Ardını oxu...
Paşinyan Laçın yolunun açılması ilə bağlı Rusiyadan “yol xəritəsi” tələb edir. Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib ki, Rusiya sülhməramlı kontingenti Laçın yolundakı situasiya ilə bağlı müfəssəl açıqlama ilə çıxış etməlidir. Paşinyan hesab edir ki, Rusiya obyektiv, yaxud subyektiv səbəblərdən Qarabağda təhlükəsizliyi təmin edə bilmirsə, BMT Təhlükəsizlik Şurasında sülhməramlı kontingentin BMT mandatı alması və ya bölgəyə əlavə çoxmillətli sülhməramlı kontingentin göndərilməsi üçün məsələ qaldırmalıdır. Kremlin mətbuat katibi Dmitri Peskov isə deyib ki, beynəlxalq sülhməramlıların Qarabağa göndərilməsi üçün hər iki tərəfin - həm Ermənistanın, həm də Azərbaycanın razılığı olmalıdır: "Hər iki tərəf razıdırsa, beynəlxalq sülhməramlılar cəlb oluna bilər. Tərəflər isə tək Ermənistan yox, həm də Azərbaycandır”. Kremlin sözçüsü Ermənistanın Rusiyanın yaxın müttəfiqi, Azərbaycanın isə çox dəyərli tərəfdaş olduğunu vurğulayıb.
TEREF.AZ-ın məlumatına görə, politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında vurğulayıb ki, Paşinyanın Qarabağ ermənilərinin taleyi ilə bağlı "qayğılarını" təbii qəbul etmək lazımdır. Ekspertə görə, Paşinyanın müxtəlif yollarla "ermənilərin mənafeyini qorumağa" çalışacağı aydın məsələdir: "Bunun üçün ağlagələn və gəlməyən yollara baş vuracaq. Baş nazir istəyir ki, tək Rusiyadan asılı vəziyyətdə qalmasınlar. BMT mandatı adı altında bir neçə ölkənin kontingenti də Qarabağa yerləşsin ki, nisbətən özlərini rahat hiss eləsinlər. Həmçinin bu kontingentin arasına Fransanın əsgərlərini də yerləşdirsinlər. Amma bunlar boş xəyallardır. Bir şeyi unudurlar ki, Qarabağ beynəlxalq hüquqa görə Azərbaycan ərazisidir və ora hansısa kontingentin gəlməsi Azərbaycanın razılığı olmadan mümkün deyil. Bunu Lavrov da qeyd edib ki, bu məsələ Azərbaycanla razılaşdırılmalıdır. Azərbaycanın isə belə bir addımı atmağa nə tələbi, nə də marağı var. Azərbaycan beynəlxalq kontingentdən daha yaxşı Qarabağ ermənilərinin təhlükəsizliyini qorumaq iqtidarındadır. Rus sülhməramlıları ərazidən çıxandan sonra bunu edəcəyik. BMT kontingentini azərbaycanlıları Qərbi Zəngəzura köçürəndə dəvət edərik. Onda daha yaxşı effekt verəcək, çünki ermənilərin verəcəyi təhlükəsizlik vədinə ümid etmək olmaz".
 
 
 

Ardını oxu...
"Ermənistan Baş naziri Nikol Paşinyan “Azərbaycanın hərbi əməliyyatlar hazırladığını, bunu həm də Qarabağda planlaşdırdığını iddia etmək üçün ilkin şərtlər var” iddiasını irəli sürüb". DİA.AZ bildirir ki, bu barədə politoloq Asif Nərimanlı "Şərq"ə açıqlamasında deyib. Ekspert bildirib ki, Baş nazir bununla Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Rusiya Azərbaycanı yeni əməliyyata sövq edir” iddiasını bir qədər yumşaq formada davam etdirib: "Son proseslər fonunda İrəvanın siyasətində bir xətt aydın sezilir. Ermənistan anti-Rusiya siyasətini açıq müstəviyə keçirir. Qərbə yönələn siyasi oriyentasiyasını inkişaf etdirir. Bakını Moskva ilə eyni səbətə qoymaqla Azərbaycan-Ermənistan münasibətlərində Qərbin İrəvandan yana siyasətini təmin etməyə çalışır. Ekspertlərə görə, Paşinyanın “Azərbaycan əməliyyata hazırlaşır” iddiası da Laçın yolunda baş verənlər fonunda beynəlxalq diqqəti Qarabağda “humanitar” fəlakətə yönəltməyə hesablanıb. Lakin bu, həm də prosesin inkişafı istiqamətini də müəyyən edir: Ermənistan “Qarabağda “humanitar fəlakət” iddiasını BMT Təhlükəsizlik Şurasının iclasında müzakirəyə çıxara bilsə də, praktik nəticə əldə edə bilmədi. Prezident İlham Əliyev Ermənistan və dəstəkçilərinin növbəti cəhdə hazırlaşdığını bildirdi. TŞ-də yenidən müzakirələrin keçiriləcəyi gözlənilir. Hərçənd, Moskvanın sülhməramlılarını yerləşdirdiyi bölgəyə müdaxiləyə veto hüququnu qoymaq, eləcə də Bakının razılığının vacibliyi amili növbəti cəhdin də praktik nəticəsinin olacağı ehtimalını azaldır. Bu situasiya fonunda Qarabağda mümkün müharibənin başlanması Ermənistana imkan verəcək ki, Azərbaycana qarşı ittihamlar irəli sürsün. Həmçinin Rusiyanın Qarabağda təhlükəsizliyi təmin edə bilmədiyini iddia etsin. Eyni zamanda BMT missiyasının bölgəyə göndərilməsi zərurətini əsaslandırsın. Bu baxımdan, Qarabağdakı silahlı ermənilərin ciddi təxribatlar törədə biləcəyi istisna deyil".
0
 
 
Ardını oxu...
Ağdərədəki mədənlərdə qanunsuz olaraq çalışan “Base Metals” şirkətinin rəhbərliyi birgə ekspertiza başa çatana qədər istismar etdiyi mədənin fəaliyyətinin müvəqqəti dayandırılması barədə qərar qəbul edib. Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

“Artsax respublikası hökuməti” adlı oyuncaq qurum bildirib ki, Qarabağda dağ-mədən sənayesi ən yüksək beynəlxalq standartlara uyğun həyata keçirilir və bu sahənin qanunvericiliyi ilə müəyyən edilmiş normalar qəbul edilib.

Məlumatda daha sonra qeyd edilib ki, Azərbaycacandan olan ekoloji fəallarının “yaratdığı qeyri-sağlam atmosferi və beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdlərini" nəzərə alaraq, epidemiya ilə bağlı beynəlxalq ekoloji ekspertizanın keçirilməsi üçün beynəlxalq təşkilatlara müraciət edilməsi qərara alınıb.

.Qeyd olunur ki, şirkət rəhbərliyi ilə birlikdə ekspertiza başa çatana qədər işlədilən mədənin fəaliyyətinin müvəqqəti dayandırılması barədə qərar qəbul edilib.

“Artsax hökuməti” adlı oyuncaq qurum daha da uzağa gedərək, yoxlamaların tez bir zamanda təşkili üçün BMT-nin müvafiq strukturlarına və digər beynəlxalq peşəkar təşkilatlara müraciət edib.

Göründüyü kimi, azərbaycanlı ekofəalların etirazları özünün ilkin nəticələrini verməkdədir, qanunsuz istismar işi apararaq qızıl, mis, molibden mədənlərini talayan şirkət fəaliyyətini dayandırmağa vadar olub. Lakin separatçılar yenə də avantürist mövqe tutaraq, BMT və digər qurumların təmsilçilərini Azərbaycan ərazilərinə dəvət edəcək qədər həyasız davranış sərgiləyiblər.

Qeyd edək ki, 2002-ci ildən Qarabağda qanunsuz istismarla məşğul olan şirkət Avstraliyanın “International Base Metals Limited” şirkətinin törəmə müəssisəsidir və həmin ölkədə yaşayan erməni iş adamı tərəfindən qurulub.
Ardını oxu...
Ceyhun Bayramov Qarabağda erməni silahlı dəstələrinin çıxarılması ilə bağlı Rusiyanın mövqeyi haqda dedikləri diqqət çəkdi: Moskva Bakının tələbi qarşısında bildirir ki, “erməni qoşunların çıxarılması Emənistanın öhdəliyidir”.

Əslində Rusiya bu silahlıların bölgədə qalmasında maraqlıdır: Bakıya qarşı təzyiq kartı kimi istifadə edir, separatçıların “müdafiəsi” təşkil olumur;

Silahlı dəstələrin silah-sursatla təmin edilməsinə, “döyüş postları” qurmasına şərait yaradan da sülhməramlılar olub. 4-cü bəndin icrası öhdəliyini İrəvanın üzərinə qoyması isə məsuliyyətdən yayınmaq cəhdidir. Və bu, həm də o deməkdir ki, Azərbaycan qanunsuz silahlı dəstələrin çıxarılması, yaxud neytrallaşdırılması istiqamətində praktiki addım atmasa, nə Ermənistan, nə də Rusiya 4-cü bəndi icra edəcək, bundan danışıqlar prosesini uzatmaq üçün istifadə edəcək.
 
Ardını oxu...
Dünən - dekabrın 26-da səhər bir qrup erməninin İrəvanın Respublika meydanından Laçın yoluna doğru başlanan yürüşü Azərbaycanın Laçın rayonuyla Ermənistan arasındakı dövlət sərhədində durdurulub. İştirakçılar Rusiya "sülhməramlı" kontingentinin(RSK) komandiri general Andrey Volkovun müavini ilə görüşsələrdə, o, hayklara Azərbaycan ərazisinə daxil olmağa icazə verməyib.

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, bu haqda News.am məlumat yayıb.

RSK komandan müavini ilə görüşü təfərrüatlarını aksiya iştirakçılarından biri təqdim edib:

“Biz tələblərimizi irəli sürmüşük. O dedi ki, vəziyyət gərgindir, siz bunu özünüz də bilirsiniz, ikincisi, bizim Qarabağa təhlükəsiz səfərimizi təmin edə bilmirlər. O, xəbərdarlıq etdi ki, kifayət qədər gərgin və təhlükəli vəziyyət yarana, hər şey nəzarətdən çıxa bilər”.

Laçın yolu ilə Xankəndinə gəlməyə cəhd edən erməni qeyd edib ki, Rusiya hərbçiləri onlara yüksək səviyyəli müzakirələrin aparıldığını bildirib və nəticələri gözləməyi təklif edib.

Xatırladaq ki, dünən axşam xəbər verdiyimiz kimi, Rusiya "sülhməramlı"larının komandan müavini, yəni 15 gündür Xankəndi-Şuşa yolundakı Azərbaycan eko-fəallarının qarşısına çıxmayan general Andrey Volkovun müavini Ermənistandan gələn hayklarla özlərinin nəzarət buraxılış məntəqəsində yox, qondarma separatçı-terrorçu rejimin Azərbaycan Respublikasının dövlət sərhədindəki qanunsuz "pasport-nəzarət" məntəqəsində aparır. Və bu, artıq həmin qanunsuz qurumun Rusiya hakimiyyəti tərəfindən faktiki olaraq tanınmasını təsdiqləyən daha bir məqamdır...

P.S. Videodan göründüyü kimi, yaxınlıqda Ermənistan Müdafiə Nazirliyi hərbi polisinin nəzarət məntəqəsi də var...

P.P.S. İşğalçı Ermənistanın da, qondarma separatçı-terrorçu qurumun da Laçın yolu üzərində nəzarət məntəqələri olduğu halda həmin ərazinin halalca hüquqi-tarixi sahibi Azərbaycanın niyə olmasın...
 
 
 
Ardını oxu...
Sülhməramlıların yolun açılması üçün “mülki ermənilər”dən istədiyi iki gün vaxt bu gün başa çatdı:
mümkündür ki, Əliyevin Sankt-Peterburq səfərində məsələnin həll ediləcəyini düşündükləri üçün belə bir vədlə çıxış ediblərmiş;
Rusiyada səfərdə olan Əliyevin Putinlə regiondakı vəziyyəti müzakirə edəcəyi gözlənilir, lakin Bakının mövqeyi qətidir: aksiya iştirakçılarının tələbləri icra olunmalıdır, Əliyev Sankt-Peterburqa getməmişdən öncə də “geri çəkilməyəcəyik” mesajını verdi;
“Mülki ermənilərə” yolun iki günə açılacağını deyən sülməramlılar isə bu gün İrəvandan Laçın yoluna (Gorus istiqamətində) yürüş edən ermənilərə prosesin günlərlə çəkə biləcəyini deyiblər.
Laçın yolunda aksiya davam edir.
Asif Nərimanlı
Teref.az
 
Ardını oxu...
“Çox təəssüf ki, Ruben Vardanyana böyük ümid bəsləmək mənasızdır”.

KONKRET.az xəbər verir ki, bu barədə erməni nəşrlərindən biri maraqlı yazı dərc edib.

Teref.az nəşrin həmin yazısını olduğu kimi təqdim edirik:

“Son günlər cəmiyyətin müxtəlif təbəqələri Qarabağın “dövlət naziri” Ruben Vardanyanı aktiv şəkildə müzakirə edirlər. Bəziləri onu Qərbin, bəziləri Rusiyanın agenti adlandırır, Ruben Vardanyanın Qarabağı dağıtmağa gəldiyini iddia edən dairələr var.

Ruben Vardanyanın Qarabağı dağıtmağa gəlmədiyini və onun heç bir ölkənin agenti olmadığını ən yaxşı Ara Arutyunyan təhlil edib.

Bütün bunlara əsaslanaraq, təbii ki, biz Ruben Vardanyanın agent olub-olmaması məsələsini müzakirə etmək fikrində deyilik. Amma Ruben Vardanyanın fəaliyyətini müzakirə edəcəyik.

Aydındır ki, Vardanyan Qarabağın “dövlət naziri” vəzifəsini karyerasının sonu hesab etmir. Onun məqsədlərinin Ermənistanda hakimiyyətə gəlməklə bağlı olduğu açıq-aydın görünür (təbii ki, bu istəkdə qınanılan heç nə yoxdur). Və bu məqsədlərə əsaslanaraq Ruben Vardanyan “dövlət naziri” vəzifəsindən reklam platforması kimi istifadə edir. Məhz bu vəziyyət ağır durumda olan Qarabağın həyatında qəbuledilməzdir.

Ruben Vardanyan öz imicini yüksəltməyə o qədər aludə olub ki, Azərbaycan onun bəyanatını Laçın dəhlizinin açılması ilə bağlı danışıqları ləğv etmək üçün bəhanə edə bildi.

Yolun bağlanmasının üçüncü günü, dekabrın 16-da Qarabağ “Dövlət Şurasının katibi” Vitali Balasanyanın apardığı danışıqlar nəticəsində qazın verilişi bərpa olunanda və yolun açılması da müzakirə olunanda Ruben Vardanyan tələsik yola düşdü. Canlı yayıma çıxdı və “erməni tərəfinin qələbəsi”ni elan etdi:

“Heç bir ilkin şərt olmadan, heç bir güzəşt olmadan bizim qonşu dövlət qaz təchizatını bərpa edib. Bizi bu qələbə ilə təbrik etmək istəyirəm. Çünki biz öz gücümüzü göstərdik və bu, həqiqətən də bizim qələbəmizdir. Çünki biz güclü olduğumuzu göstərdik. Depressiyaya düşməyəcəyik, panikaya düşməyəcəyik. Göstərdik ki, həqiqətən də güc və iradə ilə biz həyatımız və gələcəyimiz üçün hər şeyi etməliyik. Bu gün yol açıla bilərmi? Bu onların qərarıdır, çünki səhv etdiklərini hiss etdilər”.

Vardanyanın bəyanatından sonra Azərbaycan nümayəndələri Vitali Balasayana məlumat veriblər ki, yol açılmayacaq. Çünki Ruben Vardanyanın sərsəm bəyanatından sonra heç bir güzəşt olmadan yolu açsalar, öz ölkələrində düzgün başa düşməyəcəklər.

Məhz bu epizod başa düşmək üçün kifayətdir ki, Ruben Vardanyan öz reputasiyası və siyasi məqsədləri naminə hesablanmamış addımlar ata bilər. Və bu da onsuz da təhlükədə olan Qarabağı bir daha təhlükə altında qoyur.

Əldə etdiyimiz məlumata görə, Ruben Vardanyanın bəyanatından sonra Azərbaycan onun istefasını və Qarabağdan getməsini yolun açılması üçün ilkin şərt kimi irəli sürüb. Hətta Azərbaycanın xarici işlər naziri Bayramov Moskvada bu barədə danışıb.

İndi faktiki olaraq Qarabağ üçün daha çətin vəziyyət yaranıb. Bir tərəfdən Ruben Vardanyanın bəyanatı indiki vəziyyətə adekvat deyil və onun dövlət idarəçiliyindən uzaq olması, populist meyllərə malik olması və yeganə məqsədinin gələcək siyasi proseslərdə lazım olan reytinqi olması başa düşüləndir.

Digər tərəfdən, indiki mərhələdə onun işdən çıxarılması Azərbaycanın tələblərinə boyun əymək deməkdir, bu da şübhəsiz ki, daha pis nəticələrə gətirib çıxara bilər.

Əlbəttə, Vardanyanla bağlı bu epizod o demək deyil ki, Qarabağ “prezidenti” Arayik Arutyunyan müharibənin məğlubiyyətinə görə məsuliyyət daşımaqdan əl çəkəcək. Bu o demək deyil ki, Araik Arutyunyan korrupsiyaya və cinayətkarlığa son qoyacaq. Bu həm də o demək deyil ki, yolun açılması ilə bağlı danışıqlar aparan Vitali Balasanyan dövlət idarəçiliyini Ruben Vardanyandan daha yaxşı başa düşür.

Bu epizod bir şeyi ifadə edir ki, Ruben Vardanyan öz yerində deyil və o, Ermənistanla bağlı siyasi planlarını həyata keçirmək üçün Qarabağdan istifadə etməyə çalışır. Bu o deməkdir ki, çox təəssüf ki, Ruben Vardanyana böyük ümid bəsləmək mənasızdır”.

Xuraman Etibarlı,
 
 
 
Ardını oxu...
Ötən gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər Xankəndi şəhərində mitinq keçiriblər. Erməni mənbələri “izdihamlı mitinq” adı verdikləri aksiyaya 70 min insanın gəldiyi haqqında məlumat yayıblar.

Faktyoxla Lab. bu məlumatın səhihliyini yoxlayıb.

Açıq meydanda toplaşan insan kütləsinin sayını hesablamaq üçün “Mapcheking”əlavəsinə Xankəndidəki “Dirçəliş” meydanında keçirilən aksiyanın konturlarını əlavə edirik. Əldə edilən foto və videolar əsasında meydanın sağ və sol kənarlarında əhali sığlığının çox aşağı olduğunu (hər kv. metrə 0,7 nəfər), 220 metr uzunluğu, 7 metr eni olan parçanı və tribunanın qarşısındakı boşluğu nəzərə alıb, hər kv.metrə orta hesabla 2 nəfərin düşdüyünü əsas götürərək məlumatları “mapcheking” əlavəsinə daxil edirik. Nəticə 17581 nəfər göstərir.
Ardını oxu...
Ardını oxu...
Bu faktların hamısı erməni mənbələrindən götürdüyünü bir daha qeyd edirik.

Beləliklə, 25 dekabr 2022-ci ildə Azərbaycanın Qarabağ iqtisadi rayonunun Xankəndi şəhərində ermənilərin keçirdikləri mitinqdə 70 min deyil,17 min 581 nəfər toplaşıb. Erməni mənbələrinin məlumatında rəqəmlər dəfələrlə şişirdilib.
 
Ardını oxu...
“Araik Arutyunyan Fransa səfərindən necə qayıdıb, Babayan isə Ermənistana necə gedib” ritorik sualı...

Qarabağdakı qanunsuz separatçı rejimin başçısı Araik Arutyunyan ekofəlların aksiyası başlayanda böyük ehtimalla, Xankəndidə deyildi.

İnternet resurslarının məlumatına əsaslansaq, Xankəndi yolunda aksiya başlayanda o, Parisdən Ermənistana özünü ancaq yetirmiş olmalı idi.

Dekabrın 12-də qondarma rejimin “xin”i və “parlament”sədri Laçın yolundakı aksiya ilə bağlı bəyanat verib. Araik Arutyunyan isə yalnız “Facebook”dan müarciət yayıb, özünün Xankəndidə olduğunu təsdiq edən heç bir hərəkətlilik olmayıb. Dekabrın 13-də Ruben Vardanyan “icra orqanlarının”, Xankəndi “merinin” və “inzibati rayonların rəhbərlərinin” iştirakı ilə geniş müşavirə keçirib, Araikdən yenə səs-soraq olmayıb. Yalnız sosial şəbəkədəki hesabından açıqlama verməkdə davam edib.

Araikin ilk fotosu dekabrın 20-də ortaya çıxdı. O, Xankəndidə “güc strukturlarının” rəhbərlərinin iştirakı ilə müşavirə keçirdi. İclasda “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan və “dövlət naziri”, Araikin yoxluğunda özünü yaranmış vəziyyətlə bağlı “operativ qərargahın”rəhbəri elan etmiş Ruben Vardanyan iştirak ediblər. Daha sonra isə “təhlükəsizlik şurasının” genişləndirilmiş iclası da keçirilib, yaranmış vəziyyə müzakirə olunub. Bundan sonrakı xəbərlərdə Arutyunyanın fəallığı diqqət çəkib.

Dekabrın 23-də daha bir diqqət çəkən fakt üzə çıxıb. Məlum olub ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qondarma rejimin “xin rəhbərinin vəzifələrini icra edən” David Babayanı Ermənistanda qəbul edib. 12 gündür “blokadadayıq” deyib hay-küyü salan Babayan İrəvana tək getməyib, yanında Xankəndindən digər nümayəndələr də olub.

Ermənistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı Azərbaycanın “Laçın dəhlizinin blokadada saxlaması, humanitar vəziyyətin təfərrüatlarını müzakirə ediblər”.

Ekofəallar əvvəl gündən bəyan ediblər ki, heç bir blokadadan söhbət gedə bilməz, yol açıqdır. Bunu hər gün Rusiya sülhməramlılarının yük və digər nəqliyyat vasitələrinin Laçın istiqamətinə və ya Xankəndə gəlib-gedişləri də sübut edir. Ermənilər isə bəyan edirlər ki, nə qədər ki, ekofəlların aksiyası davam edir, onlar bu yoldan istifadə etməyəcəklər.

Ruben Vardanyan dekabrın 20-də etiraf edib ki, nə qədər ki orada azərbaycanlılar dayanırlar, ermənilər Laçın yolu ilə getməkdən imtina edirlər. O, Facebook vasitəsilə öz müraciətində qeyd edib: “Blokada davam edir. Halbuki, bilirsiniz ki, yolun açıq olması barədə söz-söhbətlər şişirdilir, amma bu, belə deyil. Onlar yol kənarındadırlar, istədikləri zaman maşınları saxlaya bilirlər. Ona görə də deyirik ki, bu, qəbuledilməzdir. Azərbaycanlılar oranı tamamilə tərk etməlidirlər”. Vardanyan onun mövqeyini dəstəkləyən ermənilərin fikrinə də istinad edib.

“Bəs, o halda Araik Xankəndinə necə qayıdıb, Babayan isə İrəvana necə gedib” sualı ortaya çıxır. Əslində, ritorik sual da demək olar. Aydındır ki, Araiki Xankəndinə gətirən də, Babayanı İrəvan sərhədinə aparan da Rusiya sülhməramlılarıdır. Uçub getməyib ki... Ekofəalların Rusiya sülhməramlılarını yük maşınlarında nə aparıb-gətirdiklərini yoxlamaq kimi yetkisi yox, bu əlavə qarşıdurma və narahatlıq yaradır. Ermənilər də bunu bilir. O səbəbdən “blokadadayıq” deyib hər gün müxtəlif dövlətlərdən Bakıya zənglər etdirən bu hay-küyçü millətin bir daha qorxaqlığı və riyakarlığı üzə çıxar. Paşinyan deyir ki, Rusiya sülhməramlıları üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Maraqlıdır, Babayanı yük maşınında və ya hərbi avtobilin “baqajı”nda Ermənistan sərhədində təhlükəsiz aparmaq sülhməramlıların öhdəliyinə daxildir, ya yox?

Ziyanı yoxdur, keçməkdən qorxurlarsa, qoy sülhməramlıların yük maşınlarında gizlənib Ermənistana gedib-qayıtsınlar. Amma gələndə heç olmasa, o “detdom”, neçə gündür BMT-nin ofisinin yanında yatan Beqlaryanı da zibil maşından gətirib Xankəndinə tullasınlar. Düşmən olsa da, mərhəmətimiz var...

Nazim SABİROĞLU,

Musavat.com
 
Ardını oxu...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronla telefon danışığında Laçın rayonundan keçərək Xankəndi şəhəri istiqamətində olan yoldakı vəziyyət ilə bağlı qeyd edib ki, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına və bunun nəticəsində ətraf mühitə vurulmuş ciddi zərərə etiraz edirlər.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Prezident İlham Əliyev Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə yaşayan sakinlərin bu yoldan mülki və humanitar məqsədlər üçün istifadəsi üçün maneənin olmadığını, başqa təsisatlara lüzum olmadan Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli ofisinin xətti ilə tibb maşınlarının keçidlərinin təmin edildiyini vurğulayıb.

Dövlətimizin başçısı vətəndaş cəmiyyəti nümayəndələrinin əsas tələbinin faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması və ərazidə ekoloji monitorinq fəaliyyətinin aparılmasının təmin edilməsi olduğunu bildirib.
 
 
 

Dünyapress TV

Xəbər lenti