Abşeron RİH-lə bağlı rüşvət iddiası: Baş məsələhətçi həbs olunub, icra nümayəndəsindən xəbər yoxdur
Hüquqşünas Natiq Ələsgərov Abşeron Rayon İcra Hakimiyyətindən şikayətçidir.

AzFakt.com xəbər verir ki, Natiq Ələsgərov sözügedən qurumu sahibkarlıq fəaliyyətinə mane olmaqda ittiham edir.

Hüququşünas bununla bağlı ölkə rəhbərliyinə müraciət edib. Müraciətin bir surəti də redaksiyamıza daxil olub.

Natiq Ələsgərov bildirib ki, Abşeron rayonu, Pirəkəşkül kəndinin ərazisində ona məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ənənəvi Abşeron sortlarından ibarət əncir bağı salıb. Dövlət ona bu iş üçün subsidiya da ayırıb. Bundan başqa, İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş icazə kodu ilə "Agro Turizm" sahəsini də inkişaf etdirməyə başlayıb.

Hüquqşünasın sözlərinə görə, həmin torpaq sahəsində qanunvericliyin tələblərinə uyğun olaraq təsərrüfat anbarı tikintisinə başlayıb: "Tikintiyə başladıqda Abşeron Rayon İcra Hakimiyyəti başçısının Pirəkəşkül kəndi üzrə Elməddin adlı nümayəndəsi bildirdi ki, tikinti işlərinə icazəni mən vermirəm. O, Mirqasım adlı şəxsə zəng edərək mənimlə görüşməsini tapşırdı. Dedi ki, nə lazımdırsa verəcək, yəni, mən verəcəm, məsələni həll edin. Mənə sonuncunun nömrəsini yazıb təqdim etdi. Mirqasım adlı şəxs ilə görüşdükdə, bildirdi ki, rəhbərlik ilə razılaşdırıb, sənə xəbər edəcəm. Mirqasım telefon vasitəsi ilə mənə dedi ki, rəhbər yox idi, təzə gəlib və 30 min manat istəyirlər tikinti üçün. Ona bildirəndə ki, mən təyinatı üzrə tikinti aparıram və bu məbləğ həddindən artıq çoxdur, cavabı özünün sadəcə vasitəçi olduğunu bildirdi. Nəhayətdə mənə dedi ki, 25 min manata razılaşdılar, pulu gətir və tikintini apar.

Mirqasımla danışıqlar apardığım bir vaxtda Elməddin adlı icra nümayəndəsi zəng etdi ki, işini icra elə tez bitir, elə eləmə mən əraziyə gəlim. Nəhayət, noyabrda Abşeron İcra Hakimiyyətinin inzibati binasının qarşısında rüşvət olan vəsaiti aparıb təqdim edəndə, Mirqasım bildridi ki, pulu say, ver əməkdaşımıza, həmin şəxs başçının qohumudur və pulları bu şəxs alır. Həmin şəxs maşınıma əyləşərək pulları bir-bir saydı və götürdü. Yəni Mirqasım adlı şəxs məndən rüşvəti almadı, pulu digər vəzifəli şəxs aldı. Qeyd etdiklərim cinayət işinin materialları ilə tam sübuta yetirilir. Bu günə olan nəticə belədir ki, cinayət işi üzrə yalnız Mirqasım adlı şəxs həbs edilib, digər vəzifəli şəxs - məni Mirqasıma yönəldən təhrikci və rüşvəti alan şəxs həbs edilməyiblər!"

Natiq Ələsgərov əlavə edib ki, bu azmış kimi gecə ilə gəlib tikintinin bir hissəsini söküblər.

"Prezident Adminstrasiyasında qəbul zamanı Abşeron İcra Hakimiyyətinə yanımda zəng etdilər, bildirdilər ki, bu işlərə son qoyun, vətəndaşı inçitməyin, müraciətinə cavab verin. İcra Hakimiyyətinin başçısının 1-ci müavini "baş üstə" deməsinə baxmayaraq, 22 yanvar tarixindən bu günə qədər müraciətimə heç bir cavab verilməyib".

Mirqasım Mirişli Abşeron İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsələhətçi işləyib. O, ötən ilin noyabrında Baş Prokuror yanında Korrupsiayaya Qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib. Baş Prokurorluğun bu barədə yaydığı məlumatda bildirilir ki, əməliyyat-istintaq tədbirləri ilə Mirqasım Mirişlinin Abşeron rayonu ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işlərinin aparılmasına razılıq verilməsi və ümumi himayədarlıq göstərilməsi üçün ona müraciət etmiş vətəndaşdan tələb etdiyi 30 min manat pul vəsaitinin 25 min manat hissəsini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Həmin vəzifəli şəxs qeyd edilən rüşvət məbləğini vətəndaşdan alarkən cinayət başında yaxalanıb, onun xidməti otağı və avtomobilində aparılmış axtarışlarla iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilərək götürülüb.

Mirqasım Mirişliyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qaynarinfo Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayaraq, Natiq Ələsgərovun iddialarına münasibət öyrənmək istəsə də, bu, mümkün olmayıb.

Pirəküşkülün icra nümayəndəsi Elməddin Firidovla da əlaqə saxlamağa cəhd etdik. Onun xidməti nömrəsinə zəng vursaq da, operatorun cavabı belə oldu: "Bu nömrəyə xidmət göstərilmir".

Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. O, bu posta 19 yanvar 2022-ci ildə təyin edilib. Bundan əvvəl isə Nərimanov rayonuna başçılıq edib.
 

Bölmənin digər xəbərləri

29 Aprel 2025 Saleh Məmmədov restorana sifarişlə yol çəkdərir?-Video
29 Aprel 2025 Nəsimi rayonunda binanın zirzəmisində kim qanunsuz obyekt tikir?-Video
29 Aprel 2025 Hacıqabul sakinlərinin ÇƏKİLMƏZ CƏFALARI - VİDEO
29 Aprel 2025 Abşeron RMX-nın direktoru bacısını baş həkim təyin edib? - BU NƏDİ BELƏ?
29 Aprel 2025 "Bu kollecin tələbələri bəlkə İqtisad Universitetinin, Ada və BDU-nun tələbələridir xəbərləri yoxdur?"
29 Aprel 2025 ″AQROTARIM″ MMC-nin qalib seçildiyi ŞÜBHƏLİ TENDERLƏR - əgər araşdırma aparılarsa...
28 Aprel 2025 Qənirə Ataş “VMR Estetik”lə bağlı şok faktlar açıqladı
28 Aprel 2025 Biləcəridə yaşıl ağaclar çıxarılıb, səkidə obyekt tikiləcək?-Videofakt
28 Aprel 2025 “Tamstore” qadın işçini döydülər
28 Aprel 2025 Gülsüm Əliyevaya Aquafiling təlimini Rəna Sultanova keçib! - FOTOFAKT
28 Aprel 2025 "Nur" çörək... Həm yanmış, həm də kifli çörəklər... - NARAZILIQ VAR...
28 Aprel 2025 HAZIR OLUN: Hər gün yeni bir hoqqabazlığa şahidlik edəcəyik... - İTTİHAM VAR...
28 Aprel 2025 Qanunsuz şirkətləri ilə ölkəni talayanlar... - Sahibkarlar nə təklif edir?
28 Aprel 2025 Nərimanov rayonunda “Ailə Park” MTK yaşıl ağacı belə məhv edir- Video
28 Aprel 2025 "Aristokrat" klinikasında işləyən "doktor" Şölə pasiyentləri necə aldadır-Fotofakt
28 Aprel 2025 Bu pasiyentlərin çılpaq görüntüləri yayılıdı-Fotolar
28 Aprel 2025 "Azərlotereya" ASC-nin rəsmisi Gənclər və İdman Nazirliyini belə ələ salıbmış - Fərid Qayıbovun bu qərarını ... / FOTO
27 Aprel 2025 Gülsüm Əliyevanın diplomu saxta çıxdı - Dicle Universiteti belə bir məzunlarının olmadığını AÇIQLADI
27 Aprel 2025 SƏDR DƏYİŞDİ, ANCAQ YEYİNTİ DAVAM EDİR - Rəsmi yoxlama nələri üzə çıxarıb?
27 Aprel 2025 Bu şirkətin özbaşınalığına "dur" deyən olacaqBakıda - “Vialon” yenə evləri dağıdır VİDEO

Dünyapress TV

Xəbər lenti