Hakimə (məhkəmə tərkibinə) etiraz etmə ləğv olunub?
Xumar Mərdanova, Vahid Sadıqov , Sabit Bəhrəmzadə üçlüyünə etiraza baxılmır
Məhkəmə icraatının əsas prinsiplərindən biri hakimə (məhkəmə tərkibinə) etiraz etmək
hüququdur. Bu hüquq MPM-də də təsbit olunub, CPM-də də , İPM-də. Hələ Ali Məhkəmə
Plenumu bu sahədə məhkəmə təcrübəsinin vahidliyi prinsipini də formalaşdıran
“Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi
haqqında” Qərarını qəbul edib. Qərarın 6-cı bəndinə görə, məhkəməyə daxil olmuş etiraz
etmə barədə ərizələrə DƏRHAL baxılmalı və müvafiq qərar qəbul edilməlidir. Etirazlara
müvafiq məhkəmə sədrlərinin baxmalı olması da qanunvericiliyin tələbidir. Di gəl,
məhkəmələr, məhkəmə sədrləri prosessual qanunvericiliyə yox, qeyri-prosessual
sifarişə üstünlük verib, obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə
şərait yaradan etiraz etməni gözdən və qüvvədən salırlar.
Bu sətirlərin yazarı 1-ci dərəcəli Qarabağ əlilinin Novruz axşamında Bakı Apellyasiya
Məhkəməsinin Xumar Mərdanova, Sabit Bəhrəmzadə və Vahid Sadıqovdan ibarət
üçlüyünün MƏHKƏMƏYƏ MÜRACİƏTİNƏ görə 400 manatlıq cərimə qərarı ilə “təltif
olunmasından” media bilgi verib. Qərarın antikonstitusionluğu, absurdluğu bir yana,
məhkəmənin icra vərəqəsinin qərardan öncə qəbul edilməsi də suallar doğurur.
Necə olur, 1-ci dərəcəli Qarabağ əlilinin xeyrinə 7 (!) qanuni qüvvəyə minmiş məhkəmə
aktlarının heç biri üzrə onlarla illərdir icra vərəqi verilmir, amma saxta cərimə qərarı
qərardan qabaq icraya yönəldilir?
Mövzudan uzaqlaşmayaq, Xumar Mərdanovanın sədri olduğu heyətin təkcə elə bu
cərimə qərarı etiraz üçün əsasdır. Nizami məhkəməsinin (h. Qumru Əliyeva) cavabdeh
“Azəriqaz”ın sifarişi ilə istehlakçı hüququnun pozulması, 17 ildir xidmətdən
imtinasına görə qaldırılan iddianı 5 aydan sonra “kommersiya mübahisəsi” aidiyyatı”
üzrə göndərməsindən şikayətə də Bakı Apellyasiya Məhkəməsinin eyni heyəti təyin
olunub. Özü də cərimə qərarının qəbul edildiyi gündə. Təbii ki, bu heyətin qərəzsiz,
obyektiv olmayacağı məhkəməyə müraciətə görə iddiaçı 1-ci dərəcəli Qarabağ əlilini 400
manat cərimə etməsindən şübhə doğurmur. Di gəl, heyətə etiraza yenə baxılmayıb və
aşağı instansiyanın sifarişli aktı qüvvədə saxlanılıb. Onu da vurğulayaq ki, heyətin
içindəki Vahid Sadıqova ayrıca etiraz edilib. “Bakcell”ə qarşı işdə Vahid Sadıqovun əlilistehlakçının məhkəmə tərkibinə etirazını “dayangörək” “aktı” ilə cavablandırmasına
7 aydır qiymət verilmir. Bəyəm MPM-də “dayangörək” aktı yazılıb? Yoxsa, məhkəmənin öz
“rüşvət məcəlləsi” var?
Ali dövlət hakimiyyəti başçılarına -Prezidentə, 1-ci vitse-prezidentə , MM sədrinə , Ali
Məhkəmənin, Məhkəmə Hüquq Şurasının sədrinə birinci instansiya və Bakı Apellyasoya
Məhkəməsinin qərəzli hakimliyindən şikayət edilib. Etiraza baxılmaması isə qərəzin,
ədalətsizliyin getdikcə şiddətlənməsinə gətirir. Məhkəmənin dövlət hakimiyyətinin üç
qolundan biri, hüquq qoruyucu orqan olmasını , deyəsən, bir çox məhkəmə hakimləri
unudub. Yoxsa yüksək HAKİM adını kənardan qeyri-prosessual sifarişə dəyişməzdilər...
Məğrur Bədəlsoy
 

Dünyapress TV

Xəbər lenti