b_400_300_16777215_00_https___gundemxeber.az_uploads_posts_2024-03_medium_1710664108_mg-20240317-wa0001.jpg

Bu gün gundemxeber.az-ın redaksiyasına Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Səyyad Ağayev tərəfindən müraciət daxil olub. O, media vasitəsilə Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayevə və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradova Bildirir ki, "2013-cü ildə mənim Bakı Dövlət Universitetində AR Prezidenti yanında Ali Atesstasiya Komissiyasının tələblərinə uyğun olaraq “İqtisad üzrə fəlsəfə doktoru” alimlik dərəcəsi almaq üçün müdafiə etdiyim “Vergidən yayınma risklərinin modelləşdirilməsi” mövzusunda dissertasiya işim https://aak.gov.az/upload/dissertasion/iqt/iqt_n_asi_30_05_13.pdf 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universiteti BMDM-nin magistri Əhədzadə Elməddin Məhəmməd oğlu tərəfindən oğurlanaraq “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda müdafiə etdiyi magistr dissertasiya işinin http://unec.edu.az/application/uploads/2019/10/h-dzad-Elmeddin-M-h-mm-d.pdf plagiat olduğu aşkarlanmış və bu, məhkəmə qətnaməsi ilə sübut olunmuşdur.

Bununla bağlı Əhədzadə Elməddin Məhəmməd oğluna qarşı qaldırdığım iddia  Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-50/2023 nömrəli 17 yanvar 2023-cü il tarixli qətnaməsi ilə qismən təmin edilərək, müəllif hüquqlarımın pozulmasına görə 3000 (üç min) manat məbləğində kompensasiyanın və 1000 (bir min) manat məbləğində mənəvi ziyanın əvəzinin (cəmi 4000 (dörd min) manat) cavabdeh Elməddin Əhədzadədən mənim xeyrimə tutulması qət edilmiş və adı çəkilən qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh həmin məbləği mənə ödəmişdir.

Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-850/2023 saylı 01 may 2023-cü il tarixli Qətnaməsi ilə cavabdeh Əhədzadə Elməddin Məhəmməd oğlu tərəfindən “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda (İxtisasın şifri və adı: 060403-Maliyyə; İxtisaslaşma: Vergi və vergiqoyma) müdafiə edilmiş magistr dissertasiyasının ləğv edilməsi qət edilmişdir.

AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3304/2023 saylı 13 sentyabr 2023-cü il tarixli Qərarında Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-850/2023 saylı 01 may 2023-cü il tarixli Qətnaməsinin magistr dissertasiya işininin ləğvi hissəsində qüvvədə saxlanılması qərara alınmış və Əhədzadə Elməddin Məhəmməd oğluna verilmiş magistr dərəcəsinin ləğv edilməsi üçün magistr dərəcəsini verən orqana müraciət etmək, həmin orqan tərəfindən imtina edildiyi təqdirdə isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququmun olması izah edilmişdir.

Magistr dərəcəsi verən orqanın imtinasından sonra Əhədzadə Elməddin Məhəmməd oğluna verilmiş “magistr” ali elmi-ixtisas dərəcəsinin ləğv edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Dövlət İqtisad Universiteti Publik Hüquqi Şəxsin üzərinə qoyulması barədə qərar çıxarılmasından ötrü məhkəməyə müraciət etmişəm və 06 may 2024-cü il tarixdə Şirvan İnzibati məhkəməsində həmin işə baxılacaqdır.

Elm və təhsilin inkişaf etdirilməsi üçün dövlətimiz tərəfindən maliyyə vəsaiti ayrılır, plagiat hallarına qarşı ciddi mübarizə aparılır. Lakin elmi işimi oğurladığı hüquqi müstəvidə sübut edilmiş magistr Elməddin Əhədzadəni hələlik mənə məlum olmayan səbəblərə görə ADİU-nun rektoru Ədalət Muradov bütün təsir imkanlarından, mövqeyindən istifadə etməklə  məhkəmələrdə ciddi-cəhdlə müdafiə edir və dissertasiya işinin ləğv edilməsinə hərtərəfli mane olur. Ayrı sözlə desək, plagiat işi müdafiə etmiş magistri açıq şəkildə himayə və ardıcıl müdafiə edərək mənə qarşı əsassız qərəz nümayiş elətdirir.

Əqli mülkiyyəti oğurlanmış bir alim kimi dəfələrlə sizə teleqram ünvanlayaraq və məktubla müraciət edərək sizinlə şəxsən görüşüb bu məsələni müzakirə etməyə cəhd etdim. Lakin hələlik məlum olmayan səbəblərə görə müraciətlərimə heç bir reaksiya vermədiniz, indi də vermirsiniz. Elə bir münasibət göstərir və görüntü yaradırsınız ki, sanki bu məsələnin sizə aidiyyəti yoxdur. Ortada plagiat dissertasiyası və dissertasiya işinin ləğv edilməsi barədə Məhkəmənin dövlətin adından çıxardığı və qanuni qüvvəyə minmiş, icrası imperativ qaydada hamı üçün məcburi olan qətnamə olduğu halda, siz Azərbaycan Respublikasının Elm və Təhsil naziri kimi bu məsələyə münasibət bildirməməklə kimdən və nədən çəkinirsiz, niyə qətiyyətsizlik göstərirsiniz? ADİU-nun rektoru Ədalət Muradov məhkəmə tərəfindən Azərbaycan Respulikasının dövləti adından çıxarılan qərarı qəsdən yerinə yetirmir, mənə qarşı şəxsi kin-küdurətini və qərəzini sizin gözünüzün qabağında nümayiş etdirərək plagiat dissertasiyanı qoruyur, onun ləğv edilməsinə imkan vermir, siz isə bu  qanunsuzluğa susur və heç bir tədbir görmürsünüz. Niyə, nə üçün?

Bilmək istəyirəm, bu məsələnin Azərbaycan elminə rəhbərliyi həvalə edilmiş sizə aidiyyəti yoxdursa, onda hara və kimə müraciət etməliyəm? Bəlkə bu işlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Səhiyyə Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, FHN-ə, DİN-ə və ya digər nazirliklərə müraciət edim? Hər dəfə tələbələr qarşısında mühazirə oxuyanda elm adamı kimi mənəvi əzab çəkirəm. İllərlə zaman sərf edib dissertasiya işi yazasan, kirayələrdə qalasan, ailənə maddi sıxıntılar yaşadasan ki, elmlə məşğul olub uşaqlarını sağlam böyüdüb Vətənə əsgər yetişdirəsən, yaxşı təhsiİ vermək üçün gecə-gündüz çarpışasan, sonda da bir başqası kimlərinsə havadarlığı, köməkliyi, dəstəyi ilə elmə arxa qapıdan girib sənin əqli mülkiyyətini oğurlasın, özününküləşdirsin, diplom alsın, sən mənəvi zərbə alasan, hüququnun pozulmuş olduğunu məhkəmə qaydasında sübut edəsən, dövlətin adından bu qanunsuzluğun aradan qaldırılması barədə məhkəmə tərəfindən müvafiq qərar çıxarılsın, səlahiyyətli şəxslər isə məhkəmə qərarını məcburi surətdə icra etmək əvəzinə qanuna meydan oxuyaraq plagiat magistrin arxasında durub ona havadarlıq etsinlər, ilham versinlər.

Gözünüzün qabağında şəxsi intellektual mülkiyyətim oğurlanıb və buna görə uzun müddətdir ki, həyəcan təbili çalıram, qəbulunuza düşməkdən ötrü müraciət edirəm, reaksiya vermirsiniz, rektora müraciət edirəm, mənə məhkəmənin yolunu göstərir. Bir alim sizsiniz, bir alim də mənəm, bir ailə başçısı sizsiniz, bir ailə başçısı da mənəm. Məni qəbul etmək, bu məsələni müzakirə edib birdəfəlik həll etmək əvəzinə, bu hərəkətlərinizlə əslində mənə deyil, Azərbaycan elminə hörmətsizlik edirsiniz, elmə plagiat dissertasiyanın daxil olmasına şərait yaradırsınız.

Pozulmuş hüquqlarımın bərpa edilməsi barədə məhkəmə qərarları mövcud olduğu halda, ADİU-nun hüqüq şöbəsinin müdiri Kəmalə Bünyadovanın mətbuata heç nə olmamış kimi arxayın və ötkəm cavab verməyi məhz ADİU-nun rəhbərliyin buna “dobro” verməsi ilə bağlıdır. Nazirlik özü xidməti yoxlama aparmalı və plagiat magistr dissertasiya işini ləğv etməlidir. Lakin nazirliyin “tükü”nün hələlik tərpənməməsi onu göstərir və mənə belə düşünməyə əsas verir ki, yəqin bu işin arxasında nazirlikdə də kimsə durur. Görəsən plagiat dissertasiya işini saxlamaqda məqsəd nədir və bu elmi işdən gələcəkdə kim nə qazanacaq?

Prezident İlham Əliyev cənabları Elm və təhsil sahəsininin sahəvi icra orqanına rəhbərliyini hazırda şəxsən sizə tapşırıb. Əgər siz mənə qarşı səmimi olsaydınız, çoxsaylı müraciətlərimlə əlaqədar məni qəbul edib sözügedən məsələni mənimlə müzakirə edər və onun həlli barədə aidiyyəti üzrə dərhal göstəriş verərdiniz. Bəlkə də anlaşılmazlıq olub, əvvəlki müraciətlərim sizə çatdırılmayıb, lakin ümid edirəm ki, bu açıq məktubu oxuyandan sonra qanunun aliliyini bərpa edər və sözügedən məsələni birdəfəlik həll edəcəksiniz."

GundemXeber.Az redaksiyası olaraq, yazıda adı hallanan şəxslərin mövqeyini dinləməyə hazır olduğumuzu bildiririk.

 

GundemXeber.Az

 
 
 

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT

Dünyapress TV

Xəbər lenti