b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_f2c2bf8bdf461a5943dfb7ac29160226.jpg
 

Dünyada güc balansının dəyişdiyi, böyük dövlətlərin nüfuz savaşı apardığı bir vaxtda, Çin lideri Si Cinpinin sosial şəbəkədəki paylaşımı beynəlxalq gündəmə bomba kimi düşüb.

Musavat.com xəbər verir ki, Prezident Si Cinpin özünün “X” (Twitter) hesabında yayımladığı statusda ABŞ-ın əvəzolunmaz olmadığını bildirərək, tarixi imperiyalar üzərindən güclü mesajlar verib.

Si Cinpinin paylaşımında deyilir:

“The world can move on without the United States.”

(“Dünya Amerika Birləşmiş Ştatları olmadan da yoluna davam edə bilər.”)

Ardınca Çin lideri tarixə ekskurs edərək, bir zamanlar dünyanın dəyişməz hegemonu kimi görünən imperiyaların süqutunu xatırladır.

Sitat: "100 il əvvəl Britaniya İmperiyası dünya ticarətini idarə edir, dünya sərvətinin 20 faizindən çoxuna sahib olurdu. O zamanlar bu imperiyanın “günəşinin heç vaxt batmayacağına” inanılırdı. 200 il əvvəl Fransa Avropa səhnəsində dominant gücə çevrilmiş, onun ordularından qorxulur, mədəniyyətinə həsəd aparılırdı. Napoleon özünü ölümsüz elan edirdi. 400 il əvvəl İspaniya tacı, Maniladan Meksikaya qədər uzanan ərazilərdə hökmranlıq edir, gümüş və ipək yüklü xəzinə gəmiləri ilə dünyaya hökm edirdi. İspan kralları öz şöhrətlərinin əbədi olacağına inanırdı"...

Lakin Çin lideri vurğulayır ki, bütün bu imperiyalar özlərini vazkeçilməz hesab etsələr də, zamanla tarix səhnəsindən siliniblər.

b_400_300_16777215_00_https___cdn.musavat.com_news_images_İQBAL_YENİ_56565.jpg

Si Cinpinin paylaşımının son hissəsində daha da sərt və açıq mesaj yer alıb:

“Power wanes, influence migrates, and legitimacy dies the moment it’s assumed rather than earned. Should America forfeit the world’s respect, it will discover what every fallen empire learned too late: The world moves on. Always.”

(“Güc zəifləyir, nüfuz yer dəyişir, və legitimlik qazandıqda deyil, sadəcə qəbul edildikdə ölür. Əgər Amerika dünyanın hörmətini itirərsə, digər süqut etmiş imperiyaların gec dərk etdiyi bir həqiqəti anlayacaq: Dünya yoluna davam edir. Həmişə.”)

b_400_300_16777215_00_https___cdn.musavat.com_news_images_İQBAL_YENİ_Gtm0zBHa0AMSPBY.jpg

Musavat.com-a görə bu açıqlama Çinin getdikcə artan qlobal ambisiyalarının və ABŞ-Çin rəqabətinin açıq etirafı kimi qiymətləndirilməlidir. ABŞ-ın dünya liderliyinə meydan oxuyan bu paylaşım, Pekinin Vaşinqtona verdiyi açıq mesaj kimi qəbul olunmalldır.

Görünən odur ki, beynəlxalq sistemdə tarixi dəyişikliklər baş verir və bu dəfə Qlobal Cənubun lideri Çin oyun qaydalarını yenidən yazmaq niyyətindədir.

Musavat.com

b_400_300_16777215_00_https___cdn.musavat.com_news_images_İQBAL_YENİ_WhatsApp_Image_2025-06-17_at_13.10.28.jpeg
 
 

Bölmənin digər xəbərləri

17 İyun 2025 İlham Əliyev Afrim Qaşini qəbul etdi - FOTOLAR
17 İyun 2025 Ankara səhnədə: Türkiyə müharibəyə DUR deyə biləcəkmi?
17 İyun 2025 G7 liderləri İsraili dəstəkləyən birgə bəyanatla çıxış etdilər
16 İyun 2025 İran prezidenti İsraillə atəşkəsə vasitəçilik üçün Azərbaycana müraciət edib
16 İyun 2025 Trampdan İsrail-İran açıqlaması: Danışıqlar gedir, tezliklə sülh sazişi bağlanacaq
15 İyun 2025 Müharibə Putinin evinə qədər alovlanıb: Rusiya-Ukrayna savaşında dönüş nöqtəsi yaxınlaşır
15 İyun 2025 İsrail Xameneini də vuracaq - rəsmən elan edildi: "Qadağan olunan hədəf deyil"
15 İyun 2025 Putin və Tramp arasında telefon danışığı baş tutub - YENİLƏNİB
15 İyun 2025 Ərdoğan və Şahbaz Şərif arasında telefon danışığı baş tutub
15 İyun 2025 Ərdoğan Pezeşkianla İran-israil qarşıdurmasını müzakirə edib
13 İyun 2025 İran sona qədər döyüşəcək - Klinton 11 il öncə nələr yazmışdı...
13 İyun 2025 “Ağcaqayın yarağı” ölkəsi Bakı ilə barışır
13 İyun 2025 Türkiyə və Yunanıstan arasında mühüm toplantı
12 İyun 2025 İranın bitməyən Zəngəzur xofu - Xamneyinin adamı nəyin mesajını verir?
12 İyun 2025 Azərbaycana qarşı köhnə iftira - Bakıdan tutarlı cavab
12 İyun 2025 Kremlin Qarabağ üzərindən şok bazarlıq təklifi - REAKSİYA
12 İyun 2025 Razi Nurullayev ermənilərlə görüşdən danışdı: - “Dedi ki, heç bir sülh sazişi imzalamayacaq”
11 İyun 2025 "Avropa İttifaqının Ermənistandakı missiyası casusluq fəaliyyəti ilə məşğuldur" - Rusiya XİN
11 İyun 2025 “Bədbəxt” adlandırdığı şəhərdə yallı gedən Paşinyan idi – SƏRT CAVAB
11 İyun 2025 Paşinyanın yalançı sülhü - Qarabağı “itirilmiş vətən” elan etdi

Dünyapress TV

Xəbər lenti