Ardını oxu...
“Təəssüf edirik ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti müraciətlərimizə hələ də etinasız yanaşır”.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

“Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsinin yolverilməz olduğunu bir daha xatırladırıq.

Yenə də Rusiya Federasiyasının sülhməramlı kontingentini rəsmi məlumatlarında qeyd etdiyimiz yanlış ifadələrdən istifadə etməməyə çağırırıq.

Bir daha israrla bildiririk ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 30.11.2022-ci il tarixli rəsmi məlumatında "Dağlıq Qarabağ ərazisi" kimi qeyd olunan ərazi Qarabağ iqtisadi rayonudur, “Mardakert” və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları isə müvafiq olaraq AĞDƏRƏ və XOCAVƏNDDİR” - deyə, məlumatda vurğulanıb.
 
Ardını oxu...
DİA.AZ: - Noyabrın 29-u saat 18:25-dən noyabrın 30-u saat 00:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca, Gorus rayonunun Xəzinəvar və Burun yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə, Laçın rayonunun Hacılar yaşayış məntəqələri və Qaragöl istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə DİA.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bundan başqa, noyabrın 29-u saat 18:10-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Ardını oxu...
Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçəndən sonra ermənilər Xankəndi - Ermənistan istiqamətində salınan alternativ yoldan istifadə edirlər.

Narahatlıq doğuran məqam isə, rus sülhməramlılarının müvəqqəti nəzarətində olan və özbaşına dəhliz adı verilən alternativ yoldan ermənilərin daha çox təxribat üçün istifadə etmələridir.

Çünki, erməni terrorçular sülhməramlıların dəstəyindən ruhlanaraq təhlükəsizliyimizə təhdid törədən təxribat xarakterli addımlardan çəkinmirlər.

Belə olan halda ermənilərin Ermənistanla gediş-gəlişini təmin edən və təxribatlara şərait yaradan yolun Azərbaycanın nəzarətinə keçməsi hansı zaman kəsiyində mümkün görünür?

Politoloq İlyas Hüseynov mövzu ilə bağlı Baku TV-yə danışıb.

“Müddətin uzadılmaması ilə bağlı mövqeyimiz getdikcə güclənir”, - deyə politoloq qeyd edib.

Daha ətraflı süjetdə:

 
 
 
Ardını oxu...
Son günlərdə ermənilərin mövqelərimizi atəşə tutması intensivləşib.

Dünən də qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun Şuşa, Xocavənd, Xocalı və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyindən bildirilən məlumata əsasən, noyabrın 27-si saat 17:10-dan noyabrın 28-i saat 01:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca və Qaraiman, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə, Daşkəsən rayonunun Astaf və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bundan başqa, noyabrın 27-si saat 19:35-dən noyabrın 28-i saat 08:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Şuşa, Xocavənd, Xocalı və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub.

Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Görünən odur ki, ermənilər vəziyyəti bilərəkdən gərginləşdirməyə çalışırlar. Onların bunu etməkdə əsas məqsədinin nə olduğu isə sual altındadır.

Nəzərə almaq lazımdır ki, başda Nikol Paşinyan olmaqla, erməni rəsmiləri ilin sonuna qədər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağını bildirirdi. Lakin son proseslər isə onların bu niyyətdə olmadığının əyani sübutudur.

Hətta iş o yerə çatıb ki, qanunsuz erməni silahlıları rus sülhməramlılarının gözü qarşısında mövqelərimizi atəşə tutur, amma ruslar tərəfindən bununla bağlı heç bir tədbir görülmür.

Bu, sülh müqaviləsinin imzalanmasını yubatmaq, yoxsa Azərbaycanı müharibəyə sövq etmək cəhdidir? TEREF.AZ-ın məlumatına görə, ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Cebhe.info-ya açıqlamasında bildirib ki, son günlər baş verən proseslər artıq vəziyyətin dözülməz bir həddə çatdığını deməyə əsas verir:

“Məncə, Qarabağda növbəti antiterror əməliyyatı həyata keçiriləcək, çünki o qaçılmazdır. Hətta atəşkəsi pozanın da, atəşi açanın da ruslar olduğunu düşünürəm. Bunu tam əminliklə deyirəm. Əgər bunu ermənilər etsəydi, Rusiya Müdafiə Nazirliyinin həftəlik məlumatında göstərilərdi. Amma artıq 4 gündür ruslar özlərini qanmaz vəziyyətinə qoyaraq, ərazilərimizin adını səhv yazırlar.

Məsələ burasındadır ki, vəziyyətin gərginləşməsi rus sülhməramlılarına sərf edir. Buna görə də gərginlik yaradılır. Orada olan ermənilərin isə nail olacağı heç nə yoxdur, Azərbaycan hücuma keçərək onları yer üzündən silə bilər. Sözsüz ki, ermənilərin də günahı var, amma günahın əsas hissəsi məhz rus sülhməramlılarının üzərinə düşür. Onlar məqsədyönlü şəkildə təxribatlar törədirlər ki, guya burada olmasalar, tərəflər arasında müharibə olar”.

Ekspert əlavə edib ki, Azərbaycan rus sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxmasını gündəmə gətirməlidir:

“Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını yubatmağa və prosesləri uzatmağa çalışır. Yəni utanmadan və tərbiyəsizcəsinə məsələni gələcəyə saxlamaq istəyirlər. 2 il əvvəl həll olunmuş məsələyə ruslar niyə belə kobud şəkildə müdaxilə etdiklərini başa düşmürəm. Hesab edirəm ki, Rusiya öz çirkin niyyətlərini Ermənistanla birlikdə həyata keçirmək istəyir. Onların hansısa iş görəcəklərinə də ümid etmək lazım deyil”.
 
 
 
Ardını oxu...
Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsinə son qoyulmalıdır. Ümumiyyətlə, Azərbaycan ərazilərinin uydurma erməni toponimləri ilə ifadə olunması yolverilməzdir.

Bu fikirlər Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında yer alıb.
"Təəssüflə bildiririk ki, dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən narazılıq ifadə olunmasına baxmayaraq Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adlarının erməni toponimləri ilə qeyd olunması yenə də davam edir.

Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını yaşayış məntəqələrimizin adlarının onlara göndərilən rəsmi sənədlərə müvafiq şəkildə ifadə etməyə çağırırıq.

28.11.2022-ci il tarixində Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatında “Mardakert”, "Martuni", "Madagiz" və "Getavan" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq AĞDƏRƏ, XOCAVƏND, SUQOVUŞAN və QOZLUKÖRPÜDÜR", - açıqlamada qeyd edilir.
 
Ardını oxu...
Ya mövcud 900 gün ərzində təhlükəsizlik məsələsini həll edəcəyik və bir yol tapacağıq ki, Qarabağda insanlar özlərini tənha və tərk edilmiş hiss etməsinlər, öz gələcəklərini burada görsünlər, ya da erməni dünyasının əsas sütunlarından birini itirəcəyik.

Teref.az xəbər verir ki, bu barədə seperatçı qurumun “dövlət naziri” Ruben Vardanyan videomüraciətində bildirib. Onun müraciətinin mətnini təqdim edirik:

“İnsanların heç nə edə bilməyəcəyini söyləməsi mənim üçün qəbuledilməzdir. Ola bilsin ki, siyasətçi, dövlət qurumunun əməkdaşı kimi heç nəyi dəyişə bilməzsən, amma bir erməni kimi, bir insan kimi…

İndiki müharibəmiz vətənpərvərlikdir. İrəvanda kimi və nəyi izləyirsiniz, nəyi müzakirə edirsiniz, bilmirəm, amma bizdə vətən müharibəsi gedir.
Ermənistan vətəndaşı, diaspora (nə istəyirsən deyərsən), qarabağlılar təhlükədədir və biz bunu öz biganəliyimizlə ən böyük təhlükəyə çeviririk. Bunu vurğulamaq istəyirəm, üzr istəyirəm, bəlkə də çox emosionalam, amma indiki böhranda dürüst olmağımızı, bir-birimizin gözünün içinə baxmağı və birbaşa danışmağımızı istəyirəm.

Bizim yalana haqqımız yoxdur, biz hər şeyi adı ilə deməliyik. Bizdə böhran var. Ya mövcud 900 gün ərzində təhlükəsizlik məsələsini həll edəcəyik və bir yol tapacağıq ki, Qarabağda insanlar özlərini tənha və tərk edilmiş hiss etməsinlər, öz gələcəklərini burada görsünlər, ya da biz erməni dünyasının əsas sütunlarından birini itirəcəyik”.moderator
 
 
 
Ardını oxu...
“Azərbaycanın Qarabağa status verməkdən imtina etməsi müharibəyə bərabər arqument hesab olunur”.

Teref.az xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.

“Mənim Qarabağın “xarici işlər naziri” təyin olunmağım xəbərinə Azərbaycanın reaksiyası məlumdur. Son günlər Azərbaycan mediasında da xəbər və şərhlərin əsas mövzusu Qarabağda revanşist “hökumət”in qurulmasıdır.

Müharibənin “qisası” yeni müharibəyə çevrilməlidir. Qarabağ xalqının öz müqəddəratını təyin etməsinin müzakirəsi haqlı olaraq müharibəyə bərabər arqument hesab olunur.

Hamıya məlumdur ki, Qarabağ heç vaxt müstəqil Azərbaycanın tərkibində olmayıb. Sadəcə Sovet Azərbaycanının bir hissəsi olub və Azərbaycan öz konstitusiyası ilə həmin dövrü qeyri-legitim elan edib.

1991-ci ildə Qarabağın muxtariyyətini ləğv edilməsi böyük “səhv” idi.

Azərbaycan Qarabağ xalqının öz müqəddəratını təyin etməsi ilə bağlı mənim mövqeyimi bilir.

Bu gün Azərbaycanın Qarabağ ermənilərinə, hətta öz tərkibində belə muxtariyyət statusu verməkdən imtina etməsi bizə güclü hüquqi və siyasi alətlər toplusunu təmin edir.

Erməni tərəfi güc tətbiqindən istifadəyə hazır deyil, həm də nəzəri müharibədən qaçmaq üçün istənilən güzəştə getməyə hazırdır. Erməni tərəfi demək olar ki, Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququ ilə bağlı arqumenti səsləndirməyib.

Belə bir gündəliyə malik hüquqi vahidin hətta tanınmamış Qarabağda da yaradıla biləcəyi faktı və Qarabağ xalqının öz müqəddəratını təyinetmə məsələsi yenidən gündəmə gələcək”, – deyə Oskanyan sərsəmləyib.konkret
 
 
 
Ardını oxu...
Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb

Noyabrın 27-si saat 15:45-dən saat 16:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, bundan başqa, noyabrın 27-si saat 11:30-dan 16:20-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam, Xocavənd və Tərtər rayonları istiqamətlərində yerləşən mövqeləri də yenidən atəşə tutulub.

Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
 
Ardını oxu...
Ermənistan Qərbin vasitəçiliyi ilə davam edən sülh prosesini açıq-aşkar pozur və Azərbaycanı yeni hərbi əməliyyatlara sövq edir. Bu nəticəyə gəlmək üçün Baş nazir Nikol Paşinyanın ötən ayın əvvəlində (6-7 oktyabr) Praqada keçirilmiş dördtərəfli görüşdən sonrakı siyasi trayektoriyasına, eyni zamanda, bölgədə cərəyan edən proseslərə diqqət etmək kifayətdir. Ay yarımlıq zaman kəsiyində sülh ritorikası əhəmiyyətli şəkildə deformasiyaya uğrayıb, onu yerini N.Paşinyanın təhrikedici bəyanatları tutub.

Beləliklə, sözügedən müddətdə nə baş verib:

Avropa İttifaqı Azərbaycanla razılaşdırmadan Ermənistanın dövlət sərhədinə 40 nəfərlik müşahidəçilər göndərib və onlara geniş səlahiyyətlər verib;

ATƏT-in müşahidə missiyası eyni qaydada sərhəddə gələrək monitorinqlər keçirib;

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi İrəvana gəlib və Ermənistana siyasi dəstəyini ifadə edib;

Rusiya Prezidenti Vladimir Putin Valday” diskussiya klubunda sülh sazişinin ertələnməsi, Qarabağdakı separatçı qurumun möhkəmləndiirlməsini ehtiva edən bəyanatlar verib. Nikol Paşinyan Putinin bütün təkliflərinə dəstəyini bəyan edib;

Fransa, Hindistan Ermənistana silah satışı həyata keçirməyə başlayıb, İran bu məsələdə ötürücü funksiya həyata keçirib;

İranın Azərbaycana qarşı hərbi təcavüz hədələri fonunda Nikol Paşinyan Tehrana səfər edib və Azərbaycan əleyhinə çağırışlar edib;

Xankəndidə Ermənistanın və Rusiya sülhməramlılarının fəal dəstəyi ilə Azərbaycana qarşı çoxminlik etiraz mitinqi keçirilib;

Rusiyanın emissarı, milyarder Ruben Vardanyan Xankəndiyə gəlib və Qarabağ ermənilərinin Azərbaycanın tərkibində olmasının mümkünsüz olduğunu bəyan edib;

Soçidə keçirilən üçtərəfli görüşdə Azərbaycan Prezidenti Rusiya rəhbərinin bütün təkliflərinə “yox” deyib və görüş nəticəsi başa çatıb;

Nikol Paşinyan Azərbaycanı hərbi təcavüzdə, Qarabağ ermənilərinə qarşı soyqırımı hazırlamaqda ittiham edib;

Fransa Senatı Azərbaycan əleyhinə – Bakının neft-qaz satışına sanksiya tətbiq edilməsini, Qarabağın müstəqilliyinin tanınmasını, və s. qondarma tələbləri nəzərdə tutan qətnamə qəbul edib;

Azərbaycan Qarabağdakı erməni silahlı birləşmələrinin qalmasının, Laçın dəhlizindən silah-sursat daşınmasının yolverilməz olduğunu bəyan edib;

Nikol Paşinyan KTMT-nin İrəvan sammitində Azərbaycanın tələblərini icra etmək niyyətində olmadığını, bu tələblərin əsassız olduğunu bəyan edib;

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın Qarabağa silah göndərmək üçün Laçın dəhlizindən istifadə etdiyini, bu addımın əvvəllər əldə edilmiş razılaşmalara zidd olduğunu və Azərbaycanın bundan ötrü lazımi addımları atacağını bəyan edib;

Ay yarımdır Azərbaycan-Ermənistan sərhədində, habelə Qarabağdakı təmas xəttində silahlar susmur;

Və kulminasiya!

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən konfransda bildirib:

“Brüssel görüşü dekabrın 7-də olmalı idi. Amma axşam Hikmət Hacıyev mənə bildirdi ki, onunla Şarl Mişelin ofisindən əlaqə saxlayıblar. Deyiblər ki, Paşinyan Fransa Prezidenti Makronun iştrak edəcəyi təqdirdə görüşə razıdır. Bu o deməkdir ki, görüş olmayacaq”.

Beləliklə, Paşinyan Brüssel prosesini pozdu. Hadisələrin xronologiyası bölgədə irimiqyaslı hərbi toqquşmaların baş verməsi üçün zəmin yarandığını göstərir. Əsas sual ondan ibarətdir ki, 13-14 sentyabr döyüşlərində 500-ə yaxın hərbçi itirən (210 ölü, 287 yaralı), strateji hərbi yüksəklikləri əldən vermiş Ermənistana yeni hərbi avantüra nəyə görə lazımdır? Azərbaycan bölgəyə havadan və yerdən ciddi nəzarət edir, böyük hərbi qüvvəyə və müasir silahlara malikdir. 44 günlük müharibənin ağır yaralarından özünə gələ bilməyən erməni ordusunun ona müqavimət imkanı demək olar ki, yoxdur. Şübhəsiz ki, Paşinyan Azərbaycanı təhrik etdiyi toqquşmada üstünlük qazanacağına dair illüziyaya qapıla bilməz. O zaman başqa məqsədlər, başqa hesablar var.

Məsələn, Ermənistan rəhbərliyində əminlik var ki, Azərbaycan Avropa İttifaqının və ATƏT-in müşahidəçilərinin varlığını nəzərə alıb, Ermənistanla şərti dövlət sərhədindən zərbə endirməyəcək. Bu dəfə Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdəki hərbi qruplaşmalar havadan və artilleriya qurğularından atəşə məruz qala bilər. Daha sonra Laçın dəhlizinə hərbi qüvvələr yeridib, nəzarəti təmin edəcək.

Məlumdur ki, Azərbaycan rəhbərliyinin ritorikasında da hədəf bu istiqamət göstərilir. Ermənistanın təmas xəttində 2021-ci il istehsalı olan minalar döşəməsi, Laçın dəhlizindən hərbi texnika daşıması, Qarabağdan qanunsuz silahlı birləşmələrin çıxarılmaması, nazir Ceyhun Bayramovun təbirincə desək, zəruri tədbirləri qaçılmaz edər. İrəvanda ümid edirlər ki, bu toqquşmada Azərbaycan hərbi üstünlük, yeni mövqelər qazansa belə, Rusiya və Qərblə açıq qarşıdurmaya sürüklənə bilər.

Birincisi, Rusiya-Azərbaycan münasibətləri gərgindir, rəsmi Bakı separatçıların hərbi fəaliyyətlərinə görə həm də Moskvanı ittiham edir. Kreml bu əməliyyatlara səssiz qalmayacaq, bu da Şimaldan Azərbaycana qarşı təzyiqləri artıracaq.

İkincisi, Fransa dərhal hərəkətə keçəcək, Makron hökuməti noyabrın 16-da Senatın qəbul etdiyi anti-Azərbaycan qətnaməni dəstəkləyəcək və Bakıya qarşı siyasi, iqtisadi sanksiyaların yolu açılacaq. Nəticə etibarı ilə Ermənistana və Xankəndidəki separatçı quruma Qərbdən və Rusiyadan dəstək artacaq.

Azərbaycan da bu perspektivi proqnozlaşdırır, son həftədə Prezident İlham Əliyevin Avropa ölkələrin səfərləri həm də gözlənilən hücumları neytrallaşdırmaq üçün müttəfiqlərlə məsləhətləşmələrin aparılması ilə bağlı ola bilər.

Əlbəttə, Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi elə də asan deyil. Əvvəla, bu ilin iyunun 18-də Azərbaycanla qaz sazişinə dair memorandum imzalamış Avropa Komissiyasının bunun əleyhinə çıxacağı şübhəsizdir.

İkincisi, İtaliya, Bolqarıstan, Rumıniya, Monteneqro kimi ölkələr də anti-Azərbaycan qərarlarına dəstək verməsi ağlabatan deyil.

Üçüncüsü, ABŞ-ın mövqeyi fərqlidir, Soçi görüşündən sonra keçirilən Blinken-Paşinyan danışıqlarında Dövlət katibi onun Putininin mövqeyi ilə səsləşən ritorikasından ciddi narazılıq edib.

Bakının preventiv hazırlığı Qarabağda cəzalandırma tədbirlərini həyata keçirməkdə qərarlı olmasından xəbər verir. Cəmiyyətdə də belə bir əməliyyatların həyata keçirilməsi, xüsusən Laçın dəhlizinə nəzarətin təmin edilməsinə dair çağırışlar var. Müxalifət liderləri, ekspertlər, deputatlar mütəmadı olaraq mediada belə çıxışlar edib.

Erməni cəmiyyəti nə istəyir, Paşinyana sülh üçün verilmiş mandatın etibarlılıq müddəti nə qədərdir, bunlar hələ aydın deyil. Amma Paşinyanın avantürası hərbi qarşıdurmaya gətirib çıxaracaqsa, tezliklə Ermənistanda da ab-hava kəskin dəyişəcək.pressklub/
 
 
 
Ardını oxu...
Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirin iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri də yer alıblar. Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib və iştirakçıların suallarını cavablandırıb.

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunub. Xüsusilə bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Ölkə başçısı çıxışı zamanı Zəngəzur dəhlizi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib. Prezident açıq şəkildə qeyd edir ki, biz sülh istəyirik: “Biz ərazilər istəmirik və müharibə arzulamırıq. İstəsəydik, bunu edərdik”.

Ölkə başçısı həmçinin bildirib: “Rusiya rəsmiləri ilə sonuncu söhbətim zamanı Zəngəzur dəhlizini müzakirə etdik. Düşünmürəm ki, Ermənistan bu dəhlizin qarşısını almağa qadirdir”.
Prezidentin bu sözlərindən çıxan ümumi nəticə belədir:

1. Azərbaycan Zəngəzur dəhlizinin reallaşdırılmasını istəyir və bu məsələdə Rusiya ilə fikir mübadiləsi aparılıb.

2. Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur.

3. Ermənistan dəhlizin qarşısını almağa çalışsa, qarşısında həm də Rusiyanı görəcək.

Türkiyə-Ermənistan münasibətlərinin normallaşması

Prezident çıxışı zamanı bildirib ki, biz istəyirik ki, Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesləri paralel şəkildə getsin. “Hazırda biz Ermənistanın ritorikasında dəyişikliklər görürük. İndi onlar deyirlər ki, Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirlər. Biz bunu dəstəkləyirik. Biz istəyirik ki, bu iki proses – Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması paralel aparılsın”, – deyə dövlətimizin başçısı qeyd edib.
Göründüyü kimi, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında Azərbaycan heç bir maneçilik törətmir, əksinə, bunu dəstəkləyir. Hətta prosesin Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə paralel olmasını təklif edir. Bu həm də İrəvanın “Azərbaycan-Türkiyə ilə münasibətlərin normallaşmasına mane olur” tezisini də çürüdür.

“İki bacı ilə bir görüşdən” imtina

Prezident qeyd edib ki, Şarl Mişelin ofisindən ötən gün Prezidentin köməkçisi Hikmət Hacıyevə zəng edilib, bildirilib ki, Nikol Paşinyan görüşə yalnız Fransa Prezidenti Makronun iştirak edəcəyi təqdirdə razıdır. Prezident isə bu cür “şərtli” görüşdən imtina edib.

Aydın məsələdir ki, Fransa Prezidenti Emmanuel Makron Şarl Mişelin ofisindən Prezidentin köməkçisi Hikmət Hacıyevə zəng edilməsini xahiş edib. Görünür bundan öncə Prezident İlham Əliyev regiona heç bir aidiyyəti olmamasına baxmayaraq, görüşdə iştirakına razılıq verməsi Makronu cəsarətləndirib.
Buna baxmayaraq ölkə başçısı açıq şəkildə bildirdi ki, 7 dekabr görüşü baş tutmayacaq və biz digər alternativləri nəzərdən keçirəcəyik. Ümumiyyətlə Praqada baş tutan dördlü görüşün ardınca Emmanuel Makronun Azərbaycan əleyhinə tutduğu mövqe onun vasitəçi deyil, “ikinci Paşinyan” kimi görüşə qatıldığını göstərir. Prezident isə “bir görüşdə iki bacı ilə” üz-üzə oturmayacağının mesajını vermişdi. Bu gün də bunu bir daha təkrarlamış oldu.

İranın üç keçmiş prezidenti

Prezident İlham Əliyevin çıxışı zamanı ən diqqətçəkən məqamlardan biri də İranla bağlı dedikləri oldu.

Birincisi, prezident İranın üç keçmiş prezidenti – Hatəmi, Əhmədinejad və Ruhaninin adını çəkərək mövcud İran-Azərbaycan münasibətlərinin pisləşməsində müqəssir olaraq İranı göstərir.
Prinsip etibarilə bu belədir. Yəni rəsmi Bakı həqiqətən də İranla münasibətləri korlamaq istəsə idi prezidentin dediyi kimi Hatəmi, Əhmədinejad və Ruhaninin prezidentlik müddətində bunu edərdi. Əgər münasibətlər məhz indi pozulursa, bu, rəsmi Bakının deyil, Tehranın ucbatndan baş verir.

İkincisi, ölkə başçısı açıq şəkildə bildiri: “Biz onlardan qorxmadığımızı nümayiş etdirmək üçün İranla sərhəddə hərbi təlimlərə başlamağa məcbur olduq”. Yəni rəsmi Bakı hərbi təlimləri keçirərək faktiki olaraq İranın Araz çayı boyunca keçirdiyi hərbi təlimlərə cavab verdiyini elan edir.

Üçüncüsü, Prezident “biz öz həyat tərzimizi, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların dünyəvi inkişaf vektorunu qorumaq üçün əlimizdən gələni edəcəyik. Onlar bizim xalqımızın bir parçasıdır” deyib.

Ümumiyyətlə, ölkə başçısı son çxışlarında tez-tez İran ərazisində yaşayan azərbaycanlıların məsələsinə yer verir. Bakı İrandakı azərbaycanılıların yanında olduğunu göstərərək Tehrana yumşaq mesaj verir: “İranda yaşayan azərbaycanlıların hüquqları məsələsi İranın daxili işidir” dövrü geridə qalmaq üzrədir.
Prezidentin bu sözləri həm də Azərbaycanın xarici siyasətində Cənubi Azərbaycan məsələsinə daha çox yer verəcəyinin elanıdır. Rəsmi Bakı faktiki olaraq cənubi azərbaycanlıların müdafiəsini üzərinə götürür.

Nəticə etibarı ilə demək olar ki, İran-Azərbaycan münasibətlərində yaşanan gərginlik epizodik xarakter daşımır. Rəsmi Bakı bundan sonra İranla münasibətlərə ehtiyatlı yanaşmayacaq.

Turan Rzayev
Globalinfo.az
 
 
 

Dünyapress TV

Xəbər lenti