Azərbaycanın buğda idxalında Qazaxıstanın payı rekord həddə çatıb
Azərbaycanın buğda idxalında Qazaxıstanın payı rekord həddə çataraq 88 % təşkil edib.

İndex.az xəbər verir ki, Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bunu bu ölkənin Azərbaycandakı səfiri Alim Bayel kənd təsərrüfatı sektorunun nümayəndələri ilə görüşdə bildirib.

Onun sözlərinə görə, bu ilin yanvar-may aylarında Qazaxıstan Azərbaycana 450 min ton taxıl ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 86 % çoxdur: “Bu həcmdə taxılın dəyəri 95 milyon ABŞ dolları olub”.

O qeyd edib ki, Azərbaycanın buğda idxalında Qazaxıstanın payının artması iki ölkənin müvafiq strukturlarının əlaqələndirilmiş işi sayəsində mümkün olub. Bununla yanaşı, ötən il Qazaxıstanın Bakıdakı səfirliyində kənd təsərrüfatı forumu təşkil olunub.

Səfir fermerləri və iş adamlarını əldə olunan uğurları möhkəmləndirməyə, kənd təsərrüfatı ticarəti sahəsində uzunmüddətli əməkdaşlığa çağırıb.

Görüşdə işgüzar dairələrin nümayəndələri ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikirlər bildiriblər. Tədbir çərçivəsində iki ölkənin şirkətləri arasında B2B görüşləri keçirilib.

Ümumilikdə Qazaxıstan Azərbaycana taxıl, alüminium, metal məmulatları, kimya və neft məhsulları ixrac edir, maşınqayırma məhsulları, etilen polimerləri və ərzaq məhsulları idxal edir.

2024-cü ildə Azərbaycan 1 milyon 292 min ton buğda idxal edib. Bu həcmdə buğdanın dəyəri 279 milyon 681 min ABŞ dolları təşkil edib.

Bunlar, 2023-cü illə müqayisədə həcm baxımından 116 min 685 ton (9,9 %) çox, dəyər baxımından isə 24 milyon 302 min ABŞ dolları (7,9 %) azdır.

Bölmənin digər xəbərləri

17 İyun 2025 Dizel və benzinin bahalaşması ilə bağlı VACİB XƏBƏR
17 İyun 2025 Qaz və elektrik abonentləri niyə və nəyə görə pul ödəyəcəklər? - AKTUAL
15 İyun 2025 Neft qiymətləri 200-300 dollara qalxa bilər - İraq XİN
14 İyun 2025 İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər
14 İyun 2025 Xəstəxanalarda qiymətlər bahalaşdı
13 İyun 2025 “İstəyirsən qazı işlət, ya da işlətmə, aylıq məbləği ödəməlisən” - deputat
13 İyun 2025 İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb
13 İyun 2025 Həmin qəza "Boeing"in səhmlərini çökdürdü
12 İyun 2025 Qızıl avronu sıxışdırır: Mərkəz Banklar 1960-cı illərdə olduğu kimi yenidən qiymətli metal toplayır
12 İyun 2025 Klinika rəhbərinin ölkədən çıxışına "stop" qoyuldu - 600 mindən çox borcu var
11 İyun 2025 Dünya Bankı 2025-2027-ci illərdə Azərbaycanda ÜDM-in hər il 2,4 %-dən çox artacağını proqnozlaşdırır
11 İyun 2025 Qiymət artımının qarşılığında keyfiyyətin yüksəlməsi operatorların əsas vəzifəsidir - AMMA BİZDƏ...
11 İyun 2025 İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir? - AKTUAL
10 İyun 2025 Birjada qızılın qiyməti artıb
09 İyun 2025 Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur
08 İyun 2025 Azərbaycanın turizm potensialı Koreya Respublikasında təqdim olunur
08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir
07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR

Dünyapress TV

Xəbər lenti