Ardını oxu...
İsrail əsgərləri HAMAS üzvlərindən birinin evində bir milyon avrodan çox pul tapıblar.

İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, İsrail ordusunun əsgərləri Qəzzanın Cəbəliyyə rayonundakı evdə beş milyon şekel (təxminən 1,25 milyon avro) olan çamadanlar tapıblar.

Məlumatda bildirilib ki, pul terror fəaliyyəti üçün nəzərdə tutulub. Çamadanların yanında hərbçilər külli miqdarda silah tapıblar.
 
 
 
Ardını oxu...
İbtidai araşdırma məlumatları cinayət prosesinin iştirakçıları və jurnalistlər tərəfindən yalnız müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə ibtidai araşdırmanın maraqlarına zidd olmayan və cinayət prosesinin digər iştirakçılarının hüquq və qanuni mənafelərini pozmayan həddə yayıla bilər.

Baş Prokurorluqdan Hurriyyet.Az-a verilən məlumata görə, ibtidai araşdırma zamanı müstəntiq və ya təhqiqatçı şahidə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya və mülki cavabdehə, onların nümayəndələrinə, mütəxəssislərə, ekspertlərə, tərcüməçilərə, hal şahidlərinə, müdafiəçilərə və digər şəxslərə onların razılığı olmadan ibtidai araşdırma məlumatlarının yayılmasının, o cümlədən cinayət prosessual qanunvericliklə nəzərdə tutulmuş hallarda və qaydada əldə edilmiş prosessual sənədlərin surətlərinin prosessual məqsədlərdən kənar yayılmasının yolverilməzliyi barədə yazılı xəbərdarlıq edir.

Yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanmasına yalnız həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı ilə yol verilir.

Müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi olmadan ibtidai araşdırma məlumatlarının internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması inzibati xəta hesab edilir, fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

Qanunla müəyyən edilmiş qaydada yayılmaması barədə xəbərdarlıq edilmiş şəxs tərəfindən təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə nəzarəti funksiyasını həyata keçirən hakimin icazəsi olmadan təhqiqat və ya ibtidai istintaq məlumatlarının yayılması ibtidai araşdırmanın aparılmasına mane olduqda, yaxud maraqlı şəxsə mənəvi və ya maddi ziyanın vurulmasına səbəb olduqda cinayət hesab edilir və 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların mediada dərc edilməsi (yayımlanması) inzibati xəta hesab edilir, vəzifəli şəxslər min manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 2500 manatdan 3500 manatadək məbləğdə cərimə edilir.
 
Ardını oxu...
Nəsimi rayonu, Neftçilər prospekti 153 ünvanında yerləşən "Baku Cafe" restoranında təmizlikçi kassanı sındıraraq pulları oğurlayıb.

Restoranda təmizlikçi işləmiş 1981-ci il təvəllüdlü Şuşa sakini Kənan (ad şərti) adlı şəxs maddi sıxıntıları səbəbindən oğurluq edib.

Bu məqsədlə o, gecə saat 4 radələrində işdə olarkən kafedəki seyfi sındırıb, oğurluq etmək fikrinə gəlib. Kənan balta ilə bir neçə zərbə vurmaqla seyfin qapısını qırıb və içərisində olan 4550 manat pulları götürüb.

Ordan çıxdıqdan sonra "WhatsApp" mobil tətbiqindən müdirinə mesaj yazaraq törətdiyi əməli etiraf etdib: "Şef salam. Siz özəl insansınız, mərdliyinizə və kişiliyinizə sonsuz güvənirəm, sizə hörmətim böyükdür. Ona görə sizə yazdım. Mənim içəridə-çöldə elə bir problemim var ki, məcburiyətdən belə bir iş görmüşəm. Kassadan pul götürmüşəm. Çox çıxılmaz vəziyyətdə idim. Onu bilin ki, sizinlə 3-4 aya görüşəcəm. Görüşüb götürdüyüm pulları verəcəm. Məni bağışlayın, şef".

Məhkəmənin hökmü ilə Kənan Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il 2 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. \\Qaynarinfo
 
Ardını oxu...
Milli Məclisin sabiq sədri, uzun müddətdən bəri ABŞ-da mühacirət həyatı yaşayan Rəsul Quliyev Floridadakı villalarından birini satıb. Keçmiş spiker və onun həyat yoldaşı Elmira Quliyeva Palm Coast, Allen Ethan 95 ünvanındakı 292 kv.metr sahəsi olan əmlakına 510 min dollara müştəri tapıb. Villa 2007-ci ildə inşa olunub, həyətində qapalı hovuzu var.
Cavanşir Həsənli
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Danimarka hökuməti hava yolu ilə sərnişin daşımalarına vergi tətbiq etmək qərarına gəlib ki, bu da hava yolları sənayesinin ekoloji cəhətdən təmiz yanacağa keçidini maliyyələşdirməyə kömək edəcək.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Ölkənin Maliyyə Nazirliyinin məlumatına görə, vergi 2025-ci ildən mərhələli şəkildə tətbiq olunacaq. Əvvəlcə hər bir sərnişin üçün orta hesabla 100 Danimarka kronu (14,35 ABŞ dolları) verginin tətbiqindən danışılırdı.

Əldə edilən razılaşmaya əsasən, 2030-cu ilə qədər bir sərnişinə düşən vergi dərəcəsi Avropadaxili reyslərdə təqribən 50 kron (7,35 dollar), orta məsafəli uçuşlarda 310 kron (45,57 dollar), uzun məsafəli uçuşlarda isə 410 kron (60,27 dollar) təşkil edəcək.

Lakin Danimarka hava limanlarında dayanan tranzit uçuşlar bu vergini ödəməkdən azad ediləcək.
 
Ardını oxu...
Bakı-Naxçıvan aviareysi təxirə salınıb.

“Report” xəbər verir ki, saat 07:00-da Bakıdan Naxçıvana uçmalı olan J2-251 reysi saat 9:30-a kimi təxirə salınıb.

Məlumata görə, bu, Naxçıvan Muxtar Respublikasındakı mövcud hava şəraiti ilə əlaqədardır.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Vatikanda bu dövlətin tarixində ən böyük məhkəmə prosesi başa çatıb.
Katolik kilsəsinin tarixində ilk dəfə olaraq məhkəmə kardinalı həbs cəzasına məhkum etdi.
Şənbə günü, dekabrın 16-də 75 yaşlı kardinal Ancelo Beççu cinayət əməllərində iştirak etdiyi, dələduzluq, sui-istifadə, yalan məlumat verdiyi, korrupsiya, çirkli pulların yuyulması, gizli sənədlərin açıqlanmasına görə 5 il yarım müddətinə azadlıqdan məhrum edilib.
Teref. Xocanın Blogu
 
Ardını oxu...
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün doktorantura və dissertantura səviyyəsində xarici dil fənnindən danışıq bloku üzrə imtahan keçirir.

Bu barədə Oxu.Az-a DİM-dən bildirilib.

Danışıq bloku üzrə qiymətləndirmə şifahi formada kompüter proqramı vasitəsilə həyata keçiriləcək. İştirakçılar imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidirlər.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, iştirakçı imtahana buraxılmayacaq.
 
Ardını oxu...
Azərbaycan mətbəxi dünya festivallarında sözünü deyib, xarici turistlər tərəfindən yüksək qarşılanıb. Əgər bu atlası çəkən adamlar bizdən çox dolma növü olan ölkə təqdim edə bilsələr, onda gedib ləzzətdən danışa bilərlər. Deməli, ədalətli deyillər.

Bu sözləri Axar.az-a qida eksperti Ağa Salamov Azərbaycan yeməklərinin “TasteAtlas”ın reytinqində yüksək yer tutmaması ilə bağlı danışarkən deyib.

Milli mətbəximizin hər zaman yüksək qiymətləndirildiyinə toxunan qida eksperti bildirib ki, kulinariyadan anlayışı olan istənilən mütəxəssis onun dəyərini anlayır:

“Bu, bir qəzetçi və sahibkar olan şəxs tərəfindən yaradılan dünya dad atlasıdır. Azərbaycan mətbəxi dünyada öz sözünü deyib. Tahir Əmiraslanovun “Azərbaycan dolmalar” kitabında 300-dən çox dolma növü ilə tanış olmaq mümkündür. Elə bir ölkə varmı ki, onların bu qədər dolma növü olsun? Sizcə, bu qədər bol çeşidli yeməkləri olan, 9 iqlim qurşağında yerləşən Azərbaycanda dadsız yemək ola bilər? Mümkün deyil. Sadəcə, bu adamlar kim onlara pul təklif edir, gəlib onları çəkirlər”.

O vurğulayıb ki, “TasteAtlas” özü 2015-ci ildə yaranıb, bizim milli mətbəximiz isə minilliklərə söykənir:

“Azərbaycan mətbəxinin rəqibi olmadığı üçün bir çox ölkələrdə qısqanclıqla yanaşırlar. Çünki mətbəximizi önə çəksələr, o biri mətbəxlər çox uduzacaq. Nəyimizə lazımdır “TasteAtlas”da bayrağımız oldu, ya olmadı?”
 

Dünyapress TV

Xəbər lenti