Ardını oxu...
Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsi, E Süleymanov 53, mənzil 70-də yaşayan Əmirov Rail Zülfüqar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

"Cənab Prezident!
Yazıb sizə bildirirəm ki, mən 2018-ci il, yanvar ayının əvvəllərində Hüseynov Elçinlə 8-ci km qəsəbəsində yerləşən Naxçıvanski kuçəsi 55-də Nizami Rayon Mənzil-Kommunal Təsərrüfatı İdarəsinin rəisi Ramsin Abdullayevlə görüşdük. Ramsinlə mənim həyat yoldaşım Əmirova Nuranə Elçin qızının adına olan 3,7 sot torpaq sahəsinin tikilib bizə verilməsi barədə danışdıq. O, bizdən 2-3 gün vaxt istədi.

Bundan sonra, 470 min manat pul qarşılığında 370 kv metr torpaq sahəsinin paket sənədlərlə obyekt şəklində tikilib-özəlləşdirilməsi ilə bağlı razılaşdıq. Bir sözlə, 2018-ci ilin yanvar ayının əvvəllərində Hüseynov Elşənin, yəni qaynatamın və Məhərrəm adlı digər şəxsin yanında Naxçıvanski kuçəsi 55-də maşının içərisində Ramsin Abdullayevə 200 min manat verdik. Üstündən 10 gün keçəndən sonra, mən Məhərrəmin və Elçinin yanında həmin yerdə Ramsin Abdullayevə əlavə 268 min manat pul verdim.

Cənab Prezident!
Mən Ramsinə verdiyim 268 min manatın 80 min manatını əmimin dostu Vaqif Həmidovdan almışam və hal-hazırda həmən pulu tələb edir.

Təxminən 1-2 ay sonra biz Ramsin Abdullayevdən obyektin nə vaxt tikiləcəyini soruşduqda, o, bizdən səbrli olmağımızı xahiş etdi. Bu minvalla 2018-ci ilin yay aylarında Ramsin Abdullayev özü ilə bir neçə adam gətirərək, bizə hədə-qorxu gəlməyə başladı. Sonra isə ona 468 min manat verib aldığımız 3,7 sot torpağı hansısa bir "ağsaqqal"ın istədiyini bildirdi. Verdiyimiz pulun əvəzində bizə məxsus olan kafenin 2-ci mərtəbəsini tikib, bizə təhvil verəcəyini və bizə məxsus olan 10 kv.metr ət mağasını 100 kv.metrə qədər böyüdüb, sənədləşdirib, bizə verəcəyini bildirdi. Məcburən razılaşdıq.

Ardını oxu...

Bir müddət sonra Ramsin həmin torpaq sahəsində obyekt tikib, yoldaşının adına sənədləşdirdi. Beləliklə, müxtəlif vəzifəli şəxslərin adından istifadə edərək, bizi hədələməyə başladı. Rövnəq Abdullayev, Bəylər Eyyubov və sair şəxslərlə bizləri təhdid edirdi. Məcbur qalıb, Nizami rayonunun sabiq başçısı Arif Qasımova müraciət etdik. Arif müəllim bizə bildirdi ki, göstəriş verəcəm, həm pulunuzu, həm də obyektinizi qaytarsınlar.
Bütün danışdıqlarım haqqında əlimdə video və səsyazısı sübutlarım var.
Cənab Prezident!
Müraciətlərimizə baxmayaraq Ramsin Abdullayev barəsində tədbir görülmür. Əksinə, o, bizi hədələyir və bildirir ki, 300 min xərcləyəcəm, amma sizə 1 manat da verməyəcəm.

Ramsin Abdullayev Baş prokuror və Korrupsiyaya Qarşi Mübarizə İdarəsində də onun sözünü deyəcək adamı tapıb. Bunu idarənin əməkdaşı Orxan İmanovun əməllərindən başa düşürük. Əlimizdə yeterincə sübutların olmasına baxmayaraq, işə baxmır. Bir sözlə, sakinləri soyan, aldadan, ölümlə təhdid edən insana qarşı heç bir tədbir görülmür. Belə çıxır ki, Ramsin Abdullayevin arxasında kim durubsa, ona dövlət qurumları bata bilmir.

Çox acınacaqlı bir vəziyyətə gəlib çatmışıq. Qanun bəzilərinin əlində oyuncaq olub. İki dəfə Baş prokuror Kamran Əliyevin qəbulunda olmuşuq. Ramsin Abdullayev bizə söz verdi, amma sözünü tutmadı.
Cənab Prezident!
Hüquqlarımız tapdalanır. Xahiş edirik, təhlükəsizliyimizin qorunması və bizə dəyən zərərin ödənilməsi üçün Ramsin Abdullayevin məsuliyyətə cəlb olunması haqqında tapşırıq verəsiniz".
 
Ardını oxu...
Müharibədə 2 övladı şəhid olan Şəki sakini icra başçısından şikayətçidir -
Şəki şəhər sakini, şəhid atası Babayev Bəhruz Yolçu oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şəhid atası icra başçısı Elxan Usubovdan narazılıq edir:
“Mən, Babayev Bəhruz Yolçu oğlu, yazaraq bildirirəm ki, 2 şəhid atasıyam. Amma bu günə kimi bir dəfə də olsun, İcra Hakimiyyətindən şəhidlərimə və özümə qarşı hörmət görməmişəm.
İcra başcımız Elxan Usubov şəhidlərin Şəki yolunun qırağına vurulan şəkillərinin hər birinə onların ailələrindən 150 manat pul yığaraq, düzəldib. Bu nə qədər düzgündür? Buna da göz yumduq.
Daha sonra, Qozbulaq kəndinə asfalt örtüyü çəkilib, amma şəhidin evinə gedən yol bərbad gündədir. Küçəyə asfalt örtüyü çəkilməmiş, gətirib şəhidin plakatını bu yararsız vəziyyətdə olan küçəyə qoymaq istəyirlər.
Bizim icra başçımız özünə villalar, xaricdən torpaq almaqla vaxtını keçirdir. Əhaliyə, xüsusən də şəhid ailəsinə gün ağlamır. İndiyə kimi bu icra başçısı nə bizi evlə təmin etməyib, nə də küçəyə asfalt örtüyü çəkdirib. Artıq söz danışanda da bizi polislə hədələyir.
Torpaqları şəhidlər, qazilər aldı, bunu gərək unutmayalar.
Məktəbin yanındakı plakatı mən özüm cibimdən 800 manat ödəyərək, düzəltdirmişəm. Övladlarım şəhid olanda birinin 19, digərinin isə 22 yaşı olub”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
hurriyyet.az


 
 


 
Ardını oxu...
Dövlət Su Ehtiyatları Agentliyində islahatlara start verilsə, işdən çıxarılacaq idarə rəislərin içərisində ilk sıranı Şafiq Heydərov tutmalıdır…

Poliqon xəbər verir ki, bu barədə Sabirabaddan ünvanlanan məktubda bildirilir. Məktubda qeyd edilir ki, Azərbaycanda torpaq sahələrinin suvarılmasında ən böyük problem Sabirabad rayonundadır. Bildirilir ki, Sabirabadın bir çox kəndləri illərdir su üzünə həstərdirlər.

Şikayətçilərin fikrincə məhz rayon Suvarma Sistemləri idarəsinin rəisi Şafiq Heydərovun yarıtmaz işi sakinləri illərdir suya həsrət qoyub. Bildirilir ki, Şafiq Heydərov Sabirabad Suvarma Sistemləri İdarəsinə şəxsi, qazanc obyekti kimi baxır. Qeyd edilir ki, Şafiq Heydərov idarə rəisi keçəndən sonra Sabirabdda daxili kanlların 50-faizindən çoxu ümumiyyətcə təmizlənmir. Ancaq rəsmi sənədlərdə rayondaxili kanalların təmizləndiyi və görülən işlərə büdcədən hər il külli miqdarda vəsaitlər silinir.

Sabirabad sakinlərinin verdiyi məlumatda bildirilir ki, Şafiq Heydərov mənimsədiyi dövlət vəsaitləti hesabına “kiçik oliqarxa” çevrilib. Şafiq Heydərovun həftənin çox günlərini idarənin Yanacaq Doldurma Məntəqəsi (QSM) müdiri ilə içki məclislərində keçirdiyi deyilir…

Bildirilir ki, tutduğu vəzifəsinə görə xalqa və dövlətə xidmət etməli olan Şafiq Heydərov Suvarma Sistemləri İdarəsinin rəisi keçdikdən sonra övladları üçün yaxşı var-dövlət yığıb. Məktubda qeyd olunur ki, Sabirabad Suvarma Sistemləri İdarəsinin müdirinin Bakıda və Sabirabadda bir neçə evinin və obyektləri var.

Məktubda həmçinin o da qeyd olunur ki, Şafiq Heydərov Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini Zakir Quliyevin kadrıdır vı Zakir Quliyevin hamiliyi nəticəsində də Sabirabad rayonunda suvarma sistemlərinə ayrılan vəsaitləri təyinatı üzrə yöəltmir. Su təsərrüfatı sistemindəki qurğu və kanallar sadəcə olaraq kağız üzərində təmir edilir və ayrılan vəsaitlər isə mənimsənilir. Bu üzdən də Sabirbadda suvarma sahəsində böyük problemlər yaşanır. olduğunu isə bilməyən yoxdur.

Şikayət məktubunda həmçinin o da qeyd olunur ki, məhz Zakir Quliyevin himayəsində olduğu üçün Şafiq Heydərovla bağlı Dövlət Su Ehtiyatları Agentliyinə edilən şikayətlərə əhəmiyyət verən yoxdur.

Qeyd edək ki. şikayətlə bağlı Sabirabad Suvarma Sistemləri İdarəsi ilə əlaqə yaratmağa cəhd etsək də, cəhdimiz uğursuz alındı. Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
PİA.AZ
 
Ardını oxu...
"Azərişıq” Qarabağa işıq çəkən sahibkarın çırağını söndürüb

Vətən Müharibəsindən dərhal sonra, cəmi 37 günə Şuşaya işıq çəkməyi bacarmış, Zəngilanın Ağalı kəndinə və işğaldan azad edilmiş digər ərazilərimizin elektirikləşməsində müstəsna xidmətlər göstərmiş "Enerji Constraction” şirkətinin haqqı ödənməyib! Pulu verməyən isə "Azərişıq” prezidenti Vüqar Əhmədovun ən yaxın dostu Kamil Hüseynovdur. "Enerji Constraction”MMC-nin təsisçisi, Laçında doğulmuş Yusif Eldar oğlu Yusifli "Yeni Müsavat”a deyib ki, sevinc içində, var qüvvəsi ilə gördüyü işlərə görə ona və 250 işçisinə, mal-material, maşın-texnika sahiblərinə külli miqdarda – 5 milyon manatdan yuxarı pulu ödəməyiblər!!!

Sahibkarın sözlərinə görə 2020-ci ildə "Dost Group” MMC-ni təsis edib və işə başlayıb. Sonradan MMC-nin adını "Enerji Constraction”a dəyişib:

"Təsisçi olmaqla bərabər MMC-nin direktoru da olmuşam. Şahin Mollayev vasitəsi ilə Kamil Hüseynovla tanış oldum. Kamil Hüseynov özünü mənə "Azərişıq” sədrinin ən yaxın dostu olaraq tanıtdı. Mənimlə tanış olandan sonra Kamil Hüseynov dedi ki, "Azərişığ”ın rayonlarda, işğaldan azad edilmiş Qarabağda görəcəyi işlər var, həmin işləri görə bilərsən? Mən də tapşırılan işləri görə biləcəyimi dedim. İlk olaraq Şəmkirin Qapanlı, Bayramlı, Gədəbəyin Qasımlı, Əyrivəng kəndləri təqdim olundu. Kəndlərdə görüləcək işlərin smetasını çıxarıb Şahin Mollayevə, o da Kamil Hüseynova təqdim etdi. Bundan az sonra Kamil Hüseynovla görüşdük, iş həcmləri, smetaları bir daha təqdim etdim, görüləcək işlərin qiymətləri ilə razılaşdıq və işə başladıq. Mənə dedi ki, işə başlayandan sonra görülmüş işlərin smetasını təqdim edəcəksən, həmin görülən işlərin dəyərinin üzərinə 10 faiz qoyulmaqla sənə veriləcək.

Məsələn, işin maya dəyəri 100 min manat olacaqsa, onun üzərində 10 faiz qazanc veriləcək. Mən də işləri görməyə başladım. Zavoddan borca transformatorlar, dayaqlar götürdüm. Bu işləri görmək üçün böyük vəsait lazım idi. Ona görə də dost-tanışlardan borc aldım, mağazalara, bazardakı iş adamlarına gördüyümüz işləri göstərib lazım olan mal-materialları borca götürdüm.

İşləri görüb qurtarandan sonra "Azərişıq” nümayəndələri, yerli, regional "Azərişıq” idarələrinin rəisləri gəldilər. "Enerji Constraction”la "Azərişıq” arasında rəsmi müqavilə bağlandı, gördüyüm işlərin Forma 2-ni "Azərişıq”a təqdim etdim. Yerli şəbəkənin, regional şəbəkənin və "Azərişıq”ın rəhbər şəxsləri Forma 2-ləri və sənədləri qəbul etdilər. Bütün gördüyümüz işlərə baxış keçirib təhvil aldılar.

Sahibkar deyir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağ azad edildikdən sonra "Azərişıq” rəhbərliyindən ona Şuşaya işıq çəkmək təklifi gəlib: "Qarabağın, Şuşamızın alınması hər kəs kimi bizi də sevindirir. Bu iş təklifi gələndə can-başla razılaşdıq. Bilirdik ki, ərazi minalanıb, ərazidə işləyəcək işçi briqadalarımıza, maşın-texnikalarımıza təhlükə var, bununla belə 1 gün fasilə vermədən işə başladıq. 2020-ci ilin dekabrında artıq işə sahədə start vermişdik.

Çox qısa müddətə Füzulidən Şuşaya yüksək gərginlikli elekrtik xəttləri çəkdik. Mən Qarabağda tapşırılan işləri gördüyüm müddətdə maliyyə məsələlərini Kamil Hüseynov öz üzərinə götürdü. O, özünü "Azərişıq” rəhbərinin ən yaxın dostu kimi təqdim etdiyindən, ona inamım vardı. Ödənişlər, müqavilələr Kamil Hüsyenovun rəhbərliyi altında həyata keçirildi”.

Sahibkar deyir ki, "Azərişıq” rəhbəri Vüqar Əhmədov onun gördüyü işlərə şəxsən diqqət göstərib, əraziyə gələrək görülən işlərin gedişatı ilə maraqlanıb: "Qarabağda işlədiyimiz müddətdə özü şəxsən gördüyümüz işlərlə maraqlanırdı, zəng edirdi, hər bir işçinin sıxıntısı, çətinlikləri ilə maraqlanırdı. Ödənişlərin vaxtında verilməsi tapşırıqları verirdi. Vüqar Əhmədovun tapşırığı əsasında işləri görüb "Azərişıq”a təhvil vermişik. Ödənişlər "Enerji Constraction”a gəlib, lakin Kamil Hüseynov görülən işlərin pulunu mənə ödəməyib. Halbuki, əlimdə görülən işlərin həcmləri, sənədlər var. Yalandan deyir ki, guya o, işləri görməmişik. Dəfələrlə yoxlanılıb, təsdiq olunub ki, işlər görülüb, yerli şəbəkələr müvafq yoxlamalar aparıb və görülən işləri təhvil alıblar.

Basdırdığımız dayaqlar sayılıb, çəkdiyimiz kabellərin hər bir metrəsi ölçülərək təhvil alınıb. Bütün görülən işlər sənədlərdə əksini tapıb. Bəzi işlər var ki, ödənişi ümumiyyətlə edilməyib. Kamil Hüseynova demişəm ki, vəsait, ödəniş lazımdır, çünki borc aldığım adamlar məni sıxır, evimə gəlir, məni narahat edirlər. Kamil Hüseynov da deyib ki, görülən işlərə görə hələ müqavilə bağlanmayıb, müqavilə bağlanandan sonra ödəniş olacaq. Sonradan öyrəndim ki, gördüyüm işlərə görə müqavilələr başqa firmalarla bağlanıb. Pul başqa firmalara köçürülüb və oradan da mənimsənilib”.


Sahibkar hesab edir ki, bu məsələlərdən Vüqar Əhmədovun məlumatı yoxdur, baş verənlər onun yaxın dostu Kamil Hüseyovun öz oyunudur: "Vüqar Əhmədov tapşırıq verib, iş mənə verilib, surətlə müqavilələr bağlanıb, işlərin tez bir zamanda görülməsi üçün əlindən gələni edib, ödənişlər də olunub. Lakin Kamil Hüseynov tərəfindən həmin ödənişlər mənə çatdırılmayıb, mənimsənilib”.

Sahibkar deyir ki, bəzi işlərin vaxtında görülməməsi Kamil Hüseynovun vaxtında ödəmələri etməməsi ilə bağlı olub: "2 aya görəcəyimiz iş 5 aya qədər uzanırdı. Çünki ödənişlər edilmirdi. İcarəyə götürdüyümüz maşın-texnikalar da boş dayanırdı. Amma məcbur qalıb ödənişləri özümüz edirdik. Hər dəfə də deyirdi ki, işlə, işləri gör, pulun verləcək. Mən də işləmişəm. 5 milyon manatdan yuxarı borc yaranıb. Bü gün mən "Enerji Constraction” təsisçisi olsam da, şikətin direktoru Kamil Hüseynovun öz adamıdır. Şirkətə yaxınlaşan işçilərə də deyirlər ki, pulu Yusifə – guya mənə ödəyiblər. Amma pulu harda, necə ödədiklərini deyən yoxdur. Mən də deyirəm ki, sənəd verin. Mənim ödənişlərimi ödəyin”.
Sahibkar deyir ki, Kamil Hüseynov 1 ildən artıqdır ki, onunla görüşməkdən yayınır: "Telefon zənglərimə də cavab vermir. Qəbuluna gedirəm, qəbul etmir. Mən üzərimə düşən işləri artıqlaması ilə görmüşəm. Ali Baş Komandanın rəhbərliyi altında, Qarabağda işlərin tez bir zamanda görülməsi üçün üzərimə düşən işləri vaxtında və vicdanla yerinə yetirmişəm. Hərbi hissələr, həyati vacib obyektlərin işıqlanması üçün əlindən gələni etmişəm.

37 günə Füzulidən Şuşa şəhərinə, Kəlbəcərin Alagöllər kəndinə elektrik çəkmişik, qarın hündürlüyü 2 metrə çatdığı bir vaxtda fasilə vermədən işə davam etmişik. Doğulduğum Laçına ilk işıq xəttini çəkmişəm. Zəngilanın Ağalı kəndinə işığı mən "Enerji Constraction” olaraq çəkmişəm. Bunu yerli şəbəkələr də, Qarabağ Regional Eneji İdarəsi də təsdiqləyir. İşləri görən mən olmuşam, amma ödənişlər başqa firmalara olub və pulu da oradan nağdlaşdırıb götürüblər. Ona görə də çox acınacaqlı duruma düşmüşəm. Vəd verirlər, ödənişlərimi vermirlər”.

Sahibkar deyir ki, 2023-cü ildə komissiya yaradılıb və guya komissiya gedib yenidən yerində araşdırma aparıb borcunu ödəyəcəklərini vəd ediblər: "Komissiya getdi, araşdırdı, qayıtdı gəldi. Mən bu işi mənasız sayırdım. Çünki mən bütün işləri bir-bir təhvil vermişəm. Yoxlayıb təhvil götürüblər. Təhvil götürdükləri işləri bir də saydılar, yoxladılar. Təklif etdim ki, gəlin, akt bağlayaq, imzalayaq. Dedilər ki, akt bağlaya bilməzlər, bunun üçün Kamil Hüseynov icazə verməlidir.

Heç bir üzləşmə aktı vermirlər, mənimlə hesablaşmırlar. Mənim vəziyyətim olduqca pisdir, borc, mal-material sahibləri qapıma gəlir, məndən şikayətlər edirlər. Ona görə də ölkə rəhbərliyinə, Ali Baş Komandana, "Azərişıq” rəhbəri Vüqar Əhmədova müraciət edirəm: Sizlərin xoş niyyətinizdən, güvəncinizdən istifadə edib ətrafınızdakı insanlar yalan danışır, bizim kimi iş adamlarının, Qarabağda əziyyət çəkənlərin haqqına girirlər. Mənim Qarabağda 250 nəfərə yaxın işçim işləyib. Onlardan 30 nəfərə yaxını Vətən Müharibəsinin iştirakçıları olub. Hamımızın haqqını girdilər, pulumuzu vermədilər”.

Sahibkar deyir ki, Şuşaya işıq çəkilməsi ilə bağlı dövlət televiziyası qısametrajlı sənədli film çəkib və efirə verib. Vüqar Əhmədovdan xahiş edir ki, ən yaxın dostu Kamil Hüseynovun onu aldatmasının qarşısını alsın: "Kamil Hüseynov pulları mənimsəyib. Yalandan deyir ki, bizim Yusifə borcumuz yoxdur. Mən ortaya sənəd qoyuram. Onlar isə boş sözlərdən başqa heç nə qoya bilmirlər. Çünki mənə çatacaq pullar Kamil Hüseynov tərəfindən mənimsənilib. Xahiş edirəm ki, Vüqar Əhmədov bu məsələyə son qoysun, mənə çatacaq pulların ödənməsini təmin etsin”.

P.S Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.

Mənbə: musavat.com
 
 

 


Ardını oxu...
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bir açıq tenderin nəticəsi diqqətimizi çəkdi. Agentlik DOST mərkəzləri və Agentliyin təsis etdiyi təsərrüfat cəmiyyətləri üçün mühafizə xidmətinin satın alınması üzrə 28.12.2023-cü il tarixdə başladığı müsabiqəyə yekun vurub. Açıq tender prosedurunda Agentliyin tender komissiyasının qərarına əsasən “QARTAL SS” MMC qalib elan edilmişdir. Qalib təşkilatla 09.02.2024-cü il tarixdə 448.687,92 manat məbləöində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tenderin şərtlər toplusuna görə “QARTAL SS” Məhdud Məsuliyyətli Cəmiyyəti 12 ay DOST mərkəzləri və Agentliyin təsis etdiyi təsərrüfat cəmiyyətlərinin 11 ünvanda mühafizə xidmətini təşkil edəcək. Onlardan 10-u Bakı şəhərində, 1-i isə Bərdə şəhərində olacaq. “QARTAL SS” MMC şərtlər toplusunda göstərilən ünvanlarda 1 nəfərlik 1 postda 24 saat/ 09:00-09:00/ mühafizə xidməti təşkil edəcək. Bunlardan yalnız Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 13-də yerləşən “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” MMC-nin 2 postu var.

Bəs 11 ünvanda 1 nəfərlik 1 postda mühafizə xidmətini təşkilinə yarım milyona yaxın dövlət vəsaitinin ayrılması inandırıcı gəlirirmi?

Qeyd edək ki, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi “QARTAL SS” MMC ilə mühafizə xidmətinin satın alınması üzrə bir müqavilə də 2022-ci ildə bağlayıb. Bu müqavilənin şərtlərinə görə MMC Agentliyin 9 ünvanda yerləşən Mərkəzlərinin 15 ay mühafizəsinə 29.09.2022-ci il tarixdə 396.780,9 manat məbləğində dövlət vəsaiti ayırılıb. Müqavilənin icrasının başlanma tarixi 28.09.2022-ci il, bitmə tarixi isə 31.12.2023-cü il tarixlərinə müəyyən edilib.

Agentlik tərəfindən 09.02.2024-cü il tarixdə bağlanmış müqavilədə isə icrasının başlanma tarixi 08.02.2024-cü il, bitmə tarixi isə 08.02.2025-ci il tarixlərinə müəyyən edilib. Göründüyü kimi birinci müqavilənin vaxtı 31 dekabr 2023-cü ildə birib. İkinci müqavilənin icrasına isə başlanma tarixi isə 08.02.2024-cü il tarixdən başlanılıb. Maraqlıdır Agentliyin təsis etdiyi təsərrüfat cəmiyyətləri üçün mühafizə xidmətinə 2024-cü ilin yanvar ayında ayrılan vəsait necə olub, yoxsa mərkəzlər mühafizə olunmayıb?

Bunlardan əlavə tenderin şərtlər toplusunda qaranlıq məsələlər çoxdu.Bağlanılmış bu müqavilədə DOST mərkəzlərinin neçə nəfər tərəfindən mühafizə olunacağı bəlli olmur ki, bu da ayrılmış vəsaitin şişirdildiyini deməyə əsas verir. Bir nəfər 24 saat bir obyekti mühafizə edə bilərmi. Onun bir əvəz edəni olmalıdırmı? Şərtlər toplusunda göstərilənlərə görə mühafizə 12 postda təşkil ediləcək ki, bu da 12 nəfər deməkdir. Xidmətin günaşırı aparıla biləcəyini nəzərə alıb alıb 12 nəfər də biz əlavə edirik. Bəs 24-25 nəfərin xidmət göstərməsinə 450 min manata yaxın vəsaitin ayrılması realdırmı?

Qiymətlərin süni şəkildə şişirdildiyi buradan bəlli olur? Bizim özəl mühafizə sahəsində çalışanlardan əldə etdiyimiz məlumatlara görə özəl mühafizəçilər ayda ən yaxşı halda 500-600 manat məbləğində maaş alırlar. “QARTAL SS” MMC isə hər mühafizəçiyə ayda 400-450 manat civarında maaş verir. Bu isə bir mühafizəçinin il ərzində 5-6 min min manat civarında əmək haqqı alması deməkdir. Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən Mərkəzlərin mühafizəsi üçün “QARTAL SS” MMC ilə bağladığı yarım milyon manat civarında olan müqavilədən belə çıxır ki, MMC mühafizəçiyə ayda 1000-1500 manat əmək haqqı verir.

DOST Agentliyinin təsis etdiyi Mərkəzlərin mühafizəçilərin sayı dəqiq olmadığından hesablamarı dəqiq aparmaq olmur. Amma bu Mərkəzlərin 2, hətta 3 nəfər tərəfindən də mühafizə olunmasına ayrılmış vəsait çoxdur. Burada təbii ki, MMC-nin bir sıra xərclərini də nəzərə almaq lazımdır. Amma özəl mühafizə sahəsində çalışmış şəxslərdən əldə etdiyimiz məlumata görə “QARTAL SS” MMC mühafizəçi işinə qəbul etdiyi hər kəsdən geyim pulu alır. Əgər geyim pulunu mühafizəçi özü verirsə daha hansı xərc qalır? Bütün bu kimi məlumatlar isə DOST Agentliyi ilə “QARTAL SS” MMC arasında bağlanmış 448 min manat dəyəri olan satınalma müqaviləsinin süni şəkildə şişirdildiyini deməyə əsas verir.

Aktualinfo.org
 

Ardını oxu...
Ötən həftə Xəzər TV-də Bakının Nizami rayonu Qara Qarayev prospekti 229 ünvanında aaprılan tikinti ilə bağlı süjetin görünməyən tərəfləri barədə maraqlı iddialar var. Bu barədə Mia.az-a verilən məlumata görə, həmin süjetdə şikayətçilərə istinadla oboy satışı ilə məşğul olan sahibkarlardan birinin obyektini genişləndirmək məqsədilə guya qanunsuz söküntü işləri aparıldığı iddia olunub.

Lakin həm Nizami Rayon İcra Hakimiyyəti, həm də Şəhərsalma Komitəsi burada hər hansı qanunsuz tikinti aparılmadığını təsdiqləyib. Ancaq buna baxmayaraq, həm kanal, həm də kanala istinadla saytlar bu xəbəri “Nizamidə qanunsuz tikinti” təqdmatı ilə tirajlayıb.

Maraqlıdır, niyə?!

Mia.az-ın əldə etdiyi məlumata görə, bu məsələnin arxasında əsasən Nizami rayonunda saysız milyonluq obyektləri olan iki qrup arasındakı mal-mülk savaşı dayanır. Belə ki, həmin tikintinin sahibi SOCAR-da yüksək vəzifə tutan Bədəl Bədəlova məxsus olması barədə iddialar var. Əgər Bədəl Bədəlovun SOCAR-ın sabiq rəhbəri, hazırda iqtisadiyyat nazirinin müavini, eyni zamanda, Nizami rayonunun 10 il deputatı olmuş Rövnəq Abdullayevin yaxın dostu olduğunu, bundan əlavə, ötən ilin iyul ayında SOCAR-ın vitse-prezidenti vəzifəsindən azad edilməsini nəzərə alsaq, o zaman “güllə”nin ona niyə və nə üçün atılmasını güman etmək çətin deyil.

İddiaya görə, bu “güllə” rayonda böyük obyektləri olan digər qrup tərəfindən atılıb.

Bu barədə Mia.az-ı məlumatlandıran mənbə deyir ki, həmin kiçik obyektin üzərindən milyonlara sahib olan B.Bədəlovun hədəfə alınmasının başında YAP Nizami rayon təşkilatında əhəmiyyətli gücü olan biznesmenlərdən biri durub: “Ona bu məsələdə Nizami Rayon İcra Hakimiyyətində bir yüksək vəzifəli şəxs də dəstək verir. Burada əsas dava biznes, obyekt sayını daha da artırmaq, eyni zamanda, gələcək siyasi hədəflərə hesablanıb. O adamlar ki, Nizamidə yaşıllıq əraziləri məhv edərək, saysız ticarət, iaşə və digər təyinatlı çoxsaylı obyektlər tikiblər. İndisə, Anadolu türkləri demişkən, Nizamidə parsel-parsel ələ keçirilən boş ərazilər bitib deyə Bədəl Bədəlov kimi büdrəyən imkanlı şəxslərə “diş qıcanır”….”

Qeyd edək ki, MİA.AZ bu mövzuda araşdırmanı davam etdirir. Çox yaxın günlərdə R.Abdullayevin yaxın ətrafını hədəfə alanlarla bağlı maraqlı məlumatlar təqidm olunacaq.
 

Ardını oxu...
Azərbaycanda icra başçılarının "kiçik padşahlar" adlandırılması havayı deyil.

Rayonlara rəhbərlik edən şəxslərin bir çox hallarda özü üçün kiçik "ölkə" qurduğu, öz qaydalarını qoyduğu, özlərini rəhbərlik etdikləri rayonun "prezidenti" kimi apardıqları sirr deyil. Bu qəbildən görüntülər, məlumatlar çox yayılıb.

Bu kimi məsələlərlə gündəmə gələnlərdən biri də Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdur. AFN.az-ın xəbərinə görə, jurnalist Anar Məmmədov T.Qaraşovun Lənkəranda yerləşən “Ay lolo” şadlıq sarayına kortejlə gəldiyini bildirib. A.Məmmədov bunu əks etdirən videogörüntü də paylaşıb. Həmin görüntünü təqdim edirik:

Ardını oxu...
"Azərbaycan Reallığı"na müraciət edən Nərimanov rayon Səməd Vurğun küçəsi 175 ünvanda yaşayan sakinlər bildirir ki, onların yaşadığı ərazinin bir neçə metrliyində fəaliyyət göstərən "Niaqara" şadlıq sarayı illərdir sözün əsil mənasında onların istirahətinə haram qatıb. Xüsusən də gecə saatlarında bu hal baş verir.

Sakinlər iddia edir ki, son vaxtlar bu analoji hal daha da şiddətlənib. Belə ki, şadlıq sarayında toy və ya hansısa məclis təşkili zamanı gələn qonaqların maşınların "parkinq" etməyə yer yoxdu. Məcburiyyətdən şadlıq sarayının qarşısında maşınlar "parkinq" edilir ki, bu da süni sıxlıq yaradır, maşınların səs-küyündən evdə nəyinki oturmaq, yatmaq belə olmur.

Bundan əlavə şadlıq sarayına gələn qonaqlar dincəlib əyləndikdən sonra gecə saat 10-11 arası şadlıq sarayının qarşısında tez-tez dava-dalaş söyüşlər, eşidilir bu da şadlıq evi ilə üz-üzə cəmi 15-20 metirliydə yerləşən bina sakinlərini narahat edir. Hətta bununla bağlı saytımıza video-çəkiliş də göndəriblər.

Sakinlər iddia edir ki, evdə yaşlı nəsil uşaqlar var , bəzən olur söyüşdən insan evinin içində olan uşaqdan qız gəlindən utanır, onlar əlac yonunu məsələni ictmayiləşdirməkdə görürlər xahış edirik ictimailəşdirin, bəlkə bu çarəsizliyə əlac tapılar- deyə sakinlər bildirir.

Kütləvi İnformasıya Vasitələrində səsləndirilən iddialara görə sözügedən şadlıq sarayı dünyasını dəyişən keçmiş Müdafiə Sənayesi naziri olmuş Yavər Camalov məxsusdur.

Səsləndirilən iddialarla bağlı "Azərbaycan Reallığı" qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır

 
 
 
Ardını oxu...
Hüquqşünas Natiq Ələsgərov Abşeron Rayon İcra Hakimiyyətindən şikayətçidir.

AzFakt.com xəbər verir ki, Natiq Ələsgərov sözügedən qurumu sahibkarlıq fəaliyyətinə mane olmaqda ittiham edir.

Hüququşünas bununla bağlı ölkə rəhbərliyinə müraciət edib. Müraciətin bir surəti də redaksiyamıza daxil olub.

Natiq Ələsgərov bildirib ki, Abşeron rayonu, Pirəkəşkül kəndinin ərazisində ona məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ənənəvi Abşeron sortlarından ibarət əncir bağı salıb. Dövlət ona bu iş üçün subsidiya da ayırıb. Bundan başqa, İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş icazə kodu ilə "Agro Turizm" sahəsini də inkişaf etdirməyə başlayıb.

Hüquqşünasın sözlərinə görə, həmin torpaq sahəsində qanunvericliyin tələblərinə uyğun olaraq təsərrüfat anbarı tikintisinə başlayıb: "Tikintiyə başladıqda Abşeron Rayon İcra Hakimiyyəti başçısının Pirəkəşkül kəndi üzrə Elməddin adlı nümayəndəsi bildirdi ki, tikinti işlərinə icazəni mən vermirəm. O, Mirqasım adlı şəxsə zəng edərək mənimlə görüşməsini tapşırdı. Dedi ki, nə lazımdırsa verəcək, yəni, mən verəcəm, məsələni həll edin. Mənə sonuncunun nömrəsini yazıb təqdim etdi. Mirqasım adlı şəxs ilə görüşdükdə, bildirdi ki, rəhbərlik ilə razılaşdırıb, sənə xəbər edəcəm. Mirqasım telefon vasitəsi ilə mənə dedi ki, rəhbər yox idi, təzə gəlib və 30 min manat istəyirlər tikinti üçün. Ona bildirəndə ki, mən təyinatı üzrə tikinti aparıram və bu məbləğ həddindən artıq çoxdur, cavabı özünün sadəcə vasitəçi olduğunu bildirdi. Nəhayətdə mənə dedi ki, 25 min manata razılaşdılar, pulu gətir və tikintini apar.

Mirqasımla danışıqlar apardığım bir vaxtda Elməddin adlı icra nümayəndəsi zəng etdi ki, işini icra elə tez bitir, elə eləmə mən əraziyə gəlim. Nəhayət, noyabrda Abşeron İcra Hakimiyyətinin inzibati binasının qarşısında rüşvət olan vəsaiti aparıb təqdim edəndə, Mirqasım bildridi ki, pulu say, ver əməkdaşımıza, həmin şəxs başçının qohumudur və pulları bu şəxs alır. Həmin şəxs maşınıma əyləşərək pulları bir-bir saydı və götürdü. Yəni Mirqasım adlı şəxs məndən rüşvəti almadı, pulu digər vəzifəli şəxs aldı. Qeyd etdiklərim cinayət işinin materialları ilə tam sübuta yetirilir. Bu günə olan nəticə belədir ki, cinayət işi üzrə yalnız Mirqasım adlı şəxs həbs edilib, digər vəzifəli şəxs - məni Mirqasıma yönəldən təhrikci və rüşvəti alan şəxs həbs edilməyiblər!"

Natiq Ələsgərov əlavə edib ki, bu azmış kimi gecə ilə gəlib tikintinin bir hissəsini söküblər.

"Prezident Adminstrasiyasında qəbul zamanı Abşeron İcra Hakimiyyətinə yanımda zəng etdilər, bildirdilər ki, bu işlərə son qoyun, vətəndaşı inçitməyin, müraciətinə cavab verin. İcra Hakimiyyətinin başçısının 1-ci müavini "baş üstə" deməsinə baxmayaraq, 22 yanvar tarixindən bu günə qədər müraciətimə heç bir cavab verilməyib".

Mirqasım Mirişli Abşeron İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsələhətçi işləyib. O, ötən ilin noyabrında Baş Prokuror yanında Korrupsiayaya Qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib. Baş Prokurorluğun bu barədə yaydığı məlumatda bildirilir ki, əməliyyat-istintaq tədbirləri ilə Mirqasım Mirişlinin Abşeron rayonu ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işlərinin aparılmasına razılıq verilməsi və ümumi himayədarlıq göstərilməsi üçün ona müraciət etmiş vətəndaşdan tələb etdiyi 30 min manat pul vəsaitinin 25 min manat hissəsini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Həmin vəzifəli şəxs qeyd edilən rüşvət məbləğini vətəndaşdan alarkən cinayət başında yaxalanıb, onun xidməti otağı və avtomobilində aparılmış axtarışlarla iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilərək götürülüb.

Mirqasım Mirişliyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qaynarinfo Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayaraq, Natiq Ələsgərovun iddialarına münasibət öyrənmək istəsə də, bu, mümkün olmayıb.

Pirəküşkülün icra nümayəndəsi Elməddin Firidovla da əlaqə saxlamağa cəhd etdik. Onun xidməti nömrəsinə zəng vursaq da, operatorun cavabı belə oldu: "Bu nömrəyə xidmət göstərilmir".

Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. O, bu posta 19 yanvar 2022-ci ildə təyin edilib. Bundan əvvəl isə Nərimanov rayonuna başçılıq edib.
 
Ardını oxu...
 
 

 

Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 97 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi döyülüb.

Oxu.Az-ın məlumatına görə, hadisə bu gün baş verib.

Belə ki, oğlan və qız sevgili olublar. Oğlanın bacıları qıza onun başqa sevgilisinin olduğunu deyib və qardaşlarından uzaq durmağı tələb ediblər. Mübahisə baş verib və bacılar qızı döyüblər.

Hətta bacılar özləri ilə oğlanın digər sevgilisini də gətiriblər.

Onlar şagirdə bildiriblər ki, onu dərsləri bitəndən sonra “başa salacaqlar”.

Məktəb direktorunun təhsil ocağında olmadığı, şagirdlərlə maraqlanmadığı bildirilir.

Hadisə yerinə polis əməkdaşları gəliblər.

İlhamə Əbülfət

Dünyapress TV

Xəbər lenti