Ardını oxu...
Cəlilabadda illərdir ki, qanunsuz torpaq zəbtlərinin qarşısını almaq hələ də mümkün olmayıb. Problem yerində qaldıqca, narazılıqların da sayı artır. Hektarlarla torpaq sahələri məmur qohumları və yaxınları tərəfindən zəbt edilib. Rayonda torpaq əkmək üçün haqqı olduğunu deyən şəhid və qazi ailələri kənarda qalıb. Onlara ancaq yalan vədlər verilir.
Redaksiyamıza üz tutan Qarabağ veteranı Sarvan Xudaverdiyev və Qarabağ əlili Bəxtiyar Qürbətov da bu qanunsuzluqlardan cana doyduqlarını və yerli məmurların isə onların xahişini eşitmədiyini bildirirlər. Sarvan Xudaverdiyev Cəlilabadın Maşlıq, Bəxtiyar Qürbətov isə Muğan kənd sakinidir. Sağlamlıqlarını torpaq uğrunda qoyduqlarını deyən hər iki döyüşçü, o torpaqdan əkib-becərə bilmədiklərindən gileyləniblər.
Onlar məsələylə bağlı İcra başçısı hörmətli Rafiq Cəlilovun da qəbulunda olduqlarını deyirlər. Bəxtiyar Qürbətov icra başçısıyla görüşünü belə xatırlayır:

Bələdiyyə sədri icra başçısının göstərişini vecinə almır?”
“İcra başçısı Rafiq Cəlilovun qəbulunda oldum. Mən də torpaq əkib-becərmək istədiyimi bildirdim. İcra başçısı Muğan bələdiyyəsinin sədri Vasif Həsənova göstəriş verdi, amma problem həll edilmədi. Belə məlum olur ki, bələdiyyə sədri icra başçısının tapşırıqlarını vecinə almır. Amma Vasif Həsənovun atası Rasif Həsənov 100 hektardan çox ərazini öz himayəsində saxlayır. Bir sözlə, qanunsuz torpaq zəbtlərinə bələdiyyə sədri Vasif Həsənovla atası Rasif Həsənov himayədarlıq edir. Çünki onlar həmin şəxslərlə şərikdirlər”.
Sarvan Xudaverdiyev isə beş il iki ay birinci Qarabağ savaşında döyüşdüyünü, 44 günlük Vətən müharibəsində isə oğlanlarının döyüşdüyünü deyir:

Bələdiyyə sədri rayon rəhbərinin tapşırığını eşitmirsə...”
“Beş dəfə icra başçısının birinci müavini Qalib Xudaverdiyevin qəbulunda olmuşuq. Sonuncu dəfə isə icra başçısı Rafiq Cəlilovun qəbulunda olduq. Beş il iki ay Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Zəngilanın Mincivan kəndində ayağımdan ağır yaralanmışam. 44 günlük Vətən müharibəsində isə oğlanlarım-Atakişi və Novruz Xudaverdiyevlər döyüşüblər. Bütün bunları icra başçısının diqqətinə çatdırdım. İcra başçısı da mənə torpaq verilməsi üçün bələdiyyə sədri Vasif Həsənova göstəriş verdi. Amma binadan ayrılan kimi problemimiz həll edilmədi. Bir sözlə, bələdiyyə sədri Vasif Həsənov rayon rəhbərinin tapşırığını eşitmirsə, biz onda məcburuq ölkə başçısından kömək istəyək”-deyə Xudaverdiyev bildirib.
Hər iki Qarabağ veteranı torpaqları zəbt edən şəxslərin siyahısını də redaksiyamıza təqdim ediblər. Onlar təklif edir ki, aidiyyatı qurumlar ərazidə araşdırma aparsın və görsünlər ki, bu şəxslər nə qədər yerləri zəbt ediblər. Həmin şəxslərin adlarını və zəbt etdikləri torpaq sahələrinin hektarlarını təqdim edirik:
Maşlıq kənd sakini Şahbazov Əşrəf üç il öncə dünyasını dəyişib, amma 25 hektar torpaq zəbt edib. Ə.Şahbazovun Rusiya vətəndaşları olan oğlanları-Fərail və İntizam Şahbazovlar hər biri ayrı-ayrılıqda 25 hektar yer zəbt ediblər. Onlar Azərbaycanda yaşamadıqları üçün ümumilikdə 75 hektar torpaq sahəsini Uzuntəpə kənd sakini Fariz Nəsirova icarəyə veriblər.

Bundan əlavə Muğan, Maşlıq və Söyüdlü sovetliyinin icra nümayəndəsi Rövşən Həsənovun atası Allahverdi Həsənov 25 hektar yer zəbt edib.
Nəsirov Tural 15, Hüseynov Tahir 5, Hacı Xudu adlı şəxs 5, Zeynal adlı şəxs (Uzuntəpə) 10, Kamran adlı şəxs (Uzuntəpə) 10, Maşlıq sakini Vahid Əliyev 15, Maşlıq kənd sakini Məhərrəmov Həmzəxan 25, Alxas adlı şəxs 40, Eldəniz Novruzov 110 hektar torpaq sahəsini zəbt edib. Qeyd edək ki, haqqında danışdığımız torpaq sahələri Maşlıq kəndinin örüş sahələridir.
Ən sensasion xəbər isə ondan ibarətdir ki, bələdiyyə sədri Vasif Həsənovun atası Rasif Həsənov 110 hektar örüş sahəsini zəbt edib və öz nəzarətində saxlayır.
Cəlilaba icra başçısı təyin edilən Rafiq Cəlilov rayonda işlər görür, problemlərin həllinə çalışır. Şəhid ailələrini ziyarət edir, onların problemləriylə maraqlanır. Bəs görən haqlarında danışdığımız bu iki veteranın niyə probleminin həllinə çalışmır?! Axı bu cür şikayət yazıları rayon adına müsbət göstərici deyil. Ümid edirik ki, hər iki veteranın şikayətinin həll xəbərini də eşidib buna görə icra başçısına təşəkkür edəcəyik.
Mövzu diqqətimizdədir. Yazıda adları hallanan şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.
 //teref.az//
Ardını oxu...
"İlk Korrupsiya əməliyatı Azərbaycan Avtomobil Yolları Dövlət AgentliyininYardımlı Yol idarəsində başlandı. İnanırıq ki Yardımlı rayon İcra Hakimiyytindədə əməliyat keçiriləcək bu qədər saxta tender yeyitisinin qarşısı alınacaq.
Qeyd edek ki Yardımlı rayon İcra Hakimiyyətinin Başçısı Əsgərov Ayaz Nərman oğlu keşmiş Nəqliyyat Nazirliyinin müavini Arif Nərman oğlu Əsgərovun qardaşıdır."
Teref.az yazır ki, redaksiyamıza göndərilən şikayət məktubu belə başlayır. Şikayətçi daha sonra məktubunda yazır:
" Yardımlı rayonunda Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyinin Antiihisar və İstehlak Bazarına Nəzarət Xidmətinin Lənkaran Regional idarəsinin əməkdaları ilə Yardımlı rayon İcra Hakimiyyətinin Başçısı,Yardımlı rayon İcra Hakimiyyti Başçısının sabiq müavini Mahir Mirzəyev, Yardımlı rayon İcra Hakimiyyti Başçısının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin Baş məsləhətçisi Əhəd İsrafil oğlu Bağırov, Yardımlı rayon İcra Hakimiyyti Başçısının Memarlıq və tikinti Şöbə müdiri – baş memar Sərvər Alıhüseyn oğlu Mirzəyev, Aparıcı məsləhətçi (mühəndis) Qabil Təzəxan oğlu Hadiyevlə birləşərək Yardımlı rayonunda elan olunmuş 2023-cü il üzrə tenderi menimsəyiblər saxda yolarla isdediyləri müəsissələri qalib seçiblər və pular müəsissə tərəfindən nağdlaşdırılıb menimsenilib.Yardımlı Rayon İcra Hakimiyyəti “Yardımlı rayonunda abadlıq işlərinin” satınalınması "PRO TƏMİR TİKİNTİ" Məhdud Məsuliyyətli Cəmiyyəti 59.619,85 AZN, Yardımlı Rayon İcra Hakimiyyəti Yardımlı şəhərinin qərq hissəsində yerləşən bir sıra küçələrdə yolların əsaslı təmiri işlərinin satınalınması "PRO TƏMİR TİKİNTİ" Məhdud Məsuliyyətli Cəmiyyəti 754.448,00 AZN, YARDIMLI RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ YARDIMLI ŞƏHƏR ƏRAZİ NÜMAYƏNDƏLİYİ “Müxtəlif abadlıq-bərpa işlərinin satın alınması “Kaspian Standart” Məhdud Məsuliyyətli Cəmiyyəti “ 222.114,21 AZN YARDIMLI RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ YARDIMLI ŞƏHƏR ƏRAZİ NÜMAYƏNDƏLİYİ “Müxtəlif ünvanlar üzrə bir sıra yaşayış binalarında aparılacaq işlərin satın alınması “Kaspian Standart” Məhdud Məsuliyyətli Cəmiyyəti 63.843,9 AZN. 754.448,00 AZN tenderi yeniden elana çıxardlıb və burdada özdərinə yaxın olan müəsissəni qalib seçmek üçün yəni % də razılaşıan müəsissəni seçeceklər ki vəsaiti menimsenilmesi asan olsun.Bu qanunzuluqlar azmış kimi Yardımlı rayon İcra Hakimiyyti Başçısı və Yardımlı rayon İcra Hakimiyyti Başçısının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Namiq Vəli oğlu Səfərov yol süpürmək üçün işə düzəlmək isdəyən fəhlədən 5000 min manat vəsait alıb bu nece olur fəhlə onsuzda fəhlədirdə ayı 200 manat əmək haqqı üçün 5000 verməlidir.Məşğuluq agentidiy bir acıqlama versin fəhlə düzəlmək üçün 5000 min manat niyə Yardımlı rayon İcra Hakimiyyətinə pul verilməldir? İqtisadiyat Nazirliyinin Antiihisar və İstehlak Bazarına Nəzarət Xidmətinin Lənkaran Regional idarəsinin əməkdaları cənub bölgəsi üzrə keçirilən tenderlərin saxtalaşdırlması barədə bir tədbir görməsni xahiş edirik.İnanırıq ki Yardımlı raynuda bu sadalanan qanunsuzluğların korrupsiya əmələrinin qarşısı tez bir zamanda alınacaqdır.Əvəlcədən təşəkkur edirik."
Teref.az olaraq məktubda iddia olunanlarla əlaqədar qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 
 

Ardını oxu...

"Yaxşılıq da, pislik də gec-tez adamın özünə qayıdır. Sadəcə pisliyi kimə edibsənsə, ondan gözlə, yaxşılığı" - Dədə Turxan.

 

Yaxşılıq yeganə libasdır ki, heç vaxt köhnəlmir. - Henri Toro.

 

Belə yerdə məşhurların dedikləri kəlamlar yada düşməyə bilməz. Əlbəttə, hər bir işin yaxşısı da, pisi də birinci şəxsin adı ilə bağlı olur. Məlumdur ki, Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov nə qədər xeyirxah işlərlə məşğul olsa da, bu şəxs şəhər sakinləri arasında özünə qarşı heç cür inam hissi qazanmağı bacarmır. Çünki, icra başçının tabeliyində çalışan vəzifə sahibləri bu gün də şəhər sakinlərinə o qədər haqsızlıq edirlər ki, hər kəs sabiq icra başçısı Elmar Vəliyevin atasına rəhmət diləyir. İndi gəncəlilərin arasında belə bir söz dəbdədir:

Ardını oxu...

 "Elmar Vəliyev Gəncənin gözəlliyi üçün nə etdisə, yalnız o, etdi". Hal-hazırda belə bir söz-söhbətlərin yayılmasında ŞİH-nin baş memarı Elxan Məmmədovun və onun kimi məmurların xüsusi rolları olur. Bu şəxsin ərköyün vəzifə sahibi olmasının kökündə, Mingəçevir Avarçəkmə İdman Mərkəzinin qarşısında yerləşən komfortlu villası da böyük rol oynayır. Hətta, Elxan Məmmədovun kefi istəyəndə humanitar şöbənin sabiq əməkdaşı Azər adlı şəxsin vasitəsilə o, yerli sahibkarları özündən aslı vəziyyətə salır və hər kəsdən rüşvət tələb etdirməyi də bacarır. Belə olan halda şəhər sakinləri cənab Başçının gördüyü işləri necə dəyərləndirə bilərlər? Bir halda ki, bu şəxsin səsi ilk dəfə, yəni 2021-ci ildə Ucardan gəlib və özü də kəskin hiddət doğurub, buna nə ad vermək olar?. Deməli, bu şəxs daim öz rəhbərinin qarşısında "firon"luq edir ki, bu da onun ərköyün məmur olduğunu ortaya qoymuş olur. Ona görə də sual oluna bilər ki, bu cür vəzifə sahibindən hansısa haqqı-ədaləti gözləmək olarmı? Əsla yox!

 

GundemXeber.Az

 
 
 

Ardını oxu...
DİA.AZ: - Sabirabad rayonunun mərkəzi bazarı bu gün tam olaraq xəstəlik mənbəyidir.

DİA.AZ xəbər verir ki, bu barədə narazılıq edən sakinlər bazarda antisanitariya şəraitinin hökm sürdüyünü bildirirlər.

Daha ətraflı aşağıdakı videoda:



İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
Cəlilabadda illərdir ki, qanunsuz torpaq zəbtlərinin qarşısını almaq hələ də mümkün olmayıb. Problem yerində qaldıqca, narazılıqların da sayı artır. Hektarlarla torpaq sahələri məmur qohumları və yaxınları tərəfindən zəbt edilib. Rayonda torpaq əkmək üçün haqqı olduğunu deyən şəhid və qazi ailələri kənarda qalıb. Onlara ancaq yalan vədlər verilir.
Redaksiyamıza üz tutan Qarabağ veteranı Sarvan Xudaverdiyev və Qarabağ əlili Bəxtiyar Qürbətov da bu qanunsuzluqlardan cana doyduqlarını və yerli məmurların isə onların xahişini eşitmədiyini bildirirlər. Sarvan Xudaverdiyev Cəlilabadın Maşlıq, Bəxtiyar Qürbətov isə Muğan kənd sakinidir. Sağlamlıqlarını torpaq uğrunda qoyduqlarını deyən hər iki döyüşçü, o torpaqdan əkib-becərə bilmədiklərindən gileyləniblər.
Onlar məsələylə bağlı İcra başçısı hörmətli Rafiq Cəlilovun da qəbulunda olduqlarını deyirlər. Bəxtiyar Qürbətov icra başçısıyla görüşünü belə xatırlayır:
Ardını oxu...
“Bələdiyyə sədri icra başçısının göstərişini vecinə almır?”
“İcra başçısı Rafiq Cəlilovun qəbulunda oldum. Mən də torpaq əkib-becərmək istədiyimi bildirdim. İcra başçısı Muğan bələdiyyəsinin sədri Vasif Həsənova göstəriş verdi, amma problem həll edilmədi. Belə məlum olur ki, bələdiyyə sədri icra başçısının tapşırıqlarını vecinə almır. Amma Vasif Həsənovun atası Rasif Həsənov 100 hektardan çox ərazini öz himayəsində saxlayır. Bir sözlə, qanunsuz torpaq zəbtlərinə bələdiyyə sədri Vasif Həsənovla atası Rasif Həsənov himayədarlıq edir. Çünki onlar həmin şəxslərlə şərikdirlər”.
Sarvan Xudaverdiyev isə beş il iki ay birinci Qarabağ savaşında döyüşdüyünü, 44 günlük Vətən müharibəsində isə oğlanlarının döyüşdüyünü deyir:
“Bələdiyyə sədri rayon rəhbərinin tapşırığını eşitmirsə...”
“Beş dəfə icra başçısının birinci müavini Qalib Xudaverdiyevin qəbulunda olmuşuq. Sonuncu dəfə isə icra başçısı Rafiq Cəlilovun qəbulunda olduq. Beş il iki ay Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Zəngilanın Mincivan kəndində ayağımdan ağır yaralanmışam. 44 günlük Vətən müharibəsində isə oğlanlarım-Atakişi və Novruz Xudaverdiyevlər döyüşüblər. Bütün bunları icra başçısının diqqətinə çatdırdım. İcra başçısı da mənə torpaq verilməsi üçün bələdiyyə sədri Vasif Həsənova göstəriş verdi. Amma binadan ayrılan kimi problemimiz həll edilmədi. Bir sözlə, bələdiyyə sədri Vasif Həsənov rayon rəhbərinin tapşırığını eşitmirsə, biz onda məcburuq ölkə başçısından kömək istəyək”-deyə Xudaverdiyev bildirib.
Hər iki Qarabağ veteranı torpaqları zəbt edən şəxslərin siyahısını də redaksiyamıza təqdim ediblər. Onlar təklif edir ki, aidiyyatı qurumlar ərazidə araşdırma aparsın və görsünlər ki, bu şəxslər nə qədər yerləri zəbt ediblər. Həmin şəxslərin adlarını və zəbt etdikləri torpaq sahələrinin hektarlarını təqdim edirik:
Maşlıq kənd sakini Şahbazov Əşrəf üç il öncə dünyasını dəyişib, amma 25 hektar torpaq zəbt edib. Ə.Şahbazovun Rusiya vətəndaşları olan oğlanları-Fərail və İntizam Şahbazovlar hər biri ayrı-ayrılıqda 25 hektar yer zəbt ediblər. Onlar Azərbaycanda yaşamadıqları üçün ümumilikdə 75 hektar torpaq sahəsini Uzuntəpə kənd sakini Fariz Nəsirova icarəyə veriblər.

Bundan əlavə Muğan, Maşlıq və Söyüdlü sovetliyinin icra nümayəndəsi Rövşən Həsənovun atası Allahverdi Həsənov 25 hektar yer zəbt edib.
Nəsirov Tural 15, Hüseynov Tahir 5, Hacı Xudu adlı şəxs 5, Zeynal adlı şəxs (Uzuntəpə) 10, Kamran adlı şəxs (Uzuntəpə) 10, Maşlıq sakini Vahid Əliyev 15, Maşlıq kənd sakini Məhərrəmov Həmzəxan 25, Alxas adlı şəxs 40, Eldəniz Novruzov 110 hektar torpaq sahəsini zəbt edib. Qeyd edək ki, haqqında danışdığımız torpaq sahələri Maşlıq kəndinin örüş sahələridir.
Ən sensasion xəbər isə ondan ibarətdir ki, bələdiyyə sədri Vasif Həsənovun atası Rasif Həsənov 110 hektar örüş sahəsini zəbt edib və öz nəzarətində saxlayır.
Cəlilaba icra başçısı təyin edilən Rafiq Cəlilov rayonda işlər görür, problemlərin həllinə çalışır. Şəhid ailələrini ziyarət edir, onların problemləriylə maraqlanır. Bəs görən haqlarında danışdığımız bu iki veteranın niyə probleminin həllinə çalışmır?! Axı bu cür şikayət yazıları rayon adına müsbət göstərici deyil. Ümid edirik ki, hər iki veteranın şikayətinin həll xəbərini də eşidib buna görə icra başçısına təşəkkür edəcəyik.
Mövzu diqqətimizdədir. Yazıda adları hallanan şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.
Araşdırma qrupu.
Ardını oxu...
Mingəçevir şəhər Uşaq İncəsənət Məktəbində çox tükürpədən hadisələr baş verir. Gah məktəbin 3 müəlliminin adı küllü miqdarda qızıl dələduzluğunda, gah qalmaqallı dərs bölügüsündə, gah da eşq macəralarında əsl “incəsənət” əsərləri nümayiş olunur. Bu başıbəlalı mədəniyyət ocağının adı indi də “sevgi filim”lərində hallanır. Belə ki Mingəçevir şəhər sakininin redaksiyamıza göndərdiyi məlumatda dəhşətli iddialar yer alıb. Mənbə iddia edir ki, İncəsənət məktəbinin direktoru Esmira Salamovanın himayə etdiyi müavini Vüqar Musayev tədris işləri ilə, idarəetmə ilə məşğul olmaq əvəzinə sevgi,eşq işləri məşğul olur. O məktəbin müəlliməsi ilə biri-birinə eşq “əsərləri” yazılar. Belə getsə, bu əsərlər məktəbin kollektivi ilə yanaşı, şagirdlərin də oxudğu “əsarlər”dən olacaq.Amma bu çox pis hadisə,utancverci hadisə kimi yadda qalacaq. Görünür, bu məktəbdə belə “mədəniyyətli” şəxslərin çox olması və işləməsi mədəniyyətimizi ildlrım sürəti ilə inkişaf etdirəcək. Hələ Vüqar Musayevin dərs bölgüsü zamanı direktorun tapşırğı ilə müəllimlərdən aldığı pullar tam başqa mövzudur.

Mingəçevirdə yaşayan və teatr sahəsində, məmurlarla olan müxtəlif səpklilli qalamaqllarla tanınan blogger,ictimai fəal İbrahim Türksoyun öz fezybuk hesabında payalşıdıqları da bu “mədəniyyət ocağı”nda baş verən biabırçılıqların təsdiqidir. İbrahim Türksoyun Mərkıəzi Aran Mədəniyyət İdarəsinin rəisi, mədəniyyət sahəsində naşı olan Aydın Bəşirova ünavnladığı müraciətin fotosunu təqdim edirik:

Əldə etdiyimiz məlumatlara görə “mədəniyyət və incəsənət qəhrəmanı” Vüqar Musayev İbrahimin dediklərini qəbul etmək fikrindən uzaqdır və özünün təmiz hesab edir. Ancaq ortada çox ciddi ittihanlar var. Əslində məlumatı bizə göndərən mənbə məktəbin xanım müəlliminin də adını, soyadını yazıb.Sadəcə biz redaksiya olaraq etik baxımdan şəxsin adını yazımırıq.(lazım olsa ad-soyadını da, fotosunu da təqdim edə bilərik)

Maraqlıdır ki, Mingəçevir Mədəniyyət sektoru da,Mingəçevir şəhər Uşaq İncəsənət Məktəbi də, regional idarə də hələ ki susur.

Xatırladaq ki, iddiada adı keçən şəxslərin və qurumların mövqeyini işıqlandıra bilərik.
Teref.az
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycanda bu almayanaqlardan (Fərid Cəfərov) başqa gənc yoxdur?! Gənclər Fondunu çapıb-taladı, bir müddət əvvəl də Mədəniyyət Nazirinin müavini vəzifəsinə təyinat aldı. Hesablama Palatası Gənclər Fondunda yoxlama aparmışdı və ilkin mərhələdə 3 milyon yeyinti aşkarlanmışdı. Sonra nə baş verdisə, Hesablama Palatası bir daha bu quruma yaxın getmədi. Heç kəs bu uşağa demədi ki, ay bala, hara gedirsən, bəs oğurladıqların hardadır?!
Bu ölkədə istedadlı, beş manat pul qazanmaq üçün zülm çəkən insanların illərlə əldə edə bilmədiklərini bunun məşuqələri bir saatın içində qazanıblar. Gənclər küçələrdə, kirayələrdə məhv olurlar, amma bunun özü cəhənnəmə, sevgililəri bahalı mənzillərdə yaşayırlar. Onlarla təşkilatı var idi. Bu cibindən çıxarıb o biri cibinə qoyurdu. Fondun pullarını dollara çevirib xarici ölkələrə daşıyırdı.
Dövləti bu qədər alçaltmaq olmaz. Bu oğrulara heç kimin gücü çatmır?! Hamı bu ölkədən qaçıb gedəcək, ondan sonra daha rahat talayarsınız.
Samir Feyruzov
Teref.az
Ardını oxu...
Bu ilin yayənda paytaxtın Xətai rayonu, NZS qəsəbəsində, “Azpetrol”un yanacaqdoldurma məntəqəsi ilə üzbəüz nahiyədə Nefbazanın üzbəüz hissəsində məişət tullantılarının atılmış olduğu ərazidə dəhşətli yanğın baş vermiş, benzindaşıyan maşınların biri partlamışdı.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə yanğının baş verdiyi əraziyə cəlb olundular və yanğının yaxınlıqda yerləşən neft çənlərinin hamısını partlatmasına və ərazidən keçən neft boru kəmərlərinə keçməsinə imkan vermədilər.
Sözügedən ərazidən qaz boruları, elektrik xətləri keçir. Yaxınlıqda qanunsuz tikilmiş yaşayış evləri yerləşir. İllərdir, o evlərin plana düşüb söküləcəyini deyirlsə də, əksinə, qanunsuz tikililər günü-gündən artmaqda davam edir. Bu cür bir ərazi yanğından yüksək səviyyədə qorunmalıdır. Hadisə nəticəsində eləcə də ətrafdakı ağaclara xeyli ziyan dəymişdi. Bildirilirdi ki, yanğın zamanı hadisəni lentə alan qəsəbə sakinlərinə polis və SOCAR-ın əməkdaşları çəkiliş etməyə icazə verməyib. Çəkilən videogörüntüləri isə silmək üçün göstəriş verilib.
Xətai Rayon İcra Hakimiyyətinə, əraziyə nəzarət edən ARDNŞ Neft Kəmərləri İdarəsinə, DİN Neft Emalı Obyektlərinin Mühafizə İdarəsinə bu kimi hadisələrin baş verməməsi üçün mühafizə işini gücləndirmək, bu müstəvidə yer alan nöqsanları qısa müddət ərzində aradan qaldırmaq tapşırığı verilsə də, təəssüflər olsun ki, ərazidə potensial təhlükə mənbəyi olan obyektlərin qanunsuz tikintisinin artması tendensiyası səngiməyib. Adları çəkilən qurumların əməkdaşları nəyinsə müqabilində belə tikintilərə göz yumurlar.
Sakinlərin mətbuatda ictimailəşmiş sözlərinə görə, hələ 30-40 il əvvəl orda bağ, meyvə ağacları salıb, əkib-becərirmişlər. Təəssüf ki, indi ortaya çıxmış bir neçə işbaz həmin ağacları məhv edib, ərazini böyük taxtadan hasarla əhatələyiblər. İçində təxminən 100 kv/m sahəyə malik kafe tikiblər. Kafenin sahibi olduğu deyilən İlham adlı şəxs isə məhrəm məclislərdə deyir ki, obyektin tikintisinə icazə almaq üçün 6000 (altı min) manat rüşvət verib. Sakinlər həmçinin xatırlayıblar ki, 2 il bundan əvvəl burada fəaliyyət göstərmiş başqa kafenin həndəvərində neft kəmərini deşib kanistlərlə benzin satırmışlar. İki il əvvəl üstü açılıb, cinayət işi başlanılıb, bəzi şəxslər istintaqa cəlb olunmuşdular.
İnternet resurslarında hasara alınmış həmin ərazidə tikintisi aparılan obyektin görüntüləri də durur. Məlum olub ki, tikinti işləri ağacların qırılması ilə müşayiət olunub. Hasar əvəzi qoyulmuş ağaclar, qoparılmış kol-kos quruyub, istənilən vaxt anidən od tutub alışa, ciddi yanğına səbəb ola bilərlər.
Əgər İlham adlı şəxsin dedikləri doğrudursa, belə çıxır ki, verdiyi rüşvətdən yuxarıda adları çəkilən qurumların funksionerlərinə pay düşüb. Həmin sıraya mütləq polis sahə müvəkkilini, 66 saylı Mənzil İstismar Sahəsini, təbii ki, həm də Xətai RİH-nin Mənzil Kommunal Təsərrüfatı Birliyini də əlavə etmək lazımdır. Neft Emalı Obyektlərinin Xətai rayon Mühafizə İdarəsinin rəisi cənab Niyaməddin Eyvazovu istisna etmək lazımdır. Çəkiliş aparan zaman sakinlər bildirdilər ki, rəisin, müavini Əli müəllimin və manqa komandiri Qafarın əməllərindən xəbəri yoxdur. Qeyd olunur ki, Neft Emalı Obyektlərinin Mühafizəsi İdarəsindən rəis müavini Əli, polis serjantı Qafar, Neft Kəmərləri İdarəsindən Hikmət, Xətai MKTB-nin 66 saylı MKİS- nin rəisi vəziyyətə “nəzarət” edirlər.
Cavabdeh qurumlar sırasına əlbəttə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bakı şəhərinə nəzarət edən 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi də aiddir. Maraqlıdır ki, sözügedən ərazidə ağacların kəsildiyi təqdirdə hesablaşılmalı olan şəxslər sırasında polis serjantı Qafardan söz düşəndə bəzi adamlara elə gəlir ki, Regional İdarənin rəisi Qafar Ağayevdən söhbət gedir. Halbuki, ərazidə yaşıllıqların məhvi daha çox İdarənin Ətraf Mühitin Mühafizəsinə Nəzarət, ekoloji maarifləndirmə sektorunun, bioloji resurslar qrupunun baş məsləhətçi müfəttişi, qrup rəhbəri Şakir Quliyevin işlədiyi dövrə təsadüf etmişdi.
Mövzuya qayıdacağıq.
Azerinfo.info

 
Ardını oxu...
82 saylı körpələr evi-uşaq bağçasından narazılıq var.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Valideynlərdən biri bildirilib ki, aprel ayından bu yana bağça onların şikayətlərini ciddiyə almır:

“Hər dəfə direktorla görüşmək istəsəsək də, direktorun gah işdə olmadığını, gah da məzuniyyətdə olduğunu əsas gətirirlər. Bağça dövlətindir, amma buna baxmayaraq, bağçanı sahiblənib, uşaqları bağçaya qəbul etmək üçün özlərinə uyğun məbləğlər təyin ediblər. Bağçaya gələn uşaqların valideynlərindən Azərbaycan bölməsi üzrə 80 manat, rus bölməsi üzrə isə 100 manat tələb olunur. Əgər uşaq bir ay bağçaya getməsə belə, valideyn bu məbləğin yarı hissəsini ödəməlidir. Bunlardan əlavə, bağçada istifadə olunan təmizlik vasitələrini valideynlərdən tələb edirlər”.
azfakt.com
 

Dünyapress TV

Xəbər lenti