Ardını oxu...
Ötən ilin sonlarında Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən İlqar Akif oğlu Mahmudov bu təyinatadək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin müdiri işləyib. Bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Bakı Humanitar Kollecin direktoru vəzifəsində çalışıb. İlqar mahmudovla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar nəticəsində ilginc məlumatlar ortaya çıxıb. İlqar Mahmudovun saysız-hesabsız obyektləri, paytaxtın müxtəlif yerlərində mənzilləri, bağları və lüks avtomobillərinin olduğu barədə məlumatlar var. Heç şübhəsiz ki, o, bütün bunları halal pulu ilə deyil, rüşvət və dövlətin vəsaitlərini mənimsəyərək əldə edib. Bu arada mediada yer alan məlumata görə, bir neçə il öncə İlqar Mahmudovun bağ evindən 250.000 min manat pul oğurlanıb. Oğruluq edən şəxsin ailəyə yaxın olduğu deyilir. Elə buna görə də İlqar Mahmudov baş verən hadisə barədə hüquq mühafizə orqanlarına müraciət etmədiyi bildirilir. Ancaq başqa bir məsələ də ola bilər ki, o, qorxduğu üçün həmin oğurluq hadisəsi barədə hüquq mühafizə orqanlarına məlumat verməyib. Çünki sorğu-sual oluna bilərdi ki, sən bu qədər vəsaiti necə əldə etmisən, İlqar Mahmudov?

O, hələ gənc yaşlarında sabiq nazir Misir Mərdanovun köməkçisi, daha sonra bir neçə il Bakı Humanitar Kollecin direktoru olub. Bununla bağlı cumhuriyyet.az ölkə mediasında yer alan məlumatlara istinadən bildirir ki, İlqar Mahmudov direktor olduğu illərdə təhsil ocağında rüşvət və korrupsiya ayaq açıb yeriyirmiş. Gəl ki, buna görə heç kim İlqar Mahmudova “gözün üstə qaşın var” deyə bilmirmiş. Çünki onun havadarları yüksək postlarda təmsil olunurmuş. İlqar Mahmudov həmçinin özünü sabiq MTN şefi Eldar Mahmudov yaxın qohumu kimi də təqdim edirmiş. Beləliklə məsuliyyətdən kənarda qalan İlqar Mahmudovun hazırda Elm və Təhsil Nazirliyində yüksək vəzifəyə təyinat ala bilib. Az qala “nazirlik içində nazirlik” funksiyasını oynayan DNŞ müxtəlif vasitələrlə rayon təhsil şöbələrinə,məktəb direktorlarına təzyiqlər edir, əvəzində onlardan alınan yüklü miqdarda rüşvət müqabilində rahat buraxılırlar. İlqar Mahmudov rüşvəti və korrupsiyanı rəhbərlik etdiyi şöbənin iş prinsipinə çevirib. Ümumiyyətlə onun təhsil sistemində çox unudulmaz bir keçmişi var. Daha çox “200 minlik kollec” əməliyyatı ilə yadda qalan İ.Mahmudov bütün fəaliyyəti dövründə rüşvətxorluğu özünün fəaliyyət prinsipinə çevirib. Zamanında kollec rəhbəri işlədiyi dövrdə iftixarla “200 min verib bu vəzifəyə gəlmişəm,pulumu çıxardıram” deyən Mahmudov ümumiyyətlə təhsil sistemini “pulçıxartma” vasitəsi hesab edir. Bunun həqiqət olduğunu görmək üçün elə indiki fəaliyyətinə azacıq nəzər salmaq kifayətdir. Nazirliyin daxili nəzarət şöbəsini daxili işlər nazirliyinə çevirən,özünü və komandasını isə polis statusunda görən İ.Mahmudov təhsil ictimayətini qorxu içərisində saxlamaqla şəxsi ambisiyalarını təmin edir. Demək olar ki, bütün rayon təhsil şöbələri,məktəb direktorları aylığa otuzdurulublar. Narazılıq pik həddədir,sadəcə cürət edib səsini çıxardan yoxdur. Daxili nəzarət şöbəsi adı altında təhsil sistemində böyük rəzalət yaşanır. Belə bir tərcümüyi hala malik şəxsin Quba rayonuna necə rəhbərlik etməsi, hansı əməllərə imza atması da artıq ortaya çıxmaqdadıq. Quba rayon sakinləri dia-az.info-ya müraciətlərində bildirirlər ki, bu müddətdən bəri başçı ilə görüşmək, onun qəbulunda olub dərdini danışmaq problemə çevrilib. Elə buna görə də bu gün Qubadan paytaxtt Bakıya bir şikayətçi axını var… Biz də dia-az.info olaraq sakinlərin iddiasını araşdırdıq və gördük ki, 31 avqust 2023-cü ildən bəri icra başçısı postuna təyinat alan İlqar müəllimin vəəndaş qəbulu ilə arası o qədər də yaxşı deyil. Məsələn, sonuncu dəfə 23 fevral 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Qırmızı Qəsəbə qəsəbə inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib.
Ardını oxu...
Təqdim etdiyimiz aşağıdakı fotodan da aydın olur ki, İlqar müəllim “vətəndaş qəbulu” adı altında MƏMUR QƏBULU həyata keçirib, “yuxarılar”ın gözünə kül üfürməklə məşğuldur. Hər halda, bunu aydın şəkildə görmək olar və eyni adamları digər görüşlərdən də müşahidə etmək olur.
Ardını oxu...
Elə bu barədə dia-az.info-ya yazan sakinlər iddia edir ki, başçı onları qapıda görəndə belə “Əəə, bunları burdan rədd edin” deyərək yanındakılara göstəriş verir. Hər halda, bu iddialar gərəkən qurumlar tərəfindən araşdırılmalıdır. Ən azından ona görə ki, bu gün həqiqətən də Qubadan Bakıya bir şikayətçi axını var…
 
Ardını oxu...
“Kristal Abşeron” Bakıda tikdiyi binalarla tez-tez gündəmə gəlir. Şirkət özünün piarını ən yüksək səviyyədə aparsa da, o səviyyəyə cavab vermədiyi qalmaqallı hadisələrlə, sübutlarla öz əksini tapır. Məlum olur ki, tikinti firmasının inşa etdiyi binalardan gah biri əyilib, gah mənzillər keyfiyyətsizdir, gah da ərazisi təhlükəsizlik baxımdan təmin olunmayıb.

Buna fakt kimi “Qobu Park-3” ərazisində itin uşağı dişləməsidir. Şirkət bina tikə bilir, əraziyə texnika yeridə bilir, amma təhlükəsizliyə qarantiya vermir. Nəticədə it məhz həmin ərazidə uşağı dişləyir.

Daha əvvəl isə “Qobu Park-2” yaşayış kompleksində 16 saylı binanın sakinləri təhlükə ilə üz-üzə qalmışdı. Sakinlər bildirmişdilər ki, bina önə doğru əyilib. Hər an təhlükə yaşana bilər. Bu hal daha öncə digər binalarda da yaşanıb. Qrunt suları özülə axıb. Zəlzələ olsa, bina yerlə bir olacaq – deyə əhali təşviş yaşamışdı.

“Qobu Park 2” layihəsində əyri bina tikib vətəndaşların həyatını təhlükəyə atan tikinti firması indi də bataqlığı qurudub yeni binalar inşa etməyə başlayır. Halbuki Azərbaycan bu ilin payızında möhtəşəm COP29 rədbiri həyata keçirməklə bütün dünyaya yaşıl enerji, yaşıl layihə mesajlarını verəcək. Dünyanın yüzlərlə, minlərlə nümayəndəsi və yaşıllığın müdafiəsində olan ölkələr paytaxtımızda beynəlxalq layihədə iştirak edəcəklər. Bu tədbir dövlətin birbaşa nəzarətində olan və təşkilində olan hadisədir. İndisə uşağı itin dişləməsi yenə də bu firmanı önə çıxarır. Çünki şirkət ərazisində təhlükəsizliyi təmin etməliydi.

Qeyd edək ki, deputat Aqil Məmmədov, Razi Nurullayev dəfələrlə bu şirkətin keyfiyyətsiz, yararsız tikinti işləri apardığını deyiblər.

Anaxeber.info
 

          
Ardını oxu...
Hüseynovun oğlu Əli Hüseynovdan tük ürpədən şikayət! Adam vurmuşam, qoy məhkəmə bitsin Zaqs edəcəm səni. Şikayətçi Sabina xanımın digər açıqlamaları nə ilə bitəcək?

Qeyd edək ki, Əli Hüseynovdan eyni senarili şikayət artıq ikinci dəfədir. Ötən təqvim ayında Ağsu rayon sakini Aygün Kərimova adlı qadın da butip şikayətlə mikrafonumuza danışmışdı. Bu dəfə isə Sabina adli qadın Əli Hüseynovun onu aldadaraq evlənəcəyini soz verib onunla xeyli müddət yaşamasini, hətta ondan bir oğul övladının da olduğunu bildirir.

Sabina xanım bildirir ki, onunla əvvəl evlənmiş Aygün xanım guya ona türk vətəndaşı ilə xəyanət etdiyinə görə onu atmışdır. Sabina xanım bildirir ki ondan, atasının verdiyi 7000 manat pulu Əli, maşınla adam vurduğunu görə kiməsə verəcəyi adı altında Sabinadan pulu götürmüşdür. İndi qadın şikayətçi olaraq, Aygün xanımın mikrafonumuza ötən ayda verdiyi müsahibəni 13 fevrala söz verdiyi tarixdə pulu qaytarmayacagi təqdirdə eyni onkoloji müsahibə verəcəyini Əli Hüseynova bildirməklə xəbərdarlıq etmiş, əks halda terapiya müalicəsi işinin apardığı Yasamal hospitalına cəkilislə gələcəyini bildirmişdir.

Əli Hüseynov bundan bərk narahat olduğunu bildirərək demişdir: Amandır, iş yerimə müxbirlə gəlmə, kart at pulunun yarısını ödəyim, yarısını da mart ayında ödəyərəm. Buna razılıq bildirən Sabina, ona pul kart atdığını və Əlinin ona olan bu borcun 3min manatını saat 15-00 radələrində ödədiyini bizə bildirdi.

Daha sonra şikayətçi biz bildirdi ki, deyilən vaxta kart hesabına 7 min AZN borcun 3 min manat hissəsini artıq qaytarmışdır Əli Hüseynov... İndi məsələylə bağlı bir-neçə maraqlı suallar ortaya çıxır: Yasamal Hospitalinda terapiya müalicəsini aparan Əli Hüseynov hansı tibbi sertifikat vəya tibbi təhsillə həyata keçirir?

Onu da qeyd edim ki, şikayətçi Sabina xanımın media olaraq bizə ünvanladığı şikayət yazılarına Əli Hüseynovdan qarşi tərəf mövqeyini istəsək də, o buna biraz sonra cavab verəcəyini bildirsə də, artıq neçə günlərdir ki o mövqe bildirmir... Azerbaycanrealligi.com
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Laçın rayonunda tikinti işləri aparan "Bakı Abadlıq" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti narazılıq yaradır.

Qlobal.az xəbər verir ki, "Bakı Abadlıq" MMC-nin Laçın sakinləri arasında yaratdığı narazılığın səbəbi şirkətin tikinti işlərini keyfiyyətsiz aparmasıdır.

Sakinlər iddia edir ki, "Bakı Abadlıq" MMC-nin gördüyü işlərin əksəriyyəti keyfiyyətsiz, başdangetdi görülür.

Qlobal.az məsələ ilə bağlı "Bakı Abadlıq" MMC-dən mövqe öyrənə bilməyib.

Videonu təqdim edirik:

 

Ardını oxu...
Goranboy rayonu 1 saylı orta məktəbdə direktor vəzifəsini tutan Qabil Misirov barəsində cinayə işi açılıb. Bu barədə dia-az.info-ya daxil olan informasiyada qeyd olunur.

Məlumatı verən qaynaq iddia edir ki, cinayət işinin açılmasına səbəb direkttorun konkret bir insidenti törətməsi olub. Qeyd edək ki, səslənən iddialarla bağlı əlimizdə sübut olmadığından və məsələnin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmas səbəbindən olayın mahiyyəti barədə əlavə bilgi verə bilmirik.

Lakin onu bildirək ki, mənbə barəsində cinayət işi açılan direktorun diplomunun saxtta olduğunu bildirməklə yanaşı qeyd edir:

"Qabil Misirov Təhsil İdarəsində işləyənə qədər hal-hazırda həbsdə yatan keçmiş İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin oğlunun atına baxırdı. Sonradan
"dayısı" tərəfindən Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filalının saxta diplomunu aldığından Vilyam Hacıyev Göygöldə İcra Hakimiyyətinin Başçısı işlədiyi dövrdə atlarına yaxşı baxdığı üçün onu təhsil idarəsinə metodist vəzifəsinə işə götürdü".

Əlavə bbilgilərimiz olacaq. Bizi izləməyə davam edin...

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Və yaxud, "Azərenerji" ASC "Korrupsiya yuvasına" necə çevrildi?

Əvvəlcə “Azərenerji” ASC-nin son illəri niyə zərərlə başa vurmasının səbəblərini araşdıran zaman bir neçə il əvvəlin statistikasına baxmaq kifayətdir. Belə ki, 2018-ci ilin dekabrın 31-ə “Azərenerji” ASC-nin cəmi aktivləri 3 milyard 713 min 924 manat təşkil edib. Bu 2017-ci il ilə müqayisədə 1,7% çoxdur.

Bu barədə “Azərenerji”nin 31 dekabr 2018-ci il tarixinə bitən il üzrə mənfəət və ya zərər və digər məcmu mənfəət haqqında konsolidə edilmiş hesabatda deyilir.

Hesabata əsasən, ötən il üzrə ASC-nin cəmi öhdəlikləri 2 milyard 527 milyon 840 min manat olub, bu da 2017-ci illə müqayisədə 4% azdır.

“2018-ci ili 307 milyon 335 min manat zərərlə başa vurub”
“Azərenerji” ASC 2018-ci ili 307 milyon 335 min manat zərər ilə başa vurub, 2017-ci ili 602 milyon 873 min manat zərər ilə bağlamışdı. Yəni 2017-2018-ci illərdə “Azərenerji”-nin zərəri 1 milyard manata yaxın olub.

ASC-nin həmin dövrə cəmi öhdəlikləri 2 milyard 527 milyon 840 manatdır ki, bunun da 1 milyard 707 milyon manatı, yəni, təqribən 1 milyard dolları kredit borcları olmuşdur.

“Azərenerji” büdcədən hər il dotasiya alır, təkcə 2017-2018-ci illərdə aldığı subsidiyanın miqdarı 196 milyon manat olmuşdur. Və 2018-ci il büdcəyə ödədiyi verginin həcmi isə cəmi 27 milyon manat olmuşdur.
Bəs görəsən, Azərbaycanın daxili və Xarici istehlakçılarına satdığı hasil edib satdığı elektrik enerjisindən nə vaxt fayda görəcək? Bəri başdan qeyd edək ki, əgər “Azərenerji” ASC-də işlər belə davam etsə heç vaxt.

Belə ki, “Azərenerji” ASC-nin Bakıda, " 20 Yanvarda”H.Zərdabi küçəsi 94 ünvanda yerləşən Enerji İstehsalı Operatoruun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidməti idarəsində 3 il öncə mühəndis vəsifəsinə işə qəbul edilmiş 24 yaşlı Zeynalova Mehin adlı xanımı "Azərenerji”ASC-nin Şirvan şəhərində yerləşən GRES ərazisindəki qonaq evlərinə 2022-ci ilin aprelindən 2023-cü ilin iyul ayınadək həftəaşırı xidməti ezamiyyətlərə göndərilsə də, əslində o qonaq evində istirahət etmişdir. Nəticədə 2022-ci ilin aprelindən başlayaraq M.Zeynalovaya hər həftəlik ezamiyyə üçün 2000 manat, digər əsas peşəkar işçilər üçünsə həftəlik 350 manat ezamiyyə pulu hesablanmışdır. Və dövlət büdcəsinə bu müddət ərzində tək bir epizod üzrə kifayət qədər ziyan vurulmuşdur. Yəni, böyük miqdarda maliyyə cinayəti törədilmişdir. Biz mətbu orqan olaraq bu məsələ barəsində Maliyyə Nazirliyi və Dövlət Maliyyə Nəzarət Xidməti qarşısında vəsatələ sorğu göndərsək də, sonda “Azəreneji” ASC yetkililəri qaldırdığımız məsələnin əsassız olması barədə saxta raport təqdim etmişlər. Hələ bu günə qədər büdcədən şişirdilərək talanmış ezamiyyə pulları geri qaytarılmamışdır.
Ardını oxu...
B.Rzayevin qoçuluq və əxlaqsızlığa görə işdən qovduğu 4 əməkdaşın çalışdığı idarə binası

Yəni, dövlət maraqları baxımından bu məslə ədalətlə araşdırsaydı bu epizod üzrə maliyyə sənədləri üzrə ödəmələrdə kəskin fərqi ezam olunanlardan və mühasibatlıqdan soruşa bilərdi və əsil həqiqətlər- maliyyə cinayətləri ortalığa çıxa bilərdi. Bəli, qaldırdığımız bu məsləyə görə M.Zeynalova redaksiyamıza zəng edərək bizi təhdid etmiş və məhkəmə ilə hədələmişdir. Lakin onun həndəvərində fırlanan “mələkləri” sonda başa sala bilmişlər ki, məhkəmə çəkişməsində bu məsələlər açılsa onlar yox, bizlər pis duruma düşə bilərik. Hələ bu azmış kimi, xanım M. Zeynalova 2022-ci ildə aldığı 14-cü dərəcənin 15-ci dərəcəyə qalxması üçün “Azərenerji” ASC şefi B.Rzayevin 16 mart 2023-cü il tarixli əmrini göy rəngli qələmlə saxtalaşdıraraq rəsmi əmrdə 15 rəqəmini 16 kimi qeyd edərək idarənin mühasibatlığına təqdim etmişdir.


Nəticədə, 600 manat əməkhaqqı ilə işə başlayan M.Zeynalovaya 2 ildən sonra 16-cı dərəcə ilə 1950 manat əməkhaqqı hesablanmışdır. Və bu maliyyə cinayətləri bizim yazdıqlarımız sübutlara rəğmən idarənin özü tərəfindən ört- basdır edilmişdir. Elə ona görə də M. Zeynalova 2022-ci iln əvvəlində özünə KİA markalı avtomobil alır. Elə 2 aydan sonra, yəni 2022-ci ilin may ayında qəza törətdiyinə görə yeni KİA SOUL avtomobili alır. 2024-cü ilin yanvarında isə 0 km yürüşü olan yeni, 3-cü "Toyota" markalı bahalı avtomobil də almışdır. 1 il öncə isə dəyəri 4000 manat olan “Ayfon-13” Promax markalı mobil telefon alır. İşlədiyi iki l yarım vaxt ərzində Masazır qəsəbəsində kiçik villa da alıb hazırda yaşamağındadır. Son məlumata görə xanım M.Zeynalova indi də ( 2024-cü ildə) özünə yeni TOYOTA markalı bahalı avtomobil almışdır.

BABA RZAYEVİN İŞDƏN QOVDUĞU sürücünü döyən qoçular 3 AYDAN SONRA NECƏ İŞLƏRİNƏ BƏRPA OLUNDU?

Bəli, qısa müddətdə xanım M.Zeynalovaya rəis müavini olduğuna görə ona xidməti avtomobil və gənc və enerjili İntiqam adlı sürücü də ayrılır. Məlumata görə, az keçməmiş, Mehin xanım nədənsə əsəbiləşərək sürücüsü İntiqamı idarədən it kimi qovmaqla hədləyir. İntiqam da, onun qarşısına əks arqument qoyaraq onu aralarında davam edən özəl münasibətlərə görə ifşa edəcəyini, kollektivdə biabır edəcəyini bildirmişdir. Aralarında yaranan soyuq münasibətlərdən maksimum faydalanmağa çalışan sürücü İntiqam özünəməxsus –2992848 mob telefonun votsap profilindən Mehinə 2023-cü ilin avqustun son günlərində, səhər saat 4: 08-də xəbərdarlıq mesajında bildirir:
“ Mənə 50 min verməlisən, Yoxsa səni rüsvay edəcəm el aləmdə” 30 dəqiqə sonra İntiqam votsapla 30 dəqiqədən sonra yenidən soruşur: “ Nə oldu 50 min? Vermirsən deməli” Saat 5:27 –də Mehin İntiqama cavab yazır: “ Verəcəm, səbrli ol”.
Sürücü İntiqamın İdarənin rəis müavini olan M.Zeynalovaya göndərdiyi bu mesajdan da aydın olur ki, əmək haqqısı 1950 manat olan bir idarə məmurundan 50000 manat pul elə belə istənilmir. Yəni sürücüsü çox yaxşı bilir ki, 3 il əvvəl ayağında cırıq və paslı krasovka, cins şalvar və adi bir ağ köynəklə idarədə işə başlamış M.Zeynalova (avtomobilində daşıdığı cavan məmur qadın) indi hansı imkanlara malikdir.

Bu mesajlaşmanın səhəri günü İntiqam Mingəçevir şəhərində yerləşən “Azərenerji” ASC-nin DRES stansiyasına xidməti işə göndərilir. Bundan xəbər tutan Mehinin idarədəki “qoruyucu mələkləri” hesab edilən Yusifov Nicat və Yusifov Ziya qohumları dərhal İntiqamı cəzalandırmaq üçün Mingəçevir şəhərinə gəlirlər. İdarənin həyətində, bütün kameralrın qarşısında Nicat və Ziya dəstəsi İntiqamı avtomobilin içində oturduğu yerdə möhkəm əzişdirdikdən sonra onu sürüyüb həyətə salır və yenə döyməyə başlayırlar. Ətrafdakıların müdaxiləsindən sonra sürücü İntiqam birtəhər canını qurtarıb avtromobilini Mingəçevir Şəhər Polis İdarəsinə sürücü və digər yuxarı orqanlara döyülməsilə bağlı şikayət ərizəsi verir. Hətta bununla kifayətlənməyərək Baş Prokurorluğa və digər aidiyyatı qurumlara şikayətlər göndərir. Aparılan araşdırmadan və kamera görüntülərindən, srücünün aldığı xəsarətlərdən aydın olur ki, cinayət hadisəsi baş vermişdir. Baş Prokurorluqdan "Azərenerji" ASC sədrinə olayla bağlı göndərilən məktubdan sonra Baba Rzayev məcbur qalaraq keçən ilin sentyabrın əvvəlində “Azərenerji” ASC-nin 20 Yanvarda”H.Zərdabi küçəsi 94 ünvanda yerləşən Enerji İstehsalı Operatoruun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidmətinin 4 əməkdaşını - Mehini, sürücü İntiqamı, Nicat və Ziyan Yusifovların işdən azad olunmaları barədə əmr imzalayır. Eyni zamanda Mingəçevir ŞPİ-də İntiqamın şikayəti üzrə aparılan araşdırmaya hüquqi qiymət verilmədən arxivə göndərilir. Çox maraqlıdır ki, "Azərenerji" ASC şefinin işdən çıxma barədə əmrindən heç 3 ay keçməmiş, M.Zeynalovanın "qoruyucu mələkləri" hesab edilən Yusifov Nicat və Ziya idarənin divarından asılmış işdən çıxma barəsində B.Rzayevin əmrini cırıb atırlar və öz rəsmi işlərinə daxili əmrlə bərpa olunub hazırda işlərinə davam edirlər. Sonra da "qoruyucu mələklər" işə əsassız olaraq bərpa olunub. Yəni, nəticəyə gəlirik ki, "Azərenerji" ASC-də "it yiyəsini tanımır" Və yaxud saymır.
Ardını oxu...
Sürücü İntiqamın Mehini şantaj edən votsap yazışması ( maddi sübut)

Bu arada, M.Zeynalova sürücüsü İntiqamdan qisas almaq üçün ona İntiqam tərəfindən hədə-qorxu tələbilə 50 min manat istəməsi barədə göndərdiyi votsap yazışmasını sənədləşdirərək Bakı şəhəri, Nizami RPİ-nə ərizə ilə şikayət verir. Araşdırma aparıldıqdan bir müddət sonra cinayət işi açılmaq əvəzinə müəmmalı formada iş ört basdır edilir. İstər Migəçevir, istərsə də Bakı şəhərinin Nizami RPİ-də aparılan istintaq araşdırmalarının hansı səbəblərdən bağlanması barədə Daxili İşlər Nazirliyinə, BİSTİ-yə 16 gün əvvəl göndərdiyimiz informasiya sorğusuna isə hələ də rəsmi cavab verilməyib.
“Azərenerji” ASC-nin adi bir idarəsində baş vermiş bu olaylardan( adi bir məmurun büdcə talançılığından məlum olur ki,) sonra yuxarıda da qeyd etdiyimiz kimi, “Azərenerji” ASC-nin nədən indiyədək dotasiya hesabına fəaliyyət göstərdiyini, zərərlə işlədiyini anlaya bilərik.
Beləliklə, o da aydın olur ki, bu günə olan məlumata görə “Azərenerji” ASC-nin təqribən iki milyrad dollar kredit borcu etməsinin kökündə yuxarıda araşdırma zamanı qeyd etdiyimiz maliyyə maxenasiyalarının bir hissəsi yer alır. Daha dəqiq desək, “”Azərenerji”-nin nədən bu qədər ziyanla işlədiyini bilmək üçün keçmiş və indiki rəhbərliyinin və onların vəzifəli işçilərinin villalarını, evlərini, saysız-hesabsız obyektlərini, bahalı avtomobillərini, mobil telefonlarını görmək kifayətdir”.
İnanırırıq ki, dövlətimizin başçısı cənab İlham Əliyev nəhayət, “Azərenerji” ASC kimi dövləti milyardlarla dollar borclandırıb, sonra isə dotasiya hesabına işləyən digər dövlət strukturlarının taleyi və fərsiz rəhbərlikləri barədə ciddi islahatlara start verəcəkdir.

İfadetv.com-un araşdırma qrupu
TEREF Xocanın blogu: Səhifəmiz hamının üzünə açıqdır!

 
 

 


Ardını oxu...
Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin vəziyyəti sonradan ağırlaşaraq komaya düşdü. Bu hadisədən sonra uşağın atası Zamin Babayev mediaya açıqlama verərək Bakı Sağlamlıq Mərkəzinin stomatoloji kabinetinə tələm-tələsik oksigen xətti çəkildiyini bildirdi.

Bəs, doğrudanmı Bakı sağlamlıq Mərkəzinin stomatoloji kabinetində baş verən biabırçı hadisəyədək oksigen xətti olmayıb? Axı hər il dövlət büdcəsindən milyonlarla vəsait ayrılan, şəhərin mərkəzində yerləşən, digər tibb müəssisələri ilə müqayisədə yalnız və yalnız ödənişli xidmət göstərən Bakı Sağlamlıq Mərkəzində ümumiyyətlə vəziyyət nə yerdədir? Büdcədən hər il bu tibb müəssisəsinə nə qədər pul ayrılır? Baş direktoru nun adı illərdir müxtəlif qalmaqallarda, maxinasiyalarda hallanan Bakı Sağlamlıq Mərkəzində reallıq necədir?

AzFakt.com saytı Bakı Sağlamlıq Mərkəzinin sifarişçi olduğu bir neçə satınalma üzərində araşdırma aparıb. Araşdırmamız zamanı məlum oldu ki, bu müəssisə cari ilin ilk 2 ayında xərclədiyi vəsait on milyon manata yaxındır:

Bakı Sağlamlıq Mərkəzi bu ilin yanvar ayının 15-də "Tibbi avadanlıqların satınalınması" lotu üzrə sifarişçi olduğu tenderə yekun vurub. Tenderin məbləği 4.9 milyon manat, qalibi isə "SOLAMEDICAL" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilib.

Bakı Sağlamlıq Mərkəzi bu tenderdən 9 gün sonra- yanvar ayının 24-də "Dərman preparatları, laboratoriya tibbi sərf malları və kardioloji invaziv əməliyyatlarda istifadə edilən xüsusi tibbi sərf mallarının satınalınması" lotu üzrə daha bir tenderə yekun vurub. Bu tenderin məbləği 4.6 milyon manat olub. Tenderdə bu dəfə də "SOLAMEDICAL" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilib.

Mərkəzin ötən ilin sentyabr ayının 27-də yekunlaşdırdığı "Informasiya texnologiyaları avadanlıqlarının satınalınması" adlı tenderin məbləği isə nə az -nə çox - 557.669 manat təşkil edib. Bu tenderdə isə "Az Services" MMC qalib seçilib.

Bakı Sağlamlıq Mərkəzinin çoxrəqəmli tenderlərindən biri isə 2023-cü aprel ayının 17-də keçirilib. "Maye oksigenin satınalınması" lotu üzrə keçirilən bu satınalmanın məbləği 120,360 manat, tenderin qalibi isə "Çinar-Servis" İstehsalam Kommersiya Firması olub.

Bəs yuxarıda da qeyd etdiyimiz kimi büdcədən milyonlar ayrılan Bakı Sağlamlıq Mərkəzinin real durumu necədir?

Araşdırmamız zamanı məlum oldu ki, hər il milyonlarla manat xərclənən Bakı Sağlamlıq Mərkəzində vəziyyət heç də ürəkaçan deyil.

Belə ki, Mərkəzə ayaq basan ilk adam burada döşəmədə oynayan sınıq-salxaq daşların üzəri ilə birtəhər özünü qeydiyyat şöbəsinə çatdırmalıdır. Sınıq-salxaq, yerindən qopan döşəmə daşların üzərindən qeydiyyat şöbəsinə çatan şəxs allahına şükür eləməyə macal tapmamış soyğun başlanır. Qiymətlər heç də özəl xəstəxanalardan fərqlənmir. Keyfiyyət sıfır olan Mərkəzdə həkimlərin əksəriyyətinin savadsız olduğu bildirilir.

Məlumata görə Bakı Sağlamlıq Mərkəzində savadlı həkimlərin çalışmaq istəməməsinin əsl səbəblərindən biri müəssisənin rəhbərliyi ilə bağlıdır.

Belə ki, Mərkəzin baş direktoru Asiman Həsənovun burada əsl avtoritar rejim yaratdığı deyilir. Mərkəzə üz tutan xəstələrin əsasən Asiman Həsənova xüsusi yaxınlığı ilə seçilən həkimlərə yönləndirilir.

Günün bir neçə saatını Mərkəzdə keçirən Asiman Həsənovu əsas maraqlandıran məsələ burada yığılan vəsaitlərin miqdarıdır.
Ardını oxu...
Araşdırmamız zamanı o da məlum oldu ki, Bakı Sağlamlıq Mərkəzində illərdir həkimlik karyerası olanların yox, baş direktora yaxın olan çevrənin sözü daha keçərlidir. Hətta bu "çevrə"nin Mərkəzdə işə qəbul məsələlərinə də baxdığı vurğulanır.

Əlbəttə ki, bizi Bakı Sağlamlıq Mərkəzini kimlərin idarə etdiyi, daha doğrusu "fırlatdı" yox, bu müəssisənin əhalinin sağlamlığı keşiyində necə dayandığı, ayrılan milyonlarla vəsaiti necə xərclədiyi daha çox maraqlandırır.

Qeyd etdiyimiz kimi Bakı Sağlamlıq Mərkəzi son iki ayda dərman vasitələri və preparatlarına, tibbi sərf materiallarına üst-üstə on milyon manata yaxın vəsait xərcləyib.

Amma bu müəssisədə əməliyyata alınan şəxslərin əksəriyyətinə kənardan dava-dərman aldırırlar.

Bu barədə sosial şəbəkələrdə xeyli sayda məlumatlar yer alır.

O zaman sual olunur, bazada əməliyyat olunan xəstələr üçün dərman preparatı çatmırsa büdcədən ayrılan milyonlar nəyə xərclənir?

Daha bir sual olunan məsələ isə Bakı Sağlamlıq Mərkəzinin tenderlərinin qeyri-şəffaf keçirilməsi, daha dəqiqi qalib edilən şirkətlərin rəhbər şəxslərinin Asiman Həsənovla müəyyən maraqlarının birləşməsidir. Bakı Sağlamlıq Mərkəzinin baş direktorunun son illər artan mal-mülklərinin nəyin hesabına əldə edilməsinə gəlincə isə... Bu barədə növbəti araşdırmamızda daha geniş bəhs edəcəyik.

Xatırladaq ki, Bakı Sağlamlıq Mərkəzində 19 şöbə fəaliyyət göstərir.

Mərkəzə 2019-cu ildən Asiman Həsənov rəhbərlik edir.

Məsələ ilə bağlı Bakı Sağlamlıq Mərkəzindən mövqe ala bilmədik.
 
Ardını oxu...
İlqar Mahmudov Qubaya keçən ilin avqust ayında başçı təyin olunub. Sakinlər dia-az.info-ya müraciətlərində bildirirlər ki, bu müddətdən bəri başçı ilə görüşmək, onun qəbulunda olub dərdini danışmaq problemə çevrilib. Elə buna görə də bu gün Qubadan paytaxtt Bakıya bir şikayətçi axını var...

Biz də dia-az.info olaraq sakinlərin iddiasını araşdırdıq və gördük ki, 31 avqust 2023-cü ildən bəri icra başçısı postuna təyinat alan İlqar müəllimin vəəndaş qəbulu ilə arası o qədər də yaxşı deyil. Məsələn, sonuncu dəfə 23 fevral 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Qırmızı Qəsəbə qəsəbə inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib.

Ardını oxu...

Təqdim etdiyimiz aşağıdakı fotodan da aydın olur ki, İlqar müəllim "vətəndaş qəbulu" adı altında MƏMUR QƏBULU həyata keçirib, "yuxarılar"ın gözünə kül üfürməklə məşğuldur. Hər halda, bunu aydın şəkildə görmək olar və eyni adamları digər görüşlərdən də müşahidə etmək olur.

Ardını oxu...

Elə bu barədə dia-az.info-ya yazan sakinlər iddia edir ki, başçı onları qapıda görəndə belə "Əəə, bunları burdan rədd edin" deyərək yanındakılara göstəriş verir.

Hər halda, bu iddialar gərəkən qurumlar tərəfindən araşdırılmalıdır. Ən azından ona görə ki, bu gün həqiqətən də Qubadan Bakıya bir şikayətçi axını var...
Ardını oxu...
Keçən günlərdə Geofizika və Geologiya İdarəsində baş verən qanunsuzluqlarla bağlı dia-az.info olaraq informasiyaları paylaşmışdıq.

Yazısı burada: "Bunlar üçün ölkə qanunları heç bir əhəmiyyət kəsb etmir..." - ETİRAZ VAR...

Qeyd edək ki, bu və digər faktların işıqlanması sözügedən qurumun rəhbərliyində əndişə yaradıb və hətta daxildə "casus" ovuna da çıxıblar.

Qeyd edək ki, bu məsələlərə neçə-neçə işçi də reaksiya nümayiş etdirib. Onlardan birinin - İmran Ələkbərzadənin Geofizika və Geologiya İdarəsi daxilində etiraz səsini qaldıranların hədəfə alınmasına etiraz olaraq söylədiyi fikirləri təqdim edirik:

"Mən hüququ bitirmişəm, qanunları da bir az bilirəm. Men Şəhid qardaşı, əlil qaziyəm. Bakı Müharibə Əlil və Qazilər Birliyinin Nizami rayonu üzrə sədriyəm. Çəkinəcək yerim də yoxdur.

Oğurluq edən, fəhlənin haqqını yeyən, külli miqdarda dövlət əmlakını mənimsəyən onlardırsa, mən niyə qoxmaliyam?

Əgər həddlərini aşsalar, bütün aidiyyatı orqanlara faktlarla, sübutlarla müraciət ediləcək..."



Ardını oxu...
Bir neçə il bundan öncə ölkəmizin hər bölgəsində olduğu kimi, Sumqayıt şəhərində də abadlıq və quruculuq işlərinin həyata keçirilməsi günün əsas tələblərindən birinə çevrilir. Belə bir səbəbdən də, bu şəhərin müxtəlif ərazilərinin, o cümlədən bulvar ərazisinin də yenidən qurulması, abadlaşdırılması, yeni səki və yolların salınması, yeni elektrik dirəklərinin quraşdırılması və s. kimi təxirəsalınmaz işlərin görülməsi qarşıda duran əsas vəzifələr olur. Qeyd edək ki, həmin vaxtlarda belə bir işlərin görülməsi Sumqayıt Şəhər İcra Hakimiyyətinə yaxınlığı ilə tanınan, eyni zamanda özünü geniş ictimaiyyətə “bacarıqlı iş adamı” deyə təqdim edən “A.V.Construction” MMC-nin direktoru Müqayis Cəmil oğlu Verdiyevə həvalə olunur. Bəli, bu şəxs ona həvalə olunan işləri yüksək keyfiyyətlə başa çatdıracağına və vaxtında təhvil verəcəyinə söz verir. Amma, atalar demişkən “sən saydığını say, gör fələk nə sayır” zərb-məsəli, çox keçmir ki, Müqayis Verdiyevin iş fəaliyyətində əsas strateji xətti təşkil edir. Faktdır ki, bu şəxs ona həvalə olunan işləri görür, amma necə? Elə bu necəliyin nəticəsidir ki, “bacarıqlı iş adamı”nın vəd verdiyi hap-goplar, tap-tuplar və s. bu gün nəinki ölkə hüdudlarında, hətta ölkə hüdudlarından kənarda da müzakirə olunmaqdadır. Çünki, Müqayis Verdiyev iş adamlarından, sahibkarlardan nisyə götürüb işlətdiyi mal-materialların qiymətlərini Sumqayıt ŞİH-nə müqayisəli formada sırıyır. Yəni, bu şəxs aldığı mal-materialların qiymətlərini birə-beş qat şişirdir və hesabatları özünün tərtib etdiyi riyazi üsullarla müəyyən edir. Məsələn, adicə bir elektrik dirəyinin bazar qiyməti 400-500 manat olduğu halda, Müqayis Verdiyev hər dirəyin qiymətini 4000-5000 manat dəyərində hesablayır. Hətta, bu şəxs Sumqayıt şəhərinin bulvar ərazisinə əkilən həmişə yaşıl ağacları, bəzək kollarını, istifadə olunan tamet piltələri, sementi, qum-çınqılı və s. kimi materialları da şişirdilmiş qiymətlərlə hesablayır. Qeyd olunanların hər biri bu şəxsin özünün öz dəsti-xətti ilə tərtib etdiyi sənədlərdə də göstərilir. Faktdır ki, Müqayis Verdiyev vaxtilə iş adamlarından aldatma yolu ilə aldığı və istifadə olunan materiallara görə ödəcəyi pulları, bu gün də onlara ödəməkdən yayınır. Onu da bildirək ki, özünü hər kəsə “bacarıqlı iş adamı” deyə təqdim edən bu şəxs, görülən işlərin qarşılığında hansısa dövlət qurumuna hesabat da vermir. Bununla da o, vergi cinayətlərinə qol qoyur. Unutmaq olmaz ki, həmin vaxtlarda Müqayis Verdiyevin rəhbərlik etdiyi “A.V.Construction”MMC-nə görülən işlərin müqabilində lazımi məbləğdə pul köçürmələri həyata keçirilir. Təəssüflər olsun ki, köçürülən pulların daha çox hissəsi öz təyinatı üzrə deyil, məhz bu şəxsin şəxsi məqsədləri üçün istifadə olunur. Bu da onu söyləməyə əsas verir ki, Müqayis Verdiyev AR CM-nin müvafiq maddələri əsasında müəyyən cinayət əməllərinə qol qoyur. Söz yox ki, bütün bunlar media üzərindən apardığımız araşdırmalar zamanı əldə olunan və yayımlanan məlumatlardır.

Məsələnin daha maraqlı və düşündürücü tərəfi odur ki, bu şəxs qol qoyduğu əməllərə görə bir neçə dəfə məhkum olunsa da, o, bir müddətdir ki, Sumqayıt ŞİH-nin rəhbərliyinə qarşı şər- böhtan xarakterli addımlarını atmaqda davam edir. Yəni, Müqayis Verdiyev orda-burda danışır ki, guya vaxtilə gördüyü işlərin qarşılığında Sumqayıt ŞİH-i tərəfindən ona xeyli məbləğdə pul ödənilməlidir. Baxmayaraq ki, bu şəxs 02 mart 2022-ci il tarixdə Sumqayıt ŞİH-nin başçısı cənab Zakir Fərəcova yazdığı və imzaladığı məlumat xarakterli məktubunda “Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında görülmüş yenidənqurma və abadlıq işlərini tamamlandıqdan sonra ödənilməmiş vəsaitlə əlaqədar aramızda yaranmış anlaşılmazlıq aradan qaldırılmışdır” deyə qeyd edir. Bundan əlavə o, 23 fevral 2023-cü il tarixdə Sumqayıt ŞİH-nin başçısı cənab Zakir Fərəcova yazdığı müraciətində isə, Sumqayıt şəhərinin simasının dəyişdirilməsində şəhər rəhbərliyinin əməyini və fəaliyyətini yüksək qiymətləndirir, Prezident Administrasiyasına və digər dövlət qurumlarına yazdığı şikayət məktublarının, teleqrammaların əsassız hesab olunmasını xahiş edir. Hətta, Sumqayıt ŞİH-nə qarşı hərhansı maddi iddia tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirir. Belə olan halda ortaya olduqca düşündürücü suallar çıxır, görəsən nə oldu, nə baş verdi ki, Müqayis Verdiyev Sumqayıt ŞİH-nə qarşı yeni iddia tələbini ortaya atdı? Bəlkə də, o, gecələr qarışıq gördüyü, amma tam dəqiqliklə ayırıd edə bilmədiyi dolaşıq yuxularının təsirindən belə bir addımı atmaq fikirinə düşür? Ola bilər!

Bundan əlavə, bu şəxs bir neçə ay bundan əvvəl müəyyən çevrələrdə “əgər qeyd etdiyim vəsaitlər Sumqayıt ŞİH tərəfindən ödənilməzsə, o halda şəhər rəhbərliyini media qurumlarında rüsvay etdirəcəyəm” deyib. Bəli, əslində o, bu yöndə istəyinə müəyyən mənada nail olur. Yəni, elə ki, Sumqayıt ŞİH-nin rəhbərliyi Müqayis Verdiyevə şər və böhtan hərəkətlərinin qarşılığında ona “otkaz” cavabı verir, o halda o, ləngimədən hərəkətə keçmək qərarına gəlir. Çox keçmir ki, bu şəxs bəzi media qurumlarının rəhbərləri ilə təmaslar qurur, şəhər rəhbərliyinin iş fəaliyyəti haqda müəyyən çevrələrdə əsassız məlumatlar yayır, media qurumlarında sifarişli məqalələrin yayımlanmasını məsləhət görür, şər-böhtanlar danışır, hətta redaksiyaların əməkdaşlarına verəcəyi qonaqlıqlardan əlavə, digər “yağlı vədlər” də verir. Elə ki, həftələr, aylar keçir və Müqayis Verdiyevin “yağlı vədlər”inin zamanı çatır, o halda o, əməlli-başlıca burcutmalara qol qoyur. Bir sözlə, bu şəxs burcudur və media qurumları əməkdaşlarının telefon zənglərinə də cavab vermir. Deməli, bu şəxsin ruhu və düşüncəsi saxta əməl və amallar üzərində formalaşdığından, o, nəinki Sumqayıt ŞİH-nin rəhbərliyinə qarşı şər və böhtanlarını davam etdirir, hətta media qurumlarının əməkdaşlarına “atmağı” da bacarır. Müəyyən çevrələrdə dolaşan söz-söhbətlərə görə, media qurumlarının əməkdaşları, bu gün də Müqayis Verdiyevi “əliçıraqlı” axtarırlar. Ola bilər ki, hər iki tərəf nəvaxtsa üzüzə gəldilər, yəqin ki, o halda “bacarıqlı iş adamı”nın müqayisəli sifətinə müqayisəli suallar ünvanlanacaq. Düşünürük ki, media qurumlarının əməkdaşlarına “atmağı” bacaran bu şəxsin dəyişən sifətinin rəngi, məhz həmin anlarda bir daha dəyişəcək. Yazıda adı keçən hər kəsin mövqeyini dinləməyə hazırıq.

Araşdırmamız davam edir, mövzuya qayıdacağıq.

Deryaz.az

Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti