Ardını oxu...
3 gün əvvəl Bakı Baş Gömrük İdarəsində gömrük inspektoru Aqil İbadovla sahibkar arasında mübahisə yaranıb.

Yaranan mübahisədə qeyri-etik ifadələr, təhqiramiz sözlər işlədilib.

Baş verən hadisə ilə bağlı Dövlət Gömrük Komitəsi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, qarşı tərəf təmsilçiliklə bağlı etibarnaməsi olmadan mallarını rəsmiləşdirilmək istəyib və insidentlə bağlı ətraflı araşdırılma aparılması üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.

Hadisə bəzi media orqanlarında və sosial şəbəkələrdə yayıldıqdan sonra bəzi sahibkarlar "tribunainfo.az"a müraciət ünvanlayıblar.

Müraciətdə deyilir ki, gömrük inspektoru Aqil İbadovun əməlləri bununla bitmir.

"Bu şəxs biz sahibkarlara zülm edir və biz onun qanunsuz əməllərindən, soyğunçuluğundan bezmişik. Biz, aşağıda adı yazılan sahibkarlar Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovdan xahiş edirik ki, Aqil İbadovun qanunsuz əməlləri araşdırılsın. Onu da qeyd edək ki, adıçəkilən məmur - Aqil İbadov təkcə videosu yayılan insidentin iştirakçısı Xancığazlı Elçin Elman oğlundan rüsumdan əlavə 300 dollar istəmir. O dövlət rüsumundan başqa əlavə qoyulan puldan başqa hər kəsdən özünün qoyduğu "rüsumu” alır. Malını rəsmiləşdirən sahibkara təxminən, məsələn, "havadan” gözəyarı deyilir ki, "5000 dollar ödə”".

"Söyüşlə nəticələn insidentdə həmin sahibkar dəyəri 28900 ABŞ dolları olan mala görə qanunla 6647 ABŞ dolları ödəməli halda ondan qanunsuz olaraq 17940 dollar ödəmək tələb olunub. Üstəlik də həmin inspektor sahibkardan 300 dollar pul istəyib. Mübahisə də sahibkardan tələb olunan qeyri-qanuni pulun istənilməsindən sonra yaranıb", - deyə onlar qeyd ediblər.

Müraciət müəllifləri deyirlər ki, Elçin Xancığazlı Səbail Rayon Məhkəməsinin qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs olunub: "Xancığazlı Elçin qazidir, torpaqlarımızın azadlığı uğrunda ən ağır döyüşlərdə vuruşub və bu acınacaqlı haldır ki, o hansısa kiçik bir məmurun özbaşınılığına etiraz ediyinə görə həbs olunub”- sahibkarlar şikayətində yazır.

Daha sonra sahibkarlar bildirib ki, Aqil İbadov Bakı Gömrük İdarəsinin əməkdaşı deyil, başqa yerdən, Astara Gömrük İdarəsindən gəlib.

Sahibkarların dediyinə görə onun ezamiyyət haqda sənədi də çox güman yoxdur və Bakı Gömrük İdarəsində qeyri rəsmi işləyir : ”Aqil İbadov hər şənbə günü öz rəsmi işinə gəlmir. O konkret olaraq Bakı Gömrük İdarəsinə sahibkarlardan pul yığmaq, öz şəxsi mənafeyi istiqamətində fəaliyyət göstərmək üçün gəlib”.

Sahibkarlar deyirlər ki, Aqil İbadov kiçik vəzifədə olmasında baxmayaraq onun Bakıda və Astarada obyektləri və kənddə fermaları var. Bu təbii ki, məmura yaraşan hal deyil və biz hörmətli Şahin Bağırovdan xahiş edirik ki, onun əməllərinə hüquqi qiymət verilməsi üçün göstəriş verilsin”.

Müraciət aşağıda adıkeçən sahibkarlar imzalayıblar:

Ağayev Səxavət
Rəşad Vəliyev
Azər Bağırov
Rufullayev Seymur
Rafiq Hüseynov
Rafiq Rzayev
Sübhan Rufullayev
Kamal Xamıyev
Ruslan İbadov
İlham Əliyev
Hikmət Xalıqov
Hikmət Əliyev
Əbülfəz Nağdəliyev
 
Ardını oxu...
İki reklam löhvəsi üçün Ulu Öndər Heydər Əliyevin xatirəsinə hörmətsizlik edilib.
32gun.az xər verir ki, ümummili liderin Qazax rayonundakı Avtovağzal binasının üzərinə də olan plakatı sökülərək yerinə "Abu Life" adlı şirkətin reklam löhvəsi yapışdırılıb.

Bundan əlavə Qazaxın mərkəzi küçəsində Ümummilli Lider Heydər Əliyevin plakatı "Brend Shop" adlı mağazanın reklam panosu ilə əvəzlənib.

Bu barədə Pərviz Alıyev adlı sosial şəbəkə istifadəçisi məlumat yayıb.

Həmçinin Qazaxlılar səhifəsində məsələ ilə bağlı bu məlumat paylaşılıb:

"Ulu öndər Heydər Əliyev babamızın Qazax şəhərində babamızı hər gördüymüzdə bizə xatırladacaq nə qədər şəkil, portretləri varıydısa hamsını Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov götüzdürüb. Avtovağzalın binasının üzərindən Ulu öndərmiz Heydər Əliyev babamızın şəkillərini çıxardıb yerinə "Abu Life" şirkətinin kredit reklamını yerləşdirib. Qazaxda Heydər Əliyev babamızın nə qədər böyük rəsmləri var hamsının yerinə Rəcəb Babaşovun razılığı ilə "Abu Life" kredit reklamları vurulub".
Ardını oxu...
Ardını oxu...

İlgili videolar

461.4K
526K
1.8M
13M
1.9M
2.3M
2.6M
4.2M
2.9M
408.4K
13.8M
178.9M
65.5M
1.4M
17.9M
1.5M
2.3M
569.4K
1.2M
1.5M
594K
3.2M
2.3M
1.4M
 


 
Ardını oxu...
Son vaxtlarda, təhsillə bağlı şokedici xəbərlərin, sənədli ifşaların daha sıx gündəmə gəlməsini müşahidə edirik. Hansısa məktəbdən, şagirdə qarşı bullinq videosunun yayılması ya da hansısa təhsil rəhbərinin rüşvətlə bağlı səsyazısının yayılması kimi halları, daha tez-tez görürük. Buna paralel olaraq da, Elm və Təhsil Nazirliyinin və onun rəhbərinin daha şiddətli tənqid olunması müşahidə olunur.
Ədalət naminə, bəribaşdan deyək ki, təhsillə bağlı bu cür neqativ halların olmasının tək suçlusu, ETN rəhbəri ola bilməz. Çünki, necə deyərlər, hər bir məktəb, ilk növbədə aid olduğu cəmiyyətin güzgüsü və göstəricisidir. Üstəlik də, Emin Əmrullayev cəmi 4 ildir ki, nazir vəzifəsini icra edir və innovativ təhsil sistemini formalaşdırmalı olan səlahiyyətlilərin yeganəsi, o deyil.
Buna görə də, bütün bu problemlərin tək suçlusu kimi onu görmək və hər şeyi onun boynuna yıxmaq, düzgün yanaşma deyil.

Amma və lakin, E. Əmrullayevin BU PROBLEMLƏRƏ VERDİYİ REAKSİYA- məsuliyyəti boynundan atıb, yaxasını kənara çəkməsi, tənqidə layiqdir, özü də ən sərt tənqidə!
Gəlin, elə təkcə son bir neçə ayda baş verən olaylara, ortaya çıxan neqativ hallara, cənab nazirin reaksiyasına diqqət edək.

Məsələn, barəsində, saytlarda N qədər material olan Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci, ən məşhur təhsil ocaqlarından olsa da, nəyə görəsə cənab nazirin heç vaxt diqqətini cəlb etməyib! Axtarışa, sadəcə, bu müəssənin adını yazdıqda, “topa-topa” məlumat çıxan bir kollecdən, rüşvətin az qala qanun halına gəldiyi, açıq bazara çevrilmiş bir yerdən, necə xəbərsiz olmaq olar?...
Lakin, işə baxın ki, yalnız 2024-cü ilin martın əvvəllərində, direktorun tələbədən aşkarca rüşvət tələb etdiyi səsyazı ortaya çıxandan sonra, nazirlik əl-ayağa düşüb və dərhal direktora, “yolumuz ayrıldı, dostum” deyilib!
Sual olunur: görəsən, kardinal qərar vermək üçün mütləq konkret səsyazı, çəkilişmi lazım idi? Audio-material olmasaydı, deməli, orda problem yox idi?...

Cənab nazir bu tip gizli, ekskluziv ifşalardan, paparazzilikdən hər zaman narahatlığını ifadə edir.
Amma, narazılıq etdiyi “qeyri-ənənəvi” jurnalistikanı, “sənədli” ifşaları, elə özünün təşviq etdiyinin fərqində deyil! Çünki, kənardan görünən ən sadə fakt budur ki, ETN yalnız səsyazılı və ya videogörüntülü sübut olduqda, “şok effekti” yarandıqda, tədbir görür! Əks halda, məktəbdə nə baş verirsə versin, hətta top da atılsa, ölüm-itim də olsa, görüntüsü, səsyazısı aşkara çıxmayıbsa, Nazirlik, heç nə olmamış kimi davranır!
Təəssüflər olsun ki, təkcə bu son faktın özü belə, kollec direktoruna olan münasibət belə, “yeni nəsil nazirimiz” üçün ciddi uğursuzluq deməkdir.

Ümumiyyətlə, artıq sürəklilik qazanmağa başlayan bu cür fevri situasiyalara-gözlənilməz çəkilişlərə, sənədli faktlara, görünür ki, avropa təhsilli nazirimiz, ayaq uydura bilmir.

Jurnalistlərə, “paparazzilik etməyin!” söyləmək, əslində, “bizim razılığımız olmayan materialı verməyin!” ya da “bizim əleyhimizə məlumat dərc etməyin!” deməkdir. Çünki, bu səfər jurnalistlər, görüntülü-səsyazılı olmayan, adi materiallar dərc etsələr, “sübutsuz-sənədsiz danışırsız, böhtan atırsız!” ittihamlarına tuş gələcəklər! Hər halda ETN rəhbərliyinin və onun tabeliyindəki Regional Təhsil İdarələrinin, göndərilən minlərcə şikayət qarşısında laqeyd qalmasının, “quru” ərizələri önəmsiz hesab etməsinin heç bir izahı ola bilməz.
Elə Nazirliyin təşkil etdiyi sonuncu brifinqdə, Əmrullayevin, jurnalistlərə, sual verməklə bağlı konkret qəlib təyin etməsi, “ikidən artıq sual verməyin” deməsi, vacib üçüncü sualı verməyə çalışan jurnalistlə uzun-uzadı höcətləşməsi və nəticədə, ümumiyyətlə, suallara cavab verməkdən yayınması da bir göstəricidir.

Əgər cənab Əmrullayev ağıllı məsləhətçilərə başvursaydı, psixoloji-sosioloji ekspertlərdən tövsiyyə istəsəydi, hər halda bu cür addımların, jurnalistlərə işini öyrətməyin, mənasız və təsirsiz olduğunu öyrənərdi. Çünki, tutalım, hansısa məktəb barədə, rüşvətin sənədi-sübutu (səsyazısı ya da videoyazısı) mediaya göndərilibsə, jurnalistin əlinə keçibsə, o, artıq həmin materialı yayımlayacaqdır, çünki, HƏMİN MATERİALIN, ONSUZ DA, ƏN AZI SOSİAL MEDİADA YAYILACAĞINI BİLİR!
Bəli, “müdrik nazirimiz”, ənənəvi medianın üzərinə getməklə, hər şeyi onlardan bilməklə, sosial şəbəkələrin mövcud olmasını unudur. Axı, aydın məsələdir ki, şok bir məlumatın və ya vəzifəli şəxslə bağlı bir məlumatın yayılması, indiki dövrdə, sadəcə, zaman məsələsidir və bunu önləmək, mümkün deyil.
Üstəlik də, bu məlumat, əgər şəxsi həyata aid deyilsə, məmurun işinə aiddirsə, onda nəyə görə qəbahətli olmalıdır ki?...

Lakin, deyəsən, Emin müəllim, indiyəqədər heç kimin başara bilmədiyi bir işi başarmaqda israrlıdır. Eynilə Sançesin qəhrəmanı Don Kixot kimi…

P.S. Maraqlı bir situsiya yaranıb: Nazir bir tərəfdən, yararsız və ziyanlı kadrları ixtisar etməyə tələsmir, digər tərəfdən, həmin kadrların yararsızlığı, cəmiyyətə faş olanda, radikal tədbirlərə əl atır, başqa tərəfdən isə, həmin kadrların ifşa olunmasının önünə keçmək üçün “paparazzi jurnalistliyini” əngəlləməyə çalışır. Beləliklə, əslində, Emin bəy, özünü inkar etmiş olur və yararsız kadrları işdən çıxartmağın, yanlış olduğunu demiş olur! Yəni, tutalım, filan direktorun səsyazısını yaydıqları üçün, jurnalistlərə tənə edirsə, onda belə çıxır ki, direktoru işdən çıxartmamalıydı!
Odur ki, cənab nazir, düşünüb, bir qərar verməlidir: məmurun ifşa edilməsimi səhvdir, yoxsa həmin məmuru işdən çıxartmasımı?
Ardını oxu...
Emin Mirzəli
“Təhsil Araşdırmaları Mərkəzi”nin eksperti, sosioloq


 
Ardını oxu...
Ötən günlərdə özünü iş adamı kimi təqdim edən Müqayis Verdiyevin, Sumqayıt şəhər bulvarında adadlıq və quruculuq işləriylə bağlı etmiş olduğu dələduzluqdan geniş material hazırlayıb, dərc etmişdik. (Əlbəttə onun gördükləri işlərdə etdikləri dələduzluq və mənimsəmə bir və ya bir neçə yazıya sığası deyil) Qeyd etmişdiki, Sumqayıt şəhər bulvarında abadlıq və quruculuq işlərinin aparılması zamanı bütün istifadə olunan mal-materiallarının qiymətləri birə-beş şisirdilmişdir.

Bu minvalla qaz vurub qazan doldurmaq xülasıyla özünün şəxsi hesabatını da tərtib edərək hesabat da hazırlamışdı. Əlbəttəki, buların hamısı ehtibardan süni istifadə etməklə iş adamlarından götürdüyü tikinti materialları hesabına... Məsələn, iş adamı, hörmətli Oruc Məmmədovdan götürmüş olduğu tikinti materiallarının hesabına...

Dəyərli oxucu, idi isə biz sizlərə Müqayis Verdiyevin Sumqayıt şəhər, ŞƏHİDLƏR XİYABANI"-da abadlıq və yenidən qurma zamanı mal və materialların qiymətini hansı kosmik qiymətlərlə hasabladığını göstərəcəyik. Beləki, məzarların ətrafında əkilmış həmişəyaşıl ağacların və kolların qiymətlərini şişirdərək, bir yaşıl şam ağacının qiyməti 5 (beş) manatdırsa bu "qoçaq" onun qiymətini hesablayıb 15-20 manat, bir oturacağın qiyməti tutaq ki qara bazarda 350-400 manatdırsa onun şəxsı hesabatında bu rəqəmlər 1500-2000 kimi göstərilir.
Ardını oxu...
Dibçəkdə köçürmə yolu ilə əkilən gülərinin birinin dəyəri bazarda 5-6 manatdırsa M.Verdiyevin hesabatında bu rəqəm 13-15 manat göstərilir və s. Bütün bunların hamısı özünün tərtib etdiyi hesabatda yer almışdı. Dövlət tərəfindən ayrılmış vəsait hesabına Müqayis Verdiyevə məxsus "A.V. Conustriction" M.M. tərəfindən Sumqayıt "ŞƏHİDLƏR XİYABANINDA" - qiymətlər bax beləcə şişirdilmişdir. Belə dələduzluğa görə O, dörd dəfə həbs həyatı yaşamışdır. Əldə etdiyimiz məlumata görə, Şəhidlər xiyabanında abadlıq və yenidən qurma işlərinin ümumi dəyəri tutaq ki, yüz min manatdırsa, O, bu rəqəmi saxtalaşdıraraq dörd yüz min manata catdırmaq istəyib...

Lakin O, Sumqayıt şəhər icra hakimiyyəti tərəfindən bir mənalı rədd cavabı alıb. İndi isə M. Verdiyev şər şəbədəylə dolu yazılar yazdırıb, Sumqayıt şəhər icra hakimiyyətindən əlavə vəsait tələb edir. Halbuki, dövlət tərəfindən ayrılan vəsait hesabına onun Sumqayıt şəhərində gördükləri işlər layiqincə qiymətləndirilib və dəyərii də ödənilib. Bunu özünün yazdığı məlumatlarda da aydınca görmək olur. Yəni O, hər yerdə deyir ki, Sumqayıt şəhər icra hakimiyyəti mənə borcludur!

Dəyərli oxucular, İndisə onun özünün yazdığı məlumatların mətinləriylə sizləri tanış etmək istəyirəm.

İlk öncə, M Verdiyevin Azərbaycan Respublikası Prezidenti Administrasiyasıniň rəhbəri cənab Samir Nuriyevə yazmış olduğu ərizənin mətniylə sizləri tanış edək...

Mən ,Verdiyev Müqayis Cəmil oğlu, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, 2015-ci ildə yaradılmış və hazırda qanuni fəaliyyət göstərən A.V. məhdud Məsuliyyətli cəmiyyətin direktoru işləyirəm. Rəhbəri olduğum M.M.C.-min fəaliyyəti çox şaxəlidir. Eyni zamanda təmir-tikinti və abadlıq işlərinidə əhatə edir. Bildirmək istəyirəm ki, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun təşəbbüsü sayəsində icra hakimiyyətinin nümayəndələri ilə görüşərək yaranan anlaşılmamazlıq aradan qaldırılmışdır. Zakir Fərəcova icra hakimiyyəti ilə yaranan anlaşılmazlığın aradan qaldırılması ücün göstərdiyi səylərə görə öz dərin minnətdarlığımı bildirirəm.

A.V. MM.C.-min direktoru V. Müqayis öz imzası və möhrü ilə təstiq edilmişdir.
Ardını oxu...
İkinci müraciəti: Sumqayıt İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcova

Hörmətli Zakir müəllim!

Hamıya məlumdur ki, Sumqayıt son illər əsaslı tikinti və quruculuq meydanına çevrilib. Xüsusiylə cənab Prezident İlham Əliyevin tapşırığı və qayğısı sayəsində Sumqayıtın bu günki inkişafında, sizin böyük və təqdirə layiq əməyiniz danılmazdır. Biz sahibkarlar da bu işlərdə öz töhvəmizi verərək, Sizinlə birgə birgə yaxından iştirak etmişik.

Yazıb sizə bildirirəm ki, bu gün biz sahibkarları narahat edən məsələlər öz həllini tapmış, Sizinlə aramızda olan anlaşılmamazlıqlar aradan qaldırılmışdır. Xüsusiylə qeyd etmək istəyirəm ki, tərəfimdən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasıa və digər qurumlara yazdığım şikayət ərizələri və vurduğum teleqramlar tərəfimdən təkzib edilir.

Hörmətli Zakir müəllim, sizə və Sumqayıt şəhər icra hakimiyyətinə qarşı hər hansı maddi iddiam və tələbim yoxdur, gələcəkdə də olmayacaq.

Tarix: 23.02.2023 il. Yazıları özüm yazdım, imzam və möhrümlə də təstiq edirəm.
Üçüncü müraciət: Sumqayıt şəhər icra hakimiyyətinin başçısı cənab Zakir Fərəcova
Ardını oxu...
Müraciət

Bildirirəm ki, Sumqayıt şəhəri, Şəhidlər xiyabanında görülmüş yenidən qurma və abadlıq işlərini tamamladıqdan sonra ödənilməmiş vəsaitlə bağlı aramızda yaranmış anlaşılmamaslıqlar aradan qaldırılmışdır. Mənə çatacaq vəsait tam ödənilmişdir. Borc qalmamışdır, iddiamda yoxdur...
Ardını oxu...
Şəhidlər xiyabanımdan gələcəkdə də iddiam olmayacaq. 02.03.2022-il. İmza və möhür.
Son olaraq bildirmək istəyirəm ki, milyon manatlarla dəyəri olan, görülən işlərdən bir manatda olsun dövlətə vergi rüsumu ödənilməmişdir. Yəqinki, hüquq mühavizə orqanları bu işlərlə yaxından maraqlanıb, bir ölçü götürəcəklər.

Vahid Əhməd
 
Ardını oxu...
Qida Təhlükəsizliyi Agentliyi ölkədə kolbasa-sosiska istehsal edən sahibkarlar arasında ayrı-seçkilik edir.

Bu barədə "Qlobal.az"ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, Agentlik bir sıra kolbasa-sosiska istehsal edən müəssisələrdə yoxlamalar aparsa da, nədənsə sosial şəbəkələrdə ən çox şikayətlər edilən bəzi müəssisələri yoxlamır.

Bir müddət əvvəl Qida Təhlükəsizliyi Agentliyi "Səhliyalı", "Sevilən ad", "Mir 2016", "Ovçular Ət və Ət Məhsulları" kimi müəssisələrdə yoxlamalar apararaq qanunsuzluqlar aşkarlamışdı.

Agentlik bu müəssisələrin istehsal etdiyi sosiska və kolbasalarda təhlükəsizlik göstəricilərinə uyğunsuzluq və üzərində göstərilən qidaların məhsulda olmadığını müəyyən edib.

Maraqlıdır ki, Qida Təhlükəsizliyi Agentliyi əhali tərəfindən dəstəklənən bu addımını kolbasa-sosiska istehsalçıları arasında ən çox şikayət olunan "Ovqat" şirkətində davam etdirməyib.

Qida Təhlükəsizliyi Agentliyinin "Ovqat" şirkətində yoxlama aparmamaq istəməsinə səbəb kimi isə istehsalçı şirkətin rəhbərliyi ilə Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlinin xüsusi münasibətlərinin olmasıdır.

Məlumata görə, Qida Təhlükəsizliyi Agentliyinin "Ovqat" şirkətinin adığı təmizə çıxarmasının arxasında məhz Agentliklə şirkət rəhbərliyinin arasında olan maraq və münasibətlərə görədir.

"Ovqat" şirkətinin istehsal etdiyi kolbasa-sosiska məmulatlarının əsasən ölmüş heyvan ətlərindən hazırlandığı, məhsullara suda məhlullaşdırılmaş karton vurğu bildirilir.

Eyni zamanda, şirkətin "halal məhsul" adı altında satdığı məhsullarda donuz əti və piylərindən də istifadə edildiyi iddialar arasında yer alır.

Mövzu ilə bağlı adıçəkilən qurumlar mövqe bildirmədi.

Cahandar Laçınlı

Qlobal.az
 
Ardını oxu...
Bir neçə gündür ki, Abşeron-Xızı Regional təhsil İdarəsinə 2022-ci ildən rəhbər təyin olunmuş İlhamə Abdullayeva ilə bağlı bir neçə ittiham dolu iddiaları təqdim etməkdəyik.

Əvvəlki yazı burada: Nazirlik Abşeron təhsilindən ƏLİNİ ÜZÜB? - YENİ İTTİHAMLAR...

Qeyd edək ki, ortadakı ittihamların ciddiliyi gərəkən qurumların dərhal hərəkəə keçməsini zəruri etsə də, hansısa formada cəza tədbiri hələlik müşahidə olunmur.

Biz isə nyus.az-a istinadla növbətti iddiaları təqdim edirik.. Beləliklə...

***

Məktəblərə satılan məktəbli formaları yəni ki, hər bir məktəb üçün ayrı-ayrı rəng çalarlarının seçilməsi onların satışının təşkili niyə məhz Regional İdarə müdiri İlhamə Abdullayevanın maraq dairəsindədir? Çünki, fabrik müdiri olan Səkinə adlı qadınla rəfiqədirlər. İkitərəfli razılaşma əsasında məktəblərə kütləvi şəkildə formaların satışını təşkil etdilər. Nəticə etibarı ilə keyfiyyətsiz materiallardan tikimiş hər bir məktəbli forması 60 manat civarında valideyinlərin cibinə girməklə məcburi şəkildə satışa çıxarıldı. Formalar Sumqayıtda və Xırdalanda yalnız bir satış məntəqəsindən istifadə edildi.

Aidiyyatı üzrə hüquq-mühafizə orqanlarında araşdırma aparılarkən Elm və Təhsil Nazirliyinin Bakı Tikiş Evinin satış nöqtələrindən alınan formaların: – bizim regionala aidiyyatı yoxdur deməsi ilə bağlı məsələyə son qoyuldu. Nazir Emin Əmrullayev isə bu işdə yenə də susmaq mövqeyində durdu.

Bakıdan Abşerona gələn şagirdlərə yeni məktəbli formasını məcbur aldırmaq ideyasının isə hansı zərurətdən yarandığı İlhamə Abdullayeva tərəfindən susqunluqla qarşılandı.

Sual edirik: Vətəndaş nazir! İlhamə Abdullayevanın bu qədər korrupsiya faktına, rüşvətxorluğuna susmağınızda maraq nədir?

***

Davamı var....
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev tutduğu vəzifəsindən azad edilib. 32gun.az-a vəzifəsindən azad edilən sabiq direktor Ruslan Əliyev və “Azəriqaz” İstehsalat Birliyinin sədr müavini Cahid Hüseynov barəsində ilginc məlumat daxil olub.

Məlumatda bildirilir ki, Ruslan Əliyev vəzifədə işlədiyi müddət ərzində müavini, yaxın dostu Cahid Hüseynovla yaxın qohumları və tanışlarını elə rəhbərlik etdikləri qurumun struktur bölmələrində müxtəlif vəzifələrə təyin etdiriblər.

“Azəriqaz” İstehsalat Birliyinə işə qəbul SOCAR-ın baş ofisinin İnsan resursları departamenti tərəfindən müsabiqə yolu ilə həyata keçirilib.

“Azəriqaz” İB-də işə qəbulla bağlı müraciət edənlərdən imtahanı götürən şəxs (şəkildə də göründüyü kimi) isə Vüsal Həsənovdur. Hazırda Satış Departamentində şöbə rəisinin müavinidir. Sənaye sayğaclarının quraşdırılması işinə baxır.

Məlumata görə, o, Ruslan Əliyevlə Cahid Hüseynovun əsas adamlarından biri hesab olunur.

Digər məlumata görə, Cahid Hüseynovun digər əsas adamları isə “Azəriqaz”ın Satış Departamentin rəisi Zamin Mehrəliyev və Bakı Regional Qaz Satış Departamentinin şöbə rəisinin müavini Emin Bədəlovdur.

Emin Bədəlovun dayısı Nurəddin Nəcəfov da “Azəriqaz”ın Binəqədi QİS-nin rəisi vəzifəsində çalışıb. Emin Bədəlov isə 2017-ci ildə Binəqədi ərazisində yerləşən sənaye obyektlərinə sayğacdan kənar qaz xəttlərinin çəkilməsinə şərait yaratdığı üçün və dövlət büdcəsinə ziyan vurduğu başqa vəzifəyə keçirilib. Emin Bədəlov Cahid Hüseynovun həmyerlisi olduğu üçün sonradan daha yüksək vəzifəyə təyin olunub.

Cahid Hüseynovun yaxın qohumlarının qanunsuz əməlləri bununla da bitmir. Bir neçə il əvvəl Cahid Hüseynovun “Azəriqaz”a işə düzəltdiyi qardaşı oğlu Əlihüseyn Hüseynov ayrı-ayrı şəxslərdən külli miqdarda rüşvət toplayaraq, onları “Azəriqaz”a işə düzəldəcəyini vəd edib.

Bildirilir ki, eyni zamanda, Əlihüseyn Hüseynov Bakıda yeni inşa olunan çoxmənzilli MTK tipli binanın qazlaşdırılması üçün əmisi Cahid Hüseynovun köməkliyi ilə sayğac quraşdırmaq adı ilə də külli miqdarda pul vəsaiti alaraq mənimsəyib. Ruslan Əliyev Əlihüseyn Hüseynovun bu hərəkətlərindən xəbər tutduğu üçün onu işdən çıxarıb. Daha sonra Cahid Hüseynovun dəstəyi ilə yenidən işə qaytarılıb.

Ruslan Əliyev vəzifədən getsə də, amma Cahid Hüseynovun adamları hələ də “Azəriqaz”da yüksək vəzifə tuturlar.

Cahid Hüseynovun vəzifə verdiyi adamları və yaxın qohumlarının siyahısı:

Zamin Mehrəliyev (Ruslan Əliyevin və Cahid Hüseynovun dostu),

“Azəriqaz”ın Bakı BRQİD-nin rəisi Rauf Əhmədov (Cahid Hüseynovun dostu),

Emin Bədəlov (Cahid Hüseynovun həmyerlisi),

“Azəriqaz” İB-nin İnsan resursları şöbəsinin rəisi Xəqani Bəşirli (Cahid Hüseynovun həmyerlisi),

Vüsal Həsənov (Cahid Hüseynovun həmyerlisi),

Ceyhun Hüseynov (qardaşı oğlu),

Soltan Hüseynov (əmisi oğlu),

Aqşin Əliyev (bacısı oğlu),

Alı Hüseynov (dayısı oğlu),

İgidalı Hüseynov (dayısı oğlu),

Bəhruz Ağarzəyev (xalası oğlu),

Rəşad Ağarzəyev (xalası oğlu),

Zülfiyyə Rüstəmova (Cahid Hüseynovun həmyerlisi.

Cahid Hüseynovun qardaşı oğlu Əlihüseyn Hüseynov Xaçmaz Regional Qaz İstismar İdarəsinin Xızı xidmət sahəsi üzrə Qəza bərpa xidmətinin rəisi vəzifəsində çalışır.

İddialara görə, Əlihüseyn Hüseynov bu yaxınlarda başqa bir vətəndaşdan da 250 min manat pul alaraq, ona vəd verib ki, istifadəsində olan sayğacı geri çəkdirərək, yazılan borcu sildirəcək. Ancaq işin üstü açıldığı üçün Cahid Hüseynov təcili qardaşı oğlunu işdən müvəqqəti kənarlaşdıraraq, başqa vəzifəyə keçirib. Əlihüseyn Hüseynovun qanunsuz əməlləri “Azəriqaz”da çalışan vicdanlı işçilərin ciddi narazılığına səbəb olub.

Əlihüseyn Hüseynov Cahid Hüseynovun adından istifadə edərək, 1000 AZN müqabilində “Azəriqaz”-da çalışan işçilərin dərəcəsini artırırmış, 3 000 AZN qarşılığında isə çilingər vəzifəsinə işçi götürürmüş.

Məsələ ilə bağlı SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevlə əlaqə saxladıq.

Eldəniz Vəliyev 32gun.az-ın sorğusuna belə cavab verdi:

"Deyilənlər şayələrdən başqa bir şey deyil. Azəriqazda dünən də bu gün də əməkdaşlar savad və istedadları müqabilində fərqlənirlər. Bu da ümumi işin xeyrinə təsir edib. Dəqiqləşdirilməmiş- dezinformasiyaların dövriyyəyə buraxılması peşəkar yanaşmaya tam ziddir".
Ardını oxu...
Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubovun Xankəndində Prezidentin xüsusi nümayəndəsi təyin olunması Xidmət daxilində ciddi təlatümlər yaradıb. Belə ki, Elçin Yusubovun himayəsi altında olan kadrlar təşviş içindədir və bu sırada dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Arif oğlu Bəşirovun durumu daha ağırdır. Adi bir yerölçənlikdən məmur oliqarxa qədər yüksəlişini məhz Elçin Yusubova borclu olan Taleh Bəşirov indi Xidmətdə havadan asılı vəziyyətdə qalıb. Taleh Bəşirov müəyyən dairələrdə Elçin Yusubovla bağlı təyinatı özünün xilası kimi dəyərləndirsə də, əslində mövcud reallıq xeyli dərəcədə fərqlidi. Çünki şöbə müdirinin nə deməyindən asılı olmayaraq, Elçin Yusubovun indiki həssas
məqamda Taleh Bəşirovun yaratdığı çoxsaylı problemlərə ortaq olacağı inandırıcı görünmür. Xidmət rəhbərliyi hesab edir ki, onlar üçün davamlı başağrısına çevrilən Taleh Bəşirovla xudafizləşmək vaxtıdır. Rəhbərliyin fikrincə, bu, şöbə müdiri və onun mediada doğurduğu mənfi ictimai rezonansdan qurtulmağın ən yaxşı yoludur.

Bütün bunları nəzərə alan Xidmət rəhbərliyinin yaxın vaxtlarda Taleh Bəşirovla vidalaşacağı gözlənilir. Lakin Xidmət rəhbərliyində təmsil olunan bəzi şəxslər hesab edir ki, Taleh Bəşirovun sadəcə işdən uzaqlaşdırılması yetərli olmaya bilər. Belə ki, bəzi yetkililər hesab edir ki, şöbə müdiri öncə törətdiyi qanunsuzluqlara görə cavab verməli, etdiyi əməllərə görə cəzalandırılmaldır. Çünki işdən çxıarılmağı onu etdiyi qanunsuzluqların məsuliyyətindən azad etmir. Bu mənada Taleh Bəşirovun sadəcə işdən qovulacağı, yoxsa həm də məsuliyyətə cəlb ediləcəyi indiki məqam üçün mübahisə predmeti olaraq qalır.

AzToday.az mediada yayılan məlumatlara istinadən xəbər verir ki, Elçin Yusubovun himayəsi altında kasıblığın daşını atan Taleh Bəşirov, dövlət torpaqları ilə məmurlar arasında maklerlik edib. Dövlət balansındakı milyonluq torpaq sahələrini məmurların dostluğunu qazanmaq üçün onlara qəpik-quruşa təklif edən Bəşirov, əvəzində məmurlardan “hədiyyə” adı ilə böyük pullar, bahalı avtomobillər qazanıb. Taleh Bəşirova bağışlanan və haqqında mətbuatda danışılan Range Rover də məhz bu xidmətinə görə şöbə müdirinə verilib. Dövlət torpaqları hesabına milyonlar qazanan Taleh Bəşirov Tükiyədə də nəhəng biznes imperiyası yaradıb. Tez-tez Türkiyəyə səfərlər edən Taleh Bağırov öz biznesini Azərbaycandan kənarda genişləndirməkdə maraqlıdır. Amma indi vəziyyətin kritikliyi Taleh Bəşirova da yaxşı məlumdur. Bu səbəbdən də şöbə müdiri son bir ayda dostluq əlaqəsində olduğu bütün iri ranqlı məmurlara müraciət edərək ona kömək etmələrini istəyib. Lakin görünən odur ki, kimsə Taleh Bəşirova kömək etmək niyyətində deyil.
 
Ardını oxu...
Xaçmaz Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına rayonun Xuray kəndi ərazisində sağlamlıq-istirahət kompleksi tikməsinə icazə verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Tikintilərin Dövlət Reyestrində yerləşdirilib.

Məlumatda göstərilir ki, sağlamlıq-istirahət kompleksinin tikintisinə 21 fevral 2024-cü il tarixli 01/X saylı sənəd əsasında icazə verib.

Açıqlanan məlumatlarda göstərilir ki, 3 oktyabr 2023-cü il tarixində şəhərsalma sənədlərinə uyğunluq barədə 3-35-2/2-3266/2023 saylı, həmçinin 30 yanvar 2024-cü il tarixində tikinti layihəsinə dair 36806 saylı ekspertiza rəyləri verilib.

Bildirilir ki, tikintisinə icazə verilən sağlamlıq-istirahət kompleksinin tikinti sahəsi 1 165,6 kv. metr, ümumi sahəsi 4 045 kv. metr, mərtəbələrinin sayı isə 3 (+zirzəmi və çardaq) olacaq.

Bundan başqa İcra Hakimiyyəti sağlamlıq-istirahət kompleksinin ərazisində hər birinin ümumi sahəsi 232,4 kv. metr olacaq 2 ədəd 2 mərtəbəli kottec tipli evin də tikintisinə icazə verilib.

Məlumat üçün bildirək ki, sağlamlıq-istirahət kompleksinin sifarişçisi olan Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri millət vəkili Səttar Möhbalıyevdir. Səttar Möhbalıyev 1993-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına da sədrlik edir.

Onu da qeyd edək ki, Xuray kəndində "Təhsil İstirahət Mərkəzi” MMC adlı şirkətə məxsus mehmanxana da fəaliyyət göstərir. 2013-cü ildə dövlət qeydiyyatına alınan "Təhsil İstirahət Mərkəzi” MMC-nin nizamnamə kapitalı 17 milyon 209 min 386 manat 15 qəpik təşkil edir. Hazırda "Təhsil İstirahət Mərkəzi” MMC-nin dövlət büdcəsinə 219 min 158 manat 47 qəpik vergi borcu var.
Ardını oxu...
“Səhər yuxudan oyanıb gördük ki, evin qabağında avtodayanacaq düzəldiblər. Piyada səkisini söküb istiqamətini dəyişiblər. Həm də bu işləri hamı yatanda, gecə saat 02-05 aralığında ediblər ki, xəbər tutub etiraz etməyək”.

Bu şikayətlə “Qafqazinfo”ya Xəzər rayonunun Mərdəkan qəsəbə sakini İlham Məmmədov müraciət edib.

Vətəndaş iddia edir ki, Buzovna-Mərdəkan şossesi 719C ünvanındakı evinin qarşısında qanunsuz avtomobil dayanacağı “Dükkan” restoranının rəhbərliyi tərəfindən salınıb. Aidiyyəti dövlət qurumları isə buna göz yumub: “Mənim fərdi yaşayış evimin qarşısında qoyulmuş səki daşlarını qonşuluğumda yerləşən “Dükkan” restoranının sahibi kimi tanıdığım Eyvaz adlı şəxs qanunsuz olaraq sökdürərək yerini dəyişdirib. Restorana gələn müştərilərin maşınlarının saxlanması üçün restoranın qarşısında kifayət qədər yer olmasına baxmayaraq, mənim evimin pəncərəsinin qarşısında dayanacaq düzəltmək məqsədilə səkiləri sökərək yoldan bir neçə metr geriyə çəkdirib. Layihə əsasında düzülmüş səki daşlarının yerinin qanunsuz olaraq dəyişdirilməsi, həmçinin restorandan çıxan bəzi şəxslərin şərxoş olduqlarını və mənim evimin pəncərəsinin qarşısında avtomobillərin saxlanılması mənim qanunla qorunan yaşamaq hüququmun pozulmasına gətirib çıxaracaq”.

Vətəndaş bildirir ki, analoji hadisə bundan bir il əvvəl yanvar ayında da yaşanıb: “Onda hələ evim tam hazır deyildi, köçməmişdim. O vaxt da belə etmişdilər, səkinin yerini dəyişib evimin qarşısını dayanacağa çevirmişdilər. Xəbər tutan kimi aidiyyəti qurumlara müraciət etdim və qarşısı alındı. Lakin yenə də öz qanunsuz əməllərindən çəkinmirlər”.

Problemlə əlaqədar “Dükkan” restoranı ilə əlaqə saxladıq. İaşə müəssisəsindən onlar tərəfindən piyada səkisinə hər hansı dəyişiklik edilmədiyi bildirildi: “Bizim tərəfimizdən belə bir hal baş verməyib, piyada səkisində hər hansı dəyişiklik edilibsə, müvafiq orqanlara müraciət olunsun və onlar tərəfindən araşdırılsın”.
Ardını oxu...
Xəzər Rayon İcra Hakimiyyətindən isə sorğumuza cavab olaraq həqiqətən həmin istiqamətdə piyada yolunun dəyişdirildiyi təsdiqləndi. Lakin bildirildi ki, sözügedən ərazinin təmiri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir: “Məlum olduğu kimi, avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, həmçinin yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi müvafiq olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir.

Videosujetdə vətəndaşın qeyd etdiyi ərazi Xəzər rayonu, Mərdəkan -Buzovna avtomobil yolunun sol tərəfində yerləşir. Sözügedən ərazidə müvafiq işlərin görülməsi ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə rəsmi müraciət daxil olmayıb. Bu məsələ ilə bağlı Xəzər RİH başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və Mərdəkan bələdiyyəsinin sədri tərəfindən keçirilən baxış zamanı həmin ərazidə yolun mühafizə zolağına müdaxilə edildiyi müəyyən olunub.

Bununla əlaqədar məsələnin araşdırılması və eyni zamanda həlli istiqamətində müvafiq zəruri tədbirlərin görülməsi məqsədilə Xəzər RİH tərəfindən aidiyyəti qurum olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət ünvanlanıb”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə qurum tərəfindən yalnız yolun hərəkət hissəsinin bərpa olunduğu bildirildi: “Yolun nə səki hissənin bərpası, nə də bardürlərin düzülməsinin Agentliyə aidiyyəti yoxdur. Agentlik yolun hərəkət hissəsini, yəni, səkidən-səkiyə qədər olan hissəni təmir edir. Səki hissəsi, yaşıllıq, velosiped zolağı yerli icra hakimiyyətinin balansındadır və onlar da bərpa etməlidirlər. Ola bilər ki, özləri bərpa edə bilməsinlər və Agentliyin müvafiq rayon üzrə Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etsinlər ki, köməklik göstərilsin. Bu halda onlara köməklik göstərilə bilər”.
 
 

 


Dünyapress TV

Xəbər lenti