Futbol üzrə Türkiyə Kubokunda ilk yarımfinalçı bəlli olub. "Report"un məlumatına görə, 1/4 finalda "Trabzonspor"a 3:1 hesabı ilə qalib gələn "Ankaragücü" növbəti mərhələyə adlayıb.
Ankarada keçirilən görüşdə ilk qolu qonaqlar vurublar. Abdulkadir Ömür 22-ci dəqiqədə meydan sahiblərini cəzalandırıb. 51-ci dəqiqədə Ali Sou tarazlığı bərpa edib. 68-ci dəqiqədə Lamin Diak hesabı paytaxt təmsilçisinin xeyrinə dəyişib. Qarşılaşmada son nöqtəni isə 83-cü dəqiqədə dubl edən Sou qoyub.
Qeyd edək ki, "Ankaragücü"nün yarımfinaldakı rəqibi "Qalatasaray" - "Başakşehir" cütünün qalibi olacaq.
Eyni komandanı ən uzun müddət çalışdıran məşqçilərin siyahısı açıqlanıb.
Avstriyanın “Laola1” portalının tərtib etdiyi 25 nəfərlik siyahıda (yalnız əsas liqadan 3-cü liqaya qədər olan çempionatlarda və hazırda işə davam edən mütəxəssislər - red.) “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun adı da yer alıb. 50 yaşlı mütəxəssis beşinci pillədədir.
“Sadəcə, toxunulmaz olan əfsanələr var. Məsələn, “Qarabağ”da Qurban Qurbanov. O, 1992-ci ilin sentyabrında Azərbaycan millisinin ilk beynəlxalq oyununda meydanda olub. 2006-cı ilə qədər yığma komandada çıxış edib və indi də qol sayına görə millidə əlçatmazdır. 2008-ci ildən baş məşqçisi olduğu “Qarabağ”la dəfələrlə beynəlxalq arenada səs-küyə səbəb olub. Onun komandası hətta Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. 2017-ci ilin noyabrından 2018-ci ilin dekabrına kimi Qurbanov həm də Azərbaycan yığmasına rəhbərlik edib”, - deyə mütəxəssis barədə qeyd olunub.
Siyahının ilk pilləsində 1982-ci ildən İtaliyanın “Virtus Verona” klubunun baş məşqçisi və sahibi Luici Freskodur. İlk “3-lük”də Stiven Bakster (“Krusayder”, Şimali İrlandiya, 2005-ci ildən) və Suet-Fai Li (“Uinq Yi”, Honkonq, 2006-cı ildən) də yer alıb.
DİA.AZ: - "Şikayətim "Formula 1" yarışmasına hazırlıqdandır. DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımda deyilir.
Daha sonra narazı vətəndaş yazıre: "Bütün şəhər iflic olub. Hazırlıq prosesinə görə kefləri istədikləri yolları bağlaıyırlar... istədiklərini açırlar..."
Dia.az bildirir ki, vətəndaşın bu gileyi sosial şəbəkələrdə geniş müzakriə olunub və vaxtlı-vaxtsız yolların bağlanması, uzun-uzadı tıxacların yaranması insanları üzdüyü ifadə olunub.
Dia.az olaraq həmin yorumlardan bəzilərini olduğu təqdim edirik:
"Boyuk Agayev: Elə bil ki, Allaha Həzrət Abbasdan şikayətin var...
***
Anar Safar: Bir vətəndaşın haqlı iradı. Dəstəkləyirəm. Bakı kimi tıxaclı, pis nəqliyyat idarəetməsi olan şəhərdə şəhəriçi halqa olmalı deyildi.
***
Əli Rəsulov: Hələ aprelin 28ə kimi belədi..."
____________________
P.S: Hər halda, nəyin necə olmasından asılı olmayaraq hər şeyin ümumi evimiz olan Azərbaycan adına xeyirli-uğurlu olmasını və vətəndaşlarımızın maraqlarının da nəzərə alınmasını diləyirik...
İstanbul derbisində “Fənərbağça” və “Beşiktaş” münasibətlərinə aydınlıq gətiriblər. Birincilərin meydanında keçirilən qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 4:2
Hesabı 41-ci dəqiqədə penaltidən “Fənərbağça”nın futbolçusu Enner Valensiya açsa da, ikinci yarıda Cenk Tosunun dublu, Natan Redmond və Vensan Abubakarın qolları ilə “Beşiktaş” qələbə qazanmağı bacarıb.
“Fənərbağça”nın 2-ci qoluna son dəqiqələrdə İrfan Can Kahveci imza atıb. Qonaq komandada 51-ci dəqiqədə Velinton qırmızı vərəqə ilə meydandan qovulub.
“Beşiktaş” qələbə sayəsində xallarını 52-yə çatdırıb. Üçüncü pillədə qərarlaşan “qara qartal” ikinci “Fənərbağça” ilə fərqi ikiyə endirib. Lider “Qalatasaray”ın isə 63 xalı var.
Kilian Mbappe 2024-cü ilin yayında “Real Madrid”ə keçmək istəyir.
Fransa millisinin kapitanı bununla bağlı “kral klubu”nun rəhbərliyinə xəbər göndərib. 24 yaşlı forvard anlayır ki, PSJ-də Çempionlar Liqasının qalibi olmaq arzusunu reallaşdırması çətindir. O, fikrini dəyişməyəcəyinə, hazırkı müqaviləsi başa çatdıqdan sonra PSJ-dən “Real Madrid”ə keçəcəyinə dair söz verib.
İspanlar öncəki uğursuz cəhdlərdən sonra bir daha Mbappeni transfer etmək üçün danışıq aparmayacaqlar. Madridlilər yalnız o halda futbolçunu heyətlərinə qatmağı düşünürlər ki, o, azad agent olsun.
Türkiyədə iki futbolçu oyun alqı-satqısına görə saxlanılıb.
Söhbət II liqa təmsilçisi “İnegölspor”un sabiq qapıçıları Emre Selen və Sercan Çobanoğludan gedir. Klubun yaydığı açıqlamada futbolçular barədə şikayət edildiyi və onların saxlanıldığı bildirilir. Əlavə dörd nəfər şübhəli də saxlanılıb.
Çobanoğlu hazırda klubsuzdur. Emre Selen isə “Sivas Belediye”də çıxış edir.
“Azərbaycan yığmasına 3 qol vurmağım üçün 3-4 dəqiqə bəs edərdi”.
Bunu İsveç yığmasının futbolçusu Antoni Elanqa Azərbaycan millisini 5:0 hesabı ilə məğlub etdikləri AVRO-2024-ün seçmə mərhələ oyunu ilə bağlı danışarkən deyib.
İngiltərənin “Mançester Yunayted” klubunda çıxış edən 21 yaşlı hücumçu görüşdə son nöqtəni qoyaraq, millidə ilk qolunu vurduğu üçün xoşbəxt olduğunu bildirib: “Qol vurmaq həmişə xoşdur. Oyundan sonra, bütün həftəboyu özümü çox yaxşı hiss etdim. Cəmi 3-4 dəqiqə meydanda olsam da, nəyə qadir olduğumu göstərmək istəyirdim. Hələ daha iki qol vura bilərdim”.
Qeyd edək ki, Stokholmdakı matçın 87-ci dəqiqəsində meydana daxil olan Antoni Elanqa iki dəqiqə sonra fərqlənib.
"Yuventus" maliyyə fırıldaqçılığı işi səbəbindən A seriyasında daha 15-25 xalını itirmək riski ilə üz-üzədir.
Qol.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Aprelin 19-da məhkəmə "Yuventus"un qondarma kapital artımı məsələsi ilə bağlı 15 bəndi geri götürmək qərarından şikayətinə baxmaq üçün iclas keçiriləcək. Bundan sonra klub oyunçulara maaşların ödənilməsi, eləcə də menecerlərə ödəmələrlə əlaqədar dələduzluq işi üzrə məhkəmə qarşısına çıxacaq. Həmçinin "Yuventus"un bağladığı şübhəli tərəfdaşlıq müqavilələrini nəzərdən keçiriləcək. Lakin bu məsələ ilə bağlı məhkəmə prosesi 2023-cü ilin sonunda baş tutacaq.
Məhkəmə yeni işlərdə "Yuventus"u təqsirli bilsə, klub 15-dən 25-ə qədər xal itirə bilər.
Daha əvvəl də "Yuventus"un saxtakarlığa görə 15 xalı silinib. Klub hazırda 27 turdan sonra 41 xalla A Seriyasının turnir cədvəlində 7-ci yerdədir.