Ardını oxu...
Ermənistan Xarici İşlər Nazirliyinin 13 dekabr 2022-ci il tarixli, Şuşa-Laçın yolunda son vəziyyətlə əlaqədar Azərbaycan tərəfini ittiham edən, əldə olunmuş razılıqlar çərçivəsində öhdəlikləri təhrif edən əsassız bəyanatını qətiyyətlə rədd edirik.

Ermənistan XİN-in Azərbaycan tərəfini Laçın yolunu bağlamaqda və üçtərəfli bəyanatı pozmaqda ittiham etməsi riyakarlıqdan başqa bir şey deyildir.

Bu barədə XİN-dən bildirilib.

İlk öncə xatırladırıq ki, Ermənistan tərəfindən üç ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarının yerinə yetirilmədiyi, xüsusilə də 4-cü bəndə zidd olaraq erməni silahlı qüvvələrinin hələ də Azərbaycan ərazilərindən çıxarılmadığı, 6-cı bəndə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunduğu, 9-cu bəndə zidd olaraq bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törədildiyi dəfələrlə tərəfimizdən bəyan edilib.

Laçın yolunun bağlanması və guya ərazidə yaşayan erməni sakinlərin humanitar böhran təhdidi ilə üzləşdikləri barədə iddialara gəldikdə qeyd edək ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Azərbaycan Respublikası ərazilərində müvəqqəti yerləşmiş Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan tərəfi ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır və Ermənistan tərəfinin iddialarının heç bir əsası yoxdur.

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına və ekologiyaya dəyən zərərə haqlı narazılığının nəticəsidir.
Ətraflı

Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən bir neçə gün əvvəl məlumat verildiyi kimi, cari ilin 3 dekabr tarixindən etibarən Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət heyət sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıb. Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, ətraf mühitə potensial risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması tələb olunub.

Əldə olunmuş razılığa uyğun olaraq, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu ərazilərə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, bu səfərə maneçilik törədilib. Bütün bunlar, Azərbaycan xalqının etirazına səbəb olub.

Bununla yanaşı, Azərbaycanı “beynəlxalq hüququ pozmaqda”, “etnik təmizləmədə”, “soyqırım siyasətində” ittiham edən Ermənistan XİN-ə xatırladırıq ki, beynəlxalq hüququn bütün norma və prinsiplərini pozan, 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayan, bir gecə ərzində Xocalıda, eləcə də Azərbaycanın digər şəhərlərində yüzlərlə mülki əhaliyə qarşı kütləvi qırğın törədən, 1 milyona yaxın azərbaycanlını Ermənistan və işğal etdiyi Azərbaycan ərazilərindən qovan, işğal siyasətinə son verildikdən sonra hələ də qanunsuz silahlı dəstələrini Azərbaycan ərazilərindən çıxarmayan, hərbi və mina təhdidlərini davam etdirən məhz Ermənistandır.

Qeyd olunmalıdır ki, məhz Ermənistan tərəfindən 2021-ci ildə istehsal olunmuş minaların ərazilərimizə daşınması, ərazilərimizin məqsədyönlü şəkildə minalanmasının davam etməsi post-münaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına mane olan əsas təhdidlərdəndir. Məhz Ermənistanın davam edən təxribatları nəticəsində 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 268 vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist daxil 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir.

“Ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün beynəlxalq mexanizmin yaradılması” barədə əsassız çağırışlara gəldikdə, qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyi məsələsi Azərbaycanın daxili işidir. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquq və təhlükəsizliyi Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq təmin ediləcək.

Azərbaycan, öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir və Ermənistan tərəfinin də bu öhdəliklərə əməl etməsini qətiyyətlə tələb edir. Ermənistandan fərqli olaraq, sülh gündəliyinin təşəbbüskarı olan Azərbaycan bölgədə gərginliyin yaranmasında maraqlı deyil. Azərbaycan öz ərazilərinin təhlükəsizliyini və bütövlüyünü qanuni əsaslarla təmin edir.

Ermənistan tərəfi Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı bəyanat və addımlara son qoymalıdır.
 
Ardını oxu...
Rusiya sülhməramlıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda etiraz aksiyasının keçirildiyi əraziyə növbəti dəfə əlavə canlı qüvvə cəlb edib.

Publika.az xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, aksiya iştirakçıları ərazidədir.

Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər yüksək səviyyədə təmin edirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Ardını oxu...
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.

"DogruXeber.az" xəbər verir ki, aksiya səhərə kimi davam edib. Belə ki, aksiya iştirakçıları səhər saatlarına kimi şüarlar səsləndiriblər.

Ardını oxu...
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq Komitəsinin iclasında Ermənistan parlamentinin deputatı Vladimir Vardanyan Azərbaycanın ünvanına əsassız ittihamlar irəli sürüb. Vladimir Vardanyan Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda etiraz aksiyasının guya rəsmi Bakının Laçın koridorunu bağlamaqla Xankəndindəki ermənilərin Ermənistanla əlaqəsi kəsmək, erməniləri o ərazilərdən çıxarmaq məqsədinə xidmət etdiyini söyləyib. Hətta bir az da irəli gedərək heç bir arqument gətirməsə də, Azərbaycanı dırnaqarası "soyqırım" təhlükəsi yaratmaqda günahlandırmağa, Ukraynadakı proseslərlə paralellər aparmağa cəhd göstərib.

İclasda iştirak edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Kamal Cəfərov isə çıxışında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avrasiya və Gömrük İttifaqlarının üzvü olan Ermənistanın nümayəndəsinin Ukrayna ilə paralellər aparmaq cəhdini ikiüzlülük adlandırıb.

Kamal Cəfərov nəzərə çatdırıb ki, Azərbaycanın aidiyyati qurumları "Qızılbulaq” qızıl və "Dəmirli” mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə, o cümlədən ətraf mühitə dəyən zərərin monitorinqin həyata keçirilməsi ilə bağlı həmin ərazidə müvəqqəti fəaliyyət göstərən rus sülhməramlılara bildiriş verib. Daha sonra monitorinq günü həmin ərazidə rus cinayətkar-oliqarx Ruben Vardanyan bir qrup erməni ilə təxribat törədib və monitorinqə mane olub. Rus sülhməramlıları isə bu təxribatın qarşısını ala bilməyib və ya almaq istəməyib. İndi isə Azərbaycan vətəndaşları, QHT nümayəndələri toplaşmaq azadlığından istifadə edərək Rusiya sülhməramlılarının komandanı Andrey Volkovu görüşə çağırırlar. Kamal Cəfərov qeyd edib ki, nə qədər ki, Volkov görüşə gəlməyəcək, koridor bağlı qalacaq. Ona görə də koridorun bağlı qalma səbəbi elə Volkovun özüdür.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Erkin Qədirli isə çıxışında bildirib ki, Laçın koridoru yeganə yol deyil, ondan daha geniş və sürətli yeni tikilmiş magistral yol var. Erkin Qədirli nəzərə çatdırıb ki, bu yolu Azərbaycan tərəfi tikib, ancaq ermənilər həmin yoldan istifadə etməkdən imtina edirlər. Qeyd edilib ki, həmin əraziyə rus sülhməramlıları nəzarət edir və hazırda nə təxribat baş verirsə, rus sülhməramlıların məsuliyyətidir. Erkin Qədirli Rusiya sülhməramlılarının Azərbaycanın razılığını almadan həmin ərazilərə hər kəsin keçməsinə şərait yaratdıqlarını söyləyib. Buna misal olaraq Fransada prezident seçkilərində namizəd olmuş Paris şəhərinin merini Azərbaycanın icazəsi olmadan Azərbaycan ərazisinə buraxıldığını xatırladıb. Erkin Qədirli qeyd edib ki, ermənilərin strategiyası Azərbaycanla barışmaq və rus qoşunlarını Ermənistan ərazisindən, rus sülhməramlılarını isə Qarabağdan çıxarmaq olmalıdır. Çünki sülhməramlılar Qarabağdan məcburi köçkün edilmiş azərbaycanlıların geri qayıtmasına, iki icma arasında ünsiyyətin qurulmasına şərait yaratmırlar. Bütün bunları nəzərə alaraq, Erkin Qədirli Ermənistan deputatının Azərbaycana qarşı son iddialarının tamamilə əsassız olduğunu vurğulayıb.

Qeyd edək ki, Vladimir Vardanyan AŞPA Hüquq Komitəsində son hadisələrlə bağlı qətnamə layihəsinin hazırlanmasını xahiş edib. Lakin prosedur qaydalarına zidd olduğu üçün bu xahiş rədd edilib. iVladimir Vardanyanın daha sonra AŞPA Hüquq Komitəsinin sədrinin qərəzli bəyanat verməsi yönündə təklifi də qəbul olunmayıb.
 
Ardını oxu...
Azərbaycanlı QHT təmsilçiləri Rusiya sülhməramlıları kontingentinin şəxsi heyəti arasında erməni aşkar ediblər.

Bu barədə QHT nümayəndələri sosial media hesablarında paylaşım ediblər.


Bildiriblər ki, bu gün Şuşa ərazisində Rusiya sülhməramlılarının içərisində olan həmin adam erməni dilində danışaraq özünün milliyətini göstərib. Sonra isə gizlənmək istəsə də, o, ifşa olunub.

Qeyd edək ki, hazırda Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələri aksiya keçirir. Onlar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.

Həmin görüntüləri təqdim edirik:

 
 
 
Ardını oxu...
“Azərbaycanlıların Qarabağa səfərləri istisna edilməlidir”.

Teref.az xəbər verir ki, bunu erməni deputat Tiqran Abramyan Facebook səhifəsində yazıb.

“Qarabağ “hökuməti” Rusiya sülhməramlılarının müşayiəti ilə Ağdərə bölgəsinə gələn azərbaycanlıların probleminə gec reaksiya verdi.

Dəqiqliyə əsasən, azərbaycanlıların Rusiya sülhməramlılarına monitorinq məqsədi ilə müraciəti Qarabağın “hakimiyyət orqanları” və mədən şirkətinin rəhbərliyi ilə müəyyən edilmiş qaydada müzakirə olunmayıb. Beləliklə, onların hərəkəti “hakimiyyət”in razılığı olmadan həyata keçirilib.

Rəsmi izahatın tam doğru olduğunu qəbul etsək, o zaman bir neçə sual yaranır.

Qarabağda yerləşən Rusiya sülhməramlı missiyasının komandanlığı “hökumət”in razılığı olmadan azərbaycanlıları Qarabağ ərazisində istənilən yerə necə müşayiət edir?

İkincisi, Qarabağın “hüquq-mühafizə sistemi” azərbaycanlıların onun ərazisinə daxil olması və gediş-gəlişinə nəzarət etmirmi? Qarabağ vətəndaşları Ağdərə bölgəsində yolu bağlayanda azərbaycanlıların olması qeydə alınmırmı?

Əgər əvvəllər olubsa pis, daha əvvəl olub və heç bir tədbir görülməyibsə, daha pisdir.

Qarabağın sadə sakinləri azərbaycanlıların hərəkətindən xəbər tutub və yolu kəsdisə, “hüquq-mühafizə orqanları”nın bundan necə xəbəri olmasın?

Belə hallarda “prezident” təkbaşına qərar qəbul edir, yoxsa kollegial qərarın nəticəsidir?

Bu sual çox vacibdir. Çünki bu cür hallar ilk dəfə deyil və yaxın gələcəkdə daha çətin zaman gözlənilir.

Məqsədindən və əsaslandırmasından asılı olmayaraq azərbaycanlıların Qarabağa səfərləri istisna edilməlidir. Əks halda Azərbaycan ardıcıl olaraq Qarabağın daxili həyatına müdaxilə edəcək.

Qarabağ “hakimiyyəti” bir ay əvvəl azərbaycanlıları Sərsəng su anbarına buraxmasaydı, bu problem yaranmazdı və belə təzyiqlər də olmazdı.

Üstəlik bunu gizli etdilər və camaat azərbaycanlılar bu səfərlə bağlı xəbərlər dərc edəndə bildi.

Azərbaycanın sistemli “təxribat”larına hazırlaşmaq, müxtəlif vəziyyətlərə əvvəlcədən hazırlanmış paketlərlə cavab vermək lazımdır”, – deyə Abramyan çərənləyib.(konkret)
 
Ardını oxu...
Azərbaycan nazirlik və idarələrinin nümayəndələrinin dekabrın 7-də Qarabağdakı Rusiya sülhməramlıların komandanlığı ilə görüşündə “Qarabağın Təhlükəsizlik Şurasının rəhbəri” Vitali Balasanyan da iştirak edib. “Turan” agentliyi xəbər verir ki, bu barədə cümə axşamı Ermənistan KİV-i məlumat yayıb.

“Balasanyan Rusiya sülhməramlı qüvvələrinin daimi dislokasiya oldunduğu ərazidə keçirilən görüşdə Rusiya sülhməramlı qoşunları ilə qarşılıqlı fəaliyyət məsələləri üzrə koordinator kimi iştirak edib”. Xəbərdə deyilir ki, “Balasanyan Azərbaycan tərəfinin hərəkətlərindən narahatlığını ifadə edib”.


Sülhməramlıların komandanlığı ilə Qarabağda təbii sərvətlərin qanunsuz işlənməsinin monitorinqi məsələlərini müzakirə edən İqtisadiyyat və Ekologiya nazirliklərinin nümayəndələri isə görüşdə Vitali Balasanyanın iştirakı ilə bağlı heç bir məlumat verməyiblər.

Xatırladaq ki, 1992-ci ilin fevralında Xocalı şəhərində törədilmiş soyqırımı ilə bağlı Azərbaycanda Balasanyana qarşı cinayət işi başlanıb. O, Xocalının 600-dən çox dinc sakininin ölümünə səbəb olan hərbi cinayətkarlardan biri hesab olunur. Yeri gəlmişkən, sülhməramlılarla görüş də onların qərargahının yerləşdiyi Xocalıda baş tutub.

Bir müddət əvvəl prezident Əliyev çıxışlarının birində Bakının artıq Qarabağ erməniləri ilə dialoq apardığını demişdi. Düzdür, bu zaman o, dialoqun kimlərlə aparıldığını dəqiqləşdirməmişdi. Yeri gəlmişkən, Balasanyan bundan əvvəl də Bakıdan gedən nümayəndələrin yanında görünüb. Məsələn, Laçın şəhəri Azərbaycanın nəzarətinə qaytarılana qədər onunla danışıqlar aparılıb. Bundan əlavə, Balasanyan dekabrın 3-də Laçın-Şuşa-Xankəndi kəsişməsində olub və orada Azərbaycan tərəfinin nümayəndələrindən biri onunla danışıb.

Maraqlıdır, bu o deməkdir ki, Azərbaycan rəhbərliyi Qarabağ erməniləri ilə ünsiyyət qurmaq üçün məhz “Artsax Təhlükəsizlik Şurasının katibi”ni seçib? Bəs niyə o?

Hələlik Balasanyanın mövqeyi onun ictimai bəyanatlarından aydın görünür. Birinci Qarabağ müharibəsinin bu iştirakçısı bəyanatlarında heç zaman Azərbaycana xüsusi sevgisini nümayiş etdirməyib. Üstəlik, o, İkinci Qarabağ Müharibəsindən sonra da dəfələrlə “Artsax Müdafiə Ordusu”nu hər cür gücləndirməyə, silahlanmağa və “Azərbaycan hücumunu” dəf etməyə hazırlaşmağa çağırıb.

Bunları nəzərə alaraq onunla ünsiyyət nə dərəcədə normal ola bilər? O, “prezident” Arayik Arutyunyandan və ya “xarici işlər naziri” David Babayandan nə ilə fərqlənir, onun nəyi üstündür?

Press Klubun suallarını tanınmış analitiklər cavablandırıb.

Müstəqil siyasi ekspert Nəsimi Məmmədli:

– Azərbaycan tərəfi düzgün olaraq Vitali Balasanyan və Arayik Arutyunyana qarşı cinayət işi qaldırıb. Onların hər ikisi ağır cinayətlərdə iştirakda ittiham olunur. Azərbaycana bu adamlarla masa arxasında oturub rəsmi səviyyədə hər hansı siyasi müzakirələr aparmaq çətindir. Onlarla bağlı qərar dəyişdirilməsə, danışıqlarda rəsmi tərəf ola bilməyəcəklər. Lakin bu iki şəxsin Qarabağda yaşayan əhaliyə təsir etmək üçün real imkanları var. Ona görə də yerli problemlərlə bağlı onlarla tez-tez təmaslar olur.

Eyni zamanda, hər ikisinin Rusiya ilə yaxşı münasibətləri var, amma Paşinyan hakimiyyəti ilə münasibətləri normal deyil. Amma David Babayanın yerli əhali ilə sıx əlaqəsi yoxdur. O, Azərbaycan hakimiyyəti ilə hansısa lokal problemi müzakirə edib həll etmək iqtidarında deyil.

Erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Qarabağa gələndə, onunla belə müzakirələrin mümkünlüyü daha real görünürdü. Lakin onun sonrakı açıqlamaları və xarici səfərləri zamanı tutduğu mövqe artıq revanşistlərin mövqeyindən fərqlənmirdi. Nəticədə Azərbaycan tərəfi onunla danışıqlara marağını itirdi.

Azərbaycan dəfələrlə Ermənistan əhalisi ilə danışıqlar aparacağını və onların hüquqlarını təmin edəcəyini bəyan etsə də, hələ ki, konkret yanaşmalar yoxdur. Yerli ermənilərlə əlaqə yaratmaq mümkün olsa da, bunun siyasi prosesə çevrilməsi mexanizmi yoxdur. Xüsusilə, Rusiyanın “sülhməramlı” kontingenti və bölgədəki silahlı separatçılar yerli ermənilərlə Azərbaycan arasında təmas üçün heç bir imkan yaratmır. Əksinə, mane olurlar. İndiki şəraitdə Azərbaycan hakimiyyəti Qarabağ erməniləri ilə heç bir vasitəçinin köməyi ilə görüş keçirməməlidir. Çünki belə format siyasi xarakter daşıyacaq. Bakı heç bir vasitəçiyə müraciət etmədən dialoq aparmağa çalışmalıdır. Hələlik isə hansı formatın seçiləcəyi, Qarabağın erməni əhalisinin adından danışıqlar aparacaq insanlara kimin mandat verəcəyi bəlli deyil.

Müstəqil siyasi ekspert, Azərbaycan Respublikası Ali Sovetinin keçmiş deputatı İsmayıl Əhmədov (Vyana, Avstriya):

– Hərbi cinayətkarlar olan Balasanyan, Arutyunyan Rusiya prezident administrasiyasının hansısa məmurunun əlində sadəcə olaraq “cansız obyektlərdir”. Onların məsələlərin həlli ilə heç bir əlaqəsi yoxdur və olmayacaq. Tamaşaçıların, dinləyicilərin, oxucuların diqqət etməli olduğu əsas məsələ olur ki, Qarabağ münaqişəsinin beynəlmiləlləşməsi prosesi gedir. Bu proses hazırda ikinci mərhələdədir. Mənə elə gəlir ki, bu mərhələ bu il, katolik Miladına qədər yekunlaşacaq. İkinci mərhələyə artıq böyük komanda cəlb edilib. Bu, təbii ki, əsas aktor kimi Rusiyadır, bu, Avropa İttifaqıdır, Fransadır, ABŞ-dır, İrandır. Təbii ki, ciddi oyunçuların Azərbaycanın tərəfində də olması vacibdir. Bunlar Türkiyə və İsraildir.

Münaqişənin beynəlmiləlləşməsi bir maraqlı detalı nəzərdə tutur. Azərbaycan bu məsələnin həllinin iştirakçısına çevrilir. İştirakçılardan biri. Proses davam edənə qədər, bu belə görünəcək. Son mərhələdə 6-7 ölkə danışıqlar masası arxasında əyləşəcək və hər birinin öz səsi olacaq. O cümlədən qalib Azərbaycanın da. Prosesi buna doğru aparırlar.

Balasanyan və ya Arutyunyan isə haradasa iştirak edirlər və bu, Azərbaycan ictimaiyyətini hiddətləndirir. Onların əvəzinə Qarabağ müharibələri ilə heç bir əlaqəsi olmayan başqa birini təklif edəcəklər. Məsələn, Vardanyan kimi.

Demək istəyirəm ki, bu gün Qarabağ daha böyük subyektdir, nəinki Ermənistan. Hər şey Qarabağ ətrafında gedir. Ermənistan hətta yekun danışıqlarda iştirak etməyə də bilər. Amma əsa məsələ bu deyil. Əsas odur ki, proses beynəlmiləlləşib və o, artıq qlobal oyunçuların bunu müzakirə etdiyi mərhələdədir.

Rauf Orucov
 
 
 
Ardını oxu...
Erməni separatçılarının lideri Araik Arutyunyanın rusiyalı sülhməramlıların öz ailələrini Qarabağa köçürməsi təklifini səsləndirməsinin məqsədi aydındır.
Birincisi, hərbçilərin ailələrinin bölgəyə köçürülməsi yeni evlərin tikilməsini şərtləndirəcək. Bu isə Rusiya hərbi kontingentinin işğal altındakı ərazilərdə tikinti işlərini artırmasını diqtə edəcək. Separatçılara da elə bu lazımdır.
Teref.az yazır ki, bunu politoloq Elxan Şahinoğlu deyir. Daha sonra fikirlrini şərh edən politoloq deyir:
İkincisi, hərbçilərin xidmət etdiyi yerlərdə ailələri də qalırsa, bu onların həmin yerdə xidmətlərinin uzadılması deməkdir. Separatçıların məntiqinə görə, xidmətini bitirən rusiyalı hərbçilərin yerinə gələnlər də ailələri ilə bölgəyə köçməli olacaqlar.
Beləliklə, separatçılar bu təxribatçı təklifləri vasitəsilə rusiyalı hərbçilərin bölgədə qalma müddətini uzatmağa çalışırlar.
Teref.az
 
 
 
Ardını oxu...
“Təəssüf ki, bölgəmizdə vəziyyət gərgin olaraq qalır”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

“Qeyd etmək istəyirəm ki, bizim regionda təbii ki, əsas məsələ Qarabağ nizamlanmasıdır. Təəssüf ki, biz Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında da gərginliyin artdığını görürük. Mən əminəm ki, siz Laçın dəhlizinin bu yaxınlarda bağlanmasından xəbərdarsınız. Qarabağda bununla bağlı böyük narahatlıq var. Ümid edirəm ki, bu gün biz regional təhlükəsizliyin bütün məsələlərini müzakirə edə biləcəyik”, - Paşinyan bildirib.
 

Dünyapress TV

Xəbər lenti