Ardını oxu...
“Ya bu dərd məni yeyib bitirəcək, ya mən bu dərdi bitirəcəm”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Təhsil İnstitunun şöbə müdiri Könül Nəhmətova şəxsi sosial şəbəkə hesabında yazıb. Şöbə müdiri Elm və Təhsil Nazirliyinin fəaliyyətindən narazılığını ifadə edib:

Ardını oxu...

“Bir gün TN-nə zəng etdim, onda hələ ETN deyildi, heç indi də deyil. İçində alim yoxdur, bazar adamları var. Hə, zəng edib şikayət etdim ki, məmurlardan biri mənə təzyiq göstərir: yaramaz proqramları təsdiq etməyimi tələb edir. Mənə nə cavab versələr, yaxşıdır: "Könül xanım, siz gedin abituriyent hazırlayın". Bəli, abituriyent hazırlayan kursların rəhbərləri gəlib təhsilə doluşandan sonra elm və təhsil adamları təhsildən didərgin salındı. Sonuncu adamlardanam ki, zor-güc dirənib qalmışam və hamını ayıltmağa çalışıram, ölülər ayılmırlar. Ölülər öz cəlladlarının əlindən, ətəyindən öpürlər. Bu hələ çox adi bir faktdır. Mən istəyirəm ki, səsimi cənab Prezidentə çatdıra bilən adamlar məni dinləsinlər. Biz məhv oluruq”.

O, haqq səsinin eşidilməsini istədiyini bildirib:

“Doğru danışanı yeddi köydən qovarlar, deyirlər. Lap yeddi planetdən qovun, amma dinləyin məni artıq. Bir gün oyanıb görəcəksiniz ki, Könül özünü asıb. Bu naduristlük içində yaşamağa daha gücüm qalmayıb”.

Qeyd edək ki, şöbə müdirinin bu statusu böyük rezonans doğurub. Çoxlu sayda insan şərh yazaraq, ona dəstəklərini ifadə ediblər.
Ardını oxu...
Zərbəliyev Tural Telman oğlu bildirir ki, qolu sındığı üçün əvvəlcə "Medical Plaza" klinikasına üz tutub. Başına gələnləri Anaxeber.info-ya danışan vətəndaşın sözlərinə görə, adıçəkilən klinikada ona deyilib ki, əməliyyat olunmalıdır. Lakin əməliyyat üçün 5 min manat istənilib və Tural Zərbəliyevin bu məbləğə gücü çatmadığı üçün Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna gedib. Xəstəxanada Əli adlı həkimin qəbulunda olub. Əli doktor bildirib ki, əməliyyata ehtiyac yoxdur, sınmış qolu gipsə qoymaq lazımdır. Şikayətçi deyir ki, 45 gün qolu gipsdə qalıb, həkim açılandan sonra qolun işləyəcəyinə arxayın edib. "45 gün sonra gipsi açdıq, qolum əyri qalmışdı, işləmirdi. Həkim dedi ki, masajla düzələcək. Amma düzəlmədi, 3-4 yerə getdim, dedilər ki, qolun qanqrena olub, ana sümüyü qısalıb, gərək gipsə qoyulmazdı. Dedilər ki, əməliyyat olunmalıdır, yoxsa bir müddət sonra əl fəaliyyətini dayandıracaq". Vətəndaş özəl klinikaların birində əməliyyat olunub, 5 min manata yaxın xərci çıxıb. Şikayətçi qeyd edir ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda Əli həkimin səhv müalicəsi və lazımsız yerə gips qoyması onun bir əlinin tamamilə şikəst olmasına gətirib çıxara bilərdi. Vətəndaş həkimin məsuliyyətsizliyi ilə bağlı şikayətçidir və tədbir görülməsini xahiş edir.
 

Ardını oxu...
Oğuz rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanovun qardaşı Mahir Qurbanov təbiəti məhv edir.

Bu barədə Qlobal.az-a verilən məlumatda deyilir.

Məlumata görə, Mahir Qurbanov Daşağıl çayında işlətdiyi qum-çınqıl karxanası çayın yatağını məhv edib.

İcra başçısı olan qardaşına arxalanan Mahir Qurbanov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəfələrlə etdiyi xəbərdarlıqlara əhəmiyyət vermir.

Lisenziyasız fəaliyyət göstərən karxananın vergidən yayındığı da bildirilir.

Qeyd edək ki, Eyvaz Qurbanov 2011-ci ildən Oğuz rayon icra hakimiyyətinin başçısıdır.

O, 2000-ci ildən Milli Olimpiya Komitəsinin Bakı Olimpiya Kompleksinin direktoru, 2005–2010-cu illərdə isə Oğuz-Qəbələ seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı olub.

Qlobal.az məsələ ilə bağlı Oğuz rayon İcra Hakimiyyətindən mövqe öyrənəməyə çalışsa da, qarşı tərəf zənglərə cavab vermədi.
 
Ardını oxu...
Bir neçə gün öncə Oğuzun Calut kəndinin bir qrup sakini bələdiyyə sədrindən şikayət etmişdi.

Onlar deyirdilər ki, illər öncə bələdiyyədən torpaq alıblar və xeyli pul ödəyiblər. Amma bir neçə ildir ki, həmin torpaqlara sənəd verilmir: “Bizə demişdilər ki, torpağın sənədləri 3 aya, ən geci 6 aya sizə təhvil veriləcək. Amma artıq 6 ildən çoxdur ki, bu söz havada qalıb”.

Sakinlər “Arqument.az”a deyiblər ki, 2017-ci ildən bəri həmin torpaqlara görə, 40-a yaxın insandan külli miqdarda pul alınıb və mənimsənilib. Bu məsələ bir neçə dəfə mediada işıqlandırılıb.

Sakinlər qeyd edirdilər ki, bələdiyyə sədri Adil Şükürov isə illərdir ki, problem həll olunacaq deyə vəd verir: “Adil Şükürov sənəd tələb edənlərə deyir ki, Nazirlər Kabinetindən satış üçün icazə ala bilmirəm. Gah bizə sənədi təmin edəcəyini deyir, gah da çıxış yolu deyir ki, yığışıb məni məhkəməyə verin. Mən də sizin şikayətlərinizi əlimdə rəhbər tutaraq Nazirlər Kabinetinə müraciət edim, işin ciddiyyətini nəzərə alıb işi sürətləndirsinlər. Bunu da yalandan edir və sonra aradan çıxır”.

Bələdiyyə sədri Adil Şükürov

Bələdiyyə sədri Adil Şükürov isə “Arqument.az”a deyib ki, sakinlərin torpaq problemi ilə bağlı Nazirlər Kabinetinə müraciət edib, bununla bağlı sərəncam da hazırdır, lakin sənədlərin verilməsi gecikdiririlir.

O deyirdi ki, bu torpaqlara görə heç kəsdən pul almayıb: “Müraciət ediblər, mən də sənədləri göndərmişəm. Pul almamışam. Belə bir iddia doğru deyil”.

Sakinlər isə bələdiyyə sədrinin yalan danışdığını deyirlər və onların əlində pul verdikləri ilə bağlı sübutların olduğunu vurğulayıblar.

Yazı dərc olunandan iki gün sonra Oğuz Rayon İcra Hakimiyyəti “Arqument.az”ın “Feysbuk” səhifəsinə yazıb. İcra hakimiyyəti qeyd edib ki, məsələ qeydə alınıb.

“Məsələ Oğuz Rayon İcra Hakimiyyəti tərəfindən qeydə alındı. Oğuz rayon Calut Bələdiyyəsinin arayışına istinad edərək bildiririk ki, vətəndaşların yaşayış sahələrinə olan ehtiyaclarının ödənilməsi məqsədilə bələdiyyə mülkiyyətində olan bəzi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi barədə 2016-cı ildə Azərbaycan Respublikası Nazirlər kabinetinə müraciət edilmiş, müraciətə əsasən Baş nazirin müavini İsmət Abbasovun imzası ilə 14.03.2016-cı il tarixində Azərbaycan Respublikası Konstitusiya Qanununun 48-ci maddəsində nəzərdə tutulmuş sənədlər hazırlanaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilməsi barədə məktub alınmışdır”.

“Həmin vaxtdan nəzərdə tutulmuş sənədlər hazırlanaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilib. 2019-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı hazırlanıb. Bu Sərəncamın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinə həvalə edilib”, – deyə İcra Hakimiyyəti açıqlamasında qeyd edib.

Sakinlər isə İcra Hakimiyyətinin bu mövqeyini tənqid ediblər. Onlar deyirlər ki, Oğuz Rayon İcra Hakimiyyəti bu açıqlaması ilə Calut Bələdiyyəsini müdafiə edib: “Bu da səbəbsiz deyil. Calut Bələdiyyəsi İcra Hakimiyyətinin icazəsi olmadan torpaq sata bilməz. Onun İcra Hakimiyyəti ilə bu məsələdə ortaqlığı var və biz bu barədə növbəti şikayətimizdə onsuz da məlumat verəcəkdik”.

“Oğuz Rayon İcra Hakimiyyəti niyə narahat olub? Nəyi qeydə alıb, nəyi araşdırıb? Əgər araşdırma aparırdısa, şikayət edən tərəf bizik, bizi niyə dinləmədilər, bizimlə niyə görüşmədilər? Heç kəsə sirr deyil ki, bu məsələdə icra başçısı da bələdiyyə sədri ilə ortaqdır. Kim təsəvvür edə bilər ki, bələdiyyə sədri icra başçısı ilə məsləhətləşmədən torpaq satsın, ya hansısa addım atsın? Belə deyilsə, icra başçısı niyə narahatdır?”, – deyə sakinlər qeyd ediblər.

Onlar məsələ ilə bağlı ölkə başçısına da müraciət edəcəklərini deyiblər.

Calud kəndində 125 hektar yaşayış, 30 hektar bağ-əkin, 325 hektar isə örüş-meşə sahəsi var.

Oğuz rayonunun Calut kəndinin 2000-ə yaxın sakinindən 47 nəfər ev tikmək məqsədilə bələdiyyəyə müraciət edib.

Torpaq sahəsi almaq istəyən sakinlər müraciətlərindən 5 il keçdiyini, amma heç bir nəticənin olmadığını bildirirlər.

Ardını oxu...
Eşqi Bağırov 10 ildən artıq bir müddətdə bilərəkdən dövlətin qanununu pozaraq rəsmi olaraq həm məmur olub, həm də bizneslə məşğul olub...

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru öz adına olan və 16 il müddətində fəaliyyət göstərən şirkətinin fəaliyyətinə xitam verib.

Ardını oxu...

AzFakt.com xəbər verir ki, 2008-ci ildə təsis edilən “Allure” MMC-nın varlığı barədə məlumat bir neçə il öncə ölkə mətbuatında yayılıb.

Eşqi Bağırov Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə ötən ilin oktyabrında təyinat alsa da, o, uzun illər boyu bu nazirlikdə müxtəlif vəzifələrdə çalışıb. Yəni Eşqi Bağırov 10 ildən artıq bir müddətdə bilərəkdən dövlətin qanununu pozaraq rəsmi olaraq həm məmur olub, həm də bizneslə məşğul olub.

Xatırladaq ki, Eşqi Bağırov əmək fəaliyyətinə 2014-cü ildə Təhsil Nazirliyinin İnsan resursları şöbəsində məsləhətçi kimi başlayıb.

2016–2017-ci illərdə həmin şöbədə sektor müdiri, müdir müavini vəzifələrində, 2018-ci ildən isə şöbə müdiri vəzifəsində çalışıb. 2022-ci ildən nazirliyin Aparat rəhbərinin müavini səlahiyyətlərinin icrası ona həvalə edilib.

Eşqi Bağırov 2006–2010-cu illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavriat, 2019–2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında isə dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura təhsili alıb. Hazırda ADA Universitetində dövlət idarəetməsi ixtisası üzrə ikinci magistratura təhsilini alır.

Qeyd edək ki, bir müddət əvvəl E.Bağırovun adı məhkəmə işində hallanmışdı. Belə ki, 34 nömrəli tam orta məktəbin sabiq direktoru Rəhman Hacıyevin yaxın qohumu, Rəfael adlı şəxsin 13 il Lənkəranda müəllim işləyən Könül adlı şəxsdən Bakıda sözügedən məktəbdə müəllim vəzifəsinə düzəlmək adı ilə 15 min manat pul alması ilə bağlı keçirilən məhkəmə prosesində E.Bağırovun da adı hallanırdı. Bildirilirdi ki, həmin şəxs pulun E.Bağırova çatacağını deyib. Bundan əvvəlsə “qəhrəmanımızın” adı müəllim qruplarına kart göndərtdirərək pul yığmaqda hallanmışdı. Müəllimlərə həmin vəsaitlərin guya “şəhidlər fonduna” yığıldığı bildirilib. Vəsait üçün müəllim qruplarında paylaşılan kart isə şəxsən E.Bağırovun özünə aid olub.

Ardını oxu...
Ardını oxu...

Bir məmurun qeyri-rəsmi formada, şəxsi kart vasitəsilə yardım adı altında pul yığdırması kifayət qədər ciddi hadisə olsa da, E.Bağırov bu qalmaqalalrı adlaya bilib və ona daha böyük vəzifə belə verilib. Bu isə onu göstərir ki, Eşqi Bağırovun arxasında ETN ssitemində ciddi bir qüvvə dayanır.

Qeyd edək ki, yerli mətbuatda Eşqi Bağırovun FETO-ya bağlı olması ilə bağlı iddialar səsləndirilib.

Ardını oxu...
Şirvan Mərkəzi Xəstəxanasında dərəbəylik hökm sürür.

"Arqument.az" xəbər verir ki, tibbi personalın göndərdiyi şikayətdə belə deyilir.

Bildirilir ki, xəstəxanadakı vəziyyəti təsvir etmək belə ağır və dözülməzdir.

Şikayətçilər xəstəxanda yaşananları belə konkretləşdiriblər:

"Xəstəxanadakı vəziyyəti yığcam şəkildə sizə təsvir edəcəyik, adını siz qoyarsınız ki, bu özbaşınalıqdır, qoçuluqdur, dərəbəylikdir ya nə?! Xəstəxanada vəziyyət belədir ki, vaxtı-vaxtında əməkhaqqımızı ala bilmirik. Hər ay fərqli-fərqli əməkhaqqı alırıq. Bunu dəfələrlə mühasibatlığa şikayət etsək də, hər dəfə bəhanələr gətirib, yola verirlər. Sigorta səviyyəsi, demək olar ki, yoxdur. Xəstələrə başqa xəstəxanaya göndəriş almaq üçün mütləq Sığorta İşinin Təşkili və İnnovasiya şöbəsinin müdiri Zamin Fərzəliyevə şirinlik verməlisən".

"Xəstəxanaya yeni işçi götürmək əvvəl iki-üç min manat "hörmətə” başa gəlirdisə, Kadırlar şöbəsinin müdri Təbriz Əkbərov onu 4-5 minə qaldırıb. Xəstəxana kənardan mafiya oyununa bənzəyir, hərənin arxasında day-dayı durub. "Xəstə xidmətlər” şöbəsi bərbad gündədir. Gələn əhali zülm-zillət çəkir. Bura rəhbərliyi Təranə Cəlilova edir. Onun da arxasında Şirinxanım Səmədova dayanır", - deyə şikayətçilər qeyd ediblər.

Onların sözlərinə görə, xəstəxananın poliklinika şöbəsi korrupsiya yuvasıdır: "Kimə gəldi bülleten verilir. İnsafən, məzənnə təvəzökardır: 1 günü 5 manata! Bu işin də başında dayanan poliklinika şöbə müdri Səadət Quliyevadır. Bəzi şöbə müdirlərindən aylıq yığılır. Xəstəxanaya müraciət edən vətəndaşları qeydiyyatdan hansı həkimdən xoşları gəlirsə və pul verirsə, onun yanına yönləndirilir. Həkimlərə verilən bonuslar düzgün işlənilmir, gecikdirilir bəzən verilmir. Bunlarında başında duran əvvəl Kamil Əhmədov idisə, indi Pərviz Rüstəmbəyovdur".

Şikayətçilər yazırlar ki, tibbi gigiyenik normaların tam ziddinə bir kabinetdə 3-4 həkimin birgə işləməsi faktları da var: "Xahiş edirik, xəstəxana maliyyə yoxlaması gəlsin. Korrupsiya yoxlaması gəlsin! Əmək müfəttişliyi gəlsin! Gəlib yoxlasınlar. Burda işçilər istismar edilir. Qorxumuzdan narazlıqları dilə gətirə bilmirik, belə təşəbbüs göstərənlər dərhal qaralanıb işdən çıxarılır".

"Bütün Şirvan xəbərdardır ki, Pərviz Rüstəmbəyov tək "Ginekologiya şöbəsi”ndən yüz mindən çox pul yığıb. Axı belə olmaz?! Aydın deyilmi ki bu pullar nəhayətində zavallı xəstələrin cibindən-canından çıxır? Korrupsiya idarəsi rəhbərliyi cənab Kamran Əliyevi bu şeylər narahat etməlidir axı. Şirvan xəstəxanasının ciddi müalicəyə ehtiyacı var. Xəstəxana komaya düşmədən lüftən ona müdaxilə edilsin, yoxsa. Hamı üçün gec olacaq".

Yazıdakı iddialar kifayət qədər ciddi olduğundan "Arqument.az" Şirvan Mərkəzi Xəstəxanası ilə əlaqə saxlayıb, lakin rəsmi münasibət ala bilməyib.
Ardını oxu...
Mingəçevir şəhəri Şəhid Baxşəli Şixəliyev'in adını daşıyan 6 saylı tam orta məktəb çirkab içindədir.

Bu barədə Mingəçevir şəhərində yaşayan sakinlər "Azərbaycan Reallığı"na məlumat verib. Onların sözlərinə görə Heydər Əliyev prospektində yerləşən bu məktəb 10 ildən artıqdır baxımsız vəziyyətdədir:

"İşə gəlib çatanda stres-əsəb, gərginlik keçirirsən, bu acınacaqlı vəziyyətdən şəhər icra hakimiyyətindən tutmuş regional təhsil idarəsinə qədər hər birinin məlumatı var amma bir tədbir görən yoxdur. 518 şagird və 71 işçisinin gedəcəyi cəmi bir sanitar qovşaqı var.

Sözün əsl mənasında biabırçlıqdır, məkdəbdə nə akt zalı nə büfet nə də idman zalı var. Bizi demirik gəlin bizim şəxsi evimizi təmir edin , şəhid adını daşıyan bir məktəbin bu durumda olması həqiqətən utancvericidir, dərdimizi kimə deyək bilmirik xaiş edirik ictimailəşdirin bəlkə kömək oldu" deyə sakinlər bildirib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Təxminən bir neçə ay bundan öncə Nəsimi rayonunda yerləşən “Huqqa” adlı restoranda polis əməkdaşlarının qumar oyunlarının təşkil edildiyi üçün əməliyyat keçirdiyini xatırlayırsiz. Sözügedən əməliyyat zamanı restoranın sahibi Rasim Rzayev və onunla birlikdə bir neçə nəfər həbs olunmuşdu.

Yəqin Rasim müəllimin hüquq-mühafizə orqanlarının kameraları qarşısında hansı vəziyyətə düşməsini Google üzərindən ad soyadını yazsanız xatırlayarsız amma nədənsə bu şəxs müəmalı şəkildə öz azadlıqın qoruyub saxlaya bildi. Görünür insanların bədbəxtçiliyi üzərindən qazanılan pullar Rasim müəllimin xilasına çevrilə bilib.

"Azərbaycan Reallığı" sözügedən məkanla bağlı kiçik araşdırma aparıb, məlum olub ki, həmin məkan olduğu kimi fəaliyyət göstərir. Bu dəfə Rasim müəllim özünü kənara keçərək bütün işləri Nuranə adlı xanıma həvalə edib gördüyü nöqsanlı işləri ört-basdır etmək üçün restoranın da adını dəyişərək "NAZ" qoyublar. Kimə naz edirlər özləri bilər əsas odur "burada mənəm bağdadda kor xəlifə" qanunları ilə işləməsinlər. Bura Azərbaycandır, burada qanunu "nazlar" yox, dövlət qoyur

Sözügedən məkana daxil olmaq üçün liftdən istifadə edirsən, liftə daxil olduqda natəmizliyi görüb restoranın hansı vəziyyətdə olduğunu anlamaq olur. Restoranın havalandırıcıları birmənalı olaraq işləmir, qəlyan siqaret tüstüsündən müştərilər bir-birini görmür. Restoranın vahiməli kabinetləri kriminalların "Sxota" keçirdiyi yeri və yaxud da əvvəlki kimi qumarxana otaqlarını xatırladır.

Kefiyyətsiz qidalar, baş ağradıb göz çıxaran mənşəyi məlum olmayan spirtli içkilər daha nələr, nələr...

"Azərbaycan Reallığı"na danışan mənbə iddia edir ki, vergidən yayınmaq üçün müştəriyə çek verilmir, menyuda olan qiymətlə müştəriyə təqdim olunan qiymətdə böyük fərq olur bu azmış kimi onlar xoşları gəlməyən adamı restorana buraxmırlar. Necə ki, İranda 40 şallaq vurulan adamları haramxanalara buraxılmadığı kimi...

Hələ bu harasıdır, deyilənə görə Rasim müllim bəzi müğənnilərin xüsusi fanatıdır. Onların konsertini izləmək üçün rayonlara gedib 2000-3000 manatlarla pullar xərcləyir. Yaxşı olar müəllim bu pulları ölkəmizin suverinliyi üçün canından keçmiş şəhid ailələrinə xərcləsə daha faydalı olar.

Sonda onu da qeyd edək ki, bizim kimlərləsə hər hansı bir qərəzliyimiz yoxdur. Media prinsiplərinə uyğun olaraq bildiyimiz və eşitdiyimiz neqativ halları ictimailəşdiririk sonra isə qərarı adiyyəti qurumlar araşdırıb verəcək
 
Ardını oxu...
"Azərbaycan Reallığı"na video-müraciət göndərən vətəndaş bildirir ki, Babək prospektinin sonu yeni açılmış "Likoil" yanacaq doldurmanın əks istiqamətində yolun sağ tərəfində yeni açılmış avtomobil salonu piyadalar üçün ayrılmış 300 metrə yaxın səkini zəbt edərək yerinə satış məqsədi olan avtamabillər saxlayıblar, bu da piyadalar üçün həmçinin ətrafda işləyən digər mağaza işçilərinə mane olur.

"Azərbaycan Reallığı" sözü-gedən video görüntünü təqdim edir:

 
 
 
Ardını oxu...
Prezidentliyə keçmiş namizəd Razi Nurullayevin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etdiyi gəlir bəyannaməsində bəzi faktları gizlətdiyi iddia olunub. Bu barədə videobloger Mehman Hüseynov paylaşım edib.

Məlumat üçün bildirək ki, Razi Nurullayev seçki ərəfəsindəki müsahibələrinin birində MSK-ya təqdim etdiyi gəlir bəyannaməsi ilə bağlı danışarkən deyib ki, onun yalnız üçotaqlı mənzili var. Mehman Hüseynovun hazırladığı videorepotajda isə Razi Nurullayevin Novxanıda dəbdəbəli villasının mövcudluğu iddia edilib. Maraqlıdır ki, prezidentliyə keçmiş namizəd gəlir bəyannaməsində həmin villadan bəhs etməyib.

KONKRET.az ictimai-siyasi kluarlarda və sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olmuş həmin video və orada səsləndirilən ittihamlarla bağlı deputat Razi Nurullayevlə telefon əlaqəsi yaratmağa çalışıb. Çoxsaylı cəhdlərimizdən sonra özünü deputatın köməkçisi kimi təqdim edən şəxs Razi Nurullayevin tədbirdə olduğunu və yaxın dəqiqələrdə özünün bizimlə əlaqə saxlayacağını desə də, əməkdaşımıza deputatın özü ilə danışmaq müyəssər olmadı.

Əməkdaşımız daha sonra vəkil Əsabəli Mustafayevə “iddialar doğrudursa, Razi Nurullayevi hansı cəza gözləyir?” sualını ünvanlayıb. Hüquqşünas deyib ki, Seçki Məcəlləsində və digər qanunlarda təhrif olunmuş məlumatların bəyannaməyə daxil edilməsinin məsuliyyəti barədə heç bir bənd yoxdur:

“Azərbaycanda belə nümunə yoxdur. Yəni indiyə qədər hansısa prezidentliyə namizədin gəlir bəyannaməsinə yanlış məlumat daxil etməsinə görə məsuliyyət daşıması halı olmayıb. Sənədlərin saxtalaşdırılmasına görə norma var, bu da vəzifəli şəxslərə aiddir. Bu məsələ ilə bağlı qanunda boşluq var. İndiki qanunlara görə prezidentliyə namizədin qeydiyyat məsuliyyəti ola bilər. Digər heç bir məsuliyyət yoxdur”.

Vəkil əlavə edib ki, əgər sözügedən bağ evi deputatın həyat yoldaşına məxsusdursa, bu da ortaq mülkiyyət hesab edilir: “Deputat mütləq onu gəlir bəyannaməsində göstərməlidir. Amma bu məsələ deputatın övladlarına aid deyil”.

Mövzu ilə bağlı Mərkəzi Seçki Komissiyası ilə də əlaqə saxlamağa çalışdıq. Təəssüf ki, dəfələrlə zəng etməyimizə baxmayaraq, MSK-nın mətbuat xidmətində dəstəyi qaldıran tapılmadı.

Deputat isə gəlir bəyannaməsində göstərmədiyi villasının mətbəxindən izləyicilərinə sağlam qidalanmağın hazırlanması ilə bağlı tövsiyələrini verməkdədir.

 

Dünyapress TV

Xəbər lenti