Ardını oxu...
Sumqayıtın Baş memarından xəbər var, özü də, bambaşqa bir səpkidə

Uzun müddətdir ölkə mətbuatında, eləcə də internet mediasında və sosial şəbəkələrdə, həmçinin özümün rəhbəri olduğum media qurumunda Sumqayıtın icra başçısı Zakir Fərəcovun rəhbər fəaliyyətindəki ciddi nöqsanlar barədə, həmçinin iş adamları ilə, illərdi səngiməyən borc qalmaqllarıyla bağlı əsaslı yazıların dərc edildiyi hamıya məlumdur. Öncədən onu da qeyd etmək istəyirəm ki, mənim Zakir Fərəcovla heç bir şəxsi qərəzim yoxdur və ola da bilməz. Sadəcə, yaranan belə bir xoşagəlməz durum və şikayətlərin həddən-ziyadə çoxluğu, bir jurnalist kimi, əlimə qələm götürüb, bu barədə yazmağı tələb edir. Və şikayətçilərin əksəriyyəti də, lazımi dövlət orqanlarına öz şikayətlərini, mətbuat vastəsi ilə çatdırmağı lazım bilirlər. Bir də ki, digər mətbu vasitələr kimi, bizim redaksiya da, bu ciddi məsələyə öz mövqeyini açıqlayır. Qalan vacib işləri isə, əlaqədar dövlət qurumlarının öhdəsinə buraxır. Səlahiyyətli orqanlar isə, özlərinin bu vacib işini araşdırmağa, nədənsə, çox gecikirlər…

Ümumiyyətlə, ölkə mətbuatı Zakir Fərəcovu var-dövləti, mal-mülkü, yüksək çinli məmurlarla yaxın qohum-qudalıq şəbəkəsi olan, özünün oğul-uşaqları, nəsil-kök yaxınları hər yerdə ciddi mühafizə altında qorunan ən qocaman icra başçısı kimi, öz yazılarıyla heç vaxt gündəmdən salmayıb. Di gəl ki, o, hər dəfə «sudan quru çıxmağı bacarıb». Bunun səbəbləri də, artıq, hamıya məlumdur: Ortada, bu cür ciddi nöqsanları olan belə bir yüksək vəzifə sahibini ölkə rəhbərinə yaxşı yöndən təqdim edən Ramiz Mehdiyev kimi adam olub. Üstəlik, bir vaxtlar Milli Təhlükəsizlik Nazirliyinin başında duran Eldar Mahmudov kimi təhlükəli bir general da, onun tam təhlükəsizliyini hərtərəfli təmin edib. Respublikanın sabiq Baş prokuroru Zakir Qaralovla arasındakı xüsusi dostluğun ona nələr verdiyi də, heç kəsə sirr deyil. Və nəhayət…

…Rəhbəri sarıdan başı bəlalı Naxçıvan Muxtar Respublikasının sabiq rəhbəri Vasif Talıbovun adına çıxılan «Xanlıq Kürsüsü»ndə önəmli mövqedə olması da, Zakir Fərəcovun həmişə «sudan quru çıxmasının» ən əsas səbəbi kimi, camaatın dilindən düşmür. Yaddaşlara köçən əsas dəhşət isə ondadır ki, hətta xalqın ondan olan saysız-hesabsız giley-güzarını qələmə alan, eləcə də görüb, şahidi olduqları qanunlarımız çərçivəsinə sığmayan bəd əməllərini işıqlandıran mətbuat vasitələrini günahkar və yalançı çıxararaq, dövlətin və xalqın onlara olan inamını gözdən salmaqda xüsusi məharət nümayiş etdirməyi bacaran icra başçısı kimi də, çoxdan özünü tanıda bilib. Nə yaxşı ki, indi, o, nə Mehdiyevlə, nə Mahmudovla, nə Qaralovla və nəhayət, nə də ki, Talıbovla bir meydanda var! Yoxsa, hər şey mənim üçün də pis olar, «günüm göy əskiyə bükülərdi».

Bütün bunlar barədə bu qədər, indi isə, keçək bu yazının əsas mövzusuna: Bu mövzu ilə bağlı, öncə onu qeyd etmək istəyirəm ki, icra başçısının «qara kassa»sına «mühasiblik» edən Sumqayıtın Baş memarı Adil Xudadatovdan xəbər var. İncidilən sahibkarların dediklərinə görə, Zakir Fərəcov, uzun müddətdir ala bilmədikləri və başlarına bəla gətirən milyon manatlarla borcun qaytarılması məsələsini həll etməyi, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin bu müdirinə tapşırıb. Bu məsələ ilə bağlı, onunla əlaqə yaratmaq, qəbuluna düşmək və söhbət etmək isə, müşkül məsələyə çevrilib. Yuxarılarda yüksək vəzifələr tutan arxa-dayaqlarına çox güvəndiyindəndir deyə, «dünya vecinə də deyil»! Borclarını istəyən iş adamları ilə, istədiyi kimi davranmaqdan belə çəkinmir. Bu azmış kimi, hətta istədiyi iş adamına, istədiyi vaxt, istədiyi səmtdən «badalaq gəlməkdən» belə çəkinmir. Bütün bunlar barədə, az sonra.

İndi isə, gəlin görək, əslində, Adil Xudadatov kimdir?!

Uzun müddətdir ki, adı ölkə mediasından düşməyən Adil Xudadatov, Zakir Fərəcov Abşeronda icra başçısı işləyən vaxtdan indiyədək, onun «sağ əli» kimi ictimaiyyətə tanıdılıb. Bir sözlə, vaxtilə Abşeronda «at oynadıb», sonra isə, qısa müddət ərzində, icra başçısı postunda Zakir Fərəcova müavinlik də edib. Adı pis yöndən çox hallandırıldığı üçün, tezcə də, bu böyük vəzifədən, guya, qovulub. Bundan azca sonra, indiki daha ”pristijli» bu vəzifə başına gətirilib. Hamının keçmiş «Kamaz» sürücüsü kimi tanıdığı Adil Xudadatov, Abşerondakı kimi, Sumqayıtda da, Zakir Fərəcovun pul yığanı kimi «şan-şöhrət sahibinə çevrilib».

Apardığım jurnalist araşdırmalarının son nəticəsi də belədir ki, pul yığmaq, pul bölüşdürmək sarıdan Adil Xudadatov çox fərasətlidir. Elə, Zakir Fərəcov da, onun fərasətli olduğunu nəzərə alaraq, işlədiyi yerlərdə ona yağlı vəzifələr verib. Belə fərasət sahibi, hətta Zakir Fərəcova bir-neçə milyon atmağı da bacarıb. Buna görə, başçının qəzəbinə tuş gələrək, 15 sutka içəridə yatıb da! Lakin Adil Xudadatovdakı qeyri-adi fərasət, onu həbs etdirən bu başçını məcburiyyət qarşısında qoyub ki, yenidən onu daha yağlı vəzifə başına qaytarsın. Və qaytarıb da! Bunun ona verdiyi xeyir barədə hər şey də, az keçməmiş, yenə göz qabağında olub. Həmişə də, göz qabağındadır.

Onu da qeyd edək ki, maxinasiya, rüşvət, saxtakarlıq… və dövlətdən oğurluq sarıdan etimadını çoxdan qazandığı başçının oğurladığı pullarını geri qaytaran Adil Xudadatov, hələ, Rusiya ali məktəblərindən, özünə, memarlığa aid 2 diplomu, yaxşı pula saxta yolla almağı da bacarıb.

Məhz belə qeyri-adi fərasət və bacarıqlarına görədir ki, əvvəlcədən qeyd etdiyimiz kimi, 20 nəfərdən çox sahibkar da, onun əlində aciz qalıblar. Deyirlər ki, Zakir Fərəcov, normal qaydada, dövlət tərəfindən ayrılmış pulları, işləri gördürən bu sahibkarların bank hesablarına köçürtdürməlidir. Lakin hər dəfə bir bəhanə ilə, pulu ödəməkdən boyun qaçırır. Xeyli vaxtdır ki, Adil Xudadatovu qabağa verməklə, nəsə qazanmaq da istəyir. O da, müxtəlif bəhanələrlə, pul ödəməkdən məharətlə boyun qaçıra bilir, üstəlik, vaxt udmağı özünə qənimət sayır.

İllərin çoxsaylı şikayətlərindən sonra, bir-neçə iş adamına Adil Xudadatovun özü, öz kabinetində pul verib. Axı, bu necə ola bilər?! Bank hesablarına keçməli və dövlətə hesabatı verilməli belə pulları Baş memar əlbəəl necə verə bilər?! Bəs, tenderlərdə iştirak etmiş adamların bank hesablarına pullar nədən keçməyib?! Bəlkə, dövlətin layihəsini Adil Xudadatov özünün və Zakir Fərəcovun restoranlarının ərzaq bazarlığının hesabatları ilə səhv salıb?! Eyni zamanda, o da çox düşündürücüdür ki, indi, borcları qaytarmaq üçün, idarə və şirkətlərdən pul toplamaqda adı hallanan şöbə müdiri, Zakir Fərəcovun borclarını bağlamağa nədən borclu olmalıdır?!.

Ümumiyyətlə, Adil Xudadatovdan 30 faiz «şapka» ilə, öz pullarını alan iş adamları da var. Özləri adlarını saytımıza təqdim ediblər. Onların siyahsını, dəyərli oxucularımızla bərabər, aidiyyatı dövlət qurumlarına rəhbərlik edənlərin də, nəzər-diqqətlərinə çatdırırıq:

1. Əsgərov Məhəmməd — iş adamı;
2. Abbasov Rəşad — iş adamı;
3. Abbasov Eyvaz — iş adamı;
4. Piriyev Bilal — iş adamı;
5. Qasımov İsa — iş adamı;
6. Allahverdiyev Aydın — iş adamı;
7. Şəmiyev Ağaməmməd — iş adamı;
8. Rzayev Zöhrab — iş adamı;
9. Qarayev Elşən — iş adamı;
10. Mənsurov Çingiz — iş adamı;
11. Məmmədov Sayəddin — iş adamı;
12. Abbasov Əkbər — iş adamı;
13 Məmmədov İlham — iş adamı;
14. Rzayev Altay — usta;
15. Rzayev Elçin — usta…

Bizə üz tutdular, biz də, bu iş adamlarının başlarına gətirilənləri və onların bu yöndən olan digər dərd-sərlərini yazdıq. Dediklərini, eləcə də yazdıqlarımızı ölkə başçısına çatdırmaq üçün, indi növbə, edilən şikayətləri araşdırıb, qanunamüvafiq qiymət verə bilən səlahiyyətli orqanlarındır. Di gəl ki, onların nəsə edəcəklərinə, yenə də, heç kəs ümidli deyil. Ümumiyyətlə, paytaxta ən yaxın və ölkənin 3-cü böyük şəhəri olan Sumqayıtın özünün dərdi var. «Ürəyi» intizarda, «gözləri» isə, paytaxtın rəsmi qurumlarından gəlməli olacaq və dərd-sərinə əlac edə biləcək səlahiyyət sahiblərinin yolundadır.

Şəfəq AĞACAN.

P.S. Dədə-babalarımızdan qalma bir deyim var: «Haram tikə geci-tezi, mütləq, burundan geri gəlir!». Bu yerdə, müasir dövrümüzə aid bir ilginc kəlamı da xatırlatmaq istərdim: «Həyat — bumeranqdır!», bəd niyyət sahiblərinin etdiklərinin ağrı-acı dolu zərbəsi, geci-tezi qayıdıb, özünə dəyir.

Təbii ki, Zakir Fərəcovun və ətrafının ictimai qınağa tuş gələn, qanunlarımız çərçivəsinə sığmayan törətdikləri bəd əməllərinin zərbəsi də, çox ağrı-acılıdır. Nə yaxşı ki, ortada ictimai dəstək kimi mühüm faktor da qalmaqdadır — korrupsiyaya, süründürməçiliyə, hegemonçuluğa, özbaşınalığa… qarşı mübarizədə hər zaman mühüm əhəmiyyət kəsb edir! Məhz bu səbəbdəndir ki, dövlətimizin başçısı da, öz önəmli və vacib çıxışlarında, tez-tez, ictimai nəzarət və ictimai qınaq faktorlarını üstün cəhətdən xatırladır. Elə, Zakir Fərəcov, eləcə də ətrafına topladığı hegemon komandada olanlar bu faktorların təsir gücünü vaxtında anlasaydılar, yaxşı olardı…
deryaz.az
 
Ardını oxu...
Televiziyanın əsas funksiyalarından biri maarifləndirməkdir. Ancaq təəssüf ki, son vaxtlar yerli telekanallarda maarifləndirmə ilə ucuz reklamın sərhədləri qarışıb.

Medicina.az xəbər verir ki, müəllif proqramlarında əhalini maarifləndirmək adı altında hansısa "ekspert" və "mütəxəssislər" reklam edilir. Manipulyativ xarakterli bu özfəaliyyət tamaşaçıya "tibbi maarifləndirmə proqramı" tipli verilişlərdə daha qabarıq şəkildə diqqəti çəkir.

Əgər əvvəllər telekanallar müxtəlif xəstəliklər, tibbi məsələlər, səhiyyə sahəsində mövcud olan problemlərlə bağlı az-çox sanballı verilişlər hazırlayırdısa, son dövrlər tamamilə başqa tendensiya diqqəti çəkir: hansısa həkimlər canlı yayıma və ya tibbi məzmunlu verilişlərə çağırılır, aparıcı isə qonaqla ciddi mövzuda söhbət etməkdənsə, daha çox onun ünvanına "bəy tərifi" yağdırmaqla məşğul olur. Vəziyyət o həddə çatıb ki, artıq həkimlər ölkənin çox izlənilən tok-şou və populyar şou verilişlərinə belə ayaq açıblar.

Məsələn, teleaparıcılardan Əkbərin, Elgizin, Tarix Əliyev (Tolikin) səhər verilişlərində, Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevin tok-şoularında həkimlər ekspert kimi saatlarla otururlar. Əsl şou da elə bu dəvətlər dəb halını alandan sonra başlayıb.

Aparıcılar bu verilişlərdə həkimləri "ölkənin nömrə 1 həkimi", "ən yaxşı cərrah", "ən yaxşı travmatoloq", "ən bacarıqlı ginekoloq" və s. kimi təqdim edirlər. Belə proqramlarda peşə etikası, hətta reklam haqqında qanunun tələbləri ciddi şəkildə pozulur, aparıcılar hansısa "mütəxəssis" barədə şəxsi, subyektiv fikirlərini tamaşaçılara həqiqət, real informasiya kimi sırımağa çalışırlar... Sirr deyil ki, bütün bunların arxasında ciddi maliyyə dəstəyi dayanır.

Vəziyyət o həddə çatıb ki, ölkədə həkimlər qeyri-rəsmi olaraq, 2 kateqoriyaya bölünüb: reklamı güclü olanlar, başını aşağı salıb işini görənlər.

Təbii ki, şou və əyləncəli proqramlarda reklam olunan həkimlərin pasiyentlərinin də sayı artır. Qabiliyyəti, savadı üstün olan həkimlər isə bu reklam şoularına qatılmır və daha az pasiyentlə kifayətlənməyə məcbur olurlar. Məsələnin ziyanlı tərəfi həm də ondan ibarətdir ki, teleaparıcıların sayəsində tamaşaçı pulu olan, ancaq yetərincə bacarığı olmayan belə "həkim"lərin toruna düşür. Pasiyentlər kifayət qədər pul sərf etsələr də, həmin həkimlərin apardığı müalicə və əməliyyatlar çox zaman nəinki uğurlu olmur, hətta bir çoxlarına sağlamlıqlarını itirmək bahasına başa gəlir.

Medicina.az saytı populyar televiziya proqamlarında həkimlərin reklam olunmasının qiymətləri barədə araşdırma aparıb.

Məlum olub ki, telekanalların reklam paketlərindən əlavə teleaparıcılardan Zaur, Xoşqədəm və Elgizin proqramında qonaq kimi iştirak edən həkimlər aparıcıların xüsusi təqdimatı üçün əlavə ödənişlər edirlər.

Belə ki, əgər sponsor paketi 10 min manatdırsa, həkim canlı verilişdə oturmaq və çıxış, xüsusi təriflənmək üçün əlavə 3-5 min manat arası pul ödəyir.

Telekanallarda Xüsusi sponsor qiymətləri aşağıdakı kimidir.

ATV telekanalında Zaur Baxşəliyevin "Bizimləsən" proqramında müvafiq xidmətin qiyməti ƏDV-siz 16-18 min manatdır. Zaur Baxşəliyevin verilişinə şəxsən çıxmaq üçün əlavə ödəniş tələb oluna bilər. Yeri gəlmişkən, aparıcı bu yaxınlarda həyat yoldaşı və özünü "Azərbaycanda ən bahalı reklam edən aparıcısı" elan etmişdi.

ATV-nin "Nanəli" proqramında həkimlərin reklamı ƏDV xaric 9-12 min manata başa gəlir.

ARB kanalında Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində sponsor qiyməti 17-20 min manatdır. Verilişin xüsusi sponsoru olmayan (yəni 17 min manatı ödəməyən) həkimi ayrıca verilişə çıxarıb reklam etmirlər. Xoşqədəm Hidayətqızının həkimi şəxsən təqdimatı üçün nə qədər ödəməli olduğu sirr saxlanılır, bunu yalnız aparıcı özü təyin edir.

"Elgizlə İzlə" verilişində reklam paketi 8-9 min AZN-ə başa gəlir. Həkimin verilişdə qonaq kimi təqdimatı, əyləşməsi, ekspert kimi çıxışı 5-6 min manatdır. Bu məbləği Elgiz özü təyin edir və aparıcının özünə aiddir.

Tarix Əliyevin "Ümid ilə gəl" verilişində sponsor paketləri 5 min manatdan başlayır. O verilişinin sponsor, reklam qiymətlərini şəxsən özü təyin edir.

Sponsor paketində həkim və ya klinikanın reklamı rolik şəklində göstərilir və aparıcı tərəfindən səsləndirilir.

Həkimin birbaşa həmin verilişə qatılması, tanıdılması və aparıcı tərəfindən şəxsən təqdimatı ayrıca hesablanır.

Bir neçə il əvvəl Xoşqədəm Hidayətqızının verilişinə qatılan həkimlərdən biri hər ay üçün əlavə pul ödədiyini bildirib:

“Kanala ayrıca reklam paketi ödənişi etdim. Xoşqədəm xanımın verilişində təqdimatı üçün ayrıca pul verdim. Həmin vaxt xəstə çox oldu, otağımın qarşısı dolu idi. Özəl klinika rəhbərliyi bunu görüb, mənə ayrıca mərtəbə ayırdı, otaqları çoxaltdı. Klinika bizə reklam üçün pul vermir. Həmin il mən telekanallarda müxtəlif proqramlara 35 min pul xərclədim. Bu məbləği ikiqat çıxardım. Amma sonra pandemiya oldu. Daha sonra icbari tibbi sığortaya görə xəstələr mənim etdiyim əməliyyatı sığorta ilə etdirməyə başladılar. Ona görə xəstə sayı çox düşdü. İndi həmin verilişlərdə reklam qiymətləri qalxıb”.

Adı çəkilən verilişlərdə aylarla "ən yaxşılar" kimi təqdim olunan göz həkimi, ginekoloq, cərrah, travmatoloq, pediatr, kök hüceyrə mütəxəssisləri, eləcə də uroloq və böyrək həkimlərinin reklamdan sonra qəbul qiymətlərinin artdığı da bildirilir.

Xüsusən bölgələrdən həmin həkimlərin qəbuluna xəstə axını müşahidə olunur. Xüsusən yaşlı nəslin nümayəndələri yaxınlarından onları Zaur, Xoşqədəm və Elgizin reklam etdiyi həkimə aparmağı tələb edirlər.

Beləcə, aparıcıların reklam etdiyi həkimlər peşəkar həmkarlarını üstələyir, onların kabinetlərinin qarşısında pasiyent növbəsi yaranır. Bəzi həkimlər bir gündə 50 xəstə qəbul edir və təbii ki, gəliri artır. Daha sonra onlar bu gəliri növbəti, daha yüksək məbləğli reklam dövriyyəsinə buraxır.

Bir maraqlı nüansı da qeyd edək ki, tanınmış göz həkimi, professor Rasim Hacıyevlə müsahibə zamanı həmin aparıcılardan birini öz uşağını müalicə üçün onun qəbuluna gətirdiyinin şahidi olduq. Hətta həkimdən yarızarafat, yarıciddi "aparıcı niyə övladını reklam etdiyi "bir nömrəli göz həkimi"nə deyil, sizin yanınıza getirir" sualını verdik. Belə aydın olur ki, teleaparıcılar öz və ailə üzvlərinin sağlamlığını reklam etdikləri və xalqa məsləhət gördükləri həkimlərə etibar etmirlər.

Həkimlərin reklam olunmasının qanunvericiliyə və tibbi etikaya nə qədər uyğun olub-olmadığınına gəlincə, bu barədə elə tanınmış həkimlərin rəyini soruşduq.

“O cür reklam olunmaq həkim adına həqarətdir”

Adil Qeybulla professor, tibbi ekspert:

“Azərbaycanda həkimlərin reklam olunma forması dünyada analoqu olmayan biabırçılıqdır. Bu qədər pulu verib efirə çıxırlar, aparıcılar da onları "1 nömrəli həkim", "ən yaxşı həkim" adlandırırlar. Hansısa həkimin bu təqdimata razı olması, onun öz peşəsinə və həmkarlarına qarşı həqarətdir. O aparıcılar pul üçün hər şeyə gedirlər. Onlar üçün "ayıbdır" sözü yoxdur.

TƏBİB, Səhiyyə Nazirliyi, hətta İcbari Tibbi Sığorta, Teleradio Şurası hara baxır? Həkim yalnız və yalnız tibbi profilli mətbuat vasitəsində öz sahəsi üzrə yeni müalicələr barədə informasiya verməlidir. Amma televiziyada “yalnız bu həkimə gedin, başqa yerə getməyin, bu, ən yaxşısıdır” kimi çağırışlar yolverilməzdir. Bu, başqa həkimlərin hüquqlarının tapdanması və icbari tibbi sığorta sisteminə keçən ölkəyə zərbədir. Mən belə şeylərin əleyhinəyəm. Mən özüm reklamdan, televiziyalara pulla çıxmaqdan uzağam. Fərdi, korporativ maraqlara keçmək yolverilnməzdir. Bu, həm mənəvi, həm də hüquqi məsuliyyət yaradır”.

“Dünyada 1 nömrəli həkim anlayışı yoxdur, bu, insanları aldatmaqdır”

Aydın Əliyev, həkim radioloq, Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini:

“Birmənalı olaraq, həkimlərin pul, xüsusən də bu qədər yüksək məbləğ qarşılığında efirdə reklam olunması yanlışdır. Həkimin yüngülvari təqdimatı gedə bilər. Saytlarda, sosial şəbəkəsində özü barədə konkret məlumat, gördüyü işlər və s. barədə məlumatlar yayıla bilər. Xüsusən də yeni başlayan həkimlərin bunu etməsi qismən başadüşüləndir. Yaxşı həkimlərin isə buna heç vaxtı yoxdur. İnsanlar tanımalıdır həkimi. Məşhur verilişlərdə aparıcıların bu məsələni şouya çevirməsi, kimisə "nömrə 1" adlandırması, həkimin də bunun qarşılığında pul ödəməsi biabırçılıqdır. Dünyada "1 nömrəli həkim" anlayışı yoxdur. Aparıcıların ucuz şou xarakterli "Xəstə ölürdü, bir iynə vurdu dirildi, "Filankəsin əlacı tapılmırdı, bu həkim tapdı" kimi fikirləri insanları aldatmağa xidmət edir. Bu, eyni zamanda həkimin savadsızlığından xəbər verir.

Mən 20 ildən yuxarıdır bu sahədəyəm, bu illər ərzində otağını kral otağı kimi bəzəyən, divarına getdiyi bütün kursların sertifikatlarını düzən, bütün günü salonlarda, çəkilişlərdə olan kişili-qadınlı həkimlərin, şan-şöhrəti sevənlərin həmişə savadsız, yarımçıq insanlar olduğunu görmüşəm. Yaxşı həkimlər oxuyur, xəstəylə məşğul olur, onun heç bəzənməyə, reklama, salonlara getməyə vaxtı belə olmur. Həkimin göstərişə ehtiyacı yoxdur. Təəssüf ki, bizdə cəmiyyətdə problem var, insanlar belə şeylərə önəm verir, bahalı həkimə, reklama inanır. İnəyini, qoyununu satıb rayondan həmin həkimin yanına gəlir və möcüzə gözləyir. Pullarını sağa-sola xərclədirlər, amma nə müalicə alır, nə düzəlirlər. Ümumiyyətlə, ucuz, şou xarakterli həkim, səhiyyə reklamlarını ləğv etmək lazımdır. İnsanları aldatmaq cinayətdir. Mən bir həkim kimi heç vaxt belə reklamlara getməmişəm. Heç o verilişlərə də baxmıram. Tibb xidmət sahəsidir, insanların sağlamlığının keşiyində durmalıdır. Milyonçu, məşhur olmaq istəyənlər gedib şou bizneslə məşğul ola bilərlər”.

"Aparıcılar çempionat keçiriblər ki, 1 nömrəli həkimdən danışırlar?"

Fuad İslamzadə , "Tibb" jurnalının baş redaktorunun müavini:

İqtisadi rəqabət və bazar münaibətlərində reklam verən və o reklamı əhali arasında yayan şəxslər ədalətsiz rəqabətə yol verməməli, digər şəxslərin mənafeyinə zərər verəcək addımlar atmamalıdırlar. "Reklam haqqında" qanuna görə, heç bir məhsul və ya xidmət növünü "ən yaxşı", "ölkədə bir nömrə", "ən yüksək keyfiyyətli" kimi sözlərlə təqdim etmək olmaz. Təəssüf ki, ölkəmizdə bu məsələyə kifayət qədər diqqət yetirilmir və biz belə reklamlarla tez-tez rastlaşırıq. Bu cür qüsurlu reklamlar ən çox həkim fəaliyyəti ilə bağlı reklamlarda müşahidə edilir.

Tibbi fəaliyyət 2 cür reklam edilə bilər: 1) tibb mərkəzlərinin fəaliyyət dairəsinin reklam edilməsi ilə. Yəni, tibb müəssisəsində hansı tibbi yardım növlərinin olduğu haqda reklam məlumatı verilir. 2) həkim kütləvi informasiya vasitələrində müəyyən bir tibbi problem haqqında danışır, dinləyənlər də həmin həkimin bu problemlə məşğul olduğunu anlayıb, ona müraciət edirlər.

Azərbaycanda isə özəl telekanallar müxtəlif həkimlərin fərdi reklamlarını verir və ya onları efirə çıxarıb ağızdolusu tərifləyirlər. Çox qəribədir ki, özünü bu cür reklam etdirən həkimlər haqqında tez-tez "ölkənin nömrə bir həkimi", "Azərbaycanın ən yaxşı həkimi", "ölkədə tayı-bərabəri olmayan həkim" kimi ifadələr eşidirik. Belə sözləri güləşçiyə, boksçuya, şahmatçıya aid etmək olar. Televiziya aparıcıları həkimlər arasında çempionat keçiriblər ki, nömrə bir həkimdən danışırlar? Hələ onu da deyim ki, bəzi həkimlərimiz də televiziya efirinə çıxıb, orada özlərini malik olmadıqları titullarla təqdim edirlər. Məsələn, professor, akademik və s. Şübhə etmirəm ki, bizim praktik həkimlər arasında peşəkarlıq baxımından professorlardan yüksəkdə duranlar ola bilər və hətta var. Lakin hər hansı bir adamın özünü xalqa malik olmadığı titullarla tanıtması riyakarlıqdan başqa bir şey deyil. Mənim yaxından tanıdığım, tibb təhsilini bütünlüklə Türkiyədə alan çox qabiliyyətli bir həkim var. Bir dəfə zarafatla ona dedim ki, "nə əcəb, televiziyaya çıxıb uzman olduğunu demirsən?" O mənə cavab verdi ki, özünü uzman kimi təqdim edənlər arasında elələri var, onlara baxıb, uzman olduğunu dilimə gətirməyə utanıram”. //Medicina.az//
 
Ardını oxu...
DogruXeber.az: - "Kənd Təsərrüfatı Naziri İnam Kərimovun ən etibarlı kadırlarından olan Zəfər Qurbanov ADAU rəhbərliyini ələ keçirəndən əməlli-başlı "özünə qulluq" rejiminə keçib. Bütün addımları ilə yalnız və yalnız pul qazanmağı qəsd edən Zəfər Qurbanov o qədər harınlayıb ki, hətta bu addımı da atdı..." DİA.AZ bildirir ki, bu barədə redaksiyamıza ünvanlanan müraciətdə qeyd olunur.

Müraciət müəllifləri iddia edirlər ki, Zəfər Qurbanov 20 Yanvar şəhidlərimizin bütün ölkə üzrə anıldığı bir məqamda da ortalıqda görünməyi özünə borc hesab etməyib.
"Bütün plkə Yanvar faciəsinin 33-cü ildönümünü anır... Amma Zəfər Qurbanov özünə əziyyət verib Gəncədəki tədbirlərə qatılmadı"

Müraciət müəllidləri daha sonra Z.Qurbanovun ADAU işləklərindən də yazırlar:

"ADAU də imtahan sensiyası gedir imtahana nəzarəti və imtahan apellyasiya şurasına nəzarət yalnızca Zəfər Qurbanovun yaxınları və qohumları nəzarət edir. Sanki tələbələrin qəsdinə duran Zəfər Qurbanov və onun tapşırığını canla başla edən şəxsi dəstəsi müəllim və professor heyətinə elə təziqlər edir ki, müəllimlər məcbur qalaraq tələbəni kəsirlər. Məqsəd isə tələbə kəsiri düzəltmək üçün fənnin kreditinə uyğun olaraq 25%-ni ödəsin və büccədə pul çoxalsın. Təqaüd alan tələbənin sayı azalsın. İmtahan apellyasiya şurasına rəhbər 82 yaşlı Abbasov Ziyad və heç bir elmi dərəcəsi olmayan Şəmşir Vəliyevi təyin edib. Hər ikisi Göyçəlidi. İmtahan gedişatını Elmi işlər üzrə prorektor Azad İbrahimova həvalə edib. Azad İbrahimovda Göyçəlidir, Elmi işlər üzrə prorektor olmağına baxmayaraq elimdən xəbəri belə yoxdur. İmtahanların gedişatı Bəşir Bağırzadəyə həvalə edib. Daxili nəzarət və audit şöbəsinin müdütüdür. İnam Kərimovun kadırlarındandır. Gəncə ASAN xidmətdə işləyib. İnam Kərimov aqrar sahəyə gəldikdən bir müddət sonra Bəşir Bağırzadəni ADAU də işlə təmin etdi. ADAU nə baxsaq görərik ki, idarəçilikdə işləyənlərin demək olar ki, 80% dən çoxu Göyçəlidir. Sizcə bunlar hamısı təsadüfdür? Zəfər Qurbanov hansı idarəçilikdən danışır ki, baytarlıq ixtisaının özəyi olan anatomiya müəllimi tapılmır. Buna baxmayaraq Zəfər Qurbanov müəllimlərin işə qəbulunu rektor əvəxi təyinat aldığı gündən dayandırıb. Hansı səbəbə görə Zəfər Qurbanov əzaçılıq kafedrasına Samirə Quluyevanı müəllim götürür işə. Ya universitetin onun olduğunu deyən professor və müəllim heyətinini tələbə hesab edərək yoxlayan bibisi qızı Sevinc Mahmudovanın özbaşınalığına nə deyəsən..."

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Bu günlərdə Prezident yanında Ali Attestasiya Komissiyası məlumat yaydı ki, 2022-ci ildə Azərbaycanda 516 nəfərə elmi doktorluq dərəcəsi verilib. Tribunainfo.az xatırladır ki, rəsmi məlumatda onlardan 432 nəfərin fəlsəfə doktoru, 84 nəfərin isə elmlər doktoru dərəcəsi aldığı qeyd olunub. Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 222 nəfərə, elmlər doktoru elmi dərəcəsi almaq istəyən 24 nəfərə isə imtina cavabı gəlib.
Bundan başqa, 2022-ci ildə 200 nəfərə dosent, 28 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 29 nəfərə, professor elmi adı almaq istəyən 7 nəfərə imtina verilib.

Maraqlıdır, AAK-ın elmi adlar verməkdən imtina etdiyi şəxslər kimlərdi?
Bu barədə kiçik araşdırma ortaya bəzi nüansları çıxarıb. Məlum olur ki, mətbuatda qurumun məhz bu fəaliyyəti ilə bağlı saysız-hesabsız şikayətlər var: elmi adların pulla satışından tutmuş, saxta diplomlara qədər..
Əslində, bu quruma Famil Mustafeyevin rəhbər təyinat edilməsindən sonra gözləntilər varıydı, lakin onların ümidləri təkrar öldü. Təkcə son bir ayda bu qurumla bağlı saytımıza kifayət şikayət xarakterli məlumatlar daxil olub. Sadəcə, anonimliyini qoruyaraq məzmununu təqdim etmişik. Həmin şikayət məktublarında elm adamları qeyd edirlər ki, Famil Front oğlu Mustafayev komissiyanı bazara çevirib.
Qeyd olunur ki, vicdanlı alimləri, gənc elmi araşdırmaçıları dəyərləndirməli olan Ali Atestassiya Komissiyası elmi ad alveri ilə məşğuldur. İllərdir elmi dərəcə satan bu qurumun keçmiş rəhbərinin qoyduğu “ənənə”ni davam etdirən sədr Mustafayev Famil Front oğlu böyük korrupsiya şəbəkəsi yaradıb.
Tribunainfo.Az xəbər verir ki, Ali Attestasiya Komissiyasında fironluq edən F.Mustafayev komisiyadan keçənlərin sevincini də qursağında qoyur. Elmi adların verilməsində alimlərin qarşısında minimum 20 min manat tələb qoyan AAK sədri yaxınlarda bu işin topdan satışı ilə də məşğul olar. Hətta professorluq diplomunun saxta olmasına dair iddialar var.
F.Mustafayevin rəhbər vəzifəyə gəlişindən sonra AAK-da rüşvətin yığışdırılacağına ümidlər çox idi. Ancaq rüşvət və korrupsiya yuvasına çevrilən AAK-ın yeni rəhbərliyinin də köhnədən qalma ənənələri davam etdirməsi elm ictimaiyyətini, vicdanlı alimləri çox narahat edib.
Məsələn, vicdanlı professorlardan olan İdris Abbasov mətbuata verdiyi müsahibəsində qeyd edib ki, AAK sədri müzakirə edilmiş elmi işləri dəfələrlə təkrar müzakirəyə cəlb edir. Çarəsiz qalan əksər gənc alimlər və araşdırmaçıların dəfələrlə müzakirə edilmiş işləri əllərində qalmış olur:
“Mən ona görə də təkrar müzakirəyə sədrlik etməkdən imtina etdim. Elmə, inkişafa heç bir faydası olmayan belə yanlış qərarın icraçısı olmaq üçün o qədər cahil olmalısan ki, bu hərəkətə boynubükük şəkildə razı olasan. Həyatda hər şey elmdən, ziyalılıqdan, haqq sözünü deməyi bacarmaqdan, özünə qarşı tələbkar olmaqdan başlayır. Təəssüf ki, bizim bəzi alim-məmurlarımız bunu hələ də anlamaq istəmirlər. Şirnikləndirici təkliflər, formal müzakirələr, formal seminar vədləri elmin inkişafına deyil, rüşvətə xidmət edir”.
Professor əlavə edir: “Ekspert Şurasının lüzumsuz olduğunun şahidi oldum. Famil Mustafayev yenilik etmək istəyirsə, ilk olaraq elmə aidiyyəti olmayan Ekspert Şurasını ləğv etməliydi”.
Bəs F.Mustafayev nə etdi? Nazirlər Kabineti qarşısında məsələ qaldırdı ki, ekspertlərə pul vəsaiti ayrılsın. Professor bildirib ki, kənardan baxanda da elə bilirlər ki, Ekspert Şurası böyük iş görür, içəridə nəsə iş gedir. Dəhlizlərdə isə vicdanlı alimlər, gənc araşdırmacılar əllərində işləri müdafiəsini, ona verilən rəyı gözləyir. Bu gözlənti aylarla, illərlə davam edir.
Ancaq qızına, gəlininə toy hədiyyəsi kimi elmi ad, elmi dərəcə alıb hədiyyə vermək istəyənlər heç o dəhlizlərdə ayaq da döymürlər. Bu cür evdar “alimlər” də elmi dərəcələrinin qiyməti ilə öyünürlər. 20 min manatlıq elmi ad, 30 min manatlıq elmi dərəcə…
Uzun illərdən bəri ömrünü elmə həsr etmiş, min əziyyətlə dissertasiya yazıb müdafiə etmək istəyənlərin qarşısında AAK rəhbəri F.Mustafayev Çin səddi çəkib. Elmi dərəcə, elmi ad admaq istəyən gənc alimlərin əli ciblərində olmalıdır. Yoxsa onların bu günə qədər oxuduqları, araşdırdıqları, yazdıqları dissertasiyalar heç kəsə lazım deyil.

Bəzi namizədlər elmi adlara görə rüşvət istənilən namizədlər media vasitəsi ilə qurumun rəhbəri Famil Mustafeyevə müraciət edirlər ki, bəs bizdən pul istənilir. Sadəlövh alimlər düşünürlər ki, bu pulu onlardan istəyənlər Famil Mustafayevə xəyanət edirlər. Onların müraciətlərindən belə görünür ki, bu rüşvətistəmə əməliyyatından qurumun sədrinin xəbəri yoxdur. Amma düşünmürlər və ya düşünə bilmirlər ki, Prezidentin etimad göstərdiyi Famil Mustafayev bu işi görməz.

Tribunainfo.az
Ardını oxu...
Neftçala rayonunda narazlıq bitib tükənmək bilmir. Bir neçə il bundan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin sözügedən rayonda uğurlu əməliyyatı digərlərinə dərs olmur, heç nəticə belə çıxarmaq istəmirlər. Sözügedən əməliyyatlardan müəyyən əlaqələr hesabına canını qurtaran Neftçala rayonunda 20 ildən artıq maliyyə şöbəsinin sədri işləmiş Rəşid Manafov yenidən baş qaldırıb.

"Azərbaycan Reallığı"na məlumat verən mənbənin sözlərinə görə xarici görkəmindən Ramiz Mehtiyevə oxşayan bu yaşlı qoca rayonda artıq boz kardinal adında qazanıb. 70 dən çox yaşı olan agsaqqal rayonun məzarlıqlarında yer axtarmaq əvəzinə vəzifədə işləyib vəzifəsindən su istfadə edərək rayonun mərkəzində qeyri qanunu yollarla sahibləndiyi obyeklərin yenidən inkişaf etdirmək arzusuna düşüb. Hələ bu azmış kimi sözügedən rayonun gənc icra başçsı Mirhəsən Seyidovunda yerinə göz dikib.

Bir sözlə rayonu çapib-talayan qoca korrupsioner rayonda icra başçısı olmağ arzusundadır.

Rəşid Manafov Rayonun maliyyə şöbəsinin sədri işlədiyi dövrdə rayonda xeyli sayda mülkləri, obyektləri özünün yaxın qohumları - qızı, yeznəsi, oğlu və həyat yoldaşının adına rəsmiləşdirərək əldə edib. Bunlardan biri də rayonun mərkəzində yerləşən məişət evidir. Manafov sözü gedən nəhəng obyekti həyat yoldaşının adına qeyri-qanunu yollarla özəlləşdirib.

Demək olar ki, sözügedən idarə adiyyatı üzrə faliyyət göstərmir. Manafov sözügedən idarənin bir hissəsinə özünüz şəxsi biznesi üçüb böyük bir "pekarnı" istifadəyə verib. Bundan əlavə rayonun mərkəzində keçmiş Neftçala rayon icra hakimiyyəti ilə üz-üzə qeyri qanunu yollarla əldə etdiyi bir çox obyektlər, iri ticarət mərkəzə açaraq hüquq-mühafizə orqanlarına da "burada mən, bağdata kor xəlifə" kimi mesajlar ötürür.

Bir neçə gün bundan əvvəl rayon prokurorluğunun keçirdiyi uğurlu əməliyyat nəticəsində rayonun bələdiyyə sədri Rövşən Quliyevin həbsi Rəşid Manafovu artıq narahat etməyə başlayıb. Özünün dediyinə görə onun canını bir neçə il bundan əvvəl həbsdən qızı Rəşidə vasitəsi ilə qutarmışdısa bu dəfə artıq arıq çirkli hay harayına kimsə çata bilməyəcək.

Rayonun 50 % ərazisini işğal etmiş bu boz kardinal bu dəfə həbsdən sığortalana bilməyəcək. Bütün xəstəliklərini evdə yox kürdəxanı istintaq təcridxanasında mualicə edəcək Rayonda mülklərə, var- dövlətə sahib olmağ üçün dağıtmadığı ailələr yıxmadıqı evlər qalmayıb.

Sonda biz yazdıq söz artıq hüquq-mühafizə orqanlarınındır. Ümidvarıq ki, güc strukturları bu şəxsi də yaddan çıxarmayıb barəsində araşdırma aparıb ölçü götürəcəklər.

AZƏRBAYCANREALLIĞI.COM
Ardını oxu...
Teref.az-ın vatsap nömrəsinə daxil olmuş şikayət ərizəsini oxuculara təqdim edirik:
Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini İsmayılov Qadir Şamil oğlu tərəfindən

Ə R İ Z Ə

Cənab Prezident! Yazaraq bildirmək istəyirəm ki, 2020-ci il tarixdə Məşğulluq Mərkəzinə müraciətim əsasında "DOST" İş Mərkəzinin xətti ilə Göyçay Mənzil İstismar İdarəsində 2 aylıq işlə təmin olunmuşdum. Ondan sonra yenidən müraciət etdim ki, uzunmüddətli müqavilə ilə öz işimi davam etdirim, lakin mənə "Hazırda yalnız 2 aylıq işlər mövcuddur, ola bilsin yaxın gələcəkdə vakansiyalar gələcək, biz özümüz sənə xəbər verəcəyik" dedilər. Aldığım məlumata görə, 2 aylıq işlər ləğv ediləndən sonra əmək müqaviləsi əsasında uzunmüddətli iş yerləri gəldi. Buna baxmayaraq məni axtarıb-arayan olmadı. Halbuki daimi iş yerinə çox ehtiyacım var. Yazdığım ərizələrlə bağlı "DOST" İş Mərkəzindən zəng edərək mənə bildirirlər ki, "Sənin müraciətini Dövlət Məşğulluq Agentliyinə yönəltmişik, yaşadığın rayonda fəaliyyət göstərən Məşğulluq Mərkəzinə müraciət etməlisən". Həmçinin, Göyçay Məşğulluq Mərkəzindən də mənə zəng edildi və oraya dəvət olundum. Məşğulluğun Nizami adlı əməkdaşı şəxsiyyət vəsiqəmin surətini alaraq nəisə qeydiyyat dəyişikliyi etdiyini bildirdi. Sonra mənə "Sabah gələrsən" dedi. Onun dediyi sabahlardan bir neçəsi keçdi, hər dəfə gedəndə "Nizami müəllim yoxdur" və yaxud da "Get, filan vaxtı gələrsən" deyirlər. İdarədə olanda isə "Get, hara yazırsan, yaz" deyəcək qədər özünə arxayındır. Ümumiyyətlə isə adı Məşğulluq Mərkəzi adlanan bu yerdə çalışan əməkdaşların öz məşğuliyyəti vardır. Həmin məşğuliyyət: yüksək təmirli kabinetlərdə oturaraq bahalı şirniyyatlarla çay içməkdən, mobil telefonla oynamaqdan, kompüter arxasında əyləşməkdən, vətəndaşları get-gələ salmaqdan ibarətdir. Heç şübhəsiz ki, adı çəkilən bu idarənin bəzi əməkdaşları xalqa xidməti qarşılığında dövlət tərəfindən aldığı yüksək məbləğdə maaşın haqqını layiqincə yerinə yetirə bilmirlər. Vətəndaşlara qarşı süründürməçiliklə məşğuldurlar.
Nəzərinizə çatdırım ki, 2019-cu ildə ailə həyatı qurmuşam və 2 azyaşlı övladım var. Özüm heç yerdə işləmirəm. Evim olmadığı üçün ailəmlə birlikdə valideynlərimin yanında qalırıq. Üstəlik məndən yaşça kiçik qardaşım İsmayılov Nadir Şamil oğlu da valideynlərimin evində qalır. O, Vətən müharibəsi veteranıdır. Onun da evi və işi olmadığına görə ailə həyatı qura bilmir. Anam evdar qadındır. Təkcə yaşlı atam iş olandan-olana fəhləlik etməklə bu, böyük ailənin maddi ehtiyaclarını qarşılamağa çalışır. Övladlarımın gündəlik maddi təlabatını ödəyə bilmirəm. Olduqca acınacaqlı durumdayıq. Azyaşlı uşaqlardır, tez-tez xəstələnir, çöpü qalır, mən isə bir ata kimi onların qarşısında utanc hissi keçirirəm. Dövrümüzdə zəruri ehtiyac kimi istifadə edilən uşaq bezinə aylıq 90 (doxsan) manat pul lazım olur. Kommunal xərcləri heç demirəm. Mavi yanacağa olan 1000 (min) manat borcumuzu ödəyə bilmədiyimizə görə mexaniki qaz sayğacını çıxarıb, əvəzində smart kart tipli sayğac quraşdırıblar. Ancaq karta qaz yükləməyə pulum yoxdur deyə, dağ-dərədən, çay kənarlarından, zibilliklərdən kiçik odun parçaları və çır-çırpı toplayıb yandırırıq. Dərdimi uca dağlara yükləsəm, dağlar ovxam-ovxam gedər, ağaclara yükləsəm, ağaclar sanki bol meyvə gətirmiş şəkildə başını aşağı dikər. Qısası, toxun acdan nə xəbəri olsun?! Nə edəcəyimi, necə edəcəyimi bilmirəm.
Cənab Prezident! Azərbaycan Respublikasının Konstitusiyasının 16-cı maddəsinə əsasən, "Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır". Sizdən çox xahiş edirəm, yaşadığım Göyçay şəhərində yerdəşən Mənzil İstismar, Sanitar-Təmizlik, Abadlaşdırma və Təmir İdarələri kimi kommunal idarələrin birində işlə təmin olunmağıma köməklik göstərəsiniz. Bir daha xatırladıram, həqiqətən elə çarəsiz vəziyyətdəyəm ki, hava-su qədər daimi iş yerinə ehtiyacımız var. Ümid edirəm ki, dövlətimizin başçısı olaraq bizə əlinizdən gələn yaxşılığı əsirgəməyəcəksiniz. Sizə çox minnətdarlığımızı bildiririk.
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Ukraynada faciələrlə dolu bir qanlı müharibə gedir, dünya məhvərindən oynayıb, geopolitik savaş pik həddə çatıb, bizim ekofəallar 40 gündən çoxdur ki, Laçın koridorunda tarix yazır, Xankəndidə terrorçu yuvasını cəhənnəmə vasil etməyə yaxınlaşırıq, Qarabağdan rus əsgərlərini vaxtından tez çıxarmaq üçün proses gedir, amma bütün bu qarışıqlığın, əhəmiyyətli hadisələrin bizim bəzi məmurlara heç bir aidiyyatı yoxdur. Onlar qoyub getdiyimiz yerdə qalıblar, öz şakərlərindən əl çəkməyiblər, köhnə rüşvətxor əyyamı davam etdirirlər, sanki başqa planetdə yaşayırlar. Hətta icra başçılarının həbsi, Vasif Talıbovun belə erasının bitməsi, bu qədər kadr və sistem dəyişiklikləri də onların tükünü tərpətmir. Bu vəzifəli şəxslərə elə gəlir ki, zəlzələ də olsa, ondan pul qazanmaq lazımdır. Belələrindən biri Nərimanov rayonunu "ağ günə” çıxarıb indi Abşeronu "gülüstan”a çevirən icra başçısı Abdin Fərzəliyevdir.

A.Fərzəliyev şəhərin Nərimanov rayonuna rəhbərlik etdiyi dövrdə necə işləyirdisə, Abşeron rayonunda da əhdinə "sadiq”dir.

İcra başçısı faktiki olaraq Abşeronu qarış-qarış satmaq, qanunsuz tikintilərə rəvac vermək üzrə rekord qırmağa hazırlaşır. Az qala hər həftə FHN əməkdaşları Abşeronda bir qanunsuz tikintinin qarşısını alırlar. Tribunainfo.az bildirir ki, bu tikintilərə icazə verən isə Abşeron İH memarlıq şöbəsi, rəhbərliyi və icra hakimi A.Fərzəliyevdir. Sözsüz ki, Fərzəliyevin möhür-ştampı olmadan, onun sərəncamı və razılığı olmadan heç bir vətəndaş daşı daş üstünə qoya bilməz. Görünür ki, hansısa fərdi şəxs, yaxud sahibkar Abşeron İH-lə "sövdələşir”, tikintiyə icazə sənədi alır, tikinti normativlərini pozur, qanunsuz tikinti aparır və sonda FHN gəlib sökür. Belə çıxır ya nazir Kəmaləddin Heydərov Abdin Fərzəliyevə müharibə açıb, ya da həqiqətən FHN qanuni iş görür. Axı kimsə özbaşına tikintiyə başlasa, elə birinci Abşeron İH əməkdaşları başının üstünü kəsdirərdi. Əgər onlar müdaxilə etmirlərsə, tikintinin gedişində FHN məsələyə qarışırsa, deməli, Abşeron İH başçısı Fərzəliyevin "marağı” təmin olunub.

Yeri gəlmişkən, Tribunainfo.az-a müraciət edən Abşeronun Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, ev 109 sakini Əhmədov Telman İsa oğlu da mansardla birlikdə üçmərtəbəli, 12 metrlik obyektin onun evi ilə ara məsafəsi saxlamadan tikilməsindən şikayətçidir.

Məlum olduğu kimi yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Tikintilərin arasında məsafələr və qonşuluq hüququna görə qonşu tikililər arasında məsafə saxlamaq zəruridir.

Şikayətçi Telman Əhmədov isə bildirir ki, düz bir ildir onun evinə bitişik qanunsuz tikinti aparılıb: "Biz müxtəlif dövlət qurumlarına şikayət etsək də heç bir müsbət nəticə olmayıb. Bu obyekt demək olar ki, bizim evə bitişik tikilib. Hətta heç olmasa 1 metr ara məsafəni saxlanılmasını dedik, onda tikintini aparanlar ora pilləkəni də gətirib araya, bizim evə birləşdirdilər. Biz buna etirazımı bildirdikdə isə cavab verdilər ki, "hara istəyirsiniz şikayət edin, biz heç kimdən qorxmuruq”.

Onun sözlərinə görə, məhkəmə qərarı əsasında bir aydır tikintini müvəqqəti dayandırıblar: "Bu yaxınlarda Fövqəladə Hallar Nazirliyinə də getmişdik, orada da sənədlərə baxıb bizə dedilər ki, obyektin tikintisi qeyri-qanunidir. Çünki obyektin torpağının sənədi yoxdur, yalnız bələdiyyə sənədi var”. Şikayətçi onu da bildirir ki, bələdiyyənin yerində fərdi ev adı altında obyekt tikirlər, amma alanla satan arasında heç bir müqavilə yoxdur: "Kupça” Faiq Kərimovun adınadır və tikintini aparanlar da yeri ondan alıblar. Amma rəsmi heç bir alqı- satqı sənədi yoxdur. İndi onlar çəkilib kənara ki, "bura bizim deyil, Faiqindir”. Rövşən Məmmədov, Şükürov Əli, Allahverdiyev Rövşən adlı 3 nəfər nə yollasa torpağı alıblar Faiqdən və həmin torpağın üstündə qanunsuz tikinti aparırlar. Onlar Faiq Kərimovun adından istifadə edərək deyirlər ki "obyekt bizim deyil, Faiqindir, gedin onu məhkəməyə verin”, amma məhkəmədə Faiq üçün onlar vəkil tutublar. Faiq Kərimov isə deyir ki, "mənlik bir şey yoxdur, mən onlara satmışam torpağı”.

Biz Memarlıq və Şəhərsalma İdarəsinə də müraciət etdik, gəlib baxış keçirdilər və rəy bildirdilər ki, həqiqətən də tikintinin heç bir sənədi yoxdur. Ortada alqı-satqı yox, torpağın sənədi yox, amma bu boyda tikinti demək ki, artıq başqa çatıb. Dəfələrlə qanunsuz tikinti ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinə müraciət etmişik, onlar da müraciətimizi yönləndirib Abşeron İH-in Memarlıq və tikinti şöbəsinə. Abşeron İH-in Memarlıq və tikinti şöbəsinin müdiri Elvin Quliyev bəlkə 15 dəfə bizə məktub göndərib ki, aparılan tikinti qeyri-qanunidir. Amma bununla belə heç bir tədbir görülüməyib”.

Vətəndaş Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyeva , Prezident Administrasiyasına, çoxsaylı dövlət qurumlarına müraciət edib: "Prezidentin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevin onlayn görüşündə olmuşuq. O da tədbir görülməsi üçün Abşeron rayon İcra Hakimiyyətinin başçına xəbərdarlıq edib. Amma heç bir tədbir görülməyib. Sadəcə bizim şikayətimizə baxan yoxdur. Gəlirlər baxış keçirirlər, deyirlər qanunsuzdur, amma atırlar bir-birinin üstünə. Tikintini elə aparıblar ki, bizə hava gəlmir. Yoldaşım bronxial astmadır , mən ürək xəstəsiyəm, 2 dəfə ağır əməliyyat olunmuşam. Obyektə görə burada nəfəs almaq olmur. Divarlarımız qaralır. Hətta bir müddət əvvəl bizə yalandan dedilər ki, əgər "Biz ara məsafəsi saxlamamışıqsa, onda sizin evi də alırıq. Hətta dedilər beh də verəcəyik. Amma sonradan məlum oldu ki, bu onların növbəti yalanı idi. Gecə-gündüz də tikinti gedib, norma və qaydalarının tələblərinə riayət etmədən tikintini bizə tərəf olan hissədən başqa başa çatdırıblar. Hər cür vəchlə , bəhanələrlə bizi aldadırlar. Bizim məhkəmədən tələbimiz odur ki, obyekt ara məsafəsi verilməsi üçün sökülsün. Sökülməsi bir yana qalsın, onlar bizimlə heç bir razılaşmaya da gəlmirlər,heç bizi eşitmək belə istəmirlər. İki dəfə məhkəmədə olmuşuq. Hətta məhkəmə də bizim işimizə ədalətlə baxmır. Biz məhkəmənin qərarından Apelyasiya şikayəti vermişik. Artıq bizdə məsələnin müsbət həll olunmasına inamsızlıq yaranıb.
Mətbuat vasitəsilə aidiyyəti qurumlardan artıq dərəcədə xahiş edirik, bizim problemi həll etsin”.Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Mənbə: TİA.az
 
Ardını oxu...
“Yeni Ələt” dəmiryol stansiyasında parklanmış vaqonların bilərəkdən yandırıldığı iddia edilib.

Bu barədə Oxu.Az-ın redaksiyasına daxil olan müraciətdə bildirilib.

Belə ki, ərazidə olan vətəndaşlardan biri saytımıza “Yeni Ələt” dəmiryol stansiyasında rels üzərində olan vaqonların bilərəkdən yandırıldığına dair görüntülər yollayaraq hadisənin qəsdlə törədildiyini iddia edib:

“Sözügedən stansiyada vaqonların yandırılması adi hal alıb. Mütəmadi olaraq bu hal müşahidə edilir. Bu vaqonlar, əslində, maddi maraq məqsədi ilə yandırılır. Əvvəlcə tonlarla çəkisi olan vaqonlar oğurlanır. Yaxın müddətdə də 10-dan çox vaqon oğurlanıb. Daha sonra onlar yandırılır və sonra istismara yararsız kimi aktlaşdırılır. Bununla da dəmir parçası, “metallolom” kimi satılır”.

Vətəndaş məsələnin aidiyyəti orqanlar tərəfindən araşdırılmasını istəyir və vurğulayır ki, “Yeni Ələt” dəmiryol stansiyasında bunun kimi başqa qanunsuz faktlar da var.

Məsələ barədə Daxili İşlər Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən məsələ barədə Qaradağ Rayon Polis İdarəsinə şikayət daxil olub:

“Aparılan araşdırmalar zamanı Ələt qəsəbəsində 10-dan çox vaqonun oğurlanması barədə səsləndirilən iddialar öz təsdiqini tapmayıb.

Belə ki, qeyd edilən ərazi müvafiq qaydalara uyğun olaraq satılandan sonra həmin yerdə olan aidiyyəti dövlət orqanına məxsus vaqonlar oradan çıxarılaraq mühafizə olunan vaqonların saxlanıldığı depoya aparılıb”.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən isə saytımıza bildirilib ki, vətəndaş tərəfindən ötürülən fakt və sübutların ADY-yə təqdim edilməsi xahiş olunur.

 
 
 
Ardını oxu...
"Kənd Təsərrrüfatı Naziri İnam Kərimov idarəçiliyini itirdiyi kimi regonlarda tabeliyində faliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzləri də maddi cəhətdən problemlər yaşayır". Bu barədə DİA.AZ-a göndərilən məlumatda deyilir.

Məqlumatda daha sonra qeyd olunur: "Dövlət büccəsindən milyonlarla manat pul ayrılan aqrar sahədə acınacaqlı şərait yaranıb. Şabran rayonu Dövlət Aqrar İnkişaf Mərkəzi Azərişıq ASC-yə ödəməyə pul tapa bilmədiyinə görə 10 gündən çoxdu qaranlığa qərq olub. Hazırda ibtidai icma dövrünü yaşayan Şabran DAİM-nin rəhbəri Fəxrəddin Osmanov işçilərə bildirib ki fevral ayının ortalarına qədər belə olacağını bildirib. DAİM nin işçilər vacib sənət işləri olduqda 1-2 saatlıq generator işlədərək binanı müvəqqəti işıqlandıraraq işlərini görür. İnam Kərimov aqrar sahəni məhv etdiyi kimi regonlarda işləyən dövlət qulluqçularınında dövlətə Cənab Prezidentin siyasətini kölgə altına salır. Qaranlığa qərq olunmuş dövlət müəssəsinə vətəndaşın necə ehtimad etsin, ya orada işləyən dövlət məmuru işıqsız invertarsız necə dövlətin vətəndaşın işin görsün. İnam Kərimovun yarıtmaz faliyyətinə görə regonlarda neçə DAİM elektrik enerjisindən günlərdi əziyyət çəkir. İnanırıq ki, Cənab Prezident İlham Əliyev özbaşınalıqla idarəçilik edən İnam Kərimov barəsində tədbir görər".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
Ardını oxu...
Azərbaycanda ən çox korrupsiya və özbaşınalıqların baş verdiyi qurumlardan biri də Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti olub. 2006-ci ildən 2021-ci ilə qədər bu quruma rəhbərlik edən Əhməd Əhmədzadə sözün həqiqi mənasında buranı korrupsiya bataqlığına çevrimişdi.
2021-ci ildə quruma rəhbər təyin edilən Zaur Mikayılovdan bəzi gözlənilər olsa da, o da ASC-nin fəaliyyətini şəffaflaşdıra bilmədi, daha doğrusu, şəffaflaşdırmadı, bataqlıq daha da böyüdü, ətrafa yayıldı və dərinləşdi.
Bu yaxınlarda mediada gedən araşdırmalar da Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə bağlı haqlı suallar ortaya çıxarıb. Amma qurum bu suallara cavab vermək əvəzinə, olanları gözməzdən gəlir və qanunvericilik qarşısında özünü heç məsul saymır.
2022-ci ilin sonlarında qurumun tabeliyində fəaliyyət göstərən Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsi sifarişçi olduğu növbəti tenderə yekun vurub. Bu tenderlə bağlı suallar durumun olduqca ağır olmasından xəbər verir. Yəni merkantil idarəçilik bu təşkilatın əsas sevizinə çevrilib.
Bəs tenderi udan MMC kimindir?
Bir müddət öncə "qlobal.az"da gedən araşdırmada bildirilirdi ki, idarə 2022-ci ilin dekabr ayının 29-da "Əsaslı təmir üzrə Sabirabad, Hacıqabul, Salyan və Neftçala rayonları ərazisində Kür çayında daş-betonla sahilbərkitmə işlərinin satın alınması" lotu üzrə keçiridyi satınalmanın məbləği 5.965.000 manat, qalibi isə "İnşaatçı-Neftçi" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Nizamnamə kapitalı 10 manat olan "İnşaatçı-Neftçi" MMC-nin hüquqi ünvanı Şirvan şəhəri 28 may küçəsi, ev 2, mənzil 30 ünvanı, qanuni təmsilçisi isə Zeynalov Faiq Səmid oğludur. Amma tenderin şəffaflığı ilə bağlı ortada heç bir hesabatlılıq yoxdur. Bu MMC-nin fəaliyyəti ilə bağlı isə heç bir dolğun suala məlumata rast gəlinmir…

15 milyonluq satınalma ilə bağlı qaranlıq məqamlar…

Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsi 2021-ci ilin mart ayından 2022-ci ilin dekabr ayının 29-a qədər 7 (yeddi) satınalmaya yekun vurub. Bu tenderlərin ümumi məbləği 15.252.638 (on beş milyon iki yüz əlli iki min altı yüz otuz səkkiz) manat təşkil edib:
1. Lot - "Maşın mexanizmlərinin və nəqliyyat vasitələrinin ehtiyat hissələrinin satınalınması"
Qalib təşkilat - "Sevinc-96" MMC
Məbləğ - 241.880 AZN
2. Lot - "Əsaslı Təmir uzrə torpaq işləri"
Qalib təşkilat - "Meliorativ maşın stansiyası" MMC
Məbləğ - 538.600 AZN
3. Lot - "Cari təmir üzrə daş-betonla sahil bərkitmə işləri"
Qalib təşkilat - "Sevinc-96" MMC
Məbləğ - 1.046.132 AZN
4. Lot - "Əsaslı Təmir uzrə torpaq işləri"
Qalib təşkilat - "İlkin-N" MMC
Məbləğ - 6.175.511 AZN
5. Lot - "Maşın mexanizmlərinin və nəqliyyat vasitələrinin ehtiyat hissələrinin satınalınması"
Qalib təşkilat - "Sevinc-96" MMC
Məbləğ - 239.507 AZN
6. Lot - "Cari təmir üzrə Ucar, Zərdab, Kürdəmir, Sabirabad, Salyan, Neftçala rayonları ərazisində olan çaylarda mexanizmlərlə torpaq işlərinin satın alınması"
Qalib təşkilat - "Ricon" MMC
Məbləğ - 1.006.008 AZN
7. "Əsaslı təmir üzrə Sabirabad, Hacıqabul, Salyan və Neftçala rayonları ərazisində Kür çayında daş-betonla sahilbərkitmə işlərinin satın alınması"
Qalib təşkilat - "İnşaatçı-Neftçi" MMC
Məbləğ - 5.965.000 manat.
Göründüyü kimi, idarənin qalib etdiyi bu təşkilatlardan "Ricon" MMC istisna olmaqla hamısının hüquqi ünvanları qonşu rayonlardadır:
- "İnşaatçı-Neftçi" MMC - Hüquqi ünvanı Şirvan şəhəri 28 may küçəsi, ev 2, mənzil 30;
- "Sevinc-96" MMC - Hüquqi ünvanı Şirvan şəhəri, H.Z.Tağıyev, ev 45, m. 1;
- "İlkin-N" MMC - Hüquqi ünvanı Salyan rayonu Qarabağlı kəndi;
- "Meliorativ maşın stansiyası" MMC - Hüquqi ünvanı Sabirabad rayonu Bulaqlı kəndi.
Qalib təşkilatların texniki bazası yoxdur…
Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin 2021-ci ilin mart ayından indiki dövrədək qalib elan etdiyi təşkilatların maddi-texniki bazaları barədə açıq internet resurslarında heç bir məlumata rast gəlinmir.
Məlumata görə, "İlkin-N" MMC-nin texniki bazası mövcuddur. Iddia olunur ki, Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin digər tenderlərində qalib elan olunan təşkilatlar - "Meliorativ maşın stansiyası" MMC və "Sevinc-96" MMC əslində "İlkin-N" MMC-nin sahibi "Hacı Qurban" kimi tanınan Qurban Abasova məxsusdur.
Bu şirkətlərin qalib elan edildiyi işlərdə "İlkin-N" MMC-yə məxsus avtomobil və digər texnikalardan istifadə edilir. Yeri gəlmişkən, işlərdə "İlkin-N" MMC ilə bağlı zaman-zaman mediada tənqidi məqalələr dərc olunub, şirkətin şəffaflığı sorğulanıb, amma şirkət hər hansı bir açıqlama verməyib.

Tenderin qaliblərini ASC-dəki xalaoğlu müəyyən edir…

Digər qurumlarda olduğu kimi və artıq Azərbaycanda pis ənənəyə çevrilən qohumluq prinsipləri ASC-də də uzun illərdir ki, mövcuddur. Ona görə də satınalmaların formallığı hər zaman diqqət çəkir. Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin sifarişçi olduğu satınalmaların bəzi təşkilatlarda olduğu kimi formal keçirildiyi, əslində qaliblərin öncədən bəlli olduğu bildirilir. Həmçinin Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ən böyük təşkilatlarından olan Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin sifarişçi olduğu satınalmalarda görülən işlərin dəfələrlə şişirdiliyi, alınan mal-materiallar isə rəsmi sənədlərdə əks olunduğu barədə fikirlər səslənir. İdarənin formalaşdırdığı satınalma komissiyasının müstəqil və şəffaf qiymətləndirmə aparmaq və satınalma keçirmək kimi imkanları yoxdur.
Buna səbəb isə İdarə rəisinin qanunun tələblərindən daha çox ASC rəhbərliyində təmsil olunan qohumunun sözlərinə və tapşırıqlarına qeyd-şərtsiz əməl etməsi iddia edilir. Görünən odur ki, qurumda tapşırıq və qohumluq qanunların aliliyindən daha öndədir.
Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi Elman Nuriyevin xalasıoğlu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyevdir.
Zakir Quliyev ASC-yə sədr müavini təyin edilməmişdən əvvəl uzun illər Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsində çalışıb.

O, 2006-cı ildə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsinə təyin edildikdən sonra xalasıoğlu Elman Nuriyevi Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi qoyub. Bu da bayaq dediyimiz kimi, dövlət qurumunun qohumluq prinsipləri ilə çalıışdığının bariz nümunəsidir. Təbii ki, şəffaf olmayan qurumlarda qohumşuluqla idarəçilik həm də geniş korrupsiya şəbəkəsinin formalaşmasına yol açır və Azərbaycan nümunəsində biz zaman-zaman bunun şahidi olmuşuq.
Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılovdur. O, bu vəzifəyə 2021-ci ilin aprel ayında təyin edilib. Artıq iki ildir ki, quruma rəhbərlik edən Mikayılovun tender və satınalmalarda yol verdiyi nöqsanlar göz deşir və bu hələ ASC-də baş verənlərin hamısı deyil, görünür, orada daha dərin və ciddi problemlər var. Açıq tenderləri bu prinsiplə icra etdirən şəxslərin gör gizlində hansı fəaliyyətləri var. Mikayılovun rəhbərlik etdiyi qurumda və onun tabeliyində olan idarələrdə bu halların baş verməsi hər şeyi açıq-aşkar ortaya qoyur.
Əgər bu qurumda ciddi yoxlamalar aparılsa, aydın olacaq ki, Zaur Mikayıov nəinki sələfindən geri qalmır, hətta mənfi idarəçilikdə onu da vurub keçib… //gundemxeber.az//
 
 
 

Dünyapress TV

Xəbər lenti