Ardını oxu...
Hazırda hava şəraitinin soyuq olmasına baxmayaraq, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir.

“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, QHT fəalları tərəfindən müstəqil şəkildə təmin edilən çadırlar və konteynerlərdə yüksək səviyyədə şərait yaradılıb.

Belə ki, aksiya iştirakçıları gün ərzində davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunurlar.

Bundan başqa, hava şəraiti nəzərə alaraq, QHT fəalları fasiləsiz dinc aksiya iştirakçıları üçün yolun kənarına çəlləklər gətiriblər. Çəlləklərin içərisində isə tonqallar qalanır.

Həmçinin aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbçiləri və polislər yüksək səviyyədə təmin edirlər.

Eyni zamanda fasiləsiz dinc aksiyanın ilk günlərindən Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının həkimləri əraziyə gələrək səyyar tibb məntəqəsi yaradıblar, iştirakçılara zəruri tibbi yardım göstərirlər.

Hazırda aksiya iştirakçıları “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!” şüarlarını səsləndirirlər.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 9 gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
 
 
 

Ardını oxu...
Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda etiraz aksiyası keçirilən əraziyə cəlb edilmiş Rusiya sülhməramlılarının dünəndən mövqelərində müəyyən dəyişikliklər etdiyi müşahidə olunur.

"DogruXeber.az" xəbər verir ki, aksiya iştirakçıları bu vəziyyətdən istifadə etmək, irəli getmək fikrində deyillər. Onlar aksiyanın dinc xarakterli olduğunu bildirirlər.

Qeyd edilir ki, aksiyanın əsas məqsədi, Azərbaycanın suveren ərazisindəki yataqlarda monitorinqin aparılması üçün şərait yaradılmasına nail olmaqdır.

Etirazçılar təbii sərvətlərimizin talanmasının, ekoloji çirklənmənin dayandırılmasını tələb edirlər.

Ardını oxu...
“Hazırda rus sülhməramlıların nəzarət etdiyi ərazilərdən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulur. Bunun səbəbi və yaradacağı nəticələrə baxmaq lazımdır. Səbəb odur ki, ermənilər bölgədə gərginliyin olduğunu nümayiş etdirirlər. Amma nəticə onların burnunun əzilməsi ola bilər”.

DİA.AZ bildirir ki, bunu Reyting.az-a hərbi mütəxəssis Azad İsazadə son günlər Qarabağda gərginliyin artmasının səbəblərindən danışarkən bildirib.

Hərbi ekspert deyib ki, erməni separatçılarının vəziyyəti kəskinləşdirməsi və Azərbaycan tərəfinin mövqelərini atəşə tutmasının müxtəlif səbəbləri ola bilər. Ssenarilərdən biri hazırda Laçın yolunun Şuşa yaxınlığında vətəndaş cəmiyyəti üzvlərinin keçirdiyi etiraz aksiyasına qarşı təxribatın olması mümkündür.

A. İsazadənin sözlərinə görə, indi Azərbaycanın əlində ciddi arqumentlər var:

“Söhbət Azərbaycan Ordusundan, dövlətdən, gücdən getmir. Laçın yolundakı aksiyada ekologiyanın qorunması, qanunsuz əməllərə son qoyulması tələb olunur. Həmin bölgəyə yaxın ərazilərdə təxribat və ya döyüşlər başlasa, Azərbaycan təhlükəsizlik səbəbindən dinc aksiyada iştirak edənləri ərazidən çıxarmalıdır. Bundan sonra sakitlik yaransa da, aksiyanı bərpa etmək bir az problemli olacaq. Yəni məsələ gündəmdən çıxacaq. Həm də iddia olunacaq ki, məhz ekofəalların fəaliyyəti səbəbindən bölgədə vəziyyət kəskinləşib. Azərbaycanın mövqelərinin bu səbəbdən də atəşə tutulması mümkündür. Yəni açıq təxribatlar həyata keçirmək ehtimalı hesaba alınmalıdır”.

Hərbi ekspertin fikrincə, təxribatlar və atəşkəsin pozulması periodik xarakter daşıyır və ekofəalların aksiyasından əvvəllər də olub: “Bu olmasaydı, bir qədər təəccüblü sayılardı. Aydındır ki, orada müəyyən qüvvələr var və vəziyyəti gərginləşdirməyə, prosesi hərbi yönə çəkməyə çalışır. Əlbəttə, mən separatçıların arasında ola biləcək qüvvələri nəzərdə tuturam. Amma o da aydındır ki, indi onların Azərbaycana qarşı müqavimət təşkil etmək potensialı yoxdur. Sadəcə, separatçılar öz mövcudluqlarını nümayiş etdirməyə çalışırlar”.
Ardını oxu...
Azərbaycan Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdəki yataqlara nəzarəti bərpa edə bilərsə, separatçı-terrorçu rejim ciddi gəlir itkisinə məruz qalacaq: Xankəndi yolundakı aksiyasının hədəflərindən biri də buna nail olmaqdır;
Sülhməramlıların müvəqqəti nəzarətindəki ərazilərdə qalan “Dəmirli” və “Qızılbulaq” yataqları “Vallex Group”un 2001-ci ildə yaratdığı “Base Metals” şirkəti tərəfindən istismar edilir.
Müharibədən əvvəl bu yataqların istismarı nəticəsində separatçıların əldə etdiyi illik gəlir 18,7 milyard dram – “büdcə”lərinin 1/3 hissəsi olub. Müharibədən sonra isə qızıl və əlvan metalların dünya bazarında qiymətinin artması nəticəsində bu gəlirlər 45 milyard drama çatıb – “büdcə”lərinin 2/3 hissəsi.
Erməni mənbələr “Qızılbulaq” yatağında qızıl və əlvan metalların tamamilə tükəndiyini yazır. “Dəmirli”dən çıxarılan metallar “Qızılbulaq” kombinatında emal edilir.
Bu yataqlara nəzarət edə bilsək, separatçı-terrorçu rejim əsas gəlirdən məhrum olacaq və rejimin “sağ qalması”nı daha da çətinləşdirəcək.
 
 
 
Ardını oxu...
“Mən istisna edirəm ki, azərbaycanlıların tələbləri yerinə yetirilmədən “Artsax”ı Ermənistanla birləşdirən yol açılacaq.

Hurriyyet.Az xəbər verir ki, bunu erməni politoloq Argişti Kiviryan deyib.

O, bildirib ki, Azərbaycan ən azı erməni tərəfinin bu və ya digər vaxtlarda tələbləri yerinə yetirəcəyinə dair vəd almalıdırlar.

“Güc və təşəbbüs onların tərəfindədir, tələblərindən əl çəkməyəcəklər. Məqsədləri barədə açıq danışırlar: Zəngəzur dəhlizi və Qarabağın Azərbaycanın daxili məsələsi kimi təqdim ediləcəyi sülh sazişinə nail olmaq və minimum Laçın dəhlizi və mədən üzərində nəzarət proqram”, – deyə Kiviryan bildirib.

O qeyd edib ki, indi faktiki olaraq Azərbaycan Laçın dəhlizinə nəzarət funksiyasını yerinə yetirir.

“Azərbaycan deyir ki, bu mənim ərazimdir və mənim girib yoxlama aparmaq hüququm var. İndi onlar ya məqsdələrini həyata keçirməyə çalışmalıdırlar, ya da erməni tərəfdən sanballı vədlər almalıdırlar, ya da Rusiya tərəfinin vasitəçiliyi ilə erməni tərəfinin onları hansı müddətdə yerinə yetirəcəyinə zəmanət almalıdırlar”, – deyə politoloq bildirib.

Kiviryanın sözlərinə görə, hazırda rəsmi Bakı Rusiya tərəfinin bəyanatına əsasən, Ermənistanın öz mövqeyini bildirməsini gözləyir.

“Bu tələblərin yerinə yetirilməsi ona gətirib çıxaracaq ki, azərbaycanlılar nəinki sadaladığım tələblərdən geri çəkilməyəcək, həm də artıq möhkəmlənmiş mövqelərdən başqa, digər tələblər irəli sürməyə başlayacaqlar. Azərbaycan bizdən nəsə alanda dayanmır, başqa tələbləri irəli sürməyə davam edir. Ona görə də indi təslim olmaq başqa tələblərə yol açmaq demək olardı” – deyə erməni politoloq əlavə edib. \\KONKRET.az
 
Ardını oxu...
Xəbər verildiyi kimi, dekabrın 14-ü axşam saatlarında Kəlbəcər rayonunun Çıraq kəndində iki qrup insan minaya düşüb. Minaya düşənlərdən biri həlak olub. Bu barədə Baş Prokurorluq, Müdafiə Nazirliyi və Daxili İşlər nazirliklərinin birgə məlumatında bildirilir.

Əvvəlcə, təmir-tikinti işləri ilə məşğul olan tikinti şirkətinin 4 əməkdaşı minaya düşüb. Ardınca isə onlara köməyə gedən 4 hərbçi də minada partlayıb. Onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bir əsgər isə dünyasını dəyişib.

Çıraq kəndi yaxınlığında 8 nəfərin minada partlaması onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı terror aktları hələ də davam edir. Bunu jurnalistlərə Azərbaycan Ordusunun Quru Qoşunlarının zabiti, mayor Ruslan Səmədov deyib.

Onun sözlərinə görə, minaların ermənilər tərəfindən 2020-ci ilin dekabrında qoyulduğu güman edilir.

“Nə birinci Qarabağ müharibəsi zamanı, nə də Vətən müharibəsi zamanı müdafiə xətti Çıraq kəndindən keçməyib. Heç bir hərbi zərurət olmadığı halda insanların öldürülməsi məqsədi ilə bu ərazilərə minaların basdırılması qarşı tərəfin terror fəaliyyətinin sübutudur”, – deyə Səmədov bildirib.

ANAMA-nın Göygöl regional təlim mərkəzinin təlimatçısı Vasif Cəbrayılov da öz növbəsində bildirib ki, ilkin versiyaya görə, Çıraq kəndində tank əleyhinə “TM 62-M” minası partlayıb: “Hadisə yerindən əldə etdiyimiz sübutlar da bu minanın fraqmentlərinə bənzəyir. Qeyd edim ki, “TM 62-M” tank əleyhinə mina təzyiq nəticəsində işə düşür və tərkibində 7,5 kq partlayıcı var”.

Xatırladaq ki, 2020-ci il noyabrın 10-dan 2022-ci il dekabrın 14-dək işğaldan azad edilmiş ərazilərdə artıq 272 nəfər minalarda partlayıb (46 nəfər həlak olub, 226 nəfər yaralanıb).

Təbii ki, bu, Azərbaycanda ciddi hiddətə səbəb olur. Və suallar ortaya çıxır. Baş verənlərə görə kim cavabdehlik daşımalıdır? Mülki şəxslərin ölümlərinin qarşısını necə almaq olar?

Press Klubun suallarını beynəlxalq məsələlər üzrə ekspert, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə cavablandırıb:

– Azərbaycan Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyinin rəsmi məlumatına görə, işğaldan azad edilmiş bütün ərazilərdə bu prosesin tam şəkildə həyata keçirilməsi üçün 30 il zaman və 25 milyard dollar vəsait lazımdır. Əgər hər il ölkəmizdə onlarla insanın minalardan ölməsi və yaralanması nəzərə alınsa, təsəvvür edin ki, 30 il ərzində bu ərazilərdə nə qədər insan ölə bilər. Bu proses, çox uzun çəkə bilər.

Təəssüf ki, bu gün beynəlxalq humanitar təşkilatlar, ayrı-ayrı dövlətlər Qarabağdakı ermənilərin taleyindən narahatlıq ifadə etsələr də, Azərbaycan ərazilərinin minalanmasından yaranan problemlərə kor, kar, lal olaraq qalırlar. Heç bir qınaq, Ermənistanı minalanmış ərazilərin xəritələrini Bakıya təhvil verməyə məcbur edəcək heç bir hərəkət yoxdur. Bu onu deməyə əsas verir ki, regionumuzda sülh quruculuğu məsələləri ilə məşğul olan bütün bu təşkilatlar və dövlətlər birtərəfli yanaşma sərgiləyirlər və az qala ermənipərəst mövqedən çıxış edirlər. Necə ki, son onilliklər ərzində ermənipərəst mövqe tutublar. Bu bir faktdır.

Biz onlarla necə işləsək, onlara necə təsir etsək də, bütün bu strukturlar, anti-Azərbaycan mövqe tutacaqlar. Bunu etiraf etmək lazımdır. Bu insanlar üçün hər hansı sübutların, arqumentlərin heç bir mənası yoxdur. Onlar üçün yalnız siyasi maraqlar önəmlidir. Bu siyasi maraq da nüfuzlu erməni lobbisi, onların pul kisələri ilə məhsuldar ünsiyyəti diktə edir.

Əlbəttə, Azərbaycan minalanmış ərazilərlə bağlı bütün xəritələrin ona verilməsində israr edəcək, amma təəssüf ki, buna böyük ümidlər yoxdur. Çünki Ermənistan tərəfi bu kartlara, bu humanitar vəziyyətə açıq-aydın tüpürən himayədarlarına arxalanır – gəlin, hər şeyi öz adı ilə çağıraq. Və bu tam cəzasızlıq şəraitində Ermənistan minalanmış ərazilərin real xəritələrini Azərbaycana verməkdə maraqlı deyil. Üstəlik, Ermənistan tərəfi xəritələri təhvil verməməklə və bununla da minatəmizləmə prosesini axsatmaqla məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtmasını, bu ərazilərin bərpasını, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə möhkəmlənməsini ləngitməyə çalışır. Çox güman ki, ermənilərin himayədarları da bunda maraqlıdırlar, onlar da Azərbaycanın bu ərazilərdə güclənməsini istəmirlər. Əks halda, daha tez hərəkət edərdilər. Onlar əvvəllər Azərbaycanın maraqlarına tüpürürdülər və biz bu gün eyni şeyi bir az fərqli formada görürük.

Rauf Orucov
 
Ardını oxu...
Azərbaycanın Qarabağ bölgəsindəki terror rejiminin qalıqlarının “dövlət naziri” yeni təxribatlar törətmək üçün ölkəmizin ərazisində olduğunu bir daha sübut edib.

O, dekabrın 17-də qanunsuz olaraq Azərbaycanın faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı ilə məşğul olan “Base Metal” zavodunda olub.

Müəssisənin işçiləri ilə görüşdə bu azmış kimi o, müharibənin davam etdiyini qeyd edib və işçiləri hərbi əməliyyatlara hazır olmağa çağırıb.

R.Vardanyan sözün əsl mənasında ölkəmizlə müharibənin davam etdiyini bəyan edib. Onun sözlərini Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycana qarşı terrora çağırışı kimi də qiymətləndirmək olar.

Xatırladaq ki, Cənubi Qafqazda siyasi vəziyyəti dəyişmək üçün Qarabağa ezam olunmuş Ruben Vardanyan hazırda bölgədəki vəziyyəti öz xeyrinə döndərməyə çalışır.
 
 
 
Ardını oxu...
Ermənilər Ağdərə-Kəlbəcər yolunu bağlayıblar.

Teref.az xəbər verir ki, bu barədə məlumatı erməni jurnalist Qaqik Arutyunyan öz “Facebook” səhifəsində yazıb.

Erməni jurnalist yazıb ki, Ağdərədə yaşayan bir qrup erməni Ağdamdan Kəlbəcərə gedən avtomobil yolunu bağlayıblar.

Xatırladaq ki, dekabrın 12-də səhər saatlarından bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb. Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.

Sözügedən aksiyanın altıncı günü tamamlanmaqdadır və hazırda da davam edir./Yeniavaz.com
 
Ardını oxu...
Ermənistan mediası azərbaycanlı aksiyaçıların Xankəndi yolundan çadırları daşıdığı haqda məlumatlar yayır:
informasiyanın “təsəlli” xarakteri daşıdığı bəllidir, Ruben Vardanyanın “qaz haqda qələbə” çıxışı və “bu gün yol açıla bilər” açıqlamasından sonra belə məlumatların tirajlanması Qarabağdakı erməni əhalinin sakitləşdirilməsinə hesablanıb;
Halbuki, aksiya yerinə daha böyük çadırlar aparılır. Son məlumatlara görə, kiçik çadırlar yağış və qarlı havada iştirakçılar üçün daha səmərəli olan çadırlarla dəyişdirilir.
Yəni Xankəndi müqaviməti daha uzunmüddətli olacaq.
Asif Nərimanlı
Teref.az
 
 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Qarabağdakı separatçı ermənilərin “dövlət naziri” Ruben Vardanyan sosal şəbəkə vasitəsilə bu gün saat 15.00-da Xankəndidə “blokadadan çıxmaq” şüarı ilə ümummilli yürüş keçiruləcəyini elan etmişdi.

Redaktor.az erməni mətbuatına istinadən xəbər verir ki, o. bu fikrindən daşınıb, yürüşü “ləğv edib”.

Separatçıların rəhbəri Arutyunyan isə 100 min ermənini mitinqə toplaşacağını deyirdi.

Lakin məlimdur ki, həmin ərazidə məskunlaşan ermənilərin sayı heç 20 min deyil.

Bir müddət əvvəl separatçı ermənilər oktyabrın 30-da 50 minlik mitinq keçirdiklərini iddia edirdilər, lakin heç 10 min adam yığılmayıb, o da Ermənistandan gətirilənlərin hesabına.

Belə görünür Vardanyan biabır olacağından qorxaraq yürüşü “ləğv edib”.
 

Dünyapress TV

Xəbər lenti