Ardını oxu...
“Laçın dəhlizində 12 gündür davam edən aksiyanın nəticələrini ümumiləşdirsək, birmənalı olaraq qeyd edə bilərik ki, Azərbaycan ilk məqsədinə nail olub. Artıq dəhliz yoxdur, adi yol var”. DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu fikirləri Ermənistanın siyasi fəallarından olan Avetis Babacanyan “Hraparak” qəzetində yazıb.

Onun sözlərinə görə, Azərbaycan Laçın dəhlizinə nəzarəti də bərpa edib. “Düzdür, bir müddət sonra yolu açacaqlar. Lakin Azərbaycanın güc strukturlarının nümayəndələri yola nəzarətdən əl çəkməyəcəklər”.

Babacanyan deyir ki, Azərbaycan uzun müddətdir Laçın dəhlizinə nəzarəti bərqərar etməyə çalışırdı. Lakin Ermənistanın müqaviməti sayəsində bu baş tutmurdu. “Qarabağdakı ermənilər bildirirdi ki, əgər azərbaycanlılar yola nəzarət etsələr, bu, Qarabağda yaşayanlara pis təsir edəcək. Ardından isə Qarabağdak kütləvi köç başlayacaq”.

Erməni siyasətçi onu da qeyd edir ki, Laçın dəhlizinə nəzarət edən Rusiya sülhməramlıları da başa düşürdülər ki, əgər onlar yola nəzarəti Azərbaycanla bölüşsələr, onların rolu xeyli azalacaq və mövcudluqları mənasız olacaq. “Təsəvvür edin ki, rus əsgəri kiməsə o yolu keçməyə icazə verir, Azərbaycan isə bundan imtina edir. İndi ruslar yola nəzarəti tamamilə itiriblər. Onlara təsəlli verə biləcək yeganə şey odur ki, azərbaycanlılar hələ də rusların öz qoşunlarını lazımi ərzaq və yanacaqla təmin etməsinə mane olmurlar. Ya Rusiya Qarabağa görə, Azərbaycan-Türkiyə ilə münaqişəyə girmək istəmir, ya da başqa razılaşmalar var”.

Babacanyan bildirir ki, yaxın günlərdə yol açıldıqdan sonra isə Qarabağ erməniləri seçim qarşısında qalmalı olacaqlar. Onun sözlərinə görə, yeni təklif bu olacaq ki, rus sülhməramlılarının nəzarəti altında Ermənistana gedib-gələ bilərlər. “Bu isə o deməkdir ki, ermənilər hərkət edərkən, maşınlarını saxlamalı, yük yerini açmalı, pasport təqdim etməlidirlər. Nəticədə, onlar da azərbaycanlıların nəzarəti altında maşın sürməyə razılaşacaqlar və razılaşmayanların isə seçimi olacaq: Qarabağı birdəfəlik tərk etmək və bir daha o yolla hərəkət etməmək”.

Erməni müəllif hesab edir ki, Azərbaycan yolu bağlamaqla ekoloji problemidə həll etmiş olub. “Qarabağda yerləşən mədənlər çətin ki, bundan sonra istismar olunsun. Çünki çıxarılan konsentratın Ermənistana daşınması ehtimalı azdır. Qarabağ boşaldıqdan sonra isə azərbaycanlılar mədənlərə tam nəzarət edəcəklər”.

Babacanyan bir məsələ barəsində danışıb. O deyib ki, Ermənistan hökuməti heç bir şəkildə vəziyyətə müdaxilə etmir. Onun rəyinə görə,İrəvan bununla Qarabağın Azərbaycanın daxili məsələsi olması mövqeyindən çıxış edir və eyni zamanda bunu humanitar məsələ hesab edir. “Azərbaycanın Laçın dəhlizinə, insanların və malların daşınmasına nəzarət etməsi Paşinyan üçün sərfəlidir. O, ümid edir ki, bundan sonra Azərbaycanın Ermənistandan Naxçıvana qoşulmaq üçün dəhliz tələb etməyə daha legitim haqqı olmayacaq. İndiyədək Azərbaycan və Türkiyə Ermənistan ərazisindən keçən dəhlizin Laçın dəhlizi ilə eyni hüquqi statusa malik olacağını tələb edirdi. Bununla da Paşinyanın “Qarabağı verdik, amma 29 min kvadrat km ərazimizi qoruduq” tezisi də yalan çıxacaq”.
Ardını oxu...
Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın Laçın yolundakı vəziyyətlə bağlı müraciətilə əlaqədar qərarını açıqlayıb.

Strasburq məhkəməsinin qərarına əsasən, Azərbaycan ağır xəstələri və evsiz qalanları Laçın dəhlizilə Qarabağdan Ermənistana buraxmalıdır.

Ermənistan yolun açılmasını tələb edib, lakin Azərbaycan Laçın dəhlizinin Rusiya sülhməramlılarının nəzarətində olduğunu bildirib.

“Məhkəmə, hazırda “Laçın dəhlizi”ndəki duruma Azərbaycan hökumətinin nə dərəcədə nəzarət etməsinin mübahisəli olmasına, durumun aydın olmamasına, əlavə olaraq, 9 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatın 6-cı maddəsi üzrə Azərbaycanın üzərinə götürdüyü “Laçın dəhlizi” ilə hər iki istiqamətdə hərəkət edən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə təminat vermək” öhdəliyini qeyd edib. Konvensiyadan irəli gələn öhdəlikləri xatırladan məhkəmə, öz reqlamentinin 39-cu qaydasına əsasən, tərəflərin mənafeyi və qarşıdakı proseslərin uyğun şəkildə aparılması naminə, Ermənistanda müalicə almağa ehtiyacı olan ağır xəstələrə, sığınacağı və dolanışığı olmayıb yolda qalan digər şəxslərə “Laçın dəhlizi” vasitəsilə təhlükəsiz keçidi təmin etmək üçün Azərbaycan hökumətinə yurisdiksiyasına daxil olan bütün tədbirləri görməyi bildirmək qərarı verib”, – Avropa İnsan Hüquqları Məhkəməsinin məlumatında deyilir.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının Monitorinq qrupunun rəhbəri Xalid Ağaliyev bildirib ki, Avropa məhkəməsi dəhlizə Azərbaycanın nəzarət etməsinin mübahisəli olduğunu qeyd edib, dolayısı ilə nəzarəti Rusiya sülhməramlı qüvvələrinin həyata keçirdyini ifadə edib.

“Məhkəmə qərarını ona məlum olan halların işığında elan edir. Məhkəməyə təqdim edilən bilgilərdə ərizəçi tərəf, məhz Azərbaycanın dəhlizi 14 dekabr tarixdən blok etdiyini iddia etmişdi. Azərbaycan təkzib edib, dəhlizin Azərbaycanın yox, Rusiyanın nəzarətində olduğu ifadə edib. Bu bilgilərin fonunda məhkəmənin qərarının mənası budur ki, ehtiyacı olan qrupların dəhlizdən maneəsiz istifadəsinə yurisdiksiyanız, imkanlarınız daxilində imkan yaradın. Bu aspektdə Azərbaycan baxımından hər hansı problem görünmür”, – ekspert deyib.

“Dəhliz ətrafında aksiya keçirən ekofəallar və vətəndaş cəmiyyəti nümayəndələri onsuz da Dağlıq Qarabağdan Ermənsitana gedən təcili tibbi avtomobillərə, həmçinin humanitar yüklər aparan təchizat avtomobillərinin hərəkətinə hər hansı maneçilik törətməyib. Azərbaycan hökuməti də ərazidəki adamların humanitar ehtiyaclarını ödəməyə hazır olduğunu bildirib”,- o deyib.
 
 
 
Ardını oxu...
Qarabağ tamamilə Azərbaycanın nəzarətinə keçənə qədər belə toqquşmalar vaxtaşırı baş verəcək

Laçın dəhlizində, Rusiya sülhməramlılarının Qarabağdakı müvəqqəti məsuliyyəti zonasında Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələrinin etiraz aksiyası davam edir. Və hələ ki, Rusiya tərəfi etirazçıların tələblərini yerinə yetirməyib.

Məlum olduğu kimi, dekabrın 3-də və 7-də Qarabağ bölgəsində müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə Azərbaycanın müxtəlif strukturlarının nümayəndələri arasında danışıqlar aparılıb. Tərəflər belə bir qərara gəliblər ki, dekabrın 10-dan İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Əmlak Xidməti və “AzerGold” QSC-nin mütəxəssisləri Azərbaycanda faydalı qazıntı yataqlarının qanunsuz istismarı faktlarının yoxlanılmasına başlaya biləcəklər. Əsas tədqiqat obyektləri Qızılbulaq qızıl yatağı və Dəmirli mis-molibden yatağıdır.

Amma dekabrın 10-da Azərbaycan nümayəndələri bu ərazilərə, ümumiyyətlə, baş çəkə bilməyiblər. Onların yolunu aqressiv əhval-ruhiyyəli naməlum erməni dəstələri kəsib, sülhməramlılar isə həmin dəstənin ərazini tərk etməsi üçün heç bir iş görməyiblər.

Bundan sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Moskvaya müvafiq nota təqdim edib, daha sonra Laçın dəhlizinin Şuşa hissəsində azərbaycanlı ictimai fəalların etiraz aksiyası başlayıb.

Paralel olaraq, sülhməramlılar etirazçıların qarşısında maneələr quraraq, onların Xankəndi istiqamətində hərəkət etməsinə mane olublar.

Sonra aksiya iştirakçıları sülhməramlıların qarşısında əlavə tələblər irəli sürüblər:

– Ermənistanla dövlət sərhədində – Laçın dəhlizinin girişində Azərbaycan qanunvericiliyinə uyğun fəaliyyət göstərəcək sərhəd-keçid məntəqəsi quraşdırılmalıdır.

– Sülhməramlıların müvəqqəti məsuliyyət zonasında Rusiya-Azərbaycan birgə patrulu həyata keçirilməlidir.

– Sülhməramlıların müvəqqəti məsuliyyət zonasında Azərbaycanın bütün dövlət strukturlarının, o cümlədən Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin nəzarəti bərpa edilməlidir.

Maraqlıdır ki, aksiyanın dinc xarakter daşımasına baxmayaraq, Ermənistan tərəfi Azərbaycanın guya Qarabağın erməni əhalisini blokadaya alması barədə yalanlar yayır. Amma eyni zamanda, sülhməramlıların və Qırmızı Xaç Cəmiyyətinin avtomobilləri dəhlizlə hər iki istiqamətdə maneəsiz hərəkətini davam etdirir.

Maraqlıdır, Azərbaycan tərəfi məqsədinə, daha doğrusu, öz ərazisində nəzarət postlarının yaradılmasına nail ola biləcəkmi? Axı yalnız bu halda Ermənistan hərbçilərinin, silah-sursatın, eləcə də Qarabağ ermənilərinə ağılsız ümidlər verən bəzi separatçı düşüncəli xarici siyasətçilərin Azərbaycan torpaqlarına qanunsuz soxulmasının qarşısını almaq mümkün olacaq.

Tanınmış xarici ekspertlər baş verənlərlə bağlı fikirlərini Press Klubla bölüşüblər.

“Azərbaycanın problemi həll etməyinin, tam həll etməyinin vaxtı çatıb”, – tarix elmləri doktoru, Effektiv Siyasət İnstitutunun (Kişinyov) direktoru Vitali Andriyevski deyir.

Onun fikrincə, təzyiqi davam etdirmək lazımdır. Ancaq bu vəziyyətdə əsas şey “qırmızı xətti” keçməməkdir. “Burada baş verən hadisələrin informasiya təminatı çox vacibdir. Özü də informasiya təminatı təkcə Azərbaycan ərazisində deyil, həm də Avropada, ABŞ-da olmalıdır. İndi ərazi bütövlüyü uğrunda mübarizə dəbdədir (Ukrayna) və bu fürsətdən istifadə edilməlidir” – deyə ekspert bildirir.

Qazaxıstanlı politoloq Kazbek Beysebayev qeyd edir ki, imzalanmış müqaviləyə əsasən, Rusiya sülhməramlı qüvvələrinin Qarabağ bölgəsində qalma müddəti beş ildir. Yəni, onlar 2025-ci ilə qədər orada qala bilərlər.

“Ancaq onu da qeyd etmək lazımdır ki, tərəflərdən heç biri bu müddətin bitməsinə 6 ay qalmış müddəanın tətbiqinə xitam vermək niyyətini bəyan etməzsə, müqavilə, avtomatik olaraq, daha beş il müddətinə uzadıla bilər.

Bu, praktikada o deməkdir ki, Qarabağ bölgəsinin erməniləri Rusiya sülhməramlı qüvvələrinin himayəsindədir və Azərbaycan hakimiyyətinə tabe deyil. Ona görə də onlar və onların strukturları hesab edirlər ki, orada yerləşən yataqları haqlı olaraq istismar edə bilərlər.

Azərbaycan Qarabağ bölgəsinə nəzarəti bərqərar etdikdən sonra Qızılbulaq qızıl yatağı və Dəmirli mis-molibden yatağının Azərbaycan hakimiyyətinin yurisdiksiyasına keçməsi reallaşdı.

Buna görə də, tamamilə mümkündür ki, onlar Azərbaycana daha az sərvət qalması üçün faydalı qazıntıları maksimum dərəcədə çıxarmaq niyyəti ilə hasilatı kəskin şəkildə artırıblar. Ona görə də, Azərbaycan hakimiyyətinin yataqlara baş çəkmək və onların vəziyyətini yoxlamaq istəyi tamamilə məntiqli və təbiidir”, – Beysebayev deyib.

Burada onu da qeyd etmək lazımdır ki, yataqlara səfərlə bağlı razılaşma Azərbaycan hakimiyyəti ilə Rusiya sülhməramlı qüvvələrinin komandanlığı arasında əldə olunub. Lakin buna baxmayaraq, yerli erməni hakimiyyəti belə bir səfərə qarşı çıxıb.

“Hesab edirəm ki, Azərbaycan ən qısa zamanda Qızılbulaq qızıl yatağı və Dəmirli mis-molibden yatağına baş çəkməli və orada monitorinq aparmalıdır. Bildiyimiz kimi, yataqlar aktiv və nəzarətsiz istismardan sonra tükənə bilər və o zaman oradan çıxarmağa heç nə qalmayacaq.

Bu gün Laçın dəhlizi Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altındadır. Hesab edirəm ki, artıq zərurət yaranıb və Azərbaycan sərhədçilərinin dəhlizin girişində olmasını müzakirə etməyin vaxtı çatıb. Bundan əlavə, sazişin müddətinin bitməsinə çox az vaxt qalıb və Laçın dəhlizinin Azərbaycanın yurisdiksiyasına keçməsi zaman məsələsidir. Düşünmürəm ki, Bakı müqavilənin uzadılmasında maraqlıdır.

Sonda demək istərdim ki, Qarabağ tamamilə Azərbaycanın nəzarətinə keçənə qədər belə münaqişələr vaxtaşırı baş verəcək”, – deyə Beysebayev yekunlaşdırıb.

Rauf Orucov
 
 
 

Ardını oxu...
Rusiyaya cavab verməyə nə var ki, onsuz da hər şey aydındır - Rusiya növbəti dəfə erməni xalqına xəyanət etdi. Ondan uzaqlaşın, Qərbə doğru gedin!

Azərbaycanın Laçın dəhlizindəki fəaliyyətləri və Qarabağın 120 mindən çox əhalisi olan humanitar fəlakəti müzakirə etmək üçün İrəvanın xahişi ilə çağırılan BMT Təhlükəsizlik Şurasının dünənki iclası kimin əsl dost olduğunu bir daha göstərdi. Ermənistanın dost və müttəfiqləri, düşmənləri məlum oldu.

Təbii ki, BMT Təhlükəsizlik Şurasının iclasında deyilənlər, xüsusən də orada verilən bəyanatlar Bakını narahat edir. Bu başa düşüləndir - ölkələrin böyük əksəriyyəti Laçın dəhlizinin tezliklə açılmasının zəruriliyini bəyan edib. Azərbaycana 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda qeyd olunan məqam da xatırladılıb ki, buna görə Bakı Laçın dəhlizi ilə insanların və yüklərin sərbəst hərəkətini təmin etməlidir. Və nəhayət, ən əsası, görüş göstərdi ki, Azərbaycan nə qədər inkar etmək istəsə də, Qarabağ problemi hələ də mövcuddur.

Bununla belə, bal çəlləyində milçək olmadan mümkün olmadı. Əslində, iki qaşıq olmadan. Əvvəla, BMT Təhlükəsizlik Şurasının iclasında erməni tərəfləri üçün müsbət müzakirələr aparılsa da, buna baxmayaraq, biz papağımızı havaya atıb oxucuları çaşdırmaq fikrindən uzağıq. Bəyanat qətnamə deyil. Bakı çətin ki, sadəcə söz və çağırışlara reaksiya versin.

Lakin BMT Təhlükəsizlik Şurası heç bir qətnamə qəbul etməyib.

İkincisi, Rusiya nümayəndəsi görüşdə özünü hədsiz dərəcədə nalayiq apardı və o, guya “Azərbaycan və Ermənistandakı tərəfdaşlarla təmaslar nəticəsində Qarabağa qaz nəqlini bərpa etmək və Laçın dəhlizini qismən açmaq mümkün olub” deyə gurultu ilə danışmağa başladı.

“Biz Azərbaycan və Ermənistanı təmkin nümayiş etdirməyə və gərginliyin dərəcəsini artıra biləcək addımlardan çəkinməyə, habelə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, eləcə də 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlar çərçivəsində razılaşmalara əməl etməyə çağırırıq. Biz əminik ki, bu bəyanatların müddəalarının tam yerinə yetirilməsi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün ən davamlı düsturdur”, - Rusiya Federasiyasının nümayəndəsi qeyd etdi.

Bunu isə özünü Ermənistanın müttəfiqi adlandıran ölkə nümayəndəsi deyir? Digər ölkələr Laçın dəhlizinin açılması ilə bağlı bəyanatlarında daha səmimi və tutarlı olduqları halda, Rusiya bu cür dişsiz çıxışla kifayətləndi.

Buna görə də Milli Assambleyanın spikeri Alen Simonyanın qəzəbli iradına layiq idi. Belə ki, Rusiya Federasiyasının BMT Təhlükəsizlik Şurasındakı çıxışını necə qiymətləndirir sualına Simonyan belə cavab verib: “Mən çıxışı mənfi qiymətləndirirəm, çünki düşünürəm ki, müttəfiq hər şeyi daha konkret deyə bilərdi. Bunu isə Ermənistanla ümumiyyətlə, yaxın əlaqələri olmayan ölkələr edib. Məncə, ya bacarmır, ya istəmir, ya da bacarmır və eyni zamanda istəmir. Hər halda, təəccüblənmirəm, son hadisələr Rusiya tərəfində belə bir reaksiyanın mümkün olduğunu göstərdi. Yəqin ona görə ki, bu, Rusiya sülhməramlılarının məsuliyyət sahəsidir, yəni bu yolla onlar çox böyük məsuliyyət götürmək istəmirlər”.

Moskva buna necə cavab verəcək? Heç nə ilə. Axı Simonyan hər şeyi faktdan sonra dedi - Laçın yolu 10-cu gündür bağlanıb və sülhməramlılar Qarabağ və Ermənistan arasında fasiləsiz əlaqəni təmin etmək, gərginliyin dərəcəsini artıra biləcək addımlardan çəkinmək üçün həm Azərbaycana, həm də Ermənistana çağırışlarla məhdudlaşır.

Mən hələ də başa düşə bilmirəm, əgər Azərbaycan dəhlizi bağlayıbsa, Ermənistanın bununla nə əlaqəsi var. Rusiyaya nə cavab verək, onsuz da hər şey aydındır - onlar növbəti dəfə erməni xalqına xəyanət etdi. Prinsipcə, lap əvvəldən bəlli idi ki, azərbaycanlı “ekoloqlar” dəhlizin qarşısını kəsən kimi – bu təxribat Rusiya ilə razılaşdırılıb. Bu, onların birgə teatr tamaşasıdır.

Ermənistana təkcə Rusiya deyil, KTMT-dəki digər “müttəfiqlər” də xəyanət edir. Məsələn, KTMT-nin baş katibi Stanislav Zas bəyan edib ki, KTMT İrəvanın beynəlxalq müstəvidə qaldırdığı Laçın dəhlizi probleminin KTMT-nin məsuliyyətinə daxil olmamasından irəli gəlir. O, bununla bağlı Ermənistandan heç bir açıqlamanın daxil olmadığını da bildirib.

Və bütün bunlardan sonra KTMT hərbi-siyasi blok kimi Ermənistanda kimə lazımdır? Bunun içində olmağımızın nə mənası var? Bütün bu vəziyyət bir daha İrəvanın xarici siyasət prioritetlərinə dərhal yenidən baxılması məsələsini gündəmə gətirir - Rusiyadan uzaqlaşaraq Qərbə doğru getməliyik.

Və sonda belə desək, “müttəfiqimizin” əhəmiyyətsizliyini başa düşməliyik. Rusiya Federasiyası Müdafiə Nazirliyinin bu gün prezident Putinin iştirakı ilə keçirilən yekun kollegiyasında taxta marşal Şoyqu dedi: “2023-cü il üçün prioritet vəzifələr Rusiya qoşun və qüvvələri qrupları tərəfindən Qarabağda və Suriyada sabitlik və sülhün qorunmasını təmin etməkdən ibarətdir”. Qarabağda sülh və sabitlik? Bunu 10 gün ərzində necə təmin etdiyinizi görürük ...

Tevos Arşakyan
ArmenianReport
 //moderator.az//
Ardını oxu...
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on bir gündür davam edir.

“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.

Aksiya iştirakçıları gün ərzində olduğu kimi, gecədən səhərədək davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunublar.

Hazırda havanın soyuq və şaxtalı olmasına baxmayaraq, dinc aksiya iştirakçıları Azərbaycanın Dövlət Himni oxuyur, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!” şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
 
Ardını oxu...
Xankəndi yolunda aksiya iştirakçıları sülhməramlılara məxsus yük maşınının keçidinə icazə verməyib:
səbəb böyük ehtimalla “humanitar yük” adı altında qeyri-humanitar yüklərin daşınmasıdır;
Aksiyanın ilk günündən humanitar yüklərin keçidinə şərait yaradılıb. İstisna deyil ki, separatçılar və sülhməramlılar “humanitar yük” yarlığından istifadə etməklə silah-sursatın daşınmasını da həyata keçirmək istəyir, aksiya iştirakçılarında ya belə məlumat var, ya da müşahidələri şübhələr doğurub.
Silahlar daşınan yüklər arasında da gizlədilə bilər, bunun belə olmadığına heç kim zəmanət verə bilməz.
Asif Nərimanlı
Teref.az
 
Ardını oxu...
Vətən Müharibəsindən sonra Ermənistanda sular durulmaq bilmir. Əvvəlcə əhali arasındaki təzyiq Nikol Paşinyan hakimiyyətinə qarşı oldu. Bir neçə dəfə Robert Koçaryan və Serj Sarkisyan cütlüyü keçirdiyi aksiyalarla hökumət əleyhinə rəy yaratmaq və Paşinyanı hakimiyyətdən devirməyə cəhd etdilər.

İndi isə separatçılar arasında anlaşılmazlıq hökm sürməyə başlayıb.

Əslində onların arasına nifaq toxumu Rusiyanın təlimatı ilə Qarabağa göndərilən Ruben Vardanyanın gəlişi ilə səpilmişdi. Hazırda isə separatçıların dırnaqarası rəhbəri Arayik Arutyunyan ilə separatçıların qondarma dövlət naziri arasındaki uçurum daha da böyüyür.

Siyasi şərhçi Mətin Məmmədli Arutyunyan və Vardanyan arasındaki ziddiyətli münasibətlərin Qaradağda qondarma cinayətkar rejim daxilində siyasi böhranı daha da dərinləşdirəcəyini qeyd edib.

Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

 
Ardını oxu...
Xəbər verildiyi kimi, Ermənistanın şikayəti və Fransanın təşəbbüsü əsasında BMT Təhlükəsizlik Şurası (TŞ) Xankəndi-Laçın yolu ətrafında vəziyyəti müzakirə edib.

TŞ-da ilk söz alan Fransanın BMT-dəki nümayəndəsi Azərbaycanın Xankəndi-Laçın yolunu “bağlamasına” etirazını bildirib və ölkəmizi “humanitar fəlakət yaratmamağa” çağırıb. BƏƏ isə tərəfləri sülh yolu ilə razılığa gəlməyə çağırıb. Həmçinin Albaniya da razılığın sülh yolu ilə əldə edilməsinə çağırış edib.

Çin təmsilçisi isə Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı missiyasını dəstəkləyib və qeyd edib ki, Rusiya sülhməramlıları öz tapşırıqlarını mükəmməl şəkildə yerinə yetiriblər.

ABŞ və Böyük Britaniya Azərbaycanın Xankəndi-Laçın yolunu “açması”nı zəruri hesab etdiklərini bildiriblər.

Rusiya təmsilçisi Xankəndi-Laçın yolunda hərəkətin mümkün qədər tez bərpa olunmasının vacibliyini bəyan edib.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışında Ermənistanın dövlət tərəfindən idarə olunan manipulyasiya, təhrif və saxtakarlıq kampaniyasına görə, Təhlükəsizlik Şurasından sui-istifadə etməsindən dərin təəssüf hissi keçirdiyini bildirib.

“Nə Azərbaycan hökuməti, nə də etirazçılar Laçına gedən yolu bağlayıblar. Marşrut boyu vətəndaşların, malların və nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı rejim dəyişməz olaraq qalır, sülhməramlılar isə marşrutun mühafizəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməkdə davam edirlər. Sosial şəbəkələrdə paylaşılan videogörüntülərdə təcili yardım maşınları və humanitar yardım karvanları da daxil olmaqla müxtəlif növ avtomobillərin maneəsiz keçidi əks olunub. Üçtərəfli Bəyanata əsasən, Laçın yolunun müstəsna olaraq humanitar məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulur. Yoldan hər hansı digər məqsədlər üçün, o cümlədən qeyri-qanuni hərbi fəaliyyətlər, məsələn, minaların basdırılması və ya Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni dövriyyəsi üçün sui-istifadə Üçtərəfli Bəyanatın şərtlərinin pozulmasıdır və buna yol verilə bilməz”,-deyə, səfir bildirib.

Göründüyü kimi, Ermənistanın Qərbdəki havadarları yenə ölkəmizə qarşı ikili standart nümayiş etdiriblər. Torpaqlarımızın işğal altında olduğu 30 il müddətində Təhlükəsizlik Şurasının çıxardığı 822, 853, 874 və 884 saylı qətnamələri gündəmə gətirməyənlər indi nədənsə humanitar prinsiplərdən, sülhdən, ədalətdən danışmağa başlayıblar.Ermənilərin yaşadığı Azərbaycana məxsus Xankəndi şəhərinin “blokadada qaldığın”ı iddia edənlər Naxçıvanın 30 ildir blokada altında qaldığını və 400 mindən artıq əhalinin nə zülmlər çəkdiyini görməzdən gəlirlər.

Bu mövzuyla bağlı politoloq Elxan Şahinoğlu “AzPolitika.info”-ya şərhində qeyd edib ki, haqlı olduğumuz halda yenə bizi haqsız duruma sürükləmək istəyirlər: “BMT Təhlükəsizlik Şurasındakı müzakirələr və Qərb dövlətlərinin “yolun açılmasıyla” bağlı Azərbaycana çağırışları buna sübutdur. İzahlarımızı qəbul etmədilər. Əlbəttə, qulaqlarını tıxayaraq bizi eşitmək istəməyənlər həmişə olacaq, ancaq diplomatlarımız daha çox çalışsaydılar nəticə bizim üçün fərqli ola bilərdi”.

Ekspert aksiyaların gələcək taleyi ilə bağlı mümkün iki varianta da diqqət çəkib:“Biz iki variantdan birinə üstünlük verməliyik.

Birinci variant odur ki, Ermənistanla Qarabağı birləşdirən yolda etirazımız yataqlarda monitorinqə icazə verilən günə qədər sürəcək. Bu zaman müxtəlif ölkələrin Azərbaycana qarşı təzyiqləri davam edəcək. Ancaq bizi heç nəyə məcbur edə bilməzlər. Ermənistan 28 il BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmədi və Qərb dövlətlərindən heç biri buna görə İrəvana təzyiq etmədi. BMT qətnamələri yerinə yetirilmədisə biz niyə bir qisim dövlətin “çağırışını” yerinə yetirməliyik?

İkinci variant isə belədir ki, hərbçilərimiz artıq Ermənistanla Qarabağı birləşdirən yolda yerləşiblər. Hansısa mərhələdə sivil etiraza fasilə versək belə nəticəni xeyrimizə dəyişmişik, azərbaycanlı hərbçilər yoldakı postda bölgəyə daxil olan və çıxan maşınları rahat şəkildə yoxlayacaqlar. Yoldan sivillər keçəcək, silah, sursat, mina və cinayətkarlar keçə bilməyəcək. Bundan sonra ermənilərin “yol bağlıdır” yalanı işləməyəcək. Yolu nəzarətə götürsək də, yataqların monitorinq məsələsi aktuallığını qoruyacaq”.
Ardını oxu...
Qarabağda separatçılar nəinki mədənləri qanunsuz istismar edirlər, həm də regionun su ehtiyatlarından istifadəyə maneələr yaradırlar. Bu barədə Azərbaycanın “Ecofront” ictimai təşkilatının məlumatında deyilir.

Belə ki, Suqovuşan su anbarına axan çayların məcrası separatçıların nəzarətində olan “Sərsəng” su anbarına yönəldilir.

Əsasən Torağay çayının yuxarı axarında Murovdağın ətəklərində əsas bolsulu qolların üzərində 3 sutoplayıcı qurğu quraşdırıb. Oradan “Sərsəng”ə su çəkilir.

Bununla yanaşı, Suqovuşanda suyun həcmi azalır.

Qarabağın su resursları ən pik vaxtda orada yaşayan təxminən 100 min sakinin ehtiyacları üçün qat qat artıqdır. Ona görə də separatçıların yeganə məqsədi Azərbaycanda su qıtlığı yaratmaqdır.

“Sərsəng”dən Azərbaycana qarşı istifadə olunması beynəlxalq səviyyədə 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası bu məsələ ilə bağlı xüsusi qətnamə qəbul edəndə tanınıb. Belə ki, yanvarın 26-da Avropa Şurası Parlament Assambleyasının sessiyasının plenar iclasında bosniyalı deputat Militsa Markoviçin hazırladığı “Azərbaycanın cəbhəyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı qətnamə qəbul edilib.

Bundan əlavə, 20 ildən artıqdır ki, bəndin müntəzəm təmirinin aparılmaması “Sərsəng”i bütün region üçün potensial təhlükəli vəziyyətə salıb, qətnamədə deyilir.

Avropa Şurası Parlament Assambleyasının qətnaməsində mühəndislərin və hidroloqların “Sərsəng” su anbarına çıxışını təmin etmək və yerində ətraflı araşdırma aparmaq üçün Ermənistan Silahlı Qüvvələrinin dərhal çıxarılması tələb olunur.

Bundan əlavə, “Sərsəng” və “Madagiz” bəndlərinin vəziyyətinə, payız-qış mövsümündə suyun buraxılış qrafikinə beynəlxalq nəzarətin vacibliyi qeyd olunur.

Avropa Şurası Parlament Assambleyasının qətnaməsi Ermənistan hakimiyyətini su ehtiyatlarından “siyasi təsir aləti və ya təzyiq aləti kimi” istifadəni dayandırmağa çağırır.

Lakin Ermənistan bu çağırışlara məhəl qoymayaraq quraqlıq yaratmaq üçün hər yay “Sərsəng”dən gələn suyun qarşısını kəsib, payız-qış aylarında isə əksinə, suvarmağa ehtiyac olmayanda suyu açıb.
 
 
 
Ardını oxu...
Xankəndi-Laçın yolundakı aksiyada son vəziyyətlə bağlı Baku TV məlumat yayıb. Məlumatda qeyd edib ki, hazırda ərazidə havanın mənfi dörd dərəcə olmasına baxmayaraq aksiyanın tempi daha da artır.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 9 gündür davam edir.

 
 
 

Dünyapress TV

Xəbər lenti