“Sabah”da ara qarışıb:
Son günlər "Sabah”ın futbol akademiyası ilə bağlı söz-söhbət futbol ictimaiyyəti arasında geniş müzakirə olunur.

Məlum olduğu kimi, paytaxt klubunun akademiyası Adino Mustedanaqiçə tapşırılıb. Xorvatiyalı koordinator vəzifəsində çalışır. Onun gəlişindən sonra "Sabah”ın akademiyasında problemlər, qalmaqallar bir-birini əvəz etməkdədir.

Aşağı yaş qrupları üzrə komandalarda narazılıqlar yaranıb. Valideynlər bildirilər ki, Adino Mustedanaqiç yerli uşaqlara qarşı heç də xoş münasibət göstərmir. Özünün komandaya gətirmədiyi futbolçulara təzyiq edir, onları sıxışdırır. Nəticədə çox sayda istedadlı gənc və yeniyetmə futbolçu akademiyanı tərk etməli olub.

U-19 və əvəzedici komandada vəziyyət daha acınacaqlıdır. Nəticə baxımından heç bir önəm kəsb etməyən yarışlarda çıxış edən bu komandalara legionerlər cəlb olunub. Yerli oyunçular yox, məhz onlar meydana çıxırlar.

Publika.az Mustedanaqiçlə bağlı qalmaqla səbəb ola biləcək məlumat əldə edib. Xorvatiyalı mütəxəssisin transfer fırıldağı ortaya çıxıb.

Bildirilir ki, bir müddət əvvəl "Sabah” "Qəbələ”dən gənc futbolçu transfer edib və bu keçidə görə qarşı tərəfə 20 min manat ödənilib. Lakin transferlə bağlı maraqlı məqam var.

Adino Mustedanaqiçin nəzarəti ilə reallaşdırılan bu transferdəki vəsait "Sabah”ın büdcəsindən çıxsa da, gənc futbolçunun valideyni də xərcə düşüb. Ondan da bu keçidə görə 20 min manat alınıb. Yəni "Qəbələ”yə ödənilən vəsaiti, əslində uşağın valideyni verib.

Bəs "Sabah”ın büdcəsindən çıxan 20 min manat hara və ya kimin cibinə gedib? Suallarımızı klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidova ünvanladıq. Onun cavabı belə oldu:

"Akademiyamızda bu cür halların baş verməsi mümkün deyil. Sorğunuzda konkret məlumatların yer almaması, məsələnin obyektiv şəkildə araşdırılmasını mümkünsüz edir. Klub olaraq, şəffaflıq prinsiplərinə sadiq qalaraq, hər zaman istənilən iddianı araşdırmağa hazırıq. Lakin bunun üçün konkret faktlar və sübutların təqdim edilməsi vacibdir”.

Ümumiyyətlə, Adino Mustedanaqiçin gəlişindən sonra "Sabah” akademiyasında vəziyyət heç də yaxşı deyil. "Vətən” Futbol Məktəbinin əsasında yaradılan akademiyada əvvəllər durum yaxşı idi. Valideynlər bura axışır, gənc futbolçular vəziyyətdən razılıq edirdilər. Bir müddət əvvəl ölkənin say-seçmə akademiyalarından biri olan "Sabah”da indi korrupsiya, rüşvətxorluqlar fonunda anarxiya hökm sürür.

Qeyd edək ki, "Qəbələ”dən "Sabah”a transferi qeyd edilən futbolçunun adı bizə məlumdur. Lakin onun gələcək karyerasına təsir etməmək və gənc futbolçunu təzyiqlərdən qorumaq üçün adını gizli saxlamaq məcburiyyətindəyik.

Bölmənin digər xəbərləri

13 Aprel 2025 Keçmiş futbolçu Əliyev Kiyevdə saxlanılıb
13 Aprel 2025 “Beşiktaş” “Başakşəhər”lə bacarmadı
12 Aprel 2025 Şimali Koreya ilə qonşuluq: AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
11 Aprel 2025 Alisson Bekerin Türkiyə nəhənginə transferi baş tutmadı - SƏBƏB
10 Aprel 2025 UEFA Çempionlar Liqası: PSJ və “Barselona” əzmkar qələbə qazanıblar
09 Aprel 2025 Deklan Rays "Real Madrid"ə vurduğu qollarla adını Çempionlar Liqasının tarixinə yazdırdı
08 Aprel 2025 Dünya bu matçdan danışır - 120 min azarkeş
07 Aprel 2025 Mövsümün ilk qələbəsi Yaponiyada gəldi
07 Aprel 2025 Bəhram Rəcəbzadə rəqibini 3 dəfə nokdaun etdi - DÖYÜŞÜN TAM VİDEOSU
06 Aprel 2025 Mourinyonun qovulması “Fənərbağça”ya baha başa gələ bilər - Təzminat məbləği məlum oldu
06 Aprel 2025 Mourinyonun cəzası bəlli oldu
05 Aprel 2025 UEFA Mbappeni cəzalandırdı
04 Aprel 2025 "Fənərbağça" bəyanat yaydı: Mourinyo və Okan Buruk arasında yaşananlar...
03 Aprel 2025 Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda məğlub oldu
02 Aprel 2025 Qurban Qurbanovdan hakimə etiraz: planşeti təpiklə sındırdı - ANBAAN VİDEO
02 Aprel 2025 İngiltərə Premyer Liqası: "Arsenal" azarkeşlərini sevindirdi
01 Aprel 2025 İngiltərə Kubokunda yarımfinalçılar bəlli oldu
31 Mart 2025 İspaniya La Liqası: "Barselona" "Jirona"nı darmadağın etdi
31 Mart 2025 Ançelotti Arda Güleri təriflədi
30 Mart 2025 Dünyanın ən bahalı futbolçularından ibarət rəmzi komanda bəlli oldu

Dünyapress TV

Xəbər lenti