Bu gün G7 liderləri birgə bəyanat veriblər.
Gununsesi.info xəbər verir ki, məlumatı “Reuters” yayıb.
G7 lideləri regionda gərginliyin azaldılmasının vacibliyini əsas gətirərək, İranla gərginləşən münaqişədə İsrailin təhlükəsizliyini dətəkləyiblər.
Sənəddə deyilir: “”İran böhranı”nın həlli Yaxın Şərqdə gərginliyin azalmasına və Qəzza zolağı ətrafında vəziyyətin nizamlanmasına gətirib çıxarmalıdır… İran regional qeyri-sabitliyin və terrorun əsas mənbəyidir. Biz ardıcıl olaraq bəyan etmişik ki, İran heç vaxt nüvə silahına malik olmamalıdır. Biz İran böhranının həlli Qəzzada atəşkəs də daxil olmaqla, Yaxın Şərqdə hərbi əməliyyatların daha geniş şəkildə deeskalasiyasına gətirib çıxarmağa çağırırıq”.
Qeyd edək ki, “Böyük yeddiliy”ə (G7) Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya daxildir.