmenlərdən pul tələb etmir ee...hətta utanıb qızarmadan məmurlardan, millət vəkillərindən də rüşvət tələb edir. 
Bir neçə il əvvəl millət vəkili ( hazırda Milli Məclis sədrinin müavini ) Adil Əliyevin dedikləri yəqin ki, yaddaşlarda qalıb: “İcra başçısı var ki, mənim özümdən bir qapının açılması üçün 30 min manat pul istəyir… Bir icra başçısı məndən, millət vəkilindən bir qapının açılması üçün 30 min manat istəyirsə, gör sadə vətəndaşdan nə istəyir?”. 
Təsəvvür edirsiniz, obyektə bir qapı açmağın qiyməti 30 min manat... İndi görün obyekt tikənlərdən, yüksək mərtəbəli bina tikənlərdən Asif Əsgərov kimilər neçə milyon tələb edir..? Həm də ən dəhşətlisi odur ki, icra başçısı 30 min manatı millət vəkilindən tələb edir. Və... Mediada yazılanlara görə, icra başçısı nə desə yaxşıdır: Mənim də xərclərim var də, ora-bura verirəm, 30 min versin, qapı açsın... 
Bax, indi gördünüzmü, idman müəlliminin, məşqçinin 100-150 minlik rayona rəhbərlik etməsi nə deməkdir. Yenə şair Qabil yada düşür: Dözülməz oluruq biz, Səhv düşəndə yerimiz... Cənab Asif Əsgərov, sənin yerin səhv düşüb...Get ....yerini tap. ...
Bəli, yeri tapmaq ən önəmli məsələlərdən biridir. Amma Asif Əsgərovun ən önəmli məsələsi isə, vəzifə pillələrində iri addımlarla irəlliləməsində ən güclü dayağı olan şəxsdən asılı idi. Bildiyimizə görə, Asif Əsgərovu vəzifədə həmişə irəli çəkən Ramiz Mehdiyev olub. Çünki, Ramiz Mehdiyevin həyat yoldaşı ilə Asif Əsgərovun anası yaxın qohum olublar. Məhz ona görə də, Ramiz Mehdiyev idman müəllimi olan Asif Əsgərovu icra başçısı postuna qədər gətirib çatdıra bilib. Əgər Ramiz Mehdiyev olmasaydı, Asif Əsgərov heç icra nümayəndəsi də ola bilməzdi. Çünki, onun gənc yaşlarında törətdiklərini Samirdən yaxşı bilən yox idi. Əgər həmin məsələlər araşdırılsa, Göyçədə olan "Qazangöl" yada düşəcək.
P.S. Kənddə idman müəlliminə “dombalaq” müəllimi deyirdilər...

22
sentyabr
18:33
Ardını oxu...
 6 223

Əxi Pərviz, Vilayət və Zaur qardaşları, Vüqar, “əmlakçı” Usubov  dəstəsi Qəbələdən Bakıya nə daşıyır..?  
Son 30 ildə Azərbaycanda ən gəlirli  biznes sahələrindən biri, bəlkə də birincisi qara və əlvan metal biznesi olub. Gözünüzün qabağına dağılmış SSRİ-dən qalan zavodları, fabrikləri, kolxozları, sovxozları və oradakı milyon tonlarla  qara və əlvan metalları  gətirin. Biz hələ dəmir yolu və tramvay xətlərinin yüksək keyfiyyətli relslərini demirik.
Təsəvvür edirsiniz, 1 manat xərcləmədən bu boyda mülkiyyəti sök və baha qiymətə xarici ölkələrə sat. Bilənlər bilir ki, OMON-la zamanında metal biznesi ilə məşğul olanların az qala silahlı qarşıdurması olub. Bu sahə ilə o zaman, yəni 1990-cı illərdə ən çox QUSKA ləqəbli sabiq deputat Hüseyn Abdullayev məşğul olurdu. 
Onu da yada salaq ki, sonradan Prezident Aparatında yüksək vəzifə tutan Əli Həsənov o zamanlar QUSKA-nın tərəzi çəkəni idi. Bunu dəfələrlə Hüseyn Abdullayev açıq şəkildə deyib. Daha sonra bu biznesin böyük gəlirini görən, o zamankı spiker Rəsul Quliyev və sabiq Dəmir Yolu İdarəsinin rəisi, sonradan nəqliyyat naziri olan Ziya Məmmədov bu sahəyə əl qoydular, dəmir yolu relslərini sökərək xaricə satdılar. Hətta buna görə, Ziya Məmmədovun həbs olunması üçün Naxçıvan prokuroru sanksiya vermişdi. Ziya Məmmədov bir həftə Ramiz Mehdiyevin bağ evinin qapısında yatandan sonra canını qurtara bildi, amma bu sahəyə Ramiz Mediyevi şərik elədilər. Bəli, o zamandan Ramiz Mehdiyev bu sahəyə əl qoydu, hətta ailə dostu, hazırda həbsdə olan Rasim Məmmədov “Baku Steel Company” şirkətini ələ keçirdi. 
Sözümüzün canı odur ki, Azərbaycanda metal biznesi ən gəlirli və eyni zamanda ən cinayətkar sahədir. Təsəvvür edirsiniz, bir çox nazirlik və komitələr bu biznesin cinayətinə bulaşıb. Təkcə bir faktı qeyd edək. XAMMAL olan metalı MƏHSUL adı ilə ölkədən çıxaranda ayrı-ayrı şəxslər milyonlar qazanır, dövlətin büdcəsi ilə milyonlar itirir. Bu işi isə ancaq Dövlət Gömrük Komitəsi həyata keçirir. Digər bir faktı da qeyd edək. Xəzər Dəniz Gəmiçiliyi, yaxud SOKAR min tonlarla borunu, yaxud köhnə gəmiləri balansdan silib...metal alverçilərinə satırlar. Metal biznesində xeyli sayda cinayətkarlar cəmləşib. 
Təsəvvür edirsiniz, Bakının bütün kənd və qəsəbələrində səhər açılan kimi  “Dəmir alıram...dəmir alıram..” səs-küyü aləmi bürüyür. Metal qəbul məntəqələrində  bir soruşan yoxdur ki, bu qədər metal haradan gəlib, kimlər gətirib.. Bu cinayətkar dəstə son zamanlar hətta elektrik naqillərini, transformatorları, həyətlərdəki kondisionerləri oğurlayıb metal qəbulu məntəqələrinə satırlar. Hətta son bir neçə ay əvvəl ATEF şirkəti ilə İdman Akademiyası arasındakı cinayətkar əlaqə ortaya çıxdı. Bəlli oldu ki, İdman Akademiyası tələbələrinin adına yüz tonlarla metal sənədləşdirib. 
İndi isə keçək əsas mətləbə. Redaksiyamıza daxil olan son məlumata görə, hazırda qara və əlvan metal biznesinin əsas fiqurlarından biri ƏXİ PƏRVİZ-dir. Bu işdə onun əsas ortaqları Vilayət və Zaur qardaşlarıdır. Oğurluq metal qəbulunu bu qardaşlar həyata keçirir. Əxi Pərvizin əsas ortaqlarından biri də Vüqar adlı şəxsdir. 
Yeri gəlmişkən, bu şəxslər PA-nın sabiq şöbə müdiri, vaxtilə QUSKA-nın tərəzi çəkəni olmuş Əli Həsənovun yaxın adamlarıdır. Yəni Əli Həsənov o zamankı əməllərini bu şəxslərin əli ilə bu gün də davam etdirir. Bu şəbəkənin başında isə “əmlakçı” Usubov dayanır. Bu cinayətkar şəbəkə hər gün Qəbələdən Bakıya nə daşıyır..? Bu barədə növbəti yazıda. Bizi izləyin.
P.S. Əgər dövlət büdcəmiz yüksək məbləğdə vəsaitlə dolmaq istəyirsə, bu məsələ Dövlət Ərkanları tərəfindən ciddi şəkildə araşdırılmalıdır.
Ardını oxu...
Bir gün eşidərsiz Rafil də köçdü...Kürdəxanıya...

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov barəsində yazmağa nə həvəs var, nə də maraq...
Sadəcə, onun barəsində yayılan sonuncu informasiya bizi məcbur elədi ki, yenə bu adama bəzi mətləbləri başa salaq. Deməli son məlumata görə, Rafil Hüseynov əkin sahəsini suvarmaq üçün ona müraciət edən Ağdamlı məcburi köçkünə deyib ki... Torpağınız işğaldan azad olunub, rədd olun gedin öz rayonunuza... Və sonra icra başçısının göstərişi ilə Ağdamlı məcburi köçkünə 5 sutka həbs verilib... Su tələb edən Ağdam sakininin sözlərinə görə, torpaq sahəsini suvarmaq üçün Ağcabədi Rayon İcra başçısına şikayət üçün gedib, ancaq onun özünü 5 sutkalıq həbslə cəzalandırıblar: “Ağcabədi rayon Sarıcalı kəndində qardaşımın 5, mənim də 5 hektar bələdiyyə torpağımız var. Müqavilə ilə ildə min manat da vergi veririk. Qarabağ kanalı vasitəsi ilə torpağımızı suvarırdıq. Ağcabədi Rayon Su Kanal İdarəsinin nümayəndəsi Ağayev Ceyhun bizə su vermirdi. Dəfələrlə ona haqsızlıq etdiyini demişəm. Özlərinə məxsus olan torpaqları suvarırlar, ancaq bizə su vermirlər. Bir neçə dəfə də deyib ki, arxamda icra başçısı durur, sənə su verməyəcəm.
Yeri gəlmişkən, Ceyhun Ağayev Sarıcalı kənd icra nümayəndəsi Ağayev Arifin əmisi oğludur”. Şikayətçinin sözlərinə görə, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qəbulda ona “rayonunuz işağldan azad olunub, rədd olub gedin öz rayonunuzu əkin” deyib: “Mən icra başçısından su istədim, dedim ki, torpağım susuzluqdan yanır. Problemləri onun nəzərinə çatdırdım. İcra başçısı məni nəzərdə tutaraq göstəriş verdi ki, ona 5 sutka həbs verin. Dediyi kimi də oldu. Mənə 5 sutka həbs verdilər”.
Fikir verdinizmi, Su kanalın rəisi ilə icra nümayəndəsi əmiuşağı, əmioğludurlar, icra başçısı da bunların dalında dayanıb, yəni rayon bir dəstə adamın əlində əsir-yesirdir. Bəli, məhz əsir-yesir. Əgər belə olmasaydı, Rafil Hüseynov su istəyən vətəndaşa 1 dəqiqədə 5 sutka həbs verdirə bilməzdi.
İkincisi, Rafil Hüseynov məcburi köçkünə deyir ki, rədd ol get öz rayonuna... Onda adamdan soruşarlar ki, sən Ağcabədidə nə ...., sən də get Bərdəyə öz rayonuna... Sən Ağdamlıya deyirsən ki, rədd ol Ağcabədini tərk elə...Bəs sən niyə 30 ildir yapışmısan kreslodan, sən də get də... Masallallıda icra başçısı işləyəndə köhnə qəbristanlığı traktorla dağıdıb obyektlər tikib satdın...Bunu Allah sənə bağışalamayacaq... Ağcabədidə ən münbit torpaqları ələ keçirmisən, Novxanıda 10 milyon dəyərində villan, şəhərin neçə yerində mənzilin və s. Ağcabədidə bütün dövlət qurumlarını, fermerləri aylığa otuzdurmusan... Bir qadın fermer sənə rüşvət vermədiyi üçün həbsxanaya saldırdın... Ağcabədidə şəhidin atasına kəllə atmağın barədə bütün ölkə danışır... Oğlunun əməlləri isə əsl rüsvayçılıqdır, alnınızda qara ləkədir, Rafil Hüseynov... Bütün bunları qoyaq bir kənara... Vallah, incimə bizdən, Rafil Hüseynov. Səni görəndə hamının yadına Aşıq Alının sözləri düşür.. Yetmişi aşırmısan, səksəni xırdalayırsan...Qulaqların eşitmir, gözlərin tor görür, başın əsir...oturanda kreslodan dura bilmirsən...Yəni bu qədər kresloya yapışmısan..? Çıx get, qoy Ağcabədi camaatının canı dincəlsin, sənin əlindən beziblər... Vallah bir az da davam eləsə, Aşıq Alı demişkən, səni köçürdəcəklər Kürdəxanıya... İndi özün seçim elə...
P.S. Bu yaxınlarda sosial şəbəkələrdə Rafil Hüseynovla bağlı bir kadr gördüm. Ay Rafil Hüseynov, artıq idarəçiliyi bacarmırsan, zor deyilki. 
//gundelik-baku.com//

Dünyapress TV

Xəbər lenti