Futbol üzrə Türkiyə Kubokunda ilk yarımfinalçı bəlli olub. "Report"un məlumatına görə, 1/4 finalda "Trabzonspor"a 3:1 hesabı ilə qalib gələn "Ankaragücü" növbəti mərhələyə adlayıb.
Ankarada keçirilən görüşdə ilk qolu qonaqlar vurublar. Abdulkadir Ömür 22-ci dəqiqədə meydan sahiblərini cəzalandırıb. 51-ci dəqiqədə Ali Sou tarazlığı bərpa edib. 68-ci dəqiqədə Lamin Diak hesabı paytaxt təmsilçisinin xeyrinə dəyişib. Qarşılaşmada son nöqtəni isə 83-cü dəqiqədə dubl edən Sou qoyub.
Qeyd edək ki, "Ankaragücü"nün yarımfinaldakı rəqibi "Qalatasaray" - "Başakşehir" cütünün qalibi olacaq.