Ardını oxu...
Şəmkir rayonu, Çinarlı qəsəbəsinin sakini Rəcəbova Bəsdi Emin Qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, oğluna aid olan torpaq sahəsini saxta sənədlərlə satıblar:

“Mən, Rəcəbova Bəsdi Emin Qızı, Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Tofiq İsmayılov küçəsində yaşayıram. Sizə bildirmək istəyirəm ki, 1985-ci ildə ailə başçısını itirmişəm. 78 yaşım var. Beş oğul anasıyam. Oğullarımın hər biri Vətənə olan borcunu yerinə yetirib.

Oğlum Nail Lamiq oğlu 1998-2000-ci illərdə erməni əsirliyində olub. Ağlamaqdan gözüm və qulağım zəifləyib.

Belə ki, 1989-cu ildə bizim ailəyə Həzi Aslanov Sovxozundan 12 sot torpaq verilib. 2008-ci ildən oğlum Rəcəbli Zaur Lamiq oğlu ev tikib, ailəsiylə birlikdə orada yaşayır.

Çinarlı Bələdiyyəsiniun sədri Arzu Qafarov və Çinarlı məktəbinin direktoru İradə Əliyeva qohumluq əlaqələrindən istifadə edərək, özbaşına, saxta sənədləşmə apararaq, torpağı ələ keçiriblər. Həmin torpaq sahəsi İradə Əliyevanın arxiv arayışı ilə Bakı sakini Hökümə Əliyeva adlı şəxsin adına sənədləşdirilib.

Bu saxta sənədlərlə bağlı mən onları məhkəməyə verməli olduğum halda, oğlum Rəcəbli Zauru məhkəməyə veriblər ki, torpağı zəbt etmisən, çıx torpaqdan. Mən başa düşmürəm ki, 2008-ci ildən oğlum orada ev tikəndə, bundan əvvəlki Bələdiyyə sədri bizə heç bir söz deməyibsə, indi torpağı necə “zəbt etmiş” oluruq?!

Arzu Qafarov deyir ki, torpaq mənimdir, kimə istəsəm sataram. Onun özünün və ya atasının şəxsi torpağımı var?

Onu da qeyd edim ki, İradə Əliyeva 1 arxiv arayışı ilə 3 torpaq satıb. Onun bacısı oğlu Rəşad Şəmkir İcra Hakimiyyətində yüksək vəzifədə işləyir. Bizim şikayətimizə heç bir dövlət orqanı baxmır. Lazım olan araşdırmanı aparmaq üçün heç bir orqan gəlib yerində işə baxmır.

Mən bir ana kimi sizlərdən xahiş edirəm, problemimi işıqlandırıb, səsimi lazımi qurumlara çatdırasınız”.
Ardını oxu...
Şöbə müdiri haram əməllərini necə “halallaşdırır”?

Ölkə başçısının Əmlak Məsələləri Dövlət Xidmətində həyata keçridiyi islahatlar bu qurumun fəaliyyətində çoxlu sayda müsbət yeniliklərə səbəb olub. Bu yeniliklərdən biri Əmlak Məsələləri Dövlət Xidmətində korrupsiya və digər neqativ hallara qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın, həmçinin, vətəndaş məmnunluğunun artırılmasıdır.

Bu baxımdan, Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin, habelə rəis müavini Elçin Yusubov və digər vəzifəli şəxslərin ölkə başçısının etimadını doğrultduğu göz önündədir. Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərliyində təmsil olunan bu şəxslər prezidentin dövlət qurumları qarşısında qoyduğu vəzifə və tövsiyələri öz fəaliyyətlərində rəhbər tutmaqda, onlara həvalə edilən vəzifənin öhdəsindən uğurla gəlməkdədir.

Lakin təəssüflər olsun ki, bu gün Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri Taleh Bəşirovun şəxsi maraqları konteksində yürütdüyü siyasət adıçəkilən qurumun nüfuzuna xələl gətirən yeganə hal kimi ortaya çıxmaqdadır.

Ölkə mətbuatında ismi hər zaman müxtəlif qalmaqallarda və mənimsəmələrdə hallanan Taleh Bəşirov, bu gün də medianın ən çox diqqət mərkəzində saxladığı simalardan biridir. Buna səbəb şöbə müdirinin respublikanın bir çox bölgələrində hektarlarla torpaq sahəsini yüksək vəzifəli şəxslərin adına rəsmiləşdirməsi, bunun qarşılığında bahalı “hədiyyələr” alması, onlarla bu yolla “halallaşaması” haqda deyilənlərdır.

Taleh Bəşirov bu məsələdə olduqca maraqlı və qeyri-adi taktika sərgiləyir. Belə ki, o, Əmlak Məsələləri Dövlət Xidmətinin balansında olan nəhəng torpaq sahələrini “rəsmi makler” statusunda müxtəlif iş adamlarına, məmur və oliqarxlara təqdim edir. Rəsmi alqı-satqı həyata keçirilir və bu alqı-satqı üçün tələb oluna rüsum dövlət büdcəsinə keçirilir. İddia olunur ki, Taleh Bəşirov bununla işin rəsmi, qanuni hissəsini başa çatdırır. Daha sonra torpağı alan iş adamın ilə əvvəlcədən əldə etdiyi razılığa əsasən, ondan göstərdiyi xidmətin müqabilində pul və ya bahalı avtomobillər şəklində “zəhmət haqqı” alır, qarşı tərəfə “halallıq verir”. Taleh Bəşirov bununla hesab edir ki, o, qanunu pozmadan “halal pul” qazanır.

Taleh Bəşirovun ismi çoxsaylı qalmaqallarda hallansa da, onun adı Bakının Novxanı çimərliyi yaxınlığındakı “Metallurq” düşərgəsi ilə bağlı qanunsuz alqı-satqıda daha çox çəkilməkdədir. Buna səbəb əmlak məmurunun bu məsələdə dövlət siyasətinə açıq-aşkar meydan oxuması, məcburi köçkünləri öz şəxsi marağına görə 30 ildir məskunlaşdığı sığınacaqdan didərgin salmaq istəyidir.

Medianın bu məsələdə Taleh Bəşirova ciddi dirəniş göstərməsi şöbə müdirini çətinə salıb. Taleh Bəşirov zəbtetmə prosesini davam etdirə bilmir. Eyni zamanda, satılan ərazidəki hasarları sökərək bu “işğala” son qoymaq istəmir. Başqa sözlə desək, şöbə müdiri bu məsələdə sözün həqiqi mənasında “pat” vəziyyətinə düşüb. Bu vəziyyətin şöbə müdirinə bundan sonrakı addımlarına necə təsir göstərəcəyini isə zaman göstərəcək.

“Hürriyyət”

Redaskiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 

Ardını oxu...
Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Komunal Təsərrüfat Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi fevral ayı ərzində 414.998 manatlıq tenderə yekun vurub.

"Arqument.az"ın araşdırmasına görə, Sanitariya və Texniki Təmizlik İdarəsi cari ilin fevral ayının 6-da ""Kamaz” və "Maz” markalı xüsusi təyinatlı avtonəqiliyyat vasitələri üçün ehtiyyat hissələrinin, avtoşin, akkumulyator batareyaları və sürtgü yağlarının satınalınması" lotu üzrə keçirdiyi tenderin məbləği 219.998 manat, fevral ayının 20-də "Xüsusi təyinatlı müxtəlif avtonəqiliyyat vasitələri və maşın-mexanizmlərinə ehtiyyat hissələrinin və həmçinin təmiri üçün mal materialların satın alınması” lotu üzrə keçirdiyi satınalmanın məbləği isə 195.000 maat olub.

Hər iki tenderdə "ORXAN EH" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 2903063451) qalib elan edilib.

"ORXAN EH" MMC əvvəlki illərdə də Sanitariya və Texniki Təmizlik İdarəsinin tenderlərində qalib edilib.

MMC 2022-ci ildə Sanitariya və Texniki Təmizlik İdarəsinin "Xüsusi təyinatlı avtonəqiliyyat vasitələri üçün ehtiyyat hissələrinin və həmçinin sürtgü yağlarının satın alınması” və "İtlər üçün quru yemin satın alınması" lotu üzrə keçirilən satınalmalarda qalib olub.

Bu satınalmaların ümumi məbləği 89.950 manatdır.

"ORXAN EH" MMC 2014-cü ilin aprel ayında təsis edilib.

Şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri 4 mkr, ev 80, mənzil 61 ünvanı, qanuni təmsilçisi isə Hüseynov Ələsgər Calal oğludur.

Bəs Hüseynov Ələsgər Calal oğlu kimdir?

Hüseynov Ələsgər Calal oğlu əslən Masallı rayonundandır. Hüsenyov Ələsgər Calal oğlunun qanuni təmsilçi olduğu daha bir şirkət var: "Fidan-TN" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1000678621).

"Fidan-TN" MMC 2006-cı ildə təsis edilib.

Şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Mir Cəlal ev 137A, mənzil 3 ünvanıdır.

"Fidan-TN" MMC-nin fəaliyyət profili barədə açıq internet resurslarında məlumat olmasa da, şirkət uzun illərdir ki, Sanitariya və Texniki Təmizlik İdarəsinin tenderlərində qalib edilir.

Məsələn, "Fidan-TN" MMC Sanitariya və Texniki Təmizlik İdarəsinin 2023-cü ilin avqust ayının 29-da yekun vurduğu "Texniki məqsədlər üçün emal edilməmiş xam duzun satın alınması” (məbləğ - 262.199), 2023-cü ilin mart ayının 1-də "Kamaz” və "Maz” markalı xüsusi təyinatlı avtonəqiliyyat vasitələri üçün ehtiyyat hissələrinin, avtoşin, akkumulyator batareyaları və sürtgü yağlarının satınalınması (məbləğ: 298.998), 2021-ci ilin sentyabr ayının 9-da "Texniki məqsədlər üçün emal edilməmiş xam duzun satın alınması” (məbləğ: 599.971), 2021-ci ilin mart ayının 17-də "Təsərrüfat mallarının satın alınması" (məbləğ: 190.085), 2019-cu ilin noyabrında "texniki duzun satınalınması" (Məbləğ: 144.000) lotları üzrə satınalmalarda qalib edilib.

Mediada zaman-zaman dərc edilən məlumatlara görə, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Komunal Təsərrüfat Departamentinin və eləcə də BŞİH-nin tabeliyində olan digər qurumların tenderlərini əsasən "tender kralı" kimi adlandırılan Ramazan Mirzəyevə məxsus şirkətlər udur.

Ramazan Mirzəyevin Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Komunal Təsərrüfat Departamentinin rəisi Rafael Mehralıyevlə dost və bir çox biznesdə şərik olduğu bildirilir.

Ramazan Mirzəyev əslən Masallı rayonunun Həsənli kəndindəndir.

Sanitariya və Texniki Təmizlik İdarəsinin tenderlərində növbəli formada qalib edilən bu MMC-lərin qanuni təmsilçisi Hüseynov Ələsgər Calal oğlu da Masallı rayonunun Həsənli kəndindəndir və Ramazan Mirzəyevin qohumudur.

Məlumata görə, 1952-ci il təvəllüdlü Hüseynov Ələsgər Calal oğlu "Fidan-TN" və "ORXAN EH" MMC-lərin qanuni təmsilçisi olsa da bu şirkətlər Ramazan Mirzəyevə məxsusdur.

Araşdırma zamanı məlum oldu ki, hər iki şirkətin uzun illər Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Komunal Təsərrüfat Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin tenderlərində qalib olmasının arxasında da Ramazan Mirzəyevin Rafael Mehralıyevlə olan xüsusi münasibətləri dayanır.

Bakı Şəhər İcra Hakimiyyəti "Arqument.az"ın tenderlərin eyni şəxsə verilməsi ilə bağlı sorğusuna cavab verməyib.
Ardını oxu...
Kimə nə dəxli ki, mən şey satıram?!
Ay alan! Məmləkəti-Rey satıram!

Allah rəhmət eləsin, sənə böyük şair.

Mirzə Ələkbər Sabir üçün hər dövrün şairidir, bu danılmazdır. Amma, deyəsən məmur kürsüsündə əyləşənlərin də iş prinsipləri hər dövr üçün eyni olub.

Şeirdə deyildiyi kimi səlahiyyət sahiblərinin hərəsi bir tərəfdə başını salıb aşağı satışları məşğuldurlar.

Məsələn, elə dəfələrlə aidiyyatı qurumlara rəsmi şəkildə, ictimaiyyətə isə "DogruXeber.az" informasiya portalı və "Kanal14" YouTube kanalında barəsində məlumatlarını verdiyimiz, görüntülərini təqdim etdiyimiz qanunsuz tikintilər kimi. Hansı ki, Suraxanı rayonu, Xətai rayonu, Binəqədi rayonu, Nizami və digər rayonlarda bu cür tikintilər bu gün də davam etdirilir.

Biz görüntüləri ilə məlumatları yayımlayırıq Suraxanı rayonu İcra Hakimiyyəti məlumatları sosial şəbəkələrdə, məlumatların şərh bölməsində təkzib edib, bizi qərəzli yazmaqda ittiham ediblər.

Xətai rayonuna gəldikdə isə, bu rayon yəqin Suraxanı və digərlərindən daha böyük "satış etdiyi" üçün, öz "sanbalını saxlayır", Heç kimə, heç nəyə məhəl qoymadan aparılan bütün tikintilərə gözünü, qulağını bağlayıb oturub.

Xətai rayonu Həzi Aslanov qəsəbəsində isə "şıdırğı" villa tikintiləri, rayonun digər ərazilərində (Qaçaq Nəbi küçəsində) isə hündürmərtəbəli düz yola bitişik hündürmərtəbəli yaşayış binası, onun da dibində obyekt tikintisi aparılır. Özü də bunun üçün yaşıllıq ağacları qurban verilməkdədir.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Qeyd edək ki, təqdim etdiyimiz fotoları və həmin tikintilərin ünvanlarını Şəhərsalma və Arxitektura Komitəsinə, həmçinin Xətai rayonu İcra Hakimiyyətinə rəsmi sorğularımızla bərabər göndərmişik. Lakin, təəssüflər olsun ki, iki həftə keçməsinə baxmayaraq, hər iki qurum susmaqda davam edir. Bəlli ki, bizim verdiyimiz məlumatlar heç də onlar üçün təzə xəbər deyil...

Amma, hər şeyə rəğmən redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Mövzunu davam etdirəcəyik...

DogruXeber.az
 
Ardını oxu...
Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubovun və sözügedən qurumun şöbə müdiri Taleh Bəşirovun Novxanı çimərliyi yaxınlığındakı “Metallurq” qaçqın düşərgəsini zəbt etməsi məcburi köçkünlər arasında ciddi narazılığa səbəb olub.

Hadisəylə bağlı əldə etdiyimiz məlumata görə, artıq zəbt olunmuş ərazidə məcburi köçkünlərə məxsus 4 yardımçı təsərrüfat sökülüb. Həmin təsərrüfatın içindəki əşya və avadanlıqlar isə ortalıqda qalıb və məcburi köçkünlər onları qoymağa yer tapa bilmir. Ərazidəki bir evin taleyi isə sual altındadır. Belə ki, evin sahibindən evi təcili şəkildə tərk etmək tələb olunub. Bildirilib ki, “ev plana düşüb” və buna görə də ən qısa zamanda söküləcək. Evdə məskunlaşan məcbur köçkünə isə məsləhət görüblər ki, özünə kirayə axtarsın və əşyalarını ən qısa zamanda buradan çxıarılsın. Hazırda zəbt edilən ərazinin hasaralanması prosesi gedir. Artıq hər tərəfdən ərazinin iki metrə yaxın hündürlükdə daş hasarla əhatələndiyi bildirilir. Tikinti işi gecə saatlarında projektor işığında belə davam dir ki, bu da əraziyə əl qoyan iş adamının hasarlama prosesini mümkün qədər tez bir zamanda başa çatdırmaq istəyindən xəbər verir. Ərazidə baş verənlərlə bağlı daxil olan məlumata görə, Əmlak məmurları “Sarıqaya” yaşayış massivindəki “Metallurq” düşərgəsinin bir hissəsini ələ keçirən zaman, düşərgəyə bitişik on sotluq xüsusi mülkiyyətə məxsus torpaq sahəsini də zəbt ediblər. Həmin torpaq sahəsi yaxın ərazidəki bağ evlərindən birinin sahibinə məxsus olub. Əlində torpağın ona məxsus olduğunu təsdiqləyən mülkiyyət şəhadətnaməsinin olmasına baxmayaraq, əmlak məmurları onun da torpağına əl qoyub. Torpaq sahibi öncə Elçin Yusubov-Taleh Bəşirov cütlüyünə müqavimət göstərməyə çalışsa da, daha sonra əmlak məmurlarının təzyiqi qarşısında geri çəkilməli olub.

Taleh Bəşirovun əlaltıları mülkiyyət sahibinə bildirib ki, onun sahib olduğu torpaq köçkün düşərgəsinə məxsusdur. Vətəndaş xüsusi mülkiyyətin toxunulmaz olduğunu xatırladaraq qanunun çətiri altına sığınmağa çalışanda, əmlak məmurları onun dediklərini təsdiqləyiblər. Eyni zamanda bildiriblər ki, özəl mülkiyyət toxunulmaz olsa da, bu toxunulmazlıq da bir yerə qədərdir və vəziyyətə görə dəyişir. Əlindəki sənədlərin etibarsız olduğunu, lazım gələrsə bu sənədləri asanlıqla ləğv edə biləcəklərini bildirən əmlak məmurları torpaq sahibinə cüzi vəsait ödəməklə vətəndaşa məxsus bütün torpaq sahəsini zəbt ediblər. Daha sonra həmin torpaq sahəsi də məcburi köçkün düşərgəsinin bir hissəsi ilə birlikdə hasarlanıb. Məcburi köçkün düşərgəsində isə vəziyyət hələ də gərgin olaraq qalır.

Köçkünlər hesab edir ki, ədalətin bərqərar olması üçün zəbt edilən əraziyə çəkilən daş hasar sökülməli, avtomobil və piyada yolu açılmalı, sökülən evlər və yardımçı təsэrrüfatlar bərpa edilməlidir. Onlar bu baş verməyənə qədər etirazlarını davam etdirəcəklərini bildiriblər.

Baş verənlərlə bağlı məlumat verən etibarlı mənbənin sözlərinə görə, məcburi köçkünlər Əmlak Məsələləri Dövlət Xidmətinin harınlamış məmurlarından ölkə başçısına şikayət etməyə hazırlaşır. Məcburi köçkünlər əmindilər ki, “dərə xəlvət tülkü bəy” prinsipi ilə hərəkət edən məmurların bu özbaşınalığı haqqında məlumat Prezident İlham Əliyevə çatacağı təqdirdə dövlət başçısı dərhal onları cəzalandıracaq, məcburi köçkünlərin ikinci dəfə qaçqın həyatı yaşadanlara lazımı dərs verəcək. Mənbənin məlumatına görə, ölkə başçısına ediləcək müraciətlə bağlı imzatoplama kampaniyasının həftə sonuna kimi başa çatdırılması nəzərdə tutulub. Bazar ertəsinə kimi Elçin Yusubov və Taleh Bəşirovun əməllərindən narazı olan məcburi köçkünlər imzatoplama kampaniyasını başa çatdıraraq dövlət başçısına müraciət edəcək.

Xatırladaq ki, bir müdət bundan öncə Bakının Novxanı çimərliyindəki “Sarıqaya” yaşayış massivinin “Metallurq” qaçqın düşərgəsinin bir hissəsi ƏMDX-nin yetkililəri – Elçin Yusubov və Taleh Bəşirov tərəfindən məşhur iş addamlarından birinə satılıb. Ərazini satın alan iş adamı ƏMDX məmurlarının köməyi ilə məcburi köçkünlərə məxsus bəzi ev və yardımçı təsərrüfatları dağıdıb, avtomobil və piyada yolunu bağlayıb. Məcburi köçkünlərin etirazına məhəl qoymayan məmurların məcburi köçlünlərin yaşadığı digər evlərə də əl qoyacağı ehtimal edilir. Məlumat üçün qeyd edək ki, məlum prosesdə xüsusi aktivliyi ilə diqqət çəkən isimlərdən biri olan Taleh Bəşirovun adı ölkə mətbuatında ilk dəfə iş adamlarının birindən “Rance Rover” markalı avtomobil hədiyyə alması ilə gündəmə gəlib. Həmin vaxt yayılan məlumata görə Taleh Bəşirov dövlət əmlakını dəyər-dəyməzinə iş adamlarından birinə peşkəş etdiyi üçün bu cür bahalı hədiyyəyə layiq görülüb. Onun Türkiyədə də geniş biznes şəbəkəsinə malik olduğu iddia edilir.

Köçkün düşərgəsi ilə bağlı məlumatların mütəmadi şəkildə mediaya sızdırılması şöbə müdiri Taleh Bəşirovun bərk qəzəbinə səbəb olub. Baş verənlərdən ciddi narahatlıq keçirən şöbə müdiri xidmət daxilində casus axtarışına çıxıb. “Satqın kimdir” sualına cavab axtaran Taleh Bəşirov bu məsələdə ən yaxın çevrəsindən belə şübhələnməkdə, onları mümkün qədər nəzarət altında saxlamaqdadır…/aztoday.az
 
Ardını oxu...
İnformatika və Statistika İdarəsi 2023-cü ilin noyabr ayının 29-da ""Med stat” hesabatların online təqdim edilmə sistemi ilə bağlı keçirilən təlimatlandırma üzrə kurslarda tələb olunan malların satınalınması" lotu üzrə yekun vurduğu satınalma keçirib.

Qlobal.az xəbər verir ki, bu satınalmanın məbləği 48.322 manat, qalibi isə "YURD-BAKU CORP" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1008353801) olub.

"YURD-BAKU CORP" MMC İnformatika və Statistika İdarəsinin sözügedən satınalmasından bir ay əvvəl - 2023-cü ilin oktyabr ayının 11-də dövlət qeydiyyatına alınıb.

Ardını oxu...
Şirkətin hüquqi ünvanı naməlumdur: Binəqədi ray0nu, Ziya Bünyadov ev 15.

Şirkətin qanuni təmsilçisi Cəfərova Günel Şahin qızıdır.

Cəfərova Günel Şahin qızının adına xeyli sayda MMC-lər təsis edilib. Bu MMC-lər büdcədən maliyyələşən təşkilatların sifarişçi olduqları satınalmalarda müntəzəm olaraq qalib elan edilir.

"YURD-BAKU CORP" MMC-nin fəaliyyət profili, müvafiq lisenziyaları, faktiki ünvanı barədə açıq internet resurslarında məlumat yoxdur.

İnformatika və Statistika İdarəsi növbəti şübhəli satınalmasını 2023-cü ilin iyul ayının 25-də keçirib. İdarənin "Dəftərxana və təsərrüfat mallarının satınalınması" lotu üzrə keçirdiyi satınalmanın məbləği 16.610 manat, qalibi isə "GLOBAL STATIONERY OFFICE" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1405058441) olub.
Ardını oxu...
"GLOBAL STATIONERY OFFICE" MMC 2020-ci ilin fevral ayının 12-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Nəsimi rayonu, Alı Mustafayev ev 15, mənzil 24, qanuni təmsilçisi isə Cavadov Mayıl Pərviz oğludur. Cavadov Mayıl Pərviz oğlunun da "proxy" şəxsdir. Onun adına da xeyli sayda MMC təsis edilib. Bu şirkətin də fəaliyyət profili barədə açıq internet resurslarında məlumata rast gəlinmir.

Ardını oxu...
İnformatika və Statistika İdarəsi 2023-cü ilin iyul ayının 17-də "Qeyri-maddi aktivlər maddəsi üzrə Hesabatların toplanılma sisteminin təkmilləşdirilməsi, şəbəkəyə nəzarət üçün idarənin serverinin sazlanması və hostların yenilənməsi" lotu üzrə satınalmaya yekun vurub.

Bu satınalmanın məbləği 19.850 manat, qalibi isə "LANMERD COMPANY" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 2007787681) olub.

Ardını oxu...
"LANMERD COMPANY" MMC-nin hüquqi ünvanı Xətai rayonu Məzahir Rüstəmov ev 22, mənzil 14 ünvanıdır. Şirkət 2023-cü ilin yanvar ayının 1-də dövlət qeydiyyatına alınıb, şirkətin qanuni təmsilçisi isə Almasov Rəşad Fazil oğludur.

Ardını oxu...
Bu mənzildə - Xətai rayonu Məzahir Rüstəmov ev 22, mənzil 14 ünvanında hüquqi ünvanı olan daha bir şirkət - "SIYAQUAR RD TRADE" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 2007852831) 2023-cü ilin iyun ayının 19-da İnformatika və Statistika İdarəsi ""Med stat” hesabatların online təqdim edilmə sistemi ilə bağlı keçirilən təlimatlandırma üzrə kurslarda tələb olunan malların satınalınması" lotu üzrə sifarişçi olduğu daha bir satınalmada qalib elan edilib.
Ardını oxu...
Şirkətin qanuni təmsilçisi Adıgözəlov Şamo Mais oğludur. Bu şəxsin adına da xeyli sayda MMC-lər təsis edilib. Bu MMC-lər də dövlət büdcəsindən maliyyələşən təşkilatların satınalmalarında şübhəli məqsədlərlə istifadə edilir.

Ardını oxu...
Əlbəttə ki, bu son deyil.

Xətai rayonu Məzahir Rüstəmov ev 22, mənzil 14 ünvanında hüquqi ünvanı olan daha bir şirkət - "SAPFIRON TRADE" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 2007787421) İnformatika və Statistika İdarəsinin "Mətbə mallarının satınalınması" lotu üzrə 2023-cü ilin may ayının 26-da yekun vurduğu satınalmada qalib elan edilib.
Ardını oxu...
Bu satınalmanın məbləği 48.978 manat təşkil edib.

Satınalmada qalib elan edilən "SAPFIRON TRADE" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilisi isə İnformatika və Statistika İdarəsinin digər satınalmasında qalib elan edilən "LANMERD COMPANY" MMC-nin qanuni təmsilçisi Almasov Rəşad Fazil oğludur.

Ardını oxu...
İnformatika və Statistika İdarəsinin satınalmarında qalib edilən MMC-lərin heç birinin maddi-texniki bazası, fəaliyyət profilləri, faktiki ünvanları barədə açıq internet resurslarında məlumat verilmir.

Bəzilərinin hüquqi ünvanları və qanuni təmsilçiləri eyni olan, qeyri-şəffaf təşkilatların İnformatika və Statistika İdarəsinin satınalmarında hansı meyarla əsasən qalib elan edilmələri bir sıra suallar yaradır.

İnformatika və Statistika İdarəsinin sifarişçi olduğu satınalmalar formal olaraq keçirildiyi, satınalmalarda qalib elan edilən MMC-lərin İdarə tərəfindən deyil, Səhiyyə nazirliyinin Maliyyə İdarəsinin rəisi tərəfindən müyyən edildiyi iddia edilir.

Qlobal.az məsələ ilə bağlı İnformatika və Statistika İdarəsindən mövqe öyrənə bilməyib.

Səhiyyə nazirliyinin İnformatika və Statistika İdarəsinin fəaliyyəti ilə bağlı Hesablama Palatasından aldığımız açıqlamada isə deyilir:

"Hesablama Palatası 2022-2023-cü illərdə Səhiyyə nazirliyinin İnformatika və Statistika İdarəsində audit həyata keçirməyib".

Xatırladaq ki, Səhiyyə nazirliyinin İnformatika və Statistika İdarəsinin rəisi Mehdi Əmrahovdur.

Mehdi Əmrahov uzun illərdir bu quruma rəhbərlik edir.

O, 2012-ci ildə sabiq Səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilib.
 

Ardını oxu...
Mən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci qrup əliləm. Çox sayda
medallarla təltif olunmuşam. Atam Əlisafa Cahangirov birinci Qarabağ müharibəsinin iştirakçısı olub, anam qəhrəman ana adını alıb, bir qardaşım birinci
Qarabağ döyüşlərində yaralanıb ömürlük 2-ci qrup əlildir və digər qardaşım isə birinci Qarabağ müharibəsi veteranıdır.


Bu sözləri Prezidentə ünvanlanan və Gundeminfo.az-ın poçtuna göndərdiyi müraciətində Cahangirov İlqar yazıb.

O daha sonra qeyd edib ki, ailəlikcə Vətənimizə və Dövlətimizə bağlı şəxslərik. Mən 22 sentyabr 2023-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi
nazirinin müavini Hidayət Abdullayevin qəbulunda olmuşam. Nazir müavini mənim bütün problemlərimi bir-bir diqqətlə dinləyib, ailə vəziyyətim barədə
kifayət qədər məlumat əldə edib. Mənim və ailəmin Vətənə və Dövlətə necə bağlı olduğumuzun və cənab Ali Baş Komandan İlham Əliyevin siyasi kursuna necə
bağlı olub dəstəklədiyimizin şəxsən şahidi olub. Nazir müavini Hidayət Abdullayev, görüş zamanı məni şəxsən dəstəklədiyini bildirərək, söylədi ki, sizin
kimi şəxslərin hər zaman yanındayıq və sizin problemləriniz dekabr ayının sonuna

Nazir müavini Hidayət Abdullayev mənə söz verib arxayın etdiyi üçün mən də səbr edib gözlədim. 2023-cü ilin dekabr ayında Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinə yaxınlaşıb söylədim ki, cənab nazir müavini Hidayət Abdullayevin problemlərimin həlli ilə bağlı tapşırığı var. Lakin Nazirliyin
əməkdaşları mənə bildirdilər ki, sistemdə sizinlə bağlı heç bir məlumat yoxdur. Hətta mənim, nazir müavininin qəbulunda olmağlımla bağlı belə sistemdə heç bir
məlumat yox idi.

Belə ki, nazir müavini Hidayət Abdullayev qəbulda mənimlə danışarkən cənab Ali Baş Komandanın və nazir Sahil Babayevin adından mənə söyləyib ki, biz
onların tapşırığı ilə sizin problemlərinizi mütləq həll edəcəyik. Lakin cənab Prezidentin və nazirin adından sui-istifadə edən nazir müavini Hidayət Abdullayev
verdiyi sözü unutdu. Mənə dekabr ayında söz vermişdi, indi isə fevralın sonudur. İndi heç onun qəbuluna belə düşə bilmirəm. Hətta nazir müavini ilə görüşdə təkidlə mənə 200 manat maddi yardım da etdilər ki, müvəqqəti olaraq kiçik problemlərini həll et.

Gundeminfo.az-a ünvanladığı müraciətində Qarabağ qazisi qeyd edib ki, hazırda psixoloji problemləri olduğu üçün müalicə alır. "

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayevin bu hərəkətləri məni mənəvi olaraq sarsıltmış və mən hazırda psixiatrik müalicə alıram
ki, intihar etməyim. Bu gün nazir Sahil Babayev və onun müavini Hidayət Abdullayev, cənab Ali Baş Komandanın siyasi kursuna sadiq olan, Vətən yolunda
canını verib əlil olmuş bir qazini, Ali Baş Komandanın adından yalan vədlər verərək intihar həddinə çatdırıb. Mən cənab nazir Sahil Babayevə səslənərək xahiş
edirəm ki, məni şəxsən qəbul etsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xahiş edirəm ki, məni nazirin qəbuluna yazıb görüşün vaxtı barədə
mənə məlumat verəsiniz".

Mən, müraciətimin başlığında cənab Ali Baş Komandana müraciət etsəm də bilirəm ki, mənim bu müraciətimi Prezident Administrasiyasının məktublar
şöbəsində kimsə oxuyub atacaq bir kənara. Ona görə də doğru-düzgün fəaliyyət göstərən media nümayəndələrindən xahiş edirəm, mənim bu müraciətimi saytlarda
dərc etsinlər ki, bəlkə müraciətimin ictimailəşməsi nəticəsində səsim cənab Prezidentə və Birinci Vitse-Prezidentə çatar. Əlavə olaraq onu da qeyd etmək
istəyirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayevin mənə qarşı etdiyi bu haqsızlığa qarşı dinc etiraz aksiyasına icazə
verilməsi üçün 26.02.2024-cü il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Cənab Eldar Əziz oğlu Əzizova ərizə ilə müraciət etmişəm. Dinc etiraz aksiyasının
yeri və vaxtı barəsində bütün media nümayəndələrinə öncədən məlumat verəcəyəm.

 
Ardını oxu...
 
 
 
 
Ads by Ardını oxu...
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Ads by Ardını oxu...
5
Reklamınızı SmartBee ilə effektiv edin.
 
Ardını oxu...
«DOST» İş Mərkəzinin qanunsuzluğuna etiraz edən Ucar rayon sakinləri tərəfindən

MÜRACİƏT

Biz Ucar rayon sakinləri mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Baş Nazir cənab Əli Əsədova, Baş Prokuror cənab Kamran Əliyevə, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbova, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə, müraciət ünvanlayıb xahiş edirik dövlətin ayrıdığı vəsaiti talan edən vəzifəli şəxslərin barəsində ciddi tədbirlər görəsiniz.

Ucar rayonunda çoxlu sayda imkansız, kasıb, himayələrində azyaşlı uşaqları olan cavan və işsiz insanlar var ki, onlar uzun müddətdir işsiz kimi qeydiyata alınıb iş gözləyirlər.Ancaq onları işə qəbul etmək əvəzinə imkanlı, qoca, xəstə və əlil adamları qanunsuz olaraq işə qəbul edirlər.Hansı ki, həmin şəxslər həmin fiziki işləri görmək iqtidarında deyillər.

Prezident cənab İlham Əliyev “DOST” İş Mərkəzini yaratdı ki, kasıb, imkansız, cavan insanlar işlə təmin edilib ailələrini dolandırsınlar.Ancaq “DOST” İş Mərkəzinin rəhbərliyi Ucar rayonunda imkanlı, xəstə, əlil və qoca adamlarla əmək müqaviləsi bağlayıb dövlətin ayırdığı pulu havaya sovururlar.

1955-ci il tarixdə anadan olmuş Ələkbərov Şahlar Xəlil oğlu və onun həyat yoldaşı 1955-ci il tarixdə anadan olmuş İsrayılova İradə Əvəz qızı Ucar şəhəri M.Əliyev küçəsi ev 5 sakinidirlər və həmin ünvanda yaşayırlar. Ələkbərov Şahlar Xəlil oğlu “Serebral ateroskleroz, Araxnoidit, ataksiya vestibulyar pozğunluq, şəkərli diabet” xəstəliyi ilə 2-ci dərəcəli əlilldir.
İsrayılova İradə Əvəz qızı isə bronxial astma infeksion allergik forma, hipertoniya xəstəliyi diaqnozu ilə Ucar rayon Mərkəzi Xəstəxanasında dispanser qeydiyyatdadır.
Ələkbərov Şahlar və həyat yoldaşı İsrayılova İradə “DOST” İş Mərkəzinin əmək müqaviləsi əsasında Ucar rayon Kommunal Müəssisələri Kombinatında (Komxoz) fəhlə işləyirlər.69 yaşlı qoca və ciddi xətə olan ər və arvad işə gəlmədən hər ay müftə maaş alırlar.Ucar rayon Kommunal Müəssisələri Kombinatının birqadiri Soltan Xəlilov qanunsuzluq edərək hər iki şəxs işə gəlmədiyi halda onlara iş davamiyyəti yazır.
Ələkbərov Şahlar Xəlil oğlunun və onun həyat yoldaşının işə gəlmədən müftə maaş almalarına dair subutlar olsada onlara gözün üstə qaşın var deyən yoxdur.

Serebral ateroskleroz, Araxnoidit, ataksiya vestibulyar pozğunluq, şəkərli diabet” xəstəliyi ilə 2-ci dərəcəli əlill və infeksion allergik bronxial astma, hipertoniya xəstəsi olan 69 yaşlı qoca adamlar həmin idarədə hansı fiziki işləri görə bilərlər ?

Hansı zərurət yaranıb ki, 2-ci dərəcəli əlil, 69 yaşları olan qoca, ciddi xəstə, pensiya alan və geniş imkanı olan bu ər və arvadı fəhlə vəzifəsinə işə qəbul ediblər ?
Hansı ki, Ucar rayonunda çoxlu sayda işsiz cavan, sağlam himayəsində azyaşlı uşaqları olan Ucar rayon sakinləri var.Həttda onların arasında şəhid ailələri və qazilərdə var.
“DOST” İş Mərkəzi MMC-nin rəhbərliyi bu qoca, əlil, xəstə, pensiyaçı və imkanlı ər və arvadın müftə maaş almasında maraqlıdırlar.Belə olmasaydı onlarla hər iki aydan bir müqvilə bağlamazdılar.Çünki “DOST” İş Mərkəzinin rəhbərliyinə bu barədə dəfələrlə məlumat verilib.Qeyd edək ki, qanuna əsasən “DOST” İş Mərkəzi MMC işçiləri ilə iki aydan bir müqavilə bağlayır.

Onuda bilirək ki, həmçinin bu ər və arvad eyni vaxtda qocalığa görə təqaüddə alırlar, maddi imkanları çox genişdir.Ucar rayonuna yoxlama gələndə həmin ailə geri tarixə sənəd alıb təqdim edirlər ki, guya üzürlü olaraq işə gəlməyiblər xəstəxanada müalicə olunurlar.Axı bu saxtakarlıq nə vaxta qədər olacaq ?
Nəzərə alın ki, Ucar rayonunda acınacaqlı durumda aclıq iində yaşayan çoxlu sayda işsiz və imkansız sakinlər var ki, uzun müddətdir iş gözləyirlər.
“DOST” İş Mərkəzi MMC-nin rəhbərliyi belə qanunsuzluqlar edərək Ucar rayonunda işə gəlməyib aylıq haqq verən işçilərə aylıq müftə maaş verir.

Biz Ucar rayon sakinləri xahiş edirik şikayətimizi obyektiv araşdırıb qoca, əlil, xəstə və imkanı olan belə insanların əmək müqaviləsinə xitam verib əvəzinə kasıb, imkansız fiziki qüvvəsi olan şəxsləri işə qəbul edəsiniz və bu qanunsuzluğu etmiş vəzifəli şəxslərin barəsində ciddi tədbirlər görəsiniz.

Məmmədov Xanlar Akif oğlu Ucar şəhəri Nizami küçəsi ev 14
Əlaqə telefonu; 051 495-34-56

Hümbətov Asif Atəş oğlu Ucar rayonu D.Qorqud küçəsi ev 21
Ardını oxu...
Ardını oxu...
 

 
 

Ardını oxu...

Məlumdur ki, son illər Daxili İşlər Nazirliyinin tabeli dövlət qurumlarında həyata keçirilən islahatlar geniş ictimaiyyətin diqqətini olduqca cəlb etməkdədir. Çünki, bu qurum müstəqil Azərbaycan Respublikasının əsas dövlət sütunlarından biri hesab olunur və belə bir səbəbdən də, hər kəs daxili işlər orqanı əməkdaşlarının atdıqları addımlara, ortaya qoyduqları yanaşmalara və s. lazımınca diqqət yetirir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 20 iyun 2019-cu il tarixdə imzaladığı Sərəncam əsasında, cənab Vilayət Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olundu. Belə bir təyinatdan sonra Nazirliyin bütün tabeli qurumlarında fərqli ab-hava formalaşmağa başladı. Faktdır ki,  ötən 4 il 8 ay ərzində  bu yöndə lazımi addımlar atıldı və hal-hazırda da atılmaqda davam edir. 

Ardını oxu...

Çox təəssüf hissi ilə qeyd edək ki, bu günə kimi cənab Nazirin rəhbərliyi altında lazımi addımların atılmasına baxmayaraq, hələ də yol polisi əməkdaşlarından bəziləri rəhbərlikdən verilən tapşırıqlara məhəl qoymurlar, necə deyərlər çoxsaylı qanunsuzluqlara imza atmaqda davam edirlər. Bu kimi səbəblər üzündəndir ki, ayrı-ayrı sürücülər bəzi yol polisi əməkdaşlarının müəyyən hoqqaları ilə üz-üzə qalırlar, bəzən də əsassız şəkildə getgələ salınırlar. Belə şəxslərdən biri də Balakən rayonu, Talalar kənd sakini Süleymanov Cavid Şəhmir oğludur.

Ardını oxu...

 Adı çəkilən bu şəxs  gundemxeber.az xəbər portalının redaksiyasına ünvanladığı video- müraciətində bildirir ki, “Mən 27 yanvar 2024-cü il tarixdə şəxsi avtomobilim ilə Balakən rayonuna getməli oldum. 29 yanvarda, saat təqribən 11:45 radələrində Balakən rayonunun Tülü kəndində və hər kəsin “Tülü kruqu” adı ilə tanıdığı ərazidə 99-YP-593 dövlət nömrə nişanlı avtomobili idarə edən Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşı Mehdiyev İsmayıl Nadir oğlu arxamca gəldi və o, mənə “saxla” əmri verdi. Qeyd edim ki, həmin vaxt İsmayıl Mehdiyev idarə etdiyi avtomobildən yerə düşmədi, özünü mənə təqdim etmədi və o, əl işarəsi edərək məni idarə etdiyi avtomobilə əyləşməyə vadar etdi. Az sonra o, mənə “Sən avtomobili sərxoş vəziyyətdə idarə edirsən” dedi. 

Ardını oxu...YPX əməkdaşının bu cür yanaşması əsasında ona bildirdim ki, mən içkili deyiləm. Həmin vaxt İsmayıl Mehdiyev mənə “Sən içkili olmadığını sübut edə bilərsənmi?” deyə sual verdi. Cavabımda, bəli mən içkili olmadığımı sübut edə bilərəm dedim. O halda o, avtomobildə olan alkatestr aparatını çıxartdı və mənim içkili olub-olmadığımı yoxlamağa başladı. Yoxlama zamanı o, mənə “sən içkilisən” dedi. Belə olan halda onunla razılaşmadım və mənim içkili olub-olmadığımı dəqiqləşdirmək məqsədilə biz Balakən MRX-na getməli olduq. MRX-da olarkən Əsgər həkim məni özünün istifadə etdiyi alkatestr aparatı ilə deyil, məhz yol polisi əməkdaşı İsmayıl Mehdiyevin istifadə etdiyi alkatestr aparatı ilə yoxlamağa başladı. 

Ardını oxu...

Belə olan halda Əsgər həkimə etirazımı bildirdim və ondan xahiş etdim ki, özünün istifadə etdiyin alkatestr aparatı ilə yoxla, daha sonra mənim içkili olub-olmamağımla bağlı analiz nümunələri də götürün dedim. Həkimdən bu yöndə xahiş etsəm də,  o, məni YPX-nə məxsus alkatestr aparatı ilə yoxladı və mənə içkili olduğumu da bildirdi. Belə olan halda Əsgər həkimin yazdığı protokola etirazımı bildirdim və ləngimədən Şəki MRX-na gedib içkili olub-olmadığımı aşkara çıxarmaq üçün analiz verdim. Bəli, bu səhiyyə müəssisəsində verdiyim analiz əsasında müəyyən olundu ki, həmin gün içkili olmamışam və mənə bu MRX-dan ayıq olmağımla bağlı təsdiq olunmuş sənəd də verdilər. 

Ardını oxu...

Qeyd edim ki, Şəki MRX-dan aldığım həmin sənədi Balakən DYP bölməsinin əməkdaşı Elçin Yolçuyevə təqdim etdim və o, həmin sənəd əsasında duracaqdakı avtomobilimi özümə verdi. Belə bir haqsız olayla üz-üzə qaldığımdan, baş verənlərlə bağlı Baş Prokurorluğa, DİN-nin 102 xidmətinə və bir çox dövlət qurumlarına məlumat da vermişəm.

Onu da bildirim ki, 29 yanvar 2024-cü il tarixdə yol polisi əməkdaşı İsmayıl Mehdiyev məni “Tülü kruqu” adı ilə tanınan ərazidə saxladıqdan sonra, guya ki, həmin vaxtlarda içkili olmuşam və o, bununla bağlı barəmdə əsasız protokol da yazır. Eyni zamanda tərtib olunan protokol və müəyyən sənədlər Balakən DYP bölməsindən Balakən Rayon Məhkəməsinə göndərilir. Qeyd edim ki, Şəki MRX-na getmək istədiyim vaxt İsmayıl Mehdiyev qaynım Vüsal Şendiyevə “Siz hara getsəniz yenə də mənim qapımı döyəcəksiniz, yaxşı olar ki, 500 manat pul verin, mən bu söhbəti birdəfəlik bağlayım” deyir. 13 fevral 2024-cü il tarixdə Balakən Rayon Məhkəməsində keçirilən məhkəmə prosesi zamanı, hakim İXM-nin müvafiq maddəsi ilə, guya ki, təkrar sərxoşluğa yolverdiyimə görə sürücülük vəsiqəmin məhdudlaşdırılması haqda qərar çıxarmaq istədikdə, hakimin çıxaracağı qərara etiraz etdim. Yəni, hakimə bildirdim ki, mən 29 fevralda içkili olmamağımla bağlı Şəki MRX-dan rəsmi sənəd almışam. Belə bir səbəbdən də, hakim həmin gün qərar çıxarmadı və lazımi araşdırmaların aparılması üçün, növbəti məhkəmə prosesinin 21 fevral 2024-cü il tarixdə, saat 15:35-də keçiriləcəyini elan etdi. Mən Balakən DYP bölməsinin əməkdaşı İsmayıl Mehdiyevin bu cür əməllərindən heç cür baş aça bilmirəm. Ümid edirəm ki, heç bir əsas olmadan bu şəxsin bizdən 500 manat pul tələb etməsi gectez bir çox rəhbər şəxslərin, ələlxüsus DİN-i cənab Vilayət Eyvazovun diqqətini cəlb edəcək. Yəqin ki, o halda İsmayıl Mehdiyevin atdığı addımlara lazımi qiyməti vermək mümkün olacaq”.

   Qeyd edək ki, möhtərəm Prezident İlham Əliyev cənabları neçə illərdir ki, cəmiyyətimizi eybəcərləşdirən hər cür amillərə, əyintilərə, rüşvətxorluğa və s. qarşı ardıcıl mübarizə tədbirlərini gücləndirir. Buna baxmayaraq, Balakən DYP bölməsinin əməkdaşı İsmayıl Mehdiyev isə, bu yöndə verilmiş tapşırıqları saya salmır. Unutmaq olmaz ki, bir tərəfdən ölkə rəhbəri İlham Əliyev cənabları, digər tərəfdən cənab Vilayət Eyvazov lazımi  addımlarını atırlar ki, yol polisi sahəsində lazımi dönüş əldə etmək mümkün olsun. O halda ortaya belə bir sual çıxır ki, bu cür əməl və amal sahibi olan İsmayıl Mehdiyev, görəsən belə bir əməlləri ilə hara gedir, yaxud da hara qədər gedə biləcək?.Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.

Mövzuya qayıdacağıq.

 

GundemXeber.Az

 
 
 

“Novruz bayramında Əfv fərmanının verilməsini gözləyirik”.

Bunu “Sherg.az”a açıqlamasında hüquq müdafiəçisi, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı bildirib. Hüquq müdafiəçisi qeyd edib ki, Əfv komissiyası müraciətlərə baxır:

“Komissiya həmişə işləyir, ərazilərə, müraciətlərə baxılır. Müraciətlər çoxdur. Əlbəttə, yaxşı olardı ki Novruz bayramı ərəfəsində Əfv fərmanı imzalansın. Bilirsiz ki Əfv fərmanının imzalanması Prezidentin müstəsna səlahiyyətidir. Biz ümid edirik ki, bayram ərəfəsində əfv olacaq. Neçə-neçə ailənin gözü yoldadır. Bu il Əfv fərmanının imzalanması həm də tarixi əhəmiyyət daşıyacaq. Çünki Azərbaycanın ərazi bütövlüyü təmin edildikdən sonra imzalanan ilk Əfv fərmanı ola bilər. İstərdik bu Əfv fərmanı həm də ən böyük əfv fərmanı olsun”.
 
Ardını oxu...
Bakı və Abşeron rayonlarında son illər daha da çoxalan qanunsuz tikililər barədə tv və digər mətbuat orqanlarında daim xəbərlər verilib. Şəhərsalma qanununa uyğun olmayan, ekoinşaat prinsiplərinə zidd olan bu tikililər təəssüflər olsun ki, dövlət qurumlarının balansında olan torpaq sahələrini, magistral yolların ehtiyat zolaqlarını da zəbt edə bilib.

Bakı şəhərinin Baş Planının hazırlanması yenidən qanunsuz tikilililəri gündəmə gətirib.

AzFakt.com bu cür qanunsuz tikililərdən birini – Abşeron rayonunda Xırdalan dairəsinin kənarında tikilən ticarət mərkəzi barədə dəfələrlə məlumat dərc edib.

Qeyd edək ki, Xırdalan dairəsinin kənarında inşa edilən ticarət mərkəzi əslən Naxçıvandan olan Fərzəliyev Bəhruz İsfəndiyar oğlunun adına inşa edilib.

Burada ciddi qanun pozuntusu tikinti obyektinin funksiyası barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən alınan icazədədir.
Ardını oxu...
Belə ki, sözügedən ticarət mərkəzi Dövlət Şəhərsalma və Arxitektura Komitəsində fərdi ev kimi qeydiyyata alınıb.

Obyektin ümumi sahəsi 16.549 (m2), mərtəbə sayı ikidir.

AzFakt.com saytı olaraq sözügedən ticarət obyekti barədə yenidən jurnalist araşdırması apardıq.

Araşdırmamız zamanı məlum oldu ki, dövlət Komitəsinin rəsmi sənədində fərdi ev kimi reyestrə alınan obyekt Bəhruz Fərzəliyevin İsfəndiyar oğlunun adına sənədləşdirilsə də, obyektin əsl sahibi Allahverdiyev Elçin Mürvət oğludur.

Biznes fəaliyyəti ilə məşğul olan Elçin Allahverdiyevin Abşeron rayon İcra Hakimiyyətinin rəhbərliyində təmsil olunan şəxslərdən biri ilə xüsusi münasibətlərinin olduğu deyilir.

Əldə etdiyimiz son məlumata görə hazırda qanunsuz inşa edilən ticarət mərkəzində son tamamlama işləri gedir.

Həmçinin obyektin sənədlərini yoxlamağa gələn aidiyyatı dövlət qurumlarının nümayəndələrinin qarşısına çıxarmaq üçün bir neçə şəhid ailəsi və qazinin də obyektdə işə götürülməsi planlaşdırılır.

Xatırladaq ki, Baş nazir Əli Əsədovun 2023-cü ilin dekabr ayının 30-da “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiqləməsindən sonra Bakı və Abşeron magistralının kənarında inşa edilən xeyli sayda obyektlərin söküləcəyi barədə məlumatlar yayılıb.
 

Dünyapress TV

Xəbər lenti