Tibb Universitetinin Tədris Stomatoloji Klinikasında bölünməyən nə var?
Azərbaycan Tibb Universitetinin onlarla kafedraları ilə bərabər bir neçə klinikaları da var. Universitetin özünün uzun və zəngin bir tarixi olsa da nəzdindəki klinikaların fəaliyyəti yaxın keçmişimizdən başlayıb. Klinikalar ən müasir, Avropa standartlarına uyğun zəruri tibbi avadanlıqlarla təchiz olunub. Bu klinikalardan biri də Stomatoloji Klinikadır. Universitetin Stomatoloji Klinikası 2002-ci ildə açılıb. Stomatoloji Klinikada 2014-cü ildə tədris mərkəzi açılıb, tədris-klinik binası əsaslı təmir olunduqdan sonra Yaponiya, Almaniya, Türkiyə, Slovakiya, Braziliya, Koreya və b. ölkələrdə istehsal olunan tibbi avadanlıqlar və stomatoloji qurğularla təchiz olunub.

Redaksiyamıza verilən məlumatlara görə rəsmi şəkildə Tibb Universitetinin Tədris Stomatoloji Klinikası olmasına baxmayaraq, demək olar ki, özəl klinika kimi işini davam etdirir. Klinikada həm də universitetin 4 kafedrası və xüsusi poliklinikası fəaliyyət göstərir. Amma bu kafedraların heç birində tədrisdən əsər-əlamət yoxdur, deyirlər. Burada tələbələrə hətta ən kiçik işləri belə görməyə icazə verilmir. Baxmayaraq bu kimi hallara tələbələr dəfələrlə narazılıq ediblər, onların etirazları eşidilməyib.

Rəsmi olaraq Klinikanın direktoru tibb üzrə fəlsəfə doktoru Mahir Səfərovdur. O, Tibb Universitetinin rektoru Gəray Gəraybəylinin ən yaxın adamlarından biri hesab olunur. Məlumata görə Mahir Səfərov burada rektor Gəray Gəraybəyliyə göstərişlərinə uyğun qaydalar qoyub. Klinikaya girən hər pasientdən kimi 5 manat tələb olunur. Qapıya xüsusi nəzarətçi təyin edib ki, klinikaya daxil olan pasientlərin dəqiq sayını hesablayır. Hətta pullu pasientləri birbaşa Mahir Səfərovun yanına aparırlar. Mahir Səfərov da diroktor olduğu xidməti otağında diş kabineti yaradaraq pasientləri müalicə edir. Bizə verilən ən son məlumatlara görə burada şəxsi stomatoloji kabinetlər fəaliyyət göstərir. Nə mənada? Dövlət tərəfindən vəsait ayırmasına baxmayaraq kabinetlərin bütün avadanlıqları, təmiri həkimlər tərəfindən toplanan pullar hesabına həyata keçirilir. Burada hər bir həkimə, diş texnikinə aylıq 500-100o manat civarında “stavka” müəyyən edilib. Klinikanın direktoru Mahir Səfərov heç kimdən çəkinməyərək, bu “stavka”ni yuxarıların, yəni Gəray Gəraybəylinin göstərişi ilə təyin edildiyini bildirir.

Məlumatlara görə klinikada tədris müəssisəsi ilə əlaqəsi olmayan qanunsuz stomatoloji sektor yerləşir ki, gün ərzində yüzlərlə pasient müraciət edir. Lakin pasientlərin klinikaya ödədiyi pulların cüzi hissəsi rəsmiləşdirilir, vergidən yayınma hallarına yol verilir. Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatları üzərindən apardığımız araşdırmada məlum oldu ki, Stamatoliki Klinika 23.06.2017-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Tibb Universitetinin rəsmi portalında isə Stomatoloji Klinikanın 2002-ci ildə açıldığı göstərilir. İndi təsəvvür edin klinika fəaliyyətə başladığı ilə dövlət qeydiyyatına alındığı gün arasında, yəni 15 il ərzində nə qədər vergidən yayınıb. Əvvəllər bu pulların kimlərin cibinə getməsi bəlli olmasa da, indi bəllidi.

Əldə etdiyimiz məlumatlara görə bir müddət əvvəl bununla bağlı hətta nazirliklər səviyyəsində danışıqlar aparılıb. İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti İlə Səhiyyə Nazirliyi arasında aparılan danışıqlardan sonra Tibb Universitetinin Tədris Stomatoloji Klinikasında yaranmış külli miqdarda vergi borcunun müəyyən hissəsi ödətdirilib. Dövlət Vergi Xidmətinin rəsmi portalında Klinikanın hazırki günə isə 11 940.27 manat vergi borcu qalmaqdadır.

Redaksiyamıza verilən ən son məlumatlara görə Səhiyyə Nazirliyi xüsusi komissiyası Tibb Universitetinin Tədris Stomatoloji Klinikasında yoxlamalara başlayıb. Bu yoxlamaların bir başında Klinikada olan malliyyə pozuntularının araşdırılması durursa, digər başında Səhiyyə naziri Teymur Musayevin şəxsi maraqları dayanır.

Bəs burada Səhiyyə naziri Teymur Musayevin nə kimi maraqları var?

Məlumatlara görə 2022-ci ilin yanvarından Səhiyyə naziri təyin edilmiş Teymur Musayevin əsas maraqlarından biri, və ya birincisi Tibb Universitetinin nəzdindəki klinikalara axan pullardır. Məlum olduğu kimi dövlət tərəfindən Tibb Universitetin nəzdindəki klinikalar müasir tibbi avadanlıqlarla təchiz olunub, yüksək ixtisaslı tibb personal çalışır. Bu baxımdan buraya müraciət edən pasientlərin sayı da çoxdur. Buradakı cərrahiyyə əməliyyatlarının qiymətləri də yüksəkdir. Pasientlərin sayı çox olduğundan, pullar da çox gəlir. Amma Tibb Universitetinin klinikaları rəsmi qurumların da qeyd etdiyi kimi daim problem içindədir. Yəni, Klinikalara daxil olan vəsaitlərin çoxluğuna baxmayaraq tibb müəssisələri yenə də dövlət vəsaitləri hesabına yaşayır. Teymur Musayevin başçılığı ilə Səhiyyə Nazirliyi də bütün bunları əsas gətirək Tibb Universitetinin nəzdindəki klinikalara nəzarəti ələ almaq istəyir.

Məlumatlara görə Teymur Musayev Tədris Terapevtik Klinikasına və Tədris Cərrahiyyə Klinikasına öz adamlarını yerləşdirməklə buna qismən nail olub. Lakin Tibb Universitetinin rektoru Gəray Gəraybəyli də şəxsi kanallarını işə salaraq Stomatoloji Klinikaya nəzarəti əldən vermək istəmir. Odur ki, Səhiyyə Nazirliyinin xüsusi komissiyası Tədris Stomatoloji Klinikasında yoxlamaları uzadır.

Bütün bu məlumatlardan da göründüyü kimi bu gün Səhiyyə Nazirliyi ilə Tibb Universiteti arasında bir gərginlik yaşanmaqdadır. Bu gərginlk heç də ölkəmizin tibb sahəsinə yeniliklər gətirmək, tibb elminin inkişafı ilə bağlı olan məsələlər üstündə deyil. Bu iki şəxsin, Səhiyyə naziri Teymur Musayevin və Tibb Universitetinin rektoru Gəray Gəraybəylini şəxsi maraqları üzərində yaranmış bir gərginlikdir. Yəni burada mübarizə pullar üstündə gedir. Həm də elə belə pullar üstündə deyil, böyük pullar üstündə.

Odur ki, anonsunu veririk. Yaxın günlərdə Stomatoloji Klinikası ilə geniş məlumatlar tirajlanacaq. Bu da Klinikanın direktoru Mahir Səfərovun yol verdiyi nöqsanlara görə tutduğu vəzifəfə ilə vidalaşmasına səbəb olacaq.

Əyalətmedia.az
 

Bölmənin digər xəbərləri

28 Aprel 2025 Qənirə Ataş “VMR Estetik”lə bağlı şok faktlar açıqladı
28 Aprel 2025 Biləcəridə yaşıl ağaclar çıxarılıb, səkidə obyekt tikiləcək?-Videofakt
28 Aprel 2025 “Tamstore” qadın işçini döydülər
28 Aprel 2025 Gülsüm Əliyevaya Aquafiling təlimini Rəna Sultanova keçib! - FOTOFAKT
28 Aprel 2025 "Nur" çörək... Həm yanmış, həm də kifli çörəklər... - NARAZILIQ VAR...
28 Aprel 2025 HAZIR OLUN: Hər gün yeni bir hoqqabazlığa şahidlik edəcəyik... - İTTİHAM VAR...
28 Aprel 2025 Qanunsuz şirkətləri ilə ölkəni talayanlar... - Sahibkarlar nə təklif edir?
28 Aprel 2025 Nərimanov rayonunda “Ailə Park” MTK yaşıl ağacı belə məhv edir- Video
28 Aprel 2025 "Aristokrat" klinikasında işləyən "doktor" Şölə pasiyentləri necə aldadır-Fotofakt
28 Aprel 2025 Bu pasiyentlərin çılpaq görüntüləri yayılıdı-Fotolar
28 Aprel 2025 "Azərlotereya" ASC-nin rəsmisi Gənclər və İdman Nazirliyini belə ələ salıbmış - Fərid Qayıbovun bu qərarını ... / FOTO
27 Aprel 2025 Gülsüm Əliyevanın diplomu saxta çıxdı - Dicle Universiteti belə bir məzunlarının olmadığını AÇIQLADI
27 Aprel 2025 SƏDR DƏYİŞDİ, ANCAQ YEYİNTİ DAVAM EDİR - Rəsmi yoxlama nələri üzə çıxarıb?
27 Aprel 2025 Bu şirkətin özbaşınalığına "dur" deyən olacaqBakıda - “Vialon” yenə evləri dağıdır VİDEO
27 Aprel 2025 İcra başçısının dayısı oğlu olan Zəfər Quliyevdən şok addım:
27 Aprel 2025 "Medaura" klinikasından Nigar Məhəmmədova növbəti qurbanlarına çağırış etdi- Video
26 Aprel 2025 Oğuzda çayın yatağından kimlər qanunsuz daşınma edir?-Araşdırma
26 Aprel 2025 Masallıda yaşıllığa `GƏMİRİCİ`LƏR DARAŞIB... - BU DA FAKT!
26 Aprel 2025 Deputatın oğlunun şirkəti 300 min manata yaxın vergi borcunun niyə ödəmir?-Rəsmi araşdırma
26 Aprel 2025 Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....

Dünyapress TV

Xəbər lenti