Kənd Təsərrüfatı Nazirliyi, ona tabeli qurumlar, xüsusilə də nazir İnam Kərimov və komandası son vaxtlar medianın gündəmindən düşmür. Məlum olur ki, aqrar sektorun inkişaf etdirilməsi adı altında İnam Kərimov və komandası bir çox oliqarx məmurlara məxsus torpaq sahələrində bizneslərinə daxil olan xərcləri dövlət hesabına həyata keçirirlər. Dövlətin aztəminatlı ailələrə, fermerlərə verdiyi dəstəkdən isə bu gün daha çox yararlananlar nazirin “islahatçı” kadrlarıdır desək, yanılmarıq. Aqrar sektorun inkişaf etdirilməsi məqsədi ilə fermərlərə güzəştli şərtlər adı altında baha satılan gübrələr, yanacaq, vaxtlı-vaxtında verilməyən subsidiyalar və texnikalar gözdən pərdə asmaqdan başqa bir şey deyildir. Əslində isə son illər kənd təsərrüfatının inkişaf etdirilməsinə daha çox büdcə vəsaiti ayrılır. Bundan şəffaf və səmərəli istifadə etmək qalır İnam Kərimovun komandasının insafına.
İnam Kərimov və komandası isə əksinə, bunları fürsət bilib özlərinə məxsus təchizatçı şirkətlərlə işbirliyi qururlar. Aqrar sektorda islahatlar həyata keçirmək adı altında kənd təsərrüfatı texnikalarının və damazlıq heyvanların alışına şişirdilmiş rəqəmlərlə yüz milyonlarla manat vəsait xərcləyirlər. Hansı ki, aqrar sahəyə çəkilən belə izafi xərclər Kənd Təsərrüfatı Nazirliyinin bir çox maliyyə əməliyatlarında özünü açıq şəkildə biruzə verir. Aşağıdakı məlumatlarda olduğu kimi.
“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Ucar Təchizat Bazasının hasarının təmiri işlərinin satın alınması üzrə keçirilmiş açıq tenderin nəticələri açıqlanıb. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə satınalma müqaviləsi 16.01.2023-cü il tarixdə bağlanıb. “Aqroservis” ASC qalib seçdiyi “OMAR NN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinə qeyd etdiyimiz işlərin görülməsi üçün 326 536.16 manat dövlət vəsaiti ödəyəcək.
Qeyd edək ki, tenderin şərtlər toplusunda görüləcək təmir işlərinin həcmi göstərilməyib. Buradan da maraqlı suallar meydana çıxır. Ucar Təchizat Bazasının hasarının uzunluğu və hündürlüyü nə qədərdi, cəmi neçə kvadratmetrdir ki, buranın təmirinə, tikintisinə yox, yalnız təmirinə üç yüz min manatdan çox vəsait ayrılıb. Bu vəsaitlə yeni nə qədər hasar çəkmək olar? Elə bu sual ətrafında araşdırmalar apardıq. Məlum oldu ki, “OMAR NN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti arasında işbirliyi çoxdan var. Belə ki, “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti 24.05.2022-ci il tarixdə Gəncə Təchizat Bazasının hasarının təmiri işləri üzrə də “OMAR NN GROUP” MMC ilə 103 840 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Məlum olduğu kimi “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Prezident İlham Əliyevin 2020-ci il 17 avqust tarixli Fərmanına əsasən Cəmiyyətin adı dəyişdirilərək “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Yəni hazırki “Aqroservis” ASC 2020-ci ilə qədər “Aqrolizinq” ASC kimi fəaliyyət göstərmişdir.
Bir az dərin araşdırdıqda məlum oldu ki, “Aqrolizinq” ASC-nin Tovuz rayon bölməsinin hasarının yenidənqurulması işlərinin satınalınması üzrə 54 574.33 manat məbləğində bir müqavilə də 04.03.2020-ci il tarixdə “İNŞAAT-İ.” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlayıb. Hansı ki, bu MMC-yə məxsus VÖEN (1100157541) həm də “OMAR NN GROUP” MMC-yə aid olduğu göstərilir.
“Aqrolizinq” ASC-nin hasar təmiri əməliyatları bununla da bitmir. Belə ki, ASC Kürdəmir rayon bölməsinin uçmuş hasarının yenidənqurulması işlərinin satınalınması üzrə keçirdiyi kotirovka sorğusunda da qalib “İNŞAAT-İ.” MMC olub və tərəflər arasında 20 164.94 manat dəyəri olan satınalma müqaviləsi 27.12.2019-cu il tarixdə bağlanılıb.
Qeyd edək ki, “OMAR NN GROUP” MMC -yə aid olduğu göstərilən VÖEN-lə (1100157541) 2021-ci ilə qədər “İNŞAAT-İ.” MMC kimi bir sıra tenderlərin qalibi olub. 2022-ci ildə isə “İNŞAAT-İ.” MMC dönüb olub “OMAR NN GROUP” MMC. Bu adla isə 2022-ci ildə MMC yol çəkilişindən tutmuş təmir bərpa işləri üzrə bir neçə tenderin qalib olub.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “OMAR NN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 21.02.2005-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SABUNÇU RAYONU, BAKIXANOV ŞTQ, 4090\94 MƏH., ev 2/7, m. 118, qanuni təmsilçisinin isə Ömərov Namiq Nüsrət oğlu olduğu göstərilir.
MMC haqqında açıq mənbələrdə olan məlumatlar bu qədərdir. Görsənən odur ki, “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti ilə MMC-lərin qanuni təmsilçisi kimi göstərilən Namiq Ömərov arasında ancaq hasarların təmiri üzrə anlaşma olub. Hansı ki, heç bir tenderin şərtlər toplusunda görüləcək təmir işlərinin həcmi göstərilməyib. Elə Ucar Təchizat Bazasının hasarının neçə kvadratmetr olduğunu öyrənmək cəhdlərimiz də boşa çıxdı. Bu əməliyyatın nələrə hesablandığını da elə buradan təxmin etmək olar. Əsas məqsəd bazanın hasarının təmiri deyil, bu əməliyyatdan daha çox bəhrələnməkdir.
Qeyd edək ki, “Aqroservis” ASC-nin rəhbəri Elmin Rəhmanovdur. O, sözügedən quruma 2019-cu ildə rəhbər təyin olunduqdan qısa müddət sonra özünə 298 min manata “Lexus” avtomobili alması ilə gündəmə gəlmişdi. Elə 2019-cu ildən də Elmin Rəhmanov Səhmdar Cəmiyyətin rayonlarda yerləşən bazalarına hasar təmiri əməliyatlarına başlayıb.
Gəncə şəhərində yerləşən universitetlərdən mütamadi olaraq saytlara şikayət məktubları göndərilir.Əksər şikayətlərdə də həqiqət payı var.Bu günümüzdə də davam edir.Son illər universitetlərin arasında bir tək ADAU-nun adı hallanmırdı,artıq son aylar bu təhsil müəissəsinin adı da siyahıda yer alır. Azərbaycan Dövlət Aqrar Universitetinin professor müəllim heyəti adından Faktinfo.az saytına növbəti şikayət göndərilib. Şikayətdə deyilir:
İnam Kərimov Zəfər Qurbanova Azərbaycan Dövlət Aqrar Üniversitetinin rektoru vəzifəsini icra etməyi həvalə edib.Zəfər Qurbanov texnika elmləri namizədidir, neft sənayesi üzrə mütəxəssisdir.O,aqrar sektora, onun istehsalat həyatına tanış sima deyil, aqrar sahədən heç bir məlumatı olmayan yad bir adamdır. Bu adam elə hesab edir ki, aqrar sahə və kənd təsərrüfatı sahəsi başqa-başqa məfhumlardır.
Bunlar əyani sübutdur ki,İnam Kərimov ixtisas sahibləri olan mütəxəssisləri yox,böyük çapda yerlibazlıq edərək yaxın qohum və əqrabasını müvafiq strukturlara yerləşdirir.
Eləcə də bu günlərdə Əhməd Məlikov ADAU-ya tədris işləri üzrə prorektor təyin olunub.Əhməd Məlikov Azərbaycan Texnologiya Universitetində müəllim işləyirdi. Xəmir qarışdıran qurğu üzrə müdafiə edib, aqrar sahənin mütəxəssisi deyil.Bu adam Azərbaycan Texnologiya Universitetinin sənayesi üzrə mütəxəssisdir.O,Azərbaycan Texnologiya Universitetinin keçmiş rektoru Telman Məlikovun qardaşıdır.Telman Məlikovun kürəkəni Elnur Əliyev isə nazir Mikayıl Cabbarovun ən yaxın adamıdır, onun birinci müavinidir.
Son dövrlərdə ADAU-da 3 dəfə olan ölkə Prezidenti universitetdə nümunəvi tələbə evi, nümunəvi tədris korpusu, nümunəvi maddi-texniki baza yaratdı. Zəfər Qurbanov isə aqrar universiteti nəinki regionda, hətta beynəlxalq səviyyədə tanıtmaq əvəzinə universiteti müxtəlif məmurların təsiri altına saldı.O,daxili nəzarət şöbəsinə Kamran adlı bir şəxs təyin edib. Bu adam tələbələrin davamiyyətini yoxlamır,əlində jurnal professor - müəllim heyətini yoxlayır.
Hazırda Aqrar Universitetdə pislə yaxşının, savadlı ilə savadsızın yeri bilinmir. Vəzifələrə dərəcəsi olmayan adamlar təyin olunur. Bu günlərdə "Əkinçilik, genetika və seleksiya" kafedrasına keçirilən kafedra müdiri seçkisində aqrar elmləri doktoru, professor Nizami Seyidəliyev kənarlaşdırılaraq bu sahəyə tamamilə yad olan, Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun bacısı qızı Aynur Həsənovanı müdir seçdi.Aynur Həsənovanın anası Ema Aslanova Gəncə Dövlət Universitetinin kafedra müdiridir. Onun dərsləri kafedranın digər müəllimləri tərəfindən tədris olunur.
Aqrar Universitetdə quşçuluq təsərrüfatı məhv edilmək üzrədir. Universitetin parnik təsərrüfatı ləğv olunub. Zəfər Qurbanov heyvandarlıq təsərrüfatında heyvanların sayının azaldılması haqqında da göstəriş verib. İxtisasları bağlayır,tələbələrin sayını aşağı salır. Bu da Cənab Prezidentin iqtisadi inkişaf konstektində apardığı kadr siyasətinə böyük zərbədir və onun Sərəncamına hörmətsizlikdir.
Zəfər Qurbanovun ADAU-ya rektor əvəzi təyin olunduğu gündən nəzərə çarpacaq bir fəaliyyəti olmamışdır. Hər gün iclas keçirir və bu 4-5 saatlarla davam edən mənasız iclasların hamısında yalnız özü danışır, özünü tərifləyir. Zəfər Qurbanov ancaq tələbələrlə görüşür, professor-müəllim heyəti ilə normal bir görüşü hələ də olmayıb.
Əhməd Məlikov isə Qəmbər Abdullayevin, Nurəddin Məmmədovun, Texnologiya Universitetinin sabiq rektorundan gecə-gündüz ora-bura donos yazan Azər Allahverdiyevin yaxın dostudur. Onun da heç bir qabiliyyəti yoxdur, olsa idi Texnologiya Universitetində ona vəzifə verərdilər.
Zəfər Qurbanov İnam Kərimovun kadrıdır. Əhməd Məlikov isə Mikayıl Cabbarovun kadrıdır. Hər ikisinin məqsədi rektor olmaqdır. Rektorluq uğrunda mübarizə gedir, savaş gedir. "İki qoçun başı bir qazanda qaynamaz" deyib atalar... Bu savaşda Mikayıl Cabbarovun kadrı olan Əhməd Məlikovun qalib gələcəyi açıq-aydın görünür. Hətta artıq Əhməd Məlikov Göygöl rayonunda Gilavar restoranında dostları ilə yeyib içərkən,Zəfər Qurbanovun qatarının getdiyini bildirmiş və bunu süfrə arxasında tostlarla qeyd etmişdir.
Mərhum akademik Cəlal Əliyevin dediyi kimi torpaqda yetişib, torpaqda böyüyən ən azından elmlər doktoru, professorlar bu universitetdə çalışıblar. Ona görə də aqrar sahəni dərindən bilən mütəxəssslər bu universiteti inkişaf etdirə bilər.ADAU-da magistr, bakalavr, yüksək ixtisaslı elmlər doktoru, fəlsəfə doktoru hazırlanırsa, ən azından bu universitetə aqrar sahəyə tam bələd olan şəxsin rəhbərlik etməsi daha münasibdir.
Seyid Cəfər Pişəvəri adına humanitar gimnaziyanı bitirib fars dili mütəxəssisi olan, daha sonralar Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirərək beynəlxalq hüquq üzrə mütəxəssis olan İnam Kərimov aqrar sahəyə necə zərbə vurursa, onun yaxın qohumu, neft sənayesi üzrə mütəxəssis olan Zəfər Qurbanov da, ADAU-nu elə məhv edir. Aqrar sahə çox spesifik sahədir, bu sahəni idarə etmək üçün illərin təcrübəsi lazımdır, yəni akademik Cəlal Əliyevin ifadəsi ilə desək, idarə edən mütəxəssis “asfaltda yox, torpaqda doğulmalıdır”.
Ümid edirik ki, ölkə rəhbəri bu universitetin aqrar sahədən tamamilə məlumatsız şəxslərə həvalə etməsi haqqında ciddi bir tədbir görəcəkdir.
Kim haqlıdır, adı müxtəlif qanun pozuntularında hallanan Qabil Həsənov, yoxsa işdən azad etdiyi əlil uşaq atası olan müəllim?
Bu haqda Dünyanınsəsi.Az saytının E-mail ünvanına göndərilmiş olan şikayəti təqdim edirik:
ŞİKAYƏTÇİ AMİL HƏSƏNOV yazır: Mən 11 ildi musiqi məktəbində mellim işləyirəm. 1-ci is yerim Bərdə regional İdarənin, 2-ci iş yerim Ağcebədi Regional İdarənin tabelyində idi. 2-ci iş yerim teze rəisi Hesenov Qalib Şamil oğlu işdən azad etdi.məndə bu barədə nazir Anar Kərimovun qəbulunda olsamda nazir onun sözünü dedi. Mən nazirə bildirdim ki məcburi köçkün şəraitsiz kür mehmanxanasında yaşayıram. Xəste övladım var xahiş edirəm mənə köməklik edesiniz. O da utanmascasina mənə qayıdıb deyir ki bəlkə sən ölu cansan. Mən də öz etirazını bildirdim ki mən ölü canlı olsaydım sizin qəbulunuza gelmezdim. 1 ilin içində Respublika üzrə keçirilən müsabiqələrde 4 medal onların müsabiqədə 1-ci yer tutubdur tələbələrim. Nəfayda yenə köhnə nazir o vicdan hissini itirmiş Qalibin sözünü dedi,meni işdən azad etdilər. Bu mene qarşı qanunsuz idi .emek məcəlləsinin madde 45.5 bəndinə əsasən 5 ildən artıq işləyən mellim müddətsiz mellim sayılır ve cənab prezidentin qərarı varki heçbir qaçqın işindən çıxarılan ölmez işdən ixtisara düşə bilməz hətta baş nazir Əli Əsədov cənablarına da şikayet ərizəsi yassamda heç bir nəticə vermedi emek müfəttişliyinə yonlendirfiler onlarda mudurleri işdən ciaqmanan qorxurdular ancaq mən cənab nazirə Regional rəisi Qalib ve nazirdən şikayet etmişdim mənim işimə düzgün və ədalətlə yanaşılmadi ve meni işdən cixartdilar. Bunlar qanunla danışırlar guya ki yaxşı respublika üzrə 14 regional idare rəisi deyisse de heç bir idarədə iki yerdə isleyen mellimleri işdən çıxarılmadi. Bir dene Ağcebedi Regional idaredi bu işlə məşğul olur. Bunun da arxasında 1-ci mavin Elnur mellim idi. O da bildiyimiz kimi DTX tərəfindən tutuldu. Menim kimi mellimləri işdən çıxarıb bizim saatları ozderi menimsemekdi məqsədləri.Yeni nazir əvəzi yəqin ki,bu qanunsuzluqlara son verəcək.İnanıram buna.Görə da..başımıza nə gəlir,biz yetimlərin,yazıqların. Yeni nazirdən kömək istəyirəm və Qalib Həsənovun cəzlanmasını xahiş edirəm.
Redaksiya olaraq qarşı tərəfin də möveyini dərc edə bilərik. //Dünyanınsəsi.Az//
İllər boyu Təbibin hal-hazırki icraçı direktoru Vüqar Qurbanov Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov ilə əlbirdir. Belə ki, Vüqar Qurbanov uzun illər keçmiş 5 saylı xəstəxanada (indiki Nərimanov Tibb Mərkəzi) həkim-nevropotoloq kimi adı gedirdi. Özü "ölü canlar kimi" işə gəlmirdi, dərman biznesi ilə məşğul idi. Həmçinin Vüqar Qurbanovun həyat yoldaşı Nərimanov Tibb Mərkəzində nevroloji şöbənin müdiridir. Respublikanın bütün poliklinikalarında post terminallar quraşdırılıb. Baxmayaraq ki, hər ay İcbari Tibbi Sığorta tərəfindən vətəndaşların maaslarından pul tutulur, lakin onlar tibbi xidmət üçün pullar keçirirlər. İcbari Tibbi Sığorta zərfində nəzərdə tutulmuş tibbi xidmətlər pulsuz olduğu halda sadə tibbi baxış ödənişlidir. Qiyməti 40 manat 12 qəpikdir. Deməli, ödənişlərə aid olan arayışlar: 1. İşə qəbul 2. 18 yaşı bitmiş tələbələr 3. Magistra, rezdenturaya qəbul olan tələbələr 4. İlk sürücülük, vaxtı bitmiş sürücülük 5. Obliqat-kontingent 6. Digər arayışlar Sual yaranır ki, post-terminal qəpik qəbul etmir. Vətəndaşlar 41 manat ödəmək məcburiyyətindədirlər. 88 qəpiyin aqibəti bilinmir ki, hansı cibə gedir. Statistikaya nəzər yetirsək hər il arayışlardan külli miqdarda gəlir əldə olunur. Tibb müəssisələrinin vəziyyətinə baxaraq Təbib və İcbari Tibbi Sığortaya xalqın üstündə eksperiment aparmasına, onların hüquqlarını pozmasına kim icazə verib? Fazil Alməmmədov Şuşaya göndərdiyi hər həkimin ezamiyyət pulundan məcburi 200 manat oteldə qalmaq üçün mənimsəyib cibinə qoyur… Fazil Alməmmədovun 88 qəpik biznesi….
Biz bir media olaraq Səhiyyə Nazirliyi, İctimai Tibbi Sığorta Dövlət Agentliyi və onun tabeçiliyində olan “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) sədri Vüqar Qurbanovun əməlləri barədə xeyli müddətdir ki, yazırıq. Təsəvvür edirsiniz, uzun illərin təcrübəli, peşəkar həkimləri deyir ki, biz səhiyyə sistemində baş verənlərdən dəhşətə gəlirik. TƏBİB deyilən qurum və onun rəhbəri Vüqar Qurbanov hər rayona sanki bir “səhiyyə naziri” təyin edib. Doğrudan da, bu gün Azərbaycanda profilindən, təyinatından asılı olmayaraq mövcud səhiyyə müəssisələrini, xəstəxanaları, poliklnilakarı birləşdirib bir nəfərə tabe edirlər. Daha dəqiq desək hər rayonda RAYON TİBB MƏRKƏZİ yaradılır və bütün tibb müəssisələri ona tabe edilir. Biz bir media olaraq dəfələrlə yazmışıq ki, bunun adı islahat-reforma olsa da, söhbət rüşvət və korrupsiyanın çiçəklənməsindən gedir. Sözün qısası, Azərbaycan səhiyyəsinin məhv edənlər hər rayonda yuxarıda dediyimiz kimi “səhiyyə nazirləri” yaradıblar. Paytaxt Bakının Nərimanov rayonunda isə “səhiyyə naziri” Allah qoymasa Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovdur. Vaxtilə 5 saylı Klinikanın baş həkimi olan Fazil Məmmədova tabe etdirilən Tibb müəssisələrinin siyahısına baxın. Şuşa Modul Tipli Xəstəxana Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası Uşaq Klinik Xəstəxaansı Yanıq Mərkəzi 1 nömrəli Poliklinika 2 nömrəli Poliklinika 3 nömrəli Poliklinika Adama deyərlər ki, yanığın, yoluxucu xəstəliyə nə dəxli..? Hələ bu harasıdır..? Fazil Alməmmədov cavan, təcrübəli işçiləri işdən azad edərək, təqaüd yaşı çoxdan keçmiş, rüşvətxor baş həkimləri vəzifələrə gətirir. Belə faktlar Nərimanov Tibb Mərkəzində xeyli saydadır. Yuxarıda göstərdiyimiz faktları bir daha təkrar etməkdə məqsədimiz kimisə aşağılamaq, kimisə ittiham etmək deyil. Məlumdur ki, vətəndaşlar sürücülük vəsiqəsi almaq üçün arayışlar alırlar. Bundan başqa vətəndaşlar işə düzələndə sağlamlıq haqqında arayış, hətta narkoloji və digər arayışlar təqdim edirlər. Məlumdur ki, əvvəllər bu arayışlar ödənişsiz idi. Amma Fazil Alməmmədov kimilərin səhiyyə sisteminə gəlişindən sonra vəziyyət dözülməz olub. Belə ki, İcbari Tibbi Sığorta Agentliyindən bildirilib ki, sürücülük vəsiqəsi almaq üçün tələb olunan tibbi arayış və iş yerinə təqdim edilən sağlamlıq haqqında arayış ödənişlidir. Bunu başa düşdük. Bəs, Fazil Alməmmədov kimi Tibb Mərkəzi direktorlarının tətbiq etdiyi “tarif biznesi” vətəndaşları dövlətdən narazı salır. Belə ki, sürücülük vəsiqəsi və digər tibbi sağlamlıq arayışları üçün qiymət 40 manat 12 qəpik müəyyən edilib. Və vətəndaşlara deyilir ki, mütləq post terminala gedib pulu ödəməlisiniz. Görəsən, bunlar başa düşmür ki, post terminal pulun qalığını qaytarmır. Deməli, hər gün minlərlə, bəlkə də on minlərlə vətəndaş tibb arayış üçün terminallara 41 manat pul köçürür. Görəsən, terminalda qalan 88 qəpiklər…vuranda on minlərə….milyonlarla manat edir. Əlbəttə Azərbaycan Səhiyyəsinin ciddi islahatlara ehtiyacı var. Amma bu gün İcbari Tibbi Sığorta, Təbib, Bakı Baş Səhiyyə idarəsi, Tibb Mərkəzləri adı altında baş verənlər Azərbaycan Respublikasının Səhiyyə sisteminin dağıtmağından başqa bir şey deyil. Bu rəhbərlər səhiyyəni biznes ocağına çeviriblər və bunuda iclaslarda açıq-aydın söyləyirlər. Onların şüarı "Pul qazanmaq vaxtıdır". Səhiyyə və xəstə əks istiqamətdədirlər. Məsafədən asılı olmayaraq, Tibb müəssisələri Tibbi Mərkəzlərə birləşdirilib. Bu da vətəndaşların haqlı narazılığına səbəb olub. Məsələn, vətəndaş icbari tibbi sığorta yolu ilə hansı bir müayinə, müalicə və əməliyyat keçmək üçün ilk növbədə müraciəti ASM (ailə sağlamlıq mərkəzi), İDM ( ixtisaslaşmış diaqnostik mərkəzə), son nöqtəsi Tibb Mərkəzləridir. Orada da saatlarla gözləməkdə qalırlar. Bir günə məsələ həll olunmur. Vətəndaşlar həm yollara, həm də gözləmələrə məruz qalırlar. Həmçinin laboratoriaya xidmətlərinə gəlincə sual yaranır ki, Tibb Müəsissələrində laboratoriya cihazları olduğu halda, vətəndaşlardan qan götürülüb, özəl klinikalara yönləndirilir. Görəsən səhiyyəmizin baş bilənləri 40 manat 12 qəpik əvəzinə 41 manat edib, vəsaiti dövlətin büdcəsinə keçirə bilməzdilər..? Hələ bu harasıdır..? Fazil Alməmmədov Şuşaya ezamiyyətə göndərilən həkimlərə verilən 500 manatın 200 manatını elə yerindəcə tutub alır. Bir sözlə, Nərimanov Rayon Tibb Mərkəzində rüşvət və korrupsiya halları baş alıb gedir. Redaksiyamıza daxil olan məlumatlara görə, Nərimanov Tibb Mərkəzində yoxlamaların başlanacağı gözlənilir. Deyəsən, Fazil Alməmmədovun kitabı bağlanmaq üzrədir. gundelik baki
Keçən həftə Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasovla bağlı vətəndaş gileyini təqdim etmişdik.
Qusar sakinləri başçının əlindən DAD deyir - MÜRACİƏT
DİA.AZ bildirir ki, sözügedən materialda olduqca ilginc iddia və ittihamlar yer almışdı. Bu dəfə isə sakinlər dediklərini əks etdirən fotoları redaksiyamıza yollayıblar.
Sakinlər yazır:
"Şikayətimizi işıqlandırdığınıza görə sizə bütün sakinlər adından təşəkkürümüzü çatdırmaq istəyirik.
Əlavədə sizə şikayətimizdə sadaladığımız obyektlərin fotolarını təqdim edirik.
Şəkildə gördüyünüz "Bənövşə gölü"-nün 2 il öncəki, və hal hazırki vəziyyətini görə bilərsiniz. Göl tamamilə qurudulub. Bundan əlavə Şair Alxasovun oğlu İlkinin adına tikdirdiyi "İlk İnn" otelin şəkillərini, "Təzə Bazar" Ticarət Mərkəzinin və "Yaşıl Park" restoranı görə bilərsiniz". Məsələ ilə bağlı teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...
DİA.AZ: - "Bizə yazdılar və xahiş etdilər ki, Azəriqaz İB strukturuna daxil olan Lənkaran RQİİ-nin Biləsuvar ,Masallı, Lənkaran Xidmət Sahələrində aşağıda qeyd olunan problemlər Azəriqaz rəhbərliyi tərəfindən nəzarətə götürülsün və araşdırılsın". DİA.AZ bildirir ki, bu paylaşımla tanınmış insan hüquqları müdafiəçi, “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı çıxış edib.
Hüquq-müdafiəçisi yazır: "İdarəyə gətirilən işlənmiş qaz xətləri vəzifəli şəxsin göstərişi ilə Biləsuvar rayonunda işlənmiş "dəmir yığılan" deyilən yer var... ora verilir. Əgər turbalar yoxlanlsa, ölcülsə, bütün bunlar üzə çıxacaq.
"Azəriqaz"dan göndərilən qaz vintilləri, kranlar ve qaz tənzimləyici reduktor da satılır, əvəzində işlənmiş kranlar, reduktorlar boyanaraq təzə adı ilə işlənilir".
Onu da bildirək ki, M.QƏhrəmanlı işçilərin müraciətində vəzifəli şəxslərin ad və soyadlarının da qeyd olunduğunu bəyan edib. Yəni müvafiq qurumlar maraqlanarsa, təqdim edə bilər...
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
DİA.AZ bildirir ki, bu barədə Lent.az-a şagirdin valideyni məlumat verib. Onun sözlərinə görə, hadisə yanvarın 18-də Xətai rayonunda yerləşən 27 saylı orta məktəbdə qeydə alınıb:
"Bir neçə gün əvvəl övladım Rəvan Eyvazlı ilə digər bir şagird arasında mübahisə yaranıb və dalaşıblar. Daha sonra məktəbin müəllimləri onları barışdırmaq istəsə də,qarşı tərəf Hüseyn adlı uşaq oğlumu vurub öldürməklə hədələyib. Dəfələrlə məktəbə gedib bundan narahat olduğumu bildirdim, hər şey qaydasındadır deyib məni yola saldılar. Yanvarın 18-də oğlum əsas korpusdan çıxıb növbəti dərs üçün arxa korpusa keçərkən Hüseyn, böyük qardaşı, qohumu, cangüdəni və sürücüsü kameraların önündə onu döyüblər. Görüntülər məktəb rəhbərliyində olsa belə mənə vermirlər".
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a məsələ ilə bağlı xəbərdar olduqları bildirilib. Nazirlikdən verilən məlumata görə, hazırda faktla əlaqədar araşdırma aparılır.
DİA.AZ: - Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayevin ünvanına yetərincə ittihamlar səslənsə də, nədənsə gərəkən qurumlar müvafiq reaksiyanı verməyə tələsmirlər. DİA.AZ bildirir ki, növbəti ittiham sosial şəbəkələrdə paylaşılıb.
Ehtiyatda olan polkovnikə istinadən məlumat paylaşan tanınmış jurnalist Heydər Oğuz "Kərəm Mustafayev təkcə əsgərlərə verilən ətdən 500 min manat mənimsəyib" ittihamını da səsləndirib. H.Oğuz ehtiyatda olan polkovnikin açıqlamasını bu şəkildə təqdim edib:
"2014 cü ildən mən Naxçıvanda xidmət etmişəm. Ərzaq təminatında olan hər əsgərə 250 qram əvəzinə 100 qram ət verildiyinin şahidi olmuşam. Zabit, gizir, MAXE heyətinin ərzağı ümumiyyətlə yeməkxanaya verilməyib, növbətçi və cavabdeh heyətdən başqa zabit gizir, MAXE heyəti yeməkxanaya buraxılmayıb. Yay dövründə səhər yeməyinə isti yemək verilməyib. Sonra deyirlər, Kərəm Mustafayev çox iş görüb. Təkcə əti hesablayanda 500000, yəni yarım milyon pul qazanıb. Plastik pəncərələr, komandir çantaları, və s. İki qış boyunca əsgərlərə ümimiyyətlə qış geyimi verilməyib, əsgərlər qışı köhnə yay geyimlərində keçirib. Görün bu şəxsiyyət dediyiniz şəxs dövlətə və orduya nə qədər zərər verib".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...