Göyçay sakinləri sabiq məmurun onları 34 minlik ziyana saldığını iddia edirlər - TƏFƏRRÜAT
Göyçay rayon Ləkçılpaq kəndinin bir qrup sakini rayon icra hakimiyyəti başçısının keçmiş birinci müavini İkram Vəliyevin onlara külli miqdarda zərər vurduğunu iddia edirlər.
Yeniavaz.com-a müraciət edən sözügedən şəxslər – Kərimov Afiq Ağamusa oğlu, Kərimov Orxan Əhəd oğlu və Xəlilov Şahid Ziyəddin oğlu bildirirlər ki, onlar şərik olublar və 10 noyabr 2023-cü il tarixində hər biri 12-13 kiloqram olan 3 min 880 yeşik xurmanı İkram Vəliyevin direktoru olduğu İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən soyuducu anbara təhvil veriblər.
“Razılaşmaya əsasən, 2024-cü ilin 15 yanvar tarixinə kimi məhsulumuzun soyuducu anbarda saxlanılması üçün əvvəlcədən 8 min manat pulu ödədik. Dekabırın sonuna kimi meyvənin müəyyən hissəsini soyuducu anbardan götürüb satdıq. Ancaq 2024-cü il yanvarın 3-də bizə məlum oldu ki, 34 min manat dəyərində məhsulumuz soyuducu anbarda baş vermiş nasazlığa görə xarab olub. İkram Vəliyev bizə vurduğu ziyanı ödəmək istəmir. Bunu da İsmayıllı Rayon Polis Şöbəsində işləyən oğlu Nicat Vəliyevə arxayın olaraq edir. Bizi hədələyir. Deyir, istədiyiniz yerə şikayət edin”.
Sakinlər iddia edirlər ki, məsələ ilə bağlı polisə müraciət etsələr də, şikayətlərinə baxan olmayıb.
“Biz həmin meyvələri sakinlərdən almışdıq ki, sataq, gəlir əldə edib onların pulunu ödəyək. İndi isə İkram Vəliyevin özbaşınalığına görə kənd sakinlərinə borclu qalmışıq. Pulu ödəyə bilmirik, hər gün evimizə borc sahibləri gəlir. Artıq həyatımızdan bezmişik”.
İkram Vəliyev isə Yeniavaz.com-a bildirib ki, haqqındakı iddialar həqiqəti əks etdirmir:
“Həmin soyuducu anbar direktoru olduğum “Kənd” MMC-yə məxsusdur. Bu il istifadəyə verilib. Sözügedən şəxslər məhsullarını götürüb Rusiyaya aparıblar. O məhsulun sərhəddən keçməsinə dair müvafiq sənədlər də var. Deyirlər ki, gedib Rusiyada ziyan eləmişik. Mən kiminsə malını Rusiyada satan deyiləm. Hazırda soyuducuda nə qədər yararsız məhsulu varsa dəyərini ödəməyə hazırıq. Onlar iddia edirlər ki, mənimlə tanışdırlar və məhsulu mənimlə razılaşaraq anbara yerləşdiriblər. Amma bu belə deyil. Onlar anbarın müdiri ilə razılaşıb məhsullarını oraya qoyublar, sonra da gəlib götürüblər. Anbarda cəmi 90 yeşik malları qalıb. Müddət də başa çatıb. İndi gəlib götürmürlər ki, guya bizə görə zərər ediblər”.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-02_1707999281_2.jpg
İkram Vəliyev

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin Şəki regional qrupuna ünvanladığımız sorğuya belə cavab verilib:
“Yanvarın 25-də Afiq Kərimov polisə müraciət edərək 34 min manat dəyərində xurmanı İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən soyuducu anbara yığdığını, qarşılığında Mahmud adlı şəxsə 7 min manat pul verdiyini, ancaq həmin xurmanın anbarda tələf olduğunu bildirərək ona dəymiş maddi ziyanın ödənilməsində köməklik göstərilməsini xahiş edib.
Həmin anbarda işləyən Mahmud Namazov isə izahatında xurma yeşiklərini yanvar ayının 15-nə qədər anbarda saxlamasına dair A.Kərimovla əvvəlcədən razılaşdığını, ancaq sonuncunun anbara yığdığı 3 min 780 yeşik xurmadan 96-nı qeyd olunan tarixdə aparmadığını və sonrakı müddətdə soyuducu işləmədiyi üçün həmin xurmaların tələf olduğunu bildirib.
Hazırda məsələ ilə bağlı araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.
 
 
 

Bölmənin digər xəbərləri

28 Aprel 2025 Qənirə Ataş “VMR Estetik”lə bağlı şok faktlar açıqladı
28 Aprel 2025 Biləcəridə yaşıl ağaclar çıxarılıb, səkidə obyekt tikiləcək?-Videofakt
28 Aprel 2025 “Tamstore” qadın işçini döydülər
28 Aprel 2025 Gülsüm Əliyevaya Aquafiling təlimini Rəna Sultanova keçib! - FOTOFAKT
28 Aprel 2025 "Nur" çörək... Həm yanmış, həm də kifli çörəklər... - NARAZILIQ VAR...
28 Aprel 2025 HAZIR OLUN: Hər gün yeni bir hoqqabazlığa şahidlik edəcəyik... - İTTİHAM VAR...
28 Aprel 2025 Qanunsuz şirkətləri ilə ölkəni talayanlar... - Sahibkarlar nə təklif edir?
28 Aprel 2025 Nərimanov rayonunda “Ailə Park” MTK yaşıl ağacı belə məhv edir- Video
28 Aprel 2025 "Aristokrat" klinikasında işləyən "doktor" Şölə pasiyentləri necə aldadır-Fotofakt
28 Aprel 2025 Bu pasiyentlərin çılpaq görüntüləri yayılıdı-Fotolar
28 Aprel 2025 "Azərlotereya" ASC-nin rəsmisi Gənclər və İdman Nazirliyini belə ələ salıbmış - Fərid Qayıbovun bu qərarını ... / FOTO
27 Aprel 2025 Gülsüm Əliyevanın diplomu saxta çıxdı - Dicle Universiteti belə bir məzunlarının olmadığını AÇIQLADI
27 Aprel 2025 SƏDR DƏYİŞDİ, ANCAQ YEYİNTİ DAVAM EDİR - Rəsmi yoxlama nələri üzə çıxarıb?
27 Aprel 2025 Bu şirkətin özbaşınalığına "dur" deyən olacaqBakıda - “Vialon” yenə evləri dağıdır VİDEO
27 Aprel 2025 İcra başçısının dayısı oğlu olan Zəfər Quliyevdən şok addım:
27 Aprel 2025 "Medaura" klinikasından Nigar Məhəmmədova növbəti qurbanlarına çağırış etdi- Video
26 Aprel 2025 Oğuzda çayın yatağından kimlər qanunsuz daşınma edir?-Araşdırma
26 Aprel 2025 Masallıda yaşıllığa `GƏMİRİCİ`LƏR DARAŞIB... - BU DA FAKT!
26 Aprel 2025 Deputatın oğlunun şirkəti 300 min manata yaxın vergi borcunun niyə ödəmir?-Rəsmi araşdırma
26 Aprel 2025 Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....

Dünyapress TV

Xəbər lenti