Ardını oxu...
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva barədə ilginc məlumat yayılıb.

Qlobal.az xəbər verir ki, mediada yayılan məlumatda İlhamə Abdullayevanın Abşeron-Xızı Regional Təhsil İdarəsinə müdir təyin olunmasında “Körpü-Bina-Tikinti” şirkətinin rəhbəri Xəlil Göyüşovun mühüm rol oynadığı bildirilir.

Məlumatda onların yaxın qohum olduğu vurğulanır.

Ardını oxu...

“Körpü-Bina-Tikinti” şirkəti körpü və yolların tikintisi ilə məşğul olur.

Hər il dövlətdən yüz milyonlarla birbaşa müqavilələr götürən “Körpü-Bina-Tikinti” MMC hazırda işğaldan azad olunmuş ərazilərdə çalışır.

Qeyd edək ki, İlhamə Abdullayeva Abşeron-Xızı Regional Təhsil İdarəsinə 2020-ci ildə təyin edilib.

Abşeron-Xızı Regional Təhsil İdarəsi ən çox şikayət və qalmaqalları olan müəssisələrdəndir.

Regional idarədə ən böyük qalmaqallardan biri 2013-cü ildə baş vermişdi.

Belə ki, ötən il Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbdə ulu öndər Heydər Əliyevin nərd yarışı keçirilmişdi.

Məktəbin o zaman sosial şəbəkələrdə keçirdiyi tədbiri paylaşması Elm və Təhsil nazirliyində ciddi narazılıq yaratmışdı.

Ardını oxu...
     

Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Səyyad Ağayev Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə bağlı Şirvan İnzibati Məhkəməsinə müraciət etməsi barədə yayımlanan məlumatın detallarını açıqlayıb.

O, Pravda.az-a açıqlamasında deyib ki, 2013-cü ildə Bakı Dövlət Universitetində Prezident yanında Ali Attestasiya Komissiyasının tələblərinə uyğun olaraq “İqtisad üzrə fəlsəfə doktoru” elmi dərəcəsi almaq üçün müdafiə etdiyi “Vergidən yayınma risklərinin modelləşdirilməsi” mövzusunda dissertasiya işi 2019-cu ildə İqtisad Universitetinin magistri Elməddin Əhədzadənin adından magistr işi kimi qeydə alınıb.

"Bundan xəbər tutandan sonra UNEC-nin rektoru Ədalət Muradova yazılı etirazımı bildirdim, dissetasiya işinin plagiat olması barədə şikayət etdim. Rektor mənə cavab verdi ki, iki elmi iş arasında heç bir oxşarlıq yoxdur, məhkəməyə müraciət edin. Hər şey göz qabağındadır, amma rektor bunları görməzlikdən gəldi. Məhkəməyə müraciət etdim və 3 tələb irəli sürdüm. Həmin magistrın dissertasiya işinin ləğvi, mənə dəyən maddi-mənəvi ziyana görə təzminat ödənilməsi və magistrın diplomunun ləğvi. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-50/2023 nömrəli 17 yanvar 2023-cü il tarixli qətnaməsinə əsasən, iddiam qismən təmin edilərək, müəllif hüquqlarımın pozulmasına görə 3000 manat məbləğində kompensasiyanın və 1000 manat məbləğində mənəvi ziyanın əvəzinin cavabdeh Əhədzadə Elməddindən tutulması qət edilib. Əslində, Elm və Təhsil Nazirliyi, UNEC və magistrant birlikdə mənə 70 minə yaxın ödəməli idilər. Artıq cavabdehdən 4000 manat alınaraq mənə ödənilib. Dövlət qərar çıxarsa da, dissertasiya işinin ləğvi tələbini UNEC bu günə qədər yerinə yetirmir. Rektor hər vasitədən istifadə edir, işin ləğvinə maneə olur. Magistrın diplomunun ləğvi məsələsinə Ali Məhkəmədə baxıldı. Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2023-cü il 13 sentyabr tarixli qərarına görə, diplomun ləğvi ilə bağlı ADİU-ya müraciət etməyim bildirildi. Qeyd olundu ki, əks halda, İnzibati Məhkəməyə müraicət etməlisiniz. Ali Məhkəmənin qərarını Ədalət Muradova göndərdim. Lakin cavabı tədris üzrə prorektor Gəray Musayev verdi, işi üzərlərindən atdı. Ümumiyyətlə, Sumqayıt İcra və probasiya şöbəsi də qərarın yerinə yetirilməsində maraqlı deyildi. Dissertasiya işi ləğv edilməlidir axı, buna görə UNEC və icra məmuru birləşərək işi öz aralarında boğurlar. Öz mənafelərini dövlətin qərarından üstün tuturlar. Noyabrda Bakı İnzibati Məhkəməsinə müraciət etdim, yanvar ayında iş Şirvan İnzibati Məhkəməsinə göndərildi. Ötən ay yanvarın 15-də Ədliyyə Nazirliyində oldum, nazirə rəsmi müraciət etdim. Nəticədə, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi işə çox obyektiv yanaşdı. Hazırda Şirvan İnzibati Məhkəməsinin qərarını gözləyirəm. Birinci məhkəmə iclası 2024-cü il mayın 6-na təyin olunub. İş hakim Amiliya Hüseynovanın icraatındadır. Ümid edirəm ki, dissertasiya işi ləğv edildiyi üçün avtomatik diplom da ləğv ediləcək. Çünki qayda belədir. Sadəcə, hakimlər təcrübəyə əsaslanırlar. Azərbaycanda məhkəmə praktikasında isə indiyə kimi plagiatla bağlı heç bir işə baxılmadığı üçün hakimlər necə qərar çıxaracaqlarını bilmirdilər. Hazırda məhkəmələrə ən çox boşanmalar, cinayət işləri ilə bağlı müraciət edilir, plagiat işi üzrə müraciət yoxdur”, - S.Ağayev qeyd edib.

S.Ağayev əlavə edib: “Bir neçə gün öncə UNEC rektoru Ədalət Muradovun öz “Facebok” səhifəsində paylaşdığı statusa şərh yazmışdım. Rektorun ədalətli olacağını güman edərək ona şərh bölməsində fikirlərimi bildirdim. Çox təəssüf ki, Ədalət Muradov dözümsüzlük göstərərək 12 saatdan sonra yazdığım şərhi sildi. Bununla kifayətlənməyib ictimai nüfuzunu, alimliyini nəzərə almadan məni bloka saldı. Halbuki bu, çıxış yolu deyildi. Kimin haqlı, yaxud haqsız olduğuna ədalətlə, vicdanla ictimaiyyət qərar versin. Mən buna sussam, tələbələrim mənə deyərlər ki, müəllim, sizdən oğurluq ediblər, bəs necə haqq-ədalətdən, elmdən-təhsildən danışırsınız? Hər şeyi cənab Prezidentə deməliyik? Bəs sizi rektor nə üçün təyin edib? Bilirlər ki, üz-üzə danışmağa heç bir sözləri, əsasları yoxdur. Zamanım, əsəblərim, pulum gedir. Məhkəmə yollarında qalmışam. Mənim də ailəm, övladlarım qarşısında öz məsuliyyətim var”.

Ardını oxu...
"İnvest.M construction" MMC-yə inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun icraatındadır.

Qeyd: Şirkətin sabiq deputat Əsabil Qasımova məxsus olduğu bildirilir. Mətbuatda yazılan bu fakt təkzib olunmayıb.

Dia-az.info xatırladır ki, bir neçə gün əvvəl yerli KİV-də keçmiş deputatt Əsabil Qasımovun Rusiyaya yatırdığı yüz milyonlarla dollalıq projelər haqda informasiya yayıldı. Hər halda, azad olunmuş ttorpaqlarımıza zərmayə zərurəti olduğu bir şəraidə hansısa aərbaycanlının bu qədər vəsaiti kənar məqsədlərə sərf etməsi haqlı olaraq etirazla qarşılandı. Xüsusən də Əsabil Qasımovun hələ də ölkəmizdə biznesinin qalması və keçmiş deputat olması səbəbindən...
 
Ardını oxu...
"ƏƏSMN və tabeliyindəki qurumların əhaliyə, əlillərə, qazilərə, şəhid ailələrinə Konstitusiyaya zidd vicdansız davranışı, özbaşınalığı son beş-altı ildə pik həddinə çatıb. Pensiyalar düz hesablanmır, mənimsəmə yeminə çevrilib, sosial xidmətlərdən reketliklə imtina edilir, mənzillər rüşvətlə satılır, məcburi köçkünlər mənzillə rüşvət hesabına təmin olunur, amma Bakı qaziləri, əlilləri hələ də mənzilsizdir. 2007-ci ildən qüvvəyə minən “Əmək pensiyaları haqqında” qanunun heç bir maddəsi əlil, şəhid , qazi ailələrinə tətbiq olunmur". Bu barədə dia-az.info-ya göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Məhkəmə təminatı hüququna da elə kobud qadağa qoyulub ki, nə ali dövlət hakimiyyəti, nə hüquq orqanları son qoya bilir. Necə son qoysun, Prezidentdən, 1-ci vitse-prezidentdən, Baş nazirdən, MM rəhbərliyindən, deputatlardan, baş prokurorluqdan, Ali Məhkəmədən, Konstitusiya Məhkəməsindən ... ƏƏSMN rəhbərliyinə göndərilən şikayətlərə cavabı... DSMF-in pensiya təminatı departamentinin müdiri Eyvaz İsmayılov imzalayır, ƏƏSMN və tabeliyindəki qurumlarda Konstitusiyanın qüvvədə olmadığını, rüşvət, korrupsiya özbaşınılığının ən yüksəkdə olduğunu bildirir!(?) Bəyəm Eyvaz İsmayılov ƏƏSM naziri təyin olunub? Nə vaxtdan, bəs bizə niyə deyilməyib?
Olsun, Eyvaz İsmayılov hansı hüquq savadsızlığı ilə bildirir ki, qanunun geriyə qüvvəsi vardır. Zəruri bilgiləndirmə: QANUNUN GERİYƏ QÜVVƏSİ YOXDUR. YALNIZ ŞƏXSİN VƏZİYYƏTİNİ YÜNGÜLLƏŞDİRƏN AKTLARIN QÜVVƏSİ GERİYƏ ŞAMİL EDİLİR. (Ölkənin Ana Qanununun -Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vll hissəsi). DSMF-in departament müdiri-nazir görəvini icra edən Eyvaz İsmayılov bir ildir bildirir ki, qanun dövlətin adından çıxarılan məhkəmə qərarını ləğv edib! Zəruri bilgiləndirmə: MƏHKƏMƏ QƏRARLARI DÖVLƏTİN ADINDAN ÇIXARILIR VƏ İCRASI MƏCBURİDİR; MƏHKƏMƏ QƏRARLARININ İCRA OLUNMAMASI QANUNLA MÜƏYYƏN EDİLMİŞ MƏSULİYYƏTƏ SƏBƏB OLUR. (Ölkənin Ana Qanununun- Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsi) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsini “yeni nazirin” diqqətinə çatdırmağa ehtiyac varmı? Özü də öyrənə bilər ki, vəzifəli şəxsin məhkəmə qərarının icrasını həyata keçirməməsi neçə il müddətinə dəmir barmaqlıqlar arxasında cavab verməyə gətirir.
Eyvaz İsmayılov 13.05.2022 tarixli qanunla “Əmək pensiyaları haqqında” qanuna əlavə olunan 37.3.2-1 maddəsinin də qulluq stajına görə pensiya alan qazi , şəhid ailələrinə öləndən sonra (?) tətbiq ediləcəyini bildirib. Sözügedən maddəyə görə, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası alan qazi, şəhid ailələri İŞLƏMƏYƏ DAVAM EDƏRLƏRSƏ, əlilliyə və ya yaşa görə işləməyən KATEQORİYAYA keçəndə pensiyaları MÜRACİƏTLƏRİ ƏSASINDA yenidən yığılan pensiya kapitalına, sığorta haqqına, iş stajına uyğun yenidən hesablanır. Pensiya filialı və Eyvaz İsmayılov isə bu maddəni müraciət edən qazi, şəhid ailələrinə tətbiq etmir ki, işi davam etdirirlər. (?) Qanun elə işi davam etdirənlərin pensiyalarının yenidən hesablanmasını doğrulayır də, işi davam etdirməyənlərin axı pensiya kapitalı olmur! Rüşvət, korrupsiya, pensiya mənimsənilməsi o həddə çatıb ki, bu yekəlikdə ƏƏSMN tabeliyində DSMF, onun qurumları “işləməyən kateqoriya” anlayışını “işi dayandırmaq” kimi anlayırlar. Anlatmaq yerinə düşər ki, birincisi, heç kəs ölənəcən işi dayandırmır, belə çıxır, öləndən sonra pensiyasına işi davam etdirməsinə görə əlavə hesablanacaq? İkincisi, bəs adi pensiya alan müəllimlərin, həkimlərin və s. pensiyaları 6 ildən bir avtomatik qaydada necə yenidən hesablanır, onlara işi davam etdirmələrinin pensiyalarını yenidən hesablamağa imkan vermədiyi bildirilmir? Açıq qərəz, ayrı-seçkilik göz önündə deyilmi?
ƏƏSMN rəhbərliyinin tam heyətlə beynəlxalq hüquq doktorları olmasını bir qırağa qoyaq, DSMF-də Konstitusiyaya zidd yaradılan MƏHKƏMƏ FİLİALININ-39 SAYLI VƏKİL BÜROSUNUN da Konstitusiyadan xəbəri yoxdur? Olduqca ritorik sualdır, olsaydı, məhkəmələrə rüşvət verib Konstitusiyanı qüvvədən salmazdı ki! Olsaydı , vəkillərin dövlət qulluqçusu olması da olmazdı ki! Hüquq korluğuna, nihilizmə, özbaşınalığa , məmur azğınlığına baxın, onlarla illərdir dövlətin adından çıxarılan, məcburi icra olunmalı olan qanunların, məhkəmə qərarlarının icrasına sıradan məmur qadağa qoyur və bu qadağanı Ombudsman, PA, NK, MM, hüquq orqanları Konstitusiya aktı kimi qəbul edir!(?)
ƏƏSMN-in, tabeliyindəki qurumların rüşvəti, korrupsiyanı, özbaşınalığı Konstitusiyadan üstün tutması nə qədər sürəcək? Ritorik sual deyil, cavab tələb edir!"
 
 
 
Ardını oxu...
TEREF QHT sədri Mətanət Əskərqızınəın paylaşdığı statusu oxuculara təqdim edir:
"Metanet Askerqizi сейчас в замешательстве с Sabira Mahmudova и
Hələ belə axmaq məmura rast gəlməmişəm... Söz verdiyim kimi QHT Agentliyinin icraçı direktorunun mənə də gəlib çatan səs yazısından birini paylaşıram.
Digərlərini etika xatirinə yaymıram. Öz rəhbərliyini təhqir ifadələri olan səsi mən yaya bilmərəm. Amma aidiyyəti qurumlar istəyərsə təqdim edərəm. Bu artıq mənəviyyat məsələsidir.
Bu səs yazısında adam konkret olaraq etiraf edir ki, bizi yoxlasalar yarım milyon taparlar. İstəsələr taparlar bəli , yəni arxayındır ki, yuxarılar istəmir))
İndi mənə maraqlıdır ki, yaxasını Agentlik üçün cıran media və QHT rəhbərləri nə yazacaq? Cavabı sadədir. Bu adamı himayə edənlər səslənən məbləğlərə şərikdirlər, əks halda bu məsələlər çoxdan həll olunmuşdu.
Səs yazısında QHT-ləri aşağılayan ifadələrə gəldikdə isə, bəlkə də düz deyir. Qrant üçün vicdanını satan bəziləri həqiqətən ömür boyu layihə pulunu qırmaqla məşğuldur. Görün sizin haqqınızda nələr düşünülür, siz isə ....
Buradan Azay Quliyevə də səslənirəm. Bir dəfə səlahiyyətiniz çatanda həmin adamdan soruşun ki, sizin gizli videolarınızı niyə çəkib ora-bura ötürüb? Hamını düşmən etməklə, yalandan onun bunun arasını vurmaqla nə əldə etmək istəyib?
P.S Digər mehriban düşmən heç sevinməsin,onun da hərələklərindən xəbərdarıq! Ardı var!!!"
Ardını oxu...
Xırdalanda fəaliyyət göstərən şərab zavodu "A+CO" Açıq Səhimdar Cəmiyyətinin (ASC) ümumi məbləği 48 milyon manat olan vergi borcu ilə bağlı məhkəmə qərar verib.

Qaynarinfo-nun məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən ASC-nin baş ofisində aparılan yoxlama zamanı müəssisənin fəaliyyətində "qara mühasibatlıq" aşkarlanıb. İdarənin 60 nəfərlik heyətlə apardığı əməliyyat tədbirləri zamanı ASC-də istismar olunan kompyuterlərdən 40,7 GB həcmində bir ədəd elektron yaddaş qurğusunda olan elektron fayllarda 2019, 2020, 2021 və 2022-ci illərə aid olan satış əməliyyatlarını əks etdirən məlumatlar və əmək haqqı barədə informasiyalar götürülüb. Nəticədə ASC-nin baş mühasibi Həsənzadə (Şahbazlı) Nataşa Telman qızı tərəfindən vergidən yayınma sxemi qurulması aşkarlanıb.
Ardını oxu...
Buna uyğun olaraq idarə tərəfindən "A+CO" ASC-yə ümumilikdə 31.240.810,41 manat vergi və 15.683.801,20 manat vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası hesablanıb.

Məhkəmədə "A+CO" ASC-nin nümayəndəsi idarə tərəfindən şirkətə tətbiq edilən vergi borcunun əsassız olduğu bildirib. Bildirib ki, vergi orqanı tərəfindən tətbiq olunan borc ASC-nin fəaliyyətini iflic edəcək və fəaliyyətinin tamamilə dayandırılmasına səbəb olacaq. Bu isə ASC-də çalışan 798 nəfərin öz iş yerlərini itirməsinə gətirib çıxaracaq.
Ardını oxu...
Dövlət Vergi Xidmətinin nümayəndələri isə "A+CO" ASC-nin vergi borcunun silinməsinə dair iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edib.

Sumqayıt İnzibati Məhkəməsinin hakimi Ceyhun Məmmədovun sədrliyi ilə keçirilən məhkəmədə Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin ASC-yə hesabladığı vergi borcu barədə qərarı ləğv edib. Yalnız maliyyə sanksiyası hissəsindən 8552,31 manatın ASC tərəfindən Dövlət Vergi Xidmətinə ödənilməsinə qərarı verilib.
Ardını oxu...
Qeyd edək ki, şirkətin qanuni təmsilçisi Qasımov Xanoğlan Məsim oğludur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin saytında VÖEN üzrə sorğu verdikdə "A+CO" ASC-nin 48.362.968,02 AZN borcu olduğu üzə çıxır.

Onu da bildirək ki, bir neçə ay əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən "A+CO" ASC-də (Xırdalan Şərab Zavodu) keçirilən yoxlama zamanı pozuntular aşkarlanıb. Şirkətə İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi) ilə ittiham irəli sürülüb.
Ardını oxu...
Xatırladaq ki, 2019-cu ilin noyabr ayında "A+Co" Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrildiyini elan edib. "A+Co" MMC 22 dekabr 1997-ci ildə təsis olunub. Şirkətin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev, ev 121-dir. Şirkət şərab, konyak, digər alkoqollu və alkoqolsuz içkilər istehsal edi
Ardını oxu...
Şirkətin Sumqayıtdakı yanacaqdoldurma məntəqəsində zavod buraxılış bakının tutumu 70 litr olan avtomobilə 84 litr benzin necə vurulub?

Dəfələrlədir bu məzmunda şikayətlərə rast gəlirik. Lakin nə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (adı o qədər uzundur, amma fəaliyyəti sıfır) monitorinq aparıb tədbir görür, nə də "Socar Petroleum" QSC-nın rəhbəri Abdulla Tağıyev bu hallara qarşı barışmaz mübarizə aparır. Bəs nə vaxta kimi bu belə davam edəcək?

***

Bu cür cavabsız suallardan, daha doğrusu, hadisələrdən biri Sumqayıt şəhər sakini, məcburi köçkün Nazim Orucovun başına gəlib. Şikayətçinin «Təzadlar» qəzeti redaksiyasına göndərdiyi şikayətini aşağıda təqdim edirik. Lakin bu şikayəti dərc etməmişdən əvvəl "Socar Petroleum" QSC-nın rəhbəri Abdulla Tağıyevin münasibətini öyrənmək üçün QSC-nin rəsmi elektron poçtuna göndərdik. Cavab verilmədiyindən və münasibət bildirilmədiyindən ictimailəşdirməli olduq.

Şikayətçi N.Orucovla da əlaqə saxladıq. O, qəzetimizə geniş açıqlama verərək şikayət ərizəsində yazdıqlarını təsdiqlədi.

zapravka

Beləliklə, şikayətçi yazır: ««Hörmətli «Təzadlar» qəzetinin rəhbərliyi. Bildirirəm ki, 28.02.2024-cü il tarixdə, saat 21:55-də AZ5000, Sumqayıt şəhəri, Bakı-Quba yolu, ev-28-ci km, sağ tərəf ünvanında yerləşən "Socar Petroleum" QSC-nın yancaqdoldurma stansiyasındakı 1 saylı pompanın 4 №-li tapaçasından idarə etdiyim 90 ZM 625 dövlət nömrə nişanlı «Mersedes 270 ML CDİ» avtomobilinin yanacaq çənini tam doldurmaq üçün sifariş verdim. Qeyd edim ki, 2001-2005-ci illərdə istehsal olunmuş bu avtomaşınların yancaq çənin tutumu zavod sənədlərində 70 litr təşkil edir. Yəni, zavod buraxılışında belədir, çən dəyişdirilməyib (Benzin vurularkən avtomobilin spidometrində 594 km yol qət etdiyim qeyd olunmuşdur). Təxmini hesablamalarıma görə, çəndə ən azı 8-10 litr yanacaq qalmalı idi, avtomobilin yancaq çəninə isə 60-62 litr yancaq vurula bilərdi. Ancaq pompanın sayğacında bu rəqəmin 83.75 litr olduğu qeyd edildi. Mən təəccüm qaldım və bu hadisə ilə bağlı «Socar- Petroleum" QSC-nın qaynar xəttinə zəng etdim, şikayətimi bildirdim. Aradan 1 saat keçməmiş həmin yancaq doldurma stansiyasının rəisi kimi özünü təqdim edən şəxs (adını unutmuşam) zəng edərək yancaqdoldurma stansiyasında yerləşən bütün pompalar və pistoletlərin Azərbaycan Respublikası Standartlaşdırma İnstitutunun mütəxəsissləri tərəfindən yoxlanıldığını, pompaların dövlət tərəfindən verilmiş menzurkalarla yoxlanıldığını, plomblandığını dedi. Sonda isə «Ona görə də bizim heç bir günahımız yoxdur…», -deyə bildirdi.

Hörmətli redaksiya! Mən ona sual verəndə ki, bəs necə olur 70 litr həcmə malik yancaq çəninə, özü də hələ bir içərisində ən azı, orta hesabla 8-10 litr yancaq olduğu halda, çənə 83,75 litr yancaq vurulur??? Sualım cavabsız qaldı. Odur ki, yuxarıda qeyd edilən məsələnin tərəfinizdən araşdırılmasını və bu məlumatların ictimailəşdirilməsini Sizdən xahiş edirəm. Sizə inanır və güvənirəm, obyektivliyinizdən, prinsipiallığınızdan məlumatlıyam.

Onu da deyim ki, mən artıq məhkəməyə sənədlər hazırlayıram və vəkillə müqavilə də bağlamışam, "Socar Petroleum" QSC-nın rəhbəri Abdulla Tağıyevi məhkəməyə verməyə hazırlaşıram. Qoy məhkəmə avtomobilimin çəninin ekspertizadan keçirilməsini təmin edərək yanacaqdoldurma məntəqəsində mənə verilən qəbzlə onun tutumunu müqayisə edərək vurulmuş maddi və mənəvi ziyanı ödətdirsin…».

Məsələ ilə bağlı "Socar Petroleum" QSC-nın saytında olan həm elektron poçtuna sorğu göndərdik, həm də 0125700901 telefon nömrəsinə zəng vurduq. Hələki nə telefona, nə də elektron sorğuya savab verilib.

Mövzuya qayıdılacaq.

«Təzadlar»ın Araşdırma Qrupu
 
 
 
Ardını oxu...
TEREF yazır ki, sosial şəbəkə fəalı Hüseyn Həsənli Əhmədli qəəbəsi, Gəncə prospekti 105- də yerləşən və sakinlərin vəsaiti hesabına səliqə sagmana salınıb uşaqlar və böyüklər üçün istrahət yerinə çevrilən idman meydançası və istirahət parkının dağıdılaraq hasara alındığını yyazır.
Nə baş verdiyini Hüseyn bəy belə təsvir edir:
"Huseyn Həsənli
3 мин. ·
Bakı şəhəri, Əhmədli, Gəncə prospekti 105.
Dünənə qədər bu gördüyünüz ərazidə - binalarla əhatələnmiş ərazidə uşaqların futbol oynadığı balaca meydança, söhbətləşmək üçün üstü bağlı oturacaqlar, yelləncəklər, güllər və ağaclar var idi. Hamısı da ətraf binaların sakinlərinin şəxsi vəsaiti və təşəbbüsü hesablna qurulmuşdu.
Dünən 1 günün içində polis müşaiətində hamısını dağıdıb hasarladılar. Alparslan səgər tezdən pəncərədən baxıb dedi: "ata bit buranın 2 gün əvvəlki halına bax, bir də bu günkü halına bax".
Hələ nəyəsə irad bildirməyə tələsmirəm. Gözləyək görək köhnə parkın yerində nə yaradırlar. Bilmək olmaz, bir də gördün qəşəng və səliqəli park zad saldılar. Görək."
TEREF aidiyyatlı oranların buna aydınlıq gətirəcəyini gözləyir!
TEREF
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Ramin Abdullayevdən bezən gəncəlilər ədalət axtarışında: “Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədri Ramin Abdullayevin adı gələndə, Axundovun “Hekayəti-xırs quldurbasan” komediyası yada düşür. Amma əsərdə Tarverdi sevgiyə görə oğurluğa göndərilir. Ramin Abdullayev isə dövlət büdcəsini çırpışdırmaqdadır”, – mərkəz sədrindən şikayət edən gəncəlilər belə deyirlər.

Onlar deyirlər ki, 200 il üstündən keçsə də, görünür, Axundovun obrazları indi ayrı-ayrı kabinetlərdə, kreslolarda peyda olmaqdadır.

“Adı ictimaiyyətə o qədər də tanış olmayan Ərazi Tikinti Planlaşdırma Mərkəzini kimdən soruşsan, bilməyəcək. Sədri Ramin Abdullayevi də çətin ki tanısınlar. Lakin bu qurum və onun padşah kimi özünü aparan sədri dövlətin pulunu dədə malı kimi xımır-xımır mənimsəməkdədir”, – deyə məlumatda qeyd olunur.

Qurum rəhbərindən şikayət edən vətəndaşların video-müraciətindəki faktlar bunu aydın göstərir:

“Deyə bilərsiniz ki, bəs bunu necə bacarır? Faktlar bizdən, dinləmək sizdən. Əvvəla, Ramin Abdullayev gözəgörünməz bir qüvvə kimi ortalıqda dolaşmaqdadır. Onların sözlərinə görə, mərkəz sədri işini elə qurub ki, çox da diqqət cəlb etməsin. Əslində isə vətən müharibəsində zərər çəkmiş ev və obyektlərin bərpasını dövlət üzərinə götürmüş və bu işlərə xərclənməsinə görə milyonlarla maliyyə vəsaiti ayrılıb. Bu işlər də Arxitektura və Şəhərsalma Komitəsinin nəzdində mövcud olan Ərazi Tikinti Planlaşdırma Mərkəzinə tapşırıb.

Amma 4 il keçməsinə baxmayaraq ayrılan milyonların hara getdiyi məlum deyil. Əsas da Gəncə şəhərindəki 700-dən çox zərər görmüş, ya da məhv olmuş tikili hələ də öz aqibətini gözləyir.

Ramin Abdullayev bu işlərə heç bir reaksiya vermir. Bu işlər Ramin Abdullayevin keçirdiyi şifahi tenderlər yolu ilə özünə yaxın olan “Konqo” və “Parlaq” şirkətlərinə həvalə olunub.

Hər iki şirkət üç il ərzində dövlət büdcəsini talan emtəkdən başqa iş görməyib. Bu korrupsiyanın başında Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədri Ramin Abdullayevin dayandığı bildirilir.

Eyni zamanda, Qarabağda gedən tikinti işlərinin böyük hissəsi Şəhərsalma Arxitektura Komitəsinin nəzdindəki Ərazi Tikinti Planlaşdırma Mərkəzinə həvalə olunub.

Qanuni tender keçirməyən Ramin Abdullayev aparılan bərpa və tikinti işlərini öz havadarlıq etdikləri, ya da qeyri-rəsmi ortağı olduqları şirkətlərə həvalə etməkdən çəkinməyib.

Bütün bunlar göstərir ki, Axundovun qəhrəmanı Ramin Abdullayevdən daha səmimi olub. Əksinə, Mərkəz sədri daha çox Səlim Müslümova, Vilyam Hacıyevə oxşayır. Yəni Mərkəz sədri bu personajların yanına da gedə bilər. Sadəcə, bir araşdırma, bir yoxlama yetər…”(Arqument.az)
 
 
 
Ardını oxu...
Məlum olduğu kimi, dövlət qurumlarının müxtəlif xidmətlərin və malların satınalmalarını tender və kotirovka sorğuları yolu ilə həyata keçirməsi qanunla mütləqdir. Bunun üçün qəbul olunmuş xüsusi qanunlar da mövcuddur. Lakin son illər dövrü mətbuatda satınalma prosedurları ətrafında dolaşan məlumatlar dövlət satınalmaları zamanı çoxsaylı qanun pozuntularına yol verildiyini deməyə əsas verir. Burada daha çox keçirilmiş tender və kotirovka sorğuları üzrə bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verilir, podratçıların maddi-texniki bazası və ixtisas göstəriciləri bir çox hallarda nəzərə alınmır, bağlanmış müqavilələrdə qiymətlər süni şəkildə şişirdilir, bir-iki aydan sonra isə şirkətlər ləğv edilir.
Səhiyyə Nazirliyinin tabeliyində olan Professor Gindes adına Uşaq və Gənclər üçün Vərəm Sanatoriyası tərəfindən 2023-cü ildə tibb ocağının gündəlik tələbatının ödənilməsi məqsədi ilə 13 satınalma müqaviləsi bağlanılıb. Onların hamısına toxunmayacıq. Amma Vərəm Sanatoriyası tərəfindən bağlanılmış bir neçə satınalma müqaviləsi var ki, burada saxtakarlıqlara yol verildiyi açıq aydın görsənir.
Sanatoriyanın digər malların satınalınması üzrə “AZNEX-CO” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 21.042,5 manat məbləğində satınalma müqaviləsinin bağladığı 23.01.2024-cü il tarixdə açıqlamışdır. Amma şərtlərə görə kotirovka sorğusu müsabiqəsi 19.10.2023-cü ildə başlamalı 31.12.2023-cü il tarixdə bitməli olub. Maraqlıdır, Vərəm Sanatoriyası artıq başa çatmış kotirovka sorğusunun nəticələrini nə üçün bir ay sonra açıqlayıb? Qeyd edək ki, Vərəm Sanatoriyası “AZNEX-CO” MMC ilə daha bir satınalma müqaviləsi də mətbəə mallarının satınalınması üzrə bağlayıb. Bu kotirovka üzrə isə 17.479,5 manat məbləğində müqavilənin bağlanıldığı 13.10.2023-cü ildə açıqlanıb.
Göründüyü kimi Vərəm Sanatoriyası MMC ilə ümumi olaraq 38 522 manat müqavilə bağlayıb. Amma Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyicisi barədə məlumatlarda “AZNEX-CO” MMC-nin artıq ləğv edildiyi göstərilir. 05.11.2022-ci ildə dövlət qeydiyyatına alınmış MMC-nin qısa zaman içində nədən ləğv olunduğu bir çox şübhələrə yol açmırmı?
O cümlədən Vərəm Sanatoriyasının mətbəə mallarının satınalınması üzrə “FASTON QRUP” MMC-nin də Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyicisi barədə məlumatlarda artıq ləğv edildiyi göstərilir. Sanatoriya bu MMC ilə santexnika, elektrik və digər texniki vasitələrin və xidmətlərin satınalınması üzrə 34.022,6 manat məbləğində satınalma müqaviləsinin bağladığını 13.09.2023-cü il tarixdə açıqlayıb. 14.12.2022-ci ildə dövlət qeydiyyatına alınmış bu MMC-nin də qısa zaman içində nədən ləğv olunduğu suallar doğurmurmu?
Uşaq və Gənclər üçün Vərəm Sanatoriyası dekorativ bitkilərin, uşaqlar üçün idman və əyləncə inventarlarının alınması və quraşdırılması işlərinin satınalınması üzrə müqavilə bağladığı “TRİTON-22” MMC də ləğv edilib. Sanatoriya bu MMC ilə dekorativ bitkilərin, uşaqlar üçün idman və əyləncə inventarlarının alınması və quraşdırılması işlərinin satınalınması üzrə 39.239,4 manat məbləğində satınalma müqaviləsi bağladığını 30.08.2023-cü il tarixdə açıqlayıb. Dövlət Vergi Xidmətinin məlumatlarda 13.05.2022-ci ildə dövlət qeydiyyatına alınmış bu MMC-nin də vergi ödəyicisi kimi ləğv edildiyi göstərilir.
Vərəm Sanatoriyasının şüşələrin yuyulmasının satınalınması üzrə müqavilə bağladığı “EVSEN-CO” MMC də ləğv edilib. Bu kotirovka sorğusu üzrə isə 18.767 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 30.08.2023-cü il tarixdə açıqlanıb. 14.12.2022-ci ildə dövlət qeydiyyatına alınmış bu MMC-nin də vergi ödəyicisi kimi ləğv edildiyi göstərilir.
Sanatoriya müalicə və tədris alan həssas təbəqəyə aid uşaqlar, həmçinin inzibati işçiləri üçün bioloji təmiz və keyfiyyətli standartlara uyğun yuyucu, təmizlik və idarədə istifadə olunan digər vasitələrin (malların) satınalınması üzrə 46.284,64 manat məbləğində satınalma müqaviləsinin “EVOLUTION CONSTRUCTION AND SUPPLY” MMC ilə bağladığını 06.05.2023-cü il tarixdə açıqlayıb. Dövlət Vergi Xidmətinin məlumatlarında 30.08.2022-ci ildə dövlət qeydiyyatına alınmış bu MMC-nin də vergi ödəyicisi kimi ləğv edildiyi göstərilir.
Vərəm Sanatoriyası texniki suyun daşınması üzrə kotirovka müsabiqəsinə 20.02.2023-cü ildə başlayıb. “OPPONENT-2019” MMC ilə 39.601 manat məbləğində satınalma müqaviləsi bağladığını 15.04.2023-cü il tarixdə açıqlayıb. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi isə MMC-ni 18.05.2023-cü ildə riskli vergi ödəyicisi olması barədə qərar qəbul edib.
Göründüyü kimi Professor Gindes adına Uşaq və Gənclər üçün Vərəm Sanatoriyası tərəfindən 2023-cü ildə keçirilmiş satınalmaların bir çoxunun qalibi olan MMC-lər qısa bir müddətdən sonra ləğv edilib. Bu da bu MMC-lərin dövlət vəsaitlərini silmək, mənimsəmək üçün yaradıldığını deməyə əsas verir. Bir şübhəl məqam da bu MMC-lərin qanuni təmsilçiləri ilə bağlıdır. Onlar vətəndaşlıq almış xaricilərdir. “AZNEX-CO” MMC -nin qanuni təmsilçisi SULAIMANOV ARPIDIN AKHMATOVICH, “FASTON QRUP” MMC – NURLAN AKBAROV NURGAZIEVICH, “TRİTON-22” MMC – REJABALI OROLOV, “EVSEN-CO” MMC – ISMOIL ORTIQOV
Qeyd edək ki, Professor Gindes adına Uşaq və Gənclər üçün Vərəm Sanatoriyasının əsaslı təmiri və quraşdırılması bir neçə il öncə baş tutub. Bunun üçün hələ 2019-cu ildə Prezidentin sərəncamı ilə Səhiyyə Nazirliyinə 11 468 300 manat ayrılmışdır. Buna baxmayaraq hərtərəfli təmirdən yeni çıxmış Vərəm Sanatoriyası müxtəlif xidmətlərin satınalmasına hər il külli miqdarda dövlət vəsaiti ayırır. Rəsmi dövlət qurumlarının məlumatlarından da göründüyü kimi birdəfəlik, saxta MMC-lər vasitəsi ilə. Və bütün bu qanunsuzluqların başında isə Sanatoriyanın baş həkimi Rəşid Bədəlov durur.
Elektron medianın yaydığı məlumatlara görə baş həkim Rəşid Bədəlov əvvəllər Səhiyyə Nazirliyində çalışıb. Burada sabiq nazir Oqtay Şirəliyevin ən yaxın adamlarından biri kimi tanınıb. Professor Gindes adına Uşaq və Gənclər üçün Vərəm Sanatoriyasına isə 2019-cu ildə təmirə başlamazdan bir neçə ay əvvəl baş həkim təyin edilib. Bu isə o deməkdir ki, sabiq nazir təmirə ayrılmış 11 milyon manatı yaxın adamı, Rəşid Bədəlovun vasitəsi ilə xərclədiyi iddia edilir.

Əyalətmedia.az
 

Dünyapress TV

Xəbər lenti