1683202110_received_1220699745257680.webp

 

Aygün Hüseynova:  “Toplanmış iş materialları ilə bağlı cinayət işi qaldırmaq, Aygül Bayramovanın qol qoyduğu dələduzluq əməlinə hüquqi qiymət vermək əvəzinə, TB-də cinayət işinin başlanmasının rədd edilməsi haqda qərar qəbul olunur” 

 Son vaxtlar ölkəmizin hüquq-mühafizə orqanları sahəsində çalışan bəzi vəzifə sahiblərinin atdıqları addımlarla bağlı ictimai fikirdə çoxsaylı narazılıqlar, əsaslı şübhələr, müəyyən söz-söhbətlər və s. baş qaldırmaqda davam edir. Sözsüz ki, buna müxtəlif amillərin varlığı səbəb olur və həmin amillər içərisində ən əsası, qanunçuluğun keşiyində duran hüquq-mühafizə orqanı əməkdaşlarından bəzilərinin, məhz mövcud qanunvericiliyin tələblərini tapdaqlar altına atmaları olur. Məsələn, bugünlərdə Gundemxeber.az saytının redaksiyasına Bərdə şəhər sakini Hüseynova Aygün Cəbrayıl qızı tərəfindən şikayət ərizəsi daxil olub. Aygün Hüseynova ərizəsində yazır ki, “Bərdə şəhərinin Qazıqurdalı kənd sakini, hal-hazırda Bərdə şəhərinin Təbriz küçəsində yaşayan Bayramova Aygül Niyazi qızı, 2021-ci ildə etibarımdan sui-istifadə etdi və o, məndən qızıl-zinət əşyalarımı alıb apardı ki, guya onları baha qiymətə satacaq və əldə olunan pulları mənə çatdıracaq. Bir qədər vaxt keçdikdən sonra bildim ki, o, mənə qarşı düşünülmüş şəkildə dələduzluq əməlinə qol qoyub. Yəni, Aygül Bayramova onların ailəsi ilə olan səmimi münasibətimdən sui-istifadə edərək məni aldatdı və bu yolla 11740 manat dəyərində qızıl-zinət əşyalarımı ələ keçirdi. Qeyd edim ki, dəfələrlə onların ailəsinə Aygül Bayramovanın qol qoyduğu əməllə bağlı müraciətlər etsəm də, hər dəfə onlar mənə yalan vədlər verdilər. Bir sözlə, indiyə kimi nə qızıl-zinət əşyalarımı özümə qaytardılar, nə də ki, pullarımı çatdırdılar. Belə olan halda məcbur olub Aygül Bayramovanın qol qoyduğu əməllərlə bağlı Bərdə Rayon Polis Şöbəsinə şikayət etməli oldum. Etdiyim şikayətlə bağlı araşdırma işlərinin aparılması RPŞ-in TB-nin baş təhqiqatçısı, polis mayoru Bayramov Vüsal İsmayıl oğluna həvalə olundu. Çox keçmədi ki, toplanmış iş materialları ilə bağlı cinayət işi qaldırmaq, Aygül Bayramovanın qol qoyduğu dələduzluq əməlinə hüquqi qiymət vermək əvəzinə, məhz TB-də cinayət işinin başlanmasının rədd edilməsi haqda qərar qəbul olunur. 

     Qeyd edim ki, bu gün də həmin qərardan narazıyam. Çünki şikayətçi olsam da, aparılan təhqiqat araşdırmaları zamanı heç bir izahatım alınmadı, qarşı tərəfdən obyektiv izahat alınıb-alınmaması, hələ də mənim üçün qaranlıq qalmaqdadır. Təhqiqatçı 11740 manat dəyərində qızıl-zinət əşyalarımı etibarımdan sui-istifadə edərək ələ keçirən Aygül Bayramovanın dələduzluq əməllərinə hüquqi qiymət vermək və barəsində cinayət işi başlamaq əvəzinə, yəqin ki, qarşı tərəfdən aldığı qeyri-obyektiv izahat əsasında şikayətimi ört-basdır edir. Eşitdiyim belə bir məlumat da var ki, guya Aygül Bayramova məndən aldığı qızıl-zinət əşyalarımı Qurban adlı şəxsə satıb. Bu xanımın da həmin şəxsdən alacağı “haqq-hesab” var və haqq-hesabı Qurbandan alacaq və pullarımı ödəyəcək. Bunu əsas tutan təhqiqatçı Vüsal Bayramov, Aygül Bayramova barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqda qərar qəbul edir. Düşündürücü haldır ki, işi araşdıran təhqiqatçı dələduzluq əməlinə qol qoyan Aygül Bayramovanın vergi ödəyicisi olduğunu şifahi formnada qeyd edir. Amma, bu xanımın həqiqətən də vergi ödəyib-ödəməməsini araşdırmır və hansısa səbəbdən qarşı tərəfin marağına uyğun addımlarını atır. Bu gün istəyim ondan ibarətdir ki, ya mənim qızıl-zinət əşyalarım geri qaytarılsın, ya da ki, onların dəyərində pulum ödənilsin. Eyni zamanda baş təhqiqatçı, polis mayoru Vüsal Bayramovun çıxarmış olduğu əsassız qərar da ləğv edilsin. Elə ki, Bərdə RPŞ-nə şikayət etməzdən öncə Aygül Bayramovaya bildirdim ki, səndən şikayət edəcəyəm. O halda o, “Heç vecimə deyil, kimə istəyirsən şikayətini ver. Bu gün Azərbaycanda qanun yoxdur, olan-qalan qanunlar da kağız üzərində qalır” dedi”.

    Təhqiqatçı Vüsal Bayramovun baş verən dələduzluq əməlinə öz prizmasından yanaşması, bu gün də ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. O halda sual oluna bilər ki, görəsən təhqiqatçının dələduzluq əməlinə qol qoyan Aygül Bayramovanın marağına uyğun addımlarını atmasına səbəb nədir? Düşünürük ki, təhqiqatçı Vüsal Bayramovun bu yöndə atdığı addımları, Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Vilayət Eyvazov da diqqətdə saxlayacaq. Yəqin ki, o halda adı çəkilən bu vəzifə sahibinə çoxsaylı suallar ünvanlanacaq və atdığı addımların mahiyyəti ondan hüquqi müstəvidə soruşulacaq.

P.S. Hörmətli oxucular! Biz bir media qurumu olaraq qol qoyulan dələduzluq əməli haqda əlavə məlumatlar əldə etdikdən sonra, yaşanan olayı bir daha ictimailəşdirəcəyik. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

Gundemxeber.az

Bölmənin digər xəbərləri

04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..
02 Fevral 2025 Ağgöl Milli parkında qanunsuz balıq ovu ilə kimlər məşğul olur? - Yegerin oğlu dəstə yaradıb
02 Fevral 2025 Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
02 Fevral 2025 Baba Rzayevin "özəl" kadrı Yusifov Üzeyir 2 qız övladına niyə sahib çıxmır.. İTTİHAM/FOTO
01 Fevral 2025 “Kristal Abşeron”da “Dövlət içində dövlət qurublar…”-Şikayət
01 Fevral 2025 Deputat Kamaləddin Qafarovun şirkətinin Naxçıvanda 1.7 milyonluq tender oyunu

Dünyapress TV

Xəbər lenti