Ardını oxu...
Bildiyimiz kimi, Coşqun Əliyev ötən ilin dekabrından Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiridir. Ancaq nə qədər təəccüblü görünsə də, onun tədrislə heç bir əlaqəsi yoxdur, hətta lazımi təhsili belə yoxdur. Sadəcə olaraq, hazırda ona uyğun başqa vəzifə tapılmayıb və o, rayon təhsil şöbəsinin müdiri təyin edilib.
O, məşhur korrupsioner Vidadi Əliyevin oğludur. İndi ata təqaüdə çıxdığına görə dələduzluq estafeti oğlu qəbul edib.
Vaxtilə Coşqun Əliyev Bakıdakı parkinq biznesi ilə məşğul olub, qanunsuz olaraq parkinq üçün pul tələb edib.
Xatırladaq ki, saysız-hesabsız mülkləri, milyonlarla kapitalı olan Vidadi və Coşqun Əliyevlər bölgəsində ən böyük pomidor və xiyar istixanalarına sahibdirlər, bu istixanalarda yetişdirilən pomidor və xiyar əsasən Rusiyaya ixrac olunur. Oğul atadan heç nə ilə geri qalmır. Bundan başqa, onların ailəsinin Bakı, İsmayıllı və Bərdə rayonlarında milyonlarla dəyəri olan obyektləri də var.
Coşqun Əliyevin o qədər çox biznesi, pulu olanda belə bir sual yaranır, rayon təhsil şöbəsi onun nəyinə lazımdır, amma cavabı göz qabağındadır. O, vəzifə səlahiyyətlərindən istifadə edərək, əlaqələri sayəsində biznesini genişləndirəcək. Həm də təhsil sektorundan da külli miqdarda pul “qazanmaq” olar. Təhsilin inkişafı, məktəbin abadlığı onun nəyinə, Coşqun Əliyevin daha “ciddi” işləri var.
Məhz belə rəhbərlərin ucbatından məktəblərimiz, uşaq bağçalarımız çox bərbad vəziyyətdədir, təhsil sahəsində isə ciddi uğurlarımız yoxdur və ancaq geriyə doğru gedirik.
Palitra səhifəsi
TEREF blogunun səhifəsi hamının üzünə açıqdır!
Ardını oxu...
"Qarasu Əməliyyat Şirkəti" (QƏŞ) işçiləri İnsan Resurları şöbəsinin rəis Fərid Əliyevdən şikayət edir və onu vəzifə səlahiyyətlərini aşmaqda da günahlandırırlar. QƏŞ-n rəhbəri isə Rustem Robertoviç Gaifullindir. İşçilərin yazdığına görə, Fərid Əliyev həm "Qarasu" ƏŞ, həm də də Şirvan Oyl ƏŞ-nin kadrlar üzrə rəhbəri vəzifəsini daşıyır. Yəni hər iki şirkətdə eyn vəzifədə çalışır".

Mia.az xəbər verir ki, bunu Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı sosial media hesabında yazıb.

O daha sonra QƏŞ-in işçilərinə istinadla yazır ki, Qarasu Əməliyyat Şirkətində son 3 ildə 900 nəfərə yaxın isçi heyəti olsa da, onlardan 200-ü ixtisara salınıb:

"Hazırda işçi sayı 700 altındadır. Ötən illəri götűrsək, hasilatda elə bir ciddi əeyişiklik olmayıb, ancaq cıxarılan işçilərin yerinə işçi quvvəsi cəlb edilməyib. Son illərdə műtəxəssislərin incidilərək işdən uzaqlaşdırılması neticəsində bu gűn "QƏŞ" SOCAR tərəfindən qoyulan ohdəliyi - planı yerinə yetirə bilmir. İş ora gəlib cıxıb ki, műtəxəssislərin yerinə heç bir təhsili olmayan, hətta texniki təhsili belə olmayan qeyri-peşəkar insanları, yűksək əmək haqqı ilə müəyyən "hörmət" műqabilində vəzifə verirlər (təhsili olmayan, amma vəzifədə olanların adları və vəzifə őhdəliklərini gőndərə bilərik).

Sahələrdə işçi qűvvəsinin çatışmazlıgı nəticəsində bir işciyə 2-3 işçinin işi yűklənərək alçaldılmış şəkildə işlədilir. Burada heç də bu yuxarıda sadaladiğım nöqsanlar ruslar tərəfindən deyil, yerli kadrlar və digər yerli idarəetmə orqanlarında çalışan azərbaycanlılar tərəfindən edilir. Son 3 ildə 100-ə yaxın işçinin əmək haqqı dərəcəsi kəsilmişdir, 30 ildən artıq əmək fəaliyyəti ilə məşqul olan işçilərin dərəcələri 5-ci dərəcədən 3-cű dərəcəyə salınıb. Bu da őz nővbəsində haqlı narazılıqlar yaradır".

Komitə sədri yazır ki, dővlət orqanlarına, Ali Baş komandana şikayət edən işçilər hədələnir və ya qərəzli şəkildə cəzalandırılır: "Yuxarıdakılara misal olaraq onuda gőstərə bilərəm ki, Ali Baş komandana şirkətdən şikayət olunduğu űçűn bəzi işçilərin (Adlar qeyd olunub, lakin dəqiqləşdirə bilmədiyimiz üçün yazmadıq -Mia.az) əmək haqqı kəsildi, vəzifələri aşağı salındı. Maraqlı məqam ordadır ki, işçilərin maaşları kəsildiyi halda kadrlar şöbəsinin rəisi və onun həyat yoldaşının aylıq əmək haqqı birlikdə 10 000 (on min) manatdan yuxarıdır...".

Məlumatda o da deyilir ki, işsizliyin bőyűk bir problem olduğu Şirvan şəhərində Fərid Əliyevlə Vűsal Quliyev həm "Şirvan Oil"də , həm də "Qarasu Əməliyyat Şirkəti"ndə eyni vəzifəni tuturlar...

Mia.az qeyd edir ki, şikayət məktibunda bir çox maraqlı iddialar da yer alıb. Bu və ya digər məqamlarla bağlı aarşdırma və dəqqləşdirmələrimiz davam edəcək.
 
Ardını oxu...
Bakı şəhəri, Nizami küçəsi, ev 53, mənzil 41-də yaşayan Amanova Kəmalə Balaş qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş nazir Əli Əsədova, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova, Birinci vitse-prezidentin katibliyinin rəisi Altay Məmmədova, İqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət edən şikayətçi 2015-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi tərəfindən törədilmiş cinayət hadisəsi barədə məlumat verir:

“Hörmətli Prezident!

Hörmətli Mehriban xanım!

Bildirirəm ki, 1988-ci ildə Bakı şəhəri, Hövsan qəsəbəsi, “İnturist” Bağçılıq Yoldaşlıq Cəmiyyətinə aid olan ərazidə tikilmiş 3/1294 nömrəli bağ evini almışam. Bağ evi 1993-cü ildən istifadəmdədir. 2005-ci ildən isə evi özəlləşdirmişəm. Sözügedən Bağ evinə Bakı şəhəri İcra Hakimiyyətinin Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən BM seriyalı, 002771 №li QEYDİYYAT VƏSİQƏSİ (kupça) verilmişdir. Xüsusi mülkiyyətimdə olan bağ evinə dair bütün hüquqverici və təsdiqedici sənədlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində saxlanılır.
Ardını oxu...
Kərəm Həsənov

Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Yaxın keçmişdə məlum olmuşdur ki, istifadəmdə və xüsusi mülkiyyətimdə olan sözügedən bağ evimin altındaki torpaq sahəsi 2015-ci ildə qanunsuz olaraq, başqa bir şəxsin adına özgəninkiləşdirilmişdir. O dövrdə Əmlak Məsələri Dövlət Komitəsinin sədri Kərəm Həsənov olmuşdur. Bu cinayət həmin vaxt ƏMDK-nin rəhbərliyndə yer alan və hal-hazırda da ƏMDX-nin sədr müavini vəzifəsində işləyən Rüstəm Şahbazov tərəfindən törədilmişdir.

Xüsusilə vurğulamaq istəyirəm ki, Rüstəm Şahbazov bir qrup qanunsuz quruplaşmalarla qabaqcadan əlbir olaraq, törədilmiş və başa çatdırılmış bu cinayətin üstünü ört-basdır etmək və izi itirmək məqsədilə, sonradan həmin torpağa dair bir neçə dəfə özgəninkiləşdirmə əməliyyatı aparmışdır.

Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Bir daha qeyd edirəm ki, bu cinayət o dövrdə Əmlak Məsələləri Dövlət Komitəsində sədr müavini vəzifəsində işləyən Rüstəm Şahbazovun rəhbərliyi və təşkilatçılığı altında törədilmişdir. Dəhşətlisi odur ki, Rüstəm Şahbazov hal-hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətin sədr müavini vəzifəsində işlədiyi üçün, bu cinayətin üstünün açılmasına imkan vermir. Torpaq İslahatı Haqqında Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinin tələblərində bildirilir:

Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi zamanı vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

Qanunvericiliklə müəyyən olunmuş qaydada bağ evimin altında olan torpaq əvvəzsiz olaraq mənim mülkiyyətimə verilməli olduğu halda, o dövrdəki Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi – sədr müavini Rüstəm Şahbazov vəzifəsindən sui-istifadə edərək və vəzifə səlahiyyətlərinin hüdudlarından kənara çıxaraq, bir qrup qanunsuz qruplaşmalarla əlbir olub, mənim bağ evimin altındakı törpağı özgəninkiləşdirmiş və törətdikləri cinayətin üstünün gələcəkdə açılmaması üçün tez-tez digər şəxslərin adına özgəninkiləşdirmə əməliyyatı həyata keçirmişdir.

Bu faktları İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sədr müavini Rüstəm Şahbazovun, Azərbaycan Respublikasının Nazirlər Kobinetinin 22.11.2023-cü il tarixli, 3-21/1-A-7443-8/2023 saylı və 04.12.2023-cı il tarixli 3-21/2-A-7443/2-8/2023 saylı nömrələrlə İqtisadiyyat Nazirliyində qeydiyyata alınmış məktublarına verdiyi, 09 fevral 2024-cü il tarixli 3-21-3/2-A-1340/02-8/2023 nömrəli cavab məktub ilə təsdiq etmişdir. Belə ki, bağ evinin altında olan torpaq sahəsinin başqa-başqa şəxslərin adına özgəninkiləşdirildiyini bildirmişdir(Subut üçün məktubun ksersurətini əlavə edirəm).

Məlum məsələdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin sədr müavini Rüstəm Şahbazov 30 ildən artıq mənim istifadəmdə və xüsusi mülkiyyətimdə olan bağ evinin altındakı torpağı ancaq maddi maraqları naminə, aldığı külli miqdarda rüşvətin müqabilində özgəninkiləşdirmişdir.
Ardını oxu...
Rüstəm Şahbazov

Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Yuxarıda qeyd etdiklərimi nəzərə alıb, mənə məxsus, xüsusi mülkiyyətimdə olan bağ evinin altındakı törpağın satılması faktı ilə bağlı, vəzifəsindən sui-istifadə edərək, vəzifə səlahiyyətlərinin hüdudlarından kənara çıxaraq, maddi maraqlarının təmin olunması müqabilində, bir qrup qanunsuz qruplaşmalarla əlbir olub, bu cinayəti törətmiş Rüstəm Şahbazovun və diğərlərinin qanun qarşısında cəzalandırılmaları üçün aidiyyəti qurumlara göstəriş verməyinizi və bu işi sona qədər nəzarətinizdə saxlamağınızi Sizlərdən xahiş edirəm.

Onu da qeyd edim ki, bu günə kimi sözügedən məsələ ilə əlaqədar bütün aidiyyəti dövlət qurumlarına müraciət etsəm də, heç bir tədbir görülməmişdir.

Qabaqcadan öz minnətdarlığımızı bildirirəm”.
 
 
 
Ardını oxu...
Tovuz Rayon Mərkəzi Xəstəxanasında istilik sistemi ilə bağlı problem yaşanıb. Bu iddia ilə Bizim.Media-ya müraciətində Tovuz rayonu Bozalqanlı kənd sakini Natiq Orucov çıxış edib. Şikayətçinin sözlərinə görə qızılcaya yoluxan 9 aylıq körpəsini iki gün əvvəl Tovuz Rayon Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə yerləşdirib.

Bir gecə qalandan sonra istilik sistemi olmaması səbəbindən xəstəxanadan çıxarıb:

“9 aylıq oğlum Osman Orucovu iki gün əvvəl axşam saat 23:00-da Tovuz Rayon Mərkəzi Xəstəxanasına apardım. Qızılca diaqnozu ilə qəbul edib, xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə yerləşdirdilər. Gecə saat 3-də yoldaşım zəng etdi ki, xəstəxanada istilik yoxdur, soyuqdan donuruq. Fikirləşdim ki, yəqin istilik sistemində müvəqqəti problem yaranıb, yoluna qoyulacaq.

Səhər saat 7-də xəstəxanaya getdim ki, istilik yenə yoxdur. Etirazımı bildirdim, problemlə bağlı tutarlı cavab ala bilmədim. Uşağı çıxarmaq istəyimi bildirəndə növbətçi həkimlər mane olmağa çalışdılar. Əsas da onu gətirdilər ki, saat 9-da həkimlər gəlsin və imtina ərizəsi yazmalıyam. Uşağı buz kimi otaqda saxlayası deyildim ki?! Oğlumu xəstəxanadan çıxartdım, dünən isə xəstəxananın təkidi ilə gedib imtina ərizəsi yazdım və şikayətimi ərizədə də bildirdim”.

Natiq Orucov qeyd edib ki, xəstəxanada istiliyin olmaması təkcə onun övladının deyil, digər uşaqların həyatını da təhlükə altına almış olur:

“Bilirsiz ki, ölkədə qızılca tüğyan edir. Belə bir vəziyyətdə xəstə uşaqlar soyuq və buz kimi otaqlarda necə sağalsın? Çox güman ki, istilik fasilələrlə verilir. Çünki mən, bir gün sonra xəstəxanaya imtina ərizəsi yazmaq üçün gedəndə istilik vardı”.

Şikayətçi onu da əlavə edib ki, sahə həkimi nə onun, nə də qonşuların uşaqlarını bir dəfə də olsun yoxlamağa gəlib:

“Kəndimizdə qızılcaya yoluxan uşaqlar çoxdur. Onların arasında sağalanlar da var. Qonşu Qədirli kəndində ölüm halı da baş verib. Amma bir dəfə də olsun sahə həkimi gəlib bu körpələri yoxlamır. Uşaqların həyatı Allahın ümidinə buraxılıb.

Təsəvvür edin ki, 9 aylıq uşağa xəstəxanada sistem qoşa bilmədilər. Xəstəxanada nə lazimi şərait, nə də tibb personalı var.

Mənim övladım Tovuz rayon Mərkəzi Xəstəxanasında 2018-ci ildə doğulub. O vaxt da xəstəxananın lampalarını öz hesabıma dəyişdim və evdən qızdırcı soba aparmışdım. Həkim çatışmazlığından isə danışmağa dəyməz”, - deyə şikayətçi əlavə edib.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) müraciət etdik. Qurumdan saytımıza məsələnin araşdırılacağı və daha sonra məlumat veriləcəyi bildirildi.

Mövzunu diqqətdə saxlayacağıq...
 
Ardını oxu...
44 günük haqq savaşımızda Vətənini canından əziz tutub, düşmənlə son damla qanına qədər şüurlu surətdə döyüşərək, 29 yaşında şəhidlik zirvəsinə ucalan ölməz qəhrəmanlardan biri də şəhid baş leytenant Vüsal Kazımovdur. Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində dünyaya göz açan, ürəyi millətinə, doğma torpağına sevdalı, vicdanlı, qeyrətli gəncin ömür yolu qısa olsa da, gələcək nəsillərimiz üçün örnək olacaq bir həyat yaşadı.

Vüsalın şərəfli ölümü Vətəninə başucalığı gətirdi, böyük bir xalqın mənliyini, kimliyini ona qaytardı. Vətən, xalq naminə ağır müharibə meydanında göstərdiyi şücaəti ilə qəhrəmanlıq simvoluna döndü.

Vüsalın axıtdığı qızıl qanla 30 il yağıya əsir düşən torpaqlar canlanır, Vətən yaşayır. Belə qəhrəmanı hər an yad etmək, yaşatmaq, xatirəsini əziz tutmaq, gələcək nəsillərə tanıtmaq bizim ən müqəddəs borcumuzdur. Təəssüf ki, Vətən səmasının parlaq günəşinə dönən Vüsalımıza onun hesabına yer üzündə azad, firavan gəzən məmurlar tərəfindən biganəlik görünür.

Bəli, qədirbilən millətin ürəyində yaşayan, dövlət tərəfindən “İgidliyə görə”, “Vətən uğrunda”, eləcə də Füzulinin, Cəbrayılın, Xocavəndin azadlığına görə medallara, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülən şəhid baş leytenantın adına doğulub boya-başa çatdığı doğma kəndində xatirə parkı salmaq istəyirlər. Müraciət Lənkəran rayon icra orqanları tərəfindən bəyənilir və bu məqsədlə ata ocağına yaxın 1200 kvadratmetr ərazi ayrılır. Nüvədililər, Vüsalın özü kimi etibarlı dostları əl-ələ verib hər cür şəraitli park düzəldirlər. Yanında şəhid bulağı da inşa edilir.

İndi kənddə Vətənin müqəddəsliyinə tapınıb ən çox gedilən yer məhz buradır. Mən də parkı gəzəndə, ölümsüzlüyə qovuşan igidlə üz-üzə duranda qəlbimə axan aşağıdakı misralar oldu:

Daşına baş qoyub ölərəm, Vətən,

Təki sənin şöhrətin dildən düşməsin.

Ölsəm harayına gələrəm, Vətən,

Məni torpaqdan da qaldırar səsin.

Di gəl ki, bu, Vətən sevdalı, hər bucağı qeyrət, mərdlik rəmzi olan əraziyə park statusu verilmir. Şəhidin atası, Astara Pedaqoji Kollecinin direktoru, professor K.Kazımov deyir:

“Parkın açılış mərasimini 29 noyabr 2022-ci il – şəhidimizin ildönümü tarixinə istədik. Lakin administrasiyadan daxil olan məktuba əsasən, belə halların Mədəniyyət Nazirliyi tərəfindən qeydiyyata alındıqdan sonra açılması tövsiyə olundu. Belə olan halda Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən razılıq almaqdan ötrü məktub və müvafiq sənədlər göndərildi və xahiş etdik ki, 17 dekabr – şəhidin doğum günü tarixində açılış mərasiminə razılıq versinlər. Yenə alınmadı.

14 iyul 2023-cü ildə Lənkəranda qəbul keçirən mədəniyyət naziri Adil Kərimli ilə şəxsən görüşüb, vəziyyəti bildirdim. Nazir qısa zamanda məsələnin həll olunacağını dedi. Əvəzində 3 aydan sonra cavab gəldi ki, müəyyən sənəd təqdim edin, Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən təşkilatda baxılacaq.

Nəhayət, dekabrın 1-də komissiya Lənkəran Şəhər İcra Hakimiyyəti Memarlıq şöbəsi əməkdaşının iştirakı ilə iclasda məsələyə dair qərar verdi ki, parkda şəhidlərin şəkli olacağı təqdirdə razılıq verilmir, gərək barelyef düzəldilsin. Bu da o deməkdir ki, mən gərək komissiyaya müəyyən məbləğ ödəyim və onlardan barelyef üçün rəy alım. O gündən bu günə qədər bütün qurumlara müraciət etmişəm, amma hələ də əraziyə park statusu verilməyib. İndi üzümü xalqıma tutub deyirəm, ey mənim xalqım, bu halda mən nə etməliyəm?!”

Mən isə yenə deyirəm ki, Vüsal Kazımov çətin anda, gözünü qırpmadan sinəsini Vətən, millət yolunda sipər edərək şəhid olub. Şəhidlik ən uca zirvədir. Nəsibi bu zirvədən boylanmaq səadəti olanlar hər cür ehtirama, sevgiyə, məhəbbətə layiqdir. 30 il içdən yana-yana həsrətini çəkdiyimiz torpaq Vüsal kimi qəhrəmanların qanı ilə Vətən olub...

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 
 
 
Ardını oxu...
“Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir”.

Bunu Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.

“Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Onlar səhv etmişdilər, bu gün də səhv edirlər. Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir”, – dövlət başçısı bildirib.
 
Ardını oxu...
“Bu həkimin əvvəlki hərəkətləri ört-basdır edildiyinə görə belə ölümlərin davamı gəlib”

Tovuz rayonunun Yanıqlı kənd sakini Tural Qasımov həyat yoldaşını həkim səhlənkarlığı nəticəsində itirib.

O gileylənir ki, prokurorluq da həkimi cəzalandırmaq istəmir.

Bu üzdən aylardır ki, prokurorluq, məhkəmə qapılarında qalıb, Prezident Administrasiyası, Heydər Əliyev Fondu da daxil olmaqla, müxtəlif dövlət orqanlarına şikayət edib.

“Həkim xəstəni o vəziyyətdə qoyub, özü qaçıb getmişdi”

21 yaşlı Aygün Nəcəfova 2023-cü il iyunun 15-də – oğlunu dünyaya gətirəndən bir gün sonra vəfat edib.

Hadisə Tovuz Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Həyat yoldaşı danışır ki, hamiləlik dövründə Aygün Nəcəfovanın heç bir problemi olmayıb.

Onun sözlərinə görə, özəl xəstəxanada mütəmadi müayinələrdən keçib, həkim nəzarətində olub, bunu təsdiqləyən sənədlər də var.

Hamiləliyin 37-ci həftəsində Tovuz Rayon Mərkəzi Xəstəxanasında Xatirə Quliyevanın yanına gediblər: “Hamiləlik dövründə Əntiqə həkimin nəzarətində olmuşdu, heç bir problem də yox idi. İyunun 14-də doğuş üçün Tovuz Rayon Mərkəzi Xəstəxanasına getdik. Orada Xatirə həkim analizlərin cavabına baxdı. Dedi ki, “gəlin, qeysəriyyə əməliyyatı eləyək”. Bu əməliyyat da doğuş vaxtından bir həftə əvvəl olmalıdır. Elə həmin gün əməliyyat olunmasını təklif elədi, biz də razılaşdıq”.
Ardını oxu...
İyunun 14-də axşam saat 22.00 radələrində qeysəriyyə əməliyyatıyla Aygün Nəcəfovanın oğlu dünyaya gəlib. Tural Qasımov danışır ki, əməliyyatdan sonra həkim onlara həm ananın, həm də uşağın vəziyyətinin yaxşı olduğunu deyib.

Ertəsi gün səhər yenidən xəstəxanaya gedəndə onlara heç bir problem olmadığını bildiriblər. Lakin az sonra xəstəxanadan Aygün Nəcəfovanın anasına zəng edib, qan qrupunu soruşublar, qana ehtiyac olduğunu deyiblər: “Təbii ki, biz çox narahat olduq. Dərhal yenidən xəstəxanaya getdik. Dedilər ki, artıq lazım deyil. Bildirdik ki, narahatlıq varsa, Gəncədəki xəstəxanaya aparaq. Cavab verdilər ki, ehtiyac yoxdur. Bizi aldatdılar ki, xəstəni yatırtmışıq, Bakıdan həkim gəlir, o baxacaq. Xatirə Quliyeva xəstəni o vəziyyətdə qoyub, özü qaçıb getmişdi. Bir də axşam saat 8 radələrində bizə dedilər ki, ölüb…”.

“İndiki dövrdə xəstəxanada qanaxmadan adam ölər?!”

Ekspertizanın rəyinə görə, Aygün Nəcəfova qanitirmədən həyatını itirib. Qeysəriyyə əməliyyatından sonra uşaqlıqda kəskin qanaxma olub.

Tural Qasımov deyir ki, həkim səhlənkarlığı olmasaydı, həyat yoldaşını itirməzdi: “Necə olub ki, bunlar qanitirmənin qarşısını ala bilməyiblər? Biz 19-cu əsrdə yaşamırıq, indiki dövrdə xəstəxanada qanitirmədən adam ölər?! Müasir dövrdə tibbdə qanaxmanın qarşısını almaq elə də çətin bir iş deyil axı. Amma səhlənkarlıq eləyiblər. Təəssüf ki, prokurorluq da bu cinayəti ört-basdır eləməyə çalışır. Səbəbi də məlumdur. Sonradan öyrəndik ki, mənim yoldaşım Xatirə Quliyevanın əlində ilk ölüm hadisəsi deyil. Təəssüf ki, bu həkimin əvvəlki hərəkətləri ört-basdır edildiyinə görə belə ölümlərin davamı gəlib”.

Məhkəmə prokurorluğun qərarını ləğv edib, yenidən araşdırma aparılmalıdır

Hərbçi olduğunu və 44 günlük müharibədə iştirak etdiyini deyən Tural Qasımov vurğulayıb ki, həyat yoldaşının qanının yerdə qalmaması üçün sonadək mübarizə aparacaq.

Deyir ki, bunu təkcə özünə görə yox, başqa uşaqların da onun oğlu kimi anasız qalmaması üçün edir: “Mən Xatirə Quliyevanın əvvəlki qurbanları kimi davranmayacam. Maddi yardım, başdaşı düzəltdirməklə məni sakitləşdirmək mümkün deyil. Səlahiyyət sahiblərindən də xahişim budur ki, belə işlərdə qərar verəndə vicdanla yanaşsınlar. Mənim yoldaşımın qanı yerdə qalmasın…”.

Aygün Nəcəfovanın ölümüylə əlaqədar Tovuz Rayon Prokurorluğunda araşdırma aparılsa da, sonda cinayət işi başlanması rədd olunub.

Müstəntiq Natiq Əmirov 15 sentyabr 2023-cü il tarixli qərarında yazıb ki, bu hadisədə cinayət tərkibi yoxdur.

Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tovuz şöbəsi də rəyində ölümün səbəbi kimi qeysəriyyə əməliyyatından sonra kəskin uşaqlıq qanaxmasını göstərib. Eyni zamanda, rəydə onu da yazıblar ki, xəstəxanada Aygün Nəcəfovaya edilən müalicələr düzgün olub.

Tural Qasımov prokurorluğun rədd qərarından məhkəməyə şikayət edib.
Ardını oxu...
Şikayətində göstərib ki, prokurorluq hərtərəfli araşdırma aparmayıb, qərar obyektiv və ədalətli deyil.

Araşdırmadan sonra Tovuz Rayon Məhkəməsi də bu nəticəyə gəlib və prokurorluğun qərarını ləğv edib. Aygün Nəcəfovanın ölümüylə bağlı materiallar yenidən araşdırılması üçün Tovuz Rayon Prokurorluğuna qaytarılıb. Hazırda prokurorluqda araşdırmalar davam edir.

“Ehtiyat edirəm ki, bunlar yenə də öz bildiklərini eləyərlər. İstədikləri rəyi alıb, ört-basdır etməyəcəklərinə əmin deyiləm. Ona görə Baş prokuror Kamran Əliyevə də müraciət etmişəm ki, bu işi nəzarətdə saxlasın, sui-istifadə hallarına yol verilməsin. Çünki Xatirə Quliyevanın əvvəldən tədbirini görməsi barədə məlumat almışıq”, – Tural Qasımov əlavə edib.

İttiham olunan şöbə müdiri özünü günahkar saymır

Eyni zamanda, Tovuz Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin müdiri olan Xatirə Quliyeva isə Aygün Nəcəfovanın ölümündə təqsiri olmadığını deyir.

Mama-ginekoloq özü də təsdiqləyir ki, iyunun 14-də axşam saat 22 radələrində həyata keçirdiyi əməliyyatdan sonra anada heç bir problem olmayıb.

Onun sözlərinə görə, gecə saat 01 radələrinə qədər xəstəxanada olub, narahatlıq yaşanmayıb. Sonra evə getsə də, gecə saat 3 radələrində başqa bir doğuşa görə yenidən qayıdıb və səhərə qədər xəstəxanada olub.

Həkimin dediyinə görə, səhər saat 09 radələrində Aygün Nəcəfovaya yenidən baş çəkib, onunla danışıb, vəziyyəti normal olub: “Bundan sonra evə getdim ki, bir az dincəlim. Günorta 3 radələrində zəng elədilər ki, trombositlər kəskin düşüb…”.

Xatirə Quliyeva bildirir ki, xəstənin durumu haqda Səhiyyə Nazirliyinin müvafiq qurumuna xəbər verib, Bakıdan kömək istəyib. Xəstəni süni tənəffüs aparatına qoşublar. Gəncə qan bankından qan, plazma və s. gətiriblər. Bu tədbirlərə baxmayaraq, Aygün Nəcəfovanın həyatını xilas etmək mümkün olmayıb.

Xatirə Quliyeva iddia edir ki, Aygün Nəcəfovada hamiləlik dövründə “preeklampsiya” yaranıb və nəticədə daxili orqanlarının fəaliyyəti pozulub. Onun iddiasına görə, HELLP sindromu, böyrək-ağciyər çatışmazlığı ölümə gətirib çıxarıb.

Mənbə: Meydan TV
 
Ardını oxu...
105 yaşlı nəhəng təhsil ocağı qoca və çürük "ideya"larla idarə olunur.

Bura Bakı Dövlət Sirki deyil. Heç Kukla Teatrı da deyil. Bura bir təhsil məbədidir. Özü də ölkənin ilk və ən qocaman ali təhsil ehramıdır. Di gəl ki, kimə deyirsən, olub "Bakı Dövlət marketi". Bunu biz iddia etmirik, elə Bakı Dövlət Universitetinin hələlik adını açıqlanmasını istəməyən əməkdaşı bəyan edir. Onun qandonduran, tükürpədən sözlərindən belə məlum olur ki, BDU kimi nüfuzlu ali təhsil müəssisəsi bir qrup fürsətcillərin, möhtəkirlərin əlində əsir-yesir qalıb. Tarix boyu alimlər, professorlar, elm adamları yetişdirən, ziyalılar ocağı olan, qürur mənbəyi sayılan bu ali məktəb indi "Xudayar bəylər"in oylağına çevrilib. Elə ondandır ki, BDU üçün fədakarlıq edən, pedaqoji fəaliyyəti ilə can qoyanlar əsl qiymətini ala bilmirlər. Sırf "Dərviş Məstəlişah"ların ucbatından BDU əməkdaşları arasında xeyli sayda tam ştat ala bilməyənlər, vəzifə adını qazanmayanlar var. Və nə qədər ki, həmin "bazarkom"lar BDU-da "meydan sulayacaq", o vaxtadək bu təhsil məbədi haqsızlıqlar edilən bir ocağ, "firon"ların piramidası kimi ad çıxaracaq. BDU əməkdaşının sözlərinə görə, idarəetmə bir qrup şəxsin əlindədir və onlar zəhmətkeş, dəridən-qabıqdan çıxan müəllimlərə dəyər verməyəcəklər. Çünki "Xudayar bəy" kimilərin gözündə sadə, ziyalı, çalışqan və bilikli müəllimlərin hüquqları "Məmmədhəsən əmi", ya da onun eşşəyi kimi bir lazımsız məsələdir. Yəni qocaman Bakı Dövlət Universitetində mənzərə "Danabaş kəndi"ndə olduğu kimi yarısı ağlamalı, yarısı istehza ilə gülməlidir. Səbəb də müəllimlərə layiq olduqları haqların verilməməsi, əllərindən alınması, fəaliyyəti müqabilində almalı olduğu dəyərdən məhrum edilməsidir. Çünki bu ali təhsil ocağını idarə edənlərin öz "qaydaları" var və yazılmamış qanunlar işləkdir. "Təhsil haqqında qanun" isə universitetin kandarından içəri girə bilmir. Sanki BDU Mozambik, ya da Banqladeş təhsil ocağıdır, bu ölkələrin qanunları keçərlidir. Bir sözlə, 105 yaşlı nəhəng təhsil ocağı qoca və çürük "ideya"larla idarə olunur. Ona görə də BDU əməkdaşı təhsil ictimaiyyətinə çağırış edir - Gəlin, birlikdə bu təhsil məbədini xilas edək!

Nicat Mahmudov
Rubrika. az

PS: Məqalə hələlik adının çəkilməsini istəməyən BDU nun əməkdaşının şikayyətlıri əsasında yazılmışdır. Ardı var..
 
 
 
Ardını oxu...
Azərbaycan Tibb Universitetinin onlarla kafedraları ilə bərabər bir neçə klinikaları da var. Universitetin özünün uzun və zəngin bir tarixi olsa da nəzdindəki klinikaların fəaliyyəti yaxın keçmişimizdən başlayıb. Klinikalar ən müasir, Avropa standartlarına uyğun zəruri tibbi avadanlıqlarla təchiz olunub. Bu klinikalardan biri də Stomatoloji Klinikadır. Universitetin Stomatoloji Klinikası 2002-ci ildə açılıb. Stomatoloji Klinikada 2014-cü ildə tədris mərkəzi açılıb, tədris-klinik binası əsaslı təmir olunduqdan sonra Yaponiya, Almaniya, Türkiyə, Slovakiya, Braziliya, Koreya və b. ölkələrdə istehsal olunan tibbi avadanlıqlar və stomatoloji qurğularla təchiz olunub.

Redaksiyamıza verilən məlumatlara görə rəsmi şəkildə Tibb Universitetinin Tədris Stomatoloji Klinikası olmasına baxmayaraq, demək olar ki, özəl klinika kimi işini davam etdirir. Klinikada həm də universitetin 4 kafedrası və xüsusi poliklinikası fəaliyyət göstərir. Amma bu kafedraların heç birində tədrisdən əsər-əlamət yoxdur, deyirlər. Burada tələbələrə hətta ən kiçik işləri belə görməyə icazə verilmir. Baxmayaraq bu kimi hallara tələbələr dəfələrlə narazılıq ediblər, onların etirazları eşidilməyib.

Rəsmi olaraq Klinikanın direktoru tibb üzrə fəlsəfə doktoru Mahir Səfərovdur. O, Tibb Universitetinin rektoru Gəray Gəraybəylinin ən yaxın adamlarından biri hesab olunur. Məlumata görə Mahir Səfərov burada rektor Gəray Gəraybəyliyə göstərişlərinə uyğun qaydalar qoyub. Klinikaya girən hər pasientdən kimi 5 manat tələb olunur. Qapıya xüsusi nəzarətçi təyin edib ki, klinikaya daxil olan pasientlərin dəqiq sayını hesablayır. Hətta pullu pasientləri birbaşa Mahir Səfərovun yanına aparırlar. Mahir Səfərov da diroktor olduğu xidməti otağında diş kabineti yaradaraq pasientləri müalicə edir. Bizə verilən ən son məlumatlara görə burada şəxsi stomatoloji kabinetlər fəaliyyət göstərir. Nə mənada? Dövlət tərəfindən vəsait ayırmasına baxmayaraq kabinetlərin bütün avadanlıqları, təmiri həkimlər tərəfindən toplanan pullar hesabına həyata keçirilir. Burada hər bir həkimə, diş texnikinə aylıq 500-100o manat civarında “stavka” müəyyən edilib. Klinikanın direktoru Mahir Səfərov heç kimdən çəkinməyərək, bu “stavka”ni yuxarıların, yəni Gəray Gəraybəylinin göstərişi ilə təyin edildiyini bildirir.

Məlumatlara görə klinikada tədris müəssisəsi ilə əlaqəsi olmayan qanunsuz stomatoloji sektor yerləşir ki, gün ərzində yüzlərlə pasient müraciət edir. Lakin pasientlərin klinikaya ödədiyi pulların cüzi hissəsi rəsmiləşdirilir, vergidən yayınma hallarına yol verilir. Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatları üzərindən apardığımız araşdırmada məlum oldu ki, Stamatoliki Klinika 23.06.2017-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Tibb Universitetinin rəsmi portalında isə Stomatoloji Klinikanın 2002-ci ildə açıldığı göstərilir. İndi təsəvvür edin klinika fəaliyyətə başladığı ilə dövlət qeydiyyatına alındığı gün arasında, yəni 15 il ərzində nə qədər vergidən yayınıb. Əvvəllər bu pulların kimlərin cibinə getməsi bəlli olmasa da, indi bəllidi.

Əldə etdiyimiz məlumatlara görə bir müddət əvvəl bununla bağlı hətta nazirliklər səviyyəsində danışıqlar aparılıb. İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti İlə Səhiyyə Nazirliyi arasında aparılan danışıqlardan sonra Tibb Universitetinin Tədris Stomatoloji Klinikasında yaranmış külli miqdarda vergi borcunun müəyyən hissəsi ödətdirilib. Dövlət Vergi Xidmətinin rəsmi portalında Klinikanın hazırki günə isə 11 940.27 manat vergi borcu qalmaqdadır.

Redaksiyamıza verilən ən son məlumatlara görə Səhiyyə Nazirliyi xüsusi komissiyası Tibb Universitetinin Tədris Stomatoloji Klinikasında yoxlamalara başlayıb. Bu yoxlamaların bir başında Klinikada olan malliyyə pozuntularının araşdırılması durursa, digər başında Səhiyyə naziri Teymur Musayevin şəxsi maraqları dayanır.

Bəs burada Səhiyyə naziri Teymur Musayevin nə kimi maraqları var?

Məlumatlara görə 2022-ci ilin yanvarından Səhiyyə naziri təyin edilmiş Teymur Musayevin əsas maraqlarından biri, və ya birincisi Tibb Universitetinin nəzdindəki klinikalara axan pullardır. Məlum olduğu kimi dövlət tərəfindən Tibb Universitetin nəzdindəki klinikalar müasir tibbi avadanlıqlarla təchiz olunub, yüksək ixtisaslı tibb personal çalışır. Bu baxımdan buraya müraciət edən pasientlərin sayı da çoxdur. Buradakı cərrahiyyə əməliyyatlarının qiymətləri də yüksəkdir. Pasientlərin sayı çox olduğundan, pullar da çox gəlir. Amma Tibb Universitetinin klinikaları rəsmi qurumların da qeyd etdiyi kimi daim problem içindədir. Yəni, Klinikalara daxil olan vəsaitlərin çoxluğuna baxmayaraq tibb müəssisələri yenə də dövlət vəsaitləri hesabına yaşayır. Teymur Musayevin başçılığı ilə Səhiyyə Nazirliyi də bütün bunları əsas gətirək Tibb Universitetinin nəzdindəki klinikalara nəzarəti ələ almaq istəyir.

Məlumatlara görə Teymur Musayev Tədris Terapevtik Klinikasına və Tədris Cərrahiyyə Klinikasına öz adamlarını yerləşdirməklə buna qismən nail olub. Lakin Tibb Universitetinin rektoru Gəray Gəraybəyli də şəxsi kanallarını işə salaraq Stomatoloji Klinikaya nəzarəti əldən vermək istəmir. Odur ki, Səhiyyə Nazirliyinin xüsusi komissiyası Tədris Stomatoloji Klinikasında yoxlamaları uzadır.

Bütün bu məlumatlardan da göründüyü kimi bu gün Səhiyyə Nazirliyi ilə Tibb Universiteti arasında bir gərginlik yaşanmaqdadır. Bu gərginlk heç də ölkəmizin tibb sahəsinə yeniliklər gətirmək, tibb elminin inkişafı ilə bağlı olan məsələlər üstündə deyil. Bu iki şəxsin, Səhiyyə naziri Teymur Musayevin və Tibb Universitetinin rektoru Gəray Gəraybəylini şəxsi maraqları üzərində yaranmış bir gərginlikdir. Yəni burada mübarizə pullar üstündə gedir. Həm də elə belə pullar üstündə deyil, böyük pullar üstündə.

Odur ki, anonsunu veririk. Yaxın günlərdə Stomatoloji Klinikası ilə geniş məlumatlar tirajlanacaq. Bu da Klinikanın direktoru Mahir Səfərovun yol verdiyi nöqsanlara görə tutduğu vəzifəfə ilə vidalaşmasına səbəb olacaq.

Əyalətmedia.az
 
 
 

Ardını oxu...

   Son bir neçə ildir ki, ölkəmizin təhsil sektorunda çalışan bir çox vəzifə sahiblərinin qol qoyduqları qanunsuzluq əməllərinin varlığı səbəbindən, bu gün də bu sahə daha çox ictimai qınağa tuş gəlməkdədir. İstər təhsil müəssisələrində dərsilklərin lazımi səviyyədə tədris olunmaması, davamiyyətin günün tələblərinə cavab verməməsi, dərsliklərin bərbad vəziyyətdə olması, fond pulu, süpürgə pulu, müəllim pulu və s. adlar altında yığılan pullar və s. məhz təhsil sektorunda qanundan kənar atılan addımlardır. Növbəti birabırçılıqların, hər cür həngamə və qanunsuzluqların tüğyan etdiyi təhsil müəssisələrindən biri də, məhz Mingəçevir şəhər 4 saylı tam orta məktəbin olduğu bildirilir.  Belə ki, gundemxeber.az xəbər portalının redaksiyasının ünvanına Mingəçevir şəhəri, Naxçıvan küçəsi-42, mən-84 ünvanında yaşayan Rahimova Həbibə Yuldaş qızının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Elm və Təhsil naziri cənab Emin Əmrullayevə, həmçinin KİV nümayəndələrinə yazdığı şikayət ərizəsinin surəti daxil olub. Həbibə Rahimova şikayət ərizəsində qeyd edir:

 

 

 “Mən 23 ildir ki, Mingəçevir şəhər 4 saylı tam orta məktəbdə çoğrafiya müəlliməsi işləyirəm və ötən illər ərzində əsas məqsədim, başlıca amalım dövlətimizə və dövlətçiliyimizə sədaqətlə xidmət etmək olub. Və hər zaman çalışmışam ki, dərs keçdiyim şagirdlərin hər biri vətənpərvərlik ruhunda böyüsünlər, onlar vətənini, millətini, xalqını sevsinlər, elmə və təhsilə mükəmməl yiyələnsinlər. Buna görə də hər zaman şagirdlərə bilik və bacarığımı öyrətməyə çalışmışam, onların vətənpərvərlik ruhunda formalaşmaları üçün mümkün addımlarımı atmışam. Çox təəssüf hissi ilə qeyd edim ki, Mingəçevir şəhər 4 saylı tam orta məktəbdə çalışan müəllimlərin tam əksəriyyəti bu yöndə fəaliyyət göstərsələr də, hal-hazırda məktəbimizin direktoru  Azər Qazıyev, rəhbərlik etdiyi bu təhsil müəssisəsini rüşvət yuvasına çevirib. Bundan əlavə, bu şəxs 4 saylı tam orta məktəbi ailə ansamblına da çevirib. Misal üçün onu qeyd edim ki, direktorumuzun həyat yoldaşı Yaqut Qazıyeva, bizim məktəbdə kitabxana müdiri vəzifəsində çalışır. Direktorun qardaşı Asif Qazıyevin adı 2023-cü ilin aprel ayına kimi məktəbin ştat cədvəlində işçi olaraq getsə də, o, həmin vaxta kimi işdə olmayıb. Buna baxmayaraq, hər ay dövlət büdcəsindən Asif Qazıyevin adına əmək haqqı yazılıb və o, aldığı əmək haqqını rahatlıqla mənimsəyib. Azər Qazıyev baldızı qızını özünə katibə təyin edib. Direktorumuzun belə bir addım atmasının özəl səbəbləri var. Yəni, ona görə direktorumuz öz qohumunu özünə katibə vəzifəsinə təyin edir ki, onun rüşvətlə bağlı işlərini bir kimsə bilməsin. Çünki, istənilən vaxt qohumu Azər Qazıyevə öz etibarlılığını göstərəcək. Ona görə də o, belə bir addımını atır. Direktorumuz hansı müəllimə 1 saat dərs verirsə, həmin müəllimdən 50 manat rüşvət alır. Məktəbimizdə Azər Qazıyevin “qara kassa”sı Ülviyyə Qəhrəmanovadır və direkorumuz dərs saatlarından asılı olaraq, hər ay müəllimlərin hər birindən Ülviyyə Qəhrəmanovanın vasitəsilə 25-40 manat arası pul alır. Qeyd edim ki, mən milliyətcə özbək olsam da, uzun müddətdir ki, Azərbaycan Respublikasının vətəndaşıyam. Faktdır ki, bizim ölkə tolerant  ölkədir. Buna baxmayaraq, məktəbimizin direktoru konkret mənə qarşı milli ayrı-seçkilik yaradır, müxtəlif tədbirlər zamanı şəxsiyyətimi alçaldan ifadələr işlədir.

    Qeyd edim ki, bir müddət bundan öncə 4 saylı tam orta məktəbdə qol qoyulan qanunsuzluqlar və mənimsəmələrlə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə rəsmi qaydada müraciət etmişdim. Etdiyim müraciət əsasında bizim məktəbdə yoxlama işləri aparıldı və yoxlamalar zamanı 26000 min manatdan artıq yeyinti faktı aşkarlandı. Çox keçmədi ki, bütün bunlarla bağlı Mingəçevir Şəhər Prokurorluğunda AR-sı CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi açıldı. Təəssüflər olsun ki, Azər Qazıyevin əməlləri ilə bağlı qeyd olunan maddələrlə cinayət işi açılsa da, o, hələ də bizim məktəbdə direktor vəzifəsini daşımaqdadır. Ola bilər ki, bu şəxsin “arxa-dayağı” güclü olduğundan, hələ də bir kimsə ona “qaşın üstə qara var” demir. Amma, gec də olsa yəqin ki, Azər Qazıyev qol qoyduğu əməllərə görə hüquqi müstəvidə cavab verməli olacaq”.

Bəli, bütün bunlar Rahimova Həbibə Yuldaş qızının gundemxeber.az xəbər portalının redaksiyasının ünvanına göndərdiyi şikayət ərizəsində qeyd olunan faktlardır. Düşünürük ki, yayımladığımız bu yazıda qeyd olunan faktlara, ələlxüsus Azər Qazıyevin iş otağında rüşvət alması faktı ilə bağlı (Videoda göstərilən) aidiyyəti qurumlar tərəfindən lazımi araşdırmalar aparılacaq və onun qol qoyduğu əmələ hüquqi qiymət də veriləcək. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

Mövzuya qayıdacağıq.

 

GundemXeber.Az

 
 
 

Dünyapress TV

Xəbər lenti