|
Samuxda yabanı halda bitən 3 ton 100 kq çətənə bitkisi məhv edilib.
Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.
Məlumata görə, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaş-xaş 2024" planına uyğun olaraq keçirdikləri tədbirlərlə rayonun Ziyadlı kəndi ərazisində yabanı halda bitən 3 ton 100 kq 4 950 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.