Ardını oxu...
Qar yağmağına baxmayaraq, Xankəndi-Laçın yolunda aksiya 29 gündür davam edir
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iyirmi doqquz gündür davam edir.

“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.

Şuşa şəhərinə qar yağmağına baxmayaraq, aksiya iştirakçıları gün ərzində olduğu kimi, gecədən səhərədək davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunublar.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhər də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.

Hazırda havanın şaxtalı olmasına baxmayaraq, ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Şuşa şəhərinə yanvarın 7-si gecə saatlarından qar yağmağa başlayıb.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Ermənistan saytlarından dünya KİV-lərinə Qarabağın ermənilər məskunlaşan hissəsində guya boş olan mağaza piştaxtalarının fotoşəkilləri daxil olur. Bu fotoşəkillər dünyanı Azərbaycanlı piketçilərin Laçın yolunu tərk etməsi üçün Azərbaycana təzyiq göstərmək zərurətinə inandırmaq məqsədi daşıyır.

Amma diqqətlə baxdıqda “iztirab çəkən qəhrəman xalq” haqqında fotoşəkillərin saxta olduğu görünür.

Səhnələşdirilmiş saxta şəkilləri Ukraynanın Qualiko özəl səhmdar cəmiyyətinin məhsulları ələ verir – bu, beynəlxalq bazarlara məhsul ixrac edən beynəlxalq toyuq əti brendidir. Şirkətin təsisçisi və əsas benefisiarı Ukrayna qəhrəmanı Yuri Kosyukdur. Qualiko məhsullarının dileri Praym Fud Armenia-dır.

Fotoşəkildə boş piştaxtalar əksini tapır, onların altında dondurulmuş Qualiko broyler qutuları və qablaşdırılmış 900 qramlıq dondurulmuş broyler fileləri görünür. Yəni əldə toyuq əti var və müvəqqəti olaraq piştaxtalardan və soyuducu kameralardan yığışdırılıb.

Yalan məlumat yayanlar, eləcə də saxta şəkillərdən istifadə edənlər süjetin daha inandırıcı olması üçün daha diqqətli olmalı idilər. (Turan)
 
Ardını oxu...
Onların anlamında beynəlxalq hüquq: “Qarabağda mədənlərin işlənməsinə hansı əsasla və kim qadağa qoya bilər?”

Laçın-Xankəndi yolunda azərbaycanlı eko-fəallar tərəfindən Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti dislokasiya zonasında qanunsuz mədən işlərinə etiraz olaraq ötən il dekabrın 12-də başladılan aksiyası davam edir. Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini bu vəziyyətə cəlb etmək üçün çoxsaylı cəhdlərinə baxmayaraq, Azərbaycan tərəfi öz gündəmini fəal şəkildə təbliğ edir. Erməni tərəfi Laçın yolunun “bağlandığı” iddiasındadır, lakin xatırlamır ki, bu dəhlizin yeganə məqsədi Azərbaycanın Qarabağ bölgəsinin erməni əhalisinin humanitar ehtiyaclarını təmin etməkdir.

Bu məqam 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda öz əksini tapıb. Lakin bu sənədin imzalanmasından sonra baş verən hadisələr göstərir ki, Ermənistan Laçın dəhlizindən başqa məqsədlər üçün, yəni hərbi yüklərin və hərbi qulluqçuların daşınması üçün istifadə edib.

Azərbaycanın haqlı tələblərinə baxmayaraq, Ermənistan tərəfi Üçtərəfli Bəyanatın pozulması faktlarını tanımır və Ermənistanın özünün təqsiri ilə yaranmış vəziyyətə müdaxilə etmələri üçün aparıcı dövlətlərə və beynəlxalq təşkilatlara yalvarır. Ermənistan rəsmilərinin açıqlamalarına görə, belə mühakimə yürütmək olar ki, İrəvan Azərbaycanın haqlı tələblərini yerinə yetirməkdənsə, yaranmış vəziyyətdən növbəti anti-Rusiya isteriyası üçün istifadə edib, regiona beynəlxalq qüvvələri cəlb etməyə çalışır.

Belə ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin dünənki iclasında bəyan edib ki, İrəvan Laçın dəhlizinin “blokdan çıxarılması” məsələsində beynəlxalq ictimaiyyətdən, o cümlədən Rusiyadan daha substantiv addımlar gözləyir: “Azərbaycan Üçtərəfli Bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəlikləri birbaşa pozur və bu, onun danışıqlar aparmaq qabiliyyəti ilə bağlı böyük suallar yaradır”.

O ki qaldı kimin danışıqlar aparmağa qadir, kimin olmadığına, beynəlxalq ictimaiyyət bütün Dağlıq Qarabağ münaqişəsi boyu bunu yaxşı bilirdi və Üçtərəfli Bəyanatın bəndlərinin pozulmasından ən azı Paşinyan danışmasa, yaxşı olar. Yaranmış vəziyyətdə birbaşa Paşinyanın özü günahkardır - o, üçtərəfli bəyanata imza atır, lakin sənədin imzalandığı gündən iki il keçməsinə baxmayaraq, Ermənistan üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini sabotaj edir.

Erməni tərəfi konstruktiv yanaşmalar və düzgün qərarlar əvəzinə yalnız isterik qışqırıq və ənənəvi boşboğazlıq nümayiş etdirir, ölümcül səhvlərinə görə məsuliyyəti başqalarının üzərinə yıxır.

Bunun fonunda erməni təbliğatının özü və ermənipərəst bədnam ekspertlər Paşinyanın dediklərinə sanki dəstək verirmiş kimi, mövcud vəziyyəti izah etmək üçün gülünc və absurd açıqlamalar verirlər. Məsələn, Rusiyanın Avrasiya İqtisadi İttifaq ölkələri İnstitutunun direktoru Vladimir Lepyoxin deyib ki, “Azərbaycanın qaldırdığı Qarabağda yataqların qanunsuz istismarı məsələsi tamamilə qondarma və təxribat xarakterli mövzudur”.

“Mədənlərin işlənməsinə hansı əsasla və kim qadağa qoya bilər? Baxın, Bakı bu ərazini özününkü hesab edir, amma belə düşünmək onun haqqıdır. Bəs bu hadisələr özəl xarakter daşıyırsa və bizim xüsusi mülkiyyətə müqəddəs hüququmuz varsa, hansı əsasla (Azərbaycan - red.) qadağa qoymağa iddia edir?", - deyən Lepyoxin rus diplomatları və siyasətçilərini bu "sadə" vəziyyətdə siyasi və iqtisadi sahədəki kateqoriyalarda çaşqınlıqda ittiham edib.

Erməni yalanlarının və güclü spirtli içkilərin buxarlarının toruna həddən artıq qapılan dar düşüncəli Lepyoxinin beynində yaranan “parlaq fikir” heç cür məntiqli davam edə bilmədi. Qarabağ beynəlxalq hüquqa görə Azərbaycana məxsusdur, yəni Bakının icazəsi olmadan bu ərazidə faydalı qazıntıların işlənməsi qanunsuzdur.

Azərbaycanın Qarabağda yerləşən mədənlərin qanunsuz istismarına qadağa qoyulmasını tələb etmək üçün bütün əsasları var. Bu səbəbdən beynəlxalq birlik beynəlxalq hüququ tam anlamayan Lepyoxindən fərqli olaraq, Azərbaycanın addımlarını ciddi şəkildə qınamaqdan çox uzaqdır.

Müəllif: Asif Aydınlı
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Rusiyanın himayəsi altında Azərbaycan Respublikasının bir hissəsində bəslənən separatçı-terrorçu hayk rejiminin üzdəniraq bir neçə “deputat” və digər nümayəndələri Kəlbəcər rayonunun Dəvədaşı, Heyvalı və Yayıcı kəndlərində məskunlaşmış soydaşlarıyla görüş keçiriblər.

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, News.am-ın yaydığı məlumata görə, görüş zamanı separatçı məmur və "deputat"lar Azərbaycan torpağındakı hayklarla Laçın yolunun bağlanması səbəbindən yaranmış problemləri müzakirə edib, onları anti-Rusiya hərəkətlərindən; istər hər hansı etiraz aksiyalarından, istərsə də sosial şəbəkələrdəki yazılardan çəkinməyə çağırıblar...

Xəbərdə o da bildirilir ki, sakinlər üçün prioritet təhlükəsizlik məsələsidir və guya lazım gələrsə, silaha sarılmağa hazırdırlar...

“Başqasına güvənmək səhvdir. Biz özümüzü qoruya bilməsək, başqa kim qorumalıdır ki? Rusların burada olmasının böyük əhəmiyyəti var. Biz onlarla birləşməliyik, bizim əsas müttəfiqimiz ruslardır. Ruslar bizi qorumalıdır ki, biz də müqavimət göstərə bilək”, - Kəlbəcər rayonunun hayların “Poqosaqomer” adlandırdığı Dəvədaşı kəndində sülənən Mişa Davtyan belə deyib...
 
Ardını oxu...
Azərbaycan Laçın dəhlizini açmır və 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn öhdəliyi kobud şəkildə pozur. Bu, Bakının müqaviləni yerinə yetirməyə qadir olmamasından xəbər verir. Bu barədə cümə axşamı Ermənistanın baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib.

Paşinyan dəhlizlə hərəkətin sərbəst olması, lakin həm də Azərbaycan tərəfdən nəzarətin olacağı barədə Bakının bəyanatlarına münasibət bildirməyib.

Paşinyan beynəlxalq birliyi və qoşunları Qarabağda olan Rusiyanı Laçın yoluna nəzarəti ona qaytarmağa çağırıb. O həmçinin Qarabağa və Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsinin tərəfdarı olduğunu bildirib.

Öz növbəsində Qarabağın “dövlət naziri” Ruben Vardanyan beynəlxalq birliyi Bakıya təzyiq göstərməyə və Xocalıda ermənilər üçün hava limanının açılmasına nail olmağa çağırıb.

O, Rusiya sülhməramlılarının fəaliyyətsizliyindən narazılığını bildirib və təsdiqləyib ki, ermənilər Bakının Azərbaycan tərəfinin nəzarəti altında Laçın yolu ilə hərəkət etmək təklifini qəbul etmirlər.

Xatırladaq ki, Azərbaycan vətəndaş fəallarının Laçın yolunda etiraz aksiyası 25-ci gündür ki, davam edir. Ötən sutka hər iki istiqamətdə yolu sülhməramlıların ondan çox yük maşını keçib.
Eyni zamanda Ermənistandan Qarabağa Qırmızı Xaçın 6 maşını gedib. (Turan)
 
Ardını oxu...
Yarım saat əvvəl Xankəndidə yenidən elektrik enerjisi, eləcə də mobil internet kəsilib.

Musavat.com xəbər verir ki, bu barədə redaksiyaları Xankəndidə yerləşən erməni Telegram kanalları məlumat yayıb.
 
Ardını oxu...
“Ermənilərin Sərsəng su anbarından Suqovuşan su anbarına verilən suyun həcmini azaltması barədə yayılan məlumat həqiqəti əks etdirmir”.

Bunu açıqlamasında Tərtərçay Hidroqovşağının İstismar İdarəsinin baş mühəndisi Mehman Kərimov deyib.

O bildirib ki, su anbarındakı təmir işləri ilə əlaqədar suyun həcmi bilərəkdən azaldılıb.

“Göldə suyun səviyyəsinin aşağı düşməsinə səbəb orada aparılan təmir işləri ilə əlaqədardır. Gölün bir qapısı təmir edildiyindən suyun səviyyəsi bizim tərəfimizdən məqsədyönlü şəkildə azaldılıb. Sərsəng su anbarından buraxılan 8-10 kubmetr su əvvəlki qaydada Tərtər çayına axıdılır və oradan da təsərrüfatlara paylanılır. Əvvəl hansı rejimdə işləyirdiksə, indi də həmin qaydada davam edirik”, – M.Kərimov deyib.

Xatırladaq ki, bu gün bəzi sosial şəbəkələrdə Sərsəng su anbarından Suqovuşan su anbarına gələn suyun ermənilər tərəfindən azaldılması barədə məlumatlar yayılıb. (Trend)
 
 
 
Ardını oxu...
“Üçtərəfli razılaşmanın imzalandığı gündən Laçın dəhlizinin açılması ilə bağlı heç bir şübhəm olmayıb. Zəngəzur dəhlizinin açılması isə həm də iqtisadi sərmayədir”.

Teref.az yazır ki, bu sözləri politoloq Yeganə Hacıyeva Baku TV-yə açıqlaması zamanı deyib.


O qeyd edib ki, Fransa prezidenti Makron Nikol Paşinyandan istifadə edərək Cənubi Qafqazda hərbi mövcudluq yaratmaq istəyib.

Daha ətraflı süjetdə:

 
 
 

Ardını oxu...
“Yaxın gələcəkdə hakimiyyətin davranışı ekstremal nəticələrə gətirib çıxaracaq”.

DİA.AZ KONKRET.az-a istinadla xəbər verir ki, bunu “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan Facebook səhifəsində yazıb.

“Ermənistanı Qarabağla birləşdirən dəhlizin bağlanmasının ilk günlərində bir sıra qüdrətli fiqurlar öz işlərinin fəallığının göstəricisi kimi məsələnin BMT Təhlükəsizlik Şurasında müzakirəsini və Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) verilməsini təqdim ediblər.

BMT Təhlükəsizlik Şurasındakı müzakirələr nəticəsində heç bir bəyanat, qətnamə qəbul olunmayıb. AİHM-in ciddi qeyd-şərtlərlə verdiyi qərarı müsbət hesab etmək olar, lakin onun qərarının bəndləri də yerinə yetirilməyib.

Hakimiyyət öz işlərini bitmiş hesab edir. İndi siyasi və təhlükəsizlik məsələlərini istənilən beynəlxalq aktorun və ya ümumiyyətlə, “beynəlxalq ictimaiyyətin” üzərinə qoymağa çalışır, öz rolunu sırf humanitar məsələlərdə görür.

Yaxın gələcəkdə hakimiyyətin davranışı ekstremal nəticələrə gətirib çıxaracaq. O zaman ki, erməni xalqı vəziyyətdən mümkün çıxış yolları məsələsində seçim hüququ olmayacaq.

Ermənistan hakimiyyəti hərraca təkcə Qarabağı deyil, ilk növbədə Ermənistanı qoyub. Bundan sonrakı güzəştlər isə ilk növbədə Ermənistana aid olacaq”, – deyə Abramyan yazıb.
 
 

Ardını oxu...
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iyirmi gündür davam edir.

"DogruXeber.az" xəbər verir ki, dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan aksiyada gecə boyu da heç bir insident baş verməyib.

Etirazçılar həmişəki kimi bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Hazırda havanın şaxtalı olmasına baxmayaraq, ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.(report)

Dünyapress TV

Xəbər lenti