Ardını oxu...
Son illər ölkədə su ehtiyatlarının azalması, quraqlığın ildən-ilə artması ərzaq və digər təhlükəsizlik məsələlərini ön sıraya çıxarır. Bu baxımda işğaldan azad olunan ərazilərin zəngin su ehtiyatı problemin həlli üçün yeni imkanlar açıb. "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC ("Azmelsutəsərrüfat" ASC) bu yöndə Qarabağ və Şərqi Zəngəzur ərazilərində layihələr həyata keçirir.

Bəs, ölkənin taleyüklü məsələsində hökumət nə dərəcədə şəffaf davranır?

2022-ci ilin 16 noyabrında prezidentin təsdiq etdiyi "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda meliorasiya və su təsərrüfatı ilə bağlı ilkin investisiya layihələrinin siyahısı açıqlanıb.

Ardını oxu...

Lakin çəkilən xərclərlə bağlı heç bir məlumat verilmir.

Bununla bağlı Prezident Administrasiyasına ünvalandığımız sorğu da cavabsız qalıb.

Dövlət satınalmaları portalında meliorasiya və su təsərrüfatı sisteminin qurulması ilə bağlı 2021-ci ildə 178 min manatlıq, 2022-ci ildə isə 380 milyon manatlıq tender məlumatlarına rast gəlirik.

Ardını oxu...

Qubadlı

Həkəriçayın üzərində qurulacaq meliorasiya layihələri üçün 2022-ci ildə 317 milyon manatlıq tender keçirilib. Burada aparılan tikinti işlərinə yerli şirkətlərlə yanaşı, türk şirkətləri də cəlb olunub.

Yerli şirkətlərdən olan "Nort Vest Konstrakşn" MMC 2022-ci ildə "Həkəri çayının sağ və sol sahilində yerləşən əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi" üzrə layihə-smeta sənədlərinin hazırlanması, eləcə də tikinti-quraşdırma işlərinə görə 188 milyon 751 min manat alıb. Şirkət bu layihələri tender yolu ilə əldə edəndə vergi orqanlarına 11,1 milyon manat borcu var idi. Qanunvericiliklə isə tenderdə iştirak edən şirkətin vergi borcu olmamalıdır.

Şirkətin Latviyadakı törəməsi - "North West Baltic" şirkətinin təsisçiləri sırasında İqtisadiyyat Nazirliyinin Latviyadakı "Azərbaycan Ticarət Evi"nin həmtəsisçisi və direktoru olan Rüfət Quliyevin adına rast gəlirik.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ailəsinə yaxın olan "CENGİZ" İnşaat Sənaye və Ticarət şirkəti də Həkəriçay ilə Zabuxçayın birləşdiyi yerdə tikilən su anbarının layihə-smeta sənədlərinin hazırlanması və tikinti işlərinin icrası üçün 128 milyon 210 min manat alıb.

Maraqlıdır ki, prezident İlham Əliyevin Qubadlı rayonuna səfəri zamanı Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov ona məruzəsində bildirmişdi ki, Zabuxçayın Həkəriçaya birləşdiyi yerdən su anbarının və ondan ayrılacaq magistral kanalların yaradılması ilə bağlı təklifləri Türkiyənin "Suyapı" məsləhətçi şirkəti verib. Lakin bu şirkətlə bağlı dövlət satınalmaları portalında heç bir məlumat yoxdur.

Zaur Mikayılovun sözlərindən məlum olur ki, dövlət büdcəsindən yüz milyonlarla manata başa gələcək suvarma sistemi "Dost Aqropark" şirkətinin 1900 hektar, "Dost Ziraat Heyvandarlıq" şirkətinin 1700 hektar və digər şirkətlərin min hektarlarla əkin sahələrini su ilə təmin edəcək. "Dost Aqropark" və "Dost Ziraat Heyvandarlıq" Türkiyə prezidenti Ərdoğanın qardaşının kürəkəni Abdulkadir Karagözə aid şirkətlərdir. "Dost Aqropark" MMC-nin qanuni təmsilçisi Mehmet Zeki Tuğrula AK Partiyanın gənclik qolunda (Genclik Kolu) təmsil olunur.

Ağdam

Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası üçün 2022-ci ildə 17 milyon manata yaxın vəsait nəzərdə tutulub.

Ağdamda yerləşən "Xaçınçay" su anbarının təmiri və bərpası isə "Körpü - Bina - Tikinti" MMC -yə həvalə edilib və bununla bağlı 2022-ci il üçün 10 milyon manata yaxın vəsait ayrılıb. Suqovuşan su anbarının təmiri, bərpası da bu şirkətə tapşırılıb və buna görə, 12,2 milyon manatlıq tender qazanıb.

2001-ci ildə yaradılan "Körpü-Bina-Tikinti" ən böyük dövlət sifarişlərini alan şirkətlərdən biridir.

Şirkətin qanuni təmsilçisi Xaliq Göyüşovun adı “MTN işi” kimi tanınan qalmaqallı cinayət işində Eldar Mahmudovun yaxın adamı olaraq keçirdi.

"Xaçınçay" magistral kanalının, Cəbrayıl rayonunda meliorasiya və su təsərrüfatı kompleksinin bərpası üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması işləri "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" MMC-yə həvalə edilib. Layihələrin hazırlanması üçün şirkət 1,3 milyon manatlıq tender qazanıb.

Şirkət Köndələnçay, Suqovuşan su anbarlarının bəndlərində təmir-bərpa işlərinin layihələndirilməsi üçün də ümumilikdə 73 min manatlıq tender qazanıb.

"Hydrotrans Engineering Mühəndislik Mərkəzi"-nin hüquqi ünvanı ilə Baş nazirin keçmiş müavini Abid Şərifova bağlı olan AVRO-ASİYA İnşaat Korporasiyası "EVRASCON" ASC-nin qeydiyyat yeri eynidir. Bu şirkət ölkənin ən nəhəng dövlət sifarişlərinin icrası ilə tanınır.

Füzuli

"Köndələnçay" su anbarlarının bəndlərində təmir-bərpa işlərini "RAMCO" şirkəti həyata keçirir. Bu işlərin icrası üçün şirkətə 11,5 milyon manata yaxın vəsait ayrılıb.

"Ramco" QSC 2010-cu ildə yaradılıb və qanuni təmsilçisi Rövşən Abdullayevdir.

Vergi reyestrində Rövşən Abdullayevin və onun ailə üzvlərinin adına xeyli şirkətə rast gəlmək olur. Bu şirkətlərin bir qismi Vergilər Nazirliyində 2020-ci ilə qədər şöbə müdiri işləmiş Azər Əsədova bağlıdır. Azər Əsədov eyni zamanda vergilər nazirinin keçmiş müşaviri, İqtisad Universitetinin Biznes Mərkəzinin direktoru Asəf Əsədovun oğludur.

Rövşən Abdullayev və ailə üzvlərinin qeydiyyatda olduğu ünvan (Əsəd Əhmədov küçəsi, ev 203, mənzil 26) Azər Əsədovun təsisçisi olduğu audit şirkəti "HS Consulting" MMC-nin yerləşmə ünvanı olaraq göstərilir.

Abdullayev-Əsədovların Qarabağdakı fəaliyyətləri tək bununla yekunlaşmır. Ailə Füzuli rayonunun meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı üzrə texniki-iqtisadi əsaslandırma, layihə sənədlərinin hazırlanması üçün 3,5 milyon manatlıq tender qazanan "SUPEK" Proje Müşavirlik türk şirkətinə də yaxındır.

Belə ki, türk şirkətinin Azərbaycandakı filialının qeydiyyatdan keçdiyi ünvanla (Binəqədi rayonu F.Məlikov 7-ci mikrarayon, ev 4, Məhəllə 3123, mənzil 62) Rövşən Abdullayevə bağlı olan "CASPİAN EQUİPMENT COMPANY" ASC-nin hüquqi ünvanı eynidir. Şirkətin qanuni təmsilçisi Kamal Bağırov daha öncə Rövşən Abdullayeva məxsus "GMC GROUP" MMC-də (keçmiş adı "Grand Motors" MMC) rəhbər vəzifələrdə çalışıb.

Cəbrayıl

Cəbrayılın İran və Azərbaycan arasındakı beynəlxalq sərhəddində, Araz çayı üzərində tikilən "Qız Qalası" su anbarından magistral suvarma kanalının tikintisi ilə bağlı texniki-iqtisadi əsaslandırılma və layihə-smeta sənədlərinin hazırlanması üçün 1,7 milyon manata yaxın vəsait ayrılıb. Tenderi qazanan "Hydro-Geo Environnement Group" MMC və "Hinal Proje" MMC birgə müəssisəsidir. "Azərsu" Sukanal Elmi-Tədqiqat və Layihə İnstitutunun baş mühəndisi olmuş Saleh Seyfullayev şirkətin qanuni təmsilçisidir. MMC "Azərsu" ASC-nin iri həcmli tenderinin qalibi olub.

S.Seyfullayev deyir ki, hazırda "Azərsu" ASC ilə heç bir əlaqsi yoxdur. O, "Hydro-Geo Environnement Group" MMC-nin qanuni təmsilçisi olduğunu desə də, konkret nə zamandan fəaliyyət göstərməsi ilə bağlı suala cavab verməkdə tərəddüd edib: "Şirkət əslində, uzun müddətdir ki, fəaliyyət göstərir. Ayrı-ayrı işlər görüb, ondan sonra şirkət kimi formalaşıb".

İqtisadçı Elçin Rəşidov deyir ki, "Meliorasiya və Su Təsərrüfatı" ASC həyata keçirdiyi layihələrin dəyərinin şişirdilməsində maraqlıdır: "Mən "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin layihələri ilə bağlı təlimlər keçmişəm, həm də işlərində iştirak etmişəm. Görmüşəm ki, onlar layihələri çox bahalı keçirməkdə maraqlıdırlar və ucuz alternativlərə meyl göstərmirlər".

İqtisadçının fikrincə, meliorasiya və su təsərrüfatı sahəsinə qoyulan investisiyaların səmərəliliyinin qiymətləndirilməsi metodologiyası hazırlanmalıdır: "Ölkədə investisiyaların səmərəliliyin qiymətləndirilməsi və texniki- iqtisadi əsaslandırma qaydaları qəbul edilməlidir ki, texniki-iqtisadi əsaslandırma düzgün hazırlansın, həqiqi optimal və fermerlərin maraqlarına, ölkənin iqtisadi maraqlarına uyğun, o cümlədən istehlakçının maraqlarına uyğun layihələr ən səmərəli şəkildə seçilə bilsin. Hazırda bu qaydalar olmadığına görə, onlar daha çox həmin sahədə qərar verənlərin maraqlarına uyğunlaşdırılır. Onlara belə kanalların tikintisi verildikdə onlar daha bahalı, heç də səmərəli olmayan şəkildə tikməkdə maraqlıdırlar".

"Meliorasiya və Su Təsərrüfatı" ASC isə qeyd olunanlarla bağlı yaranan suallara cavab verməyib.

Qarabağda su təsərrüfatı ilə bağlı şirkətlərin işləri su kimi rəvan getsə də, onların necə seçilməsi və xərcləri ilə bağlı məsələlər heç də su kimi şəffaf deyil.

Araşdırma və vizualizasiya: AbzasMedia


 
Ardını oxu...
“Sumqayıtda yaşayış evində ticarət obyekt açırlar. Ağacları artıq yarıya kimi kəsiblər”.

AzToday.az xəbər verir ki, Sumqayıt şəhəri, 2-ci məhəllə. Polad Həşimov küçəsi, bina 11/12 ünvanından bu barədə “Ecofront”-a məlumat veriblər.

“Ecofront” müvafiq qurumlardan ağacları bu cürə kəsən və zədələyənlərin ağır cəzalandırılmasını tələb edib.

Görüntüləri təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun Arıçılıq Mərkəzi 2022-ci ilin noyabr ayının 25-də yekun vurduğu satınalma ilə bağlı məlumat vermişdik.

Həmin məlumatda Arıçılıq Mərkəzinin eyni gündə yekun vurğudu "Bitki və toxumların" və "Elmi-Tədqiqat işləri”nin satın alınması lotları üzrə sifarişçi olduğu satınalmada qalib elan edilən təşkilatların hüquqi ünvanlarının qonşu ünvanlarda olması, həmçinin bu təşkilatların fəaliyyət profilləri barədə açıq internet resurslarında heç bir məlumatların olmamasının şübhəli məqamlara yol açdığı deyilirdi.

Arıçılıq Mərkəzi Qlobal.az məsələ ilə bağlı verdiyi açıqlamada eyni gündə qalib elan etdikləri təşkilatların hüquqi ünvanlarının qonşu ünvanda yerləşməsini təsadüf olduğunu qeyd edirdi.
Ardını oxu...
Mahir Hacıyev, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru

Məsələ ilə bağlı Arıçılıq Mərkəzinin nəzdində fəaliyyət göstərdiyi Heyvandarlıq Elmi Tədqiqat İnstitutundan mövqe almaq istəsə də, İnstitutut rəhbərliyi bu barədə susmağa üstünlük verdi.
Ardını oxu...
Elnur Bağırov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini

Qlobal.az satınalmada olan şübhəli məqamlara aydınlıq gətirilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət ünvanlayıb. Xidmətin rəis müavini Elnur Bağırovun müraciətimizə verdiyi cavabda deyilir:

""Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər yaxud hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasında keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər.

Əlavə olaraq bildiririk ki, ayrı-ayrı müsabiqələrdə iştirak edən malgöndərənlərin (podratçıların) hüquqi ünvanlarının yaxın ərazilərdə yerləşməsi dövlət satınalmalarını tənzimləyən hər hansı normanın pozuntusu hesab edilmir. Həmçinin Qanunun 10.2-ci maddəsinə əsasən satınalma prosedurları haqqında hesabatın bu Qanunun 10.1.1 və 10.1.2-ci maddələrində göstərilən hissəsi, şəraitdən asılı olaraq tender təklifi, oferta və ya kotirovka aksept edildikdən, yaxud satınalma müqaviləsinin bağlanması ilə nəticələnməyən satınalma prosedurları qurtardıqdan sonra sorğu əsasında marağı olan şəxsə satınalan təşkilat tərəfindən verilə bilər. Göstərilənləri nəzərə alaraq, Arıçılıq Mərkəzi tərəfindən keçirilmiş müsabiqələrdə iddiaçı olaraq qeydə alınmış malgöndərənlər (podratçılar) barədə məlumatın əldə olunması üçün satınalan təşkilata müraciət etməyiniz tövsiyə olunur".

Qeyd edək ki, Arıçılıq Mərkəzinin 2022-ci ilin noyabr ayının 25-də "Bitki və toxumların" və "Elmi-Tədqiqat işləri”nin satın alınması lotları üzrə yekun vurduğu satınalmanın ümumi məbləği 23.985 manat təşkil edir.

Bu satınalmada "COSMOS-RA" və "KƏNAN KM" Məhdud Məsuliyyətli Cəmiyyətləri qalib elan edilib.
Ardını oxu...
"COSMOS-RA" Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ilin noyabr ayında dövlət qeydiyyatına alınıb. Bu MMC-nin nizamnamə kapitalı 5 manat, qanuni təmsilçisi isə Allahverdiyev Ruhin Səxavət oğludur. "COSMOS-RA" MMC-nin hüquqi ünvanı Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ev 9, mənzil 56 ünvanıdır. "COSMOS-RA" MMC-nin fəaliyyət profili, lisenziyaları barədə açıq internet resurslarında heç bir məlumata rast gəlinmir.
Ardını oxu...
Arıçılıq Mərkəzinə Elmi-Tədqiqat işləri üzrə xidmət edəcək "KƏNAN KM" Məhdud Məsuliyyətli Cəmiyyəti 2021-ci ilin mart ayında dövlət qeydiyyatına alınıb. Bu MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Eyvazov Kamil Mirələm oğludur. "KƏNAN KM" MMC-nin hüquqi ünvanı Arıçılıq Mərkəzinin sifarişçi olduğu digər satınalmada qalib elan edilən "COSMOS-RA" MMC-nin hüquqi ünvanı ilə qonşuluqda - Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ev 12, mənzil 72 ünvanında yerləşir.

Bu MMC-lərin qanuni təmsilçilərinin əslən Cəbrayıl rayonundan olduğu, Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş qəsəbələrdə yaşadıqları, MMC-lərin daha çox şübhəli satınalmalarda iştirak etdiyi barədə mətbuatda bir sıra məlumatlar dərc edilib.
Ardını oxu...
Tamerlan Yusif-zadə, Hesablama Palatasının İnformasiya azadlığı üzrə məsul şəxsi

Qlobal.az Arıçılıq Mərkəzinin 2021-2022-ci illər üzrə fəaliyyəti ilə bağlı Hesablama Palatasında münasibət öyrənib. Hesablama Palatasının İnformasiya azadlığı üzrə məsul şəxsi Tamerlan Yusif-zadənin açıqlamasında deyilir: "Bildiririk ki, Hesablama Palatası tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Arıçılıq Mərkəzində 2021-2022-ci illər üzrə audit aparılmamışdır".
Ardını oxu...
Samir Mahmudov, Arıçılıq Mərkəzinin rəisi vəzifəsinin müvəqqəti icraçısı

Xatırladaq ki, Arıçılıq Mərkəzi Gəncə şəhərində fəaliyyət göstərir. Mərkəzin tabeliyində təsərrüfat şöbəsi, balverən özül və eksperimental-istehsalat Faxralı Təcrübə şöbəsi, damazlıq işinin təşkili laboratoriyası və arıçılıq məhsullarının tədarükü və analizi laboratoriyası var.

Arıçılıq Mərkəzinin rəisi vəzifəsini 2020-ci ilin mart ayından müvəqqəti icra edən Samir Mahmudovdur.

Qlobal.az
 
Ardını oxu...
Öncə onu qeyd edək ki, uzun illər ölkəmizdə səhiyyə sisteminə Səhiyyə Nazirliyi rəhbərlik edib. Bir neçə il öncə İcbari Tibbi Sığorta Dövlət Agentliyinin nəzdində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) yaradıldı. Və beləcə ara qarışdı...
Bir neçə ay öncə redaksiyamıza müraciət edən xəstələr deyirdi ki, qalmışıq Səhiyyə Nazirliyi ilə TƏBİB-in arasında... Bütün bunlar azmış kimi, TƏBİB-dən sonra, Allah qoymasa, rayonlarda Tibb Mərkəzləri yaradıldı.
Təsəvvür edirsiniz, rayon ərazisindəki doğum evi, diş poliklinikası, uşaq xəstəxanası, nə bilim ginekologiya-filan hamısını birləşdirib bir nəfərə, yəni Fazil Alməmmədov kimi Tibb Mərkəzlərinin direktorlarına tabe etdilər.
Görəsən, Fazil Alməmmədovun ginekologiyadan, yaxud stomatologiyadan başı çıxırmı..?
Söhbət təkcə Fazil Alməmmədovdan, yaxud hansısa Verməmmədovdan getmir ee...söhbət problemdən gedir. Yadıma maraqlı bir olay düşür.
Sovet dövründə Bayıldakı Doğum Evini V.İ.Leninin adına vermişdilər. Sonra kimlərsə bunlara başa saldı ki, ay gerizəkalılar, Lenin hara, Doğum evi hara..? Sonra səhvlərini düzəldib, Doğum evini Leninin arvadı Hadejda Krupskayanın adına verdilər. Yenə onlara başa saldılar ki, Nadya ömrü boyu doğmayıb. Müstəqillik dönəmində isə, səhv etmirəmsə Doğum evini Məşədi Əzizbəyovun adına verdilər. Sonrasını bilmirəm...
Bax, bu gün Səhiyyə Nazirliyi, İcbari Tibb Sığorta Agentliyi, TƏBİB məsələsi həmin olayı yada salır. Vallah, bir dənə də HƏBİB yaradıb başına da Verməmmədovu qoysalar, səhiyyəmiz göylə gedər. Sözün qısası, rayonlarda Tibb Mərkəzlərinin yaradılmasının bircə adı var: Rüşvəti bir əldə cəmləşdirmək. Vəssəlam. Yoxsa, bir rayon ərazisindəki əksər MÜSTƏQİL tibbi müəssisələrini bir nəfərə tabe etməyin adı nə ola bilər..?
Nə isə, indi keçək konkret olaraq TƏBİB-in yaratdığı Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovun qanunsuz əməllərinə. Təkrarçılıq olsa da, Fazil Alməmmədov haqqında qısa məlumat verək. Deməli, Fazil Alməmmədov Oğuz rayon Mərkəzi Xəstəxanasında baş həkimi olub. 2017-ci ildə səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Bakı şəhəri 5 saylı Kliniki Xəstəxanaya baş həkim təyin edilib. O zaman 35 yaşı olan Fazil Alməmmədovun Bakının ən böyük xəstəxanalarından birinə baş həkim təyin olunması xeyli suallar yaradıb. Sonradan isə Fazil Alməmmədov TƏBİB-in yaratdığı Nərimanov Tibb Mərkəzinə direktor təyin olunub.
Məlumat üçün qeyd edək ki, Mərkəzin direktoru olan Fazil Alməmmədov artıq təkcə 5 saylı xəstəxanaya deyil, həm də keçmiş 6, 7, 8, 18 saylı poliklinikalara da rəhbərlik edir. Sözümüzün canı odur ki, TƏBİB-in “səxavəti” nəticəsində Fazil Alməmmədovun “səhiyyə biznesi” birdən birə 5-6 dəfə böyüyüb. Fazil Alməmmədovun keçirdiyi 100 minlik saxta tenderlər, mətbəə məhsulları adı ilə sildiyi pullar, yumşaq inventar,yataq ləvazimatları və xüsusi geyimlərin alınması üzrə mənimsədiyi dövlət vəsaiti barədə uzun-uzadı yazmaq istəmirik.
Təkcə onu qeyd edək ki, Fazil Alməmmədov Mühafizə xidmətlərinə 105 800.69 manat pul xərcləyib. Görəsən, Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, yaxud Hesablama Palatası demir ki, ay Alməmmədov, bu qədər vəsaiti hara xərcləmisən..? Yeri gəlmişkən, Alməmmədov özü də cangüdənlə gəzir, ona hətta öz əməkdaşları yaxın düşə bilmir. Biz Alməmmədovun koronavirusdan qazanmağı, yəni həkimlərə verilən əlavə əmək haqqını mənimsməsindən də bəhs etmək istəmirik. Bütün bu maliyyə maxinasiyaları, qanunsuzluqlar azmış kimi, Fazil Alməmmədov ölkənin tibbi kadr korpusunu da məhv edir.
Belə ki, təcrübəli, savadlı, həkim adına layiq olan kadrları işdən uzaqlaşdırıb, özü kimi “biznesmen-həkimləri”, alverçiləri vəzifəyə təyin edir. Özü də çox nəzakətsiz, tərbiyəsiz şəkildə… Bəli, Fazil Alməmmədov bu yaxınlarda Şəhla Məmmədovanı Nərimanov Tibb Mərkəzə tabe olan 8 saylı poliklinikaya ( indiki 1 saylı şöbə ) baş həkim təyin edib. Hansı ki, 18 saylı poliklinikada ( indiki 2 saylı şöbə ) baş həkim işləyən 67 yaşlı Şəhla Məmmədova çoxdan təqaüdə göndərilməli idi. Ən dəhşətlisi isə odur ki, Şəhla Məmmədova 8 saylı poliklinkaya ( indiki 1 saylı şöbəyə) nəzarət edən 55 yaşlı, 35 il iş təcrübəsi olan, şəhid ailəsinin üzvü Gülnarə Əfəndiyevanı əvəz edib. Hansı ki, həmin polklinikada 35 il işləyən, sahə həkimindən başlayaraq şöbə müdiri vəzifəsinə yüksələn Gülnarə Əfəndiyeva orada baş həkimi əvəz edirdi. Alməmmədovdan soruşan lazımdır ki, çoxdan təqaüdə çıxmalı olan, 2 dəfə müddəti uzadılmış Şəhla Məmmədova nə üçün Gülnarə Əfəndiyevanı əvəz etməlidir..? Axı, Gülnarə Əfəndiyevanın təqaüdə çıxmasına hələ 10 il var. Həm də 35 ilin həkiminə, baş həkimi əvəz edən Gülnarə Əfəndiyevaya qarşı edilən hərəkətlər, nəinki insana yaraşan hal deyil, heç...
Belə ki, Gülnarə Əfəndiyeva otağında iş başında olduğu halda, sentyabrın 23-də Fazil Alməmmədovun qoçu dəstəsi otağa daxil olaraq 35 ilin həkiminə deyirlər ki, otağı tərk elə, çıx get… Bütün bunlar azmış kimi, sentyabrın 24-də səhər Şəhla Məmmədovanın özü ilə gətirdiyi mühafizəçilər Gülnarə Əfəndiyevanı işə buraxmırlar.
Nəhayət Şəhla Məmmədovadan icazə alandan sonra Gülnarə Əfəndiyevanı içəri buraxırlar. Yəni Gülnarə Əfəndiyeva əvvəl olduğu kimi həkim-terapevt işini davam etdirmək qərarına gəlir. Amma buna da imkan vermilər. Belə ki, bu dəfə isə həkim-terapevtin yanına xəstənin gəlməsi üçün onun adına kompüterdə çek vurulmalıdır. Buna da Şəhla Məmmədova icazə verməyib. Deyib ki, çek başqa həkimin adına vurulacaq. Və beləcə Gülnarə Əfəndiyeva 35 il çalışdığı işindən qanunsuz olaraq uzaqlaşdırılıb. Məşhur filmdə deyilən kimi, görəsən Rüstəm bəy qoca Məşədi İbadın nəyinə aşiq olub..? İndi maraqlıdır ki, Fazil Alməmmədov nənəsi yaşda 76 yaşlı təqaüdçü Şəhla Məmmədovanın nəyinə, olmayan savadına, bəlkə olmayan təcrübəsinə “aşiq” olub ki, onu Gülnarə Əfəndiyevanın yerinə təyin edib və üstəlik şəhid ailəsinin üzvü olan həkim işini də itirib. Redaksiyamıza daxil olan son məlumata görə, Şəhla Məmmədova Fazil Alməmmədovun yerlisidir, hər ikisi Oğuz rayonundandır. Ancaq məncə, yerli olmaq əsas məsələ ola bilməz. Oğrunun, rüşvətxorun, korrupsionerin nəinki yerlisi, heç vətəni də olmur. Əsas məsələ odur ki, bunlar almağı-verməyi, cinayət etməyi bacaran adamları axtarırlar. Bəli, Şəhla Məmmədova kresloya oturan kimi 18 saylı poliklinikadakı ( indiki 2 saylı şöbə ) “sağ əli” Gültəkini yanına gətirmək istəyir. Daxil olan məlumatdan o da bəlli olur ki, Şəhla Məmmədova 8 saylı poliklinikaya ( indiki 1 saylı şöbəyə ) gələn kimi sürücülər və sağlamlıq üçün verilən arayışların qiyməti 15 manatdan 40 manata qalxıb. Sürücülüklə bağlı arayış və sağlamlıq arayışlarının biri 15 manat, o biri isə 30 manat idi. İndi isə hər ikisi 40 manat olub. Şəhla Məmmədova deyir ki, kor olsun, kar olsun, lap mayıf olsun...əsas odur ki, 40 manatını verib arayışını alsın.
Bu hələ harasıdır ? Şəhla Məmmədova mürdəşir kimi ölülərin cibini soymaqla məşğuldur. Belə ki, Şəhla Məmmədova yeni iş yerinə gələn kimi ölüm haqqında qeydiyyat kitabını gətirib qoyub böyrünə. Və deyir ki, ölülər mənlikdir, yəni ölülərə verilən arayışı özü satacaq. Bu hələ harasıdır..? 8 saylı poliklinikanın ( indiki 1 saylı şöbənin ) özünün “troyka” ( qan, sidik və s) analizi, ümumi qan analizi üçün laboratoriyası olduğu halda, “troyka” analizini 1 saylıda götürüb, 5 saylıya, ümumi qan analizini isə özəl klinikalara göndərirlər. Analizlərin pulunu isə İcbari Tibb Sığorta 5 saylıya və özəl klinikalara köçürür..?
Niyə, məqsəd nədir ? Hansı ki, 1 saylı şöbənin özündə laboratoriya cihazlarının üstünü bərk-bərk basdırıb, nəyisə gözləyirlər..?
Yəqin ki, özəl klinikalara satacaqlar. Məlumat üçün onu da qeyd edək ki, TƏBİB-in sədri Vüqar Qurbanovun həyat yoldaşı, hörmətli Sevda xanım 5 saylıda nevrologiya şöbəsinin müdiridir. Görəsən, Sevda xanım iş yerində gördüyü biabırçılıqları evdə həyat yoldaşına demir..? Yeri gəlmişkən, Fazil Alməmmədovun həyat yoldaşı da Respublika Klinik Xəstəxanasında göz şöbəsinin müdiridir. İndi isə keçək Şəhla Məmmədovanın 1 saylı şöbəsində satılan firma dərmanlarına. Bəli, 1 saylı şöbənin “zavxozu”nun əsas işi dərman satan firmalarla biznes əlaqəsini qurmaqdır. Tez-tez şöbənin koridorlarında müxtəlif dərman firmalarının nümayəndələrini görmək olur. İndi isə keçək ƏN ƏSAS MƏSƏLƏYƏ... Axı, yazının girişində sual etdik ki, Alməmmədov Şəhla Məmmədovanın nəyinə...?
Bəli, bu sualın cavabını Şəhla Məmmədova bu yaxınlarda məclislərin birində açıb deyib. Şəhla Məmmədova deyib ki, onsuz da özüm də bilirəm ki, təqaüdə gedəcəm. Amma təqaüddən qabaq əlimdə çox vacib iş var... Belə ki, 1 saylı şöbə ilə üzbəüz yerləşən diş poliklinikasının yerini özəlləşdiriblər. Amma 1 saylı şöbənin yeri tikintiyə mane olduğu üçün buranı özəlləşdirib satacaqlar. Və bu qanunsuz əməlləri Şəhla Məmmədovanın əli ilə edəcəklər. İndi bildinizmi Alməmmədov Şəhlanın nəyinə...?
Bəli, Şəhla Məmmədova deyib ki, 1 saylı şöbənin yerini özəlləşdirib satacağıq və mən də haqqımı alıb rahatca təqaüdə gedəcəm. Hələ üstəlik tikilən obyektin 1-ci mərtəbəsində Şəhlaya obyekt də verəcəklər. Bəli, sözün qısası, səhiyyəmiz cinayətkar şəbəkənin əlində can verir. Hippokrat andı sizə qənim olsun, ay al-ver məmmədovlar... //gundelik-baku.com//
 
 
 
Ardını oxu...
Şəhid ailələri və Qarabağ əlilləri də cərimələnəcək: - Dövlət onlara ev versə də, qurumlar “kupça” vermir
Azərbaycanda müharibə əlilləri və şəhid ailələrinə verilən mənzillərə sakinlərin qeydiyyat problemi öz həllini tapmayıb.

Müharibə əlilləri və şəhid ailələri dəfələrlə bu problemi mətbuatda və sosial şəbəkədə dilə gətiriblər. Onlar faktiki olaraq dövlət tərəfindən onlara verilən, yaşamaq hüququ əldə etdikləri mənzillərə qeydiyyata düşə bilmirlər. Buna səbəb Prezidentin sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sözügedən şəxslərə verilən mənzillərin mülkiyyət hüququ haqqında sənədin olmaması göstərilir. Ona görə də mənzillərdə yaşamaq hüququ əldə edən şəhid ailəsinin üzvləri və müharibə əlilləri ya polis idarələrində müvəqqəti qeydiyyata alınırlar, ya da hansısa qohumun, dost - tanışın mənzilinə qeydiyyata düşürlər.

Bu da həmişə mümkün olmur. Kiminsə mənzilində qeydiyyata alınmaq asan başa gəlmir, qohumlar bununla asanlıqla razılaşmırlar. Digər tərəfdən, polis idarələrində müvəqqəti qeydiyyat üçün uzun növbələr olur. Yaşadığın mənzilə qeydiyyata düşə bilmədikdə isə xəstəxana, poçt, bank və digər xidmətlərdən istifadə edə bilmirlər.

Şəhid polkovnik Raquf Orucovun xanımı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, Sevinc Orucova da məsələ ilə bağlı Cebhe.info-ya danışıb. O, uzun müddətdir bu problemin həllini tapmadığını deyib:

“Şəhid ailələri və qazilərə mənzillər Sosial Xidmətlər Agentliyinin xətti ilə paylanılır. Bu mənzillər evdən istifadə hüququnu təsdiq edən sənəd əsasında verilir. Bu əsasla da ev mülkiyyət sayılmır, yəni mənzil ona verilsə də, vətəndaş o evin tam mülkiyyətçisi deyil. Mülkiyyət hüququnu təsdiq edən, bizim “kupça” adlandırdığımız şəhadətnamə olmadığı üçün vətəndaş qeydiyyata düşə bilmir. Hər bir evin mülkiyyətini təsdiq edən dövlət reyestrindən çıxarış olmalıdır ki, vətəndaş həmin evə qeydiyyata düşsün. Yəni bu problem də buradan qaynaqlanır".

Birlik sədri əvvəllər Vətən Müharibəsi Qəhrəmanlarına verilən evlərdə də eyni problemin yaşandığını qeyd edib:

"Artıq o proses bitib, yəni onlara mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin verilməsi başa çatıb. Amma şəhid ailələri və qazilərimizə verilən evlərdə problem hələ də qalır. Bunu dəfələrlə demişik. I Qarabağ müharibəsi əlillərinə verilən evlərdə də bu problem var. Deyirlər ki, məktub hazırlanır. Onda biz gözləyək ki, bunlar nə vaxt o məktubu hazırlayacaqlar. Bu problem bir layihənin başa çatmasında, yürüdülməsində əngəllər yaradır. Bizə vətəndaş məmnunluğu lazımdır. Bir işi başa çatdıra bilmirik, süründürməçilik, uzun-uzadı mübarizələr, bunlar həssas insan kateqoriyasına aiddirlər, inciyirlər, bu da narazılığa gətirib çıxarır".

Sevinc Orucova hesab edir ki, bina qazla təmin olunubsa, bütün texniki göstəricilərə cavab verirsə, vətəndaşın mülkiyyət hüququ da təmin olunmalıdır:

"Vətəndaşa ev dövlət tərəfindən verilibsə, sənədi də verilməli, sakin ora qeydiyyata düşməlidir. Bu adam onsuz da Bakı şəhərində qeydiyyatdadır, qeydiyyatı elə yaşadığı mənzilə vermək lazımdır. Polis qeydiyyatında növbə çoxdur, həm də kiminsə evinə qeydiyyat daxili problemlərə gətirib çıxarır. Dəfələrlə soruşuruq, cavab belə olur ki, proses gedir. Bizim qurumların və məmurların bir sözü var: proses üzrə iş gedir. Biz həmişə deyirik ki, indiki şəraitdə, kommunikasiyanın, elektron hökumətin inkişaf etdiyi dövrdə bu məsələ bu qədər uzanmamalıdır ".

O, hazırda verilən sənədlə qeydiyyata düşməyin mümkün olduğunu iddia edənlərə də səslənib:

"Əgər bunu deyirlərsə, hansı ünvanda olduğunu bizə də bildirsinlər, müraciət edənləri ora yönləndirək. Qeydiyyata düşmək üçün "Asan Xidmət"-ə müraciət edirsən, səndən mütləq evin "kupça"sını tələb edir, yalnız kupçalı evə qeydiyyata düşə bilərsən”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyindən Cebhe.info-ya bildirilib ki, sözügedən mənzillər artıq Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilib. Bakı Şəhər İcra Hakimiyyətindən isə qurumun bu məsələ ilə bağlı hər hansı bağlılığının olmadığını bildirərək məlumatı təkzib ediblər. Bir sözlə, vətən uğrunda canından keçən insanların ailə üzvləri, yaralanan insanlar dövlət qurumlarının "ötür-ötür oyunu" nəticəsində dövlətin verdiyi mənzildə qonaq kimi yaşayırlar. Onlara nə qohum evində, nə polis idarələrində, nə də ölkə başçısının imzaladığı sərəncamla dövlətin verdiyi mənzildə qeydiyyat yoxdur.

Nəzərə alaq ki, Daxili İşlər Nazirliyi ölkədə yaşadığı ünvan üzrə qeydiyyata düşməyən vətəndaşların cərimələnəcəyi bildirilib. Qanuna əməl etməyən şəxsi Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə inzibati məsuliyyət gözləyir: ona xəbərdarlıq edilir və ya o, 30 manat məbləğində cərimə olunur.
Ardını oxu...
Elmir Məhərrəmov şifer satışı ilə məşğuldur. Deyir, 2009-cu ildə "Şərur İnşaat" MTK-ya təxminən 27 min manat məbləğində şifer satıb. Şirkət isə pul ödəyəcəyi tarixə qədər ona girov kimi Yasamal rayonu ərazisində tikilən bir binadan mənzil verib.

Elmir Məhərrəmov tikinti şirkətindən şikayətçi olsa da, məhkəməyə müraciət etməyib.

"Şərur İnşaat" MTK-nın mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova deyir ki, sözügedən mənzil və pul ilə bağlı sənədləşmə onların yox, "MUR-AY" MMC-nin adından aparılıb.

E.Məhərrəmov ona müqavilə bağlananda "MUR-AY" MMC "Şərur İnşaat"-ın podratçısı olduğu üçün sənədləşmənin bu cür aparılmalı olduğunu dediklərini bildirir. Zemfira İsmayılova isə, bu ittihamı rədd edir.

Hüquqşünas Yalçın İmanov hesab edir ki, E.Məhərrəmov məhkəməyə müraciət edəcəyi təqdirdə şikayətinin təmin edilməsi üçün hüquqi perspektiv var.

Muray MMC-nin təsisçi və rəhbərləri 2011-ci ildə həbs olunub. Məhkəmə zamanı verilən ifadələrdən və Şərur MTK-nin təsisçisi İsfəndiyar Axundovun mətbuata müsahibələrindən belə aydın olur ki, Muray MMC-nin əmlakı və öhdəlikləri Şərur MTK-ya verilib.

Bununla belə, yüzlərlə zərərçəkən hələ də məhkəmələrdə və mətbuat vasitəsilə ziyanın ödənməsinə nail olmağa çalışır.

Toplum TV
 

Ardını oxu...


Mən otağa daxil olduqda İbadov Xəyal ayağa qalxıb, qapını bərk döydüyümü deyərək mənə hücum elədi...

Bu günlərdə “Gündəm Xəbər” qəzetinin redaksiyasına Səmədov Mirsahib Mirəli oğlu tərəfindən Yevlax RQİ və TBŞ-ndə leytenant rütbəsi ilə fəaliyyət göstərən İbadov Xəyal və digər əməkdaşlar haqqında olduqca acınacaqlı müraciəti daxil olub. Həmin müraciəti olduğu kimi oxucularımıza təqdim edirik:
“Bu müraciətimlə redaksiyanıza yazıb bildirmək istəyirəm ki, 13.07.2022-ci il tarixində, mənə məxsus 66-BF-667 dövlət qeydiyyat nişanlı, Vaz 2107 markalı avtomaşınımı texniki baxışdan kecirmək istəyən zaman, Yevlax RQİ və TBŞ-ndə, həmin qurumda leytinant olaraq fəaliyyət göstərən İbadov Xəyal tərəfindən, sərt şəkildə hücuma məruz qalmışam. İbadov Xəyal həmin qurumda, qeyri qanuni fəaliyyət göstərən Bərdəli Natiq olaraq tanıdığımız şəxslə birlikdə mənə qarşı təxribat törətmiş və mənə yumruq zərbəsi vuraraq xəsarət yetirmişdir. Bildirmək istəyirəm ki, Yevlax RQİ və TBŞ-ndə İbadov Xəyal ilə birlikdə işləyən Natiq adlı şəxs siravi formada, bütün otaqlara daxil olur, dövlətə məxsus avadanlıqları idarə edir, vətəndaşların avtomaşınlarına baxış kecirir və qeyri-qanuni tələb olunan 110-120 manat vəsaiti toplayır. Həmin hadisədə Natiq adlı qanunsuz işçi mənim sadəcə rüsumu ödəyərək, əlavə rüşvət vermədən texniki baxışdan keçmək istədiyimi bildikdə sənədlərimi alıb İbadov Xəyalın otağına daxil oldu. Mən qapını iki barmağımla döydükdə qapını açıb məni içəri çağırdı. Mən otağa daxil olduqda İbadov Xəyal ayağa qalxıb, qapını bərk döydüyümü deyərək mənə hücum elədi. Və mənə kameralar qarşısında yumruq zərbəsi vurdu. Bu hadisədən sonra mən, dəfələrlə,əlaqəli qurumlara onlarla müraciətlər etmişəm. Hər dəfə mənə qeyri rəsmi olaraq bildirilib ki, İbadov Xəyal Ziyanur oğlunun “yuxarılarda” adamı var, ona görə də mən şikayətlərimi dayandırmaliyam. Yaxın günlərdə mənə məlum oldu ki, İbadov Xəyalın himayədarı, əmisi İbadov Şahindir və Şahin müəllim AAYDA-ndə məmurdur. Mən bu ölkənin vətəndaşı olaraq bir cöx qurumlara müraciətlər edib bildirmişəm ki, halal zəhmətimlə, alın təri ilə qazandığım vəsaiti belə şəxslərə vermədiyim üçün mənə qarşı bu haqsızlıq olub. Əgər 7 Saylı Yevlax RQİ və TBŞ-I Azərbaycan Resbublikasının qanunları ilə fəaliyyət göstərirsə, bizim qanunlarımız texniki baxış rüsumunu 30 manat 40 qəpik təyin edib. Yox əgər bizdən 110-120 manat tələb olunursa, o zaman bu şəxslər hansı dövlətin qanunları ilə fəaliyyət göstərirlər? Mən bütün əlaqəli dövlət qurumlarının bu məsələyə diqqət yetirmələrini istəyirəm.”
Yazıda adı keçən şəxslərin də mövqeyini dinləməyə hazırıq

Ardını oxu...
DİA.AZ: - Qəbələ rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin Qəbələ MDM-I ilə birləşdirilməsi zamanı direktor Ceyhun Əhmədovun işcilərin yerləşdirilməsində baş vermiş bir sıra qanunsuzluqları ilə bağlı DİA.AZ-a faktlar açıqlanıb. Redaksiyamıza göndərilən məlumatlarda olduqca ilginc məqamlardan bəhs olunur. DİA.AZ məqaləni təqdim edir:
"Tibbi sığortanın təşkili şöbəsinin müdiri,tibbi sığorta üzrə mütəxəsis ştatlarında tibbi təhsilli şəxslərin işlə təmin olunması zərurəti olsada şöbə müdiri sığorta üzrə ali təhsillidir və şöbə müdiri vəzifəsində işləmək ücün ən azı 3-5 il uyğun vəzifə üzrə iş stajı tələb olunur. Həmin şəxsin iş stajı yoxdur. Bu şöbədə işləyən Tibbi sığorta üzrə mütəxəsis Cəfərova Nərmin.Sığorta məsləhətciləri Kərimova Anjella və Kərimova Dilarə nəinki tibbi təhsili ümumiyətlə təhsilsiz şəxslərdir.
Xəstə xidmətləri şöbəsinin müdürü Mustafayeva Şəbnəm işə götürülən zaman hec bir iş stajı olmayıb halbuki bu vəzifə üzrə təyin olunmaq ücün 3-5 il arası staj tələb olunurdu. Xəstə xidmətləri şöbəsinin Qeydiyyat bölməsində işləyən 2 nəfər qeydiyyatcıya iş saatını xəstəxanada vermək əvəzinə Vəndam ASM-də istədiyi vaxt gelib getmēk uyğun gəldiyi (istədikləri kimi gəlib getmek)ücün iş saatlarnın Vəndam həkim məntəqəsində verirlər. Vəndam ASM-nin ştatında olan qeydiyatcı Osmanova Afət tibbi təhsili olmamasına baxmayaraq sahə tibb bacısı kimi işləyir. Xəstəxanadan göndərilən qeydiyatcılar Əlizadə Xəyalə və Qəhrəmanova Nətavan da hemcinin həkim yanında tibb bacısı kimi fealiyyet gösterirlər.Cünki Vəndam ASM-də 3.0 ştat vahidi qeydiyatcının fəaliyyət göstərməsi ücün zərurət yoxdur. Bir həkim stomatoloq ücün də özünün istədiyi kimi fəaliyyət göstərməsi ücün ştatının Stomatologiya bölməsində olmasına baxmayaraq həkim stomatoloq kimi Vəndam HM-nin binasında fəaliyyət göstərilməsinə şərait yaradılıb.Eyni zamanda Vəndam ASM-nin ştatında olan həkim pediatr Afer Hüseyinov və tibb bacısı Ruhiyyə Əliyeva xəstəxanadan əmək haqqı almalarına axmayaraq Afer həkimin şəxsi acdığı xəstəxanada əhaliyə özəl olaraq pullu xidmət göstərilir.
Xəstə xidmətləri şöbəsinin Qeydiyyat bölməsində Vəndama göndərilən işcilərin əvəzinə mühavizəci Şöyübova Samirə, xadimə Abdullayeva Mətanət və mətbəx fəhləsi Hüseyinova Qərənfil qeydiyyatcı kimi fəaliyyət göstərirlər.
Ən ağır şöbə olan Dializ şöbəsində işləyən tibbi bacısı (qardaşı)Bəxtiyar Ceyhun Əhmədovun həyat yoldaşının əmisi olduğu ücün ona şöbəyə istədiyi saatlarda istədiyi vaxt ərzində gəlmək ücün şərait yaradılıb.
Ədilova Könül Niyazı qızı-ücün müddət (5 il) əvvəlki direktor Sabir Bayramovun katibesi işləyib. Hec bir təhsili olmadığı və Qanuna uyğunluğa əsasən Təsərrüfat tibb bacısı kimi 3-5 il iş stajı olmadığı halda Təsərrüfat bölmə müdürü vəzifəsinə təyin olunub.Təhsil alması ücün Qəbələ rayon peşə məktəbində adı yazılıb.iş saatı ilə dərs saatı eyni vaxtda olmasına baxmayaraq 2021-ci ilin tədris ili başlayandan təhsili davam etdirilir.
Eyni zamanda Könül xanımın hər iki oğlu xəstəxanadan verilmiş saxta sənədlər əsasında ordudan təxris olunub.
Birləşmə zamanı Xəstəxananın sterilizasiya bölmə müdürü tibb tehsilli Mustafayeva Cəmalə sıravi tibb bacısı kecirilərək həmin vəzifəyə tibb təhsilli Sanitar epidemologiya üzrə olan Tahirova Aysel təyin olunub və hal hazırda həmin vəzifədə işləyir...."

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia.az olarq qarşı tərəfi də dinləməyə hazırıq...

Dünyapress TV

Xəbər lenti