Ardını oxu...
Neftçilərin Hüquqlarının Müdafiəsi İB-nin sədri Mirvari Qəhrəmanlı elektron poçtuna daxil olan, eləcə də fb səhifəsində yazılan bəzi informasiyaları (lakin sonradan bəzi məmurların təkidi ilə şərh müəlliflərinin özlərinə sildirilən, amma NHMT-nin arxivində saxlanılan) bəzi şərhlərdən bəhs edərkən «Təzadlar»a maraqlı açıqlamalar verdi. Bu barədə ayrıca bəhs ediləcək. Bu məsələdə olduqca maraqlı olan isə aşağıda adı çəkilən bəzi məsul şəxslərin SOCAR rəhbərliyinin başı üzərindən ölkə kənarındakı bəzi şirkətlərlə sual dolu əlaqələridir. Şikayətçi neftçi yazır:

«Müraciətim SOCAR prezidenti cənab Rövşən Nəcəfə ünvanlıdır.

Hörmətli Rövşən müəllim! Nəzərinizə çatdırıram ki, İstanbuldakı şirkətin adı «Platinum Group Dış Ticaret limited»dir. Həmin şirkəti isə İlyas Bağıyev və adını hələki çəkmək istəmədiyim bir şəxs idarə edir.

Hörmətli SOCAR rəhbərliyi, kömək məqsədi ilə bu məlumatı Sizə ötürürəm, buyurun balaca bir idarədə görün nələr edirlər. SOCAR-ın Geofizika və Geologiya İdarəsində dediyimizdən də dəhşətli korrupsiya fəaliyyəti həyata keçirirlər. Bu podratçı məsələlərin icində indiki Elmi- Tədqiqat İdarəsində işləyən Hafiz Şəkərovun da əli var, iz itirmək üçün Şəkərovu Baş ofisin şöbə müdiri Fərhad İbadovun vasitəsilə Elmi-Tədqiqat İdarəsinə keçirdilər. Hafizin işi şöbə müdiri kimi Elçin Şirinov və Fərhad İbadovun göndərdikləri firmalarla danışıq aparıb onlara tenderdə şərait yaratmaqdır. Ən çoxu da Teymur Qurbanov adlı şəxslə işləyirdilər, firmasının adı belədir: «Grand Caucasus Ltd». Məlumat verim ki, KGİB-mü üçün alınmalı olan avadanlıqları göstəriş əsasında Hafiz Şəkərov hazırlayırdı və arayış təqdim olunurdu ki, mütləq bu avadanlıqlar alınmalıdır və bu firma bizə yarayır və s. Bu faktı bəlkə də bilmirsiniz, tapşırın, araşdırsınlar. Belə ki, Hafiz Şəkərov da orda ailə podrati açıb, oğlu Elçin və yoldaşı orda işləyir.

Bundan əlavə, «Azneft» İB bir müddət əvvəl SOCAR-ın Geofizika və Geologiya İdarəsinə layihə verdi və dedilər ki, heç bir podratçı cəlb etmədən özünüz işləyə bilərsinizsə, işləyin. Geofizika və Geologiya İdarəsinin rəisi də razılaşır və fürsətdən istifadə edib «Azneft» və SOCAR rəhbərliyinin gözündən yayınıb Vahid Xankişiyevin podratçı olan firması ilə müqavilə bağlayır, müqavilədə adın qoyur ki, həmkar köməkliyi, yəni pulsuz dəstək! Nəticədə «katamaran» tipli gəmi və katerlərlə iş baş tutur. Bundan sonra «Azneft» pulu ödəyir və ardınca Vahid Xankişiyevin firmasına pul verilir. Bütün bu proseslər SOCAR-ın Geofizika və Geologiya İdarəsinin rəisi Elçin Şirinovun, Sarvan Mansurovun və vasitəçilik edən Vahid Xankişiyevi Elçin Şirinovla tanış edən Azad Rzayevin, Dadaş Həsənovun və İlyas Bağıyevin təşkilatçılığı ilə baş tutur.

geofizika-v-geologiya-idarsi

Bəs SOCAR-«Downstream-Management» MMC-də işləyən İlyas Bağıyev kimdir? Qısa məlumat verim ki, o, «Azəriqaz» İB-nin satınalma şöbəsində 14 dərəcəli mütəxəssis kimi işləyib, bir müddət sonra Fuad Həziyevin xahişi ilə Geofizika və Geologiya İdarəsinin satınalma şöbəsinə rəis müavini gətirilib, daha sonra rəis və ardınca da qısa vaxt ərzində bahalı maşın, ev və s. əldə edir. Bunları araşdırmaq üçün Geofizika və Geologiya İdarəsinə keçəndən sonra aldığı vəzifə maaşı ilə maşın, ev və s. alınmasını tarixlərlə tutusdurmaq kifayət edər. Hal-hazırda SOCAR-«Downstream-Management» MMC-də işləyir, bu cür işləri görən adama məncə elə bir postu etibar eləmək çox təhlükəlidir. Hər halda, mən sözümü dedim. Təbii ki, məqsədim SOCAR-da can qoyan sadə-zəhmətkeş neftçilərin zəhməti bahasına qazanılan pulların bəzilərinə yem olmasının qarşısının alınmasıdır. Bu pullar indi Qarabağda lazımdır. Nə qədər ki, obyektiv audit aparılmır, məcburuq ictimailəşdirək.

Sağ olsun Arzu xanım Cavadova, Geofizika və Geologiya İdarəsinə aradabir dərs verir. Yaxşı ki, həm də Elçin Bağırov kimi rəhbərlərimiz var, düzdür, onları da bəzi işlərdə aldada bilirlər. Bir məsələni də xatırladım: Fuad Həziyevin adamı olan İlyas Bağiyevin sadalanan əməllərini ortaya qoymaqla yuxarı rəhbərliyi bu məsələdə diqqətli olmağa səsləyirəm. Hələ mən onu demirəm ki, sən demə, «Kaspian şhiping» də İlyas Bağiyevin imiş. Artıq yetərincə sübutlar da var.

Yəqinki İlyas Bağiyevin Türkiyədə açdığı firma barədə məlumat hər kəsi maraqlandırır. «Caspian Geo- Marine» adlı şirkətin adı Geofizika və Geologiya İdarəsinin rəisi Elçin Şirinova yaxşı tanış olmalıdır. Onun Sarvan Mansurov, Dadaş Həsənov və İlyas Bağiyevlə olan iş birliklərini SOCAR rəhbərliyində bilirlərmi?

Yaxşı, bilirsinizmi ki, «Azneft» İstehsalat Birliyinin Geofizika və Geologiya İdarəsinə verdiyi və Qara dənizin tranzit zonalarında dayaz sularda İlyas Bağıyevin «katamaran» tipli kiçik gəmisi və qayıqları işləməkdədir. Onlarda seysmik hörüklərdən də, yəni (kabellərdən də) istifadə edilir, kabellər də İlyas Bağıyevin şirkətinindir. Maraqlısı odur ki, onun bu firması tenderi necə udub? İlyas Bağıyev əvvəl Geofizika və Geologiya İdarəsində işləyib.

Hörmətli SOCAR rəhbərliyi, bir daha xahiş edirik araşdırılsın ki, İlyas Bağıyevlə Dadaş Həsənov barədə nə kimi məlumatlar var… Bir sözlə, bizdən demək, SOCAR rəhbərliyindən isə tədbir görmək! Tədbir görülməsə, onda məcburuq cənab Prezident İlham Əliyevə yazıb kömək istəyək.

Keçən ilin yay aylarında Geofizika və Geologiya İdarəsinin min KGİB-i üçün xarici ölkələrin birindən D-unit avadanlıqları alınıb ki, çöl seysmik işlərində istifadə edilsin. Dəyəri milyondan yuxarı olan avadanlıq alınıb, lakin avadanlıq uyğun gəlməyib, hələ də idarənin anbarında saxlanılır, üstünü toz basıb. Xahiş edirəm bunu da işıqlandırasınız. İndi soruşuram: Sizcə SOCAR-ın Geofizika və Geologiya İdarəsinin rəisi cənab Elçin Şirinov tərəfindən «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanunun 7.2-ci bəndi necə pozulub? Qanunun 7-ci maddəsində yazılır: «Yaxın qohumların birgə işləməsinə yol verilməməsi 7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər. 7.2. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır».

Bu da rəis E.Şirinovun qohumları:

-Şirinov Mübariz İnqlab oğlu-(E.Şirinovun Qardaşı), Nəzarət ölçü cihazları və kabel xidmət sahəsi, xidmət sahəsinin rəisi.

-Elvin İsmayılov Oruc oğlu (E.Şirinovun bacısı oğlu), MGMEİE ekspedisiyasının rəisi;

-Orxan İsmayılov Oruc oğlu (E.Şirinovun bacısı oğlu), Qravimaqnitometrik kəşfiyyat partiyasının rəisi;

-Musayev Elçin Məhəmməd oğlu (E.Şirinovun qohumu), Səngəçal ekspedisiyasının rəisi;

-Quliyev Elçin (E.Şirinovun Qaynı), İstehsalata xidmət bazasında Energetika xidmət sahəsinin rəisi;

-Elbrus Şirinov (E.Şirinovun​ əmisi oğlu), KGİB- nün Dəniz seysmik ekspedisiyasında mövsümi fəhlə;

-Mürvət Əliyev (E.Şirinovun​ ​xalası qızının yoldaşı), KGİB-nün Dəniz seysmik ekspedisiyasında mövsümi fəhlə;

Bundan başqa, Baş ofisdə Geofizika şöbəsinin rəisi Fərhad İbadovun qardaşı GGİ-nin KMAİB-də mövsümi qazanxana işçisi;

-Fərhad İbadovun qardaşının yoldaşı MGM qəbul emalı dəstəsinin rəisi;

-Abasov Qorxmaz Əvəz oğlunu İstehsalata xidmət bazasından 11-ci dərəcədən GGİ-nin Layihə- simeta tikinti Şöbəsinə 15-ci dərəcə ilə vəzifəyə kecirdilər(diplomu musiqi müəllimliyidir)…».

***

Beləliklə, «Təzadlar» olaraq məqsədimiz cənab Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində ictimaiyyətin və medianın rolunun nə dərəcədə olmasını sübutlamaqdır.

Mövzuya qayıdacağıq və şikayət məktubunda adı çəkilənlərin narazı qaldıqları məsələlərlə bağlı mövqeyini dinləməyə hazırıq…

Sonda bir daha neftçilərə dəstək verdiyinə görə NHMT-nin rəhbəri xanım M.Qəhrəmanlıya təşəkkürümüzü bildiririk.

«Təzadlar»

Ardını oxu...
Vətəndaş Əhmədov Kərim Əhməd oğlu Azinforum.az-a videomüraciət ünvanlayıb. O bildirir ki, Penitensiar Xidmətin müəsissələrindən birində cəza çəkən oğlu, Əhmədov Röyal Şəkidəki cəzaçəkmə müəsissəsinin rəisi Fərhad Hüseynov tərəfindən incidilib.

Buna görə də, məhkum artıq 35 gündür ki, aclıq aksiyası keçirir. Hazırda Əhmədov Röyalın PX-nın Müalicə Müəsissəsində olduğu bildirilir.

Ata deyir ki, oğlunun aclıq aksiyası rəsmən qeydə alınsa da, onun tələblərinə lazımi reaksiya verilmir.

Təəssüflər olsun ki, PX-dan bu məsələyə münasibət öyrənə bilmədik. Onların da mövqeyinə yer verməyə hazırıq.

DİA.AZ şikayətçinin videomüraciətini azinforum.az-a istinadla təqdim edir:

 

Ardını oxu...
"Bakının Nərimanov rayonunun 8 nömrəli poliklinikasından giley-güzar var.Məsələ budur ki,TƏBİB tabeliyindəki bu tibb müəssisəsinə deyilənə görə 70 min pul ayırıb.Amma pulun hara,necə xərclənməsini bilən,deyən yoxdur.Poliklinikanın bütün telefonlarına zəng vurmuşam.Nə baş həkim cavab verir,nə də başqaları". DİA.AZ bildirir ki, bu barədə jurnalist Sima Babayeva məlumat verib.
Babayeva daha sonra bildirir: "Deyirlər poliklinikada hər şöbəyə tapşırılıb ki,öz ciblərinin hesabına otaqlarını düzəltdirsinlər.Həkimlərə yerə döşəmək üçün linoleum aldırırlar.Bir sözlə,dövlətin pulunun mənimsədildiyi iddia olunur.Məsələni dəqiqləşdirmək üçün poliklinikanın məsul bir şəxsi ilə əlaqə saxlamaq mümkün olmur.Əgər bu telefon nömrələrinə cavab verməyəcəksinizsə,onda nəyə görə boş-boşuna nömrələri saxlayırsınız? Təhvil verin,kimə lazımsa,o işlətsin.O qədər ehtiyacı olan var.
70 min az pul deyil.Deyilənlər həqiqətdirsə,ciddi qanun pozuntusudur.Yo,əgər düzgün məlumat deyilsə,o halda,zəhmət olmasa,8 nömrəli poliklinika rəhbərliyi bu vəsaitin necə,hara sərf olunması barədə sənədləri media orqanı olaraq bizə də göstərsin.Hər halda hər şey göz qabağındadır.Sənədlərə də baxaq,otaqlara,avadanlıqlara da. Başqa şikayət isə sığorta sistemi tətbiq olunandan sonra daha çox hallanır.Bu da həkimlərə xəstə qəbulundan verilən xidmət haqqı faizləri ilə bağlıdır.Bu məsələdə də ciddi narazılıqlar var.
Nərimanov rayonu 8 nömrəli poliklinikanın rəhbərliyini,TƏBİBi bu problemi araşdırıb məlumat verməyə çağırırıq".
İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
 
 
 
Ardını oxu...
Belə ki, Ucar rayon Kommunal Müəssisəsləri Kombinatının (komxozun) 400 nəfərdən çox işçisi var.Təxminən 70 nəfər komxozun işçisidir, qalan şəxslər isə “DOST” İş Mərkəzi MMC-nin əmək müqaviləsi əsasında orada işləyir.
Bu qədər işçisi olan idarə balaca ərazisi olan Ucar şəhərini təmizləyə bilmir ki, buna görə rayon zibillik içindədir.
Çünki işçilərin əksəriyyəti aylıq haqq verib işə gəlmədən hər ay maaş alırlar.400 nəfərdən çox işçinin təxminən 350 nəfəri işə gəlmir hər ay 150-200 manat arası aylıq haqq verirlər.Həmin pullar komxozun müdiri tərəfindən icra başçısının müavini Vaqif Mehdiyevə (çünki idarəyə nəzarət ona tapşırılıb) çatdırılır.
Teref.az yazır ki, bu müraciəti Ucar rayonundan bir qrup vətəndaş göndərib.
Həttda idarəyə işçilərin davamiyyətini yoxlamağa gələn Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarınada aylıq haqq verilir.Bu səbəbdəndir ki, bu qanunsuzuq barədə tədbir görülmür deyə Ucarda ara qarışıb məssəb itib.Günlərlə zibillər yığılmır, küçələr təmizlənmir.Antisanitariya baş alıb gedir, insanların sağlamlıqları ciddi təhlükə altındadır.Rayona gələn qonaqlar təcüblənib soruşurlar ki, Ucar hansı respublikanın rayonudur ki, belə nəzarətsiz qalıb.
“DOST” İş Mərkəzi MMC-nin əmək müqaviləsi ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında 68 yaşlı qoca adamlarda işə qəbul olunub ki, onlar heç vaxt işə gəlmədən hər ay maaş alırlar həmdə qocalığa görə təqaüd də alırlar.Həmin qoca adamların fiziki qüvvəsi buna imkan vermir ki, küçə təmizləsin, zibil yığsın və sairə iş görə bilsinlər.
“DOST” İş Mərkəzinin əmək müqaviləsi ilə Ucarda komxozda işləyənlərin davamiyyətini nazirlikdən yoxlamağa gələn olanda heç vaxt işə gəlməyən işçilər həmin günü əyinlərində fəhlə paltarı işdə peyda olurlar.Bunu isə onlara icra başçısının müavini Vaqif Mehdiyev tez məlumat verir.Çünki Vaqif Mehdiyevi gələn yoxlama əvvəlcədən xəbərdar edirki, onlara işdə olmaları barədə məlumat verilsin.Ucarda yoxlama olan kimi rayonun küçələrində əynində fəhlə forması olan işçilər payda olub kimi yer süpürür kimi zibil atır güclü təmizlik işləri gedir.Ancaq yoxlama gedəndən sonra yenə köhnə hamam köhnə tas Ucar zibilliyə qərq olur.
Ucar rayonda yaranmış bu korrupsiya piramidasının başında bir başa icra başçısının müavini Vaqif Mehdiyev və Ucarda yoxlamaya ezam olunmuş vəzifəli şəxslər dayanırlar.
Mərbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən xahiş edirik Ucar rayonunda yaranmış bu korrupsiya piramidasının dağıdılmasına, “DOST” İş Mərkəzinin əmək müqaviləsi ilə Ucar rayon Kommunal Məssisəsləri Kombinatnda adı işdə gedib işə gəlməyib aylıq haqq verənlərin işdən kənarlaşdırlıb yerinə kasıb, işsiz, cavan insanların işə qəbul edilməsinə tapşırıq verəsiniz. Hər dəfə yoxlama adı ilə Ucara ezam olunub icra başçısının müavinindən haqq alıb bu qanunsuzluqlara göz yuman vəzifəli şəxslərində barəsində ciddi tədbirlər görməyinizi axhiş edirik.
İmza; Ucar rayon sakinləri
Kamilov Umud Bəybala oğlu
İbrahimov Abbas Dadaş oğlu
Əliyev İntiqam Sahib oğlu
Səmədov Tahir Məmməd oğlu
Teref.az olaraq qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Bir millətin gələcəyini məhv etməyin ən asan yolu onun təhsilinə zərbə vurmaq və savadsız cəmiyyətin formalaşmasına nail olmaqdır. Bəli,"Təhsil millətin gələcəyidir". Necə deyərlər, "Qüvvət elmdədir başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz". Azərbaycanın təhsil sahəsində uzun illər dövlət tərəfindən həyata keçirilən islahaltlar nəticəsində ölkədə savadlı kadrların formalaşması geniş vüsət alıb.

Bu işdə yeni-yeni məktəblərin tikilərək istifadəyə verilməsi, yaxud yenidən qurulması, həmçinin maddi-texniki bazanın formalaşdırılması mühüm rol oynayıb. Lakin təəssüflə qeyd etməliyik ki, təhsil sahəsində hələ də çox ciddi nöqsanlar mövcuddur və bu problemlərin həll olunmaması gələcəyimizi ciddi təhlükə altına qoya bilər.

Belə problemlərdən biri də Bakının Nizami rayonunda yerləşən 201 saylı tam orta məktəbdə tüğyan edir. Hərçənd burada baş verən qanunsuzluqların miqyası o qədər böyükdür ki, adıçəkilən məktəbi elm ocağı adlandırmağa da adamın dili gəlmir. 201 saylı orta məktəb sanki "yeraltı qanunlar"la idarə olunur və direktor Afaq Əliyeva da özünü əməlli-başlı "kriminal avtoritet" kimi aparır. Afaq Əliyeva haqqında şikayətlər o qədər çoxdur ki, artıq sayı-hesabı da bilinmir.

Adıçəkilən məktəbin rəhbərliyi haqda növbəti şikayəti təhsil müəssisəsinin tarix müəllimi, tarix üzrə fəlsəfə doktoru Cəmalə Əsgərova edib. Cəmalə Əsgərovanın iddialarına inansaq məktəbin direktoru Afaq Əliyeva müəllimləri iki hissəsyə bölüb. Onun qanunsuz əməllərinə boyun əyənlərə və sözünü deyənlərə əlavə dərs saatları mükafat kimi verilir.

Digərləri isə ya töhmət alır, ya da dərs saatları azaldılır. Ancaq bütün bunlar Afaq Əliyevanın özbaşınalıqlarının yalnız kiçik bir hissəsidir. Belə ki, özünü "avtoritet" hesab edən direktor dərsə gəlməyən uşaqları qanunsuz olaraq qiymətləndirir, şagird çatışmazlığı səbəbilə sinfi ləğv edir, müəllimləri "şərəfsiz" adlandıraraq şəxsiyyətlərinə həqarətlə yanaşır, səlahiyyəti olmadığı təqdirdə müəllimləri işdən çıxarır, yaxud yerdəyişmə həyata keçirir.

Bütün bunlarla yanaşı bir dəfə tutulmalı olan dərs cədvəlini hər gün dəyişdirir, qəbuluna isə ümumiyyətlə öncədən yazılmadan düşmək mümkün olmur. Bax Afaq Əliyeva bu cür diktator direktor kimi 201 saylı orta məktəbin tarixinə adını yazdırmağı bacarıb. Hər halda tarix müəllimi Cəmalə Əsgərovanın iddialarından bu qənaətə gəlmək mümkündür.

Cəmalə Əsgərovanın iddiaları bununla da bitmir. Onun sözlərinə görə, direktor Afaq Əliyeva ixtisasça əmək müəllimi olan direktor müavini Nəriman Vəliyevlə birlikdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadəni məktəbin 6c sinfində yoxlamaya cəlb edib. Hansı ki, həmin vaxt dərsdə məhz Afaq Əliyevanın qanunsuzluqlarını ifşa edən tarix müəllimi Cəmalə Əsgərova olub:

"Anar Mustafazadə özünü təqdim etmədən icazəsiz və etik davranış qaydalarını pozaraq dərsimə girdi. Nə məqsədlə gəldiyini soruşduqda məqsədinin dərsi dinləmək olduğunu bildirdi. Dərsin bitməsinə 15 dəqiqə qaldığını bildirdikdə saymazyana keçib arxada oturub dərsinizi davam edin dedi. Bu adamın kim olduğunu sonradan öyrəndim.

Məlum oldu ki, Anar Mustafazadənin dərdi məktəbdə boş keçən dərs saatlarının yoxlanılması deyilmiş. Əksinə o, direktorun qərəzçilik edərək töhmətə layiq gördüyü müəllimlərin dərsində oturub iradlar bildirmək üçün gəlibmiş. Görünən odur ki, Anar Mustafazadənin məqsədi direktor Afaq Əliyeva tərəfindən verilən tapşırığı yerinə yetirib. Bundan başqa direktorun tapşırığı ilə 15 sentyabrdan bu günə kimi həftədə 1 dəfə dərsimdə idman, riyaziyyat, əmək müəllimləri, psixoloqlar oturub", - deyə Cəmalə Əsgərova vurğulayıb.

Qeyd edək ki, Cəmalə Əsgərova ona verilən töhməti əsassız hesab etdiyi üçün direktoru məhkəməyə verəcəyini bildirib. Alimlik dərəcəsi olan, 2015-ci ildə "ilin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi seçilərək Prezident tərəfindən birdəfəlik pul mükafatına layiq görülən bir müəllimə qarşı bu cür qanunsuzluqların edilməsi təbii ki, heç bir məntiqə sığmır. Bundan başqa məktəbin direktor müavini işləyən Svetlana Hüseynova da bir müddət öncə direktor Afaq Əliyevadan şikayətçi olmuş və onun özbaşınalıqlarını ifşa etmişdi. Ümid edirik ki, aidiyyatı qurumlar bütün səsləndirilən iddialarla bağlı ölçü götürəcəklər və müəllimləri "cana yığan" direktorun əməlləri araşdırılaraq lazımı qiymət veriləcək.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq!
azerbaycanrealliqi
Ardını oxu...
“Uşaqlar bizim gələcəyimizdir, uşaqlar bizim həyatımızdır. Hamımız uşaqları sevirik və istəyirik ki, Azərbaycan vətəndaşları uşaqlıq illərindən sağlam olsunlar”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hələ 2010-cu ildə paytaxtın Nəsimi rayonunda fəaliyyət göstərən Əbülfəz Qarayev adına 2 saylı uşaq klinik xəstəxanasının əsaslı təmirdən sonra açılışında iştirak edən vaxt çıxışında söyləmişdi.
Görünən odur ki, maddi-texniki bazası yenilənən, dünyanın ən inkişaf etmiş ölkələrində tətbiq edilən və mürəkkəb cərrahi əməliyyatların aparılmasına imkan verən müasir tibbi avadanlıqların quraşdırıldığı, həkimlər, tibb bacıları və digər tibbi heyətin səmərəli fəaliyyəti, eləcə də uşaq otaqlarında uşaqların əylənmələri üçün hər cür şərait yaradılan bu xəstəxananın rəhbərliyi müəssisəyə və kollektivə dövlət səviyyəsində göstərilən bunca diqqət və sayğıya layiq deyildir.
Bu ilin may ayında Fərid Hüseynov adlı vətəndaşın mətbuatda belə bir şikayəti yayılmışdı: “Gecə saatlarında 4 yaşlı oğlu Cəlal Hüseynovu nəfəs çatışmamazlığı diaqnozu ilə, ağır vəziyyətdə təcili yardım avtomobilinin köməkliyi ilə 2 saylı uşaq klinik xəstəxanasına çatdırıblar. Xəstəxananın qəbul otağında övladımın ağır vəziyyətdə olduğunu görən personal övladımı sənədləşdirib qəbul etdi. Lakin baş həkimin səlahiyyət verdiyi pediatr Günay Cavadova övladımın şəxsiyətini təsdiq edən sənədın olmamasını əsas göstərərək, onu qəbul etməkdən imtina etdi. Mən bildirəndə ki, “şəxsiyyət vəsiqəsinin əslinin şəkili mobil telefonumdadır, gedib əslini gətirib dərhal sizə çatdıracam”, Günay Cavadova övladıma ilkin tibbi yardım göstərilməsinə qəti şəkildə etiraz edərək, uşaqa qoşulan inqalyasiya aparatının qoşülmamasına göstəriş verdi”.
Qəribədir ki, professor Azər Xudiyev hətta doğulan kimi xəstəxananın qapısı ağzına atılan körpələrə göstərdikləri diqqətdən dəm vurduğu halda, niyə onun rəhbərlik etdiyi müəssisənin həkimi 4 yaşlı uşağın həyatını xilas etməyi aradan qaldırılması mümkün bürokratik əngələ satır? Həkim üçün xəstənin həyatını qurtarmaq daha vacibdir, yoxsa, kağız parçası?
Ümumiyyətlə, internet resurslarında sözügedən uşaq xəstəxanasında baş alıb gedən qanunsuzluqlar barədə yetərincə informasiyaya rast gəlmək olar. Media müstəvisinə gedib çıxan narazılıqların, şikayətlərin sayı get-gedə artmaqdadır. Bu günlərdə redaksiyamıza Qasımova Ülviyyə Vaqif qızının müraciəti daxil olub. Şikayətçi bildirir ki, onun dializ xəstəsi olan uşağının yatdığı palatanın ayaqyolunun qapısını “işləmir” adı ilə hər gün saat 15-dən sonra skoçla bağlayırlar. Uşağın palata qonşusu olan qadın xəstəxanadan çıxandan sonra belə qərar verilib. Vətəndaş haqlı olaraq belə bir sual verir ki, onun uşağının başqa xəstələrdən nəyi əskikdir, niyə onun övladı təbii ehtiyacını ödəmək üçün başqa palataya getməlidir?
Sonda 2 saylı uşaq klinik xəstəxanasından yazılmış tənqidi məqalələrin sərlövhəsinə çıxarılmış valideyn fəryadlarına nəzər yetirək: “Müalicəsi üçün pul yığılan Aytac dünyasını dəyişdi: Həkimlər qızımı bu hala saldı”; “Qızım həkim səhlənkarlığının qurbanı olub”; “Qarayev xəstəxanasında VİCDANSIZLIQ”; "Həkim sistemi taxıb çay içməyə getdi, nəvəm keçindi...”; "Uşaqlar əlimizdə göyərir, mən şokdayam, hamı pul davasındadı".
İbrahim Hümbətov //azerinfo.info//

 
 
 
Ardını oxu...
"Şirvan şəhər mərkəzində yerləşən bazarın ətrafı elə bil ki, Somalidi" - bu sözləri "Azərbaycan Reallığı"na sözü gedən ərazidən videoşikayət göndərən sakinlər bildirir."

Bazarda işləyən, xüsusən də ət məhsullarını satan şəxslər tullantıları ayrılan zibil qablarına atsalarda ərazidə olan zibil qabları boşaldılmır, zibil qabları aşıb-daşır.

Bu da antisanitariya vəziyyəti yaradır, üfünət iyindən dayanmaq olmur, xəstəlik mənbəyidir. Dəfələrlə adiyyəti qurumlara şikayət olunsa da baxan yoxdur.

Şirvan Şəhər İcra Hakimiyyəti yalnız şəhərin göz görünən yerlərində yerləşən mərkəz küçələrdə təmizlik işi görür amma şəhərin mərkəzidə çox yerlər bu haldadır iy-qoxudan şəhərdə gəzmək belə olmur "deyə bildiriblər.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Haqqında bəhs edəcəyimiz Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası 1920-ci ildə yaradılıb. Kinostudiyanın yeni binasının əsası 1951-ci ildə qoyulub və 15 ildən sonra hazır olub. 1966-cı ildə bu binada artıq kino istehsalına başlanılıb.
Təsəvvür edirsiniz, kinostudiya 15 ilə başa gəlib... 1989-cu ilin əvvəllərində Mədəniyyət Nazirliyinin tərkibində “Azərkinovideo” İstehsalat Birliyi yaradılıb. Azərbaycan SSR Nazirlər Sovetinin 20.05.1989-cu il tarixli əmrinə və Azərbaycan Mədəniyyət Nazirliyinin 31.05.1989-cu il tarixli qərarına əsasən kinostudya Azərkinovideo İB-nin tərkibinə daxil edilib. Qurum indiki dövrdə Azərbaycan Mədəniyyət Nazirliyinin tərkibində fəaliyyət göstərir. Kinostudiyanın hazırkı direktoru Nazim Hüseynovdur.
Bir daha qeyd etmək istəyirik ki, loru dildə desək, bura kino fabrikidir, kino pavilyondur, burada kino çəkilir, kino istehsal edilir...Belə bir industriyanı başa gətirmək üçün 100 milyonlar lazımdır... Təsəvvür edirsiniz, ən məşhur filmimiz olan “Dədə Qorqud” filminin bəzi pərdələri bu ərazidə, bu pavilyonda çəkilib. Eləcə də digər məşhur filmlərimiz. İndi bu kinostudiyanın ərazilərini kimlərsə "Ləvəngi" restoranının sahibinə satıb, kino pavilyonlar müxtəlif sahələr üzrə icarəyə verilib, bəs biz harada film çəkəcəyik..? 30 ildir dövlətimizin ərazisində qanlı müharibələr gedir, minlərlə şəhidimiz, qazimiz var. Bəs nə vaxt bu tarixdən bəhs edəcək bir film ortaya çıxacaq..? Son 30 ildə Azərbaycan kino rejissorları ortaya bir samballı film qoya bilməyiblər. Hansı ki, bu gün dövlətimiz kino çəkilişləri üçün sovet dövründəkindən 10 dəfə artıq maliyyə ayırır. Amma kinostudiyanın rəhbərlərinin marağı deyəsən tükənib Azərbaycan kinosuna. Sovet dövründə bizim məşhur filmlərimiz çəkilib.
Bu gün cənab Prezidentimiz hər dəfə böyük məbləğdə kino istehsalına maliyyə ayırır. Rejissorlarımız, ssenaristlərimiz ancaq ev, mənzil, fəxri ad davası edirlər. Dünyanın heç bir yerində dövlət kinoya pul ayırmır. Amma Prezidentimiz İlham Əliyev büdcədən əvvəl 3 milyon, sonra 6 milyon pul ayırdı. Bu pul Mədəniyyət Nazirliyinə ayrılmışdı ki, kinonun inkişafı ilə bağlı işlər görsünlər. Amma bunu etmədilər. Pullar Mədəniyyət Nazirliyi tərəfindən acgözlüklə yeyildi. O pulun heç bir faizi də belə kinoya sərf olunmadı. Bütün bunlar azmış kimi indi məlum olur ki, ümumiyyətlə, Kinostudiyanın ərazisini satıblar. Bəli, “Azərbaycanfilm” kinostudiyasının həyətini özəlləşdiriblər.
Mediada yayılan məlumatdan bəlli olur ki, kinostudiyanın həyətinin böyük bir hissəsi, daha dəqiq desək 4 hektar ərazi, “Tərəqqi” tikinti şirkətinə verilib. Dövlət Əmlak Komitəsi məsələyə aydınlıq gətirib: Ərazi Mədəniyyət nazirliyinin və kinostudiya rəhbərliyinin icazəsi ilə özəlləşdirilib. Hələ bu harasıdır..? Kinostudiyanın ərazisi hissə-hissə taxta sexlərinə icarəyə verilib. Və üstəlik kinostidiyanın böyük bir ərazisi “Ləvəngi” restoranı tərəfindən zəbt olunub. “Ləvəngi” restoranın sahibi Hacı Səxavət əslən Lənkəranlıdır və müxalifətçi, AXCP sədri Əli Kərimlinin yaxın dostudur. Hacı Səxavət eyni zamanda azərbaycanlı iş adamı, hazırda Türkiyədə yaşayan Mübariz Mənsimovun yaxın dostudur, Şeyx Allahşükür Paşazədə ilə yaxın dost münasibətləri var.
Biz bir media olaraq hesab edirik ki, kinostidiya millət üçün MƏBƏD-dir, buranı zəbt etməyə, satmağa kimsənin haqqı yoxdur. Ona görə də “Ləvəngi” restoranın sahibi Hacı Səxavət kinostudiyanın ərazisini təcili tərk etməli, zəbt etdiyi ərazini təmizləməlidir.
Bu yazını yazmaqda bizim nə hacı Səxavətlə, nə də başqa bir şirkətlə zərrə qədər problemimiz yoxdur. Bizi düşündürən millətimizin gələcəyidir. Kinosu olmayan cəmiyyət orta əsr səviyyəsindədir. Biz bu yoldan dönən deyilik, hətta bizə hədə-qorxu gələnlər bizi yandırıb külümüzü sulara səpsələr də. Və ümid edirik ki, son məqamda cənab Prezidentimiz bizim haqq savaşımıza dəstək olacaq. Ay cavabdeh şəxslər, sizdən xahiş edirik qidamız, təhsilimiz, səhiyyəmiz,
mədəniyyətimiz biz istədiyimiz kimi olsa, heç bir düşmən bizim qarşımızda tab gətirə bilməz.
Gundelik baki.com
 
 
 
Ardını oxu...
Əziz dostlar, həmkarlar!
Dünən Azərbaycan Prezident xalqımıza elə gözəl tarixi anlar yaşatdı ki, hələ də onun təsiri altındayıq.
Prezident İlham Əliyev başda olmaqla bütün Ordumuza təşəkkür edir, şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qazilərimizə şəfalar diləyirik.
Qazanılmış uğurlar, ayrı-ayrı sahələrdə görülən müsbət işlər QHT Agentliyində baş verən neqativ halları bizlərə unutdurmamalıdır.
Başqa sahələrə baxıb oradakı idarəetməyə, həyata keçirilən işlərə baxıb yaxşı mənada paxıllıq hissi keçirirəm. Təəssüf olsun ki, QHT Agentliyi ilə bağlı aylardı ortaya qoyulan dəqiq faktlar əksinə kimlərisə qıcıqlandırır və səhv olduğunu bilə-bilə yola davam edirlər.
Amma bunun sonu yoxdur, gec-tez ölkə başçısı bu özbaşınalıqlardan xəbərdar olacaq.
Müşahidələrimiz onu göstərir ki, QHT Agentliyi bir zamanlar Ziya Məmmədovun rəhbərlik etdiyi dövrdə Nəqliyyat Nazirliyindən sonra ən çox tənqid olunan qurumdur. Qoçu dəstələrinə dur deyən yox idi, amma sonunda durdurdular.
Bu gedişlə QHT Agentliyi Ginnesin rekordlar kitabına bu meyara görə düşəcək.
Bir neçə gün öncə Agentlikdən nəzarətsizliyin nəticəsində yaranmış özbaşınalığın bir nümunəsini göstərdik. Suşi, üz kremləri və s. reklamları.
Həmin əməkdaş yenə öz sahibkarlıq fəaliyyətini davam etdirir.
Bu gün isə digər xanım əməkdaşın kofe satışı və kofe falına baxmaq xidməti ilə tanış edirik.
Diqqətlə izləsəniz fotolardan QHT Agentliyinin Çinar Plazadakı və hazırda yerləşdiyi ofisin balkonunda çəkilmiş fotolara rast gələ bilərsiniz. Skrinləri sizə təqdim edirəm. Çox dərinə gedib bu məsələ ilə bağlı bütün detalları açmaq istəmirik, aidiyyəti qurumlar istənilən vaxt araşdıra bilər.
Kim nə istəyir satsın, reklam eləsin, fala baxdırsın. Bu öz işləridir. Bu onların yeni idarəetmə formasıdır.
Belə qəbul olunur, rəhbərlik bu idarəetmədən razıdır.
Sadəcə istəyimiz budur ki, bu sektoru zəlil gününə qoymayın. İnsanların əməyinə hörmət qoyun. Bəyənmədiyiniz bu sektorda kifayət qədər özünə hörmət edən insan var.
Samir Adigozelli
Teref.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
     

"Araşdırılmasına ciddi ehtiyac duyulur. Yazılanlar doğrudursa, haqqında yazılan rəis ölkə qanunvericiliyini pozduğu üçün ciddi məsuliyyət daşıyır. Yaxud da bu halda kimsə daha "yekə rəis" olmaq istəyir !? Yox?" DİA.AZ bildirir ki, bunu öz paylaşımında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı qeyd edib.
Hüquq müdafiəçisi 28 may NQÇİ, 3 saylı NQÇS (yəni DDÖ-3) işçisinə istinadən növbəti acınacaqlı vəziyyət haqda məlumat paylaşıb. Neftçinin müraciətində deyilir:

"Həqiqətən də biz boğaza yığılmışıq . 3 saylı Dərin Dəniz özülündə su problemi bitmək bilmir. Su çənlərində 30-40 ton su var, 5 gündür hamamları bağlayıblar, çimməyə icazə vermirlər. Bəhanə də onu gətirirlər ki, su yoxdu. Axı su var: 30-40 ton su var.

Dənizin ortasında bu ağır iş qrafikində neyləyək, necə eləyək axı biz fəhlələr? Platformanın rəisi Şahin Əliyev "gestapo rejimi" yaradıb burda, nə vaxt işə gəlir dərhal hamamları bağladır. Amma 2 gündən bir özü öz otağındakı hamamda çimir.

Biz yazıq fəhlələr gecə-gündüz demədən işləyirik, iş qurtarandan sonra hamamı açın: çimmək istəyirik, deyəndə "su yoxdur" deyir. Hər ay belədir... Bu 3 saylı platformada su problemi heç vaxt həll olunmur. Allaha and olsun, bədənimiz səpib allergiya vermişik əməlli-başlı.

İyrənirik özümüzdən artıq. Nə paltar yumağa icazə verilmir, nə də çimməyə. Amma özü bu gün qəşəngcənə geyinib-keçinib, üz-başını qırxıb, duxu da vurub getdi evinə.

Xahiş edirəm, bunun bir yolunu tapmağa köməklik edin bizə. Ayın 8-dən su üzü görmürük. Çənlər doludur. Hərəsində 15 ton su var, açmırlar krantları..

Burda HİX-in rəis müavini Məhəmməd İbrahimov var , platformanın rəis müavini Şahin Əliyev var... bütün mühəndislər yuxarıda otaqlarında çimirlər... Biz fəhlələr, QƏYTS-in fəhlələri, TQB-3-ün fəhlələri su üzünə həsrət qalmışıq. Mühəndislər geyinir-keçinir, üz-başları tərtəmiz gəzirlər, fəhlələr itin zülmünü çəkir...

Allaha and olsun biabırçı gündəyik.."

İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...Dia.az

Dünyapress TV

Xəbər lenti