Ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti və aramsız yağışlar bir sıra fəsadlar törədib. Ötən gündən bəri davam edən intensiv yağış nəticəsində həyət evləri ilə yanaşı bəzi çoxmərtəbəli binalardakı mənzilləri də su basıb. İqtisadiyyat.az xəbər verir, aramsız yağışların fəsadları yeni tikili binalardan da yan keçməyib.
Sosial şəbəkələrdə “Saray” MTK-ya məxsus binanın mənzillərindən birinə suyun axdığı ilə bağlı görüntülər yayılıb.
Videoda vətəndaşın MTK-dan yeni aldığı mənzilin tavanından suyun axdığı öz əksini tapıb.
Məlumat üçün bildirək ki, daha əvvəl isə “Bakixanov Residence” yaşayış kompleksində mənzillərdən birinə suyun axdığı ilə bağlı görüntülər yayılıb.