Azərbaycanın cənub bölgəsində 5 maqnitudada qeydə alınmış zəlzələ altı rayonda 4 bal gücündə hiss olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
"Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Lerik stansiyasından 27 km şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda - Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabadda 4 bal, digər rayonlarda 3 bal gücündə hiss olunub", – məlumatda qeyd olunub.
07:55
Azərbaycanın cənub zonasında güclü zəlzələ olub.
Oxu.Az Seysmoloji Xidmət Mərkəzinin məlumatına istinadən bildirir ki, gücü 5 balla ölçülən yeraltı təkanlar Talış Dağlıq zonasında, Lerik rayonu ərazisində yerli vaxtla 7:43-də qeydə alınıb.