"Vardanyan Ermənistanla bağlı planlarını həyata keçirmək üçün Qarabağdan İSTİFADƏ EDİR"
“Çox təəssüf ki, Ruben Vardanyana böyük ümid bəsləmək mənasızdır”.

KONKRET.az xəbər verir ki, bu barədə erməni nəşrlərindən biri maraqlı yazı dərc edib.

Teref.az nəşrin həmin yazısını olduğu kimi təqdim edirik:

“Son günlər cəmiyyətin müxtəlif təbəqələri Qarabağın “dövlət naziri” Ruben Vardanyanı aktiv şəkildə müzakirə edirlər. Bəziləri onu Qərbin, bəziləri Rusiyanın agenti adlandırır, Ruben Vardanyanın Qarabağı dağıtmağa gəldiyini iddia edən dairələr var.

Ruben Vardanyanın Qarabağı dağıtmağa gəlmədiyini və onun heç bir ölkənin agenti olmadığını ən yaxşı Ara Arutyunyan təhlil edib.

Bütün bunlara əsaslanaraq, təbii ki, biz Ruben Vardanyanın agent olub-olmaması məsələsini müzakirə etmək fikrində deyilik. Amma Ruben Vardanyanın fəaliyyətini müzakirə edəcəyik.

Aydındır ki, Vardanyan Qarabağın “dövlət naziri” vəzifəsini karyerasının sonu hesab etmir. Onun məqsədlərinin Ermənistanda hakimiyyətə gəlməklə bağlı olduğu açıq-aydın görünür (təbii ki, bu istəkdə qınanılan heç nə yoxdur). Və bu məqsədlərə əsaslanaraq Ruben Vardanyan “dövlət naziri” vəzifəsindən reklam platforması kimi istifadə edir. Məhz bu vəziyyət ağır durumda olan Qarabağın həyatında qəbuledilməzdir.

Ruben Vardanyan öz imicini yüksəltməyə o qədər aludə olub ki, Azərbaycan onun bəyanatını Laçın dəhlizinin açılması ilə bağlı danışıqları ləğv etmək üçün bəhanə edə bildi.

Yolun bağlanmasının üçüncü günü, dekabrın 16-da Qarabağ “Dövlət Şurasının katibi” Vitali Balasanyanın apardığı danışıqlar nəticəsində qazın verilişi bərpa olunanda və yolun açılması da müzakirə olunanda Ruben Vardanyan tələsik yola düşdü. Canlı yayıma çıxdı və “erməni tərəfinin qələbəsi”ni elan etdi:

“Heç bir ilkin şərt olmadan, heç bir güzəşt olmadan bizim qonşu dövlət qaz təchizatını bərpa edib. Bizi bu qələbə ilə təbrik etmək istəyirəm. Çünki biz öz gücümüzü göstərdik və bu, həqiqətən də bizim qələbəmizdir. Çünki biz güclü olduğumuzu göstərdik. Depressiyaya düşməyəcəyik, panikaya düşməyəcəyik. Göstərdik ki, həqiqətən də güc və iradə ilə biz həyatımız və gələcəyimiz üçün hər şeyi etməliyik. Bu gün yol açıla bilərmi? Bu onların qərarıdır, çünki səhv etdiklərini hiss etdilər”.

Vardanyanın bəyanatından sonra Azərbaycan nümayəndələri Vitali Balasayana məlumat veriblər ki, yol açılmayacaq. Çünki Ruben Vardanyanın sərsəm bəyanatından sonra heç bir güzəşt olmadan yolu açsalar, öz ölkələrində düzgün başa düşməyəcəklər.

Məhz bu epizod başa düşmək üçün kifayətdir ki, Ruben Vardanyan öz reputasiyası və siyasi məqsədləri naminə hesablanmamış addımlar ata bilər. Və bu da onsuz da təhlükədə olan Qarabağı bir daha təhlükə altında qoyur.

Əldə etdiyimiz məlumata görə, Ruben Vardanyanın bəyanatından sonra Azərbaycan onun istefasını və Qarabağdan getməsini yolun açılması üçün ilkin şərt kimi irəli sürüb. Hətta Azərbaycanın xarici işlər naziri Bayramov Moskvada bu barədə danışıb.

İndi faktiki olaraq Qarabağ üçün daha çətin vəziyyət yaranıb. Bir tərəfdən Ruben Vardanyanın bəyanatı indiki vəziyyətə adekvat deyil və onun dövlət idarəçiliyindən uzaq olması, populist meyllərə malik olması və yeganə məqsədinin gələcək siyasi proseslərdə lazım olan reytinqi olması başa düşüləndir.

Digər tərəfdən, indiki mərhələdə onun işdən çıxarılması Azərbaycanın tələblərinə boyun əymək deməkdir, bu da şübhəsiz ki, daha pis nəticələrə gətirib çıxara bilər.

Əlbəttə, Vardanyanla bağlı bu epizod o demək deyil ki, Qarabağ “prezidenti” Arayik Arutyunyan müharibənin məğlubiyyətinə görə məsuliyyət daşımaqdan əl çəkəcək. Bu o demək deyil ki, Araik Arutyunyan korrupsiyaya və cinayətkarlığa son qoyacaq. Bu həm də o demək deyil ki, yolun açılması ilə bağlı danışıqlar aparan Vitali Balasanyan dövlət idarəçiliyini Ruben Vardanyandan daha yaxşı başa düşür.

Bu epizod bir şeyi ifadə edir ki, Ruben Vardanyan öz yerində deyil və o, Ermənistanla bağlı siyasi planlarını həyata keçirmək üçün Qarabağdan istifadə etməyə çalışır. Bu o deməkdir ki, çox təəssüf ki, Ruben Vardanyana böyük ümid bəsləmək mənasızdır”.

Xuraman Etibarlı,
 
 
 

Bölmənin digər xəbərləri

18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB
06 Aprel 2025 Türkiyənin adından Qarabağ haqda pis xəbər yayıldı: səfirlik REAKSİYA VERDİ– FOTO
05 Aprel 2025 Suqovuşan kəndinə növbəti köç karvanı yola salındı
05 Aprel 2025 Zəngəzur dəhlizi ilə bağlı mühüm gəlişmə...
03 Aprel 2025 32 ildir açıq qalan sual: Kəlbəcərin işğalının qarşısını almaq mümkün idimi?
02 Aprel 2025 Qələbəyə aparan yol - Aprel döyüşlərindən doqquz il ötür
01 Aprel 2025 “300-ə yaxın müsəlman məscidi, 500-dən artıq müsəlman qəbiristanlığı barədədə hesabat versin”-DEPUTAT
29 Mart 2025 Azərbaycan öz Milli Qəhrəmanına BELƏMİ SAYĞISIZDIR? - BU NƏDİ BELƏ?..
28 Mart 2025 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Sarıcalı kəndinə səfərdən görüntülər paylaşılıb - VİDEO
27 Mart 2025 Prezident xanımı ilə Ağdama getdi

Dünyapress TV

Xəbər lenti