Ardını oxu...
Sosial şəbəkələrdə “Abroad” MMC-nin rəhbəri və “Greencard Azerbaijan” şirkətinin direktoru kimi tanınan Rüfət Piriyev barəsində çoxsaylı şikayətlər yayılır.
“Qafqazinfo” xəbər verir ki, şikayətçilər R.Piriyev tərəfindən aldadılaraq külli miqdarda vəsaitlərinin ələ keçirildiyini iddia edirlər. Saylarının 200 nəfərdən çox olduğunu bildirən şikayətçilər R.Piriyevin ABŞ və Kanadaya köçmək, orada şirkətlərin qurulması və digər vədlərlə onlardan pul aldığını, lakin vədinə əməl etmədiyini, pulları da geri qaytarmadığını bildiriblər.
Şikayətçilərdən biri isə bir neçə ay əvvəl R.Piriyevi paytaxt ərazisində aldığı pulları qaytaracağı ilə bağlı danışdıraraq çəkdirdiyi videonu paylaşıb. Həmin şəxs bu videodan sonra da pullarını ala və Rüfəti tapa bilmədiyini deyib.
Məlumata görə, çoxsaylı şikayətlər əsasında Rüfət Şahin oğlu Piriyev barəsində Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə cinayət işi açılıb. O, məhkəmənin qərarı ilə axtarışa verilib.
Qeyd edək ki, greencard.az saytında “Greencard Azerbaijan”ın şirkət olaraq “Abroad”MMC-yə məxsus olduğu, rəsmi dövlət qeydiyyatından keçdiyi yazılıb.
 
Ardını oxu...
Çində ata 20 il ərzində özünü kasıb kimi göstərib və oğluna əslində milyonçu olduğunu deməyib.
Qaynarinfo bu barədə “World of Buzz”a istinadən xəbər verir.
Milyonçu oğlu deyib ki, atası borclarına görə həmişə əsəbiləşir və hər dəfə ailənin necə kasıb yaşadığını bildirirmiş. Oğul yalnız universiteti bitirdikdən sonra öyrənib ki, əslində valideynlərinin bahalı malikanəsi var.
O, diplomunu aldıqdan sonra ailəsinə borclarını ödəmək üçün iş tapmaq istədiyini deyib. Bundan sonra atası onu söhbətə dəvət edib və şəxsi şirkəti olduğunu deyib.
“Atam məni işini davam etdirməyə dəvət etdi”, deyə çinli bildirib.
Ailənin 8 dəbdəbəli avtomobilinin olduğu da məlum olub. Bununla belə, oğlan deyib ki, atasının şirkətində işləməsinə baxmayaraq, maaşı o qədər də yüksək deyil və işə limuzinlə deyil, elektriklə işləyən motosikletlə gedir.
 
Ardını oxu...
İmişli şəhər icra nümayəndəsinin müavini Elvin Heydər oğlu Babayev həbs edilib.
“Unikal”ın məlumatına görə, Elvin Babayevə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, Elvin Babayev Azərbaycan Ordusunun general-mayoru Münasib Babayevin qardaşı oğludur.
Ardını oxu...
Xəbər verdiyimiz kimi, bu gün Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın baş verib.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi yeni məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri təxliyə işlərini həyata keçirib.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

Qeyd edək ki, hazırda körpələr Mərkəzdən təxliyə edilir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 

 


Ardını oxu...
Çelyabinsk vilayətinin Arqayaşski rayonundakı keçiddə ağır dəmir yolu qəzası baş verib.
32gun.az xəbər verir ki, bu narədə Ural Nəqliyyat Prokurorluğundan məlumat verilib.

Məlumata görə, qəza İşalino stansiyasında idarə olunan keçiddə baş verib.

Orada yük qatarı sərnişin vaqonuna çırpılıb. “Rusiya Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin məlumatına görə, qatar dayanacağa yaxınlaşan zaman maşinist əyləc etməyə vaxt tapmamış yoldan keçən avtomobilin sürücüsü qadağan olunmuş işıqforda relsə çıxıb.
Xoşbəxtlikdən ölən və yaralanan olmayıb. Hazırda bu fakt araşdırılır.
 
Ardını oxu...
Qazaxıstanın Pavlodar vilayətinin Maykainski mədənində uzunluğu 200 metr, eni 500 metr və dərinliyi 150 metr olan təmizləmə quyusuna düşən avtobus tapılıb.
Məlumata görə, avtobus Balxaşdan gətirilən, Qazaxıstanın yeganə sənaye georadarından istifadə edilməklə tapılıb. Hazırda ərazidə intensiv qazıntı işləri aparılır.
Qeyd edək ki, yanvarın dördündə baş verən qəza zamanı avtobusda üç xilasedici və bir sürücü olub.
 
Ardını oxu...
Bakıda mövcud infrastrukturun güclü yağıntılar zamanı subasmaların qarşısını almağa imkan verməməsinin səbəbləri açıqlanıb.

Bu, Bakı şəhərinin Baş Planında əksini tapıb.

Baş Planda qeyd edilib ki, Abşeron yarımadasında yağış suları üçün kanalizasiya sistemi çox kiçik ərazidə təmin edilib. Bakı şəhərinin mərkəzi hissəsində yağış suları qismən magistral drenaj şəbəkəsinə axıdılır. Məişət kanalizasiyasından ayrı yağış kanalizasiyası quraşdırılsa da, yağış suları tullantı suları ilə qarışır. Şəhər daxilində mövcud şəbəkənin əhatə dairəsi dəyişir. Şəhərin bir çox yerində magistral yağış kanalizasiya xətləri yoxdur. Mövcud infrastruktur güclü yağıntılar zamanı subasmaların qarşısını almağa imkan vermir. Bu aşağıdakı səbəblərlə əlaqədardır:
– mövcud boruların suburaxma gücündən tam istifadə etməyə imkan verəcək sistemlər mövcud deyil. Yağış sularının yağış kanalizasiyasına axıdılması üçün sututucu qurğuların sayı kifayət qədər deyil;

– yağış suları kanalizasiyaya axıdılmır, çünki binaların damında yığılan suyu toplayan novçalardakı yağış suyu birbaşa yollara axıdılır;

– Bakı şəhərinin topoqrafik quruluşuna görə yağış suları nisbətən aşağı ərazilərə toplanaraq gölməçələrin əmələ gəlməsinə səbəb olur;

– mövcud sistemin gücü yerüstü axınların və böyük miqdarda yağış sularının səmərəli şəkildə axıdılması üçün kifayət etmir (sistem tam gücü ilə işləsə belə);

– bundan əlavə, güclü yağış hadisələri zamanı böyük miqdarda yağış sularının saxlanmasına imkan verəcək sistem yoxdur və ya gücü çox məhduddur.

Su təchizatı və kanalizasiya sistemindən fərqli olaraq, “Azərsu” ASC-nin yağış sularının idarə olunması ilə əlaqədar hansı vəzifələri daşıdığı aydın deyil. Əsas və kombinə edilmiş yağış suları infrastrukturu “Azərsu” ASC-yə məxsus olduğu və cəmiyyət tərəfindən idarə edildiyi halda, ikinci və üçüncü dərəcəli yağış sistemləri və onların əsas sistemə qoşulmaları cəmiyyətin səlahiyyətləri sırasına daxil deyil. Su təchizatı infrastrukturu ilə yanaşı, “Azərsu” ASC tərəfindən həmçinin məişət və yağış kanalizasiya şəbəkələrinin təkmilləşdirilməsi planlarının hazırlanmasına da böyük sərmayələr qoyulub.
 
 
 
Ardını oxu...
Türkiyənin Dənizli şəhərində qayığı ilə yola çıxdıqdan sonra bir daha xəbər alınmayan iş adamı Yasin Cinkayanın meyiti tapılıb.

"32gun.az" xəbər verir ki, iş adamının cansız bədəni Yunanıstanın Samos adasında sahilində aşkarlanıb.

Kişinin meyit aidiyyatı qurumlara təhvil verilib.

Yasin Cinkayan Dənizlidəki təbii daş firması "Faber Mermer"in sahibi imiş.
 
Ardını oxu...
Futbol üzrə Türkiyə Superliqasında XIX turun oyunları davam edir.
Modern.az xəbər verir ki, bu gün daha iki qarşılaşma keçirilib.

Günün ilk matçında “Sivasspor” səfərdə “Kayserispor”a 3:1 hesabı ilə qalib gəlib.

Digər qarşılaşmada isə çempionluğa iddialı “Fənərbağça” rəqib meydanında “İstanbulspor”u darmadağın edib – 5:1. Qonaqların heyətində qollardan dördünü Cengiz Ünder vurub. Digər qola Edin Ceko imza atıb. Meydan sahiblərinin heyətində isə Muammer Sarıkaya fərqlənib.

Bu qələbədən sonra xallarını 47-yə çatdıran “Fənərbağça” liderliyini davam etdirir. 5 xalı olan “İstanbulspor” isə sonuncu – 18-ci sırada qərarlaşıb.

Qeyd edək ki, tura bu gün keçiriləcək “Qalatasaray” – “Konyaspor” görüşü ilə yekun vurulacaq.

 

Ardını oxu...
Mingəçevirdə tələbə dəm qazından boğularaq ölüb.

"Cebhe.info" xəbər verir ki, Şabran rayon sakini, Mingəçevir Turizm Kollecinin tələbəsi, 2002-ci il təvəllüdlü Nihad İsayev kirayədə yaşadığı mənzildə dəm qazından boğularaq ölüb.

Araşdırma aparılır.

"Cebhe.info" məlumat üçün bildirir ki, dünən Bakı Dövlət Universitetinin SABAH qruplarının Kompüter elmləri ixtisasının III kurs tələbəsi Qasımov Sənan Mahir oğlu dəm qazından boğularaq vəfat edib.
 
 
 

Dünyapress TV

Xəbər lenti