Ardını oxu...
Son illər yerli media və sosial şəbəkələrdə yayılan məlumatlarda ən çox şikayətlərin və neqativ halların yerliidarəetmə orqanlarında olduğu görünür. Bu xüsusda daha çox rayon icra hakimiyyətləri və bələdiyyələrin qaranlıq fəaliyyətlərinə, bu qurumların gördükləri işlərdə qiymətlərin şişirdilməsi və digər bu kimi qanunsuz hallara rast gəlinir.

AzFakt.com saytının əldə etdiyi məlumata fəaliyyətində qanunsuzluğa yol verən qurumlardan biri də Abşeron rayon Masazır qəsəbəsi Bələdiyyəsidir.
Masazır Bələdiyyəsinin yol verdiyi əsas qanunsuz əməllərdən biri bələdiyyə ərazisində yerləşən fərdi tikinti və digər obyektlərə sənədlərin verilməsidir.

200 hektara yaxın ərazini əhatə edən Masazır Bələdiyyəsinin ərazisində fərdi evlərin böyük bir hissəsinin orderləri (kupçaları) yoxdur. Bu evlərin yeganə sənədlərinin bələdiyyə müqaviləsidir. Əldə etdiyimiz məlumata görə hazırda Masazır Bələdiyyəsi bələdiyyə ərazisində satılan evlərə yenidən bələdiyyə müqaviləsinin (sənədinin) köhnə tarixə verilməsini "açıq bazara" çıxarıb.

Mənzillərin və obyektlərin kvadrat metrindən asılı olaraq köhnə tarixə verilən bələdiyyə müqavilələrinin 1000 - 2000 manat arasında dəyişdiyi iddia edilir.

Məlumatda bildirilir ki, Masazır Bələdiyyəsində saxta sənədlərin verilməsinə və pulların alınması məsələlərinə Əbülfət Nuriyev şəxs nəzarət edir. Əbülfət Quliyev Abşeron icra başçısı Abdin Fərzəliyev tərəfindən Masazır Bələdiyyə sədri Azər Quliyevə qeyri-rəsmi olaraq də təyin edilib. Bu həmin Əbülfət Nuriyevdir ki, vaxtı ilə Abşeron rayonu Mehdiabad bələdiyyəsinin sədri olmuşdu və keçmiş MTN-in sabiq idarə rəisinə hektarlarla torpq sahəsi bağışlamağı ilə yadda qalmışdı.

Qeyd edək ki, Əbülfət Nuriyev bələdiyyələr içərisində həddindən artıq özbaşınalıqlara imza atmış şəxslərdən sayılır. Ötən ilin iyul ayında Əbülfət Nuriyev 2010- 2020-ci illərdə Abşeron rayonu Mehdiabad qəsəbə bələdiyyəsinin sədri vəzifəsində işlədiyi müddət ərzində yol verdiyi qanunsuzluqlara görə Cinayət Məcəlləsinin (CM) 309.1-ci (Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsindən həmin Məcəllənin 322.1-ci (Özbaşınalıq) maddələri ilə təqsirləndirilib. Daha sonra məhkəmənin hökmü ilə Əbülfət Nuriyev CM-nin 322.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad olunub və barəsində olan cinayət işi üzrə icraata xitam verilib.

Məsələ ilə bağlı Masazır Bələdiyyəsinin münasibətini örgənə bilmədik.
 

 

 
Ardını oxu...Ardını oxu...
  • Ardını oxu...
  • Ardını oxu...
  • Ardını oxu...
  • Ardını oxu...
  • Ardını oxu...
Ardını oxu...

Unitaz ev sahibəsinin güzgüsü olduğu kimi,şəhər və rayonlardakı bu zibilliklər də icra başçısılarının güzgüsüdür. 

Lənkəran rayonunun giriş hissəsində ürək bulandıran bu mənzərəyə adam heç cür don geyindirə bilmir.Yaddan çıxıb,yoxsa ümumiyyətlə vəziyyət belə qəbullanılıb?

Ardını oxu... Ardını oxu... Ardını oxu... Ardını oxu...

 
Ardını oxu...
 
 
 
 
Ad - 00:14

7Times.az xəbər verir ki,bu fotoları tanınmış vəkil Cavad Cavadov öz sosial şəbəkə hesabında paylaşıb.

Video Oynadıcı
 
 
00:00
 
00:15
 
 
 

 

 
Ardını oxu...Ardını oxu...
  • Ardını oxu...
  • Ardını oxu...
  • Ardını oxu...
  • Ardını oxu...Ardını oxu...

Quba rayonun Çiçi kənd sakini birinci qarabağ döyüşləri veteranı Tehran Zeynalov bir neçə ay bundan əvvəl,oğlu Elnur Zeynalovun işlə təmin edilməsi ilə bağlı Quba RİH-nə müraciət edib.Quba RİH –i başçısının müavini Ruslan Şahbalayev tərəfindən icra hakimiyyətində qəbul edilən vətəndaş Tehran Zeynalovun oğlu,Elnur Zeynalov işlə təmin edilməsi ilə əlaqədar,ETSN-nin Quba Regional Meşə Mühafizə Müəssisəsinin rəhbərliyi ilə əlaqələndirilir və idarədən  vətəndaşın işlə təmin edilməsi istiqamətində onlara kömək edilməsi tövsüyyə edilir.

Daha ətraflı hazırladığımız reportajda izləyə bilərsiz:

 
Ardını oxu...
 
 
 
 
 

7Times.az 

Ardını oxu...
Nərimanov rayonunda yaşayan bir neçə sakin "Məqam MTK"dan narazılıq ediblər. "Azərbaycan Reallığı" xəbər verir ki, Sakinlərin sözlərinə görə 30 ildir sözü gedən ərazidə yaşayırlar,yeni tikinti layihəsi ilə əlaqədar hər kəslə razılaşıblar, yalnız üç ailə qalıb onların da, yaşayışına maneçilik törədilir qaz-su bütün komunal xətlərini kəsiblər.

"Məqam MTK" tikinti şirkətinin əməkdaşları onlarla kobud rəftar edir, heç bir əsas olmadan bizi daşa basıb evimizə hücum edirlər ki, bizdə bezək evimizi tərk edək.Maraqlı odur ki, hər kəslə razılaşıblar, bizimlə razılaşmırlar bizə gələndə isə, tikinti şirkəti deyir ki, siz belə öləcəksiz! Elnur adlı şirkətin əməkdaşı bizi təhqir edir üstəlik nəlayiq sözlər deyir. İdmançı şəxslərlə birlikdə evimizə, üstümüzə, hücum edir, deyilənə görə Elnur adlı şəxs "Məqam MTK"-nın əməkdaşıdır.

Daha sonra sakinlər bildirir ki, şirkət əməkdaşları gecə saatlarında 7-8 nəfərlə birlikdə onların qapısın döyüb, biz buranı almışıq rədd olun buradan çıxın, biz buraları almışıq. Evimizi daş-qalaq edirlər deyirlər bax biz sizi belə zülm verəcəyik belə öldürəcəyik,sonda özünüz məcbur olub köçüb gedəcəksiz Yüksək vəzifədə olan tanınmış şəxslərin adlarını çəkirlər ki, arxamızda onlar dayanıb bizə heç kim heçnə edə bilməz!

Sonda sakinlər ölkə başçısından, birinci xanım vitse -prezident, və digər aidiyyatı qurumlardan kömək istəyiblər.

Daha ətraflı videoreportajda

azrbaycanrealliqi

Ardını oxu...
Uzun illər 300 minlik Sumqayıt şəhərinin Səhiyyə İdarəsinə, indi isə Sumqayıtdan əlavə, Abşeron, Xızı rayonlarının səhiyyəsinə rəhbərlik edən, Sumqayıt Tibbi Mərkəzin direktoru Səkinə Sadıxova barəsində yazmaq istəyərkən, yadımıza sovet dövrünün “KİRPİ” satirik jurnalı düşdü. Yaşlı nəslin yaxşı yadındadır ki, bəyənmədiyimiz sovet dövründə “KİRPİ” jurnalında hansı məmurun barəsində BİRCƏ CÜMLƏ TƏNQİDİ YAZI gedərdisə...onun işi bitmiş hesab olunurdu.
İndi neçə ildir ölkə mediası Səkinə Sadıxovanın barəsində qalaq-qalaq faktlara söykənən yazılar dərc edir, amma heç bir tədbir görən yoxdur. Bu gün Səkinə Sadıxova barəsində eşitdiyimiz xəbər həm komediya, həm də tragikomediya mövzusudur, yəni gülməli olduğu qədər də ağlamalı, faciəlidir.
Səkinə Sadıxovanın özünə məxsus siyahısı...
Belə ki, Səkinə Sadıxova və onun cinayətkar şəbəkəsi 2-3 yaşlarında sünnət olunmuş oğlan uşaqlarının siyahısını axtarıb-tapırlar və onların guya yenidən sünnət olunması işini təşkil edirlər. Daha aydın olması üçün qeyd edək ki, adətən oğlan uşaqlarını valideynləri 3-4, hətta 5 yaşlarında sünnət edirlər. Amma Səkinə Sadıxovanın şəbəkəsi illər öncə sünnət olunmuş yüzlərlə oğlan uşaqlarının siyahısı əsasında Sumqayıt Tibb Mərkəzində guya sünnət mərasimi keçirir və bu yolla dövlət vəsaiti hesabına bonuslar qazanırlar.
Məlumat üçün qeyd edək ki, hər bir sünnət üçün həkim cərrahların hesabına bonus olaraq 18 manat dövlət vəsaiti köçürülür.
Səkinə Sadıxovanın sünnət mərasimində "laqonda, drujba" söhbəti...
Onu da bildirək ki, Səkinə Sadıxovanın cərrahları həmin sünnət mərasimlərində dədə-baba qaydası ilə olan qarğu, qamış ülgüc, yəni sünnət etmək üçün lazım olan ləvazimatlarla yanaşı özlərilə "laqonda, drujba" götürürlər. Səkinə Sadıxova sual verəndə ki, bu "laqondanı, drujbanı" neynirsiniz? Həkim cərrahlar cavabında bildirirlər ki, ay Səkinə xanım, 5 yaşında uşağı sünnət etməyə getmirik eee, 16-17 yaşlı uşaqları sünnət etməyə gedirik. Səkinə Sadıxova isə əllərini yelləyərək "boş verin"... Bəli, heç demə sünnət, falan məsələsi yox imiş, bütün tədbirlər kağız üzərində gedir.
Rüşvət və korrupsiyanın sünnət səviyyəsi...
Fikir verdinizmi, rüşvət və korrupsiya sünnət səviyyəsinə çatıb. Hətta bu barədə məlumatlı şəxslərin dediyinə görə, Səkinə Sadıxovanın saxta sünnət siyahısında 10-11-ci sinifdə oxuyan oğlan uşaqlarının, yekə kişilərin də adı var. Vallahi, bu Səkinənin 10-11-ci sinifdə oxuyan oğlan uşaqlarını sünnət eləməsi əməlli-başlı KOMEDİYA mövzusudur. Siz elə bilirsiniz ki, Səkinə Sadıxova bu SÜNNƏT BİZNESİNİ özbaşına qurub. Əsla belə deyil. Bu işdə Səkinə Sadıxovanın dalında TƏBİB-in rəhbərliyi, sədr müavini Araz Nəsirov dayanır. Bu məsələ Səkinə Sadıxovanın ilk saxtakarlıq əməli deyil.
Səkinə Sadıxovanın kadrlar idarəsinin aşbaz müdiri...
Bir müddət əvvəl Səkinə Sadıxovanın uzun illər toyda-vayda aşbazlıq edən, sonradan 44 yaşında Gürcüstandan saxta diplom alan Elnarə Arif qızı Məmmədovanı Sumqayıt Tibbi Mərkəzdə Kadrlar şöbəsinə müdir təyin etməsi barədə yazmışdıq. Amma aldığımız son xəbərə görə, bizim yazılardan sonra Elnarə Məmmədova vəzifəsindən azad edilib. Bu xəbər təqdirəlayiqdir. Amma Elnarəni saxta diplomla Kadr şöbəsinə müdir təyin edən Səkinə Sadıxova niyə məsuliyyətə cəlb olunmur..? Bəs saxta diplomla dövlətdən alınan maaşın məsələsi necə olacaq..?
Səkinə Sadıxovanın tabeçiliyində olan işçilərin qohumluq əlaqələri və ya qohumbazlıq...
Yuxarıda qeyd etdiyimiz saxta sünnət biznesinin, eləcə də digər saxta yolla alınan bonusların hesabına Sumqayıt səhiyyəsində ayda 15 min manat maaş alan həkimlər var. Səkinə Sadıxova hər yerdə deyir ki, iki qohumun biri digərinin tabeçiliyində işləyə bilməz. Səkinə Sadıxovadan soruşan lazımdır ki, ....Sevincin 3 qohumu səninlə birgə Sumqayıt Tibb Mərkəzində işləyir. Bəs buna nə deyirsən..?
Bütün məclislərdə və tədbirlərdə Səkinə Sadıxova deyir ki, mənim tabeçiliyimdə bir adam göstərin ki, biri-biri ilə yaxın qohum olsun və onlar bir yerdə işləsinlər. Səkinə Sadıxova gözəl bilir ki, qohumların bir yerdə işləməsi korrupsiya halıdır.
TƏBİB-in Sumqayıt Səhiyyəsinin sədri olan Səkinə Sadıxova buyurun, tanış olun bu hal sizin rəhbərliyiniz altında baş verir...
1. 2 saylı xəstəxananın Poliklinika şöbəsinin müdiri Sevinc Nəsibova
2. Sevinc Nəsibovanın həyat yoldaşı Sığortanın Təşkili Şöbəsinin müdiri Emil Nəsibov
3. Dezinfeksiyaedici idarəsinin rəhbəri Xavər xanımın qohumu və Sevinc Nəsibovanın qudasını anbardar təyin ediblər. Həmin şəxsin adı Vəliyev İltifatdır.
Bu qohumlar birləşərək keçmiş anbardarı Namazova Səyahəti şərlətdirib işdən çıxartdılar. Həmin xanımın anasının ürəyi partlayaraq öldü, özü isə banklarda əsir-yesir olub. Səhiyyənin Həmkarlar Təşkilatı Namazova Səyahəti müdafiə etmək istəsə də Səkinə Sadıxovanın ən yaxın dostu olan Araz Nəsirov imkan verməyib.
Səkinə Sadıxova diplomsuz Elnarə Məmmədovanı yeni vəzifəyə təyin edib...
Biz Sumqayıt Səhiyyəsinin Kadrlar İdarəsinin rəisi Elnarə Məmmədovanın məsələsilə daha dərindən maraqlandıqda gördük ki, Elnarə Məmmədovanı gözdən pərdə asmaq üçün 1 saylı xəstəxanaya kadrlar şöbəsinə mütəxəssis kimi işə götürüblər.
Bir Səhiyyə İdarəsinin ki, kadrlar idarəsinin rəisi aşbaz ola, ondan nə gözləyəsən.
Səkinə Sadıxova bütün mənəvi xətləri keçir...
Səkinə Sadıxova bütün mənəvi xətləri keçərək Qarabağ qazilərinin adından da sui-istifadə edir. Guya Qarabağ qaziləri Sumqayıt səhiyyə sistemində işlə təmin olunublar. Amma əslində qazilərin adı altında başqa şəxslər işə götürülüb.
Sözün qısası, Səkinə Sadıxovanın 750 minlik kəməri barəsində, Təcili Yardım Stansiyasına ayrılan yanacağı, benzini, dərmanları, ehtiyyat hissələrini satdırması, 4-5 min manata işə adam götürməsi, keçirdiyi saxta tenderlər, cari təmir adı altında mənimsədiyi yüz minlər barəsində təkrar yazmağa ehtiyac görmürük.
Təkcə onu qeyd edək ki, Səkinə Sadıxova Korrupsiya İdarəsinin qərarı ilə dövlətə 180 min manat pul köçürməlidir və bu günədək köçürmür. Bir sözlə, Səkinə Sadıxova kimi məmurlara qarşı mübarizəmiz davam edir. Bizi izləyin.
P.S. Sumqayıt şəhərində TƏBİB-in tabeçiliyində fəaliyyət göstərən Sumqayıt Səhiyyəsində Səkinə Sadıxovanın rəhbərliyi altında elə hallar baş verir ki, bu dünyanın ən geridə qalmış ölkəsində baş vermir. Ay TƏBİB rəhbəri nə qədər qışqırıb bağırmaq olar ki, Sumqayıt Səhiyyəsində Səkinə Sadıxova problemi mövcuddur. Səkinə Sadıxovadan nə qədər yazılar yazarlar. Axı sizə ölkə rəhbəri tərəfindən deyilməlidirmi ki, Səkinə Sadıxovanın fəaliyyəti qeyri-kafi qiymətləndirilsin. Görəsən, Səkinə Sadıxovanın FETÖ-çu qohumları TƏBİB rəhbərliyinə xahişmi edir? Bəlkə, TƏBİB rəhbərliyinin Səkinə Sadıxovanın yanında ciddi gözükölgəliliyi var? Axı nə baş verir? Axı Sumqayıtda Səkinə Sadıxovanı əvəz edəcək kadr yoxdurmu? Yoxsa Səkinə Sadıxova qazandıqlarının hamısını TƏBİB rəhbərliyinə çatdırır? 
//gundelik-baku.com//
 
Ardını oxu...
DİA.AZ: - Son zamanlar yerli icra hakimiyyətlərinin fəaliyyəti ciddi tənqid olunur. Nöqsanları ilə gündəmə gələn bəzi icra başçıları işdən çıxarılsa, həbs olunsa belə, yenə vəziyyət dəyişmir. Dəfələrlə adları şikayət və tənqid olunanlar siyahısında hallanan icra başçılarının fəaliyyətində dönüş yaranmır.

DİA.AZ bildirir ki, yerli KİV-də əhalinin ən çox narazı qaldığı icra hakimiyyətləri barədə araşdırma materialı təqdim olunub. Aydın olur ki, narazılığa səbəb olan RİH-lərdən biri də Xətai rayon İcra Hakimiyyətidir.

Araşdırma materialında deyilir:

"Xətai rayon İcra Hakimiyyəti bu rayonda daha çox yaşıllığa qənim kəsilir. Məhəmməd Hadi küçəsindəki “Yellow market”lə üzbəüz ərazinin, Sarayevo küçəsindəki yaşıllığın ekoloji genosidə məruz qalması buna nümunədir. Qeyd edək ki, bu rayonun icra başçısı Rafiq Quliyevdir. O, 4 ildir ki, Xətai rayonuna başçılıq edir."

DİA.AZ xatırladır ki, elə iki gün əvvəl yerli KİV-də Xətainin icra başçısı Rafiq Quliyevin əslində bir bazarkom olduğunu sübutlayan faktlar açıqlandı. Aydın oldu ki, Xətai rayonu, Gəncə prospektində səkinin üzərində obyekt inşa olunub. Və nəticədə sıravi vətəndaşlar çarəsiz durumda qalaraq maşınların hərəkət yolundan istifadə emək zorunda qalıblar...

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Belə aydın olur ki, Rafiq Quliyev də "gözü çıxmış qardaşlarından" dərs alana oxşamır...

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

ƏLAQƏDAR YAZI: `Gözü çıxmış qardaş`dan DƏRS ALMAYAN daha bir başçı... - VİLYAMIN YERİNDƏ OTURUB AXI...

ƏLAQƏDAR YAZI: HƏBSDƏN QORXMAYAN BAŞÇILAR: Yenidir görəvdə, amma... - İLGİNC GƏLİŞMƏ...
 
Ardını oxu...
DİA.AZ: - "Zəfər Qurbanov Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru vəzifəsinin müvəqqəti icrasından rektorluq təsdiqinə qədər aqrar təhsili yaxın qohumları ilə birlikdə məhv etməkdə davam edir". Bu barədə DİA.AZ-a göndərilən məaqlədə deyilir.

Məqalənin əvvəli burada: Yerini möhkəmlədən Zəfər Qurbanov MAAŞLARI DA KƏSİB? - NARAZILIQ VAR...

Məqalənin davamında deyilir: "Zəfər Qurbanovun yarıtmaz idarəçiliyi sayəsində Günay Rəfiyeva kadrlar şöbəsinə müdir təyin olunar-olunmaz qocaman təhsil ocağının kadr potensialını məhv yolunu tutdu ki, bu da özünü ilk növbədə Dillər kafedrasında nəzərə çarpdırdı. Belə ki, Zəfər Qurbanovun bu kafedrada işləyən professor və müəllim heyətini dəyişmək başına isə doğmaca xalası qızını kafedraya müdir qoymaq niyyəti aşkar şəkildə hiss olunmaqdadır. Hələ xalaqızı isə nə baş müəllimə kimi yüksəlib, nə də elmi işi, elmi adı yoxdur, amma nə olsun ki...

Zəfər Qurbanov nəyə görə cinayətkar bir qrupla işləmiş Günay Rəfiyevanı kadr şöbəsinə müdir təyin edib? Günay Rəfiyevanı Aqrar Universitetin kollektivinin üzərinə göndərir. Zəfər Qurbanovun bu addımı onu göstərir ki, hələ rektor vəzifəsini müvəqqəti icra etdiyi dönəmdə iki gənc kadrı universitetdən kənarlaşdırdı, halbuki onlar daha layiqli idilər... Bu onun göstərir ki, Zəfər Qurbanov qocaman universitetdə yanlız əli və adı rüşvət və cinayətdə hallanan öz yaxın qohumları və ətrafı ilə universiteti idarə etmək istəyir.

Hər bir müəllimə dərs yükü 550 saat dərs yükü əvəzinə 650 saat dərs yükü ayırması müəllimlərin Aqrar Universitetdən çıxaraq başaq universitetlərə üz tutması üçündür. Çıxan müəllimlərin yerinə yeni müəllimləri "müsahibə" deyib Bəşir Bağırzadənin əli ilə 10-15 min manat pul alaraq işə müəllim qəbul etməkdir..."

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Sumqayıtda baş verənlər və icra başçısı Zakir Fərəcovun iş adamlarına qarşı haqsızlığı ilə bağlı dərc olunan tənqidi yazılar, çoxdandır ki, ölkənin media vasitələrini, sosial şəbəkələri, eləcə də, araz.az xəbər portalını belə zəbt edib. Dərc olunan yazılardakı, internet səhifələrindəki və sosial şəbəkələrdəki şərh yönlü açıqlamalarda Sumqayıtın icra başçısının və onun hakim komandasındakı əlaltılarının haqsızlığı ilə üzləşənlərin başlarına gətirilənlər tam çılpaqlığı ilə ortaya qoyulur. Ən əsası odur ki, bu yazı, açıqlama və şərhlərdə, nədən, indiyədək bu haqlı şikayətlərə yuxarılardan reaksiya olmadığı, Zakir Fərəcovun və onun cinayət ortaqlarının cəzalandırılmamaları və onların aşkar həyata keçirdiyi özbaşınalıqlara hüquqi qiymətin verilmədiyi önə çəkilir. Di gəl ki, bütün bunlar, daha dəqiq desək, qanunların Zakir Fərəcov adı qarşısında niyə acizanə “boyun bükdüyü” barədə xüsusi olaraq vurğulananlar, reallıq və gerçəkləri, hələ ki, dəyişmir. Çox təəssüf ki, bu yazıların mövzusunu daha çox icra başçısının və onun əlaltısı olan digər yuksək vəzifə sahiblərinin hegemonluqları, sahibkarları daha dözülməz duruma salmaları, sıravi vətəndaşlara, hətta dövlətə meydan oxumaları təşkil etsə də, necə deyərlər, onların xətirlərinə dəyən tapılmır ki, tapılmır. Belə olmasaydı, — elə, götürək Gündüz Əliyevi, — o da çoxdan həbsdə olardı. Çünki Gündüz Əliyevin törətdiyi cinayətlərdən biri, bu yaxınlarda rəsmən ortaya çıxarıldı. Di gəl ki, məhkəmə də, necə deyərlər, onun xətrinə dəymədi və mövcud qanunlarımızın gücü bir daha heçə endirildi.

Həmin yazı, açıqlama və şərhlərdə göstərildiyi kimi, dəhşət ondadır ki, Zakir Fərəcov adlı bəlanın Sumqayıtlılara yaşatdığı problemlərin həllinə biganə qalmaq, cəmiyyətdə hakimiyyətə qarşı narazı kütlənin formalaşmasına şərait yaratmaq deməkdir. Bütün bunlar, sanki o deməkdir ki, Sumqayıt icra başçısı və onun cinayət ortaqları öz şəxsi mənafeləri naminə, məqsədli şəkildə hakimiyyətə qarşı yırtıcı siyasət önünə keçənlərin sıralarına qoşulublar və son vaxtlar “dəmir barmaqlıqlar” arxasına göndərilən yüksək səlahiyyət sahibi məmurlar kimi, onların da, bu acı taleyi yaşamalarının artıq vaxtı yetişib.

Ümumiyyətlə, Zakir Fərəcovun özünün və Gündüz Əliyev kimi vəzifə sahibləri cinayət ortaqlarının qanunlar çərçivəsinə sığmayan bəd əməlləri barədə, ölkənin mətbu orqanları ilə bərabər, araz.az xəbər portalı da, dəhşət doğuran fakt və sübutlarla zəngin çox yazılar verib. Əksəriyyəti isə, iş adamlarını aldadaraq, Sumqayıtda abadlaşdırma, təmir-tikinti işlərinə cəlb edən və sonradan onlara çatacaq halal milyonlarla qazanc pullarını verməkdən imtina edən icra başçısının haqsız əməlləri barəsində olan yazılardır. Həmin yazılarda xüsusi olaraq o qeyd olunub ki, Sumqayıt şəhərinin girişində və ayrı-ayrı yerlərində, daha çox, Dənizkənarı Bulvarın təmir-tikintisi və abadlaşdırılma işlərinə büdcədən ayrılan və bu önəmli işləri xərclənməsi nəzərdə tutulan milyonların iş görən firma və şirkətlərə verilməməsi sahibkarların haqlı narazılıqlarına səbəb olub. Daha doğrusu, icra başçısı və onun cinayət ortaqları olan vəzifə sahibləri hər zamankı metodlarından günü bu günədək yararlanmaqdadırlar. Bəzi iş adamlarını hədələməklə, bəzilərini polis idarələrində, həbsxana divarları arxasında işgəncələrə məruz qoymaqla istəklərinə qismən çatıblar da. Hətta susdura bilmədikləri iş adamlarını müdafiə edən dövlət strukturlarının və mətbu orqanların rəhbərlərinə da, əzələ nümayiş etdirə biliblər. Bunun acı nəticəsidir ki, onların indiyədək bu barədə əlaqədar dövlət qurumlarının rəhbərlərindən tutmuş, ölkə başçısına belə ünvanladıqları şikayət məktublarına ciddi bir reaksiya olmayıb. Heç yerdən onlara kömək edən tapılmayıb. Həmin iş adamları, bu günlərdə də, milyonlarla pullarını hələ də ala bilmədiklərinə görə, kömək üçün ölkə başçısına daha bir Müraciət göndəriblər. Elə, araz.az-ın da, deyilənlər barədə yazıları çox
olduğundan, daha bir geniş yeni yazı ilə, dəyərli oxucularımızın dəyərli vaxtlarını almağı lazım bilmədik. Onlara da, məsləhət gördük ki, iş adamlarının bir nüsxəsini araz.az-ın redaksiyasına göndərdikləri və olduğu kimi indi dərc etdiyimiz aşağıdakı Müraciəti oxumaları kifayətdir ki, yuxarıda deyilənlər barədə daha ətraflı məlumatları olsun:
“Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarına
Surəti:
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevaya

Surəti:
Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə

Möhtərəm Prezident!
Sizin ölkə vətəndaşlarına göstərdiyiniz diqqət və qayğı danılmazdır. Sahibkarlığın inkişafı üçün atdığınız qəti addımlar və iş adamlarına göstərdiyiniz əvəzolunmaz köməklik, biz sahibkarlar tərəfindən həmişə yüksək səviyyədə qiymətləndirilib. İnanırıq ki, bundan sonrakı dövrlərdə də, biz sahibkarların yanında olub, hüquqlarımızın qorunması istiqamətində əlinizdən gələn köməkliyi edəcəksiniz. Sizi mühüm dövlət işlərinizdən ayırmaq istəməsək də, buna məcburuq. Çünki, iş adamları olaraq, Sumqayıtın tikinti-təmir, abadlıq işləri meydançalarında icra başçısı Zakir Fərəcov və digər vəzifə sahibləri tərəfindən gərgin işlərə cəlb olunanlardan və indiyədək gördüyümüz işlərə görə, bizə çatacaq milyonlarla pullarımızı, tam olaraq, hələ də ala bilməmişik. Konkret desək, indinin özündə də, şəhər rəhbərliyi tərəfindən, 2016-cı ilin fevral ayından sentyabr ayına kimi olan dövrdə Sumiqayıtda həyata keçirdiyimiz yüksək səviyyəli quruculuq, təmir-tikinti və abadlıq işlərinə görə bizə çatacaq 3 milyon manata yaxın borc qalığı var.

Qeyd edək ki, o zaman, Sumqayıt şəhər bulvarının salınması, abadlıq işlərinin görülməsi bizə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən tapşırılmışdı. Zakir Fərəcov bizə müxtəlif vədlər verərək, əlimizdən gələni etməyi, qısa zaman ərzində bulvarın abadlaşdırılmasını ciddi şəkildə tapşırmışdı. Bütün görəcəyimiz çətin və yüksək məsuliyyət tələb edən vacib işlər üçün, bizə, halal qazanc pullarımızı tam alacağımızı vəd etmişdi. Lakin başçı bizim başımıza min cür oyunlar gətirib, ümumilikdə, bu işlər üçün ayrılan 12 milyon manata yaxın pul vəsaitinin 4 milyonunu verib, sonradan qalan 8 milyon manatı verməkdən imtina etdi. Bu işlər üçün sərf olunan texnikanı, mal-materialları aldığımız firma və şirkətlərin rəhbərlərinin, eləcə də gərgin durumdan işlətdiyimiz yüzlərlə usta və fəhlənin təkidli tələbləri ilə, dəfələrlə Şəhər İcra Hakimiyyətindən sahibkarlara çatası bu pulu qəti şəkildə tələb etsək də, bizə bu pullar ödənilmədi, bunun əvəzində isə, biz başçının təhdidləri ilə qarşılaşdıq, hətta onun göstərişi ilə, zərərçəkmiş kimi tanınan biz sahibkarların arasında həbsxana divarları arasına salınanımız da oldu.

Daha doğrusu, bu işləri həyata keçirən iş adamları olaraq, bizim, dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyətinə gedərək, bizə çatacaq halal qazanc pullarımızı tələb etməyimiz Zakir Fərəcovu açmadı və onun tələblər dolu göstərişi ilə, cinayət ortaqları vəzifə sahibləri mətbuata verdikləri açıqlamalarında yalandan bildirdilər ki, guya, İcra Hakimiyyəti tender həyata keçirib. 8 milyon manat da, guya, tenderin qalibi şirkət qurumun hesabına köçürülüb və zərərçəkmiş şəxslərin pulları həmin qurum rəhbərindədir.

Möhtərəm Prezident!

Deyilənlərin hamısı yalan, şər-böhtan idi. Qəti şəkildə deyirik ki, bu işlərin görülməsi üçün, onda hər hansı tender həyata keçirilmədi. Hətta şirkətin hesabına Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən pul da köçürülmədi. Dənizkənarı Bulvarın salınması üçün ayrılan həmin məbləğdə ən böyük pul vəsaiti, əlbəəl, işləri həyata keçirən şirkət rəhbərinin özünə verildi. Verilən həmin pulların hamısı da, təyinatı üzrə xərcləndi, yəni bulvarda iş görənlərə ödənildi. Bəli, təxminən 4 milyon manata yaxın pul vəsaiti Şəhər İcra Hakimiyyəti tərəfindən ödənilsə də, sonradan, hansısa səbəbdən qalan 8 milyon manat pul şirkət rəhbərinə ödənilmədi. Daha doğrusu, bu pulun, guya, şirkət rəhbərliyi tərəfindən mənimsənildiyi iddia edilərək, onun barəsində cinayət işi başlandı. İstintaqı aparan dövlət qurumlarının və məhkəmənin rəhbər şəxsləri də, necə deyərlər, başçının dedikləri ilə, “oturub, durdular”. Şər-böhtanla olsa da, şirkət rəhbərini həbsxana divarları arxasına göndərməyə nail oldular.

Ən dəhşətlisi odur ki, deyilənlərin yalan və şər-böhtan olduğunu, başçının özü və cinayət ortaqları olan vəzifə sahibləri sonradan etdikləri ilə təsdiqlədilər. Yəni, həmin 8 milyon manat pulun yarıdan çoxunu, “canımızı boğazımıza yığmaqla”, uzun müddətdə qırıq-qırıq yenə də o şirkət rəhbərinin əlbəəl özünə verdilər. Onda dəhşət doğuran belə bir sual ortaya çıxır ki, axı, əvvəlcədən dedikləri kimi, əgər tender qalibi şirkət rəhbərinə həmin pulu vermişdilərsə, onda həmin pulun yarıdan çoxunu sonradan necə ödəyə bildilər?! Bu, qatı bir cinayət deyilmi?!.

Möhtərəm Prezident!

Yeri gəlmişkən, onu da qeyd etmək istəyirik ki, Sumqayıt şəhərində quruculuq, təmir-tikinti və abadlıq işlərinin görülməsi üçün, Sizin verdiyiniz sərəncamlarla, dövlət büdcəsindən milyonlara pul vəsaiti ayrılıb və Sumqayıt Şəhər İcra Hakimiyyətinin hesabına köçürülüb. Lakin həmin pulların hansı formada xərclənməsi barədə, ortada heç bir məlumat mövcud deyil. Eyni zamanda, həmin vəsaitin neçə milyonunun Sumqayıtdakı dəniz ətrafı bulvarın salınmasına xərclənməsi məlum deyil. Sizin 13 oktyabr, 2015-ci il tarixili Sərəncamınızla Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün də, 3,7 milyon manat pul vəsaiti ayrılıb.15 dekabr, 2015-ci ildə isə, Sizin digər bir Sərəncamınızla, Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və zəruri təmir işlərinin həyata keçirilməsi üçün, 5 milyon manat pul ayrılıb. 03 mart, 2016-cı ildə verdiyiniz Sərəncamınız isə, Sumqayıt şəhərindəki çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi məqsədi ilə, 9 milyon, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 6,5 milyon, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2,5 milyon manat pul ayrılıb.
10 iyun, 2016-cı ildə verdiyiniz Sərəncamla Sumqayıt şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün, 10 milyon, o cümlədən çox mənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 5 milyon, şəhər avtomobil yollarının əsaslı təmiri üçün 5 milyon manat ayrılıb. 27 sentyabr, 2016-cı ildəki Sərəncamla da, Siz, Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və şəhər avtomobil yollarının əsaslı təmir işlərinin davam etdirilməsi üçün, 5 milyon manat ayırmısınız. Lakinbu qədər pul vəsaiti şəhərin balansına verildiyi halda, onların dəniz kənarı bulvarın salınmasına xərclənməməsi xeyli suallar ortaya çıxarır: Axı, Bulvarın salınmasına nə qədər pul vəsaiti sərf olunub?! Həmin pullar kimə verilib?! Onun verilməsini təsdiq edən sənədlər mövcuddurmu?! Və s., və i.

Bu işləri həyata keçirən iş adamının məlum həbsindən sonra, öz pullarımızı Şəhər İcra Hakimiyyətindən tam olaraq ala bilməmişik. Belə ki, icra başçısı və onun əlaltıları olan cinayət ortaqları hər vəchlə günahı onun üzərinə atmağa çalışıblar. Lakin həmişə görünən tək sübut o olub ki, Şəhər İcra Hakimiyyəti tərəfindən, rəsmi olaraq, ona heç vaxt pul vəsaiti ödənilməyib. Yəni, o, pul alarkən hər hansı sənədə imza atmayıb, eyni zamanda, onun şirkətinə də pul vəsaiti köçürülməyib. Belə qanunsuzluqların olduğu halda, onun həbs edilməsi də, ikiqat qanunsuzluq idi.

Bir daha qeyd edirik ki, biz, zərərçəkmiş sahibkarlar olaraq, dəfələrlə, Şəhər İcra Hakimiyyətindən öz pullarımızı, haqqımızı tələb etmişik. Lakin burada günahı əsas işləri görən şirkət rəhbərinin üzərinə atmaqla, məsuliyyətdən yaxa qurtarmağa çalışıblar. Biz zərərçəkənləri düşdüyümüz zərərdən xilas etməyə can atan kimsəni tapmaq müşkül məsələyə çevrilib. Hətta Şəhər İcra Hakimiyyətindən, Sumqayıtın giriş yolunun və Dənizkənarı Bulvarın tikintisi, yenidən qurulması, abadlaşdırılması və yaşıllaşdırılması işləri ilə əlaqədar, sual dolu müraciətlərimizə cavab verilməsini və həmin cavabları təsdiq edən sənədlərin surətinin bizə verilməsini də xahiş etmişik. Lakin suallara cavab vermək əvəzinə, həmişə, orda bizi başqa istiqamətə yönləndirməyə çalışıblar.

Zərərçəkmiş vətəndaşları şəhərin abadlaşdırma işlərinə həmin əsas şirkətin və Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin rəhbər şəxsləri cəlb etsələr də, onlara çatacaq pul vəsaiti Şəhər icra Hakimiyyətinin rəhbərliyi tərəfindən ödənilməli idi. Lakin rəhbərlik bu vəsaiti ödəməkdən boyun qaçıraraq, pulun, guya, həmin şirkətə verildiyini iddia edib. Halbuki, bir daha qeyd edirik ki, ortada, həmin pulun ona verilməsini təsdiq edən hər hansı sübut mövcud deyil. Bir də, necə olur ki, həmin şirkət rəhbəri həbsə atılır, amma əsl günahkar Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin rəhbəri azadlıqda əlini-qolunu sallayaraq, şəstlə gəzib həmişə. Axı, o, zərərçəkmiş biz sahibkarları başçının adından dəfələrlə aldadaraq, bizə dəymiş ziyanın tam olaraq ödəniləcəyini vəd edib. Lakin verdiyi vədlərini boşa çıxarmaqla yanaşı, bizi polislə də dəfələrlə hədələyib.

Biz sahibkarlar həmişə başımızın üzərində Böyük Allahımızı gördüyümüz üçün, qəti şəkildə deyirik ki, incidilən həmin şirkət rəhbəri ona tapşırılan tapşırıqları layiqincə yerinə yetirib, Dənizkənarı Bulvarın salınmasını, ona tapşırılan digər bütün yüksək məsuliyyət tələb edən vacib işləri həmişə uğurla başa çatdırıb. Lakin bu xidmətlərinə görə, o, mükafatlandırılmaq əvəzinə, cəzalandırılacaq, hətta həbsə də atılıb. Elə, bütün bunlara görə, bir daha qəti surətdə deyirik ki, əliəyri vəzifə sahiblərinin törətdikləri ədalətsizlik, qanunsuzluq və saxtakarlığın sübuta ehtiyacı olmayan və mövcud qanunlarımız çərçivəsinə sığmayan xoşagəlməzlik əlamətləridir.

Möhtərəm Prezident!

Yuxarıda qeyd etdiklərimizi əsas götürərək, Sizdən xahiş edirik ki, halal pullarımızı almaqda bizə köməklik göstərəsiniz! Çünki başqa üz tutacağımız ümid yerimiz qalmayıb və bu çətin durumumuzda nə edəcəyimizi də bilmirik. Tam ümid edir və inanırıq ki, Sizin şəxsi nəzarətiniz altında bu məsələ ədalətli şəkildə araşdırılacaq və haqq-ədalət öz yerini tapacaq. Çarəsiz qalan biz iş adamlarına edəcəyiniz köməyə görə, Sizə qabaqcadan dərin minnətdarlığımızı da çatdırırıq!”.

Mövzu ciddi olduğundan, daim diqqətimizdədir. Bu mövzu ətrafında baş verənləri qələmə almaq üçün, həmişə hazırıq. Bizi izləməyinizi məsləhət görürük!

Əıi HÜSEYN,
İlham ƏSƏDOV,
Malik MİRZƏ,

REDAKTORDAN SÖZARDI:

Sumqayıtda çoxdandır baş verən xoşagəlməzliklər və icra başçısı Zakir Fərəcovun iş adamlarına qarşı hədsiz dərəcədə haqsızlıq etməsi ilə bağlı öz yazılarımızda və hansısa media vasitəsinə istinadən dərc etdiyimiz çoxsaylı yazılarda nələr dərc edilməyib?!. Di gəl ki, həmin zərərçəkmişlərin hər birinə Şəhər İcra Hakimiyyətinin yüksək məbləğdə borcu qalıb. Başçı Zakir Fərəcov və onun cinayət ortaqları olan vəzifə sahibləri Gündüz Əliyev, Adil Xudadatov, Hümbət Məmmədxanov… tərəfindən, bu borcu verməmək üçün, iş adamları Aydın Abdullayevin, İsa Qasımovun, Eyvaz Abbasovun, Müqayis Verdiyevin, Məhəmməd Əsgərovun, Çingiz
Mansurovun, Bilal Piriyevin, Haşım Abbasovun, Tapdıq Əlinağıyevin, Zöhrab Rzayevin, İlham Məmmədovun, Elçin Qarayevin… başlarına nələr gətirilməyib?!

Bəli, yazıların çoxunda, onların ölkə başçısının tapşırıq və tövsiyyələrinə məhəl qoymayaraq, iş adamlarına süni problemlər yaratmalarından və onları aldadaraq, müflis etmələrindən bəhs olunub. Elə, buna görədir ki, onlar, bəd əməlləriylə, özlərini, qarşılarında qanunlarımızın belə boyun bükdüyü məmurlar kimi tanıdıblar.

Təəssüf ki, bu yazıların mövzusunu daha çox icra başçısının və onun əlaltısı olan digər yuksək vəzifə sahiblərinin hegemonluqları, sahibkarları daha dözülməz duruma salmaları, sıravi vətəndaşlara, hətta dövlətə meydan oxumaları təşkil etsə də, necə deyərlər, onların xətirlərinə dəyən tapılmayıb ki, tapılmayıb.

Doğrudan da, belədir!

Çünki Sumqayıtda əzazil məmur özbaşınalıqları ilə daha çox qarşılaşan ölkə vətəndaşlarının, iş adamlarının şikayətləri əsasında müstəqil media orqanlarında icra başçısı Zakir Fərəcovla bərabər, onun cinayət ortağı olan Gündüz Əliyev kimi yuksək vəzifə sahibi məmurlar haqqında gedən yazılar az qala həndəsi silsilə şəklində çoxalır.
Adam bu yazıları oxuduqca, inanmağı gəlmir ki, İlham Əliyev kimi güclü Ali Baş Komandanın Prezidenti olduğu ölkədə, Zakir Fərəcov kimi insanlara, sahibkarlara və dövlətə qarşı əzazillik edən məmurlar da var!!!

Sahibkarlar demişkən, onu da qeyd edək ki, Zakir Fərəcovla iş adamları arasında olan milyonlar qalmaqalında da, əsas günahkarlardan biri kimi, Gündüz Əliyevin adı hallanır. Buradakı maraqlı məqamlardan biri odur ki, iş adamlarına birbaşa Zakir Fərəcov borclu olduğu halda, “Zəmanət məktubu” Sumqayıt İcra Hakimiyyətinin yerli özünidarətmə orqanları ilə iş üzrə şöbənin rəhbəri Gündüz Əliyevin adına verilib. Niyə, məhz, Gündüz Əliyev?! Ona görə ki, bütün bu işlərin hamısı məhz şöbə müdirinin əli ilə görülüb. Eyni zamanda, Fərəcov bununla “kimsəyə borcum yoxdur” görüntüsü yaradaraq, bütün məsuliyyəti Gündüz Əliyevin üzərinə qoyub.

Elə, onun, imzaladığı “Zəmanət məktubu” ilə, bir-neçə sahibkarı aldadaraq, milyonlarla halal pullarını verməyən Zakir Fərəcovdan uzaqlaşdırmaq üçün, onların “başlarına açdığı oyunları” götürək. Ölkə mətbuatında bu barədə nələr yazılmayıb?! Di gəl ki, onun da xətrinə dəyən tapılmır ki, tapılmır!(araz.az)
Ardını oxu...
Milli Oftalmologiya Mərkəzində pasiyentlərdən yığılan ödənişlərin mühüm hissəsi dövlət büdcəsindən yayındırılır.

Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda deyilir.

“Mərkəzin uşaq bölməsində müayinə üçün 30 manat ödəniş tələb edilir. Bu pulun müqabilində isə qəbz verilmir. Həkim müayinəsinə gedən azyaşlı pasiyentlər göz bəbəyinin fotosunun çəkilməsi üçün 103 saylı otağa yönləndirilir. Burada isə hər bir pasiyentdən 5 manat alınır. Ancaq bu ödənişin əvəzində də bizə qəbz vermirlər”-deyə, məlumatda vurğulanır.

Acınacaqlı durumun Oftalmologiya Mərkəzinin böyüklər üçün olan korpusunda da hökm sürdüyü bildirilir.

“Mərkəzin 7 mərtəbəli korpusda qeydiyyatdan keçmək üçün kiçik bir otaq var. Burada əyləşən xanım müraciət edən pasiyentlərin adını jurnala işlədikdən sonra 5 manat alır. İkinci mərtəbədə olan 2011 saylı otaqda isə göz bəbəyinin fotosunun çəkilməsi üçün 10 manat alır. 2001 saylı otaqda isə xəstələrdən 20 manat alınır. Amma bu pullara görə qəbz verilmir”.

Mərkəzdə pasiyentlərdən şifahi formada tələb edilib alınan vəsaitlərin əvəzində qəbz verilməməsinin arxasında yığılan pulların büdcədən yayındılması məqsədinin olması ehtimal edilir.

Məsələ ilə bağlı Milli Oftalmologiya Mərkəzindən və Səhiyyə nazirliyindən mövqe öyrənə bilmədik.

Qeyd edək ki, Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımovdur.

Elmar Qasımov eyni zamanda Səhiyyə Nazirliyinin baş oftalmoloqudur.

O, 2006-cı ildən Milli Oftalmologiya Mərkəzinin direktoru vəzifəsində çalışır.
Ardını oxu...
 
Ardını oxu...
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sentyabrın 29- mətbuata verilən məlumata görə “Respublika əhalisinin sağlamlığının qorunması istiqamətində tibbi xidmətlərin daha da yaxşılaşdırılmasını, yüksək səviyyədə təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsini təmin etmək məqsədi ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları yenidən təşkil olunur.

TƏBİB-in Müşahidə Şurasının qərarına əsasən, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bir mərkəzdə – “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin qismində birləşdirilir.

Mərkəzin yaradılmasında məqsəd xidmət keyfiyyətinin beynəlxalq səviyyəyə yüksəldilməsi, təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən əməkdaşların bilik və bacarıqlarının eyni dərəcədə artırılması, vahid standartlar əsasında iş prinsipinin, eləcə də təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin “vahid pəncərə” sistemi şəklində qurulmasıdır”.

Aktualinfo.org-a verilən məlumata görə artıq yeni yaradılacaq “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin rəhbəri vəzifəsini tutmaq uğrunda mübarizə başlayıb. Təbii ki, sözügedən vəzifəni tutmaq üçün TƏBİB sədri Vüqar Qurbanova yaxın adamlar da çoxdu. Məlumata görə bu vəzifəyə daha çox can atanlar arasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtobaza müdiri Yaqub Məmmədov da var. Məlumatlara görə Yaqub Məmmədovun bu vəzinin başına keçməyə imkanı da var. Amma TƏBİB-in sözügedən qurumları birləşdirmək yolu ilə yenidən təşkil etmək qərarı Yaqub Məmmədov üçün heç də ürəkaçan olmayıb.

Belə ki, “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsi təşkil edilməsi məqsədi ilə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyətləri yoxlanılmağa başlayıb. Avtobazanın maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması isə bir sıra maliyyə pozuntularının aşkarlanmasına səbəb ola bilər. Avtobazanın fəaliyyətində daha çox dövlət satınalmalarının təşkili zamanı yol verilən qanun pozuntularıdır ki, burada mal-materialların və avtomobillərə ehtiyat hissələrinin alınması zamanı qiymətlərin süni şəkildə şişirdildiyi də üzə çıxa bilər. Odur ki, keçmiş Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyanın avtobaza müdiri Yaqub Məmmədov üçün heç də xoşa gəlməyən hallarla nəticələnə bilər.

Məlumat verənin sözlərə görə bütün bunlara baxmayaraq Yaqub Məmmədov ümidini itirməyib və TƏBİB sədri Vüqar Qurbanovla olan isti münasibətləri və geniş imkanları onun yeni yaradılacaq “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi”ndə mühüm vəzifələrdən birini tutmağa şirnikləndirir.

Aktualinfo.org
 

Dünyapress TV

Xəbər lenti